Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5423/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X16 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(011)-471/2021 saylı qətnaməsindən iddiaçı Bakı Şəhər İcra Hakı̇ mı̇ yyəti Mənzı̇ l-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh İstehsalat Birliyi “xxxx” Zavoduna qarşı (X9 və 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 5-ci mərtəbəsində yerləşən, yaşayış sahəsi 36 kv.m olan 88 və 89 saylı mənzilə (bundan sonra – Mənzil) dair X1 adına yazılan Bakı “xxxx” İstehsalat Birliyinin 10.12.2006-cı il tarixli, 0222 saylı orderin verilməsinə əsas olmuş 68 saylı protokolla rəsmiləşdirilmiş 09.11.2004-cü il tarixli birgə qərarın, Bakı “xxxx” İstehsalat Birliyinin 09 noyabr 2004-cü il tarixli, 41 saylı birgə qərarının (protokolun) etibarsız hesab edilməsi, mənzilə dair X2 adına yazılan Bakı “xxxx” İstehsalat Birliyinin 10.12.2006-cı il tarixli, 0222 saylı orderinin etibarsız hesab edilməsi və onun yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılması barədə iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, X9 iddiaçıya 22.03.2019-cu il tarixli (08.04.2019-cu il tarixdə Ə-48 sayla qeydiyyata alınmış) yazılı ərizə ilə müraciət edərək təqdim etdiyi Bakı “xxxx” İstehsalat Birliyinin 10.12.2006-cı il tarixli, 0222 saylı orderin və adı çəkilən müəssisənin həmkarlar ittifaqı komitəsinin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nin birgə növbəti iclasının 09.11.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın kserosurətlərinə əsasən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 88 və 89 saylı mənzilinə dair onunla kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131 s nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxx” MMC-nin balansında olan sosialmədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 2 ünvanda yerləşən şubay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Yataqxana binası balansa qəbul edilən vaxt tam məskunlaşdırılmışdır. Bina uzun müddət təmirsiz istismar olunduğundan, aşınmaya məruz qalmış və qüvvədə olan sanitar-texniki normaların pozulması ilə yanaşı binanın əlavə konstruktiv yüklənməsinə və istismar müddətinin azalmasına səbəb olmuşdur. Binanın divarlarındakı hörgü daşlarında çoxlu sayda çatların yaranması, üzlük daşlarının tökülməsi, bütün mərtəbələrdə mətbəx və sanitar qovşaqların boşluqlu tavanlarının bir çox armaturlarının ciddi korroziyaya uğrayaraq beton mühafizə qatının dağılması, panellərdə əyintilərin əmələ gəlməsi, eləcə də bütün eyvan tavalarının yükgötürmə qabiliyyətlərini itirməsi və bu kimi digər halların mövcud olması müşahidə olunmuşdur. Binanın təcili olaraq yuklülüyünün azaldılmasına ciddi ehtiyac vardır. Bundan əlavə, binada dövlət vəsaiti hesabına bərpa və gücləndirmə işlərinin aparılması iqtisadi cəhətdən səmərəsizdir. Bu səbəbdən də, orada yaşayan sakinlər müxtəlif dövlət orqanlarına kollektiv müraciətlər edərək, mənzil şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin olunmalarını xahiş etmişlər. Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş müvafiq X6 nəzərdə tutulmuş tədbirlər Çərçivəsində qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsindən 57 ailə 2018-ci ilin iyul ayında Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən yeni mənzillərəköçürülmüş və bu barədə yuxarı dövlət orqanlarına müvafiq qaydada hesabat məlumatları verilmişdir. 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsi mənzilləri zəbt etməmişlər. Onlar 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə həmin ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, mənzildə 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi X3, arvadı X7, oğlu Asəf Mirzəyev, gəlini X13 və 2 nəvəsi məskunlaşdırılmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün Qobu qəsəbəsində salınmış şəhərciyə köçürülmüşdür. X9 Mənzildən məcburi köçkün ailəsi köçürüldükdən sonra həmin mənzilin qapısını qanunsuz olaraq bağlamış, lakin bir gün də olsun orada yaşamamışdır. O, ailə üzvləri ilə birlikdə başqa ünvanda yaşamasına baxmayaraq, gələcəkdə ələ keçirmək məqsədilə Mənzilin qapısını qanunsuz olaraq bağlamışdır. Bundan başqa, X10 da 15.08.2000-ci il tarixli, 048 saylı orderin kserosurətini əlavə etməklə ərizə ilə Departamentə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yataqxana binasının 89 saylı mənzilinə adına kirayə müqaviləsi bağlamasını xahiş etmişdir. Buradan da məlum olur ki, 89 saylı mənzilə 2 nəfər qanunsuz olaraq order əldə etmişdir və ya qanunsuz olaraq fərqli tarixlərdə 2 müxtəlif şəxsə order verilmişdir. Mənzili X9 tərəfindən təqdim edilmiş 15 aprel 2004-cü il tarixli, 0222 saylı orderdə, onun verilməsinə əsas kimi Bakı "xxxx” İstehsalat Birliyinin müdiriyyəti və həmkarlar ittifaqı komitəstnin 68 saylı protokolu ilə rəsmiləşdirilmiş 14 aprel 2004-cü il tarixli birgə qərarı göstərilmişdir. Guya 15 aprel 2004-cü il tarixdə yazılmış 0222 saylı orderə əsasən Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 88 və 89 saylı mənzilinin X.Əliyevaya verilməsi qərara alınmışdır. Qeyd edilənlərə diqqət yetirməklə müəssisə tərəfindən yataqxanada orderin verilməsi ilə bağlı mövcud mənzil qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulduğu öz təsdiqini tapır. Cavabdeh tərəfindən verilmiş bu cür sənədlərin qarşısı qətiyyətlə alınmalıdır. Yataqxanada yaşayış sahəsi yaşayış sahəsi olmayan şəxslərə iş dövrü ərzində müvəqqəti yaşamaq üçün verilir. Y.B.Məmmədova isə ailə üzvləri ilə birlikdə faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, 34 saylı fərdi yaşayış evində qeydiyyatda olmaqla orada yaşayır. Qanunvericiliyin tələblərinə əsasən yataqxanalarda yaşayış sahələri yalnız iş (və ya təhsil) dövründə yaşamaq (və ya təhsil almaq)üçün verilməsi təsbit edilmiş, yəni idarə, müəssisə və təşkilatlarla yalnız əmək münasibətlərində olan, müəssisədə faktiki olaraq işləyən, yaşayış sahəsinə ehtiyacı olan qismində həmin müəssisədə mənzil uçotunda olan vətəndaşlar yalnız iş dövründə yaşamaq üçün yataqxanadan istifadə edə bilər. Məcburi köçkün ailəsinin faktiki olaraq sahiblik edərək istifadəsində olan boş olmayan 88 və 89 saylı mənzilə dair X4 orderin verilməsinə əsas kimi göstərilmiş 68 saylı protokolla rəsmiləşdirilmiş 09.11.2004-cü il tarixli birgə qərarın, həmçinin 10.12.2006-cı il tarixli, 0222 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Bakı “xxxx” İstehsalat Birliyinin adı göstərilməklə Əhmədağa Əliyevin adına yazılmış 10.12.2006-cı il tarixli 0222 saylı order, həmin orderin verilməsinə əsas olmuş 68 saylı protokolla rəsmiləşdirilmiş 06.12.2006-cı il tarixli birgə qərar, Bakı “xxxx” İstehsalat Birliyinin 09.11.2004-cü il tarixli 41 saylı birgə qərarı (protokolu), etibarsız hesab edilməlidir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(011)-471/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı Bakı Şəhər İcra Hakı̇ mı̇ yyəti Mənzı̇ l-Kommunal Təsərrüfatı Departamenti Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(011)-471/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qanunvericiliyin normalarının tələblərinə əsasən yataqxanalarda yaşayış sahələri yalnız iş (və ya təhsil) dövründə yaşamaq (və ya təhsil almaq) üçün verilməsi təsbit edilmiş, yəni idarə, müəssisə və təşkilatlarla yalnız əmək münasibətlərində olan, müəssisədə faktiki olaraq işləyən, yaşayış sahəsinə ehtiyacı olan qismində həmin müəssisədə mənzil uçotunda olan vətəndaşlar iş dövründə yaşamaq üçün yataqxanadan istifadə edə bilər. Xüsusi təyinatlı mənzil fonduna aid olan yataqxanalarda müvəqqəti yaşamaq üçün verilmiş orderlər üzrə mübahisələrə dair iddia müddətinin tətbiqi əsassızdır. Qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsi mənzilləri zəbt etməmişlər. Onlar 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə həmin ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, ünvan 1 saylı yataqxana binasının 88 və 89 saylı otaqlarında 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi X5, arvadı X14, oğlu Asəf Mirzəyev, gəlini X13 və 2 nəvəsi məskunlaşdırılmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında Qobu qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. 3-cü şəxs X11 qeyd edilən binanın 88 və 89 saylı mənzillərindən məcburi köçkün ailəsi köçürüldükdən sonra gələcəkdə ələ keçirmək məqsədilə həmin otaqların qapısını bağlamış, lakin bir gün də olsun həmin mənzildə yaşamamışdır. Belə ki, cavabdeh ailə üzvləri ilə birlikdə başqa ünvanda yaşamasına baxmayaraq, müxtəlif yollardan istifadə edərək qanunsuz order əldə etməklə, gələcəkdə ələ keçirmək məqsədilə qeyd edilən mənzillərin qapısını bağlayaraq balanssaxlayan təşkilatın sahibliyinin həyata keçirilməsinə maneə yaratmışdır. O, qeyd edilən orderi əldə edərkən Bakı “xxxx” İstehsalat Birliyi ilə əmək münasibətlərində olmamışdır, yəni 27.05.2002-ci il tarixdə onun əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa vətəndaş X10 da 15.08.2000-ci il tarixli, 048 saylı orderin kserosurətini əlavə etməklə ərizə ilə Departamentə müraciət edərək, ünvan 2 yataqxana binasının 89 saylı mənzilinə adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Buradan aydın olur ki, 89 saylı mənzilə 2 nəfər şəxs qanunsuz olaraq order əldə etmişdir və ya qanunsuz olaraq fərqli tarixlərdə 2 müxtəlif şəxsə order verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 13 is nömrəli sərəncamın əlavəsində göstərilən siyahı üzrə yataqxana binaları 07.01.2014-cü il tarixli təhvil-qəbul aktına əsasən balansa götürülmüş, həmin yataqxanalarda 1992-1993-cü illərdə məskunlaşdırılmış çoxsaylı məcburi köçkün ailələrinin istifadəsinə verilmiş mənzillərə dair ayrı-ayrı şəxslərin adlarına orderlərin verilməsi barədə sənədlər təqdim edilməmiş, ona görə də, təhvil-təslim aktında da sənədlərin təhvil verilməsi barədə məlumat öz əksini tapmamışdır. Məcburi köçkün ailəsi istifadələrində olan mənzildən köçürüldükdən sonra X11 88 və 89 saylı mənzilləri əldə etmək məqsədilə qapısını bağlamış və nəticədə dövlət mənzil fonduna aid yaşayış sahələri üzərində balanssaxlayan təşkilat tərəfindən idarəçilik hüquqlarının həyata keçirilməsinə maneə törədir. O, qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda güya Bakı “xxxx” İstehsalat Birliyinin 10.12.2006-cı il tarixli, 0222 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə faktiki olaraq boş olmayan 88 və 89 saylı mənzillər onun istfadəsinə verilmişdir. X11 qeyd edilən orderi müəssisə ilə əmək münasibətlərinə xitam verildikdən 4 il 6 ay 13 gün sonra qanunsuz olaraq əldə etmiş və həmin mənzildə heç vaxt yaşamamışdır. Ə.X.Əliyevin qeyri-iş günü (10.12.2006-cı il bazar günü olmuşdur) əldə etdiyi 10.12.2006-cı il tarixli, 0222 saylı orderlə bağlı Azərbaycan Respublikasının Mülafiə Sənayesi Nazirliyinə sorğu verilmiş, Cavabdeh İstehsalat Birliyi “Radioquruşdırma” zavodunun 24.01.2020-ci il tarixli, 17/11 saylı cavab məktubu ilə Ə.X.Əliyevin barəsində Departamentə təqdim edilmiş məlumatda bildirilmişdir ki, X11 01.09.1989-cu il tarixdən 27.05.2002-ci ilə qədər müəssisədə işləmişdir. Lakin ona yaşayış sahəsinə order verilməsi təsdiq edilməmişdir. Göründüyü kimi, məcburi köçkün ailəsinin faktiki olaraq sahiblik edərək istifadəsində olan boş olmayan 6 saylı mənzilinə dair Ə.X.Əliyevin əldə etdiyi orderin verilməsinə əsas kimi göstərilmiş 09.11.2004-cü il tarixli, 41 saylı protokolun və 10.12.2006-cı il tarixli, 0222 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Ə.X.Əliyevinadma yazılmış order mənzil qanunvericiliyinin tələblərinə zidd olduğundan aşağıda göstərilənlərə əsasən etibarsız hesab edilməlidir. Göründüyü kimi, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh İstehsalat Birliyi “Radioquruşdırma” zavoduna qarşı – “yataqxanada yaşayış sahəsi ilə bağlı orderin verilməsi barədə birgə qərarın (protokolun), qərara (protokola) əsasən verilmiş orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” barədə iddia tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən 19 fevral 2021-ci il tarixli, 2(011)- 471/2021 saylı qətnamə çıxarılarkən məhkəmə maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş və düzgün tətbiq etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüququ aktı tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir. Belə ki, 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsində göstərilmişdir. “Dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında” qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər və 3-cü şəxslər məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(011)-471/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının predmetini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin faktiki halları ondan ibarətdir ki, üçüncü şəxs Əhmədağa Əliyev 01.09.1989-cu il tarixdən 27.05.2002-ci il hazıradək “xxxx” MMC-də müxtəlif vəzifələrdə işləmişdir. Bakı “xxxx” İB-nin HİK-nin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti işlasının 09.11.2004-cü il tarixli, 68 saylı protokolu əsasında birliyə məxsus Cavanşir küçəsi 4 ünvanında yerləşən yataqxananın 5-ci mərtəbəsində, 36 kv.m sahəsi olan 38 №-li mənzilin HİK-nin qərarı ilə order əsasında cavabdehə verilməsi qərara alınmış və həmin qərar əsasında üçüncü şəxs Əhmədağa Əliyevin mübahisəli Mənzili tutmaq hüququ barədə 10.12.2006-cı il tarixli, 0222 saylı order verilmişdir. Orderdə onun verilməsinin əsası kimi “xxxx” İB-nin müdriyyəti və HİK-nin 32 saylı, 09.11.2004-cü il tarixli birgə qərar göstərilmişdir. Həmçinin, Bakı “xxxx” İB-nin HİK-nin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti işlasının 09.11.2004-cü il tarixli, 41 saylı protokolu əsasında Birliyin fəhlə və qulluqçularının direktora və HİK-nə daxil olmuş ərizə və şikayətləri nəzərə alınmaqla, mənzil növbəsində olub mənzil ala bilməyən fəhlə və qulluqçulara Birliyə məxsus S.Ə.ünvan 3A, Məhsəti küçəsi 3A, və R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxana binalarında hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, həmin şəxslərə orderlər verilməsi və orderdə göstərilən mənzil nömrələri əsasında pasport qeydiyyatına alınması, onlara məcburi köçkünlər tərəfindən zəbt olunmuş mənzillərin təklif edilməsi və razılığı əsasında sənədləşdirilməsi (HİK-nin qərarı və Order), Birlikdə işləyib uzun illər mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, Birliyə məxsus yuxarıda qeyd edilən ünvanlarında yerləşən yataqxanalardakı qaçqın və məcburi köçkün ailələri torpaqlar alınarkən və ya onlara mənzil verilərkən yataqxanalarda boşalacaq mənzillərin qeyd-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Daha sonra, X8 Birliyinin tabeliyində olan müəssisələrin sosial obyektlərinin verilməsi barədə 19.01.2007-ci il tarixli Akt əsasında “xxxx” İM üzrə Cavanşir küçəsi 4 ünvanında yerləşən 394 yerlik subaylar üçün yataqxana Azərbaycan Respublikası Müdaifiə Sənayesi Nazirliyinin xxxxnə təhvil verilmiş, bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131s nömrəli sərəncamı əsasında isə AR Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər ona aid əmlakla birlikdə Bakı Şəhər MKTD-nin balansına verilmiş, daha sonra Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xxxxnin rəisi ilə iddiaçının Baş mühəndisi arasında tərtib edilmiş 07.01.2014-cü il tarixli Təhvil-qəbul aktı əsasında ünvan 2 ünvanda yerləşən yataqxana binası 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Hazırkı iş üzrə mübahisə edilən order 10.12.2006-cı il tarixdə verildiyindən hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsinin birinci bəndində orderin etibarsız hesab edilməsi üçün əsaslar (mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etməsi, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulması, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etməsi - MM, maddə 49) konkret göstərilmişdir. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci abzasına əsasən, orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Məhkəmə qeyd etmişdir ki, iddia müddətindən fərqli olaraq Mənzil Məcəlləsinin 49-cu maddəsinin ikinci bəndində nəzərdə tutulan tələb şəxsin qanunla ona verilən müddət ərzində hüququndan istifadə etməməsi nəticəsində bu hüququnun kəsilməsini (hüququna xitam verilməsini) nəzərdə tutur. Hüququn həyata keçirilməsi üçün verilən həmin müddət (kəsici müddət) subyektiv hüquqa bağlıdır. Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Eyni zamanda, həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmur. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. İşin hallarından göründüyü kimi, mübahisəli mənzilə order 10.12.2006-cı il tarixdə verilmişdir. Bu halda, orderin etibarsızlığı ilə bağlı mübahisə orderin verildiyi tarixdən 3 il müddətində irəli sürülə bilərdi. Mənzilin yerləşdiyi ünvandakı yataqxana 01 yanvar 2014-cü il tarixdə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 14 il, iddiaçının mübahisəli otaqların yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 6 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Bununla da orderin etibarsızlığı ilə bağlı müəyyən edilmiş müddət ötürülmüşdür. Bundan başqa, 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Həmin Məcəllənin 33-cü maddəsinin birinci hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Həmin Məcəllənin 107-ci maddəsinin ikinci bəndinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Həmin Məcəllənin 107-ci maddəsinin dördüncü bəndinə əsasən mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir. Göstərilən qanunvericilik müddəalarından da göründüyü kimi, yataqxanalarda yaşayış sahəsinin verilməsi üçün əsas şəxsin müəssisənin, idarənin və təşkilatın işçisi olması ilə bağlıdır. Bu halda, müəssisə, idarə və təşkilatda işləyən işçi mənzil şəraitinin yaxşılaşdırmağa ehtiyacı olan şəxs kimi iş yeri üzrə uçota alınır və ona müdriyyət tərəfindən order verilir. Hazırkı mübahisə üzrə işin mübahisəsiz halından da görünür ki, cavabdeh 01.09.1989-cu il tarixdən 27.05.2002-ci il tarixədək “xxxx” Zavodu MMC-də işləyir. Məhkəmə həmçinin, mənzildə məcburi köçkünlər məskunlaşdığından boş olmayan sahəyə orderin verilməsinin qanunsuz olmasına dair iddiasının dəlili ilə bağlı qeyd edir ki, 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, orderin verildiyi zaman həmin mənzil (otaq) məcburi köçkün ailəsi tərəfindən zəbt olunmuşdur. Məhkəmə hesab etmişdir ki, qeyd edilən müddəada boş olan ayrıca yaşayış sahəsi qanuni əsaslarla başqa şəxslərin hüquqları ilə yüklü edilməyən və hüquqi cəhətdən boş olan yaşayış sahəsinin olmasını nəzərdə tutur. Məcburi köçkünlər isə yaşayış sahələrində özbaşına olaraq məskunlaşmış və onlar həmin yaşayış sahələrində qanuni əsasla istifadə və ya sahiblik hüquqları əldə etməmişlər. Mənzilin məcburi köçkün ailəsi tərəfindən zəbt olunması isə, həmin mənzilin hüquqi cəhətdən boş olmaması anlamına gəlmir. Yəni, qeyd edilən normada mənzilin boş olması deyilərkən, mənzilin zəbt olunması halları üçün deyil, mənzilin qanuni sahibi ola-ola ona orderin verilməsinin imkansız olmasını müəyyən edir. Ona görə də məhkəmə hesab etmişdir ki, məcburi köçkün ailəsinin qeyd edilən ünvanda yerləşən yataqxana binasının 55 saylı mənzilində (otağında) yaşadığı halda həmin yaşayış sahəsinə verilmiş orderin həmin əsasla etibarsız hesab edilməsi barədə iddiaçının dəlili əsassızdır. Beləliklə, toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab etmişdir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti üç illik mübahisələndirmə müddəti keçirildiyindən iddia tələbi rədd edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyini nəticəni əsaslı hesab edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Bakı şəhər İcra Hakı̇ mı̇ yyəti Mənzı̇ l-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(011)- 471/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-5423/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5423/2021
16.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver