Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5441/2022 22.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Həmidov Həmid Üzeyir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-747/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilən şikayət üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X2 qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması, əmək haqqı və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 hərəkətləri qanunsuz hesab edilməsi, dəymiş mənəvi zərərə görə 20 000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-747/2022 saylı, 14 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-747/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərardadı ilə cavabdehin verdiyi apellyasiya şikayəti mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürüldüyündən geri qaytarılmışdır. Bundan sonra cavabdeh həmin qərardaddan şikayət vermiş, həmçinin şikayətində ötürülmüş prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini də xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin eyni saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kolegiyası şikayəti mülki iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, cavabdeh qərardaddan verdiyi şikayətində ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini də xahiş etmişdir (i/v 141-142). Rayon məhkəməsi tərəfindən qeyd edilən ərizəyə münasibət bildirilmədən apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə həmin qərardadında cavabdeh tərəfindən prosessual müddətin bərpasına dair ərizə verilmədiyini bildirmişdir. MPM-in 133.2-ci maddəsinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Qanunun tələbinə görə apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə.366.1, 366.2, 366.3.). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş cavabdeh tərəfindən verilmiş buraxılmış müddətin bərpası haqqındakı ərizəyə baxılaraq həll edilməsi üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş son dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402, 405, 406-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Nərimanov Rayon Məhkəməsinin 2(005)-747/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərardadından cavabdeh X3 tərəfindən verilən şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş cavabdeh tərəfindən verilmiş buraxılmış müddətin bərpası haqqındakı ərizəyə baxılaraq həll edilməsi üçün Nərimanov Rayon Məhkəməsinə göndərilsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Həmid Həmidov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5441/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5441/2022
22.07.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver