Məhkəmə qərarları › İş №2(103)-5394/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5394/2024

02.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5394/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dairmülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(006)-2909/2024 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçılə Azərbaycan Respublikası Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə sonuncunun 25 yanvar 2024-cü il tarixli 3-13-17/ə31/2024 saylı əmrinin 2-ci bəndi və 29 yanvar 2024-cü il tarixli 3-13-17/Ə(ş/h)100/2024 saylı əmri ilə sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, qadın-kişi münasibətlərində riyakarlığa yol verməməli və başqalarını da buna sövq etməməli, keçirilən araşdırma zamanı obyektivliyin təmin edilməsinə köməklik göstərməli olduğu halda polis nəfəri C.İsmiyevin ailəli və himayəsində iki azyaşlı övladının olduğunu bilməsinə baxmayaraq qadın-kişi münasibəti qurduğuna, ailəsindən boşanaraq onunla ailə quracağı barədə sonuncu ilə əvvəlcədən sövdələşdiyinə və araşdırma prosesində qeyri-səmimi mövqe tutduğuna, bununla da “Baş Mühafizə İdarəsinin mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydalarının təsdiq edilməsi barədə” DİN-in xx.xx.2023-cü il tarixli, 3-13/Q6/2023 nömrəli qərarının 3.1.1, 3.1.3 və 3.1.13-ci maddələrinin tələblərini pozduğuna görə X6 Şöbəsinin mülki mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə DİN-in “X3” ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmr edilmişdir. 2.İddiaçı əmrin qanunsuz olduğunu iddia edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh (işəgötürən) Azərbaycan Respublikası Cavabdeh mülki mühafizəçi vəzifəsindən azad edilməsinə dair xx.xx.2024-cü il tarixli 3-13- 17/Ə31/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-13- 17/Ə(ş/h)100/2024 saylı əmrlərinin ləğv edilərək mülki mühafizəçi vəzifəsində işə bərpa edilməsi və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Cavabdeh X6 Şöbəsinin mülki mühafizəçisi vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13- 17/Ə31/2024 nömrəli əmrinə əsasən xx.xx.2024-cü il tarixli 3-13-17/Ə(ş/h)100/2024 saylı əmri ilə mülki mühafizəçi vəzifəsindən azad edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmri qanunsuz və əsassız hesab edir. Belə ki, iş yoldaşı olan, polis nəfəri Cəlal İsmiyev ailəli olduğu halda onunla ailə qurmaq istədiyini dəfələrlə bildirərək, xidməti fəaliyyətinə maneçilik törətməklə ona narahatçılıq yaratmışdır. O, Cəlal İsmiyevə hərəkətlərinə son qoymasını, əks təqdirdə sonuncudan şikayət edəcəyini bildirmişdir. C.İsmiyev isə onu şikayət edəcəyi halda şərləyərək işdən kənarlaşdıracağı ilə bağlıhədələmişdir. Lakin buna baxmayaraq o, Baş Mühafizə İdarəsinin X6 Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Əli Babayevə bu barədə məruzə etmək məcburiyyətində qalmış, qeyd olunan problemin qarşısının alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Əli Babayev bununla bağlı tədbir görəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə xidmətdə olarkən idarəyə dəvət olunaraq ondan izahat alınmış, izahatı alındıqdan sonra bu işdə onun heç bir təqsirinin olmaması bildirilmişdir. Lakin sonradan ona bildirilmişdir ki, vəzifəsindən kənarlaşdırılmışdır. Diqqətə çatdırır ki, həyat yoldaşı vəfat etmişdir, bir azyaşlı övladı vardır. Tutmuş olduğu vəzifənin öhdəsindən layiqincə gəlmişdir, heç bir zaman əmək intizamını pozmamış, kollektiv arasında yüksək nüfuz qazanmışdır. Barəsində heç bir zaman intizam tənbehi təyin edilməmişdir. Hesab edir ki, işdən azad edilməsinə dair cavabdeh Azərbaycan Respublikası DİN BMİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-13- 17/Ə(ş/h)100/2024 saylı əmr əsassız və qanunsuzdur. Bu səbəbdən, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 5.Cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi X11 məhkəməyə iddiaya etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək qeyd etmişdir ki, BMİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-17/Ə31/2024 saylı əmri ilə Sabirabad RMŞ-nin mülki mühafizəçisi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Araşdıma prosesində mülki mühafizəçi İddiaçı izahatında təxminən bir ildir ki, polis nəfəri Calal İsmiyevlə sevgi münasibətində olduqlarını, aralarında intim münasibətin olmadığını, ilk vaxtlarda onun ailəli olduğunu bilmədiyini, lakin sonradan bu barədə malumatının olduğunu, C.İsmiyevin ailəsi ilə ayrılaraq onunla ailə quracağını vəd etdiyini, bu məqsədlə münasibət qurduğunu, son 6 ay ərzində qısqanclıq zaminində aralarında mübahisələr yarandığını və onu ölümlə hədələdiyini, ailəsinin guya mülki mühafizəçi İddiaçı tərəfindən dağıdılması barədə şayiələr yayıldığı üçün atası ilə polis nəfəri C.İsmiyevin xx.xx.2023-cü il tarixdə danışdıqlarını, həmin tarixdə onunla telefon danışığı zamanı sonuncunun özünə qəsd edəcəyini dediyini bildirmişdir. Sabirabad RMŞ-nin polis nəfəri, polis serjantı Calal İsmiyev izahatında təxminən 1 ilə yaxındır ki, mülki mühafizəçi İddiaçı ilə sevgi münasibətində, bu müddət ərzində isə 1-2 dəfə intim münasibətdə olduqlarını, 3 ay əvvəl mülki mühafizəçi İddiaçı nişanlandığı üçün münasibətlərini sonlandırdıqlarını, sonuncu ona bəhanə ilə zəng etdikdən sonra münasibətlərini yenidən davam etdirdiklərini, özünün evli olması və onun kanar şəxslərlə ünsiyyətə girməsi səbəbindən mütəmadi olaraq mülki mühafizəçi İddiaçı ilə aralarında mübahisələr yarandığını, əvvəllər ailəsindən ayrılaraq onunla ailə quracağını vəd etsə də, sonuncu davranışlarında dəyişikliklər etmədiyi üçün fikrindən yayındığını, mülki mühafizəçi İddiaçı fiziki təzyiq göstərmədiyini və ölümlə hədələmədiyini, özünə qəsd edəcəyini demədiyini, xx.xx.2023-cü tarixdə övladının anadan olması barədə məlumat verməyi unutduğunu qeyd etmişdir. Şöbənin manqa komandiri, polis baş serjantı Aqil Əliyev, kiçik inspektor, polis serjanti Afiq Quliyev va MMX üzrə qrup rəhbəri Mirzə Nağıyev izahatlarında 15-20 gün əvvəl hissənin polis nəfəri Calal İsmiyevlə mülki mühafizəçi İddiaçı aralarında sevgi və qadın-kişi münasibətinin olması barədə xəbər tutduqlarını və bu barədə rəis, polis polkovnik-leytenantı Əli Babayevə məlumat verdiklərini bildirmişdir. Beləliklə, aparılmış araşdırmanın nəticəsində Sabirabad RMŞ-nin polis nəfəri, polisserjantı Calal İsmiyevin ailə-məişət normalarına riayət etməli, nikahda sədaqətli olmalı, qadın-kişi münasibətlərində riyakarlığa yol verməməli olduğu halda, mülki mühafizəçi İddiaçı ilə sevgi və qadın-kişi münasibəti qurduğu, onunla ailə quracağı barədə yalan vədlər verdiyi, xx.xx.2023-cü il tarixdə övladının anadan olması barədə xidmət etdiyi orqanın rəisini məlumatlandırmadığı və anket məlumatlarında müvafiq dəyişiklik etmədiyi müəyyən olunmuşdur. Həmçinin, həmin şöbənin mülki mühafizəçisi Laman Bayramovanın isə polis nəfəri C.İsmiyevin ailəli və himayəsində iki azyaşlı övladının olmasına bildiyi halda onunla qadın-kişi münasibəti qurduğu, ailəsindən boşanaraq onunla ailə quracağı barədə əvvəlcədən sövdələşdiyi və araşdırma prosesində qeyri-səmimi mövqe tutduğu müəyyən olunmuşdur. Sabirabad RMŞ-nin polis nəfəri, polis serjantı X9 xx.xx.1994-cü ildə anadan olub, orta ixtisas təhsillidir, xx.xx.2015-ci il tarixdən DİO-da xidmət edir. Xidmət etdiyi hissənin xx.xx.2023-cü il tarixli 3-13-17/xx/xx/2023 nömrəli əmri ila ona elan olunmuş «töhmət» intizam tənbehi qüvvədə olmuşdur. Sabirabad RMŞ-nin mülki mühafizəçisi İddiaçı xx.xx.2003-cü il tarixdə anadan olub, orta təhsillidir, xx.xx.2022-ci il tarixdən DİO-da işləmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Baş Mühafizə İdarəsinin mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydalarının təsdiq edilməsi barədə DİN-in xx.xx.2023-cü il tarixli 3-13/Q6/2023 nömrəli qərarının müddəalarında aşağıdakı tələblər nəzərdə tutulmuşdur: 2.1.2. xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, insanların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir; 3.1. Mülki mühafizəçi xidmətkənar vaxt aşağıdakılara riayət etməlidir: 3.1.1 sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, ekstremalşəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz vəziyyətdə qoymamalı, vətəndaşlarla ünsiyyətdə diqqətli, nəzakətli və təmkinli olmalıdır. 3.1.2 sağlam həyat tərzi keçirməli, həkim təyinatı istisna olmaqla, narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət vaxtı, habelə xidmətdə olmadığı hallarda geyim formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda özünün və işlədiyi qurumun nüfuzuna xələl gətirən hərəkətlərdən çəkinməli, spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır, 3.1.3. ailəsinin, o cümlədən uşaqlarının və valideynlərinin qayğısına qalmalı, nikahda sədaqətli olmalı, qadın-kişi münasibətlərində riyakarlığa yol verməməli, başqalarını da buna sövq etməməlidir; 3.1.13. müxtəlif məsələlərlə əlaqədar keçirilən araşdırma zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir. BMİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-17/Ə31/2024 saylı əmri ilə müəyyən olunur ki, İddiaçı sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, qadın-kişi münasibətlərində riyakarlığa yol verməməli və başqalarını da buna sövq etməməli, keçirilən araşdırma zamanı obyektivliyin təmin edilməsinə köməklik göstərməli olduğu halda polis nəfəri C.İsmiyevin ailəli və himayəsində iki azyaşlı övladının olduğunu bilməsinə baxmayaraq qadın-kişi münasibəti qurduğuna, ailəsindən boşanaraq onunla ailə quracağı barədə sonuncu ilə əvvəlcədən sövdələşdiyinə və araşdırma prosesində qeyri-səmimi mövqe tutduğuna, bununla da «Baş Mühafizə İdarəsinin mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları»nın təsdiq edilməsi barədə DİN-in xx.xx.2023-cü il tarixli, 3-13/Q6/2023 nömrəli qərarının 3.1.1, 3.1.3 va 3.1.13-ci maddələrinin tələblərini pozduğuna görə X6 Şöbəsinin mülki mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə DİN-in X3 ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Beləliklə, iddiaçı yuxarıda sadalanan üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə əmək müqaviləsinin ləğv edilməsinə dair qəbul edilmiş əmr qanuna zidd sayıla bilməz, iddiaçının əmrin ləğv edilməsi barədə tələbi əsassızdır. Bundan başqa, iddiaçı məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür, buna görə də müddətin tətbiqinə dair ərizə təqdim etməklə, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edirlər. Qeyd etməyi zəruri hesab edirlər ki, iddiaçı ilə cavabdeh arasında yaranmış münasibət faktiki olaraq əmək münasibətidir. Bu səbəblə də onlar arasında yaranmış mübahisəyə əmək qanunvericiliyi tətbiq edilməlidir. Belə olan halda Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən iddiaçı tələbetmə müddətini ötürmüşdür. Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsinin mənasına görə işçinin fərdi əmək mübahisəsinə baxan orqana müraciət etməsi halı istisna olmaqla, bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Fərdi əmək mübahisələrinin anlayışı, konkret tərifi Əmək Məcələsində göstərilmişdir. Belə ki, fərdi əmək mübahisələri işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Eyni zamanda fərdi əmək mübahisələrinin predmetinin dəqiq siyahısı Əmək Məcəlləsinin 288-ci maddəsində sadalanmışdır. Həmin maddənin «a» bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi fərdi əmək mübahisəsinin predmetidir. Bundan əlavə şəxsin öz hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin özhüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür. Göründüyü kimi, hazırkı mübahisə üzrə şəxsin öz hüququnun pozulduğunu bildiyi vaxtdan, yəni 2024-cü il yanvar ayının 25-dən məhkəməyə müraciət edənə qədər olan dövr üçün tələbi üzrə bir aylıq müddət ötürülmüşdür. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdə mediasiyaya müraciət etmiş, xx.xx.2024-cü il tarixdə arayış almış, xx.xx.2024-cü il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndinə görə Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Maddənin məzmunundakı «məhkəməyə qədər əmək mübahisələrinə baxan orqan» və «əmək mübahisələrinə baxan orqan» anlayışlarının mahiyyəti isə sual doğurmaqla birlikdə iddiaçı və apellyasiya instansiyası məhkəməsi tərəfindən də yanlış anlaşılmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair» xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, «qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur». Yenə həmin qərarda göstərilmişdir ki, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanı səciyyələndirən şərtlər aşağıdakılardır: 1) yaradılmasının kollektiv müqavilədə nəzərdə tutulması; 2) müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılması. Qərarda göstərilən digər mühüm nəticə isə budur ki, «Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır». Göründüyü kimi qərarda ifadə olunan mövqe bundan ibarətdir ki, əmək mübahisələrinə baxan orqan anlayışının tərkibinə 1) əmək mübahisəsinə məhkəməyə qədər baxan orqan 2) məhkəmə aid edilmiş, əmək mübahisəsinə məhkəməyə qədər baxan orqan anlayışına isə 1) kollektiv müqavilə yaradılması nəzərdə tutulan 2) müəssisələrdə həmkarlar ittifaqlarının nəzdində yaradılan orqanlar aid edilmişdir. Göründüyü kimi hazırkı işdə iddiaçının əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət etmək imkanı olmadığı və əmək mübahisələrinə baxan digər orqan olan məhkəməyə müraciət üçün qanunla nəzərdə tutulan müddət üzrlü səbəblər olmadan ötürüldüyü üçün iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi zəruridir. Belə ki, iddiaçı 25 yanvar 2024-cü il tarixində işdən azad olunmuş, həmin tarixdə bu barədə əmrlə yerində tanış olmuş və bu andan müddətin axımı başlamışdır. Bununla da iddiaçının qanunla nəzərdə tutulan müraciət hüququnu məhdudlaşdırmadığı üçün, iddiaçının işəgötürənə müraciətləri isə yuxarıda da qeyd edildiyi kimi müraciətin məhkəməyə qədər əmək mübahisələrinə baxan orqana edilməsi ilə şərtləndirildiyinə görə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə əsas vermir. Beləliklə, qeyd olunanlar ilə müəyyən edilir ki, iddiaçı müvafiq tələblə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür, bu müddətini bərpasının üzrlü hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin 3-cü hissəsinə görə qanunu bilməmək məsuliyyətdən azad etmir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləriiştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Yuxarıda qeyd olunanlara əsasən iddia ərizəsinin əsassız hesab edilməsi, eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizənin təmin edilməsi və iddia müddəti tətbiq edilməklə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. 6.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 12 iyul 2024-cü il tarixli, 2(006)-2909/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Vüsalə Musayeva) iddianın qismən təmin edilməsi, X6 Şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsihaqqında Azərbaycan Respublikası Cavabdeh 25 yanvar 2024-cü il tarixli 3-13-17/ə31/2024 saylı əmrinin 2-ci bəndi və 29 yanvar 2024-cü il tarixli 3-13- 17/Ə(ş/h)100/2024 saylı əmrin ləğv edilməsi, İddiaçı X6 Şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi vəzifəsinə bərpa edilməsi, İddiaçı 29 yanvar 2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının tərəflər arasında bağlanmış əmək müqaviləsinə uyğun hesablanaraq cavabdeh Azərbaycan Respublikası Cavabdehndən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: 7.xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, DİN-in xx.xx.2023-cü il tarixli «Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları»nın təsdiq edilməsi barədə 3-13/Q6/2023 saylı qərarının surəti şəxsi heyətə elan olunmuş, xidməti fəaliyyətdə rəhbər tutulmuş aidiyyatı işçilər tərəfindən öyrənilməsi və onlardan məqbulların götürülməsi təmin olunmuşdur. Sabirabad RMŞ-nin rəisi tərəfindən təsdiq edilmiş məqbulların götürülməsi barədə xx.xx.2023-cü il tarixli siyahıda İddiaçı da imza etmişdir. 8.Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş Sabirabad RMŞ-nin rəisi, polis polkovnik-leytenantı Əli Babayevin raportuna baxılmasının nəticəsinə dair rəydən görünür ki, tabeliyində xidmət edən polis nəfəri, polis serjantı Cəlal İsmiyevin həmin şöbənin mülki mühafizəçisi İddiaçı ilə qadın-kişi münasibətində olmaları barədə raportu araşdırılmış, aidiyyatı şəxslərin izahatları alınmış, iddiaçının DİN-nin X3 ilə razılaşdırılmaqla ciddi intizam tənbehinə cəlb edilmələri təklif olunmuşdur. 9.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 25 yanvar 2024-cü il tarixli 3-13-17/231/2024 saylı əmrindən (2-ci bəndi) görünür ki, sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, qadın-kişi münasibətlərində riyakarlığa yol verməməli və başqalarını da buna sövq etməməli, keçirilən araşdırma zamanı obyektivliyin təmin edilməsinə köməklik göstərməli olduğu halda polis nəfəri C.İsmiyevin ailəli və himayəsində iki azyaşlı övladının olduğunu bilməsinə baxmayaraq qadın-kişi münasibəti qurduğuna, ailəsindən boşanaraq onunla ailə quracağı barədə sonuncu ilə əvvəlcədən sövdələşdiyinə və araşdırma prosesində qeyri-səmimi mövqe tutduğuna, bununla da “BaşMühafizə İdarəsinin mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydalarının təsdiq edilməsi barədə” DİN-in xx.xx.2023-cü il tarixli, 3- 13/Q6/2023 nömrəli qərarının 3.1.1, 3.1.3 və 3.1.13-ci maddələrinin tələblərini pozduğuna görə X6 Şöbəsinin mülki mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə DİN-in “X3” ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi əmr edilmişdir 10.Azərbaycan Respublikası Cavabdeh X6 Şöbəsinin 12 mart 2024-cü il tarixli 3-13-17/xxxx/2024 saylı İddiaçı ünvanlanmış məktubu ilə onun vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 29 yanvar 2024-cü il tarixli 3-13-17/Ə(ş/h)100/2024 saylı əmri ona göndərilmişdir. 11.Azərbaycan Respublikası Cavabdeh X6 Şöbəsinin 27 mart 2024-cü il tarixli 3-13-17/42- 120/2024 saylı İddiaçı ünvanlanmış məktubunda qeyd edilmişdir ki,onun xx.xx.2024-cü il tarixli ərizəsinə cavab olaraq xx.xx.2024-cü il tarixli əmrin surəti ona təqdim edilmişdir. 12.Azərbaycan Respublikası Cavabdeh Əliheybət Bayramova ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-13-17/2-B-12845/1/24 saylı məktubunda qeyd edilmişdir ki, şəxsin müraciətinin müsbət həlli mümkün deyildir. 13.Azərbaycan Respublikası Cavabdehnə ünvanlamış xx.xx.2024-cü il tarixli 3-13-17- 42/249/2024 saylı məktubda qeyd edilmişdir ki, İddiaçı tutduğu vəzifədən azad edilməsi ilə əlaqədar olaraq onun əmək kitabçasını atası X2 təqdim edildikdən sonra ondan alınan qəbzə dair müvafiq göstəriş verilməsi xahiş olunmuşdur.Əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, tutduğu vəzifədən azad edilmiş mülki mühafizəçi İddiaçı ******* nömrəli əmək kitabçasını atası X4 aparmışdır. 14.Azərbaycan Respublikası Cavabdeh X6 Şöbəsinin 21 iyun 2024-cü il tarixli 3-13-17- 42/247/2024 saylı məktubundan görünür ki, İddiaçı DİN BMİ-nin 29 yanvar 2024- cü il tarixli 3- 13-17-Ə(ş/h)100/2024 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən mülki mühafizəçi (fəhlə) vəzifəsindən azad edilmişdir. Mühafizəçi vəzifəsindən azal olunması ilə əlaqədar ona mövcud qanunvericiliyə uyğun olaraq yanvar ayında işlədiyi günə qədər 300 manat əmək haqqı və 64 manat 24 qəpik son hesab hesablanmışdır. Cəmi 364 manat 24 qəpik hesablama aparılmışdır. Hesablanmış məbləğdən 53 manat 30 qəpik gəlir vergisi və sosial sığorta üzrə tutulmalar tutulduqdan sonra qalan 310 manat 94 qəpik xx.xx.2024-cü il tarixdə əmək haqqı kartına ödənilmişdir. 15.********** saylı ödəniş qəbzindən görünür ki, son haqq-hesab iddiaçının kart hesabına xx.xx.2024-cü il tarixdə köçürülmüşdür. 16.Sabirabad 1 saylı Mediasiya Təşkilatının 15 aprel 2024-cü il tarixli İMS-də iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı işə bərpa tələbi ilə bağlı mediasiyanın tətbiqi barədə təklif xx.xx.2024-cü il tarixdə göndərilmişdir.Tərəflər arasında mübahisəni məhkəmədən kənar qaydada həll etmək mümkün olmamışdır. 17.Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli sərəncamından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburiiş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair iddiasının mümkünlüyü məsələsinin müzakirəsi 15 may 2024-cü il tarixə təyin edilmişdir. 18.Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair iddiası şəxsin ərizəsinə əsasən ona geri qaytarılmışdır. 19.İddia ərizəsində və araşdırma materiallarında adı çəkilən X5 məhkəməyə ünvanladığı teleqramda qeyd olunmuşdur ki, İddiaçıla aralarında bir ilə yaxın sevgi münasibətləri olmuşdur. Bu müddət ərzində onun ailəli olduğundan İddiaçı məlumatı olmamışdır. Ailəli olduğunu bildikdən sonra aralarında işdən kənar mübahisə baş vermişdir. Bu haqda məlumat vermədiyinin səbəbi isə ailəli olduğuna baxmayaraq ailə münasibətlərinin normal olmadığı və ailəsi ilə birlikdə yaşamadığı üçün nikahın davam etməsini əsassız hesab edərək boşanma prosesi üçün mediasiyaya müraciət etmişdir. Himayəsində yaşı tamam olmamış övlad olduğu üçün müraciət rədd edilmişdir. İzahatında qeyd etdiyi bəzi məlumatlar qısqanclıq zəminində olmuşdur. İddiaçı ilə aralarında heç bir intim münasibət olmamışdır. 20.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin 12 iyul 2024-cü il tarixli 25 saylı məktubunda qeyd edilmişdir ki, DİN BMİ-nin xx.xx.2024-cü il tarixli 3- 13-17/Ə31/2024 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmiş X6 Şöbəsinin mülki mühafizəçisi İddiaçı işdən azad olunarkən həmin Komitə ilə razılaşdırılmışdır. 21.Məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi, İddiaçı tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə əsas olan (ƏM-nin 72-ci maddəsində sdalanan) hallar müəyyən edilməmişdir. 22.Cavabdeh tərəfin iddiaçı tərəfindən müvafiq etik davranış qaydalarının tələblərinin pozulması ilə bağlı iddia ərizəsinə etirazda gösətrilənlərə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən etik davranış qaydalarının pozulması hallarına yol verilsə idi, bu, onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə əsas vermir. Əmək Məcəlləsinin həmin maddəsinin qeyd edilən bəndində sadalanan hallar mövcud olmadığı təqdirdə, həmin maddi hüquq normasına istinad edilməklə işçinin işdən azad olunması qanuni deyil. 23.Digər tərəfdən araşdırma materiallarında adı çəkilən X5 məhkəməyə ünvanladığı teleqramın məzmunundan göründüyü kimi, araşdırma aparılarkən o, iddiaçı barədə qeyri-düzgün, qeyrisəmimi izahat vermişdir və araşdırma vaxtı verilən izahatda qeyd edilən halların bir çoxuna yol verilməmişdir. Həmin şəxslə iddiaçı arasında intim münasibətlər olmamış, bu və ya digər formada münasibətləri olsa da belə bunun məhz iş vaxtı və iş yerində baş verməsinə dəlalət edən hər hansı hal müəyyən edilməmiş, aralarındakı münasibətləri iş yerində hər hansı şəkildə biruzə verməmiş, İddiaçı tərəfindən bu əsasla iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozulmamış, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmiş, iddiaçı əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) tam şəkildə yerinə yetirmişdir. 24.Məhkəmə hesab etmişdir ki, bu və ya digər işəgötürən tərəfindən müvafiq qaydada, hazırki halda əmrlə təsdiq edilmiş etik davranış qaydalarında müəyyən edilmiş birbaşa olaraq iş yoldaşları arasında yaxın münasibətlərin olmasına dair qadağa özlüyündə etibarlı hesab edilə bilməz. Digər bir məqam isə ümumiyyətlə bu səbəbdən işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad edilməsi isə tamamilə məntiqə uyğun deyildir. Üstəlik də bu münasibətlər iş saatlarında baş verməmiş, iş mühitinin ahəngini pozmamış, işəgötürənən mənafelərinə xələl gətirməmişdir. Hətta məhkəmə nəzərə alır ki, bu münasibətlərin nəticəsində aralarında yaranmış mübahisəli məsələlər görə İddiaçı özü rəhbərliyə məruzə edərək bunun aradan qaldırılmasını xahiş etmişdir. Bununla əlaqədar olaraq Cəlal İsmiyevin artıq polis vəzifəsindən azad edilməsi səbəbindən İddiaçı ilə daha yaxın münasibətlərinin olmasına dair izahatındamüəyyən mənada qisas elementləri hiss olunur ki, sonradan da Cəlal İsmiyev həmin izahatını qısqanclıq zəminində verməsini etiraf etmişdir. 25.Məhkəmə bu qənaətə gəlir ki, iddiaçı X12 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad edilməsi əsassız olduğundan, mübahisələndirilən əmrlər ona aid hissədə ləğv edilməli, iddiaçı işə bərpa edilməli, işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir. 26.İddia müddətinin tətbiq edilməsi barədə cavabdehin nümayəndəsinin vəsatətinə (ərizəsinə) münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. İddiaçının işdən azad edilməsi barədə əmrin surəti ona xx.xx.2024-cü il tarixdə göndərilmiş, iddiaçı mediasiyanın tətbiqi barədə xx.xx.2024-cü il tarixdə təklif göndərmiş, xx.xx.2024-cü il tarixdə İMS-də iştirak edilməməsi barədə arayışı aldıqdan sonra aidiyyat qaydalarına riayət etmədən Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-3332/2024 nömrəli qərarı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmışdır. Bundan sonra iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd edilən xronologiyadan göründüyü kimi, iddiaçı tərəfindən əmək mübahisələri üzrə qanunla müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülməmişdir. 27.Qanunvericinin tələbinə əsasən işçinin hüquqlarının pozulmasının hansı gündən etibarən hesablanmalı olduğu müəyyən edilmişdir. Hazırki halda da məhkəmə həmin müddətin xx.xx.2024-cü il tarixdən etibarən hesablanmasına aradan qaldıran hal müəyyən etmir. 28.Məhkəmə öz mövqeyiniAzərbaycan Respublikasının Konstitusiyasının 125, 337, 25-ci maddəsinin İ hissəsinə, 127-ci maddəsinin İV hissəsinə; “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsi, 294-cü maddəsinin 4 və 5-ci hissəsi, 296-cı maddəsinin 2 və 3-cü hissəsi, 300-cü maddəsinin 1-ci hissəsinə; “Mediasiya haqqında” qanunun 35.1-ci maddəsinə;Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 29.Cavabdeh Azərbaycan Respublikası Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv ediləməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 30.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı təqdim olunmuş cavabdehin mövqeyini əsaslandıran sübutlar və iddiaçının fəaliyyət göstərdiyi qurum, eləcə də bu qurumun əməkdaşlarının hüquq və vəzifələrini müəyyən edən aktların tələbləri nəzərə alınmamış, iddiaçının tələbinin əsassızlığı ətraflı şərh olunaraq məhkəməyə bildirilsə də, bu xüsuslar nəzərə alınmadan cavabdehin hüquqlarının pozulması ilə nəticələnən qətnamə çıxarılmışdır.İş materialları ilə təsdiqini tapmış İddiaçı iş yoldaşı olan polis nəfəri İsmiyev Cəlal ilə yaxın sevgi münasibətlərində olması, sonradan bu münasibət ilə bağlı olaraq mübahisənin yaranması və bununla bağlı olaraq adıçəkilən şəxslərin aralarındakı münasibətdən yaranan sonrakı hadisələrin xidməti fəaliyyətin həyata keçirilməsinə ciddi maneələr yaratması və bu kimi digər hallar iddiaçı tərəfindən yol verilən nöqsanların onun təmsil etdiyi orqanın nüfuzuna xələl gətirməklə birlikdə, dövlət orqanının əməkdaşı kimi vətəndaşların gözündə onun nəzdində digər hüquq-mühafizə orqanları əməkdaşları barəsində əsassız olaraq mənfi və doğru olmayan təəssüratın yaranmasına səbəb olur ki, qeyd olunan hallara yol verilməməsi şəxsin işlədiyi qurumun əməkdaşları üçün lazımi davranış qaydaları müəyyən edən aktlarda da onlar qarşısında əsas tələblərdən biri kimi qoyulmuşdur.“Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu maddəsinə və “Polis haqqında” Qanunun 34-cü maddəsinə görə daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etməməlidir. “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”-nin 3-cü maddəsinə görə daxili işlər orqanları əməkdaşı Dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. Nəzərə almaq lazımdır ki, iddiaçı tərəfindən yol verilən nöqsan ailə-məişət münasibətləri deyil, şəxsin xidməti fəaliyyəti çərçivəsində qiymətləndirilməlidir. Belə ki, yuxarıda adıçəkilən aktlar daxili işlər orqanları əməkdaşlarının qarşısına məhz bu qəbildən olan tələblər qoyur və onlara əməl olunmasını məcburi edir. Buna görə də məhkəmə tərəfindən işə hüquqi qiymət verilməzdən əvvəl o hərtərəfli araşdırılmalı, mövcud qanunvericilik əhatəli təhlil olunmalıdır. Beləliklə, İddiaçı tərəfindən edilən hərəkətlərin polis əməkdaşının statusu və fəaliyyəti ilə bir araya sığmadığı, eləcə də cəmiyyət və vətəndaşlar nəzdində xidmət göstərmiş olduğu orqan və onun əməkdaşları haqqında mənfi təəssüratlar yaratdığı, nüfuzuna xələl gətirdiyi göz önündə olmaqla, qanunvericiliklə müəyyən edilmiş normaların kobud şəkildə pozulduğunu və barəsində qəbul olunan qərarın doğruluğunu bir daha təsdiq edir. Göründüyü kimi, məhkəmə tərəfindən işin halları və iş materialları düzgün tədqiq olunmamış, həmçinin iddiaçı barəsində olan müvafiq əmrin verilməsi zərurətini yaradan hallar və onların cavabdeh qurum üçün nəticələri qanunvericilik müddəaları ilə yanlış formada əlaqələndirilmiş, bunun nəticəsində isə qanunsuz və əsassız qətnamə çıxarılmışdır.Məhkəməyə müraciət etmək üçünmüəyyən edilmiş iddia müddəti məhkəməyəqədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Qeyd olunan maddənin məzmununa görə işçinin fərdi əmək mübahisəsinə baxan orqana müraciət etməsi halı istisna olmaqla, bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hazırki mübahisə üzrə şəxsin öz hüququnun pozulduğunu bilməli olduğu vaxt əmrin surətinin ona göndərildiyi xx.xx.2024-cü il tarixi deyil, işdən azad olunduğu və bu barədə əmrlə tanış olduğu xx.xx.2024-cü il tarixidir. Buna görə də iddiaçı qanunvericiliklə müəyyən olunmuş 1 aylıq müddəti ötürmüşdür. Lakin məhkəmənin bu məsələdə sərgilədiyi mövqe düzgün olmamaqla birlikdə, qanunun yanlış tətbiqini ehtiva edir. Belə ki, iddiaçı əvvəlcə düzgün olmayan məhkəməyə (İnzibatı Məhkəməyə) müraciət etmişdir və bu hal məhkəmə tərəfindən üzrlü hal kimi qiymətləndirilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsindəki göstəriş aydın olmaqla birlikdə onda göstərilən 3 aylıq müddət sadəcə fərdi əmək mübahisəsinə baxan orqana şamil olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296- cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021- ci il tarixli qərarında göstərilmişdir ki, “qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur”. Yenə həmin qərarda göstərilmişdir ki, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanı səciyyələndirən şərtlər aşağıdakılardır: 1) yaradılmasının kollektiv müqavilədə nəzərdə tutulması; 2) müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılması. Qərarda göstərilən digər mühüm nəticə isə budur ki, “Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır”. Göründüyü kimi qərarda ifadə olunan mövqe bundan ibarətdir ki, əmək mübahisələrinə baxan orqan anlayışının tərkibinə 1) əmək mübahisəsinə məhkəməyə qədər baxan orqan 2) məhkəmə aid edilmiş, əmək mübahisəsinə məhkəməyə qədər baxan orqan anlayışına isə 1)kollektiv müqavilə yaradılması nəzərdə tutulan 2) müəssisələrdə həmkarlar ittifaqlarının nəzdində yaradılan orqanlar aid edilmişdir. Göründüyü kimi hazırkı işdə iddiaçının əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət etmək imkanı olmadığı və əmək mübahisələrinə baxan digər orqan olan məhkəməyə müraciət üçün qanunla nəzərdə tutulan müddət üzrlü səbəblər olmadan ötürüldüyü üçün iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi zəruridir. Bundan başqa iddiaçının yanlış məhkəməyə müraciət edərkən müddətə riayət etməsi və ya mediasiya prosesi zamanı müəyyən olunmuş müddətlərə əməl etməsi formasında olan bir əsaslandırma kifayət qədər əsassız olmaqla, qanunu tətbiq edən orqan tərəfindən də onun mahiyyətinin dərk olunmaması barədə də suallar yaradır. Çünki şəxsin öz hüququndan istifadə edə bilməməsi onun hüququna olan şəxsi münasibəti olmaqla, bundan necə istifadə etməsi tamamilə şəxsin öz ixtiyarındadır və buna görə də tərəflərin öz hüquq və mənafelərinə olan münasibətini necə müəyyən etməsindən asılı olmayaraq qanunla müəyyən olunan tələblər dəqiq olmaqla onun yanlış formada təfsir olunması ilə şəxslərə əsassız üstünlük yaradılması, eləcə də şəxsin qanunvericiliyi bilməməsi və ya yanlış bilməsi nəticəsində düzgün tətbiq etməməsi onun şəxsi keyfiyyəti və heç bir obyektiv haldan asılıolmayan hadisə olduğu üçün onun üzrlü hal hesab edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində əks olunan “Qanunu bilməmək məsuliyyətdən azad etmir” müddəası da məhz bunun əsası qismində çıxış edir.Məhkəmə işə baxarkən və qətnamə çıxararkən MPM-in 9, 14,77, 88 və 217ci maddələrinin tələblərini pozmuşdur. Təqdim olunan sübutlar işdəki hallarla əlaqəli şəkildə təhlil olunmamış buna görə də qanunun yanlış tətbiq olunması ilə əsassız və qanunsuz nəticəyə gəlinməsinə səbəb olmuşdur. Məhkəmə tərəfindən işin araşdırılması zamanı həm qanunvericilik, həm də bu sahədə mövcud olan praktika nəzərə alınmamışdır. Bunun nəticəsində də işdəki halları və qanunvericiliyin mövqeyini özündə adekvat formada əks etdirməyən qətnamə qəbul olunmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 31.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 32.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 33.Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

34. 36.İİİ. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir. “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”

35. 23-cü maddəsinə əsasən: 1.Hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və yaxşı iş şəraiti vəişsizlikdən müdafiə hüququ var. 2.Hər bir şəxs heç bir ayrı-seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaqhüququna malikdir. 3.Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilətamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli vəqənaətbəxş ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsi:

36. 2-ci maddənin 2-ci hissəsi. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

37. 2-ci maddənin 3-cü hissəsi. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.

38. 3-cü maddənin 3-cü hissəsi. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs.

39. 3-cü maddənin 5-ci hissəsi. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

40. 3-cü maddənin 9-cu hissəsi. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu.

41. 3-cü maddənin 10-cu hissəsi. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

42. Maddə 10.İşçinin əsas vəzifələrinə: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir. 43.Maddə 11.Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; 44.Maddə 12.Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; ç) kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək.

45. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır.

46. 70-ci maddəsinin “ç” bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır.

47. 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

48. 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d)qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e)əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə)əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f)iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

49. 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

50. 80-cı maddənin 1-ci hissəsi. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

51. 80-cı maddənin 2-ci hissəsi. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir

52. 186-cı maddəsi:

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 3.İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 4.İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. 5.294-cü maddənin 5-ci hisssi. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

53. 296-cı maddəsinin 2-cü hissəsi. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

54. 296-cı maddəsinin 3-cı hissəsi. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyəmüvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin(kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədənəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədənbilə-bilə qəsdən pozulduğu gündür.

55. Maddə 297.Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. 56.300-cü maddənin 1-ci hissəsi. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Mediasiya haqqında” Qanun: 57.Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 58.Maddələr 14.2,77.1,217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 59.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

60.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 61.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

62.Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instasniya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 63.Kollegiya ilk olaraq qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir. Yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. 64.Həmçinin, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 65.Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirdiyindən həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir. 66.Əmək qanunvericiliyində işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona hüquqi məsuliyyət növü kimi intizam və ya digər məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. 67.Kollegiya qeyd edir ki, hazırkı işdə iddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsası kimi iddiaçının polis nəfəri C.İsmiyevin ailəli və himayəsində iki azyaşlı övladının olduğunu bilməsinə baxmayaraq, qadın-kişi münasibəti qurduğuna, ailəsindən boşanaraq onunla ailə quracağı barədə sonuncu ilə əvvəlcədən sövdələşdiyinə və araşdırma prosesində qeyri-səmimi mövqe tutduğuna, bununla da “Baş Mühafizə İdarəsinin mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydalarının təsdiq edilməsi barədə” DİN-in xx.xx.2023-cü il tarixli, 3-13/Q6/2023 nömrəli qərarının 3.1.1, 3.1.3 və 3.1.13-ci maddələrinin tələblərini pozduğuna istinad etmişdir. 68.Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək məcəlləsiin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə Azərbaycan Respublikası Cavabdeh 25 yanvar 2024-cü il tarixli 3-13-17/ə31/2024 saylı əmrinin 2-ci bəndi və 29 yanvar 2024-cü il tarixli 3-13-17/Ə(ş/h)100/2024 saylı əmri onunla əsaslandırılmışdır ki, sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, qadın-kişi münasibətlərində riyakarlığa yol verməməli və başqalarını da buna sövq etməməli, keçirilən araşdırma zamanı obyektivliyin təmin edilməsinə köməklik göstərməli olduğu halda polis nəfəri C.İsmiyevin ailəli və himayəsində iki azyaşlı övladının olduğunu bilməsinə baxmayaraq qadın-kişi münasibəti qurduğuna, ailəsindən boşanaraq onunla ailə quracağı barədə sonuncu ilə əvvəlcədən sövdələşdiyinə və araşdırma prosesində qeyri-səmimi mövqe tutduğuna, bununla da “Baş Mühafizə İdarəsinin mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydalarının təsdiq edilməsi barədə” DİN-in xx.xx.2023-cü il tarixli, 3-13/Q6/2023 nömrəli qərarının 3.1.1, 3.1.3 və 3.1.13-ci maddələrinin tələblərini pozduğuna görə X6 Şöbəsinin mülki mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə DİN-in “X3” ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmr edilmişdir. 69.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 1) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallar mövcud olmalıdır. 70.Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olmalıdır və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmalıdır. 71.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının hansı pozuntuya yol verməsi və bunun hansı nəticələrə səbəb olduğu göstərilməmişdir. İşçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır. 72.Digər tərəfdən kollegiyanın qənaətinə görə, iddiaçıya istinad olunan pozuntular nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyi sübuta yetirilməmişdir. 73.Həmçinin qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. 74.Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti, himayəsində azyaşlı uşağının olması nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. 75.Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuşdur. 76.Belə ki, məhkəmə kollegiyası iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olması ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İddiaçı tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunma üçün sadalanan hallardan heç birinə yol verilməmişdir. 77.Kollegiya qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, adı çəkilən X5 məhkəməyə ünvanladığı teleqramın məzmunundan göründüyü kimi, araşdırma aparılarkən o, iddiaçı barədə qeyri-düzgün, qeyri-səmimi izahat vermişdir və araşdırma vaxtı verilən izahatda qeyd edilən halların bir çoxuna yol verilməmişdir. Həmin şəxslə iddiaçı arasında intim münasibətlər olmamış, bu və ya digər formada münasibətləri olsa da, belə bunun məhz iş vaxtı və iş yerində baş verməsinə dəlalət edən hər hansı hal müəyyən edilməmiş, aralarındakı münasibətləri iş yerində hər hansı şəkildə biruzə verməmiş, İddiaçı tərəfindən bu əsasla iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozulmamış, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmiş, iddiaçı əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) tam şəkildə yerinə yetirmişdir. 78.Məhkəmə kollegiyası işdən azad olunma bərədə əmrin əsaslarını təşkil edən halların tərəflərin izahatlarına əsaslanmasını nəzərə alaraq həmin halların obyektivliyinə tənqidi yanaşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi bu münasibətlərin nəticəsində aralarında yaranmış mübahisəli məsələlərə görə İddiaçı özü rəhbərliyə məruzə edərək, bunun aradan qaldırılmasını xahiş etmişdir. Bununla əlaqədar olaraq Cəlal İsmiyevin artıq polis vəzifəsindən azad edilməsi səbəbindən İddiaçı ilə daha yaxın münasibətlərinin olmasına dair izahatında müəyyən mənada qisas elementləri hiss olunur ki, sonradan da Cəlal İsmiyev həmin izahatını qısqanclıq zəminində verməsini etiraf etmişdir. Digər tərəfdən hazırki halda əmrlə təsdiq edilmiş etik davranış qaydalarında müəyyən edilmiş birbaşa olaraq iş yoldaşları arasında yaxın münasibətlərin olmasına dair qadağa özlüyündə etibarlı hesab edilə bilməz. Digər bir məqam isə ümumiyyətlə bu səbəbdən işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə azad edilməsi isə tamamilə məntiqə uyğun deyildir. Üstəlik də bu münasibətlər iş saatlarında baş verməmişdir. 79.Digər tərəfdən cavabdeh İdarənin iddia etdiyi kimi iddiaçı tərəfindən etik davranış qaydalarının pozulması halları baş versə idi belə, əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuntuların-əgər pozuntu hesab edilsə belə-xarakterinə adekvat olmamışdır. Belə ki, əmək qanunvericiliyinə görə əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur. 80.Məhz işin bu hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə riayət edilməmiş, əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. 81.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 244 və 246-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında formalaşdırdığı mövqeyə görə, ... qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. 82.Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq, əmək hüququ subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında hakimiyyət-tabeçilik xüsusiyyətinin olması ilə xarakterizə olunur. Bu baxımdan işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün sui-istifadələrindən qorunmaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 17 iyul 2023-cü il tarixli Qərarı). 83.Göründüyü kimi, qanunverici əmək hüquq münasibətlərinin tənzimlənməsinin subyektlərin hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməli olduğunu təsbit etmişdir. 84.Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən, əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. AR ƏM həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. 85.Beləliklə məhkəmə kollegiyası qeyd olunan xüsusatları ümumiləşdirərək hesab edir ki, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilməsi əsassız olduğundan, mübahisələndirilən əmrin ona aid hissədə ləğv edilməli olması ilə bağlı məhkəmə qanuni və əsaslı nəticəyə gəlmişdir. 86.Əmək Məcəlləsinin 300.1-ci maddəsinin tələblərinə müvafiq olaraq kollegiya hesab edir ki, məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. 87.Məhkəmə kollegiyası iddia müddətinin ötürülmüş hesab edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçının işdən azad edilməsi barədə əmrin surəti ona xx.xx.2024-cü il tarixdə göndərilmiş, iddiaçı mediasiyanın tətbiqi barədə xx.xx.2024-cü il tarixdə təklif göndərmiş, xx.xx.2024-cü il tarixdə müdiasiya sessiyasında iştirak edilməməsi barədə arayışı aldıqdan sonra aidiyyat qaydalarına riayət etmədən Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. 88.Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-3332/2024 nömrəli qərarı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmışdır. Bundan sonra iddiaçı 08 may 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Göründüyü kimi, xx.xx.2024-xx.xx.2024 tarixləri üçün 7 gün, xx.xx.2024-xx.xx.2024 tarixləri üçün 23 gün olmaqla, cəmi 30 günlük (7+23=30) müddət keçməmişdir. 89.Kollegiya apellyatorun iddiaçının hüquqlarının pozulduğunu bilməli olduğu vaxt əmrin surətinin ona göndərildiyi xx.xx.2024-cü il tarixdən deyil, işdən azad olunduğu və bu barədə əmrlə tanış olduğu xx.xx.2024-cü il tarixdən hesablanması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iddiaçı işdən çıxarılmasının səbəbini bilməmiş, yalnız yazılı müraciətindən sonra əmrin surəti ona 12 mart 2024-cü il tarixdə, əmək kitabçası isə 14 iyun 2024-cü il tarixdə atasına verilmişdir. 90.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. 91.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 92.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 93.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 94.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 95.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(006)-2909/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar