Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-543/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil3, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş işə baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinə əlavə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, müqavilədə nəzərdə tutulmuş - Bakı şəhəri, Nərimanov rayonu Y.Bakuvi küçəsi ev 19, A blokunun 7-ci mərtəbəsində yerləşən 1 otaqlı, 60.7 kv.m sahəsi olan 10 saylı tam təmirli mənzilin ona təhvil verilməsi və ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 06 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin olunması, ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın A blokunun 7-ci mərtəbəsində yerləşən, tam təmirli, 1 otaqlı, sahəsi 60.7 kv.m. olan mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması və İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid olunması qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin bütün faktiki halları aydınlaşdırmamaqla qanunsuz qərar çıxardığı, işə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxıldığı, məhkəmə prosesi barədə MMCnə ümumiyyətlə məlumat verilmədiyi, iddiaçının istinad etdiyi müqavilənin saxta olduğu, onunla yalnız 3 otaqlı bir mənzilə dair müqavilə bağlandığı və həmin mənzilin iddiaçıya təhvil verildiyi, işə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxıldığı üçün qarşılıqlı iddia verilmədiyi, habelə müqavilənin saxtalığının müəyyən olunması üçün ekspertiza keçirilməsi barədə vəsatət verilmədiyi arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qərardadı ilə mümkün hesab olunmuş, bundan sonra müxtəlif tarixlərdə məhkəmə iclasları keçirilmiş, ekspert rəyi alınmış, izahatlar dinlənilmişdir. 14 mart 2024-cü il tarixdə keçirilən iclasda iddiaçının nümayəndəsi vəsatət verərək, birinci instansiya məhkəməsinin apellyasiya şikayəti üzrə müddətin bərpa olunması barədə qərardadından şikayət verdiyini bildirmiş, buna görə də işin apellyasiya baxışından çıxarılmasını və birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən şikayətə baxılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan iş həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə, apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qərardadı ləğv olunsun və mülki iş apellyasiya baxışından çıxarılaraq həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından iddiaçının verdiyi şikayətə baxılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnur Həsənov Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-543/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-543/2024
14.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver