Məhkəmə qərarları › İş №2(103)-54/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-54/2022

30.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-54/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X8, X10 və X2 qarşı “torpaq sahəsində inşa edilmiş tikilidən və həmin torpaq sahəsindən çıxarılma və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(009)-1869/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh, X8, X10 və X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehlər Cavabdeh, X5, X7 və X2 qarşı məhkəməyə müraciət edərək, Cavabdeh oğlunun, onun ailə üzvləri: qızı X1, oğlu X6, arvadı Soltanova Vəsilənin və digər şəxslərin ona məxsus Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Mojayski küçəsi, 8 ünvanda yerləşən (hazırkı Elçin Əzizov ev 8, AZ 1023), ümumi sahəsi 2766,0 kv.metr olan (torpaq sahəsi 2049,7 kv.m, tikinti altı 708.7 kv.m təşkil edir) torpaq sahəsində inşa edilmiş tikilidən və həmin torpaq sahəsindən çıxarılması və cavabdehlərdən 7200 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Səbail rayon Özəlləşdirmə auksionçu X3 tərəfindən auksiona çıxarılmış, (satıcı Azərbaycan Respublikası Dövlət Əmlak komitəsi) Bakı şəhəri Səbail rayonu keçmiş Mojayski küçəsi 8-də yerləşən (hazırki Elçin Əzizov ev 8, AZ 1023) «Təsərrüfat hesablı təmir tikinti sahəsini» 19 may 1998-ci il tarixdə 13.329.0 manata almışdır. 1998-ci il tarixli həmin auksion protokolu əsasında 5 gündən sonra 26 may 1998-ci il tarixdə satıcı Azərbaycan Respublikası Dövlət Əmlak komitəsi ilə müəssisənin (obyektin) alqı-satqı müqaviləsi bağlamışdır. Alqı-satqı müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və tamamilə yerinə yetirmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən müəssisənin (obyektin) satış qiymətinin 30 faizi ödənildikdən sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Dövlət Əmlak Komitəsinin 14 mart 1997ci il tarixli 41 saylı əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilmiş texniki pasporta əsasən «Təsərrüfat hesablı təmir tikinti sahəsi» Bakı şəhəri Səbail rayonu 20-ci sahə Mojayski küçəsi 8-də yerləşir (hazırda Elçin Əzizov ev 8, AZ 1023) və ümumi sahə 2766,0 kv. metrdir (torpaq sahəsi 2049,7 kv.m, tikinti altı 708,7 kv.m təşkil edir). Həmin ərazi alqı-satqı müqaviləsi bağladığı vaxtdan bu zamana kimi onun mülkiyyətindədir və ərazidə bir neçə sex fəaliyyət göstərir. Təxminən 3 il bundan qabaq Kürdəmir rayon sakini Cavabdeh oğlu ərazidə fəaliyyət göstərən tikinti sexində işçi kimi işləmək istədiyini bildirdi. O, Cavabdeh oğlunu həmin sexdə fəhlə kimi işə götürdü. Bir müddətdən sonra Cavabdeh maddi imkanın aşağı olduğunu, kirayə yaşaya bilmədiyini və ailəsi ilə birlikdə taxta sexinin yanında olan ona məxsus tikilidə ailəsi ilə birlikdə yaşaması üçün ondan icazə istədi, həmin vaxtı tikilidə yaşayış olmadığından o, ona icazə verdi və Cavabdeh öz ailəsi ilə birlikdə orada yaşamağa başladı. Lakin bir müddət keçdikdən sonra Cavabdeh ərazini boşaltmaq lazım olduğunu bildirsə də, o, həmin ərazinin ona məxsus olduğunu bildirərək, məskunlaşdığı ona məxsus ərazidən çıxmayacağını bildirdi. Dəfələrlə ona müraciətlər etsə də, ona məhəl qoymadı, bu günə kimi ona məxsus tikilidə yaşamaqdadır və ərazidə tikinti yenidən qurma, hasarlama və çəpərləmə işləri aparır. Bu günə kimi müxtəlif vaxtlarda dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdehlər məsuliyyətdən qaçmaq yolunu tutub. Əvvəllər müxtəlif bahanələr gətirərək, bu gün-sabah desə də, tikilini boşaltmaq üçün vaxt istəsə də, artıq müraciətinə baxmayaraq kobudluq edir. Cavabdehlərin ona məxsus tikilini özbaşına tutması və öz əşyalarını oradan çıxarılmaması nəticəsində ona xeyli miqdarda ziyan dəymişdir. Belə ki, 3 il bundan qabaq, həmin tikilini 200 manata bitişik ərazidəki sexi işlədən şəxslərə icarəyə vermişdir və həmin şəxslər dəfələrlə qeyd olunan tikilini icarəyə götürmək istədiklərini bildirsələr də, cavabdehlər Cavabdeh oğlu, onun ailə üzvləri tutmuş sahənin başqa şəxslərə icarəyə verilməsinə, ondan istifadə olunmasına, fayda götürülməsinə məqsədli hərəkət və hərəkətsizlikləri ilə mane olurlar. Artıq 3 ildir ki, cavabdehlər ona ziyan vurmaqla davam edir, bu günə kimi ona 7200 manat ziyan vurmuşlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1869/2019 saylı, 09 sentyabr 2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh oğlu, X9, X10 və X1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2766,0 kv.m olan torpaq sahəsində inşa edilmiş tikilidən və həmin torpaq sahəsindən çıxarılması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Cavabdehlər apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi heç bir əsası olmayan müqaviləyə və onun əsasında verilmiş şəhadətnaməyə əsaslanaraq qanunsuz qətnamə çıxarmışdır. Sənədlərin onları verən təşkilat tərəfindən təsdiqlənməməsi, arxivdə aşkarlanmaması həmin sənədlərin uydurma və saxta olduğunu sübut edir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər iştirak etməmişlər. Kollegiya işə cavadehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilmiş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. xx.xx.1998-ci il tarixli, 11.235 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsindən görünür ki, bir tərəfdən Əsasnamə əsasında fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi, onun sədri X11 şəxsində bundan sonra Satıcı adlandırılacaq, digər tərəfdən Alıcı adlandırılacaq notarial qaydada təsdiq edilən etibarnamə əsasında fəaliyyət göstərən əmək kollektivi tərəfindən vəkil edilmiş şəxs İddiaçı Bakı şəhəri Mojayski küçəsi 8-də yerləşən Bakı şəhəri Təsərrüfat hesablı ixtisaslaşdırılmış təmir tikinti sahəsini auksiondan satış qiyməti ilə 13329000-on üç milyon üç yüz iyirmi doqquz min manata satın almışdır. 19 may 1998-ci il tarixli auksion protokolundan görünür ki, auksionun qalibi (alıcı) İddiaçıdur. Dövlət Əmlak Komitəsinin 14 mart 1997-ci il tarixli 41 saylı əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilmiş texniki pasporta əsasən «Təsərrüfat hesablı təmir tikinti sahəsi» Bakı şəhəri Səbail rayonu 20-ci sahə Mojayski küçəsi 8-də yerləşir və ümumi sahə 2766,0 kv. metrdir. Təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********66 saylı, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, elektron məlumatlara əsasən ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı adına 10540 nömrəli xx.xx.1998-ci il tarixli şəhadətnamə verilmişdir (11235 nömrəli xx.xx.1998-ci il tarixli müqavilə). Sözügedən şəhadətnamənin əsasında çıxarış verilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli sahəyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Səbail rayonu, 20-ci sahə, Mojayski (hazırda Elçin Əzizov) küçəsi, 8 ünvanında iddiaçıya məxsus təsərrüfat hesablı təmir-tikinti sahəsi yerləşir. Həmin təmir-tikinti sahəsinin xx.xx.1998-ci il tarixli Texniki Pasportunda “B” tikilisinin eskizində 1 nömrə ilə qeydə alınmış 20,8 kv.m olan qeyri-yaşayış sahəsi “anbar” kimi qeyd olunmuşdur. Qeyri-yaşayış sahəsi arakəsmə ilə 2 hissəyə ayrılmışdır. Həmin qeyri-yaşayış sahəsinin qarşısında ona bitişik 1 otaq, arxa hissəsində hamam tikilmişdir. Tərəflərin izahatları ilə müəyyən olundu ki, qeyri-yaşayış sahəsinin ön və arxa hissəsində olan artırmalar cavabdeh tərəfindən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ var. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinin tələbinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsədə mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququda mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunverciliklə nəzərdə tutulmuş qaydada bərpa edilir. Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Q. Teryoxinin şikayəti üzrə” 15 yanvar 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, “...daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşmmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Beləliklə, müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən Təsərrüfat hesablı təmir-tikinti sahəsini İddiaçı 19 may 1998-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Əmlak komitəsi tərəfindən keçirilən auksionda 13.329.0 manata almış, 19 may 1998-ci il tarixli həmin auksion protokolu əsasında 26 may 1998-ci il tarixdə iddiaçı ilə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi arasında həmin müəssisənin alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli texniki pasporta əsasən «Təsərrüfat hesablı təmir tikinti sahəsi»nin ümumi sahəsi 2766,0 kv. (torpaq sahəsi 2049,7 kv.m, tikinti altı 708,7 kv.m) təşkil edir. Həmin ərazi alqı-satqı müqaviləsi bağladığı vaxtdan hal-hazıra kimi iddiaçının istifadə və sahibliyindədir. «Təsərrüfat hesablı təmir tikinti sahəsi»nin ərazisində bir neçə sex fəaliyyət göstərir və mübahisəli 20,8 kv.m olan qeyri-yaşayış sahəsi «Təsərrüfat hesablı təmir tikinti sahəsi»nin texniki pasportunda “B” tikilisinin eskizində 1 nömrə ilə “anbar” kimi qeyd olunmuşdur. Mübahisəli qeyri yaşayış sahəsi cavabdehlərin qanunsuz istifadəsindədir. Cavabdehlər tərəfindən həmin qeyri-yaşayış sahəsinə bitişik əlavə özbaşına tikililər tikilmişdir Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlərin iddiaçıya məxsus qeyri yaşayış sahəsini boşaltmaqdan imtina etməsi iddiaçının ona məxsus həmin sahədən istifadə və sahiblik hüquqlarını pozur, ona görə də, iddia tələbi cavabdehlərin ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 2766,0 kv.m olan torpaq sahəsində inşa edilmiş tikilidən və həmin torpaq sahəsindən çıxarılması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Həmçinin kollegiya qeyd edir ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh oğlu vəsatətlə məhkəməyə müraciət edərək, hazırda baxılan 2(009)-1869/2019 saylı mülki işə baxılmasının Səbail Rayon Məhkəməsində 2(009)-2952/2019 saylı iş yekunlaşanadək dayandırılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 2(103)-625/2020 saylı qərardadı ilə Cavabdeh oğlunun vəsatəti təmin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-53/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh oğlu işə cəlb edilməklə cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5301/2021 saylı, 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-53/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2(102)6116/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5301/2021 saylı, 09 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh, X8, X10 və X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(009)- 1869/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə-iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar