Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5405/2023 28.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı kompensasiya verilməklə mənzilə istifadə hüquqlarının itirilməsi tələbinə dair ilk, X1 İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı, Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş mənzilin ½ hissəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı kompensasiya verilməklə mənzilə istifadə hüquqlarının itirilməsi tələbinə dair ilk, X1 İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı, Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş mənzilin ½ hissəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(007)-884/2023 nömrəli qərardadından cavabdehlərin şikayətinə yazılı icraat qaydasında bаxаrаq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 3500 manat, Cavabdeh2 3500 manat kompensasiya ödənilməklə, Bakı şəhəri Nizami rayonu C.Naxçivanski küçəsi ev 102, 2 nömrəli mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, həmçinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. X4 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu C.Naxçivanski küçəsi ev 102-də yerləşən sahəsi 39.60 kv.m olan 3 otaqlı, 2 nömrəli mənzilə dair kompensasiya verilməməklə istifadə hüququna xitam verilməsinə dair iddianın rədd edilməsi, həmin mənzilə istifadə hüququnun tanınması, qarşılıqlı iddia ərizəsi verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu C.Naxçivanski küçəsi ev 102-də yerləşən sahəsi 39.60 kv.m olan 3 otaqlı, 2 nömrəli mənzilə dair kompensasiya ödənilməklə Cavabdeh1 istifadə hüququna xitam verilməsinə dair iddiasının rədd edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlak kimi Bakı şəhəri Nizami rayonu C.Naxçivanski küçəsi ev 102-də yerləşən sahəsi 39.60 kv.m olan, 3 otaqlı, 2 nömrəli mənzilə ½ hissədə Cavabdeh1 mülkiyyət hüququnun tanınması, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat, etibarnamənin verilməsinə görə ödənilmiş 17.5 manat məbləğin İddiaçı tutularaq Cavabdeh2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(007)- 884/2023 nömrəli qərardadı ilə qiymətləndirmə, məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin olunmuş, hesabat və rəylər alınanadək iş üzrə icraat dayandırılmışdır.
5. Cavabdehlər qərardaddan şikayət verərək, icraatın dayandırılmamasını xahiş etmişlər.
6. Şikayətin dəlillərinə görə, qiymətləndirmənin və ekspertizaların keçirilməsi və rəyin verilməsi gedən dövr ərzində prosessual qənaət prinsipi baxımından iş üzrə icraatın dayandırılmasına zərurət yox idi və mülki işin araşdırılması davam etməli idi. Belə ki, məhkəmənin hazırlıq iclasında Cavabdeh1 poçt vasitəsilə məhkəməyə 17 may 2023-cü il tarixdə ünvanladığı və məhkəməyə 19 may 2023-cü ildə daxil olmuş ərizəsində göstərmişdir ki, iddiaçı tərəfindən qeyd edilən kimi, özəlləşdirilmə zamanı o iddiaçının xeyrinə heç bir mülkiyyətindən hüquqlarına imtina etməmişdir və heç bir sənədə imza atmamışdır. Ona görə də xahiş etmişdir ki, özəlləşdirmə zamanı aparılan əməliyyatla tam hərtərəfli və obyektiv aparılsın və hüquqi qiymət verilsin. Belə olan təqdirdə məhkəmə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin etməli olduğu halda Cavabdeh1nin 17 may 2023-cü il tarixli ərizəsinə diqqət yetirməmiş, məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları keçirilməsi qənaəninə gəlməklə kifayətlənmişdir. Hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh1 adından olan ərizədə olan imzanın onun tərəfindən icra edilib-edilməməsini müəyyən etmək üçün iş üzrə məhkəməxəttşünaslıq ekspertizası təyin edilməli olması barədə məhkəməyə vəsatət verilmişdir. Ekspertizaya təqdim edilməsi üçün Cavabdeh1 imzası olan sənədlərin yəni, adına olan xarici pasportun əslini eləcə də, müxtəlif vaxtlarda bağladığımüqavilələrin əsllərini həmçinin, bank qəbzlərinin, banka yazılan ərizənin, məişət predmeti alınmasına dair qəbzin əsllərini, başqa şəxsə verdiyi etibarnamənin və əvvəlki şəxsiyyət vəsiqəsinin surətlərini həmin vəsatətə əlavə edilmişdir. Müqayisəli tədqiqat üçün Cavabdeh1 imzası olan digər sənədlərin əsli də əlavə olaraq təqdim ediləcəyi vəsatətdə qeyd olunmuşdur.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(007)- 884/2023 nömrəli qərardadı şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; Maddə 255.0. Hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə aşağıdakı hallarda iş üzrə icraatı dayandıra bilər: 255.0.5. məhkəmə tərəfindən ekspertiza təyin olunduqda; Maddə 256.0. İş üzrə icraat aşağıdakı müddətdə dayandırılır: 256.0.2. bu Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda ... ekspertin rəyi ... məhkəməyə təqdim edilənədək;
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı icraatın dayandırılması hissədə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir.
10. İşdən görünür ki, cavabdehlər iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçririlməsi barədə vəsatətə qiymət verilməsi üçün iş üzrə icraatın dayandırılmamalı olmasını göstərirlər.
11. Bununla bağlı kollegiya qeyd edir ki, MPM-in 255-ci maddəsinə əsasən iş üzrə ekspertiza təyin edilməsi zamanı icraatın dayandırılması məhkəmənin hüququdur. Bu hüquqdan istifadənin məntiqi qanunla müəyyən edilmiş prosessual müddətlərin lüzumsuz şəkildə tükənməsinin qarşısını almaqdır. Nəzərə almaq lazımdır ki, iş üzrə həm məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları, həm də qiymətləndirmə təyin edilmişdir və məhkəmənin qərardadda qeyd etdiyi bütün sualların cavablandırılmasının müəyyən müddət alması kifayət qədər mümkün bir haldır.
12. Digər tərəfdən, iş üzrə icraat təzələndikdən sonra cavabdehlərin digər ekspertizanın təyin olunması barədə vəsatətinə məhkəmə tərəfindən münasibət bildirilməsi, bu vəsatətin təmin olunmadığı təqdirdə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən həmin qərardaddan ayrıca şikayət verilməsi mümkün olmasa da, yekun məhkəmə qərarından şikayət verilərkən qeyd olunması imkanları da itirilmir və buna görə iş üzrə icraatın dayandırılması barədə qərardadın ləğvinə zərurət yoxdur.
13. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
14. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(007)-884/2023 nömrəli qərardadından cavabdehlər Cavabdeh1 və X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(007)-884/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev