Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5438/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5438/2025 (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4187/2025 nömrəli 08 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 31 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhər Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Səid Rüstəmov küçəsi, ev 11H İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2347/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, Cavabdeh ilə, X5 arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 518 nömrəli akt qeydi ilə tərtib olunmuş 26 may 2010-cu il tarixli nikahın pozulması, Cavabdeh ilə, X3 birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X10, 18 may 2011- ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X9 iddiaçı Cavabdeh himayəsində saxlanılması, cavabdeh X2 iddiaçı Cavabdeh ilə cavabdeh X3 birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X7, 18 may 2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh xeyrinə hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli miqdarında sonrakı artımlara nəzərə alınaraq (400x0.5=200) aliment tutulması qət edilmişdir.
3. 21.02.2025-ci il tarixli bildirişin (xəbərdarlıq) surətindən görünür ki, iddiaçı, Cavabdeh evdən çıxmasını və mənzilin boşaldılmasını tələb etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evdən Cavabdeh və qeyrilərinin əşyaları ilə birlikdə çıxarılmaqla boşaldılması, vurulmuş 3000 manat maddi və 5000 manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvandan Cavabdeh, uşaqları X10, X8, X6 çıxarılması, mənzilin tamamilə boşaldılması və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Cavabdeh, oğlu X5 ilə evləndikdən sonra onların mənzil şəraitini yaxşılaşdırmaq və rahat yaşayışlarını təmin etməkdən ötrü şəxsi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evi onların müvəqqəti istifadəsinə vermişdir. Sonradan onlara Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ayrıca ev almış, lakin cavabdeh və ailəsi həmin evə köçməkdən müxtəlif bəhanələrlə imtina etmişdir. Onun şəxsi mülkiyyətində olan evi boşaltmaqla, çıxması barədə tələblərinə məhəl qoymamış və həmin evi yandıracağı ilə hədələmişdir. Cavabdeh idiaçının evi dərhal könüllü boşaltması barədə göndərdiyi təklifini 28 fevral 2025-ci il tarixdə qəbul etsə də, evi boşaltmaqdan imtina etmişdir. İddiaçının oğluna qarşı “nikahın pozulması və aliment” barədə qaldırdığı iddia tələbinə Sabunçu Rayon Məhkəməsində baxılaraq 2(008)-2347/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qətnamə ilə təmin edilmişdir. Onun həmin evə rəsmi qeydiyyatı yoxdur. Cavabdeh məqsədi onun mülkiyyətində olan evi ələ keçirmək, orada öz istədiyi kimi yaşamaq və özününküləşdirməkdir. O şəhid atasıdır. Həm özü, həm də həyat yoldaşı xəstə olduqlarından, davamlı müalicələri üçün maliyyə vəsaitinə ehtiyacları yaransa da, cavabdeh illər ərzində onların tələblərinə baxmayaraq mülkiyyətində olan məzili boşaltmamış və iddiaçı evi kirayə verərək müəyyən xərclərini qarşılaya bilsin. Halhazırda öz mülkiyyətində olan evdə yaşamaq istəyir və buna cavabdeh imkan vermir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı 3000 (üç min manat) maddi zərərə düşmüşdür. İddiaçı mülkiyyət hüququnun pozulması səbəbindən əmlakından və real faydadan məhrum olmuşdur. Onun qanunsuzluğu və özbaşınalığı səbəbindən dərin sarsıntı keçirərək mənəvi zərərə də uğramışdır. ünvan 3 ünvanda yerləşən ev onun şəxsi mülkiyyətindədir və bununla bağlı AR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi Çıxarış verilmişdir. Göründüyü kimi Cavabdeh özbaşınalığından və qanunsuz hərəkətlərindən şəxsi mükiyyətində olan mənzildə yaşaya və istədiyi kimi müstəqil sərəncam verə bilmir. Odur ki, Cavabdeh qanusuz və özbaşına hərəkətlərinə son qoyulmalı, ona məxsus evi dərhal boşaltmalıdır.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 iyul 2025-ci il tarixli 2(008)-4187/2025 nömrəli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddianın təmin edilməsi, Cavabdeh yetkinlik yaşına çatmayan övladları X10, X8 və X6 onlara aid əşyaları ilə birlikdə İddiaçı məxsus ünvan 3 nömrəli evdən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.
8. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh mübahisəli mənzilə 2010-cu il tarixdə iddiaçının oğlu Mürsəl Əliyevlə nikaha girərək köçmüş və tərəflər arasında olan nikah Sabunçu Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya məxsus olan mənzildə yaşamasına heç bir qanuni əsas yoxdur, onun mübahisəli mənzili tərk etməməsi iddiaçının mülkiyyət hüququ əsasında ona məxsus olan əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirməsinə mane olduğundan, mülkiyyətçi kimi onun qanunla qorunan hüquqlarını pozmuş olduğundan tələb təmin edilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 228.2, 228.5, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, hazırkı məhkəmə proseslərindən məlumatsız olmuşdur, iddiaçı poçtdan məhkəmədən onun adına gələn məktubları özü götürmüş və onun məhkəmədə müdafiə hüquqlarını pozmuşdur. Məhkəmə ancaq, rəsmi nikahın bağlanmasına tərəflər arasında hüquq münasibətlərinin yaranmasına və maddi huquq normalarının tətbiqinə istinad etmişdir. Halbuki, işdən göründüyü kimi tərəflərin cavabdehin iddiaçının oğlundan 1-ci övladı xx.xx.2009-cu il tarixdə anadan olmuş, həmin ev iddiaçının adına xx.xx.2021-ci il tarixdə çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh həmin evə köçərkən ev özəlləşdirilməmiş, həmçinin iddiaçının oğlu ilə cavabdeh xx.xx.2008-ci ildə oğlan-qız toyunu birlikdə etmiş və ailə qurmuşlar. Mübahisələndirlən evə də həmin vaxtdan cavabdeh köçmüş və onun razılığı ilə burada yaşamağa başlamışlar, 1 dənə1 mərtəbəli 2 otaqlı ev tikmişlər, 1 dənə 5X6 metr ölçüdə mal damı tikmişlər, 1,20 metr hündürlüyündə 10 metr uzünluğunda hasar çəkmişlər, qaldıqları evi təmir etmişlər-isti pol çəkmişlər, sanuzeli təmir edib, kafel-metlax vurmuşlar, kombi çəkmişlər-təkcə sonuncu görülmüş işlərə 10000 manat pul xərçləmişlər. Cavabdeh həmin evə köçərkən Azərbaycan SSR Mənzil Məcəlləsi qüvvədə olmuşdur. İş üzrə də həmin Məcəllənin 53-cümaddəsi tətbiq edilməli olduğu halda edilməmişdir. Belə ki, işdən göründyü kimi mübahisəndirlən evə cavabdeh iddiaçının razılığı ilə köçmüş, onun ailə üzvü kimi burada yaşamış və evə (mənzilə) istifadə hüququ əldəetmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, ev təxminən torpaq sahəsi ona ayrıldığı vaxtlarda - 2000ci illərdə tikilmiş və təmir olunmuşdur. Cavabdeh gəlin gələndə ev artıq təmir olunmuşdur. Əlavə hər hansı təmir işləri cavabdeh tərəfindən aparılmamışdır. Oğluna Kürdəxanı qəsəbəsində ev alsa da, onlar yeni evə köçməmişlər və cavabdeh uşaqları ilə birlikdə onun mülkiyyətində olan evdə yaşamağa davam edir.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
16. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur.
18. Maddə 29, İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19.Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 20.Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 21.Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
24. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
25.Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
31. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 32.Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməlidir, iddia təmin olunmalıdır.
37. Kollegiya əvvəla qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini düzgün müəyyən etməmiş və maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu hal qətnamənin ləğvi üçün əsasdır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır... Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.”
39. Lakin birinci instansiya məhkəməsi tərəfindən Konstitusiya Məhkəməsi tərəfindən formalaşdırılan mövqe nəzərə alınmamışdır. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında münasibətlər 2009-cu il oktyabrın 1-dən sonra yaranmışdır. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cii maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
40. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Abşeron rayon AİK-in xx.xx.2008-ci il tarixli qərarı ilə iddiaçıya ayrılmış mübahisəli torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evinə iddiaçının hüquqları xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır.
41. Qeyd edilən hallar iş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan və fərdi yaşayış evinin Texniki Pasportundan müəyyən olunur.
42. Cavabdehin mübahisəli mənzilə 2008-ci ildə faktiki köçməsi, 2009-cu ildə uşaq doğması, 2010-cu il tarixdə iddiaçının oğlu Mürsəl Əliyevlə rəsmi nikaha girməsi hazırki halda heç bir əhəmiyyət kəsb etmir. Belə ki, mənzil üzərində hüquqlar 2021-ci ildə qeydiyyata alındığından, xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi tətbiq olunmalıdır.
43. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
44. Hazırki halda isə iddiaçı ilə cavabdehin bir-birilərinə münasibətdə yuxarıda qeyd edilən qohumluq əlaqələri müəyyən olunmadığından iddia tələbi təmin edilməlidir. Belə ki, cavabadeh iddiaçının oğlunun arvadı olmuşdur.
45. Azyaşlı uşaqlara münasibətdə Kollegiya qeyd edir ki, onlar cavabdehin himayəsinə olmaqla onunla birgə yaşayırlar. Yetkinlik yaşına çatmayanların yaşayış yeri isə valideynlərinin yaşayış yeri hesab olunur. Belə olduqda isə xx.xx.2009-cu ildə doğulmuş X10, xx.xx.2011-ci ildə doğulmuş X8 və xx.xx.2014-cü ildə doğulmuş X9 cavabdehlə birgə mənzildən çıxarılmalıdırlar.
46. Kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə verilməsinə görə ödənilmiş dövlət rüsumları ilə bağlı hər hansı tələb olmadığından rüsumlar onu ödəmiş tərəflərə aid edilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4187/2025 nömrəli 08 iyul 2025ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh, yetkinlik yaşına çatmayan övladları X10, X8, X9 onlara aid əşyaları ilə birlikdə İddiaçı məxsus ünvan 3 nömrəli evdən çıxarılsın və mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.