Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5400/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin cavabdeh X1rşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-479/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativi cavabdeh X1rşı “pul” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdeh olan payçılardan Cavabdeh koorperativin Nizamnaməsi və iclas protokolları ilə müəyyən edilmiş kooperativin yaşaması, istismarı üçün 2013-cü ildən 2020- ci ilin yarım ili üçün yaranmış 3510 manat haqqın və məhkəmə üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx" MTK M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu əməkdaşlarının təşəbbüsü ilə yaradılmış və MTK-nın Nizamnaməsi 14 dekabr 1990cı ildə Bakı şəhər XDS-nin İcraiyyə Komitəsi tərəfindən təsdiq edilmişdir. 19 yanvar 2001-ci ildə MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində yerləşən 221, F.İbrahimbəyov küçəsində 5 və A.Şaiq küçəsində 214 saylı bina inşa etmişlər. Həmin bina “P” şəkilli olduğundan mənzillərə 3 ünvan kimi yəni M.Sübhi, F.İbrahimbəyov və A.Şaiq ünvanları verilmişdir. MTK tərəfindən tikilmiş Bakı şəhər, Yasamal rayonu, F.İbrahimbəyov küçəsində yerləşən 5 saylı binanın 13 saylı mənzili əvvəllər başqa şəxsin adına rəsmiləşdirilsə də sonradan Cavabdeh Yiktorovnaya satılmış və payçı kimi protokolda da qeyd edilmiş, hətta cavabdeh müəyyən ödənişlər də etmişdir. Lakin cavabdeh mənzilə dair sənədini onlara təqdim etməmiş və daim təqdim etməkdən də yayınır. “xxxx” MTK-nın payçılarının müvəkkillərinin 2003-cü il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 8 manat, 2004-cü il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 10 manat, 2005-ci il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 10 manat, 2006cı il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 10 manat, 13 dekabr 2007-ci il tarixdə keçirilmiş iclasının qərarına əsasən 01.01.2007-ci il tarixindən hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 20 manat, 25.12.2007-ci il tarixdə keçirilmiş iclasının qərarına əsasən 01.01.2008-ci il tarixindən hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 25 manat, 26.12.2008-ci il tarixdə keçirilmiş iclasının qərarına əsasən 01.01.2009-cu il tarixindən hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 30 manat, 16.12.2009-cu il tarixdə keçirilmiş iclasının qərarına əsasən 01.01.2010-cu il tarixindən hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 30 manat, 2011-ci il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 30 manat, 2012-ci il üçün har payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 30 manat, 2012-ci il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 30 manat, 2013-ci il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 30 manat, 2014-cü il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 35 manat, 2015-ci il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 35 manat, 2016-cı il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 35 manat, 2017-ci il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 45 manat, 2018-ci il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 45 manat, 2019-cu il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 45 manat, 2020-ci il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 45 manat müəyyən edilmişdir. Hazırda isə cavabdeh olan payçılardan Cavabdeh koorperativin Nizamnaməsi və protokolları ilə müəyyən edilmiş kooperativin istismarına çəkilən xərclərin ödənilməsində iştirak etməməklə kooperativin üzvü kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi səbəbindən 2013-cü ildən 2020-ci ilin yarım ili üçün yaranmış 3510 manat borcu vardır, borcunu ödəmir və öhdəlikdən qəsdən yayınır. Cavabdehə dəfələrlə haqqın ödənilməsi barədə bildirişlər göndərsəkdə ödəniş etməmişdir. Bu səbəbdən Mehdən Kooperativin yaşaması və istismarı üçün müəyyən edilmiş haqqın iddiaçıya ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. NKİ-4" MTK-nın Nizamnaməsinin 2-ci redaksiyasının 8.1-ci bəndinə əsasən Kooperativ öz - həyata keçirmək üçün Ümumi Yığıncağın qərarı ilə üzvlük haqqı, pay haqqı, kooperativ ödənişləri vədigər fondlar yarada bilər. Həmin Nizamnamənin 8.2-ci bəndinə əsasən kooperativin fondlarının həcmi, yaradılması, istifadəsinin ləğvi kooperativin Ümumi Yığıncağın qərarı ilə qəbul edilmiş daxili sənədlərlə müəyyən olunur. “xxxx” MTK-nın Nizamnaməsinin 2-ci redaksiyasının 12-ci bəndinə əsasən Kooperativ öz vəsaitini nizamnamədə nəzərdə tutulmuş əmlak pay haqlarından, kreditlərdən, fiziki və hüquqi şəxlərin ianələrindən, kooperativin üzvlərinin verdikləri daxilolma haqqından, evin (evlərin) saxlanılması, istismarı və əsaslı təmiri üçün verilən haqdan və kooperativ evdə yerləşən qeyri-yaşayış sahələrinin istismarından əldə edilən vəsaitdən və qanunla qadağan olunmayan digər mənbələrdən formalaşdırılır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-479/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X2 3330 (üç min üç yüz otuz) manat pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Orxan Məmmədli). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-479/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx" MTK-nın payçılarının müvəkkilərinin 2003-cü il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 8 man, 2004-ci il üçün hər payçıdan hər ay 10 manat, 2005 və 2006-cı illər üçün hər payçıdan hər ay 10 manat; 13.12.2007-ci il tarixdə keçirilmiş iclasın qərarına əsasən 01.01.2007-ci il tarixdən mənzil kommunal xidmət haqqı kimi hər payçıdan hər ay 20 manat, 25.12.2007-ci il tarixdə keçirilmiş iclasına qərarına əsasən 01.01.2008-ci il tarixdən hər payçıdan hər ay 25 manat, 26.12.2008-ci il il tarixdə keçirilmiş iclasın qərarına əsasən 01.01.2009-cu il tarixdən mənzil kommunal xidmət haqqı kimi hər payçıdan hər ay 30 manat və s. 2014-cü ildən başlayaraq 2017-ci ilədək 35 manat, 2017-ci ildən isə hər ay hər payçıdan 45 manat kommunal xidmət haqqı müəyyən edilmişdir. Cavabdeh onlara ödədiyi qəbzlə onların məhkəməyə ödədiyi qəbzlərin nömrələri düzgün gəlmir. Cavabdeh xidmət haqqını ödəmişdir. 2007-ci il tarixdə ev almış, 2003-cü ildən cavabdehə kommunal xidmət haqqı hesablayıblar. Hakim işə baxarkən bunları nəzərə almamış və onların saxta qəbzlərinə istinad edərək qeyri-obyektiv qərar çıxarmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi cə vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli qətnamə ləğv edilməli iddia qismən təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan “xxxx” MTK-nın Nizamnaməsindən görünür ki, Cavabdeh pay fondunda koorperativin üzvüdür. İş materiallarında olan 20.12.2016-cı il tarixli, “xxxx” MTK-nın payçılarının müvəkkillərinin iclasının protokolundan görünür ki, “xxxx” MTK-nin inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının sakinlərin istifadəsində olan mənzillərin kommunal xidmət haqları üçün 01.01.2017-ci ildən hər payçıdan 45 manatdan yığılması qərara alınmışdır. İş materiallarında olan 05.06.2020-ci il tarixli bildirişdən görünür ki, payçıların hər birindən yığılmalı olan məbləğ 2013-cü il il üçün hər ay 30 manat, 2014-cü il üçün hər ay 35 manat, 2015-ci il üçün hər ay 35 manat, 2016-cı il üçün hər ay 35 manat, 2017-ci il üçün hər ay 45 manat, 2018-ci il üçün hər ay 45 manat, 2019-cu il üçün hər ay 45 manat, 2020-ci il üçün hər ay 45 manat müəyyən edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, cavabdeh 03.06.2020-ci ildə 60 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 2013-cü il üçün 180 manat, 2014-cü il üçün 420 manat, 2015-ci il üçün 420 manat, 2016-cı il üçün 420 manat, 2017-ci il üçün 540 manat, 2018-ci il üçün 540 manat, 2019-cu il üçün 540 manat, 2020-ci il üçün 540 manat borc hesablanmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətiər tətbiq edilməsi haqqında qərar qəbul etmək, çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək, çoxmənzilli binanın idarəetmə üsulunu seçmək, bu Məcəilə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid ediimiş digər məsələlər aiddir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəs mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Həmin Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 138.5-ci maddəsinə görə isə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Kollegiya iş materiallarına və qeyd edilən hüquq normalarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbində irəli sürülən kooperativin istismarı üçün nəzərdə tutulan haqqın cavabdehdən tutulmasında haqlı olsa da, həmin haqqın məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, iş materiallarında olan qəbzlərdən (i.v. 73-76) görünür ki, cavabdeh müəyyən vaxtlarda müxtəlif məbləğlərdə ödənişlər etmişdir. Mülki Məcəllənin 373.3-cü maddəsinə görə, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Belə olan halda, iddiaçı məhkəməyə 18.09.2020-ci il tarixində müraciət etdiyindən yalnız ondan əvvəlki üç il ücün ödənilməmiş haqları tələb etməkdə haqlıdır. İş materiallarında olan “xxxx” MTK-nın idarə heyəti üzvlərinin 20 dekabr 2016-cı il tarixli 03 saylı protokolunun 2.3- cü bəndindən (iş səh. 34) görünür ki, kommunal xərclər hər payçı üçün aylıq 45 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi 18.09.2020 – ci il tarixində verildiyindən sentyabr ayı bitmədiyindən Cavabdeh borcu 2017ci ilin avqust ayından 2020ci ilin avqust ayınadək hesablanmaqla ( üc illik müddət 45 manat vurulsun 36 ay) 1620 manat təşkil edir. İş materiallrında olan 2018-ci il və daha sonrakı dövr ərzində ödənilmiş 14 qəbz üzrə (səh.73- 76) cəmi 630 manat cavabdehin ümumi borcu olaraq göstərilən müddət üçün hesablanmalı olan 1620 manatdan çıxılmalı, kooperativin yaşaması və istismarı üçün hesablanan haqqın məbləği 990 manat məbləğində müəyyən edilməlidir (1620-630=990). Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti şikayəti qismən təmin edilməli , hazırkı iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-479/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh X2 990 (doqquz yüz doxsan) manat pul vəsaiti iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Naxçıvani Marina Viktorovna tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-479/2021 saylı, 10.03.2021ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Ödənilmiş dövlət rüsumunun 10 manatı cavabdeh X2, 20 manatı isə iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativindən tutulsun. Cavabdeh X2 990 (doqquz yüz doxsan) manat pul vəsaiti iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin xeyrinə tutulsun. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5400/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5400/2021
18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver