Məhkəmə qərarları › İş №2(103)-5413/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5413/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5413/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC və qeyrisinə (X7 və qeyrisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-170/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Xətai rayon İcra şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 dekabr 2020-ci il tarixli hərracın nəticələri haqqında 51/07 nömrəli protokolun və müqavilənin etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-170/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Səbinə Nuriyeva) ilə iddia tələbi təmin edilməmişdir.

3. İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir.

4. İşə apellyasiya qaydasında baxılarkən X8 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya şikayətinin dəlilləri:

5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, Xətai rayon İcra şöbəsi 10 mart 2020-ci il tarixli 17/71- 167510/2019-9 saylı məktubla "xxxx" MMC-yə əmlakın satılması barədə sifariş verilib, Xətai rayon İcra şöbəsi 16 sentyabr 2020-ci il tarixli xx/xx-167510/2019-9 saylı məktubla "xxxx"MMC-də olan sifarişin dayandırılaraq geri qaytarılması xahiş olunmuşdur, göründüyü kimi mart ayından sentyabr ayınadək 7 ay müddətində iş "xxxx" MMC-yə olmuşdur,bununla da AR X9 42.1, 43.4, 43.8-ci maddələrinin tələbləri pozulmaqla keçirilmişdir. İş materiallarına əlavə edilmiş 01/1239 nömrəli xx.xx.2020-ci il tarixli bildirişinə əsasən xx.xx.2020-ci il tarixə saat 11:00-a bu iş üzrə yenidən hərrac təyin olunumuşdur (01 nömrəli bildiriş) (iş üzrə məhkəmə qətnaməsinin 5-ci səhifə 3-cü abzası). İş materiallarına əlavə edilmiş 01/1641 nömrəli xx.xx.2020-ci il tarixli bildirişinə əsasən xx.xx.2020-ci il tarixə saat 11:00-a bu iş üzrə yenidən hərrac təyin olunumuşdur (02 nömrəli bildiriş) (iş üzrə məhkəmə qətnaməsinin 5ci səhifə 5-ci abzası). Göründüyü kimi 4 dəfə hərrac keçirilmiş və bununla da AR X9 42 və 43-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. İş materillarından da göründüyü kimi əmlakı açıq hərraca satışa çıxarılan şəxsin hərraclardan məlumatı olmamış və bu da keçirilmiş ekspertiza üzrə öz təsdiqini tapmışdır. İş üzrə məhkəmə prosesində poçt kuriyeri şahid qismində dindirilmiş və o, məhkəməyə üzəri paxlava formalı qapı işarəli fotoşəkil təqdim edərək poçt bildirişlərini həmin qapını açan şəxsə (şəxslərə) təqdimetdiyini bildirmişdir. Elektron Məhkəmə kabineti vasitəsilə təqdim etmiş olduğumuz sübuta(iddiaçının yaşadığı ünvanın giriş qapısının foto şəkili) əsasən məhkəməyə bildirmişik ki, iddiaçının yaşadığı ünvanın (hərracı keçirilən mənzilin) giriş qapısı ağ qapı olmuş və üzərində “Ayətül-kürs”yazılı yapışkan kağız olmuşdur. Bu da əlavə onu sübut edir ki, kuryer xidməti poçt göndərişlərini düzgün ünvana aparmamışdır. İş üzrə cavabdeh məhkəməyə poçt bildirişlərinin çatdırıldığı ünvanın giriş qapısının şəkilini təqdim edib hansı ki, qapının görünüşü paxlava formalıdır. İddiaçı isə dəfələrlə bildirib ki, evin giriş qapısı ağrənglidir. Poçt zərfləri onlara gətirilməyib. Məhkəmə bu hissə ilə bağlı faktiki halları aydınlaşdırmayıb.

6. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək, qeyd etdi ki, hərracın keçirilməsi barədə bildiriş ona çatdırılmamışdır, hərracdan məlumatı olmamışdır.İddiaçı əlavə olaraq da bildirdi ki,o, tələbkarla danışıqlar apararaq mənzilini itirməmək üçün ona müəyyən məbləği təklif etmiş, lakin tələbkar borcun tam ödənilməsini istəmiş, əks halda mənzilin hərracdan satılacağını demiş, o isə pulu tam olaraq ödəyə bilmədiyindən mənzili ucuz qiymətə əldən getmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək, qeyd etdi ki, iddiaçıya hərrac barədə heç bir məktub gəlməmişdir, poçt əməkdaşı başqa ünvana getmişdir, hərrac qanunsuz keçirilmiş, şəxsin hüquqları pozulmuşdur. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

9. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq digər tərəflər və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Belə olan halda Məhkəmə kollegiyası , Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, ünvan 1 xx.xx.2018-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətində olmuşdur.

12. xx.xx.2019-cu il tarixli ipoteka saxlayan X7 və ipoteka qoyan-borc alan İddiaçı arasında bağlanmış ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61.2 kv.m olan 3 otaqlı mənzili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. İpoteka predmetinin dəyəri onların razılığına əsasən 110000 məbləğində müəyyən edilmişdir.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, ünvan 1 xx.xx.2019-cu il tarixdən X2 xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti xx.xx.2019-cu il tarixidir.

14. xx.xx.2019-cu il tarixdə aparılmış İcra qeydinin surətindən görünür ki, Rəhmanov Kənan oğlu tərəfindən “Notariat haqqında” AR Qanunun 76-cı maddəsinə və “İpoteka haqqında” AR Qanunun 38.1-ci maddəsinə əsasən həmin sənədlər üzrə ipoteka saxlayan X2 tələbi ilə ipoteka qoyana məxsus ipoteka predmeti olan İddiaçı verilmiş çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 61.2 kv.m olan mənzildən ibarət əmlaka tutma yönəldilməsi təklif edilmişdir.

15. Xətai rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, ünvan 6orunun 8i-8300 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılması, borclu İddiaçı 10 gün müddətinə icra sənədinin könüllü icra etməsinin təklif olunması qərara alınmışdır.

16. Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019cu il tarixli 167510/2019-1-9 saylı tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Notariat Kontorunun 8i8300 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş, üzrsüz icra edilməsə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir.

17. İddiaçı tərəfindən Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli izahatın məzmunundan məlum olur ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. ünvan 1 ünvanındakı evini girov qoyub Aslanova Reyhandan pul alıb, hazırda həmin pulu ödəyə bilmək qabiliyyətində deyil, bu işlə bağlı ona köməklik edilməsini, bu məsələ ilə bağlı apellyasiya şikayəti verəcəyini, bir nüsxəsini də icra şöbəsinə verəcəyini, izahatı özü yazdığını və imzası ilə təsdiq etdiyini bildirmişdir (1-ci cild, i/v 109-110).

18. Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx/xx-167510/2019- 9 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubundan görünür ki, ”Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC, X5 və İddiaçı ünvan 5 ünvanlayaraq, evin ilkin satış qiyməti 110000 manat olmaqla, ünvan 6orunun 8i-8300 saylı, xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən, İddiaçı adına olan ünvan 1 ünvanında ümumi sahəsi 61 kv.m olan mənzilin açıq hərracda satışını təşkil etmək xahiş olunmuşdur.

19. Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx/xx-167510-9 saylı xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 6orunun 8i-8300 saylı, xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən borclu İddiaçı məxsus Bakı şəhəri Xətai rayonu, Nobel prospekti, 5 saylı evin, ümumi sahəsi 61 kv.m olan 45 saylı mənzilinin satışı ilə əlaqədar verilmiş sifarişləri dayandıraraq geri qaytarılması xahiş olunmuşdur.

20. Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx/xx-167510-9 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubundan görünür ki, "xxxx" MMC, X5 və İddiaçı ünvan 7 ünvanlayaraq, evin ilkin satış qiyməti 110000 manat olmaqla, ünvan 6orunun 8i- 8300 saylı, xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən, İddiaçı adına olan ünvan 1 ünvanında ümumi sahəsi 61 kv.m olan mənzilin açıq hərracda satışını təşkil etmək xahiş olunmuşdur.

21. 01/1239 nömrəli xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 5 saylı evin 45 saylı mənzilinə dair xx.xx.2020ci il tarixdə saat 11:00-da ünvan 8 ünvanında hərracın keçiriləcəyi barədə məlumat (01 nömrəli bildiriş) göndərilmişdir.

22. 01/1239 nömrəli xx.xx.2020-ci il tarixli bildirişinin göndərilməsi barədə qəbzin üzərində aparılmış qeydlərdən görünür ki, "xxxx" tərəfindən İddiaçı Bakı şəhəri, Ağ şəhər, Yaşıl Ada küçəsi – 1 ünvanına göndərilmiş bildiriş xx.xx.2020-ci il tarixdə “Nicat Rzayev” adlı şəxsə təqdim olunmuşdur.

23. 01/1641 nömrəli xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 5 saylı evin 45 saylı mənzilinə dair xx.xx.2020ci il tarixdə saat 11:00-da ünvan 8 ünvanında hərracın keçiriləcəyi barədə məlumat (02 nömrəli bildiriş) göndərilmişdir.

24. 01/1641 nömrəli xx.xx.2020-ci il tarixli bildirişinin göndərilməsi barədə ƏİV seriyalı 124259 №-li qəbzin üzərində aparılmış qeydlərdən görünür ki, "xxxx" tərəfindən İddiaçı ünvan 9 ünvanına göndərilmiş bildiriş “Kərim Rzayev” adlı şəxsə təqdim olunmuşdur.

25. "xxxx" MMC tərəfindən X5 ünvanlanmış 01/1846 saylı xx.xx.2020-ci il tarixli təklif məktubundan görünür ki, Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx/xx-167510-9 saylı sifariş məktubuna əsasən borclu İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Nobel prospektində yerləşən 5 saylı evin 45 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 70125 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur.

26. 01/1846 saylı xx.xx.2020-ci il tarixli məktubun göndərilməsi barədə ƏİV seriyalı 169330 №-li qəbzin üzərində aparılmış qeydlərdən görünür ki, "xxxx" tərəfindən İddiaçı ünvan 9 ünvanına xx.xx.2020-ci il tarixdə göndərilmiş məktub xx.xx.2020-ci il tarixdə “Nicat Rzayev” adlı şəxsə təqdim olunmuşdur.

27. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 51/07 nömrəli protokoldan görünür ki, Notariat Kontorunun 8i-8300 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi və Xətai rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli sifariş məktubu əsasında, İddiaçı məxsus Bakı şəhəri Xətai rayonu, Nobel prospektində 5 saylı evin 45 saylı mənzilin 70125 manata “İpoteka Haqqında” Azərbaycan Respublikası 43.7-ci maddəsinə əsasən X5 təqdim edilməsi hesab edilməsi və lazımi sənədlər tərtib edilməsi qərara alınmışdır.

28. "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 5 saylı evin 45 saylı mənzili 70125 manata satılması, alıcı - əldə edən tələbkar isə 7 təqvim günü ərzində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298-ci maddəsi və İcra haqqında Azərbaycan Respublikası qanunun 78 və 79-cu maddəsinə uyğun olaraq çəkilən xərcləri ödəməyi öz öhdəsinə götürmüşdür.

29. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1 xx.xx.2021-ci il tarixdən X2 xüsusi mülkiyyətindədir.

30. Xətai rayon İcra şöbəsinin icra məmurları E.Bəşirli, T.Yusifli, hal şahidi O.Əlizadə, M.Əmirov, tələbkar R.Aslanova tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli Aktın surətindən görünür ki, mənzilin giriş qapısı borclu ilə psixoloji danışıqlardan sonra açıldı, daha sonra mənzilə baxış keçirildi və məhkəmə qərarı yenidən borclulara izah olundu. Bundan sonra mənzil boşaldılaraq tələbkara təhvil verildi. İcra prosesi zamanı heç bir qanunazidd hərəkətlər baş vermədi və mənzildə heç bir qızı-zinyət əşyaları aşkar olunmadı. Borclu İddiaçı aktı imzalamaqdan imtina etmişdir.

31. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********47 saylı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 11 ünvanı 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş 4Ə-1389 reyestr nömrəli xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.

32. X7 və X8 arasında bağlanmış 26.07.202-ci il tarixli müqaviləyə əsasən, ünvan 11 ünvanında yerləşən mənzil 115000 manata X1.

33. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1 xx.xx.2022-ci il tarixdən X4 xüsusi mülkiyyətindədir.

34. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib olunmuş 27 fevral 2023-cü il tarixli 4/1658 №-li Ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 96-98-ci vərəqlərində yerləşən xx.xx.2020-ci il tarixli ƏİV seriyalı 169330 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin, xx.xx.2020-ci il tarixli ƏİV seriyalı nömrəsi görünməyən kuryer xidmətləri üçün mədaxil qəbzinin talonunun və xx.xx.2020-ci il tarixli ƏİV seriyalı 124259 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonunun kserosurətlərində “Alıcı İmza:” qrafalarında əks olunmuş imzalar - İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

36. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir.

37. “İcra haqqında” Azərbaycan Respublikasinin Qanunu Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Tətbiq edilən prosessual hüquq normaları:

38. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

39. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası gəlmiş tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

41. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir.

42. Mülki iş materiallarına əsasən müəyyən olunur ki, ünvan 1 xx.xx.2018-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətində olmuşdur, onunla X7 arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61.2 kv.m olan 3 otaqlı mənzilini X2 xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri onların razılığına əsasən 110000 məbləğində müəyyən edilmişdir. Notariat Kontorunun 8i-8300 saylı, xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən, ipoteka saxlayan X2 tələbi ilə ipoteka qoyana məxsus ipoteka predmeti olan İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 61.2 kv.m olan mənzildən ibarət əmlaka tutma yönəldilməsi təklif edilmişdir. Həmin icra sənədinin icra edilməsi məqsədi ilə Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarı qəbul edilmiş, borclu İddiaçı 10 gün müddətinə icra sənədinin könüllü icra etməsinin təklif olunması qərara alınmışdır. Tələbin könüllü icra edilməsi ilə bağlı bildiriş tərəflərə göndərilmişdir. Borclu tərəfindən həmin bildirişdə göstərilən müddət ərzində tələb könüllü icra edilmədiyindən, icra şöbəsi tərəfindən ipoteka predmetinin hərracda satılması üçün hərrac təşkilatına xx/xx-167510-9 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubu ünvanlanmışdır. Hərrac təşkilatı tərəfindən ipoteka predmeti üzrə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə hərrac təşkil olunmuş, lakin əmlak açıq hərracda satılmamışdır. Bundan sonra əmlak təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 70125 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Bundan sonra hərrac təşkilatı tərəfindən ipoteka predmetinin tələbkara təklif edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli 51/07 nömrəli protokol tərtib edilmiş və həmin iclasda ipoteka predmetinin tələbkara 70125 manata satılması qərara alınmışdır. Daha sonra hərrac təşkilatı ilə tələbkar X7 arasında xx.xx.2020-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə bağlanaraq Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 5 saylı evin 45 saylı mənzilinin 70125 manata satılması və tələbkar tərəfindən icra sənədinin icra edilməsi üçün çəkilmiş xərclərin ödənilməsi razılaşdırılmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə həmin əmlaka dair tələbkar X2 tam mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Bundan başqa, həmin mənzil xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.

43. İddiaçının keçirilmiş hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbi təmin edilməmişdir.

44. İddiaçının apellyasiya şikayətinin əsas dəlili hərrac barədə bildirişin onun ünvanına çatdırılmaması, nəticədə hərracdan məlumatı olmaması ilə bağlıdır.

45. Mülki iş materiallarında olan İddiaçı tərəfindən Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli izahatın məzmunundan məlum olur ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. ünvan 1 ünvanındakı evini girov qoyub Aslanova Reyhandan pul alıb, hazırda həmin pulu ödəyə bilmək qabiliyyətində deyil, bu işlə bağlı ona köməklik edilməsini, bu məsələ ilə bağlı apellyasiya şikayəti verəcəyini, bir nüsxəsini də icra şöbəsinə verəcəyini, izahatı özü yazdığını və imzası ilə təsdiq etdiyini bildirmişdir (1-ci cild, i/v 109-110).

46. Demək ki, İddiaçı tərəfindən Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli izahatın məzmunundan da məlum olur ki, iddiaçı evinin borc götürdüyü məbləğ müqabilində girovda olmasını bilmiş, həmçinin hərrac barədə bildirişlərin də məhz ona göndərildiyi ünvanda da yaşadığını özü təsdiq etmişdir.

47. Göründüyü kimi iddiaçının yaşadığı ünvanında dəyişiklik olmamış və ipoteka predmetinin açıq hərracda satılması zamanı borcluya ünvanlanmış məktubların onun yaşadığı ünvan 13ndərilməsi də iş materiallarında olan bildirişlərlə öz təsdiqini tapmışdır. Odur ki, hərrac təşkilatı tərəfindən ipoteka qoyana bildirişlərin göndərildiyi halda onun həmin ünvanda olmaması və ya bildirişin şəxsən onun tərəfindən alınmaması halı, hərrac təşkilatı tərəfindən edilmiş pozuntu kimi qiymətləndirilə bilməz.

48. Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında vurğulanaraq qeyd olunmuşdur ki, ... bu maddənin məzmununda nəzərdə tutulmuş bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

49. Eyni zamanda məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddiaçının icra şöbəsinə yazdığı məktubla, eləcə də məhkəmə iclasında – tələbkarla danışıqların aparmasına dair verdiyi izahatı ilə də təsdiq olunur ki, o hərracın keçirilməsindən məlumatlı olmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəmə çəkişmələrinə cəlb olunan şəxslərin bu prosesləri fəal şəkildə izləmək kimi öhdəlikləri mövcuddur. Hər hansı əks yanaşma, yəni düşünülmüş şəkildə rəsmi qurumlara məlum ünvanda müvəqqəti yaşamamaq, həmin ərəfədə ünvanı dəyişmək, evin və ya mənzilin qapısını açmamaq, özünü təqdim etməmək, ailə üzvləri tərəfindən poçt bildirişlərini almaqdan imtina etmək və s. bu kimi üsullarla süni pozuntu yaratmaq cəhdləri hər kəsin öz hüquq və vəzifələrini yerinə yetirərkən vicdanlılığın tələb etdiyi tərzdə davranmalı olmasına dair hüququn hamılıqla qəbul olunmuş ümumi prinsiplərinə zidd olacaqdır.

50. İddiaçı apellyasiya şikayətində hərracın keçirilməsi zamanı "xxxx" tərəfindən pozuntulara yol verilməsini bildirərək bu halı, icra şöbəsi tərəfindən hərracın keçirilməsi barədə "xxxx" MMC-yə sifariş verilməsi, lakin protokolun "xxxx" tərəfindən bağlanması ilə əsaslandırmışdır.

51. Mülki iş materialları ilə müəyyən edilir ki, Xətai rayon İcra şöbəsi tərəfindən ilkin olaraq xx/xx-167510/2019-9 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubu ilə ”Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-dən ilkin satış qiyməti 110000 manat olmaqla, İddiaçı adına olan ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satışını təşkil etmək xahiş olunsa da, daha sonra eyni icra şöbəsi tərəfindən "xxxx" MMC-yə xx.xx.2020ci il tarixli 17/71- 167510-9 saylı məktub ünvanlanaraq, mənzilin satışı ilə əlaqədar verilmiş sifarişlərin dayandırılaraq geri qaytarılması xahiş edilmişdir. Xətai rayon İcra şöbəsi tərəfindən eyni tarixli sifariş məktubu ilə "xxxx" MMC-yə müraciət edilərək, əmlakın ilkin satış qiyməti 110000 manat olmaqla açıq hərracda satışını təşkil etmək xahiş olunmuşdur.

52. Beləliklə də müəyyən olunur ki, ipoteka predmeti üzrə hərrac təşkilatının hərəkətlərinin etibarsız hesab olunması üçün tutarlı bir əsas olmamışdır, apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır.

53. Bundan başqa, iddiaçının apellyasiya şikayətin qeyd etdiyi hərracın dörd dəfə keçirilməsi barədə bildirdikləri də aparılmış araşdırmalar zamanı öz təsdiqini tapmamışdır.

54. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının hərracın qanunsuz keçirilməsi və ona hərrac barədə məlumat verilməməsi barədə dəlilləri öz təsdiqini tapmadığından, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

55. AR MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

56. MPM-in 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə:

57. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

59. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

60. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

61. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-170/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar