Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5438/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(005)-1360/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X1 cavabdeh X2 qarşı iddia İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1 659 241,67 manat borcun İddiaçı MMC-nin xeyrinə tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddianı təmin etmə tədbirinin görülməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək Seriya MA 001925 saylı 09.12.2009-cu il tarixli Çıxarışa əsasən cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 810 kv.m. ibarət qeyri yaşayış kompleksinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(005)- 1360/2021 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddianın təmini tədbiri barədə ərizəsi qismən təmin edilərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 810 kv.m. ibarət qeyri yaşayış kompleksinin (Seriya MA 001925 saylı 09.12.2009-cu il tarixli Çıxarış) özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət vermiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(005)-1360/2021 nömrəli qərardadının ləğv edilərək, iddianın təmini tədbiri barədə ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Belə ki, qeyd olunan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 810 kv.m. ibarət qeyri yaşayış kompleksi iddianın predmeti deyil və tələbin icrası həmin əmlakın satılması ilə şərtləndirilməməlidir. Odur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(005)-1360/2021 nömrəli qərardadı ləğv edilməli, iddianın təmini tədbiri barədə ərizə rədd edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflərə məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(005)-1360/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1, 158.1.2, 158.1.3cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Yuxarıda qeyd olunan mülki qanunvericiliyin tələblərinə əsasən iddianı təmin etmək barədə qəbul edilmiş qərardad müvəqqəti xarakter daşıyır və iş üzrə gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən hallara dair şübhələr olduqda iddianın təmin etmək üçün nəzərdə tutulmuş tədbirlər görülə bilər. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, iddianın təmini tədbiri kimi özgəninkiləşdirilməsi qadağan edilmiş qeyri-yaşayış sahəsi iddia tələbinin predmeti olmasa da, hazırda tərəflər arasında mübahisə edilən müqavilənin predmetidir və həmin müqavilə üzrə cavabdehdən pul ödənilməsi tələb olunur. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(005)-1360/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(005)-1360/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5438/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5438/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver