Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5402/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-3475/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh İddiaçı keçmiş gəlinidir. 2012-ci ildən iddiaçının oğlu Elnur Muradovla faktiki, xx.xx.2013- cü ildə isə rəsmi nikah münasibətlərinə daxil olmaqla iddiaçının əri Şakir Muradovun xüsusi mükiyyətində olan Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 5, mənzil 106-da yaşamışdır.
2. Yaşadıqları mənzil 2022-ci ilin iyun ayında satılmış, satışdan əldə edilmiş pulun bir hissəsinə mübahisə predmeti olan ev alınmışdır.
3. xx.xx.2022-ci il tarixdə iddiaçının əri Şakir Muradov vəfat etmişdir.
4. 19.06.2023-cü il tarixdə iddiaçının oğlu X9 ilə cavabdeh arasında olan nikah pozulmuşdur. Cavabdeh hazırda keçmiş əri Elnur Muradovla birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X11 ilə birlikdə mübahisə predmeti olan fərdi yaşayış evində yaşamaqda davam edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən (sonradan dəqiqləşdirmə barədə ərizə verərək həmin küçədə yerləşən nömrəsiz evdən) çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 14 avqust 1979-cu il tarixdə X3 ilə evlənərək ailə qurmuşdur. Nikah rəsmi qaydada qeydə alınmış, həmin nikahdan X9, X7, X1 doğulmuşdur. İddiaçı 1998-ci ildən ailə üzvləri ilə birlikdə əri Şakir Muradovun xüsusi mükiyyətində olan Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 5, mənzil 106-da yaşamışdır. 2012-ci ilin sentyabr ayında iddiaçının oğlu Elnur Muradov cavabdehlə evlənərək həmin mənzildə yaşamağa davam etmişdir. Lakin ev darısqal olduğu üçün qeyd olunan mənzil mülkiyyətçi tərəfindən 2022-ci ilin iyun ayında alqı-satqı və ipoteka müqaviləsi əsasında 73500 manata satılmış, satışdan əldə olunan vəsaitə Hövsan qəsəbəsi, O.Şabanov küçəsin 5/107 ünvanda yanyana yerləşən üç həyət evi alınmışdır. Cavabdeh və ailə üzvləri həmin ünvanda qeydiyyata alınmışlar. xx.xx.2022-ci il tarixdə iddiaçının əri Şakir Muradov vəfat etmişdir. Bundan sonra Cavabdeh ilə X9 arasında bağlanmış nikah Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, azyaşlı uşaqları X4 cavabdehin yanında qalması müəyyən edilmişdir. Ailə münasibətlərinə son verilməsinə baxmayaraq Cavabdeh İddiaçı məxsus fərdi yaşayış evində yaşamağa davam edir, evin boşaldılmasını tələb etsə də, cavabdeh evi boşaltmır. Halbuki, fərdi yaşayış evi iddiaçının və ərinin şəxsi vəsaiti hesabına alınmışdır.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3475/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən çıxarılması və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Belə ki, mübahisəli ev iş materiallarında olan sənədlərdən, dinlənilmiş şahid ifadələrindən göründüyü, ən əsası cavabdeh tərəfin də mübahisələndirmədən qəbul etdiyi kimi İddiaçı mərhum əri Şakir Muradovun vəsaiti hesabına əldə edilmişdir. Evin özbaşına tikili olması, bu ev üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması bu faktı dəyişdirmir. Məhkəmə qeyd edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququ əldə etmədiyi, həmin tikintiyə dair sərəncam vermək hüququ olmadığı müəyyən edilmişdir. Yəni qanun özbaşına tikinti aparmış şəxsin tikinti üzərində sərəncam verməsinə qadağa qoysa da, belə tikintiyə sahiblik etmək və ondan istifadə etməklə bağlı bənzər qadağa müəyyənləşdirməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, öz vəsaiti hesabına özbaşına tikili tikmiş (əldə etmiş) şəxsin bu tikilidən onun iradəsi ziddinə istifadə edən şəxslərin tikilidən çıxarılmasını tələb etmək hüququ da olmalıdır. Bunun əksi yanaşma, öz vəsaiti hesabına bu cür tikili tikmiş (əldə etmiş) şəxslərin heç bir halda, hətta tikili üçüncü şəxslər tərəfindən sökülsə, zəbt edilsə belə bu vəziyyətə son qoymağı tələb etməyə subyektiv hüququ olmadığı mənasına gələr ki, bu cür yanaşma hüququn təbiətinə ziddir. Başqa sözlə, şəxsin özbaşına tikinti tikməsi, yaxud əldə etməsi onun bu tikili ilə bağlı istənilən özbaşınalığa qarşı müdafiəsiz olduğu, bütün özbaşınalıqlara dözməli olduğu mənasına gəlmir. Nəzərə alınmalıdır ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz tikmiş şəxs onsuz da özbaşına tikinti tikmiş sayılır, lakin istənilən halda bu “özbaşınalıq” maraqlı şəxs (torpaq sahəsinin mülkiyyətçisi), özbaşına tikintini tikmiş şəxs və dövlət arasındadır. Hər bir halda özbaşına tikinti tikmiş şəxslər maraqlı şəxslər qarşısında bu tikintiyə görə mülki (tikintinin məhkəmənin qərarı əsasında sökülməsi üçün iddia qaldırılması halında), dövlət qarşısında isə inzibati (yaşayış sahələrindən istifadə, şəhərsalma, tikinti və abadlaşdırma qaydaları əleyhinə olan inzibati xəta törədilməsi halında) və cinayət (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma cinayətinin törədilməsi halında) məsuliyyəti daşıyırlar, lakin bunun üçüncü şəxslərə aidiyyəti yoxdur. Hazırkı işin hallarından görünür ki, hazırda cavabdehin yaşadığı özbaşına tikilini öz vəsaiti hesabına alan şəxs ölmüşdür. Məhkəmə hesab edir ki, İddiaçı həmin şəxsin 1979-cu ildən ölümünə qədər nikahda olduğu arvadı kimi mərhum əri ilə birgə nikahı dövründə əldə edilmiş vəsait hesabına alınmış bu evdən onun iradəsi ziddinə yaşayan şəxsin çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, evin özbaşına tikili olması bu evə görə heç bir xərc çəkməmiş üçüncü şəxslərin, eləcə də Cavabdeh evdən istədiyi kimi istifadə edə biləcəyi mənasına gəlmir. Odur ki, cavabdeh heç bir xərc çəkmədiyi evdən bu evi mərhum əri ilə birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə etmiş iddiaçının tələbi əsasında çıxarılmalıdır.
9. Məhkəmə mövqeyini Mülki Məcəlləsinin 180.1, 180.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 217, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, hazırda yaşadığı ev Elnur Muradovla birgə nikah dövründə əldə olunub. Bu evdə iddiaçı heç vaxt yaşamayıb. Evin bütün kommunal (işıq, qaz və su) müqavilələri əri Elnur Muradovun adına rəsmiləşib. Elnur Muradovla ailə münasibətləri pozulduqdan sonra həmin evdə Cavabdeh, oğlu və müvəqqəti olaraq öz anası yaşayır. Elnur Muradov isə bəzi günlərdə evin bir otağından istifadə edir. Cavabdeh onu da qeyd etmişdir ki, faktiki olaraq yaşadığı evin müəyyən təmir və tikinti işlərində qardaşı və yaxınlarının maddi dəstəyi olmuşdur. Hətta özü də işləyib evin tikilib təmir olunmasında köməklik göstərmişdir. İddiaçı fərdi yaşayış evinin ona məxsus olması və evin mülkiyyətçisi olduğunu iddia etsə də, mülkiyyətçi olması barədə heç bir sənəd təqdim etməmişdir. Şakir Muradovun xüsusi mülkiyyətində olan mənzilin satılaraq onun pulu ilə ünvan 2 ünvanında olan fərdi yaşayış evini məhz Şakir Muradovun aldığı bildirilsə də cavabdehə qarşı iddianı İddiaçı irəli sürmüşdür. İddiaçının subyektiv hüququ olmamışdır. Bundan başqa, iş məhkəmə baxışına təyin edildikdən sonra iddiaçının nümayəndəsi 18 oktyabr 2023-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək onun şahidlərinin baxış iclasında dindirilməsi və onların ifadələrinin sübut kimi qəbul etmələrini xahiş etmişdir. Cavabdeh tərəf olaraq həmin vəsatətə etiraz edilsə də, məhkəmə vəsatəti təmin etmiş və fəaliyyət qabiliyyəti olmayan şəxsin yalançı və həqiqətə uyğun olmayan ifadəsini sübut kimi qəbul etmişdir. Məhkəmə iclasında audio, video yazı ilə aparılan protokola diqqət edildikdə işin necə qərəzli və birtərəfli qaydada aparılması bir daha aydın olur. Həmçinin hakim öz qərəzli mövqeyini məhkəmə baxış iclasında gizlədə bilməyərək iddiaçı tərəfə istiqamət verərək iddia tələbinin dəqiqləşməsi barədə ərizə verməsini bildirmişdir. Halbuki, iddia tələbinin dəqiqləşmə barədə ərizə də məhkəmənin hazırlıq iclasında təqdim olunmalı idi. Bu isə cavabdeh tərəfin həmin vəsatət və ərizəyə qarşı lazımi münasibət bildirməsi və hüquqi müdafiə imkanlardan məhrum etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1381/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(010)-3475/2023 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən maddi hüquq norması düzgün tətbiq olunmamış, prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının mənzilin özü üçün alınması və oğluna cavabdehlə birlikdə ailə olaraq müvəqqəti yaşamağa verməsi ilə bağlı iddia tələbində qeyd etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, iddiaçı bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, iddiaçı birinci instansiya məhkəməsində video-audio yazısı aparılan məhkəmə iclasında mübahisəli evi oğluna ailəsi ilə birlikdə yaşamaları üçün aldığını qeyd etmiş, cavabdeh tərəf bu qaydada iddia tələbi ilə razılaşdıqlarını bildirmişdir. Digər tərəfdən şahidlər evin iddiaçıya satıldığını bildirsələr də, özbaşına tikilini satan X10 tərəfindən xx.xx.2022-ci il tarixdə mübahsəli fərdi yaşayış evi ilə bağlı iddiaçının oğlu X5 xx.xx.2112-ci ilədək (90 il müddətinə) baş etibarnamə verilmişdir. Bundan əlavə mübahisəli evin kommunal xidmətləri Elnur Muradovun adına olmuş, xx.xx.2023-cü il tarixdən iddiaçının qızı Aynurə Məhərrəmovanın müraciəti əsasında sonuncunun adına dəyişdirilmişdir. Bütün bunlarla yanaşı iddiaçı tərəfindən eyni vaxtda üç ev (özbaşına tikili) alınmışdır ki, bunlardan ikisi oğlanlarına, biri isə qızına alınmışdır (birinci instansiya məhkəməsində video-audio yazısı aparılan məhkəmə iclasında iddiaçı özü bildirmişdir). Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, şahid ifadələri evin iddiaçının həyat yoldaşına məxsus mənzilin satılmasından əldə edilmiş vəsait hesabına iddiaçının vasitəsi ilə alınmasının sübutu kimi qəbul oluna bilər. Qeyd olunanlar bir daha təsdiq etmişdir ki, mübahisəli ev (özbaşına tikili) iddiaçının ərinin evinin satılmasından əldə edilmiş pulla alınmış, həmin ev iddiaçının oğlunun ailəsinin əvvəlki şəraitdən fərqli olaraq mənzil şəraitinin yaxşılaşdırılması üçün əldə edilmişdir. Mübahisəli evin özü deyil, onun əldə edilməsi üçün vəsait hədiyyə edildiyindən və əmlak ər-arvadın nikah dövründə həmin vəsait hesabına olsa da, əvəzli şəkildə əldə edildiyindən, mübahisəyə Ailə Məcəlləsinin 34cü maddəsinin işə birbaşa tətbiqi mümkün deyildir. Məhkəmə kollegiyasının qənaətinə görə evin ona məxsus oduğunu iddia edən iddiaçı, vəsaiti oğlunun ailəsinə deyil, məhz özünə mənzil alınması üçün sərf edildiyini sübuta yetirməlidir. Belə ki, mübahisəli ev əldə olunan dövrdə cavabdeh öz ailəsi ilə mehriban ailə kimi yaşamışlar. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar iddiaçının öz oğlunun ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə verdiyi pul vəsaitinin bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qiymətləndirilməsini istisna etmir. İddiaçının evin alınması üçün pul vəsaitini oğlunun ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə verdiyi halda, məhz evi özü üçün əldə etməsi və oğlunun ailəsinə müvəqqəti yaşamaq üçün verməsi halı sübut olunmamış və bununla bağlı iddiaçı mötəbər sübutlar təqdim etməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1, 225.1, 180.1, 385.1, 666.1, 668.1.1, 668.1.3-cü, 666.2-ci maddələri, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2, 34.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli Qərarı, “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4, 372, 384, 392, 393, 402, 405-ci maddələrinə istinad etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2090/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iş üzrə kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2024-cü il tarixli 2(103)-1381/2024 saylı qətnaməsi ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
16. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır.
17. Məhkəmənin mövqeyinə görə hazırkı işdə iddiaçı ilə ərinə məxsus evin satışından əldə edilən vəsaitdən sırf mübahisəli tikiliyə aid hissənin ayrılaraq bağışlanması və mübahisəli tikilinin həmin bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi, yoxsa bütövlükdə həmin vəsait hesabına (heç bir pul vəsaiti bölünmədən və hər bir tikiliyə münasibətdə ayrıca hesablanmadan) üç tikilinin bir yerdə əldə edildikdən sonra əmlaka sahibliyin iddiaçıda qalmasının davam etməsi halında onlardan birinə cavabdeh və ərinin köçürülməsi zamanı sahibliyinə verilib-verilməməsi araşdırılmamışdır. Bu halların araşdırılmasının iddiaçının hazırkı iş üzrə subyektiv hüquqa malik olub-olmaması baxımından mühüm əhəmiyyəti vardır. Çünki, özbaşına tikili əvvəldən bağışlanmış məbləğ əsasında iddiaçının əmlak aktivindən çıxdığı üçün iddiaçı həmin əmlaka dair iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmur, birgə nikah dövründə əldə edilmiş vəsait hesabına alınmış bu evlərin hər üçünün iddiaçının əmlak aktivində olması istisna olunmadığından onun subyektiv hüquqa malik olubolmaması məsələsinə qiymət verilməsi zərurəti yaranır.
18. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddiaçının pul vəsaitini cavabdehin ərinə deyil, mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ailəyə bağışlaması halına istinad etsə də, evin satışından əldə edilən vəsaitdən sırf mübahisəli tikiliyə aid hissənin ayrılaraq bağışlanması halının təsdiq edilib-edilməməsi məsələsinə tam aydınlılıq gətirməmiş, mübahisəli ev əldə olunan dövrdə cavabdehin öz ailəsi ilə mehriban ailə kimi yaşamasını göstərərkən, ailənin münaqişəli vəziyyətdə olmasını, hətta, cavabdehin mühafizə orderi almasını, mübahisəli tikili əldə edildikdən bir il sonra isə nikahlarının rəsmi şəkildə pozulmasını nəzərə almamış, cavabdehlə ərinin həmin tikiliyə köçən zaman etibarlı ailə münasibətlərinin mövcud olub-olmamasını, nikah münasibətlərinin faktiki pozulubpozulmamasını araşdırılmamış, məsələyə bu konteksdən və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından yanaşılmaqla niyyətin pul vəsaitinin həqiqətən ailəyə bağışlama olub-olmamasına da qiymət verməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
20. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı ünvan 2 ünvanında olan fərdi yaşayış evinin ona məxsus olmasını heç bir instansiyada sübut edə bilməmişdir.Cavabdeh öz həyat yoldaşı ilə orada yaşayanda özü işləyib evdə təmir və bərpa işləri aparılıb. Cavabdeh hazırda işləyir, ailəli olan zaman da qazanc gətirən o olub. Hətta, cavabdehin qardaşı evin təmir və bərpası üçün də müəyyən miqdar pul verib. İddiaçı heç vaxt mübahisələndirilən yerdə yaşamayıb. İddiaçı sadəcə ora gəlir-gedir. İddiaçının oğlu orada yaşayıb. Cavabdeh indi də orada yaşayır, başqa heç bir mülkiyyətində əmlak yoxdur. Qayınata evi satıb, Hövsanda 3 ev alıb,hər birini övladları üçün alıb. Qayınata 3 evdən birin də yaşayıb. Rayon məhkəməsində şahidlərin ifadəsinin alınması barədə vəsatət hazırlıq iclasında deyil, baxış iclasında təqdim edilib. Bununla bağlı etiraz da etmişlər. Vəsatətlər hazırlıq iclasında təqdim edilməlidir. Həmin şəxslər şahid qismində ifadə verə bilməzdilər. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
21. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, 2012-ci ildə Elnurla ailə qurmuş və ünvan 3 ünvanına köçmüşdür.Elnurla münasibətləri kəskin olub. Qızıllarını aparıb, bununla bağlı münaqişə olub.Dəfələrlə münaqişələri olub. Elnur onu döyürdü. Hamilə olanda da döyüb. Uşaq anadangəlmə qüsurludur. Onun uşağı 12 il balaca 1 otaqlı evdə əziyyət çəkdi. Uşağı İ qrup əlildir. Qayınatası yaxşı insan olub. Əgər o yaşasa idi bu hadisələr olmazdı. ünvan 3-nı satışa qoydular. Evin alıcısını da o tapıb. Ev satılanda pulun bölünəcəyini demişdilər. Ev satıldı və 73500 manat bölündü. 30.000 manatı iddiaçının qardaşı ilə onlar arasında qayınatası böldü. Həmin vaxt qayınanası qızının yanına köçəcəyini demişdir. 30.000 manat dəyərində evi tapdı.Evə baxdılar və 31.000 manata evi aldılar. Pulu da qayınatası ödəyib. Evi maklerdən almışlar. Alğı-satqı müqaviləsi də notariat ofisində bağlandı. Ev yoldaşının adına alındı. Onunla sonuncu dəfə 2023-cü ilin fevral ayında münaqişələri oldu və onu kəmərlə boğmağa çalışdı. Anasıgil gəldi, polis bölməsinin əməkdaşları da gəldi. Həmin vaxtı qazanı üstünə tökdülər. Qayınanası evi müvəqqəti verdiyini deməyib. Onun qaynı evi onlardan uzaqdadır. Onlar evi alanda qızın ailəsi kömək etdi və evi onlardan baha aldılar. Onların evi nisbətən böyükdür. Üçüncü ev də uzaqdadır, Hövsan qəsəbəsinin çıxışındadır. Eyni adam ev satmayıb.
22. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, 2012-ci ildə iddiaçının oğlu ilə cavabdeh ailə qurmuşdur. Cavabdeh ünvan 3 ünvanına gəlin köçmüşdür.İddiaçının digər övladları da ailə qurub, bir evdə yaşayıblar. Evdə sıxlıq olduğuna görə iddiaçının yoldaşı evi satıb, yanyana 3 həyət evi alıb.Cavabdehə və yoldaşına ev müvəqqəti yaşamaq üçün verilib və cavabdehə həmin mənzilə qeydiyyata düşməyə icazə verilib. 2-3 ay sonra cavabdeh nikahın pozulması tələbi ilə məhkəmədə iddia qaldırıb.Nikah pozulub və cavabdehin yoldaşından aliment tutulub. Buna baxmayaraq cavabdeh mübahisəli mənzildən çıxmır, iddiaçının mülkiyyət hüquqularını pozur. Cavabdeh iddiaçını dəfələrlə təhqir edib, evə onu buraxmır.Cavabdeh mühafizə orderi alıb. Rayon məhkəməsində şahidlərdən cavabdehi tanıyıb-tanımadıqlarını soruşanda onlar cavabdehi tanımadıqlarını bildiriblər. Həmin ərazidəki evlərin 80%-dən çoxu özbaşına tikilidir.Cavabdeh evlə bağlı heç bir xərc çəkməyib. Keçmiş ev 73.500 manata satılıb, həmin vəsait hesabına da 3 ev alınıb. Evi eyni şəxs satıb, fərqli şəxs olmayıb. Evlərin eyni gündə alınıb-alınmamasını bilmir. 73.500 manat pul verilib və 3 ev alınıb. Keçmiş ev balaca idi, satılıb yeni ev alınanda cavabdehə müvəqqəti yaşamaq üçün verilib. 2-3 ay sonra iddiaçının yoldaşı dünyasını dəyişib. Cavabdeh daha sonra məhkəmədə iddia qaldırıb. Yeni evə köçəndə cavabdeh və iddiaçı arasındakı münasibət münaqişəli idi. Münasibətlərin kəskinləşməsi birdən-birə olmayıb.
23. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, Bakı şəhəri, İlqar Əhlimanov küçəsi, ev 7, mənzil 26-nı satıb onun pulu ilə 2 ev almışlar.Cavabdeh və oğlu ailə quran gündən münasibətləri kəskin olub. Həmişə münaqişədə olublar.Söz-söhbət var idi ki, cavabdeh ev aldırıb, satacaq.Cavabdehə etibar edə bilməzdilər. Evi satmamışdan əvvəl cavabdehlə bir yerdə yaşayırdılar, çox narazılıq edirdi.Daha sonra kirayə evə köçdülər. Onlar evi alanda onlar kirayədə qalırdılar. Evi 73.500 manata satmışlar.Eyni vaxtda yəni ki, eyni ayda evləri almışlar. Həmin zaman hamısı evi axtarırdılar. Evləri tapandan sonra almışlar. Digər oğlu da ev axtarıb. Yoldaşı, cavabdeh və oğlu evə baxdılar bəyəndilər,sonra da evi aldılar.Əsas pulu verən odur. Onun bəyənməyi şərt idi. Evlər yan-yana deyil. Digər evi digər oğlugilə aldılar, onlara da qızın ailəsi kömək etmişdi. Ev alınan gündən onlar Elnurun evində qaldılar. İlk gündən cavabdeh onları danışdırmırdı, dindirmirdi. Qızının evinə gedib qayıdandan sonra cavabdeh onları evdən qovdu. Əşyaları çölə atdı, ona dedi ki, evdə yaşamalı deyil. Onu təhqir etdi. Sonra birdən cavabdeh boşanmaq üçün ərizə verdi. Yoldaşı sağ olarkən dəfələrlə demişdi ki, cavabdehin ailəsini çağırsınlar, çünki oğlu ilə yola getmirdilər.Cavabdehin anası onun yaxını olub, ayıb olduğu üçün etmirdilər. Nəvəsi anadan olandan sonra otağa salıb, çıxarmayıb. Onlara düşmən kimi böyüdüb. Barışıq mümkün deyil. Biabırçı hadisələr olub. Elnurun evi dedikdə hazırkı mübahisəli mənzili nəzərdə tutub. Evi almışdılar ki, Elnurgillə yaşayacaqlar. Elnur işləyib özü üçün ev alacaqdı. Qızının evinin hazırkı mübahisəyə aidiyyəti yoxdur. Evi ona görə satdılar ki, cavabdeh yola getmirdi. Elnur intihar edəcəkdi az qalsın. Evi satıb 2 ev aldılar. Ev alınanda sənədləşdirmə notariat ofisində bələdiyyə sənədləri ilə bağlı olub. Alğı-satqı olmayıb. Hazırda qızının yanında yaşayır. Orada 2 ildir yaşayır. Cavabdeh onu təhqir edib, evdən qovub. Onu evə qoymayıb. Ev alınan zaman münasibətlər kəskin idi. Onları danışdırmırdı. Cavabdehin mübahisəli evə qeydiyyata düşməsinin səbəbi nəvəsinin əlil olmasına görədir. Əlil olduğu üçün cavabdehə ev düşürdü. Haradasa qeydiyyatda olmalı idi. Uçota düşəcəkdi. Elnur ev alıb çıxacaqdı, o evdə onlar yaşayacaqdılar. Evə köçəndə cavabdehlə Elnurun münasibətləri çox pis idi. Evin alışında, satışında cavabdeh iştirak etməyib. Evi hamısı axtarırdılar. Evi Elnura müvəqqəti vermişdilər. Onlara qızı demişdi ki, cavabdehi ora qeydiyyata salmasın. Mübahisəli ev alınandan sonra 2-3 ay sonra cavabdeh boşanmaq üçün ərizə ilə müraciət edib.
24. Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 32.1.Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Maddə 159 Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 162. Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 179.3. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
31. Kassasiya instansiya məhkəməsinin göstərişi əsasında aparılmış araşdırma nəticəsində müəyyən edildi ki, Bakı şəhəri, İlqar Əhlimanov küçəsi, ev 7, mənzil 26-nı satıb onun pulu ilə 2 ev alınmışdır. İddiaçı izahatında qeyd etdi ki, alınan evlər yan-yana deyil. Ev alınan gündən onlar Elnurun evində qaldılar... Elnurun evi dedikdə hazırkı mübahisəli mənzili nəzərdə tutur. Evi almışdılar ki, Elnurgillə yaşayacaqlar. Digər evi digər oğlugilə aldılar.
32. Kollegiya qeyd edir ki, Ali Məhkəmənin göstərişi əsasında işin faktiki hallarını iddiaçı ilə dəqiqləşdirərkən iddiaçının nümayəndəsi və vəkili etirazını bildirməklə iddiaçıya təsir etməsi nəticəsində iddiaçı izahatında sonradan qeyd etdi ki, evi Elnura müvəqqəti vermişdilər. Lakin kollegiya qeyd edir ki, iddiaçının izahatından aydın olur ki, iddiaçı hər iki oğul övladına ayrı ayrılıqda ev almışdır.
33. O cümlədən qeyd olunmalıdır ki, video-audio yazıdan müəyyən olunur ki, iddiaçı işə birinci instansiya məhkəməsində baxılarkən mübahisəli evi oğluna ailəsi ilə birlikdə yaşamaları üçün aldığını qeyd etmişdir.
34. Bundan əlavə cavabdeh izahatında bildirdi ki, keçmiş əri Elnurla münaqişələri teztez olurdu. Hamilə olanda da Elnur onu döyürdü. Uşaqları anadangəlmə qüsurludur. Uşağı 12 il 1 otaqlı evdə əziyyət çəkirdi.
35. İddiaçı da izahatında təsdiq etdi ki, cavabdehlə oğlunun ailə quran gündən münasibətləri kəskin olub. Həmişə münaqişədə olublar.
36. Kollegiya qeyd edir ki, cavabdehlə əri Elnurun münasibətləri ailə qurduqları vaxtdan kəskin olmasına baxmayaraq onlar 10 ildən artıq müddətə birlikdə ailə olaraq yaşamışdırlar. Hətta iddiaçının izahatından müəyyən olundu ki, evi satmamışdan əvvəl cavabdehlə bir yerdə yaşayırdılar, çox narazılıq edirdi. Daha sonra cavabdeh ailəsi ilə kirayə evə köçdülər. Ev satılan dövrdə cavabdeh ailəsi ilə kirayədə qalırdı. Yoldaşı, cavabdeh və oğlu evə baxdılar bəyəndilər,sonra da evi aldılar.
37. Beləliklə, kollegiya belə qənaətə gəlir ki, mülkiyyətdə olan evin satışından əldə edilən pulun bir hissəsinə alınan mübahisə predmeti olan ev iddiaçının oğlunun ailə şəraitini yaxşılaşdırmaq üçün alınmışdır. Mülkiyyətdə olan evi sataraq iddiaçı hər iki oğlu üçün ev almışdır. Həmin evlər yan yana yerləşmirdi. Mübahisə predmeti olan ev alınmamışdan qabaq Elnur ailəsi ilə kirayədə yaşayırdı. Mübahisə predmeti olan evi Elnur, onun arvadı olan iş üzrə cavadeh də bəyəndikdən sonra almışlar. İddiaçı izahatında da mübahisə predmeti olan evi Elnurun evi olaraq adlandırırdı.
38. Kollegiya qeyd edir ki, mübahisə predmeti olan ev alınan dövrdə cavabdeh əri ilə ailə olaraq kirayədə yaşayırdı. Həm cavabdeh, həm də onun əri evi bəyəndikdən sonra ev alınmışdır. Onlar kirayə evdən mübahisə predmeti olan evə köçmüşdürlər. Göründüyü kimi ev alınan dövrdə cavabdehin əri ilə nikah münasibətləri faktiki pozulmamışdır. Hətta cavabdeh mübahisə predmeti olan evə qeydiyyata alınmışdır.
39. Kollegiya hesab edir ki, mülkiyyətdə olan əmlakın satışından əldə edilmiş pulun bir hissəsinə iddiaçının oğlu Elnurun mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə mübahisə predmeti olan ev alındığından və artıq həmin vəsait iddiaçının əmlak aktivindən çıxdığından iddiaçının həmin əmlaka dair iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur.
40. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarının 5.6-cı bəndinə əsasən əmlakın bağışlama nəticəsində və ya hədiyyə edilmiş vəsait hesabına əldə olunması barədə ərin (arvadın) dəlillərinə (sübutlarına) qiymət verərkən, əmlakı bağışladığı iddia edilən şəxslərin iradə ifadəsinin nədən ibarət olduğu (əmlakı məhz kimə bağışladığı – ər-arvaddan birinə, yaxud bütün ailəyə), ər-arvadın nikahda olduğu müddət və digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Qərarın 5.7-ci bəndinə əsasən ər-arvad arasındakı nikah pozulduqdan sonra onlardan birinin yaxın qohumunun onun mənafeyi baxımından çıxış etməsi, yəni mübahisə halında sözügedən bağışlamanı məhz qohumuna etdiyini bildirməsi və hətta geri tarixə buna dair yazılı əqd tərtib etməsinə şübhələr olduqda, sübutun mötəbərliyinə digər sübutlarla yanaşı qiymət verilməlidir. Bu zaman bağışlamanı etmiş qohumun artıq nikah pozulduqdan sonra verdiyi məlumat deyil, bağışlama zamanı ortaya qoyduğu niyyət – o zamankı həqiqi iradəsi nəzərə alınmalıdır. Bu isə hər bir işin konkret hallarından asılı olaraq müəyyən edilməlidir. Məsələn, valideynin nikahdan qısa müddət sonra oğlunun (qızının) doğum günündə verdiyi hədiyyənin məhz övladına edilmiş bağışlama sayılması daha ağlabatan göründüyü halda, illərlə birgə və mehriban ailə kimi yaşamış, uşaqların doğulması ilə ailə bağları daha da sıxlaşmış, oğlu (qızı) ilə yanaşı, gəlinini (kürəkənini) də öz övladı kimi qəbul etmiş qayınananın (qayınatanın) mənzil şəraitinin daha da yaxşılaşdırılması və s. məqsədlə etdiyi bağışlama bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qəbul oluna bilər. Birinci halda bağışlanan əmlak fərdi mülkiyyət, ikinci halda isə ümumi mülkiyyət kimi qiymətləndirilə bilər.
41. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilir ki, “...Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”
42. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-3475/2023 saylı qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı barədə Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz evdən çıxarılması barədə iddia tələbi təmin edilməməlidir.
43. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-3475/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı barədə Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz evdən çıxarılması barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev