Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5408/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: əmək müqaviləsiniin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X6 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 iyul 2025-ci tarixli, e- 2(004)-3243/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemindən çıxarışa əsasən müəyyən edilir ki, X5” X13” MMC-də icraçı direktor vəzifəsində işləmişdir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə 01/25 nömrəli, xx.xx.2025-ci il tarixli əmrə əsasən müəyyən edilir ki, Cavabdeh”bölməsində “icraçı direktor” vəzifəsində işləyən İddiaçı Əbülfəz oğlu ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “AR ƏMnin 68.2.”a” tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən 01 yanvar 2025 tarixindən xitam verilmişdir.
3. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də icraçı direktor vəzifəsinə işə qəbul edilmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş 27 noyabr 2025-ci il tarixli 3-21-2-1/2-212958/2025 nömrəli sorğuya cavab məktubuna əsasən dövlət reyestrində Cavabdeh (VÖEN: **********) xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatından keçməsi, xx.xx.2009-cu il tarixdə hüquqi ünvanının, xx.xx.2017-ci il və xx.xx.2023-cü il tarixlərdə təsisçilərinin dəyişdirilməsi ilə əlaqədar nizamnaməsinə dəyişikliklərin edilməsi barədə məlumat mövcud olduğu, reyestrdə İddiaçı Cavabdeh rəhbəri olması barədə məlumatın olmadığı qeyd olunmuşdur.
5. “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” X14 tərəfindən məhkəməyə təqdim edilmiş 28 noyabr 2025-ci il tarixli 14-5/2-967/2025 nömrəli sorğuya cavab məktubuna əsasən İddiaçı adına elektron imza sertifikatın mövcud olmadığı qeyd olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məlumatı olmadan onun 01 dekabr 2023-cü il tarixdə Cavabdeh MMC-də icraçı direktor vəzifəsinə işə qəbul edilməsi ilə bağlı 01 dekabr 2023-cü il tarixli əmək müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını, həmçinin saxtakarlığa yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-in direktoru Nümayəndə2la 2021-ci ilin yanvar ayında tanış olmuş, aralarında münasibət yaranmışdır. Həmin vaxtdan birlikdə işləmiş,Cavabdeh MMC-in direktoru Nümayəndə2 İddiaçı 2022-ci ilin 01 yanvara hesablanmış 110000 manat borcu yaranmışdır. 2022-ci ilin yanvar ayında Cavabdeh MMC-in direktoru Nümayəndə2 İddiaçı biznes qurmaq şərikliyi təklif etmiş, İddiaçı bu təklifə razı olaraq 2022-ci ilin yanvar ayından başlayaraq istehsalavadanlıqlarının alqı-satqısı, eyni zamanda bəzi istehsal avadanlıqları ilə müxtəlif məhsulların və qəliblərin istehsalı və satışı ilə bağlı sahədə biznes qurmaq barədə şərik olmaq qərarına gəlmişlər. Birgə biznes fəaliyyəti üçün İddiaçı Cavabdeh MMC-in bütün xərclərini qarşılamağa başlamış, istehsal avadanlıqlarından anlayışı olduğundan özü xarici ölkələrə gedərək əcnəbi satıcılarla danışıb avadanlıqları alaraq Azərbaycan Respublikasına gətirmişdir. İddiaçı istehsal avadanlıqlarının xarici ölkələrdən alınaraq Azərbaycan Respublikasına gətirməsinə, gömrük və digər xərclərin ödənilməsinə ümumilikdə 650000 manat pul xərcləmişdir. İddiaçı Cavabdeh MMC-in direktoru Nümayəndə2la birlikdə şirkəti idarə edir, həm avadanlıqların alqı-satqısını həyata keçirir, həm də sözügedən avadanlıqlarla istehsal aparmışdır. Təxminən bir neçə ay öncə İddiaçı məlum olmuşdur ki, Cavabdeh MMC-in direktoru Nümayəndə2 biznes şərikliyi barədə razılıqlarını pozaraq ondan xəbərsiz bir sıra avadanlıqları sataraq pulunu özünə götürmüş, işi düzgün yerinə yetirmədiyinə görə istehsal prosesi dayanmış, hətta icarə əsasında istehsal prosesini həyata keçirdikləri obyektin sahibi onu həmin ərazidən kənarlaşdırmışdır. Bundan sonra İddiaçı Cavabdeh MMC-in direktoru Nümayəndə2la şərikliyə son qoymuşdur. İddiaçı Cavabdeh MMC-in direktoru Nümayəndə2 tərəfindən aldadılıb külli miqdarda zərərə düçar olduğu üçün hüquq mühafizə orqanlarına müraciət etmişdir. Onun müraciəti əsasında Sabunçu RPİ-də araşdırma aparılmış, məsələ mülki xarakterli olduğu üçün İddiaçı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Araşdırma çərçivəsində izahatı alınmış Cavabdeh MMC-in direktoru Nümayəndə2 İddiaçı ilə istehsal avadanlıqlarının alqı-satqısı, eyni zamanda bəzi istehsal avadanlıqları ilə müxtəlif məhsulların istehsalı və satışı ilə bağlı sahədə biznes qurmaq barədə şərik olduqlarını etiraf etmişdir. Bundan sonra İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və Nümayəndə2 qarşı “avadanlıqların bölünməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan başqa bildirim ki, Cavabdeh MMC-in direktoru Nümayəndə2 hüquq mühafizə orqanlarında və məhkəmə mübahisələrində iddiacı İddiaçı bütün şəriklikdə gördüyü işləri icracı-direktor olaraq etdiyi bildirmişdir. Bundan sonra İddiaçı məsələni dəqiqləşdirmək üçün 14 mart 2025-ci il tarixdə DOST mərkəzinə getmiş və məsələ araşdırılaraq İddiaçı onunla Cavabdeh MMC-nin arasında xx.xx.2023-cü il tarixdə icraçı direktor vəzifəsinə işə qəbulla bağlı əmək müqavilə bağlandığı və həmin müqaviləyə xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2/a bəndi ilə xitam verildiyi bildirilmişdir. Bundan sonra Cavabdeh MMCnin direktoru Nümayəndə2 niyyəti artıq İddiaçı məlum olmuşdur. Belə ki, İddiaçı Cavabdeh MMC-nin direktoru Nümayəndə2la birlikdə biznes şərikliyi dövründə əldə etdikləri əmlakı və vəsaiti Cavabdeh MMC-nin direktoru Nümayəndə2 öz əmlakı və vəsaiti kimi qələmə vermiş, həmçinin İddiaçı məlumatı olmadan onun adına işə qəbulla bağlı əmək müqaviləsi bağlayaraq İddiaçı icracı-direktor olaraq işə qəbul etmiş, niyyəti isə sonda İddiaçı gördüyü işləri icraçı direktor olaraq etdiyini bildirmək, həmçinin Cavabdeh MMC-nin qanunvericiliyin tələblərinə əməl etmədən gördüyü bütün qanunsuz işləri İddiaçı üstünə atmaqdan ibarət olmuşdur. Bütün bunlar İddiaçı məlum olduqdan sonra onun tərəfindən mediasiya prosesinin başladılması üçün Cavabdeh MMC-yə təklif göndərilmiş və xx.xx.2025-ci ildə keçirilmiş ilkin mediasiya sessiyasında cavabdehin nümayəndəsi iştirak etməmiş, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Hesab edir ki, Cavabdeh MMC tərəfindən İddiaçı məlumatı olmadan onun xx.xx.2023-cü il tarixdə icraçı direktor vəzifəsinə işə qəbul edilməsi və buna dair Cavabdeh MMC tərəfindən 01 dekabr 2023-cü il tarixli əmək müqaviləsinin tərtib edilməsi tam qanunsuzdur. Bu səbəbdən həmin əmək müqaviləsi etibarsız hesab olunmalıdır.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, e-2(004)- 3243/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Qətnamənin əsaslarına görə, iddiaçı ilə cavabdeh arasında 01 dekabr 2023-cü il tarixli əmək müqaviləsi bağlanmış və iddiaçı “X16” MMC-də icraçı direktor vəzifəsinə işə qəbul edilmiş, onunla bağlanmış əmək müqaviləsinə 01 yanvar 2025-ci il tarixdə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. İddiaçı həmin əmək müqaviləsinin bağlanmasından məlumatının olmadığını, yalnız cavabdehin direktoru Nümayəndə2 şirkətin digər məhkəmə mübahisələrində onu icraçı direktor kimi adını hallandırdıqdan sonra DOST İş mərkəzinə getdikdə onunla əmək müqaviləsinin bağlanmasından məlumatlı olduğunu, Nümayəndə2la aralarında əslində şəriklik münasibətinin olduğunu, bütün işlərə birlikdə vəsait qoyduqlarını bildirərək onunla bağlanmış əmək müqaviləsinin etibarsız hesab olunmasını tələb edir. Cavabdeh isə iddiaçının əvvəl başqa bir şirkətdə işlədiyini, gördüyü sahənin yeganə mütəxəssislərindən biri olduğu üçün iddiaçıya onun şirkətində işləməyi təklif etdiyini, iddiaçının şirkətdə bütün ustaların başında dayandığını və onu icraçı direktor vəzifəsinə rəsmiləşdirdiyini, onunla bağlanmış əmək müqaviləsindən iddiaçının məlumatlı olduğunu, hətta iddiaçının xarici səfərlərdə, müxtəlif layihələrdə şirkəti təmsil etdiyini bildirir. Cavabdeh tərəfindən təqdim olunan xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı “X16” MMC-də icraçı direktor vəzifəsinə qəbul edilərək onunla müddətsiz əmək müqaviləsi imzalanmışdır. İddiaçı onunla əmək müqaviləsinin bağlanmasından məlumatı olmadığını bildirsə də, lakin həmin halı sübut edə bilməmişdir. Əksinə iddiaçı tərəfindən təqdim olunmuş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsininin 14-cü polis şöbəsi tərəfindən iddiaçının müraciəti əsasında toplanmış materiallardan görünür ki, iddiaçı polis şöbəsində izahat verərəkən özünü şirkətin direktoru olduğunu qeyd etmişdir. Həmçinin, iddiaçı tərəfindən təqdim olunmuş cavabdehlə aralarında olan whatsapp yazışmalarından görünür ki, iddiaçı və cavabdeh arasında işçi işəgötürən münasibətləri olmuşdur. Məhkəmə həmçinin iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş şəslərin izahatına münasibətdə bildirir ki, həmin şəxslərin izahatları iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin etibarsız hesab olunmasına əsas verən sübut qismində qiymətləndirilə bilməz. Belə ki, həmin şəxslər bilavasitə “X16” MMC-nin işçiləri olmamaqla, həmin şirkətdə hər hansı inzibati vəzifələri olmamışdır. Bununla bərabər şahid qismində dindirilmiş şəxslər cavabdehlə aralarında bir sıra məhkəmə çəkişmələrinin olduğu şəxslərdir. Həmin şəxslərin verdikləri izahat iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin bağlanmasından iddiaçının məlumatının olmaması və bununla da əmək müqaviləsinin etibarsız hesab olunmasına əsas verən dəlil kimi məhkəmə tərəfindən nəzərə alına bilməz. İddiaçı Cavabdeh MMC-dəki iş fəaliyyəti ilə bağlı bir sıra xarici ölkələrdə olmuş, iddiaçıya təqdim olunmuş vizitkartda da icraçı direktor vəzifəsində işlədiyi qeyd olunmuşdur. Əmək müqaviləsinin bağlanması zamanı müqavilə qanunvericilikdə nəzərdə tutulan elektron formada bağlanmış, əmək münasibətlərinin mahiyyətinə və qanunvericiliyin tələblərinə zidd hər hansı hal aşkar edilməmişdir. İddiaçının müqavilənin etibarsız hesab olunması barədə iddiası yalnız şəxsi mülkahizələrlə əsaslandırılmış, lakin əmək müqaviləsinin etibarsızlığına dair hüquqi əsaslar və sübutlar təqdim olunmamışdır. İş materialları ilə müqavilənin etibarsızlığına səbəb ola biləcək hallar (aldatma, məcburiyyət, hüquq qabiliyyəti olmayan şəxslə bağlanması. Qanunla qadağan edilmiş şərtlərin daxil edilməsi) aşkar edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 7, 43, 44, 46, 49-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməklə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Şikayətin dəlillərinə görə, İddiaçı Cavabdeh MMC-nin direktoru Nümayəndə2la 2021-ci ilin yanvar ayında tanış olmuş, aralarında münasibət yaranmışdır. Həmin vaxtdan birlikdə işləmiş, Cavabdeh MMC-in direktoru Nümayəndə2 İddiaçı 2022-ci ilin 01 yanvara hesablanmış 110.000 manat borcu yaranmışdır. 2022-ci ilin yanvar ayındaCavabdeh MMC-in direktoru Nümayəndə2 İddiaçı biznes qurmaq şərikliyi təklif etmiş, İddiaçı bu təklifə razı olaraq 2022-ciilin yanvar ayından başlayaraq istehsal avadanlıqlarının alqısatqısı, eyni zamanda bəzi istehsal avadanlıqları ilə müxtəlif məhsulların və qəliblərin istehsalı və satışı ilə bağlı sahədə biznes qurmaq barədə şərik olmaq qərarına gəlmişlər. Birgə biznes fəaliyyəti üçün İddiaçı Cavabdeh MMC-in bütün xərclərini qarşılamağa başlamış, istehsal avadanlıqlarından anlayışı olduğundan özü xarici ölkələrə gedərək, əcnəbi satıcılarla danışıb avadanlıqları alaraq Azərbaycan Respublikasına gətirmişdir. İddiaçı istehsal avadanlıqlarının xarici ölkələrdən alınaraq AzərbaycanRespublikasına gətirməsinə, gömrük və digər xərclərin ödənilməsinə ümumilikdə 650000 (altı yüz əlli min) manat pul xərcləmişdir. İddiaçı Cavabdeh MMC-nin direktoru Nümayəndə2la birlikdə şirkəti idarə edir, həm avadanlıqların alqı-satqısını həyata keçirir, həm də sözügedən avadanlıqlarla istehsal aparmışdır. Təxminən bir neçə ay öncə İddiaçı məlum olmuşdur ki, Cavabdeh MMC-in direktoru Nümayəndə2 biznes şərikliyi barədə razılıqlarını pozaraq ondan xəbərsiz bir sıra avadanlıqları sataraq pulunu özünə götürmüş, işi düzgün yerinə yetirmədiyinə görə istehsal prosesi dayanmış, hətta icarə əsasında istehsal prosesini həyata keçirdikləri obyektin sahibi onu həmin ərazidən kənarlaşdırmışdır. Bundan sonra İddiaçı Cavabdeh MMC-in direktoru Nümayəndə2la şərikliyə son qoymuşdur. İddiaçı Cavabdeh MMC-in direktoru Nümayəndə2 tərəfindən aldadılıbkülli miqdarda zərərə düçar olduğu üçün hüquq mühafizə orqanlarına müraciət etmişdir. Onun müraciəti əsasında Sabunçu RPİ-də araşdırma aparılmış, məsələ mülki xarakterli olduğu üçün İddiaçı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Araşdırma çərçivəsində izahatı alınmış Cavabdeh MMC-in direktoru Nümayəndə2 İddiaçı ilə istehsal avadanlıqlarının alqı-satqısı, eyni zamanda bəzi istehsal avadanlıqları ilə müxtəlif məhsulların istehsalı və satışı ilə bağlı sahədə biznes qurmaq barədə şərik olduqlarını etiraf etmişdir. Bundan sonra İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və Nümayəndə2Vilayət oğluna qarşı “avadanlıqların bölünməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan başqa bildirim ki, Cavabdeh MMC-in direktoru Nümayəndə2 hüquq mühafizə orqanlarında və məhkəmə mübahisələrində iddiacı İddiaçı bütün şəriklikdə gördüyü işləri icracı-direktor olaraq etdiyi bildirmişdir. Bundan sonra İddiaçı məsələni dəqiqləşdirmək üçün 14 mart 2025-ci il tarixdə DOST Mərkəzinə getmiş və məsələ araşdırılaraq İddiaçı onunla Cavabdeh MMC-nin arasında xx.xx.2023-cü il tarixdə icraçı direktor vəzifəsinəişə qəbulla bağlı əmək müqavilə bağlandığı və həmin müqaviləyə xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2/a bəndi ilə xitam verildiyi bildirilmişdir. Bundan sonra CavabdehMMC-nin direktoru Nümayəndə2 niyyəti artıq İddiaçı məlumolmuşdur. Belə ki, İddiaçı "xxxx"MMCnin direktoru Nümayəndə2la birlikdə biznes şərikliyi dövründə əldə etdikləri əmlakı və vəsaitiCavabdeh MMC-nin direktoru Nümayəndə2 özəmlakı və vəsaiti kimi qələmə vermiş, həmçinin İddiaçı məlumatı olmadan onunadına işə qəbulla bağlı əmək müqaviləsi bağlayaraq İddiaçı icracı-direktor olaraq işə qəbul etmiş, niyyəti isə sonda İddiaçı gördüyü işləri icraçı direktor olaraq etdiyini bildirmək, həmçinin Cavabdeh MMC-nin qanunvericiliyin tələblərinə əməl etmədən gördüyü bütün qanunsuz işləri İddiaçı üstünə atmaqdan ibarət olmuşdur. Bütün bunlar İddiaçı məlum olduqdan sonra onun tərəfindən mediasiya prosesinin başladılması üçün Cavabdeh MMC-yə təklif göndərilmiş və xx.xx.2025-ci ildə keçirilmiş ilkin mediasiya sessiyasında cavabdehin nümayəndəsi iştirak etməmiş, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Hesab edir ki,Cavabdeh MMC tərəfindən İddiaçı məlumatı olmadan onun xx.xx.2023-cü il tarixdə icraçı direktor vəzifəsinə işə qəbul edilməsi və buna dair Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin tərtib edilməsi tam qanunsuzdur. Bu səbəbdən həmin əmək müqaviləsi etibarsız hesab olunmalıdır. Məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmadan qərar vermişdir. Belə ki, şahid ifadələri nəzərə alınmadan qərar verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 106.1ci maddəsinin tələbləri, yəni işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında İddiaçı Nümayəndə2 vasitəsilə tanıdığını, İddiaçı özünü mütəxəssis kimi tanıtdığını və onu mühəndis kimi tanıdığını, öz obyektini İddiaçı icarəyə verdiyini, İsmayıl Abbasovun hər zaman Samiri şəriki qismində tanıtdığını, həm Samirdən, həm də İsmayıldan onların şərik olması barədə eşitdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 əvvəlcə Nümayəndə2 tanıdığını, onunla birlikdə iş gördüyünü, həmin vaxt İsmayıl ona İddiaçı nömrəsiniverdiyini və onu şəriki kimi tanıtdığını, 2024-cü ilin dekabr ayının sonlarında İddiaçıla birlikdə şirkət açmaq üçün Asan Xidmət Mərkəzinə getdiklərini və orada İddiaçı “X16” MMC-də direktor vəzifəsində olduğunu öyrəndiklərini bildirmişdir. Şahid izahatları məhkəmə tərəfindən nəzərə alınmalı və sübut qismində qiymətləndirilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışıdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.
15. İddiaçının nümayəndəsi Nümayəndə3 iştirak etdiyi məhkəmə iclaslarında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir.
16. Cavabdeh nümayəndələri Vəkil2 və Nümayəndə2 iştirak etdikləri məhkəmə iclaslarında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək, apellyasiya şikayətinin təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.2. İşçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. Maddə 3.3. İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. Maddə 3.5. Əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Maddə 7.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Maddə 7.2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Maddə 7.2-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq; Maddə 11.1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; Maddə 12.1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: x) bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək; k) elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək; Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 42.2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 43.1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Maddə 43.2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: e) işçinin əmək funksiyası; Maddə 44.1. Əmək müqaviləsi yazılı formada bağlanır. (28 iyun 2024-cü il tarixə kimi olan redaksiyada) Maddə 44.1. Əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. (hazırkı redaksiyada) Maddə 49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. (28 iyun 2024-cü il tarixə kimi olan redaksiyada) Maddə 49.1-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. (28 iyun 2024-cü il tarixə kimi olan redaksiyada) Maddə 49.1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. (hazırkı redaksiyada) Maddə 81.1. Kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər. Maddə 81.2. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 49.5. Hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 19 fevral 2025-ci il tarixli qərarı: “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hüquqi şəxsin təsisşisi ilə onun icra orqanı arasında olan münasibətlər daha çox mülki hüquqi xarakter daşısa da, aralarında əmək müqaviləsinin bağlanması yol veriləndir və təcrübədə bir çox hallarda tərəflər arasındakı münasibətlərin xarakteri onun məhz əmək münasibətləri olduğunu göstərir. Odur ki, belə hallarda hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərinə daxil olmuş icra orqanının rəhbəri arasında əmək müqaviləsinin rəsmiləşdirilməsi mütləqdir. Həmçinin Konstitusiyanın 59-cu maddəsindən irəli gələrək, hüquqi şəxsin müstəqilliyinin, o cümlədən qanuni mənafelərinin, sərmayənin qorunması məqsədilə hüquqi şəxslə onun idarəetmə orqanında təmsil olunan şəxs arasında yaranmış münasibətlərin xitamı məsələsi Mülki Məcəllənin normaları əsasında həll edilməlidir. Müraciətdə qeyd olunan hüquqi şəxsin tək təsisçisi ilə onun icra orqanının rəhbərinin eyni şəxs olması halında hüquq tətbiqetmə təcrübəsində yaranan çətinliklərlə bağlı ilk növbədə göstərilməlidir ki, Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə görə, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istər hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə müqavilə iki tərəfin qarşılıqlı iradə ifadəsi olaraq müəyyən edildiyindən bir şəxsin müqavilənin hər iki tərəfi kimi çıxış etməsi müqavilənin anlayışı və təbiəti ilə uyğunsuzluq təşkil edir. Məhz bu səbəbdən hüquqi şəxsin təsisçisi ilə icra orqanının rəhbərinin eyni şəxs olması halında onlar arasında hər hansı müqavilənin bağlanması hüquqi məntiqə zidd olmaqla yanaşı heç bir məqsədə xidmət etmir. Bununla belə hüquqi şəxsin yeganə təsisçisinin həm də onun icra orqanının rəhbəri (direktoru) olması qanunvericiliklə qadağan edilməmişdir. Lakin belə halın rəsmiləşdirilməsi, qeydiyyatının həyata keçirilməsi ictimai (ümumi) maraqlar baxımından zəruri olduğundan hüquqi şəxsin təsisçisinin həm də onun icra orqanının rəhbəri vəzifəsinə müvafiq əmr və ya qərar ilə təyin edilərək rəsmiləşdirilməsi vacibdir.”
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə belə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarılmalıdır.
23. İstər hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə müqavilə iki tərəfin qarşılıqlı iradə ifadəsi olaraq müəyyən edilir, yəni, müqavilənin bağlanması üçün ən azı 2 tərəfin iradə ifadəsi mövcud olmalıdır.
24. Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
25. Hazırkı mübahisənin predmeti olan, iddiaçının arqumentinə görə onun tərəfindən bağlanmamış, cavabdeh tərəfindən müvafiq orqanlara təqdim olunmuş müqavilə 01 dekabr 2023-cü il tarixli əmək müqaviləsidir.
26. Həmin müqavilənin bağlanması ilə bağlı məsələni araşdırmaq üçün əmək qanunvericiliyinin müqavilənin hansı formada bağlanmalı olması ilə bağlı normaları nəzərdən keçirilməlidir.
27. Əmək Məcəlləsinin “Əmək müqaviləsinin forması” adlanan 44-cü maddəsinin 1ci hissəsinin 28 iyun 2024-cü il tarixə kimi, yəni, müqavilənin bağlandığı dövrdə qüvvədə olan redaksiyasında qeyd olunur ki, əmək müqaviləsi yazılı formada bağlanır.
28. İşin hallarından müəyyən olunur ki, tərəflər arasında kağız daşıyıcıda yazılı formada bağlanmış, yəni, iddiaçı tərəfindən imzalanmış müqavilə mövcud deyildir, bu xüsusat işin mübahisələndirilməyən halıdır.
29. Əmək Məcəlləsinin 44-cü maddəsinin 1-ci hissəsinin 28 iyun 2024-cü il tarixdən sonra qüvvədə olan redaksiyasında isə qeyd olunur ki, əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır.
30. Əmək Məcəlləsinin 7.2-ci maddəsinə əsasən həminu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. İstisnaları müəyən edən 7.2-1 və 7.2-2-ci maddələrdə qeyd olunur ki, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır.
31. Cavabdehin də iddiaya etirazın əsası kimi istinad etdiyi hal bundan ibarətdir ki, müqavilə iddiaçı tərəfindən elektron formada imzalanmışdır.
32. Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən həmin maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Qeyd olunan normanın məzmununa əsasən əmək müqaviləsi yalnız işəgötürənin deyil, işçinin də gücləndirilmiş elektron imzası ilə imzalandıqdan sonra qüvvəyə minir.
33. Apellyasiya instansiyası məhkəməsində şikayətin dəlilləri iüzrə araşdırma aparılaraq “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” X10 məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı adına elektron imza sertifikatı mövcud olmamışdır. Yəni, iddiaçının adına elektron imza sertifikatı mövcud olmadığı təqdirdə müqavilənin onun tərəfindən elektron qaydada imzalanması mümkün deyildir.
34. Həmçinin, Cavabdeh bir təsisçisi olduğundan və mübahisələndirilən əmək müqavidləsinə əsasən iddiaçının icraçı direktor vəzifəsinə təyinatı təsisçinin qərarı ilə rəsmiləşdirilməli idi. Lakin belə bir qərarın mövcudluğu da işin halları ilə təsdiqini tapmır.
35. Müqavilənin bağlanmasında iddiaçının iradə ifadəsinin mövcudluğu təsdiqini tapmasa da, məhkəmə kollegiyası tərəfindən iddiaçının əmək funksiyalarının yerinə yetirib – yetirməməsi, bu funksiyaların icrası ilə bağlı hər hansı bir sənədi imzalaması, ona əmək haqqının ödənilib – ödənilməməsi istiqamətində də araşdırma aparılmışdır.
36. 01 dekabr 2023-cü il tarixli əmək müqaviləsinin 3.1-ci bəndində “İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür:”cümləsi qeyd olunsa da, müqavilədə heç bir funksiya qeyd olunmayaraq bu hissə boş saxlanılmışdır. Halbuki, Əmək Məcəlləsinin 43.2ci maddəsinin e) bəndində imperativ olaraq qeyd edilmişdir ki, əmək müqaviləsində mütləq işçinin əmək funksiyası göstərilməlidir. Lakin bu məlumat müqavilədə qeyd olunmadığından məhkəmə kollegiyası tərəfindən bu istiqamətdə hər hansı bir araşdırma aparılması mümkün olmamış, həmçinin, cavabdeh tərəfindən məhkəməyə icraçı direktror olaraq iddiaçının hər hansı bir sənədi imzamasına dair sübut təqdim olunmamışdır.
37. İddiaçıya cavabdeh tərəfindən əmək haqqının ödənilməsi ilə bağlı sübutun təqdim olunması cavabdehin nümayəndəsinə təklif olunaraq bu barədə sual ünvanlansa da, cavabdehin nümayəndəsi bildirmişdir ki, İddiaçı hesablanmış əmək haqqından müvafiq vergilər və tutmalar aparılsa da, onun özünə rəsmi olaraq əmək haqqı ödənilməmişdir, lakin qeyri – rəsmi olaraq müqavilədə nəzərdə tutulduğu məbləğdən artıq əmək haqqı verilmişdir. Məhkəmə kollegyiası qeyd olunan arqumenti inandırıcı hesab etmir və qeyd edir ki, bu halın özü də onu təsdiq edir ki, iddiaçı ümumiyyətlə belə bir müqavilənin mövcudluğundan məlumatsız olmuşdur.
38. Birinci instansiya məhkəməsi iddianı rədd edərkə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı onunla əmək müqaviləsinin bağlanmasından məlumatı olmadığını bildirsə də, lakin həmin halı sübut edə bilməmişdir, iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş şəxslərin ifadələri iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin etibarsız hesab olunmasına əsas verən sübut qismində qiymətləndirilə bilməz. Lakin işin yuxarıda qeyd olunan hallarından görünür ki, müqavilənin bağlanmasında iddiaçının iradə ifadəsinin mövcud olmaması, həmin müqavilə üzrə hər hansı funksiyanı icra etməməsi, vergilər və digər tutmalar aparılmasına baxmayaraq ona ümumiyyətlə əmək haqqının ödənilməməsi təsdiqini tapır və birinci instansiya məhkəməsi iddianın rədd olunması ilə bağlı düzgün nəticəyə gəlməmişdir.
39. Beləliklə məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə əsassızdır, apellyasiya şikayətinin dəlilləri işin halları ilə təsdiq olunmaqla, qətnamənin ləğvinə və iş üzrə yeni qətnamənin çıxarılaraq iddianın təmin olunmasına əsas verir.
40. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 iyul 2025-ci tarixli, e-2(004) 3243/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 iyul 2025-ci tarixli, e-2(004) 3243/2025 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. İddiaçı məlumatı olmadan onun 01 dekabr 2023-cü il tarixdə Cavabdeh MMC-də icraçı direktor vəzifəsinə işə qəbul edilməsi ilə bağlı 01 dekabr 2023-cü il tarixli əmək müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.