Məhkəmə qərarları › İş №2(103)-5405/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5405/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5405/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(004)-267/21 saylı qətnaməsindən İddiaçı və Cavabdeh MTK tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin icra edilməsi və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilədə nəzərdə tutulan mənzil əvəzinə mansard-mənzil təhvil verildiyindən qiymət fərqi olaraq 23843 manatın, müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə 10000 manat ziyanın və 20 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-267/2021) iddia tələbi qismən təmin edilərək İddiaçı məxsus olan, ünvan 1 ünvanında inşa edilmiş 8 mərtəbəli yaşayış binasında 1-ci blok, 8-ci mərtəbəsində ümumi sahəsi 60,8 kv.m olan yaşayış sahəsi 48,82 kv.m olan 1 otaqlı 21 saylı mənzilin yerləşdiyi mərtəbənin döşəməsinin, dəhliz divarlarının suvaq və boya işlərinin tamamlanması öhdəliyinin Cavabdeh MTK-nın üzərinə vəzifə olaraq qoyulması qət edilmiş, iddia tələbi cavabdehdən müqavilədə nəzərdə tutulan mənzil əvəzinə mansard mənzil təhvil verildiyindən qiymət fərqi olaraq 13376 manatın, müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə 10000 manat mənəvi ziyanın tutulması hissəsinə münasibətdə təmin edilməmişdir. Hər iki tərəf qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X2 ərizə təqdim edərək bildirirlər ki, apellyasiya şikayətlərindən imtina edirlər və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətindən imtinalar qəbul edilməli, apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 369-cu maddəsinin məzmununa görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki iş üzrə tərəflərin apellyasiya şikayətindən imtinaları qəbul edilməli və həmin apellyasiya şikayətləri üzrə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Cavabdeh MTK-nın Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərindən imtinaları qəbul edilsin və onlara münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar