Məhkəmə qərarları › İş №2(103)-540/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-540/2022

07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-540/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-165/2021 saylı 28 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materilları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli əsas kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin 1 saylı filialından X3 250000 manat və yaxud veriləcək gün bu məbləğin ABŞ dolları və ya Avro ekvivalentində 60 ay müddətinə kredit limiti ayrılmışdır.

2. İş materilları ilə müəyyən edilir ki, "xxxx" İKB ASC-nin 1 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcalana illik 6%-lə 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. "xxxx" İKB ASC-nin 1 saylı filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli l- SKMF-2-0-279-15 sonrakı ipoteka müqaviləsinə əsasən, borcun təminatı olaraq, ipotekaqoyanın mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 274.1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası (çörəkbişirmə sexi) ipoteka ilə yüklü edilmişdir.

3. İş materilları ilə müəyyən edilir ki, "xxxx" İKB ASC-nin 1 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli əsas kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin 1 saylı filialından Cavabdeh1 500000 AZN və yaxud veriləcək gün bu məbləğin ABŞ dolları və ya Avro ekvivalentində 120 ay müddətinə kredit limiti ayrılmışdır. "xxxx" İKB ASC-nin 1 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcalana illik 6%-lə 60 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. "xxxx" İKB ASC-nin 1 saylı filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, borcun təminatı olaraq, ipotekaqoyanın mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 274.1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası (çörəkbişirmə sexi) ipoteka ilə yüklü edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 28.833,57 manat əsas, 712,48 manat faiz, 24.219,19 manat cərimə, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3929,70 manat olmaqla, cəmi 57.694,94 manat borcun, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 14.828,65 manat əsas, 146,35 manat faiz, 12.307,91 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.236,3 manat olmaqla, cəmi 28.519,21 manat borcun, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 199.999,60 manat əsas, 31.098,41 manat faiz, 39.666,68 manat cərimə borcu olmaqla, cəmi 270.764,69 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən, 274.1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına (çörəkbişirmə sexi) yönəldilərək açıq hərracdan satılması və borcun satışdan əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, qeyri-yaşayış binasına (çörəkbişirmə sexi) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 qeyri-yaşayış binasına (çörəkbişirmə sexi) olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış binasının boşaldılması və banka təhvil verilməs, “Nikoyl İKB “ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixli əsas kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin 1 saylı filialından X3 250000 AZN və yaxud veriləcək gün bu məbləğin ABŞ dolları və ya Avro ekvivalentində 60 ay müddətinə kredit limiti ayrılmışdır. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin 1 saylı filialından illik 6%-lə 36 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 274.1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası (çörəkbişirmə sexi) xx.xx.2015-ci il tarixli l-SKMF-2-0-279-15 sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. xx.xx.2015-ci il tarixli əsas kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin “1 saylı” filialından Cavabdeh1 500000 AZN və yaxud veriləcək gün bu məbləğin ABŞ dolları və ya Avro ekvivalentində 120 ay müddətinə kredit limiti ayrılmışdır. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən X4 "xxxx" İKB ASC-nin 1 saylı filialından illik 6%-lə 60 ay müddətinə 200000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən, 274.1 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binası (çörəkbişirmə sexi) xx.xx.2015-ci il tarixli Sonrakı ipoteka müqaviləsi ilə yüklü ediİmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə görə şərtləşdiriİmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0.1 faizlə cərimə hesablayıb borcludan tələb edir. xx.xx.2020-ci il tarixinə Cavabdeh1 xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 28.833,57 manat əsas, 712,48 manat faiz, 24.219,19 manat cərimə, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3929,70 manat olmaqla, cəmi 57.694,94 manat borcu, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 14.828,65 manat əsas, 146,35 manat faiz, 12.307,91 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.236,3 manat olmaqla, cəmi 28.519,21 manat borcu, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 199.999,60 manat əsas, 31.098,41 manat faiz, 39.666,68 manat cərimə borcu olmaqla, cəmi 270.764,69 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-165/2021 saylı 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 28.833,57 manat əsas, 712,48 manat faiz, 1000 manat cərimə, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3929,70 manat olmaqla, cəmi 34475,75 (otuz dörd min dörd yüz yetmiş beş manat 75 qəpik) manat borc, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 14.828,65 manat əsas, 146,35 manat faiz, 500 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.236,30 manat olmaqla, cəmi 16711,30 (on altı min yeddi yüz on bir manat 30 qəpik) manat borc, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 199.999,60 manat əsas, 31.098,41 manat faiz, 1500 manat cərimə borcu olmaqla, cəmi 232.598,01 manat borc, ümumilikdə 283 785,06 (iki yüz səksən üç min yeddi yüz səksən beş manat 06 qəpik) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 40 (qırx) manat xidmət haqqının tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutma Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən, 274.1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına (çörəkbişirmə sexi), (ipoteka predmetinin ilkin satış qiyməti 430.000 (dörd yüz otuz min) manat dəyərində qiymətləndirilməklə) yönəldilməsi və açıq hərracda satılması, əldə olunan vəsait hesabına "xxxx" ASC-yə olan borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğin ümumi qaydada Cavabdeh1 tutulması, iddiaçının tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi mülkiyyətçiyə qaytarılması, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması, “Nikoyl İKB “ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 317.1, 385.1, 442, 445.1, 448.2, 472, 739-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34, 36 və 59-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cii il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və mülki iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş üzrə iki bir-birinə ziddiyyətli ekspert rəyi mövuddur. Belə ki, xx.xx.2012-ci il tarixdə sözügedən əmlakın dəyəri 403000 manat müəyyən olubsa, 9 il sonra həmin əmlakın dəyəri 430000 manat yox, daha yüksək olmalıdır. Faktiki həmin əmlakın bazar dəyəri 550000-600000 manat təşkil edir. “X7 Mərkəzi” MMC-nin rəyinə əsasən 430000 manat müəyyən olunmuşdur. Bu da onun əmlakının real bazar dəyərindən çox aşağı qiymətləndirilərək müəyyən etmişlər. Məhkəmə isə sonuncu ekspert rəyini nəzərə alaraq bankın mənafeyini üstün tutmuş və sözügedən əmlakı 430000 manat müəyyən edərək satılmasına qərar vermişdir. Lakin, məhkəmə hər iki ekspert rəyini nəzərə alaraq ortaq bir dəyər müəyyən edərək qətnamə qəbul edə bilərdi. Apellyasiya şikayətinin mahiyyəti ondan ibarətdir ki, ilkin olaraq, hər üç müqavilə üzrə olan ödənişlərin müəyyən olunması üçün işin ədalətli və müvəffəqiyyətli həlli məqsədi ilə məhkəmə-mühasibtalıq ekspertizası keçirilməli və Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 4c saylı qeyriyaşayış sahəsini real bazar dəyərindən çox aşağı qiymətləndirildiyindən yenidən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunmalıdır. Yasamal Rayon Məhkəməsi işə baxarkən işin faktiki hallarınını və maddi hüquq normalarını düzgün tətbiq etməyərək yalnış qətnamə qəbul etmişdir. Hər üç müqavilə üzrə məhkəməyə təqdim olunan maliyyə arayışlarında qeyd olunan bütün məbləğlər şişirdilmişdir. Belə ki, tələb olunan cərimə borcları faiz borcları faiz borclarından dəfələrlə yüksəkdir. Bundan əlavə, kredit müqavilələri bağlandlqdan sonra kredit müqaviləsi üzrə cəmi 339700 manat və 7657 manat digər ödənişlər edilmişdir. Lakin, tərəfindən ödənilən pul məbləğləri hansı kredit müqaviləsi üzrə silindiyi müəyyən edilmir. Göründüyü kimi, onun banka olan ödənişləri ilə bankın ondan tələb etdiyi məbləğdə ziddiyət yaranır. Buna görə də işin ədalətli və müvəffəqiyyətli həlli məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsilə bağlı məhkəməyə vəsatət versə də məhkəmə yerində müşavirə edərək vəsatətin təmin olunmamasını elan etmiş və bununla bağlı qərardad qəbul etməmişdir. Bundan əlavə, məhkəmə qətnamə qəbul edərkən bankın tələb etdiyi hər üç müqavilə üzrə cərimə borcunu minumum məbləğə qədər azaltmayaraq, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 1000 manat cərimə, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 500 manat cərimə və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1500 manat cərimə borcu müəyyən edərək qətnamə qəbul etmişdir. Halbuki, MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

14. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 269.4 ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

16. Maddə 317.1 borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

17. Maddə 319.1 əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

21. Madə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

22. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

23. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

24. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

"İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun

25. Maddə 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

26. Maddə 34.1 ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir.

27. Maddə 36.1 ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər.

28. 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etdiyindən apellyasiya baxışının hədlərini qətnamənin məhz həmin hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-165/2021 saylı 28 iyul 2021-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilməklə həmin məbləğ 480.000 (dörd yüz səksən min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli əsas kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin 1 saylı filialından X3 250000 manat və yaxud veriləcək gün bu məbləğin ABŞ dolları və ya Avro ekvivalentində 60 ay müddətinə kredit limiti ayrılmışdır. "xxxx" İKB ASC-nin 1 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcalana illik 6%-lə 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. "xxxx" İKB ASC-nin 1 saylı filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli l- SKMF-2-0-279-15 sonrakı ipoteka müqaviləsinə əsasən, borcun təminatı olaraq, ipotekaqoyanın mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 274.1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası (çörəkbişirmə sexi) ipoteka ilə yüklü edilmişdir.

38. İş materilları ilə eyni zamanda müəyyən edilir ki, "xxxx" İKB ASC-nin 1 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli əsas kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin 1 saylı filialından Cavabdeh1 500000 AZN və yaxud veriləcək gün bu məbləğin ABŞ dolları və ya Avro ekvivalentində 120 ay müddətinə kredit limiti ayrılmışdır. "xxxx" İKB ASC-nin 1 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcalana illik 6%-lə 60 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. "xxxx" İKB ASC-nin 1 saylı filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, borcun təminatı olaraq, ipotekaqoyanın mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 274.1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası (çörəkbişirmə sexi) ipoteka ilə yüklü edilmişdir.

39. Göründüyü kimi, Cavabdeh1 kredit müqavilələri üzrə götürdüklər öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.

40. Məhkəmə kollegiyası cavabdehin əsas və faiz borcunun düzgün hesablanmadığı barədə apellyasiya şikayətinin dəlilini isə əsassız hesab edir. Belə ki, qeyd edilən dəlilin yoxlanılması məqsədi ilə məhkəmə kollegiyası tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2022-ci il tarixli, 9/8595 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan məlumatlara əsasən xx.xx.2012-ci il tarixli, 1- SKMF-1-0-446-12 saylı, xx.xx.2015-ci il tarixli, 1-SKMF-2-0-279-15 saylı kredit razılaşması üzrə və xx.xx.2015-ci il tarixli, 1-SKMF-3-0-369-15 saylı kredit razılaşması üzrə kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 "xxxx" QSC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2012-ci il tarixli, 1-SKMF-1-0-446-12 saylı kredit razılaşması üzrə (əsas borc-28.833,57, faiz borc-2.211,78 manat); xx.xx.2015-ci il tarixli, 1-SKMF-2-0-279-15 saylı kredit razılaşması üzrə (əsas borc-14.828,65, faiz borc-988,07 manat); xx.xx.2015-ci il tarixli, 1-SKMF-3-0-369-15 saylı kredit razılaşması (əsas borc- 200.000,00, faiz borc-31.098,41 manat).

41. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 28.833,57 manat əsas, 712,48 manat faiz, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 14.828,65 manat əsas, 146,35 manat faiz və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 199.999,60 manat əsas, 31.098,41 manat faiz borcu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Belə ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu, o cümlədən yaranmış faiz borcunu iddiaçıya ödəməlidir.

42. Məhkəmə iddianın əsas borca hesablanmış (dəbbə pulu) tələbi hissəsi ilə bağlı cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, onun hazırda kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunun məbləğini, hesablanmış cərimənin götürülmüş kreditə, ödənilməmiş qalıq və faiz borcuna münasibətdə kifayət qədər yüsək və tənasübsüz olmasını, həmçinin kreditorun əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, tutulacaq dəbbə (cərimə) borcu xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 1000 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 500 manat və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1500 manat məbləğində müəyyən edilməlidir. Belə ki, MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh1 xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3929,70 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.236,30 manat tutaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi nəticəsinə gəlmişdir. Belə ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

44. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kredit müqavilələri üzrə əsas, faiz, cərimə borcunun və gecikdirilmiş vaxt üçün illik 5 faizin tutulması hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayətinin dəlili bu hissədə yuxarıda qeyd edilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz.

45. Cavabdehin ipoteka predmeti olan mənzilin satış qiymətinin real qiymətindən aşağı müəyyən edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə gəldikdə isə kollegiya hesab edir ki, aşağıdakılara əsasən bu hissədə apellyasiya şikayəti qismın təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilməlidir.

46. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

47. İş materiallarında olan və birinci instansiya icraatı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin 30 mart 2021-ci il tarixli 24 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 4 c saylı qeyri-yaşayış sahəsinin: bazar dəyəri 630 000 (altı yüz otuz min) manat, likvid dəyəri 600 000 (altı yüz min) manat təşkil edir.

48. İş materiallarında olan və birinci instansiya icraatı zamanı tədqiq edilmiş «X6 Mərkəzi»nin 29 iyun 2021-ci il tarixli, YDM 076 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 274.1 kv.m olan qeyriyaşayış sahəsinin: bazar dəyəri 473 000 (dörd yüz yetmiş üç min) manat, likvid dəyəri 430 000 (dörd yüz otuz min) manat təşkil edir.

49. Cavabdeh tərəfindən təqdim edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş «Əmlak Ekspert Mərkəzi»nin 01 mart 2022-ci il tarixli, ƏEM/F 111-171/22 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 274.1 kv.m olan qeyri-yaşayış sahəsinin: bazar dəyəri 590 000 (beş yüz doxsan min) manat, likvid dəyəri 560 000 (beş yüz altmış min) manat təşkil edir.

50. Məhkəmə kollegiyası iş materiallarında olan qiymətləndirmə rəyləri arasında fərqlərin olduğunu nəzərə alaraq mülki iş üzrə müstəqil qiymətləndirmə rəyinin alınmasını qərara almış və qiymətləndirmə rəyinin aparılmasını "xxxx" MMM Qiymətləndirmə Şirkətinə həvalə etmişdir.

51. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin 15 noyabr 2022-ci il tarixli, MB 15/1510 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 274.1 kv.m olan qeyri-yaşayış sahəsinin: bazar dəyəri 530 000 (beş yüz otuz min) manat, likvid dəyəri 480 000 (dörd yüz səksən min) manat təşkil edir

52. İddiaçı tərəfindən təqdim edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin 16 noyabr 2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 274.1 kv.m olan qeyriyaşayış sahəsinin: bazar dəyəri 430 000 (dörd yüz otuz min) manat, likvid dəyəri 380 000 (üç yüz səksə min) manat təşkil edir.

53. Göstərilənləri nəzərə alaraq kollegiya qeyd edir ki, apellyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş «Əmlak Ekspert Mərkəzi»nin 01 mart 2022-ci il tarixli, ƏEM/F 111-171/22 nömrəli qiymətləndirmə rəyi daha çox cavabdehin mənafeyini əks etdirdiyindən, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 16 noyabr 2022-ci il tarixli qiymətləndirmə rəyi isə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğdən daha aşağı olduğundan və iddiaçı tərəfindən məhkəmə qətaməsi ümumiyyətlə mübahisələndirilmədiyindən, həmçinin digər rəylərlə müqayisədə qeyd edilən rəy üzrə ipoteka predmetinin likvid qiyməti müəyyənləşdirilərkən ipoteka predmetinin yerləşdiyi ərazidə texniki göstəriciləri və tikinti parametrləri baxımından oxşar əmlakların qiymətləri ilə bağlı müqayisə aparıldığından və ortaq qiyməti müəyyən etdiyindən müstəqil qiymətləndirici olan "xxxx" MMC-nin 15 noyabr 2022-ci il tarixli, MB 15/1510 nömrəli qiymətləndirmə rəyi əsas sübut kimi qəbul edilməlidir.

54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli, 1 nömrəli Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir

55. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan əmlakın hərracdan ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, "xxxx" MMC-nin 15 noyabr 2022-ci il tarixli, MB 15/1510 nömrəli qiymətləndirmə rəyi ilə müəyyən edilən likvid dəyəri nəzərə alınmaqla ipoteka predmeti olan Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən, 274.1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının hərracdan ilkin satış qiyməti 480 000 (dörd yüz səksən min) manat müəyyən edilməlidir.

56. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin 15 noyabr 2022-ci il tarixli, MB 15/1510 nömrəli məktubdan görünür ki, qiymətləndiricinin xidmət haqqı 300 (üç yüz) manat təşkil edir.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

58. Kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının xərci qismində 300 (üç yüz) manat Cavabdeh1 alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir.

59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-165/2021 saylı 28 iyul 2022-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilməklə həmin məbləğ 480.000 (dörd yüz səksən min) manat müəyyən müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-165/2021 saylı 28 iyul 2022-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilməklə həmin məbləğ 480.000 (dörd yüz səksən min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına (H/h № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar bank: “Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı, kodu: 805562, SWİFT BİK: İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar