Məhkəmə qərarları › İş №2(103)-5391/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5391/2025

09.06.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5391/2025 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar İddiaçı və X5 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı qarşı mülki iş üzrə (Açar sözlər: torpaq mübahisəsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Əmənova Türkan Kamran qızının katibliyi ilə, iddiaçılar İddiaçı və X5 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X3 * saylı Abşeron Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanunsuz inşa edilmiş hasarın sökülməsi və istifadəsində olan torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən * nömrəli evə cavabdeh1 xüsusi mülkiyyət hüququ ##.##.2013-cü il tarixdə qeydiyyata alınmışdır. cavabdeh1 və X4 arasında bağlanılmış ##.##.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən * nömrəli fərdi yaşayış evi sonuncuya 29.000 manata satılmışdır.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən * nömrəli ev üzərində X4 xüsusi mülkiyyət hüququ ##.##.2018-ci il tarixdə qeydiyyata alınmışdır. X4 və X6 arasında bağlanılmış ##.##.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən * nömrəli fərdi yaşayış evi sonuncuya 60.000 manata satılmışdır.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən * nömrəli ev üzərində X6 xüsusi mülkiyyət hüququ ##.##.2019-cu il tarixdə qeydiyyata alınmış və adına texniki pasport tərtib edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən * nömrəli evin üzərində ¾ hissədə İddiaçı, ¼ hissədə isə X5 xüsusi mülkiyyət hüququ ##.##.2021ci il tarixdə qeydiyyata alınmış və ##.##.2021-ci il tarixli, 308012007395-***** reyestr nömrəli Texniki Pasport verilmişdir.

4. ƏMDX-nin yanında DƏDRX-nin * saylı Abşeron Ərazi İdarəsinin Sabunçu Rayon İcra Şöbəsinə ünvanlanmış ##.##.2023 tarixli *-**-*-**/*-**** nömrəli, məktubuna əsasən, Abşeron rayonu Bilgəh Zəfəran sovxozu ərazisi Musa Nağıyev küçəsi * nömrəli ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və həmin evin yerləşdiyi istifadədə olan 0.0928 ha torpaq sahəsi 308012007395-***** reyestr nömrəsinə əsasən bu evin yerləşdiyi torpaq sahəsinə aiddir. cavabdeh1 adına Abşeron Rayon RDTİ və MHQİ tərəfindən tərtib edilmiş 2004-cü il tarixli, yaşayış evinin texniki pasportundan görünür ki, torpaq sahəsi 1559.6 kv.m təşkil etmişdir.

5. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ-nin * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli sorğuya cavab məktubunda Bilgəh qəsəbəsi, Musa Nağıyev küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçılar X1 və X7 adına DƏDRKRX PHŞ * saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 308012007395-***** reyestr nömrəli ##.##.2021-ci il tarixli texniki pasportda “faktiki sahə” kimi qeyd edilmiş 0.0928 ha torpaq sahəsinin dəqiq koordinatları göstərilmişdir. Hazırkı iş üzrə sökülməsi tələb olunan hasarın 308012007395-***** reyestr nömrəli, ##.##.2021-ci il tarixli texniki pasportda “faktiki sahə” kimi qeyd edilmiş 0.0928 ha torpaq sahəsinin hüdudları daxilində tikildiyi qeyd edilmişdir. Bilgəh qəsəbəsi, Musa Nağıyev küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçılar X1 və X7 adına DƏDRKRX PHŞ * saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 308012007395-***** reyestr nömrəli ##.##.2021-ci il tarixli texniki pasportda “faktiki sahə” kimi qeyd edilmiş 0.0928 ha torpaq sahəsində əlavə 6.40 × 2.70 m ölçüdə həyət tikilisi və 4.0 × 4.50 m ölçüdə su anbarının inşa olunduğu müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı və X5 cavabdelər cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08012007395-***** reyestr nömrəli ##.##.2021-ci tarixli çıxarışa əsasən mülkiyyətlərində olan Bilgəh qəsəbəsi, Musa Nağıyev kücəsi 8 ünvanında yerləşən fərdi yaşayış evinin istifadəsində olan torpaq sahəsində özbaşına inşa edilmiş hasarın cavabdehlərin hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

7. İddia onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinə əsasən cavabdehlər cavabdeh1 və cavabdeh2, X6 hüquqi varisləri İddiaçı və X5 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən * nömrəli evdən əşyaları ilə birlikdə çıxarılmaları, evin iddiaçılara təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasia şikayətləri təmin olunmamış, qeyd olunan məhkəmə qərarları icraya yönəldilmişdir. Sabunçu rayon İcra Şöbəsi tərəfindən icra hərəkətlərinə başlanmış, lakin məhkəmə qərarına əsasən boşaldılması nəzərdə tutulmuş yaşayış evinin yerləşdiyi torpaq sahəsi cavabdehlər tərəfindən sonradan hasar çəkilməklə zəbt olunduğundan, qanunsuz hasarın tikilməsi zamanı evə küçədən giriş-çıxış üçün istifadə olunan həyət darvazası sökülərək ləğv edilmiş, nəticədə iddiaçıların qanuni istifadəsində olan torpaq sahəsində olan su quyusundan və su anbarından istifadə etmələrindən məhrum olunmuşlar. Göstərilən səbəblərdən yaşayış evinin təhvil verilməsi ilə bağlı icra hərəkətlərinin başa çatdırılması mümkün olmamışdır.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında Azərbaycan Respublikasının Ədliyyə Nazirilyi Bələdiyyələrlə İş Mərkəzi vətəndaşlar İddiaçı və Məmmədqulu Əskərovun etibarnamə üzrə nümayəndəsi Mikayıl Mikayılovun müraciətinə cavab olaraq, Bilgəh bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** nömrəli qərarı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanda qeydiyyata alınmadığı, Bilgəh bələdiyyəsindən təqdim olunmuş arayışda bələdiyyənin arxiv sənədləri mövcud olmadığından qeyd edilən qərarla bağlı bələdiyyədə məlumatın olmadığı cavabını vermişdir. Həmçinin Bilgəh bələdiyyəsinə ## ###### 2024-cü il tarixdə məhkəmənin vermiş olduğu sorğuya Bilgəh Bələdiyyəsinin ## ###### 2025-ci il tarixli * nömrəli cavabında Bələdiyyənin 2000-2008-ci il tarixlərinə aid olan arxiv sənədlərin oxunması mümkün olmadığı üçün Arxiv İdarəsinin ## ###### 2009-cu il tarixli aktına əsasən məhv edildiyindən tələb olunan sənədlərin surətlərini təqdim etmək imkanlarının olmadığı cavabı verilmişdir.

10. Həmçnin məhkəmə onu da qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli ##.##.2022-ci il tarixli qətnaməsindən göründüyü kimi, cavabdehlər cavabdeh1 və cavabdeh2, X6 hüquqi varisləri İddiaçı və X5 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən * nömrəli evdən əşyaları ilə birlikdə çıxarılmaları, evin onlara təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin olunmamış, qərar icraya yönəldilmişdir. Lakin 2023-cü ilin may ayından başlayaraq, iş üzrə cavabdehlər iddiaçıların müvəqqəti evdə olmamasından istifadə edərək, heç bir hüquqi əsası olmadan özbaşınalıqla, evin eyvan hissəsinə aid damın və həyətin giriş darvazasını söküb aparmış və iddiaçının faktiki sahibliyində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsini daş hasarla hörərək, “Alqı-satqı” müqaviləsindən irəli gələn razılaşmanı pozaraq, nəyinki yaşayış və həmin evə məxsus hovuz tikilisini də onun yerləşdiyi torpaq sahəsindən tamamilə təcrid etmişlər.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə; rbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 152.6, 163.1, 164.1, 164.2, 165.1, 166.3 və 568.2-ci maddələrinə; Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə ## ###### 2004-cü il tarixli qərarına əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdehlər cavabdeh1 və cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini hazırki vəziyyətdə təmin edərək səhv nəticəyə gəlmişdir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ####### 2019-cu il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı cavabdeh1 cavabdehlər Həşimov İbrahim Ənvər oğluna, X4, X6 qarşı etibarnamənin və bağlanmış bütün əqdlərin etibarsız hesab edilməsinə dair iddia ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin # ###### 2020-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-***/**** saylı qərarı ilə təmin edilməmişdir. Qeyd etdiyi mülki işə baxılarkən müəyyən olunmuş və bütün məhkəmə aktlarında qeyd edilmişdir ki, cavabdeh1 adından Həşimov İbrahim Ənvər oğlu ilə X4 arasında ## ####### 2015-ci il tarixdə Abşeron rayon * saylı notariat ofisində ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 84,8 kv.m., yaşayış sahəsi 42,4 kv.m., yardımçı sahəsi 42,5 kv.m. olan iki otaqlı fərdi yaşayış evinə dair AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin alqı-satqı müqaviləsi bağlanılarkən cavabdeh1 adına olan Abşeron rayonu, Bilgəh qəsəbəsi, Musa Nağıyev küçəsi ünvanında yerləşən * saylı evə dar çıxarışda «Torpaq sahəsinin mülkiyyət növü» - «Bələdiyyə», «Torpaq sahəsi üzərində hüququn növü» - «İstifadə» qeydlər göstərilmişdir. Bundan başqa qeyd etdiyi evə, yəni ünvan 3 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə dair X4 ilə X6 arasında ## ###### 2018-ci il tarixdə Abşeron rayon * saylı notariat ofisində AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Xüsusən qeyd edir ki, həmin evə dair alqı-satqı müqavilələr bağlanılarkən hər iki alıcı, yəni X4 və X6, eyni zamanda hazırki iş üzrə iddiaçılar İddiaçı və X5 ümumiyyətlə heç birisi evə gəlib baxmamış və bu müddət ərzində həmin evdə cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşamışdır. Daha sonra X6 cavabdeh1 və cavabdeh2 qarşı evdən çıxarılmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmə mübahisəsi dövründə X6 ## ##### 2020-ci ildə vəfat etmiş, bundan sonra Abşeron rayonu, Bilgəh qəsəbəsi, Musa Nağıyev küçəsi ünvanında yerləşən * saylı evə dair ¾ hissədə İddiaçı, ¼ hissədə isə X5 xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin # #### 2022-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə iddiaçı X6 hüquqi varisləri İddiaçı və X5 iddia tələbi təmin edilmiş, cavabdehlər cavabdeh1 və cavabdeh2 iddiaçı X6 hüquqi varisləri İddiaçı və X5 mülkiyyətlərində olan ünvan 5 ünvanında yerləşən * saylı evdən əşyaları ilə birlikdə çıxarılması, ünvan 5 ünvanında yerləşən * saylı ev İddiaçı və X5 təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2022-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa iş materiallarında olan X4 adına olan, X6 adına olan, İddiaçı adına olan çıxarışlardan görünür ki, fərdi yaşayış evinə, yəni ünvan 5, ev 8 – daşınmaz əmlakın mülkiyyət növü – xüsusi, daşınmaz əmlakın üzərində hüququn növü – mülkiyyət qeydləri; torpaq sahəsinin mülkiyyət növü – bələdiyyə, torpaq sahəsi üzərində hüququn növü – istifadə qeydləri göstərilmişdir. Bundan əlavə iş materiallarında olan cavabdeh1 adına olan həmin evə dair çıxarışda torpaq sahəsinin ölçüsü 0,01044 qeyd olunmuş, eyniliklə X4, X6 və hazırki iş üzrə iddiaçı İddiaçı adına olan həmin evə dair çıxarışda eyni torpaq ölcüsü göstərilmişdir. Həmin çıxarışlarda ümumi torpaq sahəsinin ölçüsü heç birində göstərilməmişdir. Məhkəmədə məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi (700 kv.m. təşkil edən) Maraqlı şəxs istifadəsindədir və bununla bağlı Maraqlı şəxs fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş ## ### 2005-ci iltarixli, *** №-li Qərar verilmiş və eyni zamanda torpaqların alqı-satqısına dair akt bağlanılmışdır. Həmin sənədlərin surətləri məhkəməyə təqdim olunmuş və həmin sənədlərin əsli mövcuddur. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehlər cavabdeh1 və cavabdeh2 iddiaçılara məxsus fərdi yaşayış evinin yerləşdiyi 0,0928 ha təşkil edən torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və orada hasar inşa etmişdirlər. Lakin, məhkəmə bu halı nəzərə almamışdır ki, cavabdehlər Maraqlı şəxs məxsus 700 kv.m. təşkil edən torpaq sahəsində hasar inşa etmiş və cavabdehlər tərəfindən istifadə olunan torpaq sahəsinin iddiaçılara heç bir aidiyyəti yoxdur. Qeyd etdiyi hal hazırki mülki iş üçün əsaslı ziddiyyət yaradır və həmin ziddiyyəti birinci instansiya məhkəməsi kifayət qədər araşdırmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, alqı-satqı müqaviləsinin predmeti yalnız fərdi yaşayış evi olmuş və 0,0928 ha torpaq sahəsi iddiaçılar necə əldə etdiyini müəyyən etməmişdir. Yuxarıda göstərildiyi kimi həmin fərdi yaşayış evinə dair bütün çıxarışlarda torpaq sahəsinin ölçüsü 0,01044 ha ölçü qeyd olunmuş və həmin fərdi yaşayış evinə dair alqı-satqı müqavilələr bağlanılarkən eyni (yəni 0,01044 ha ölçü) torpaq sahəsinin ölçüsü çıxarışlarda göstərilmişdir. Birinci instansiya məhkəməsi qeyd etdiyim halları ümumiyyətlə nəzərə almamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20.5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 21.11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 22.135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 23.135.9-cu maddəsinə əsasən, əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. 24.135.10-cu maddəsinə əsasən, adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 25.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 26.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 27.152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 28.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 29.157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və yaondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 30.157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 31.164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 32.165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. 33.166.3-cü maddəsinə əsasən, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 34.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. İşdə olan sübutlardan göründüyü kimi, ##.##.2018-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisində, Musa Nağıyev küçəsində yerləşən * nömrəli fərdi yaşayış evi X6 tərəfindən 60.000 manata alınmışdır. AN-İ seriyalı, ******* nömrəli, ##.##.2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı mübahisəli daşınmaz əmlakı yardımçı tikililəri ilə birlikdə alıcı mərhum X6 verməyi (11-ci bənd) öhdəsinə götürmüşdür.

37. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışlara əsasən, həmin ev üzərində əvvəlcə X6 mülkiyyət hüququ ##.##.2019-cu ildə qeydə alınmış, sonradan isə ##.##.2021-ci il tarixdə İddiaçı 3/4, X5 isə 1/4 hissədə adına rəsmiləşdirilmiş və ##.##.2021-ci il tarixli, 308012007395- ***** reyestr nömrəli Texniki Pasport verilmişdir.

38. Həmçinin iş materiallarında olan ƏMDX yanında DƏDRX-nin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 308012007395-***** reyestr nömrəli texniki pasportdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin istifadədə olan hissəsi 0,0928 ha təşkil edir. Həmin torpaq sahəsində su quyusu və su anbarı mövcuddur. Texniki pasporta əsasən “A” fərdi yaşayış evi, həyətyanı tikililər və hasarla birlikdə ümumi tikinti altı sahə 0,01415 ha, qalan açıq torpaq sahəsi isə 0,7865 ha təşkil edir. Budan əlavə, ƏMDXnin yanında DƏDRX-nin * saylı Abşeron Ərazi İdarəsinin Sabunçu Rayon İcra Şöbəsinə ünvanlanmış ##.##.2023 tarixli *-**-*-**/*-**** nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.0928 ha torpaq sahəsi 308012007395- ***** reyestr nömrəsi ilə həmin evə aiddir.

39. İddiaçılar məhkəməyə müraciət edərək, 08012007395-***** reyestr nömrəli ##.##.2021ci tarixli çıxarışa əsasən mülkiyyətlərində olan Bilgəh qəsəbəsi, Musa Nağıyev kücəsi 8 ünvanında yerləşən fərdi yaşayış evinin istifadəsində olan torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına inşa edilmiş hasarın sonuncuların hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

40. Məhkəmə kollegiyası işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə apellyasiya baxışı zamanı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ-dən mütəxəssis rəyinin əldə edilməsini zəruri hesab etmişdir. Bu məqsədlə mülki işin materialları mütəxəssisin sərəncamına təqdim edilmiş, Bilgəh qəsəbəsi, Musa Nağıyev küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçılar İddiaçı və X5 adına DƏDKRX PHŞ-nin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 308012007395- ***** reyestr nömrəli, ## ##### 2021-ci il tarixli texniki pasportda "faktiki sahə" kimi göstərilmiş 0,0928 ha torpaq sahəsinin dəqiq koordinatlarının müəyyən edilməsi, sökülməsi tələb olunan hasarın həmin torpaq sahəsinin hüdudları daxilində inşa edilib-edilmədiyinin, habelə qeyd olunan torpaq sahəsində hasardan başqa hər hansı tikili və ya qurğuların mövcud olubolmamasının müəyyən edilməsi barədə sualların cavablandırılması xahiş edilmişdir.

41. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ-nin * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli sorğuya cavab məktubunda Bilgəh qəsəbəsi, Musa Nağıyev küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçılar X1 və X7 adına DƏDRKRX PHŞ * saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 308012007395-***** reyestr nömrəli ##.##.2021-ci il tarixli texniki pasportda “faktiki sahə” kimi qeyd edilmiş 0.0928 ha torpaq sahəsinin dəqiq koordinatları göstərilmişdir. Hazırkı iş üzrə sökülməsi tələb olunan hasarın 308012007395-***** reyestr nömrəli, ##.##.2021-ci il tarixli texniki pasportda “faktiki sahə” kimi qeyd edilmiş 0.0928 ha torpaq sahəsinin hüdudları daxilində tikildiyi qeyd edilmişdir. Bilgəh qəsəbəsi, Musa Nağıyev küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçılar X1 və X7 adına DƏDRKRX PHŞ * saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 308012007395-***** reyestr nömrəli ##.##.2021-ci il tarixli texniki pasportda “faktiki sahə” kimi qeyd edilmiş 0.0928 ha torpaq sahəsində əlavə 6.40 × 2.70 m ölçüdə həyət tikilisi və 4.0 × 4.50 m ölçüdə su anbarının inşa olunduğu müəyyən edilmişdir.

42. Beləliklə, iş üzrə toplanmış sübutlarla müəyyən edilir ki, mübahisə predmeti olan hasar iddiaçıların qanuni istifadəsində olan Bilgəh qəsəbəsi, Musa Nağıyev küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində tikilmiş, nəticədə iddiaçılar həmin torpaq sahəsi üzərində faktiki hakimiyyət imkanından məhrum edilmişlər. Bu hallar iddiaçıların vərəsəsi olduqları mərhum X6 ilə X4 arasında bağlanmış ## ###### 2018-ci il tarixli, AN- ******** nömrəli alqı-satqı müqaviləsi, DƏDRX-nin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən onun adına tərtib edilmiş # ###### 2019-cu il tarixli, 308012007395-***** reyestr nömrəli texniki pasport, ##.##.2025-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı, habelə məhkəmə tərəfindən alınmış mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır.

43. Bu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar 0.0928 ha torpaq sahəsinin (0,0104 ha hissəsi istisna olmaqla) mülkiyyətçiləri olmasalar da, iş materiallarında olan sənədlərlə həmin əmlaka qanuni sahiblik etdikləri müəyyən edilir. Onlar hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malikdirlər. Mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci və 165.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verilməlidir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, # #### 2025-ci il tarixli qərarında sahiblik iddialarının hüquqi mahiyyəti, tətbiq şərtləri və belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən yoxlanılmalı olan halların ardıcıllığı izah edilmiş, bu kateqoriya işlər üzrə vahid məhkəmə təcrübəsi formalaşdırılmışdır: 1) İddiaçı əvvəlki və ya mövcud sahib olmalıdır. Əvvəlki sahib dedikdə, əşya üzərindəki faktiki hakimiyyətdən tamamilə məhrum edilmiş, mövcud sahib dedikdə isə sahibliyini itirməsə də, əşyadan istifadəsinə maneçilik törədilən şəxs nəzərdə tutlur. 2) İddiaçıya qarşı qadağan edilmiş özbaşınalıq törədilməlidir. Özbaşınalıq əməli,sahibin iradəsi xaricində, qanunvericiliyə zidd şəkildə,insan tərəfindən edilən bir davranışdır Başqa sözlə, sahiblikdən məhrum olmaq və ya sahibliyin pozulması sahibin iradəsi daxilində, qanuna uyğun şəkildə, yaxud bir təbiət hadisəsi və ya heyvanın gücü nəticəsinə baş verdikdə özbaşınalıqdan söhbət gedə bilməz. 3) Cavabdehin hazırkı sahibliyi və ya təcavüzü qanunsuz olmalıdır. Əgər cavabdehin əşya üzərindəki sahibliyi qazanması və ya ona müdaxiləsi keçərli bir hüquqi əsasa söykənmirsə, özbaşınalıq onun tərəfindən edilmişdirsə, qanunsuz sayılır. Keçərli hüquqi əsaslara zəruri müdafiə (MM,m.563), son zərurət (MM,m.564), özünəyardım (MM,m.564), qanuni səlahiyyətin həyata keçirilməsi və digər bu kimi halları misal göstərmək olar. 4) Sahiblik iddiasının təmin edilməsini istisna edən hallar olmamalıdır. Bu şərt MM-in 164.2ci və 165.1-ci maddələrinin ikinci cümləsində və 165.2-ci maddəsindəki qaydaları özündə ehtiva edir. Belə ki, sahibliyinin pozulmasına istinad edən iddiaçının özü cavabdehə münasibətdə qüsurlu sahibdirsə (məsələn, iddiaçı həmin əşyanı daha əvvəl cavabdehdən özbaşına şəkildə qəsb etmişsə və bu hərəkətin törədilməsindən bir il müddət keçməyibsə) və ya iddiaçıya qarşı pozuntunun üzərindən bir ildən artıq müddət ötmüşsə, sahibiyin müdafiəsinə dair iddianın təmin edilməsi istisna olunur.

45. Yuxarıda müəyyən edilmiş hallar nəzərə alınaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar mübahisəli torpaq sahəsi üzrə əvvəlki qanuni sahiblər olmuşlar və 0,0928 ha torpaq sahəsinin 0,0824 ha ölçüdə olan torpaq sahəsinin üzərində faktiki sahiblik imkanından cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində məhrum edilmişlər. Cavabdehlərin mübahisəli torpaq sahəsi üzərində sahiblik əldə etməsi və ya həmin sahəyə müdaxiləsi hər hansı keçərli hüquqi əsasa söykənmir. Eyni zamanda, iş üzrə sahibliyin müdafiəsinə dair iddianın təmin edilməsini istisna edən hər hansı hal müəyyən edilməmişdir.

46. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

47. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar