Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5416/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və sair” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1583/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən atası tərəfindən inşa edilmiş evdən çıxarılması və həmin ünvanda yerləşən torpaq sahəsinin onunla cavabdeh arasında bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddiaya əlavə ilə məhkəməyə müraciət edərək, onun X4 vərəsəsi kimi tanınması barədə və ünvan 2 ünvanında yerləşən 2ci (yeni) tikilinin atası X4 vəsaiti hesabına və onun iştirakı ilə inşa edilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra yenidən iddiaya əlavə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 2-ci (yeni) tikilinin atası X4 vəsaiti hesabına inşa edilməsinin müəyyən edilməsi və Cavabdeh və ailə üzvlərinin yuxarıda qeyd olunan ünvanda yerləşən 2-ci tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1583/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadən) iddianın rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(001)-1583/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmasına münasibətdə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olarkən iddiaçının nümayəndəsi Vəkil vəsatət verərək, bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X4 və onun istifadəsində olmuş ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçürülməsi və həmin yaşayış evinə və torpaq sahəsinə ayrılmış torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-149/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-149/2022 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Həmin məhkəmə işi 2(103)-1272/2023 nömrəli iş üzrə qeydiyyata alınaraq hakim X2 icraatına verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1272/2023 nömrəli mülki işi üzrə apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili-nümayəndəsi məhkəməyə vəsatətlə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1272/2023 saylı mülki işi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. İddiaçı və onun vəkili-nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, iş üzrə apellyator olan iddiaçı Cavabdeh ünvan 3 ünvanında yerləşən atası tərəfindən inşa edilmiş evdən çıxarılmasına və həmin ünvanda yerləşən torpaq sahəsinin tərəflər arasında bölünməsinə dair yeni iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmə işi 2(001)-1583/2023 nömrəli iş üzrə qeydiyyata alınaraq hakim X3 icraatına verilmişdir. Belə olduğu təqdirdə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1272/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair mülki iş üzrə icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma və həmin ünvanda yerləşən torpaq sahəsinin tərəflər arasında bölünməsi” tələbinə dair mülki iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qüvvəyə minənə qədər dayandırılması qərara alınmışdır. Daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1583/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və sair” tələblərinə dair iddiasının rədd edilməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. İş üzrə İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1583/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1272/2023 saylı mülki işi ilə hal-hazırda icraatda olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5416/2023 saylı mülki işi mahiyyət etibarı ilə biri-biriylə əlaqəli işlərdir və bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Yuxarıda göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1272/2023 saylı mülki işin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5416/2023 saylı mülki işi ilə bir icraatda birləşdirilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X5 və onun nümayəndəsi Vəkil icraatın birləşdirilməsi ilə bağlı verdikləri vəsatəti müdafiə etdiklərini bildirmiş və onun təmin olunmasını xahiş etmişlər. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1272/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair mülki iş üzrə icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma və həmin ünvanda yerləşən torpaq sahəsinin tərəflər arasında bölünməsi” tələbinə dair mülki iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qüvvəyə minənə qədər dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən: Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə kollegiyası hеsаb еdir ki, hər iki mülki iş bir-biri ilə əlaqədar olduğundan və məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü işlərin birləşdirilməsi məqsədə müvafiq olduğundan, onların birlikdə baxılması üçün (hazırkı iş ilkin olaraq icraata qəbul edilmiş digər işlə) bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 263-264, 366-368, 397-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin icraatında olan: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və sair” tələbinə dair 2(103)-5416/2023 saylı mülki iş, digər – İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair 2(103)-1272/2023 saylı mülki işlə bir icraatda birləşdirilsin.
Məhkəmə qərarları › İş №2(103)-5416/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5416/2023
11.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver