Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5424/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 12 Saylı Dövlət Notariat Kontoruna, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X10 1 Saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 29 Saylı Dövlət Notariat Kontoruna qarşı iş üzrə (Açar sözlər: əqdin etibarsızlığı və mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X5 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X6, Cavabdeh3 nümayəndəsi (vəkili) Nümayəndə2 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə3 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 8/15 nömrəli 27 noyabr 2011-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC (tikinti işləri üzrə direktoru X1 şəxsində) Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyova küçələrinin kəsişdiyi 610-cı məhəllədə inşa edilən 14 mərtəbəli yaşayış binasının 1 blok, 4 mərtəbəsində yerləşən və 101,9 kvm ümumi sahəsi olan 10 saylı mənzili X4 mülkiyyətinə vermişdir. Mənzil (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 60, M4, m5) xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 MMC-nin (qurumun əvvəlki adı "xxxx" MMC) adına qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli, 4Ə-1997 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin mənzil Cavabdeh1 MMC tərəfindən Cavabdeh3 satılmışdır. Həmin mənzil üzərində Cavabdeh3 mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri 29 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-316 reyestr nömrəli alqısatqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mənzili Cavabdeh2 satmışdır. Sonuncunun mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda da mülkiyyətindədir. Mənzilin ipoteka ilə yüklülüyü də dövlət qeydiyyatına alınmışdır.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2014-cü il tarixli hökmünə əsasən əvvəllər "xxxx" MMC-nin tikinti işləri üzrə direktoru vəzifəsində işləmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 178.3.2-ci məddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 12 saylı dövlət notariat kontoru, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X10 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 29 saylı dövlət notariat kontoruna qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən inşa edilən, istismarı Cavabdeh1 MTK tərəfindən davam etdirilən Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 60, 1 blok, 4-cü mərtəbə, mənzi 10 üzərində hüquqların bərpa oluması ilə bağlı maneələrin aradan qaldırılması, Bakı şəhəri, 12 saylı NK-da xx.xx.2020-ci il tarixdə, 4Ə1197 reyestr №-li "xxxx" MMC ilə vətəndaş Cavabdeh3 ilə bağlanmış alqı-satqı müqaviləsinin, Bakı şəhəri 29 saylı NK-da xx.xx.2022-i il tarixdə, 4Ə-316 reyestr №-li vətəndaş Cavabdeh3 ilə vətəndaş Cavabdeh2 Nizami qızı ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2011-ci ildə "xxxx" MTK-dan müqavilə əsasında mənzil almış və bununla bağlı müvafiq ödəniş etmişdir. Tərəfindən MTK-ya 81250 manat pul ödənilmişdir. Həmin dövrdə binanın tikintisi başa çatmaq üzrə idi. Mənzili 4-cü mərtəbədə yerləşirdi. Sonra nə səbəbdənsə, binanın tikintisi dayandı. Uzun müddət gedib-gəlmiş, hər dəfə də müxtəlif fikirlər söylənilmiş və o, gözləmək məcburiyyətində qalmışdır. Sonra müəyyən dövr Azərbaycanda olmadılar. Qayıdandan sonra yenə də mənzillə maraqlandılar. Dedilər ki, bu binanın istismarını Cavabdeh1 MTK həyata keçirir. Mənzilini təmir edib, köçüb yaşamaq istədiyini bildirdi. Rəsmi ərizə ilə "xxxx" tikinti şirkətinə müraciət etdi. Cavablarında da MTK həmin binanın yalnız istismarını həyata keçirdiklərini bildirdilər. Şəhid ailəsi kimi ümid yolunu məhkəməyə müraciət etməkdə görürlər. Mənzil verə bilmirlərsə, evinin dəyərini qaytarsınlar ki, başqa yerdə özünə ev ala bilsin.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-237/24 saylı iş üzrə 11 iyul 2024cü il tarixli qətnaməsi ilə (hakim O.Məmmədli) iddia rədd edilmişdir.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, mübahisələndirilən əqdlər təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən əqdlərin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Həmçinin, "xxxx" MMC (tikinti işləri üzrə direktoru X1 şəxsində) ilə X8 arasında bağlanmış 8/15 nömrəli 27 noyabr 2011-ci il tarixli müqaviləyə dair hissədə məhkəmə qeyd etmişdir ki, bu əqd əsasında mübahisə predmeti olan mənzilin iddiaçıya təhvil verilməsi qanuni hesab oluna bilməz. Belə ki, iş materiallarında olan 05 sentyabr 2014-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və X3 tərəfindən Azərbaycan Respublikasının səlahiyyətli dövlət, icra hakimiyyəti, hüquqmühafizə və digər orqan və təşkilatlarına təqdim edilmiş 25 noyabr 2012-ci il tarixli ərizəsindən də göründüyü kimi X1 vəzifə səlahiyyətlərinə yalnız tikinti işlərinin idarə edilməsi və podratçılar tərəfindən yerinə yetirilən tikinti-quraşdırma işlərinə bilavasitə nəzarət etmək, müstəsna hallarda cəmiyyətin rəhbərliyi ilə razılaşdırılmaqla kiçik həcmli podrat müqavilələrinin, tikinti materiallarının alınmasına dair şifahi və ya yazılı alqı-satqı müqavilələrinin bağlanması daxil olmuşdur və bu məqsədlərə istifadə etmək üçün ona onun imzası ilə istifadə olunması üçün üzərində azərbaycan və ingilis dillərində: “Azərbaycan Respublikası- Azerbaijan Republic, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Tikinti işləri üzrə Direktor” sözləri və çoxmərtəbəli bina şəkli həkk edilmiş dəyirmi möhür təhvil verilmişdi. Lakin buna baxmayaraq, səlahiyyəti olmadığı təqdirdə ona verilmiş möhürdən, möhürü təhvil verdikdən sonra isə həmin möhürün əksini ağ kağızlarda vurub özündə saxladığı vərəqlərdə "xxxx" MMC adından guya yuxarıda qeyd etdiyi tikinti obyektində həmin şəxslərin mənzillər aldıqlarına dair müqavilələr tərtib etmişdir, həmin müqavilələr üzrə guya müqavilə qiymətinin (məbləğinin) tam ödənildiyinə dair maliyyə arayışları tərtib edib həmin şəxslərə təqdim etmişdir. "xxxx" MMC (tikinti işləri üzrə direktoru X1 şəxsində) ilə X8 arasında bağlanmış 8/15 nömrəli 27 noyabr 2011-ci il tarixli müqavilə və maliyyə arayışında da X2 verilmiş möhürdən istifadə olunmuşdur. Bu da müqavilənin səlahiyyəti olmayan şəxs tərəfindən bağlanıldığını göstərir. Belə olduğu halda, həmin müqavilə etibarlı hesab oluna bilməz
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337,340.1, 390.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, mənzil əsаssız оlаrаq "xxxx" MMC tərəfindən Sirаclı Qеys Məmməd оğlunа sаtılıb. 2018-ci ildə оnа mаliyyə аrаyış vеrilir. Mаliyyə аrаyışı üzrə pulun nеcə və кimə ödənilməsi məlum dеyil. Şirкət vətəndаşа mənzil sаtır, аmmа hеç bir müqаvilə tərtib еdilmir. Mаliyyə аrаyışı vеrildikdən iкi il sоnrа həmin şəхslə аlqı-sаtqı müqаviləsi bağlаnılır. Bu nə dərəcədə qаnunа müvаfiqdir? Bildiyinə görə Qеys şirкətlərlə əməкdаşlıq еdən bir şəхsdir. Оnun və həyаt yоldаşının аdındаn digər şəхslər iştirак еdib. Bеlə аlıcı оlаr? Sоnrа dа Еsmirа аdlı qаdınа sаtırlаr. Аlqı-sаtqı müqаvilələri еtibаrsız hеsаb еdilməlidir. 2011-ci ildə qаnuni əsаslаrlа əldə еtdiyi mənzil 7-8 il sоnrа bаşqа şəхsə sаtılıb. "xxxx"MMC bildirir кi, biz bu binаnın istismаrını həyаtа кеçiririк. Sоnrа isə bu mənzilin onun оlduğunu bilə-bilə bаşqа şəхsə sаtır. Qüvvətəli Süleymanov mənzili ona 2011-ci ildə sаtıb. 2012-ci ildə möhürü təhvil vеrib. 2014-də məhkum оlunub. Əgər Qüvvətəlinin səlаhiyyəti yох idisə, möhürü оnа kim və nə səbəbə vеrmişdi? Tikinti şirкəti möhürü özü оnа həvаlə еtmişdir. Onun barəsində məhkəmə işindən хəbəri оlmаyıb. Nə üçün оndаn şiкаyət еtməliydi? Mənzili yеrində idi, gеdib-gəlirdi. Mənzilini "xxxx" MMC sаtıb. Bu fакtı məhкəmə zаmаnı bilmişdir. Məhкəmə zаmаnı cаvаbdеhlən həmin illərdə bağlаnmış digər müqаvilələr tələb еdilsə də təqdim еdilmədi. Həmin dövrdə və sоnrакı illərdə şirкətin mənzillərinin kim tərəfindən sаtılmаsı аrаşdırılmаlıydı.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
12. Cavabdehlər "xxxx" MMC-nin və Cavabdeh3 nümayəndələri apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
13. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməli olması barədə düzgün nəticəyə gəlsə də, onun əsaslarını düzgün müəyyən etməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Ona görə də qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi yeni əsaslarla rədd olunmalıdır.
18. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi "xxxx" MMC tərəfindən inşa edilən Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 60, 1 blok, 4-cü mərtəbə, mənzi 10 üzərində hüquqların bərpa oluması ilə bağlı maneələrin aradan qaldırılması, Bakı şəhəri, 12 saylı NK-da xx.xx.2020-ci il tarixdə, 4Ə1197 reyestr №-li "xxxx" MMC ilə vətəndaş Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin, Bakı şəhəri 29 saylı NK-da xx.xx.2022-ci il tarixdə, 4Ə-316 reyestr №-li Cavabdeh3 ilə Cavabdeh2 Nizami qızı arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədədir.
19. İddiaçı tələbini "xxxx" MMC ilə bağladığı müqavilə əsasında haqqı ödənilməklə mübahisəli mənzili aldığını, lakin mənzilin ona təhvil verilmədən "xxxx" MMC tərəfindən qanunsuz olaraq başqa şəxsə satıldığı ilə əsaslandırmışdır.
20. Birinci instansiya məhkəməsi iddia tələbinin əsası kimi istinad edilən halların öz təsdiqini tapmadığı, mübahisələndirilən əqdlər təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edildiyi, buna görə də qeyd edilən müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar olmadığı, habelə iddiaçı ilə bağlanan alqı-satqı müqaviləsinin özünün qanunsuz bağlandığı, etibarlı olmadığı qənaətinə gələrək iddianı rədd etmişdir.
21. Mülki Məcəllə nəzərdə tutur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3).
22. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Sivilistika doktrinasında əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalı), əqdin məzmununa aid olunan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidir), əqdin formasına aid edilən şərt (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və iştirakıçıları üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
23. Birinci instansiya məhkəməsi "xxxx" MMC (tikinti işləri üzrə direktoru X1 şəxsində) ilə X8 arasında bağlanmış 8/15 nömrəli 27 noyabr 2011-ci il tarixli müqavilənin qanunazidd olması barədə qənaətə gələrkən Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2014-cü il tarixli hökmü və X3 tərəfindən Azərbaycan Respublikasının səlahiyyətli dövlət, icra hakimiyyəti, hüquq-mühafizə və digər orqan və təşkilatlarına təqdim edilmiş 25 noyabr 2012-ci il tarixli ərizəsinə istinad etmişdir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (maddə 82.4).
25. Əvvəla, sözügedən hökmdən iddiaçının cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması görünmür. O, həmin cinayət işi üzrə şahid qismində də ifadə verməmişdir. Ona görə də həmin hökmlə müəyyən edilmiş halların hazırkı iş üzrə preyudisiallığı yoxdur. Bundan əlavə, təqsirləndirilən şəxs X3 həmin hökmdə öz əksini tapmış ifadəsində iddiaçı ilə bağlanmış müqaviləyə, onun etibarlı, yaxud etibarsız olmasına dair hər hansı ifadə verməmişdir. Ümumiyyətlə, məhkəmə kollegiyası adı çəkilən hökmdə mübahisəli mənzillə bağlı hər hansı epizoda rast gəlmədi.
26. Məhkəmə kollegiyası bununla yanaşı birinci instansiya məhkəməsinin əvvəllər "xxxx" MMC-nin tikinti işləri üzrə direktoru işləmiş X1 Azərbaycan Respublikasının səlahiyyətli dövlət, icra hakimiyyəti, hüquq-mühafizə və digər orqan və təşkilatlarına ünvanlandırdığı 25 noyabr 2012-ci il tarixli ərizədə göstərilənlərin də hazırkı işə tətbiqini düzgün saymır. Belə ki, əvvəla, həmin müraciət sadə yazılı formada tərtib olunmuş ərizə olmaqla notarial qaydada təsdiq olunmamışdır. Bu baxımdan həmin ərizənin hazırkı iş üçün etirafedici hərəkət kimi qəbul edilməsi mümkünsüzdür. Digər tərəfdən, bu ərizədə də nə iddiaçının, nə də onunla bağlanmış müqavilənin adı çəkilmir. X1 "xxxx" MMC-nin adından bağladığı bütün müqavilələrin etibarsızlığına dair isə işdə hər hansı mötəbər sübut yoxdur. Bu isə o deməkdir ki, X1 "xxxx" MMC-nin adından bağladığı bir neçə müqavilənin məhkəmə tərəfindən etibarsız sayılması, yaxud onun cinayət işi üzrə zərərçəkmiş qismində keçən bir neçə şəxsi aldatması heç də onun "xxxx" MMC-nin adından bağladığı bütün müqavilələrin etibarsız olması qənaətinə gəlməyə əsas vermir.
27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müqavilənin "xxxx" MMC-nin adından səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması, yaxud müqaviləyə əsas möhürün deyil, digər möhürün vurulması da özlüyündə həmin müqavilənin etibarlılığını şübhə altına alan hal kimi qəbul edilə bilməz. Belə ki, müqavilənin MMC-nin hansı vəzifəli şəxsi tərəfindən imzalanması, yaxud müqaviləyə hansı möhürün vurulması vətəndaşı deyil, MMC-nin özünü maraqlandıran məsələdir. Bu məsələdə hər hansı qüsura yol verilməsi müqavilə tərəfi kimi vətəndaşın ziyanına şərh oluna bilməz.
28. Belə olan halda, hazırkı iş üzrə müəyyən edilən hallar "xxxx" MMC (tikinti işləri üzrə direktoru X1 şəxsində) ilə X8 arasında bağlanmış 8/15 nömrəli 27 noyabr 2011-ci il tarixli müqavilənin və maliyyə arayışının mötəbərliyini şübhə altına alan hallar kimi qiymətləndirilə bilməz və birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 340.1-ci maddəsini rəhbər tutmaqla iddiaçı ilə bağlanan bu müqavilənin etibarlı olmadığı qənaətinə gəlməsi əsassızdır.
29. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC ilə X8 arasında bağlanmış 8/15 nömrəli 27 noyabr 2011-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarlılığı başqa məhkəmə icraatında mübahisələndirilə bilər və hazırkı iş üzrə gəlinən nəticə onun qarşısını almır.
30. Məhkəmə kollegiyası iddiaçının tələbinə mahiyyəti üzrə qiymət verərək hesab edir ki, bu tələb birinci instansiya məhkəməsinin istinad etdiyi əsaslar üzrə deyil, digər əsaslar rəhbər tutulmaqla rədd edilməlidir.
31. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə qiymət verərkən Mülki Məcəllənin 324.1-ci (əqdin anlayışı), 337.1, 337.2-ci (əqdin etibarsızlığının anlayışı), 390.1-ci (müqavilə azadlığı) maddələrinə istinad etmiş və mübahisələndirilən müqavilələrin etibarsız sayılması üçün əsasların olmadığını qeyd etməklə ümumi sözlərlə kifayətlənmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın əsassız olması barədə qənaəti doğru olsa da, məhkəmə qətnaməni hüquqi cəhətdən düzgün əsaslandırmamış, hüquqi əsası düzgün müəyyən etməmişdir.
33. İşdən göründüyü kimi, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq xx.xx.2020-ci il tarixdə Cavabdeh1 MMC-nin adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır. İddiaçı hazırkı işdə bu qeydiyyat yazısını mübahisələndirməmişdir. Məhkəmə isə MPM-nin 218.3-cü maddəsinə əsasən yalnız irəli sürülmüş tələblər həddində işə baxır.
34. xx.xx.2020-ci il tarixdə Cavabdeh1 MMC mübahisəli mənzili Cavabdeh3, sonuncu da 11 aprel 2022-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. İstər Cavabdeh3, istərsə də Cavabdeh2 mübahisəli mənzili notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən əldə edərkən özlərindən əvvəlki mülkiyyətçinin hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatına, bu qeydiyyatın həqiqliyi və tamamlığı prezumpsiyasına əsaslanmışlar. Başqa sözlə, onlar mübahisəli daşınmaz əmlakı əldə edərkən vicdanlı olmuşlar və iddiaçı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı bunun əksini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
36. Göründüyü kimi, sadalanan normalar daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlak əldə edən şəxslərin, yəni vicdanlı əldə edənlərin hüquqlarını qorumaqdadır. Mülki Məcəllənin 140-cı maddəsindəki “prezumpsiya” sözü əksi sübut edilənə qədər, əldə edən şəxsin vicdanlı olmasının qəbul edilməli olmasıdır. Başqa sözlə, əldə edən şəxs özünün vicdanlı əldə edən olmasını isbat etməli deyil, əksinə, şəxsin vicdanlı əldə edən olmadığını iddia edən tərəf sübuta yetirməlidir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə etdiyi mövqeyinə görə, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin, vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.
38. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
39. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş hallarını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, Cavabdeh3 və X8 vicdanlı əldə edən olduğundan, onlarla bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilə və həmin müqavilələr əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilə bilməz. Belə ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və ya bilməli olmalı, buna baxmayaraq əqdi bağlamalıdırlar. Hazırkı halda isə Cavabdeh3 və Cavabdeh2 bağladıqları əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimliyi barədə onlarda hər hansı şübhə olmamış, mənzili əvəzli şəkildə əldə edərək hüquqlarını qeydə aldırmışlar. Bununla da vicdanlı əldə edən kimi Cavabdeh3 və Cavabdeh2 iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışlar.
40. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibrasızlığı tələbi rədd olunduğundan həmin tələbdən törəyən mənzil üzərində hüquqların bərpa olunması ilə bağlı maneələrin aradan qaldırılması tələbi də təmin edilə bilməz.
41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı hazırkı işdə Cavabdeh1 MMCnin mübahisəli mənzil üzərində mülkiyyət hüququnu mübahisələndirmədən birbaşa cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə bağlanmış alqı-satqı müqavilələrini mübahisələndirmişdir. Halbuki, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq Cavabdeh1 MMC-nin adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır.
42. Müllki Məcəlləyə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 452).
43. Məhkəmə kollegiyası iddiaçıya izah edir ki, mənzil üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyindən iddiaçı öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə ona vurulmuş zərərin əvəzinin ödənilməsini ümumi əsaslarla iddia qaldırmaqla ayrıca məhkəmə icraatında tələb edə bilər.
44. Hazırkı mübahisəyə iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin ərizəni əsassız saymış və Mülki Məcəllənin 384.0.4-cü maddəsini rəhbər tutmaqla mübahisəli hüquq münasibətinə iddia müddətini tətbiq etməmişdir.
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır.
46. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386).
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 12 saylı dövlət notariat kontoruna, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X10 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 29 saylı dövlət notariat kontoruna qarşı “əqdlərin etibarsızlığı və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.