Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5427/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: müqavilə öhdəliklərinin icra edilməməsinə görə kompensasiya ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməməsinə görə kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-178/2024 saylı 11 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 25 iyul 2018-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 74 m2 olan, təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür.
2. 27 iyul 2020-ci il tarixli 36 nömrəli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ünvanında inşa etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 065№-li xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən 74 m2 olan mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun həmin mənzilə görə Cavabdeh MMC qarşısında heç bir borcu yoxdur.
3. 18 mart 2021-ci il tarixli 25 iyul 2018-ci il tarixli 065 saylı müqaviləyə 1 saylı Əlavəyə əsasən müəyyən edilir ki, İddiaçı inşa edilən binanın 2-ci blok, 3-cü mərtəbə, ümumi sahəsi 54,5 m2 təmirli mənzilin verilməsi müəyyənləşdirilir. Yaşayış sahəsinin yerdə qalan (74 m2 – 54,5 m2 = 19,5 m2 ) 19,5 m2 hissəsi hər m2 -nə 1500 AZN olmaqla (19.5 x 1500 = 29250 AZN) əvəzləşdirilərək 29250 AZN məbləğində qiymətləndirilir. Tikinti şirkəti tərəfindən ona kompensasiya şəklində ödənilir.
4. X4 Mərkəzinin 22 may 2023-cü il tarixli məktubundan görünür ki, aparılmış ölçü və hesablamanın nəticəsində müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin sökülərək həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək Cavabdeh MMC tərəfindən təhvil verilmiş ümumi sahəsi 54.2 m2 olan mənzilin arakəsmələri nəzərə alınmaqla faktiki sahəsi 49.17 m2 və arakəsmələr nəzərə alınmamaqla 46.90 m2 sahəsi təşkil edir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2024-cü il tarixli 10/8235 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən yeni binada Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin faktiki ümumi sahəsinin, (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 45.9 m2 təşkil etdiyi müəyyən edilmişdir. ünvan 2 ünvanında yerləşən yeni binada Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 54.5 m2 təşkil etdiyi müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməməsinə görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 7.950 manat kompensasiyanın və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MTK ilə 25 iyul 2018-ci il tarixdə müqavilə bağlamışdır. Müqaviləyə əsasən, o, xx.xx.2005-ci il tarixdə 5 nömrəli reyestr kitabının 82 nömrəli səhifəsində 003228 nömrəsi ilə qeyd edilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 003228 Şəhadətnamə ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən binanın zirzəmisindəki ümumi sahəsi 54,2 kv.m olan (faktiki sahəsi 58 kv.m) ibarət olan qeyri-yaşayış sahəsini sökülmək üçün Cavabdeh MTK-ya təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi üzərimə götürmüşdür. Müqavilənin 1.1.2-ci bəndinə əsasən “Tikinti Şirkəti” Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa etdiyi binada ümumi sahəsi 74 kv.m olan, təmirsiz mənzili “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. 18 mart 2021-ci il tarixli müqaviləyə əlavəyə əsasən şirkət 19,5 kv.m hissəsi 1500 manat olmaqla 29250 manat kompensasiya ödənilmişdir. Sonradan verilən mənzilin sahəsi ölçülmüş və 49.17 kv.m olduğu müəyyən edilmişdir. Cavabdeh MTK-ya sahənin az verilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq kompensasiyanın ödənilməsindən imtina edilmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-178/2024 nömrəli, 11 iyul 2024cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 25 iyul 2018-ci il tarixli müqavilə üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, mənzilin müqavilədə göstərilən faktiki ümumi sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyinə əsasən müəyyən edilmiş faktiki ümumi sahəsi üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi müqavilədə nəzərdə tutulan ölçüdə olması müəyyən edilmişdir. Belə ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahədən az olmayan mənzil təhvil vermişdir.
10. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəllənin 752.1, 762, 766, 773 və 776.1-ci maddələrinə; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2, 59.3, 59.4 və 59.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-178/2024 nömrəli, 9 fevral 2024-cü il tarixli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin 1.1.2-ci bəndinə əsasən “Tikinti Şirkəti” Cavabdeh MMC ünvan 3 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa etdiyi binada ümumi sahəsi 74 kv.m olan, təmirsiz mənzili “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. 18 mart 2021-ci il tarixli müqaviləyə əlavəyə əsasən şirkət 19,5 kv.m hissəsi 1.500 manat olmaqla 29.250 manat kompensasiya ödənilmişdir. Sonradan verilən mənzilin sahəsi ölçülmüş və 49,17 kv.m olduğu müəyyən edilmişdir. Lakin iş üzrə keçirilmiş ekspertiza rəyində isə mənzilin müqavilədə göstərilən sahəyə uyğun verildiyi göstərilmiş və məhkəmə də ekspertizanın rəyini əsas götürmüşdür. Halbuki müqavilənin 1.1.2-ci bəndində mənzilin sahəsinin Azərbaycan Respublikası Şəhərsalmavə Tikinti Məcəlləsinin 59.3-cü maddəsinə uyğun hesablandığı göstərilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, tərəflər arasında müqavilə bağlanılanda əvvəlcə 74, sonra isə 54.5 kv.m olması barədə razılığa gəliblər. Sonradan tərəf evi mütəxəssisə ölçdürüb və məlum olub ki, sahə 49 kv.m dir. Tərəf icra üçün məhkəməyə müraciət etdi və məhkəmə ekspertiza təyin etdi. Müqavilədə nəzərə alınmayan sahələr razılaşdırılmışdır. Hansı hissələrin mənzilin faktiki sahəsinə aid edilmədiyi göstərilmişdir. Ekspert də təsdiqlədi ki, həmin hissələr olmadan mənzilin sahəsi 45.9 kv.mdir, ümumi sahə 54.5 kv.m dir. Bizim iddiamız müqavilədə göstərilən mənzil sahəsinin verilməməsi ilə bağlıdır 15.İştirak etdiyi məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, tərəflə bağladıqları müqaviləyə əsasən bütün öhdəliklərini yerinə yetirmişlər. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə qalmağını xahiş edir. Dövlət Əmlak Komitəsi, Dövlət Şəhərsalma Komitəsi tərəfindən mənzilin sahələri çöl divarlarının ortasından nəzərə alınmaqla ölçülür və onlar da ona uyğun hesablayır. Cavabdeh MTK kimi 2022-ci ildə istismara qəbul olunmuşdur. İstismara qəbul aktında həmin binadakı mənzillər, yaşayış və qeyri-yaşayış sahələri bu qaydada ölçülmüşdür. Ona görə də birinci instansiya məhkəməsi qətnaməsinin nəticə hissəsi tam əsaslıdır. Hesab edir ki, müqavilədə 59.3-cü maddəsinin göstərilməsi düzgün deyil. Şəhərsalma Məcəlləsinin 59-cu maddəsinə əsasən göstərilən sahə ilə bizim sahəmiz üstüstə düşür, bu barədə mənzilin əvəzləşdirilməsi zamanı tərəfə məlumat verilmişdir. Mənzil tərəfdən təhvil alınıb-verilən zaman çöldən-çölə hesablanmağa başlayıb. Çöl divarın ortasından olmaqla hesablanır. Dövlət Əmlak Komitəsi tərəfindən hər bir vətəndaşın mənzili bu qaydada hesablanır. Hətta bununla bağlı Ali Məhkəmənin qərarı da var. Çöl divarı ortadan hesablanmaqla 50 faizi qonşuya, 50 faizi vətəndaşa verilir. 16.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh tərəf məhkəmə iclasında təmsil olumadığından və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Mübahisənin predmeti bölünməz olduğundan kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin
21.5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 22.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya buMəcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 24.752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdətutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 25.762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki,podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 26.762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğungəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 27.776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbuledildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin
28.59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 29.59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 30.59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
31.Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura KomitəsininKollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçiotaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
Tətbiq edilən prosessual hüquq norması
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
32. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 33.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 35.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 36.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
38.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia, iddia müddətinin tətbiqi əsası ilə rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi və prosessual hüquq norması düzgün tətbiq edilməmişdir.
39. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianın hüquqi əsasını Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri təşkil edir və işin halları ilə həmin normalar arasındakı əlaqəyə dair müvafiq təhlil aparılmalıdır. 40.Belə ki, tərəflər arasında bağlanmış 25 iyul 2018-ci il tarixli müqavilədən göründüyü kimi Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirməyi, inşa etdiyi binada ümumi sahəsi 74 kv.m olan təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1.2-ci bəndində həmçinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinə istinad edilmişdir. 41.Belə ki, bu maddənin məzmununa görə yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 42.İddia ərizəsində istinad olunan dəlillərin yoxlanılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən müvafiq növdən məhkəmə ekspertizasının keçirilməsi labüd hesab edilmiş, iş üzrə tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2024-cü il tarixli 10/8235 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş ünvan 2 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 45.9 kv.m təşkil etdiyi, mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 54.5 kv.m təşkil etdiyi müəyyən edilmişdir.
43. Göründüyü kimi birinci instansiya məhkəməsi mənzilin ümumi sahəsinin müqavilədə nəzərdə tutulan ölçüdə olması qənaətinə gəlməklə, işin həqiqi hallarını düzgün müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2024-cü il tarixli 10/8235 nömrəli ekspert rəyinə əsasən müəyyən edilir ki, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan, Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin ümumi sahəsinin ölçüsü 45.9 kv.m təşkil edir.
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona təhvil verilmiş mənzilin ölçülərinin müqavilədə göstəriləndən az olması əsası ilə dəymiş zərəri tələb etmək üzrə subyektiv hüquqa malikdir. Çünki iddiaçının mülkiyyətinə verilmiş mənzilin ümumi sahəsinin müvafiq azaltma əmsalları tətbiq olunmadıqda, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadıqda 45.9 kv.metr təşkil etdiyi müəyyən olunur və bu ölçü mənzilin ümumi sahəsinin müqavilədə (74 kv.m), habelə 18 mart 2021-ci il tarixli “25 iyul 2018-ci il tarixli 065 saylı müqaviləyə” 1 saylı Əlavədə (54.5 kv.m) göstərilən sahəsindən də 8,6 kv.m (74-54,5-45.9) azdır.
45. Beləliklə iddiaçıya müqavilədə nəzərdə tutulduğundan daha az yaşayış sahəsinin verildiyi, yəni müqavilə şərtlərinin cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyi, bununla da iddiaçının hüququnun pozulduğu halları işdə olan sübutlara əsasən öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin ümumi sahəsi 54,5 kv.m deyil, 45.9 kv.m təşkil etdiyindən müqavilə tələbləri pozulmuşdur.
46. Müəyyən edilmiş bu hallar belə nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında podrat müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən podratçı (cavabdeh) müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi (iddiaçı) isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqaviləyə uyğun məbləğdə ödəniş etmək vəzifəsini tam şəkildə icra etsə də, cavabdeh müqavilədə nəzərdə tutulan ölçüdə mənzil təhvil vermək üzrə vəzifəsini icra etməməklə iddiaçını, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir.
47. Məhkəmə kollegiyası 25 iyul 2018-ci il tarixli 065 saylı müqaviləyə 1 saylı 18 mart 2021-ci il tarixli Əlavəyə əsasən İddiaçı inşa edilən binanın 2-ci blok, 3-cü mərtəbə, ümumi sahəsi 54,5 kv.m təmirli mənzilin verilməsi müəyyənləşdirildiyini, yaşayış sahəsinin yerdə qalan (74 kv.m – 54,5 kv.m = 19,5 kv.m ) 19,5 m2 hissəsinin hər kv.m-ə 1500 manat olmaqla (19.5 x 1500 = 29250 manat) 29250 manat məbləğində qiymətləndirildiyini nəzərə alaraq hesab edir ki, belə olan halda iddiaçıya fərq şəklində zərərin əvəzinin ödənilməsi 1 saylı Əlavədə göstərilən qaydada, yəni əksik verilmiş 8,6 kv.m sahə üzrə hər kv.metr 1500 manatdan hesablanmalıdır (8,6 x 1.500 = 12.900 manat).
48. Bununla belə kollegiya iddiaçının verdiyi iddia ərizəsində tutulmasını tələb etdiyi məbləğin 7.950 manat həcmdə olduğunu və məhkəmənin hazırkı vəziyyətdə iddia tələblərindən kənara çıxmasını şərtləndirən müstəsna halların olmadığını nəzərə alaraq hesab edir ki, iddia irəli sürülən həcmdə əsaslı hesab edilməli, cavabdehdən iddiaçının xeyrinə cəmi 7.950 manat məbləğində pul tutulmalıdır.
49. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməlidir.
50. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
51. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-178/2024 nömrəli, 11 iyul 2024cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh MTK-dan 7.950 (yeddi min doqquz yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 150 manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizanın tədqiqat dəyəri olan 50 manat Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev