Məhkəmə qərarları › İş №2(103)-5437/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5437/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5437/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Yusifli Şəhriyar Qurban oğlunun iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Həsənova Rəmziyə Telman qızına, Səfərov Aydın Kərim oğluna və Şərifov Həsən Tərlan oğluna qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 634/2017 saylı, 14 aprel 2021-ci il tarixli qərardadından Şərifov Həsən Tərlan oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabdehlər “xxxx” MMC, Həsənova Rəmziyə Telman qızı, Səfərov Aydın Kərim oğlu və Şərifov Həsən Tərlan oğluna qarşı iddia ərizəsi və sonradan iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxx” MMC ilə Şərifov Həsən Tərlan oğlundan birgə qaydada iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdeh “xxxx” MMC ilə “xxxx” ASC-nin arasında bağlanmış 24 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 2.000.000 manat məbləğində əsas və 187.333,26 manat məbləğində faiz, 29 sentyabr 2014-cü il tarixli müqaviləyə əsasən 2.000.000 manat məbləğində əsas, 235.663,98 manat məbləğində faiz olmaqla, ümumilikdə 4.000.000 manat məbləğində əsas borcun və 422.997,24 manat məbləğində borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 95 manat məbləğində vəsaitin tutulması, tələbin cavabdehlər Səfərov Aydın Kərim oğlu ilə “xxxx” ASC arasında bağlanmış 22 iyul 2014-cü il tarixli, 134 nömrəli ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Nərimanov küçəsində yerləşən 4a nömrəli qeyri-yaşayış binasına, Həsənova Rəmziyə Tərlan qızı ilə “xxxx” ASC arasında bağlanmış 31 iyul 2014-cü il tarixli, 134/001 nömrəli ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan, Sumqayıt şəhəri, Novxanı bağ sahəsində yerləşən 5098A nömrəli torpaq sahəsinə, Şərifov Həsən Tərlan oğlu ilə “xxxx” ASC arasında bağlanmış 30 sentyabr 2014-cü il tarixli, 134/002 nömrəli ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 6,0001 ha ərazisi olan torpaq sahəsinə, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 2,015 ha ərazisi olan torpaq sahəsinə, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 5,1001 ha ərazisi olan torpaq sahəsinə, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 2,56 ha ərazisi olan-torpaq sahəsinə, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 2,02 ha ərazisi olan torpaq sahəsinə, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 2,0199 ha ərazisi olan torpaq sahəsinə, Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 4.5 ha ərazisi olan torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli, 2(005)- 634/2017 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, cavabdehlər “xxxx” MMC və Şərifov Həsən Tərlan oğlundan müştərək qaydada 24 iyul 2014-cü il tarixli 001 nömrəli kredit razılaşması üzrə 2.000.000 manat məbləğində əsas və 187.333,26 manat məbləğində faiz borcu, 29 sentyabr 2014-cü il tarixli 002 nömrəli kredit razılaşması üzrə 2.000.000 manat məbləğində əsas və 235.663,98 manat məbləğində faiz borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 4.422.997,24 məbləğində borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün bank xərci və xidmət haqqı olaraq ödənilmiş 95 manat məbləğində pul vəsaitinin iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, tutulan məbləğ ilkin satış qiyməti 5.020.000 manat məbləğində müəyyən edilməklə cavabdeh Səfərov Aydın Kərim oğluna məxsus olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Nərimanov küçəsində yerləşən 4a nömrəli qeyri-yaşayış binasına 0,43003 ha torpaq sahəsi ilə birgə; ilkin satış qiyməti 275.000 manat məbləğində müəyyən edilməklə cavabdeh Həsənova Rəmziyə Tərlan qızına məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ sahəsində yerləşən 5098A saylı torpaq sahəsinə; ilkin satış qiyməti 45.300 manat məbləğində müəyyən edilməklə, cavabdeh Şərifov Həsən Tərlan oğluna məxsus olan Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 4,5 ha ərazisi olan torpaq sahəsinə; ilkin satış qiyməti 20.300 manat məbləğində müəyyən edilməklə cavabdeh Şərifov Həsən Tərlan oğluna məxsus olan Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 2,0199 ha ərazisi olan torpaq sahəsinə; ilkin satış qiyməti 21.200 manat məbləğində müəyyən edilməklə cavabdeh Şərifov Həsən Tərlan oğluna məxsus olan Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 2,02 ha ərazisi olan torpaq sahəsinə; ilkin satış qiyməti 25.500 manat məbləğində müəyyən edilməklə cavabdeh Şərifov Həsən Tərlan oğluna məxsus olan Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 2,56 ha ərazisi olan torpaq sahəsinə; ilkin satış qiyməti 51.200 manat məbləğində müəyyən edilməklə cavabdeh Şərifov Həsən Tərlan oğluna məxsus olan Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 5,1001 ha ərazisi olan torpaq sahəsinə; ilkin satış qiyməti 60.300 manat məbləğində müəyyən edilməklə cavabdeh Şərifov Həsən Tərlan oğluna məxsus olan Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 6,0001 ha ərazisi olan torpaq sahəsinə; ilkin satış qiyməti 20.200 manat məbləğində müəyyən edilməklə cavabdeh Şərifov Həsən Tərlan oğluna məxsus olan Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 2,015 ha ərazisi olan torpaq sahəsinə yönəldilməsi, cavabdeh Səfərov Aydın Kərim oğluna məxsus olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Nərimanov küçəsində yerləşən 4a nömrəli qeyri-yaşayış binası ilə 0,43003 ha torpaq sahəsi, cavabdeh Həsənova Rəmziyə Tərlan qızına məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ sahəsində yerləşən 5098A saylı torpaq sahəsi, cavabdeh Şərifov Həsən Tərlan oğluna məxsus olan Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 4,5 ha ərazisi olan torpaq sahəsi, cavabdeh Şərifov Həsən Tərlan oğluna Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 2,0199 ha ərazisi olan torpaq sahəsi, cavabdeh Şərifov Həsən Tərlan oğluna Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 2,02 ha ərazisi olan torpaq sahəsi, cavabdeh Şərifov Həsən Tərlan oğluna Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 2,56 ha ərazisi olan torpaq sahəsi, cavabdeh Şərifov Həsən Tərlan oğluna cavabdeh Şərifov Həsən Tərlan oğluna Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 5,1001 ha ərazisi olan torpaq sahəsi, cavabdeh Şərifov Həsən Tərlan oğluna Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 6,0001 ha ərazisi olan torpaq sahəsi, cavabdeh Şərifov Həsən Tərlan oğluna Qəbələ rayonu, Mamaylı kəndində yerləşən 2,015 ha ərazisi olan torpaq sahəsinin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına “xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsinin mülkiyyətçilərə qaytarılması, ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər “xxxx” MMC və Şərifov Həsən Tərlan oğlundan müştərək qaydada dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər “xxxx” MMC, Həsənova Rəmziyə Telman qızı, Səfərov Aydın Kərim oğlu və Şərifov Həsən Tərlan oğluna qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli qətnaməsindən cavabdeh Şərifov Həsən Tərlan oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli qətnaməsi apelyasiya şikayətinə əsasən cavabdeh Həsən Şərifova münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2018-ci il tarixli 2(103)-10330/2017 nömrəli qərardadı ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər “xxxx” MMC, Həsənova Rəmziyə Telman qızı, Səfərov Aydın Kərim oğlu və Şərifov Həsən Tərlan oğluna qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2017-ci il tarixli qətnaməsindən cavabdeh Şərifov Həsən Tərlan oğlu tərəfindən verilmiş kassasiya şikayəti qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd müvafiq şikayətə əlavə edilmədiyindən qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2018-ci il tarixli qərarı ilə cavabdeh Həsən Şərifov və vəkili Surrət Məmmədov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2017-ci il tarixli qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli 2(005)- 634/2017 nömrəli məktubu ilə bəhs olunan məhkəmənin qeyd edilən icra vərəqəsi icra olunması üçün müvafiq icra şöbələrinə icra olunması üçün göndərilmişdir. Cavabdeh Həsən Şərifov və vəkili Surrət Məmmədov Nərimanov Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli qərardadından şikayət verərək, qeyd edilən qərardadın ləğv edilməsi, əks təqdirdə şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Həmin qərardaddan Həsən Şərifovun verdiyi şikayət məhkəmənin 30 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehin vəkili Surrət Məmmədov tərəfindən mübahisəndirilən Nərimanov Rayon Məhkəməsinin 12 dekabr 2017-cı il tarixli, 2(005)-634/2017 nömrəli qərardadı mülki işin materiallarında müəyyən edilməmişdir. Yəni, ümumiyyətlə mövcud olmayan 12 dekabr 2017-ci il tarixli qərardadının ləğv edilməsi xahiş olunmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 634/2017 saylı, 14 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar