Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5390/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızıznın katibliyi, Ərizəçi Səfər oğlunun, Maraqlı şəxs DSMF-nin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Səfər oğlunun hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs DSMF-nin Suraxanı Rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə dair mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-817/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, Ərizəçi Səfər oğlunun 1975-1988-ci illər üçün Ermənsitan Respublikasının Stepanavan şəhərində "PMK" tikinti idarəsində işləməsi faktının müəyyən olunması və həmin illərin əmək stajına hesablanması qət edilmişdir. İş materiallarından görünür ki, Ərizəçi Səfər oğlu hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1975-1988-ci illər üçün Ermənsitan Respublikasının Stepanavan şəhərində "PMK" tikinti idarəsində işləməsi faktının müəyyən olunması və həmin illərin əmək stajına hesablanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Səfər oğlu ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü il tarixdə keçmiş Ermənistan SSSR- nin Stepanavan şəhərində anadan olmuşdur. On illik təhsilini başa vurduqdan sonra 1973-cü ilin noyabr ayında ordu sıralarına çağrılmışdır. Əsgəri xidmətini 1975-ci ilin noyabr ayında başa vurduqdan sonra Ermənistan Respublikasının Stepanavan şəhərində “PMK” tikinti idarəsində 75-ci ilin dekabr ayında işə başlamış və 1988-ci ildə Qarabağ ətrafında hadisələr cərəyan edərkən, qısa müddətdə ermənilər bütün Ermənistanda olduğu kimi onların rayonunda yaşayan azərbaycanlıları öz dədə-baba yurdlarından vəhşicəsinə qovmuşlar. Evlərindən adi bir məişət əşyası götürməyə imkan verməmişlər. Bunlar hamısı nəinki Azərbaycan xalqına hətta bütün dünyaya bəllidir. O, həmin vaxt qeyd olunan tikinti idarəsində işləyərkən əmək kitabçası idarədə olduğu üçün, onu götürməyə nail ola bilməmişdir. Belə ki, sözügedən idarədə bir nəfər belə olsun azərbaycanlı işləmirdi. Oradanqovulduqdan sonra, o burada hər-hansı bir idarəyə işə girmək üçün müraciət etmiş, əmək kitabçasının olmadığını bəhanə edərək, onu işə götürməkdən imtina etmişlər. Çox əziyyətlə qara bazarlarda ailəsinə çörək pulu qazanmışdır. Bunları qeyd etməkdə bildirirmişdir ki, onun təqaüd hüququ 2017-ci ilin aprel ayından çıxaranmağına baxmayaraq (2 ildən artıq müddət keçib) bu günə kimi təqaüd ala bilmir. Elə həmin vaxt yəni təqaüd hüququ yarandığı vaxt Dövlət X6 Xətai rayon Şöbəsinə (həmin rayonda yaşayırdı) müraciət etmiş və ona əmək kitabçasının daha doğrusu əmək stajının toplamı olmadığını səbəb gətirib ona təqaüd vermədilər.Bununla əlaqədar Dövlət X7 Suraxanı rayon Şöbəsinə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Lakin müraciət Dövlət X5 rayon Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli **********6 saylı məktubla imtina cavabı verilmişdir. Qeyd olunanları nəzərə alıb ərizənin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan Dövlət X7 Suraxanı rayon Şöbəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə qətnamə qəbul ediləsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi və prossesual hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam nəzərə alınmamışdır. Kollegiyanın iclasında maraqlı şəxsin səlahiyyətli nümayəndəsi apellyasiya şikayətinə əlavə təqdim edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətnin dəlillərini müzakirə edib, apellyasiya şikayətini müdafiə edən maraqlı şəxsin nümayəndəsinin, şikayətlə razılaşmayan və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edən ərizəçinin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək ərizənin rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, eləcə də mabahisənin predmeti bölünməz olduğundan kollegiya hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır(217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır(217.3). Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv həllini təmin etmədiyindən, mübahisənin düzgün həlli üçün əıhəmiyyəti olan halları araşdırmadığından qətnamə qanuni sayıla bilməz. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermişMəmmədov Aydın Məmməd oğlu bildirmişdir ki, o,1972-ci il tarixdən 1988-ci il tarixədək yəni, Ermənistandan qaçqın düşənə kimi,Ermənistan Respublikasının Stepanavan şəhərində “PMK” Tikinti İdarəsində sürücü işləyib. Ərizəçi onun xalası qızı onun arvadıdıdr. Həmin illərdə Ərizəçi Səfər oğlu da Ermənistan Respublikasının Stepanavan şəhərində “PMK” Tikinti İdarəsində fəhlə işləyib.Ermənilər qəflətən kəndə hücum çəkdiyindən hətta məişət əşyalarını belə götürə bilməmişlər. Həmin vaxt Gürcüstan Respublikasına qaçmışlar. Ona görə də əmək kitabçası idarədə qalmışdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, o, xx.xx.1983-cü ildən xx.xx.1986-cı il tarixə kimi Ermənistan Respublikasının Stepanavan şəhərində “PMK” Tikinti İdarəsində usta işləyib. Ərizəçi onun qonşusudur. Həmin illərdə Ərizəçi Səfər oğlu da Ermənistan Respublikasının Stepanavan şəhərində “PMK” Tikinti İdarəsində fəhlə işləyib. Ermənilər qəflətən kəndə hücum çəkdiyindən oranı tərk ediblər. İş materiallarına şahid X4 Ermənistan Respublikasının Stepanavan şəhərində “PMK” Tikinti İdarəsində işlədiyini təsdiq edən əmək kitabçasının surətindən müəyyən olunur xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixə kimi Ermənistan Respublikasının Stepanavan şəhərində “PMK” Tikinti İdarəsində usta və baş usta işləyib. Azərbaycan Respublikası DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən ərizəçinin müvafiq məzmunlu müraciətini təmin etməkdən xx.xx.2019-cu il tarixli **********6 saylı məktubla imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki,xx xxxxx 2019-cu il tarixli, 03 saylı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1.2. bəndinə əsasən Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.13.4 bəndinə əsasən Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. 2006-cı ilədək qüvvədə olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11 1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 17-ci bəndinə əsasn iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Azərbaycan Respublikası MPM-nin 104.3 tələbinə görə alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüquğunun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi ərizəni təmin edərkən yuxarıda qeyd olunanları nəzərə almamaqla səhv nəticəyə gəlmişdir. Belə olan halda Suraxanı Rayon Məhkəməsinin 2(010)-817/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, Ərizəçi Səfər oğlunun 1975-1988-ci illər üçün Ermənsitan Respublikasının Stepanavan şəhərində "PMK" tikinti idarəsində işləməsi faktının müəyyən olunması və həmin illərin əmək stajına hesablanması barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Maraqlı şəxs DSMF-nin Suraxanı Rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-817/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi Səfər oğlunun 1975-1988-ci illər üçün Ermənsitan Respublikasının Stepanavan şəhərində "PMK" tikinti idarəsində işləməsi faktının müəyyən olunması və həmin illərin əmək stajına hesablanması barədə ərizəsi təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5390/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5390/2020
13.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver