Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5412/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh4 MMC, Bakı şəhəri Xətai rayon İcra şöbəsi, Cavabdeh2 Taptıq oğlu və Məmmədəliyev Cavabdeh3 qarşı hərracın nəticələri haqqında protokolun etibarsız sayılması tələbinə dair mülki iş üzrə (açar sözlər: hərracın nəticələri haqqında protokolun etibarsız sayılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh2 Taptıq oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4 MMC, Bakı şəhəri Xətai rayon İcra şöbəsi, Cavabdeh2 Taptıq oğlu və Məmmədəliyev Cavabdeh3 qarşı hərracın nəticələri haqqında protokolun etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə bağlı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(005)-1259/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hərrac Təşkilatının 17 oktyabr 2019-cu il tarixli 120 nömrəli hərracın yekunları barədə protokolundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2018ci il tarixli, 8(011)-1593/2018 nömrəli icra sənədi və Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin xx/xx-6487/19 nömrəli, 19 sentyabr 2019-cu il tarixli sifariş məktubuna əsasən keçirilmiş hərrac üzrə Məmmədəliyev Cavabdeh3 məxsus Qusar rayonu Çiləgir kəndində yerləşən 0,10 ha torpaq sahəsi 20000 manata Cavabdeh2 satılmışdır.
2. 27 sentyabr 2017-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsidən görünür ki, satıcı Məmmədəliyev Cavabdeh3 Qusar rayonu Çiləgir kəndində yerləşən 0,10 ha torpaq sahəsini alıcı İddiaçı 4900 manata satmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Qusar rayonu Çiləgir kəndində yerləşən 0,10 ha torpaq sahəsi Məmmədəliyev Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 14 iyul 2017-ci ildə qeydiyyata alınmışdır.
4. Qusar Rayon İcra Hakimiyyəti Başçısının Urva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 sentyabr 2022-ci il tarixli, 579 nömrəli, arayışdan görünür ki, Qusar rayonu Çiləgir kənd sakini İddiaçı, Bakı şəhər sakini Məmmədəliyev Cavabdeh3 Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,10 ha torpaq sahəsini alqı-satqı müqaviləsi ilə 27 sentyabr 2017-ci il tarixdə almışdır. Həmin tarixdən torpaq sahəsi 27 sentyabr 2017-ci ildən İddiaçı istifadəsindədir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 8(011)- 1593/2018 nömrəli qərardadından görünür ki, Məmmədəliyev Cavabdeh3 məxsus Qusar rayonu Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahəsinin və Qusar rayonu Çiləgir kəndində yerləşən 0,09 ha və 0,10 ha həyətyanı torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 8(011)-1593/2018 nömrəli qərardadından görünür ki, ərizəçi İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 8(011)-1593/2018 nömrəli qərardadı ilə üzərinə həbs qoyulmuş Qusar rayonu Çiləgir kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin üzərindən həbsin götürülməsi barədə ərizəsi rədd edilmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Qusar rayonu Çiləgir kəndində yerləşən 0,09 ha torpaq sahəsi Məmmədəliyev Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 15 yanvar 2014-cü ildə qeydiyyata alınmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2022-ci il tarixli, 2(102)-5623/2022 nömrəli qərarından görünür ki, iddiaçı X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2022-ci il tarixli, 2(103)-4812/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli, 2(011)- 6630/2017 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilərək, 100000 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı Məmmədəliyev Cavabdeh3 alınaraq X2 ödənilmiş, 57500 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı Məmmədəliyev Cavabdeh3 alınaraq Cavabdeh2 ödənilməsi qət edilmişdir.
9. Bakı şəhəri 40 saylı notariat kontorunda təsdiq edilmiş X1 tərəfindən verilmiş ərizədən görünür ki, Məmmədəliyev Cavabdeh3 məxsus olan və Qusar rayonu Çiləgir kəndində yerləşən 0,08 ha torpaq sahəsinin istər adi qaydada, istərsə də ipoteka yolu ilə satılmasına etiraz etməmişdir.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 15 sentyabr 2022-ci il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi 0,10 ha torpaq sahəsinin üzərinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli, 5(009)-3807/2018 nömrəli qərarı və DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin 12 noyabr 2018-ci il tarixli, 005-25247-1218 nömrəli məktubu, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 8(011)-1593/2018 nömrəli qərardadı və 24 yanvar 2019-cu il tarixli, 17/74- 759/19 nömrəli məktubu əsasında həbs qoyulmuşdur.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli, 5(009)- 3807/2018 nömrəli qərarından görünür ki, DİN-nin Baş istintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Azərbaycan Respublikası CM-nin 178.3.2- ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Məmmədəliyev Cavabdeh3 Qusar rayonu Ləzə kəndində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsinə, o, cümlədən Qusar rayonu Çiləgir kəndində yerləşən 0.09 ha 0,10 ha həyətyani torpaq sahəsi üzərinə həbs qoyulmuşdur.
Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehlər Cavabdeh4 MMC, Bakı şəhəri Xətai rayon İcra şöbəsi, Cavabdeh2 Taptıq oğlu və Məmmədəliyev Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4” MMC tərəfindən ona məxsus Qusar rayonu Çiləgir kəndində yerləşən, ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinə dair hərrac təşkilatının hərracın yekunları barədə 17 oktyabr 2019-cu il tarixli, 120 nömrəli protokolun nəticəsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
13. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdeh qismində göstərdiyi “X4” MMC-nin adı dəyişdirilərək Cavabdeh4 MMC ilə əvəz edilməsini, Məmmədəliyev Cavabdeh3 və mübahisəli torpaq sahəsini hərrac vasitəsilə alan Cavabdeh2 Taptıq oğlunun cavabdeh qismində cəlb edilmələrini xahiş etmişdir.
14. İddia onunla əsaslandırılmışdır ki, o, 27 sentyabr 2017-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Məmmədəliyev Cavabdeh3 Qusar rayonu Çiləgir kəndində ünvanında yerləşən, ümumi sahəsi 0,10 ha olan torpaq sahəsini 4900 manat ödəməklə almışdır. Lakin onun xəbəri olmadan 27 sentyabr 2019-cu il tarixdə ona alqı-satqı müqaviləsinə əsasən məxsus olan torpaq sahəsinə dair hərrac keçirilmiş və torpaq sahəsi 20000 manata satılmışdır. Keçrilmiş hərracdan onun xəbəri olmayıb, bu yaxınlarda torpaq sahəsin özgəninkiləşdirmək istədikdə belə bir problemlə rastlaşmışdır. Hesab edir ki, ona məxsus torpaq sahəsinin satılmasında iddiaçının xəbəri olmayıb hərrac təşkilatçısı tərəfindən kobud şəkildə iddiaçının hüquqları pozulub, Qusar rayonu Çiləgir kəndində ünvanında yerləşən, ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinə dair 17 oktyabr 2019-cu il tarixli hərracın nəticələri haqqında 120 nömrəli protokol etibarsız hesab edilməlidir.
15. Cavabdeh4 MMC iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 19 sentyabr 2019-cu il tarixli, xx/xx-6789/19 nömrəli sifariş məktubuna əsasən təşkilat tərəfindən hərrac prosesləri başladılmışdır. İcra şöbəsinin sifariş məktubu və Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsində qeyd edilmiş tərəflər hərrac proseslərinə cəlb edilmişdir. Hərrac prosesləri qanuni qüvvəsini almış icra vərəqəsi əsasında keçirilmişdir. İddiaçı tərəf olaraq qeyd olunmamışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(102)-5623/2022 nömrəli qərarından da göründüyü kimi keçirilmiş hərrac proseslərinin düzgünlüyü, əmlakın kimə məxsusluğu məsələlərinə artıq baxılmış və hüquqi qiymət verilmişdir. Qeyd edilən iş üzrə məhkəməyə müraciətlər, məhkəmə aktlarından şikayətlər Məmmədəliyev Cavabdeh3 və X1 tərəfindən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında vurğulanaraq qeyd olunmuşdur ki, bu maddənin məzmununda nəzərdə tutulmuş bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Həmçinin apellyasiya instansiyası məhkəmələri öz qərarlarında Konstitusiya Məhkəməsinin Plenumunun bu qərarlarına istinad edərək öz mövqelərini bildirirlər. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İddiaçı tərəfindən daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmamışdır. Mülki Prosessual Məcəlləsinin 82.3-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdeh4 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, prosessual müddətlər ötürülməmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır.
16. Eyni zamanda Cavabdeh4 MMC iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunan protokol və müqavilə 17 oktyabr 2019cu il tarixdə imzalanmışdır, lakin iddiaçı müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə 4 il sonra (qanunvericiliklə nəzərdə tutulmuş 1 il müddəti ötürməklə) müraciət etmiş, proses Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında keçirilməklə 02 mart 2023-cü il tarixinə hazırlığa təyin edilmişdir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(005)- 1259/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
18. Qətnamə onunla əsaslandırılmışdır ki, mübahisələndirilən hərrac qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar keçirilmişdir. Yəni, hərrac “İcra haqqında” Qanunun 53 və 61.2-ci maddələrinə uyğun olaraq icra məmurunun sifarişi əsasında keçirilmişdir. Bu zaman qeyd olunmalıdır ki, qeyd olunan qanunun müddəalarına görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarət olmaqla, həmin hərəkətlərdən birincisi icra məmurunun təqdimatı əsasında məhkəmə tərəfindən, sonrakı hərəkətlər isə icra məmuru tərəfindən həyata keçirilir. Hazırki işdə isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsi üzrə tələb borclu Məmmədəliyev Cavabdeh3 adına rəsmi qeydiyyata alınan torpaq sahələrinə icra məmurunun qərarı (sifarişi) ilə yönəldilmiş və iddiaçı “İcra haqqında” Qanunun 89-cu maddəsinə uyğun olaraq əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə deyil, artıq keçirilən hərracın etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində, habelə məhkəmə iclaslarında verdiyi izahatlarda hərracın keçirilmə qaydasının pozulması halına istinad etməmişdir. Bu səbəbdən də hərracın keçirilməsinin etibarsız olması barədə iddiaçının tələbi əsassız olmuşdur. Nəticə etibarilə məhkəmə tərəfindən hərracın keçirilməsi ilə bağlı qaydaların pozulması halı müəyyən olunmur və bununla bağlı iddiaçı tərəfindən də hər hansı əsaslandırma aparılmamışdır. Bundan başqa məhkəmə hesab etmişdir ki, məhkəmə iclaslarında verdiyi izahatlarda iddiaçı həmin torpaq sahəsinin 2017ci ildən məhz özünün istifadəsində olduğunu bildirmiş, torpaq sahəsi ilə bağlı mübahisələrin olmasından məlumatlı olmamışdır. Belə ki, iddiaçı ona məxsus torpaq sahəsi ilə bağlı olan məhkəmə mübahisələrindən məlumatı Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 15 sentyabr 2022-ci il tarixli məktubundan sonra olduğunu qeyd edir. Buna qədər isə torpaq sahəsindən istifadə etmiş, bu faktı kənd icra nümayəndəliyi tərəfindən verilmiş müvafiq arayışın təsdiq etdiyini bildirir. Məhkəmə onun izahatlarına tənqidi yanaşaraq bildirmişdir ki, həmin torpaq sahələri ilə bağlı uzunmüddətli məhkəmə mübahisələri olmuş, torpaq sahəsi ilə bağlı qiymətləndirilmə təyin edilmiş, bununla bağlı mütəxəssislər yerli baxış keçirmiş, bundan əvvəl isə icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurları tərəfindən icra hərəkətləri edilmişdir. Belə olan halda iddiaçının sözügedən məhkəmə mübahisələrindən məlumatının 2022-ci ildə olması barədə izahatı inandırıcı olmamışdır. Göründüyü kimi iddiaçı həm də hərracın etibarsızlığı üçün nəzərdə tutulmuş bir illik müddəti də ötürmüşdür.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası “ İcra haqqında” Qanunun 53, 61, 62, 89-cu, Mülki Məcəlləsinin 354, 415, 416, 443, 560-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
20. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsi mübahisəli qətnaməni qəbul edərkən Mülki Məcəllənin 416-cı maddələrinin tələblərini pozmuşdur. Belə ki, həmin normada Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydada keçirilən hərracın əsaslı sayılması nəzərdə tutularaq, bu qaydadan kənar keçirilən hərracın etibarsızlığına toxunulur. İddiaçı istər iddia ərizəsində, istərsə də məhkəmədə mübahisələndirdiyi hərracın Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydada keçirilmədiyini iddia etmiş və bunun əsası kimi öz dəlilini sübuta yetirmişdir. Belə ki, iddiaçı mübahisəli hərracın keçirilməsindən xəbərsiz olmasını bildirmiş, ona xəbər verilmədən hərracın keçirilməsini Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydaya zidd olmasını bildirmiş, iş üzrə cavabdeh tərəf mübahisəli hərracın keçirilməsindən iddiaçının məlumatlı olmasını, həmçinin hərrac barədə iddiaçıya rəsmi və lazımı məlumatın verilməsini sübut edə bilməmişdir. Bunlara baxmayaraq, məhkəmə mülki işə məhz iddia tələbləri çərçivəsindən deyil, kənara çıxmaqla münasibət bildirmiş və ümumi iddia tələbi ilə bağlı (hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi) hər hansı münasibət bildirməmişdir. Əksinə göstərmişdir ki, iddiaçının tələbinin əsasını hərracın keçirilməsi qaydası deyil, hərracdan satılan əmlakın ona məxsus olması və həmin əmlak hərracdan satılarkən mülkiyyət hüququnun pozulması təşkil edir. Halbu ki, iddia tələbinin “xahiş etdi” hissəsində göstərilmişdir ki, “...Qusar rayonu Çiləgir kəndində yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinə dair hərrac təşkilatının hərracın yekunları barədə 17 oktyabr 2019-cu il tarixli protokol etibarsız hesab edilsin.” Göründüyü kimi, hazırkı mülki iş üzrə iddiaçı məhz mübahisəli hərracın yekununa dair qəbul olunmuş protokolun etibarsız sayılmasını istəməklə, sözügedən protokolu mübahisələndirmişdir. Bundan başqa iş materillarında olan cavabdeh MMC-nin təqdim etdiyi iddia ərizəsinə etirazın məzmunundan da görünür ki, iddiaçı məhz hərracın yekununa dair tərtib olunmuş protokolu mübahisələndirmiş və cavabdeh də bu mübahisələndirməni, yəni protokolun etibarsızlığına əsas olmadığını bildirmişdir. Nəticə olaraq birinci instansiya məhkəməsi iddiaçının tələbinə düzgün yanaşmamış, başqa əsaslara toxunaraq hazırkı mübahisəli qətnaməni qəbul etmiş və bununla da Mülki Məcəllənin 415-ci və 416-cı maddələrinin tələblərini pozmuşdur. Bundan başqa, məhkəmə hesab etmişdir ki, iddiaçı iddia ərizəsində, habelə məhkəmə iclaslarında verdiyi izahatlarda hərracın keçirilmə qaydasının pozulması halına istinad etməmişdir. Məhkəmənin bu yanaşması düzgün olmayan mövqedir, çünki iddiaçının nümayəndəsi keçirilən məhkəmə iclaslarında dəfələrlə hərracın yekununa dair tərtib edilmiş protokolun etibarsız olması, iddiaçıya mübahisəli hərracla bağlı məlumat verilməməsi ilə bağlı münasibəti məhkəmənin nəzərinə çatdırmışdır. Mülki Məcəllənin 384.0.4-cü maddəsinə görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı məhz mülkiyyətində olan əmlakla bağlı iddia tələbini irəli sürmüş və məhkəmənin də mübahisəli qətnaməsində bildirdiyinə görə mülkiyyət hüquqlarının pozulmasını bildirmişdir. Belə olan halda hazırkı mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi əsassızdır və məhkəmənin bu mövqeyi heç də əsaslı sayıla bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında Cavabdeh2 Taptıq oğlu apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
29. İşdən görünür ki, iddiaçı torpaq sahəsinə dair hərrac təşkilatının hərracın yekunları barədə 17 oktyabr 2019-cu il tarixli, 120 nömrəli protokolun etibarsız sayılmasını xahiş edir və bu barədə mövqeyini torpaq sahəsinin əslində onun mülkiyyətində olması və hərrac keçirilərkən ona məlumat verilməli olması ilə əsaslandırır.
30. İddiaçı bu barədə şikayət dəlilində də Mülki Məcəllənin 416-cı maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
31. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün olaraq ilkin əsas kimi onu qeyd etmişdir ki, mübahisələndirilən hərrac qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar keçirilmişdir. Yəni, hərrac “İcra haqqında” Qanunun 53 və 61.2-ci maddələrinə uyğun olaraq icra məmurunun sifarişi əsasında keçirilmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hazırkı iddianın hüquqi əsasına yanaşması düzgün olmuşdur.
33. Belə ki, işdən müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi hərrac Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 8(011)-1593/2018 nömrəli icra sənədi və Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin xx/xx-6487/19 nömrəli, 19 sentyabr 2019-cu il tarixli sifariş məktubuna əsasən keçirilən hərracdır. İddiaçı mübahisələndirdiyi hərracın keçirilməsinə əsas olmuş iş üzrə tərəf olmamış, dolayı yolla hərracın keçirilməsi ilə bağlı prosessual hərəkətlərdə iddiaçıya münasibətdə hər hansı pozuntuya yol verilməsi də istisna olunur.
34. Digər tərəfdən işdən həmçinin o da müəyyən edilir ki, X1 tərəfindən iddiaçının hazırda mübahisələndirdiyi hərrac başqa bir məhkəmə mübahisəsində mübahisələndirilmiş, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı iddia tələbinin əsaslılığı öz təsdiqini tapmamışdır. Göründüyü kimi, 17 oktyabr 2019-cu il tarixdə keçirilmiş hərracın qanuniliyinə artıq məhkəmələr tərəfindən qiymət verilmişdir və bu barədə qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur.
35. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə qismən təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.
36. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(005)- 1259/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(005)- 1259/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev