Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-543/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “0,12 ha torpaq sahəsi barədə alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər:(müqavilənin bağlanmış hesab edilməsi,subyektiv hüquq) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X18 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 2(008)-4546/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Abşeron rayon XDS İcraiyyə Komitəsinin 195 nömrəli, xx.xx.1991-ci il tarixli qərarından çıxarışdan görünür ki, X13 həmkarlar komitəsinin əmək kollektivi şurasının 10 sentyabr 1991-ci il tarixli, 6 nömrəli birgə qərarı və həmin sovxozun 12 sentyabr 1991-ci il tarixli 66 nömrəli əmri nəzərə alınmaqla Maştağa tərəvəzçilik-südçülük sovxozundan fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi ayrılmışdır. 2.Bakı şəhəri 17 saylı notariat ofisinin 725 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı, X22, X19, X8, X23 və X14 xx.xx.2012-ci il tarixdə vəfat etmiş X9 vərəsələridir. 3.Vİİ-ЖГ seriyalı, 370393 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə İddiaçı xx.xx.1999-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. 4.AZ-İ seriyalı, 529917 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. 5.AZ-İİ seriyalı, 346502 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 6.Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X26 ilə X20 xx.xx.1970-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. 7."xxxx" ASC-nin abunə haqqında **********10038 nömrəli abonent sayğacının çıxarışından görünür ki, ünvan 1 ünvanda elektrik enerjisinə görə sərfiyyat X9 adına hesablanır. a)Birinci instansiya məhkəməsində icraat 8.İddiaçı Cavabdeh qarşı “0,12 ha torpaq sahəsi barədə alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Maştağa tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən 0,12 ha torpaq sahəsi barədə X26 ilə X23 arasında alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 9.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qaynatası, X10 Sabunçu rayonu, Maştağa tərəvəzçilik-südçülük sovxozunun ərazisində 0,30 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi olmadığı üçün Maştağa tərəvəzçilik-südçülük sovxozunda fəhlə işləyən hazırki Cavabdeh Bəhrəm qızının atası, X11 adına Maştağa tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə yaşayış evi tikdirmək üçün Abşeron rayon XDS İK-in xx.xx.1991-ci il tarixli.175 nömrəli qərarı ilə Maştağa tərəvəzçilik-südçülük sovxozunun, həmkarlar komitəsinin əmək kollektivi şurasının xx.xx.1991-ci il tarixli, 6 nömrəli qərarı və həmin sovxozun xx.xx.1991-ci il tarixli, 66 nömrəli əmrinə əsasən 0,12 ha torpaq sahəsi almışdır. Maştağa tərəvəzçilik - südçülük sovxozunda fəhlə işləyən X26 həmin torpaq sahəsinə dair verilmiş qərarı İddiaçı qaynatası, X15 40 000 rubla satmış və əlavə olaraq onun sahəsində fəhlə kimi işləməyə razılaşmışdır. X11 yaşayışsahəsinin olmadığına görə X23 onun üçün həyətin bir küncündə 1 otaqlı ev inşa etmiş və X26 həmin evdə ailəsi ilə birlikdə yaşamış və həm də X1 təsərrüfatını idarə etmişdir. 2000-ci ildə İddiaçı həyat yoldaşı, X24 qeyd olunan ünvanda əlavə fərdi yaşayış evi inşa etmiş, ölən günə yəni xx.xx.2012-ci ilə qədər həmin evdə yaşamış və kiçik təsərrüfata nəzarət etmişdir. İddiaçı, həyat yoldaşının vaxtsız ölümündən sonra başqa bir ünvana köçmüş və təsərrüfatı idarə etməyi qaynı, X16 həvalə etmişdir. xx.xx.2022-ci il tarixdə qeyd olunan 0,12 ha torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına dair X26 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 17 saylı Notariat ofisində X2 və X16 7E304 Reyestr nömrəli etibarnamə vermişdir. Etibar edilən X5 vaxtı ilə törətmiş olduğu cinayətə görə həbs edilmiş və müvafiq sənədlərin toplanması yarımçıq qalmışdır. xx.xx.2022-ci il tarixdə qeyd olunan 0,12 ha torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına dair X26 Bakı şəhəri 17 saylı Notariat ofisində İddiaçı qızma xx.xx.2032-ci ilə qədər, 7E-4871 Reyestr nömrəli 10 illik etibarnamə vermişdir. İddiaçı müvafiq sənədləri toplamış, lakin X11 xx.xx.2023-cü il tarixdə "durğunluq ürək çatmazlığı" səbəbindən vəfat etməsi nəticəsində iş yarımçıq qalmışdır. xx.xx.2023-cü il tarixdə 0,12 ha torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına dair X11 vərəsəsi X17 Bakı şəhəri 17 saylı Notariat ofisində İddiaçı xx.xx.2073- cü ilə qədər, 7E-8324 Reyestr nömrəli 50 illik mülki etibarnamə vermişdir. İddiaçı müvafiq sənədləri toplamağa davam etmiş, lakin X17 iddiaçıya verdiyi etibarnaməni ləğv etdirmiş, X11 adına qeyd olunan 0,12 ha torpaq sahəsinin satılmadığını, həyətdə olan tikililəri inşa etdiyini və əlavə 0,18 ha torpaq sahəsinin də ona məxsus olduğunu bildirmişdir. İddiaçı bir müddət başqa ünvanda yaşadığı üçün Cavabdeh Bəhrəm qızı onun yoxluğundan istifadə edərək ona məxsus hissədə yerləşən evin qapısının kilidini sındırmış, iddiaçıya məxsus əşyaları mənimsəmiş, qapının açarını dəyişmiş, mərhum həyat yoldaşının inşa etdiyi fərdi yaşayış evinə buraxmamışdır. Cavabdeh Bəhrəm qızı atası X7 anası X21ma miras qalmış 0,12 ha torpaq sahəsinə dair heç bir subyektiv hüququ yoxdur. Onun qeydiyyatı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar sahəsi, Bağ evi 382 "A” ünvandadır və faktiki olaraq mirası qəbul etməmişdir. Bundan əlavə Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 175 nömrəli qərarı ilə, Maştağa tərəvəzçilik-südçülük sovxozunun həmkarlar komitəsinin əmək kollektivi şurasının 10 sentyabr 1991-ci il tarixli, 6 nömrəli birgə qərarı və həmin sovxozun 12 sentyabr 1991-ci il tarixli 66 nömrəli əmrinə əsasən X11 adına 0,12 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin yerləşmə cizgisi mövcud deyil. Cavabdeh Bəhrəm qızı tərəfindən, iddiaçının istifadəsində olmuş əlavə 0,18 ha torpaq sahəsi də zəbt edilmişdir. Ona həmin torpaq sahəsinin boşaldılması barədə dəfələrlə müraciət edilsə də, əhəmiyyət verməmişdir. Cavabdehin həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi olmadığı üçün ərazisi 0,18 ha olan torpaq sahəsini dəyərdəyməzinə satmaq istəyir. Məhkəməyə təqdim olunmuş "xxxx" ASC-nin Abunə haqqında Aktiv və Reaktiv göstəricilərinə əsasən ünvan 4 ünvanına verilmiş **********10038 nömrəli abonent kodu, xx.xx.2010-cu il tarixdən quraşdırılmış elektrik sayğacları İddiaçı həyat yoldaşı, X9 adına və «AZƏRİQAZ»İB-nin GASREPinə əsasən həmin ünvana verilmiş **********00001 nömrəli abonent kodu, 1202AQ**********6 nömrəli qaz sayğacı onun qaynatası, X10 adınadır. Həmçinin, məhkəməyə təqdim olunmuş Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, F 542 nömrəli Arxiv Çıxarışı onun adına ünvanlanıb. 17 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 725 nömrəli arayışına əsasən xx.xx.2012-ci il tarixdə vəfat etmiş X9 vərəsələri müəyyən edilmişdir. 10.Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 verdiyi ifadəsində bildirmişdir ki, 30-35 ildir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi onların istifadəsindədir. Onlara belə bir məlumat daxil olmuşdur ki, xanım qıfılı sındırıb içəri girmişdir. Onlar da ataları ilə birlikdə bu məsələni aydınlaşdırmaq üçün ora getmişlər. Cavabdeh torpaq sahəsinin ona atasından qaldığını bildirmişdir. X27 izahatında həmin sahəni onun atası Bəhrəm kişidən almış, sonra atası oranı qardaşına vermişdir. Qardaşı da oranı əkib-becərirdi. Təqribən həmin ərazinin sahəsi 36 sot olmalı idi. 18 sot özlərində olmuş, 12 sotunu isə Bəherəm kişidən almışdılar. 11.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 13 sentyabr 2024-cü il tarixli, 2(008)-4546/2024 saylı qətnaməsi ilə (hakim-Ruslan Mirzəliyev) iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. 12.Məhkəmə iş üzrə gəldiyi nəticəni əsaslandırarkən tərəflər arasında tərtib edilmiş yazılı əqdə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında yaranan mülki münasibətlər 1990-cı ildə yarandığına görə həmin mübahisənin həlli üçün həmin vaxt qüvvədə olan mülki qanunvericiliyin müddəaları nəzərə alınmalıdır. 13.Belə ki, xx.xx.2000-ci il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Müki Məcəlləsinin 39-cu maddəsinə əsasən, vətəndaşların və təşkilatların mülki hüquqlarının vəya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Əqdlər birtərəfli, iki və ya çoxtərəfli (müqavilələr) ola bilər. Əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə əqdlər və notariat qaydasında təsdiq edilməli olan əqdlər. 14.Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanununa görə qüvvədən düşmüş Azərbaycan SSR Mülki Məcəlləsinin 41-ci maddəsinə əsasən aşağıdakı əqdlər yazılı formada bağlanmalıdır: 1) bu Məcəllənin 40-cı maddəsində göstərilən əqdlər, SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə barəsində sair qayda nəzərdə tutulan bəzi əqd növləri istina olmaqla, dövlət, kooperativ və sair ictimai təşkilatların öz aralarındakı və bu təşkilatlarla vətəndaşlar arasındakı əqdlər; 2) bu Məcəllənin 40-cı maddəsində göstərilən əqdlər, SSR İttifaqı və ya Azərbaycan SSR qanunvericiliyində göstərilən sair əqdlər istisna olmaqla, vətəndaşlar arasında minimum əmək haqqının iki mislindən artıq məbləğə bağlanan əqdlər; 3) vətəndaşlar arasında, qanunla yazılı formada olması tələb edilən digər əqdlər. Təşkilatlar və ya təşkilatla vətəndaş arasındakı əqdlər yazılı formada olmadığı hallarda, malın dəyərini və ya göstərilmiş xidmətin əvəzini ödəmiş olan təşkilat digər tərəfdən pulun alınmasını və onun alınması əsasını təsdiq edən yazılı sənəd almalıdır. Yazılı əqdlər onları bağlayan şəxslər tərəfindən imzalanmalıdır. Əgər vətəndaş fiziki qüsuruna, xəstəliyinə və ya hər hansı sair səbəblərə görə əqdi özü imzalaya bilmirsə, onun tapşırığı ilə başqa vətəndaş imzalaya bilər. Başqasının əvəzinə əqdi imzalayan şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, əqdi bağlayan şəxsin işlədiyi və ya oxuduğu tşkilat, yaxud onun yaşayış yeri üzrə mənzil-istismar təşkilatı, yaxud müalicədə olduğu stasionar müalicəxanasının müdiriyyəti, yaxud notariat orqanı tərəfindən, kənd yerində isə yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilməlidir. 15.Həmin Məcəllənin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. 16.İstinad edilən dövrün qanunvericiliyinə əsasən daşınmaz əmlakla bağlı həyata keçirilən alğısatqı müqavilələrinin notariat formasında bağlanması məcburi hesab edilirdi. Lakin Mülki Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda notarial formaya riayət edilmədən bağlanan əqddə məhkəmə tərəfindən bağlanmış hesab edilə bilərdi. Köhnə Mülki Məcəllənin 43cü maddəsinə əsasən, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. 17.Lakin göründüyü kimi, mülki iş materiallarında tərəflər arasında həmin dövrdə bağlanmış hər hansı bir formalı alğı-satqı müqaviləsinə rast gəlinmir və iddiaçı tərəfdən hər hansı bir formada belə müqavilənin bağlanmasını sübut edən sənəd təqdim edilməmişdir. Yuxarıda istinad olunanlara əsasən, məhkəmə qeyd edir ki, tərəflər arasında hər iki tərəfin iradəsini aydın şəkildə ifadə edən sadə yazılı formada əqd bağlanmamışdır. 18.Məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırki iddianı verərkən subyektiv hüququnun olması ilə bağlı istinad etdiyi dəlillər artıq mövcud deyildir. 19.Həmçinin məhkəməyə müraciət etmiş şəxs özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. 20.Mülki iş materiallarından aydın olur ki, iddiaçının Sabunçu rayonu, Maştağa tərəvəzçiliksüdçülük sovxozu ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. 21.Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini rədd edərək qeyd etmişdir ki, iddiaçının hazırki tələblə bağlı, hazırki cavabdehə qarşı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. 22.Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab etmişdir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. 23.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcələsinin 6, 16.1, 146.1, 146.2, 152.5, 164.1-ci;xx.xx.2000-ci il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Müki Məcəlləsinin 39-cu; Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanununa görə qüvvədən düşmüş Azərbaycan SSR Mülki Məcəlləsinin 41 və 43-cü; “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci, “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsinin qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X3rşı” iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarına, “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına, “Marks Belçikaya qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarına, “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarında Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Qərarına; “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarına;Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2, 119.1, 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 24.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 25.Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflivə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, cavabdeh tərəfindən məhkəməyə heç bir mötəbər sübut növləri təqdim edilmədən 2(008)- 4546/2024 saylı qətnamə qəbuletmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4546/2024 saylı qətnaməsində qanunvericiliyin yuxarıda istinad etdiyi normalarının tələblərinə əməl olunmamışdır. Qətnamənin hissələrindən də görünür ki, məhkəmə sənədləri sadalamaqla vəzifəsini bitmiş hesab etmiş, gəldiyi nəticəni hüquqicəhətdən əsaslandırmamışdır. Həmin qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edildiyindən və düzgün hüquqi nəticəyə gəlmədiyindən əsaslı sayıla bilmədiyi üçün qanunsuzdur və ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 26.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır c)Məhkəmə icraatı iştirakçılarının izahatları 27.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 28.İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq xx.xx.2000-ci ilə tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 29.Maddə 39.Vətəndaşların və təşkilatların mülki hüquqlarının vəya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Əqdlər birtərəfli, iki və ya çoxtərəfli (müqavilələr) ola bilər. Əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə əqdlər və notariat qaydasında təsdiq edilməli olan əqdlər. 30.Maddə 43.Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 31.Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 32.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 34.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 36.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 37.Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 38.Belə ki, iddiaçı tələbində “0,12 ha torpaq sahəsi barədə alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Maştağa tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən 0,12 ha torpaq sahəsi barədə X26 ilə X23 arasında alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 39.Göründüyü kimi, əqdin bağlanılmasını xahiş etdiyi X23 iddiaçının qaynatası olmaqla sağdır. 40.M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. 41.Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 42.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırki halda iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. 43.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hal-hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüququ olmamaqla iddia tələbi düzgün olaraq təmin edilməmişdir. 44.Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 45.Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 46.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 47.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 48.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 49.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 2(008)-4546/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-543/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-543/2025
15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver