Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5441/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və ödənilməmiş əmək haqqının ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyun 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi X1, İddiaçı və iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla MMC arasında bağlanmış "xxxx" xitam verilməsi barədə cavabdeh MMC-nin T0075-24 №-li, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının və ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli "xxxx" əsasən MMC-nin Əmlak və Satınalma Departamentinin Əmlak Şöbəsinin “əmlak məsələləri üzrə kargüzar” vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə həmin Şöbənin “əmlak məsələləri üzrə assistent” vəzifəsinə, xx.xx.2023-cü il tarixdə isə “əmlak məsələləri üzrə kiçik mütəxəssis” vəzifəsinə keçirilmişdir. Bir işçi olaraq iddiaçının əmək funksiyaları və öhdəlikləri onunla bağlanmış “Əmək müqaviləsi” ilə müəyyən edilmişdir və iddiaçı tərəfindən həmin müqavilədə sadalanan hər hansı əmək funksiyası pozulmamış, işlədiyi müddət ərzində iddiaçıya hər hansı bir irad belə bildirilməmişdir. Buna baxmayaraq MMC-nin xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanmış "xxxx" xx.xx.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. İddiaçı həmin əmrlə razı deyil. Əmr əmək qanunvericiliyinin tələblərinə bütünlüklə ziddir. Belə ki, əmrdə göstərilmişdir ki, ştatlar ixtisar edilmişdir, buna görə də iddiaçı ilə bağlanmış "xxxx" xitam verilir. Lakin ştatların sayı ixtisara düşmüş olsa da, iddiaçı ilə eyni Şöbədə, eyni vəzifədə işləyən digər işçi (X5) hal-hazırda işini davam etdirir, həmin işçi ilə bağlanmış "xxxx" xitam verilməmişdir. Baxmayaraq ki, iddiaçı həmin işçidən daha çox iş təcrübəsinə malikdir. İşçilərin sayı azaldılarkən və ştatların sayı ixtisar edilərkən qanunvericiliyin 65-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması ilə əlaqədar attestasiya belə keçirilməmişdir. Belə olan halda iddiaçı ilə bağlanmış "xxxx" yuxarıda qeyd edilən əsasla xitam verilməsi hüquqi baxımdan mümkün deyildir. Bundan əlavə Qubadlı rayonundan məcburi köçkün olan iddiaçının ailəsi 4 nəfərdən ibarətdir və özünün himayəsində 2 azyaşlı övladı vardır. İddiaçı, ailənin yeganə qazanc gətirəni olduğundan hazırda işsiz olduğu üçün ailəsinin maddi vəziyyəti acınacaqlı durumdadır. Cavabdeh MMC qanunvericiliyin 78-ci maddəsində göstərilən diqqətəlayiq halları nəzərə almadan iddiaçı ilə bağladığı "xxxx" əsassız olaraq xitam vermiş və onu işindən, eləcə də qazancından məhrum etmişdir. b) cavabdehin iddiaya etirazı barədə məlumat
3. Cavabdeh MMC-nin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı heç bir əsas olmadığı halda xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində onunla bağlanmış "xxxx" qanunsuz olaraq xitam verildiyini, o cümlədən işəgötürən – MMC tərəfindən onunla bağlanılmış "xxxx" xitam verilən zaman Əmək Məcəlləsinin 65, 78 maddələrinin və 70-ci maddəsinin "xxxx" bəndinin tələblərinin pozulduğunu qeyd etmişdir. İddiaçının mövqeyi tamamilə əsassızdır. Belə ki, iddiaçı ilə bağlanmış "xxxx" xitam verilən zaman qanunvericiliyin bütün tələblərinə əməl olunmuşdur. MMC, onunla iddiaçı arasında xx.xx.2018-ci il tarixində “Əmək müqaviləsinin” bağlanmasını nəzərə alaraq xx.xx.2023-cü il tarixdə iddiaçıya işçi sayının ixtisarı ilə bağlı xəbərdarlıq edərək, qanunvericiliyə uyğun olaraq 6 həftəlik xəbərdarlıq müddəti ərzində orta əmək haqqı saxlanılmaqla MMC-də fəaliyyətini davam etdirə biləcəyi və bu müddət ərzində həftənin hər iş günü MMC tərəfindən ona iş axtarmağa imkan yaradılacağı barədə məlumat vermişdir. Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, həmçinin bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ vardır ki, MMC də, bu hüququndan istifadə etmiş və iddiaçı ilə bağlanılmış "xxxx" xx.xx.2024-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam vermişdir. İşəgötürən “əmlak məsələləri üzrə kiçik mütəxəssis” vəzifəsində çalışan işçilərin sayını ixtisar edərkən qanunvericilikdə müəyyən edilmiş yuxarıda göstərilən meyarlarla yanaşı, həm də bu vəzifədə çalışan digər işçilərin peşəkarlıq səviyyəsini nəzərə almışdır ki, bu da məntiqlidir. Yəni bu vəzifədə çalışan işçilərin peşəkarlıq səviyyəsi müqayisə edilərək ixtisar ediləcək işçini işəgötürən müəyyən etmiş və gələcəkdə zəruri olduğu halda ixtisar edilən işçinin işini görə bilən işçi də, müəyyən edilmişdir. Qanunvericilikdə işçilərin ixtisar edilməsi və peşəkarlıq səviyyəsinin yüksəkliyinin müəyyən edilməsi ilə bağlı qaydaların və ya meyarların müəyyən edilməsi nəzərdə tutulmamışdır. Bu halda ixtisar zamanı işçinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi işəgötürənin müstəsna hüququdur ki, işəgötürən də, bu hüququndan istifadə edərək görülən işlərin xarakteri (yəni onun çalışdığı sahədə bu işlərin digər ərazilərdə çalışan “əmlak məsələləri üzrə kiçik mütəxəssislər” tərəfindən yerinə yetirilməsi imkanları) nəzərə alınmaqla MMC iddiaçının ixtisar edilməsi qənaətinə gəlmişdir. İddiaçının "xxxx" xitam verildiyi tarixdə MMC-də işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısının alınması və maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə bəzi ştatlar üzrə işçi sayı azaldılmış və işəgötürənin mülahizəsinə əsasən peşəkarlıq səviyyəsi daha yüksək olan işçilər müvafiq vəzifələrdə saxlanılmışdır. Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsi yalnız peşəkarlıq səviyyəsinin eyni olduğu hallarla əlaqədar olduğundan cari vəziyyətdə həmin maddənin pozuntusundan söz gedə bilməz. Əmək Məcəlləsinin 65-ci maddəsinin pozulması iddiasına münasibətdə isə bildirmişlər ki, məzmunundan da, aydın olduğu kimi bu maddə bir işçiyə münasibətdə deyil, bütün işçilər arasında ümumi peşəkarlıq səviyyəsinin müəyyən olunması hallarına münasibətdə nəzərdə tutulmuşdur. Həmçinin bu halda belə attestasiyanın keçirilməsi imperativ deyil, dispozitiv norma şəklində müəyyənləşdirilmişdir. Yəni işçilər arasında peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə attestasiyanın keçirilməsi işəgötürənin vəzifəsi deyil, hüququnu təşkil edir. Habelə, işçilərin attestasiyası nəticəsində əmək müqaviləsinə xitam verilməsi öz növbəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə tənzimlənir ki, bunun əsasları müvafiq maddələrdən də, göründüyü kimi işçilərin ixtisarı əsaslarından tamamilə fərqlənir. Beləliklə, cavabdeh MMC tərəfindən iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinin” ləğv edilməsinin qanunvericiliklə tələb olunan bütün qaydalarına dəqiqliklə və obyektivliklə əməl olunmuşdur.
4. Cavabdeh MMC-nin nümayəndəsi həmçinin “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizə verərək qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdən etibarən ştat vahidinin ixtisarı ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyini bildiyi təqdirdə xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi üçün müraciət etmişdir. Müvafiq olaraq xx.xx.2024-cü il tarixdə mediasiya sessiyası keçirilmiş və iddiaçıya həmin tarixdə “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim edilmişdir. İddia müddətini axımı xx.xx.2023-cü il tarixdə başlamış, iddiaçının mediasiyanın tətbiqi ilə əlaqədar müraciət etdiyi tarixdə, yəni xx.xx.2024-cü il tarixdə müddətin axımı dayandırılaraq müvafiq arayışın təqdim edildiyi gündən – xx.xx.2024-cü tarixindən iddia müddətinin axımı bərpa olunmuşdur. Odur ki, iddia tələbinə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti tətbiq olunmalıdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsi ilə bağlı MMC-nin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsini, iddiaçının məşğulluq təsnifatı üzrə: “qiymətləndirici, daşınmaz əmlak, əmək müqaviləsi üzrə: əmlak məsələləri üzrə kiçik mütəxəssis” vəzifəsinə bərpa olunmasını, işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqının iddiaçıya ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini, məhkəmə xərclərinin dövlət büdcəsinə aid edilməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh MMC-nin nümayəndəsi iddiaçının xx.xx.2024-cü il tarixli əmrin və özünün adına olan “Əmək kitabçasını” xx.xx.2024-cü il tarixdə aldığını bildirsə də bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmiş, yalnız iddiaçının xx.xx.2024-cü il tarixdə yazdığı ərizəni əsas gətirmişdir, lakin ərizənin məzmunundan görünür ki, həmin ərizədə qeyd edilmişdir ki, iddiaçı, onun adına olan telefon qırıldığına görə son haqq hesabdan 116,52 manat tutulmasına etiraz etmədiyi bildirmişdir. İddiaçı isə əmək kitabçasını və əmrin surətini təxminən 10 gün sonra əldə etdiyini bildirmiş və bu hal cavabdehin nümayəndələri tərəfindən təkzib olunmamışdır. İddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2024-cü il tarixdə MMC-yə təklif göndərilmişdir. MMC-nin ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixdə arayış verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əməl etməklə hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir. Bundan başqa iddiaçı əmək kitabçasını və əmrin surətini xx.xx.2024-cü il tarixdə götürmüş olsa belə xx.xx.2024-cü il tarixi bazar günü, yəni qeyri-iş günü olduğundan iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərməklə müddəti ötürmüş hesab olunmur. Belə olan halda iddia müddətinin tətbiq edilməsi üçün əsas yoxdur. Rayon Məhkəməsi həmçinin qeyd etmişdir ki, MMC, onunla iddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsinə əsas kimi təqdim etdiyi sübutlar işin faktiki halları ilə uyğun gəlmir. Belə ki, "xxxx" əlavədən göründüyü kimi iddiaçının əmək funskiyalarının konkret dairəsi müəyyənləşdirilmişdir. Rayon Məhkəməsi tələbin “ödənilməmiş əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı işə bərpa olunan zaman ona məcburi işburaxmaya görə əmək haqqı ödəniləcəyi üçün əlavə olaraq əmək haqqının ödənilməsini tələb etmək tamamilə əsassızdır və qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən iddia tələbi ödənilməmiş əmək haqqının ödənilməsi hissəsində təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat
7. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Əsasları iddiaya etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, işə baxmış Rayon Məhkəmədə işin faktiki halları tam araşdırılmamış, təqdim edilən sübutlara düzgün qiymət verilməmiş, nəticədə iddianın bir qisminin təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
9. Apellyasiya baxışında iştirak edən cavabdeh MMC-nin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddiaya etirazın, habelə şikayətin məzmununa uyğun izahat verdi.
10. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdilər. f) apellyasiya baxışının hədləri barədə məlumat
11. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh MMC isə apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan aydın olur ki, MMC iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir.
12. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Apellyasiya baxışının predmetini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Əmək müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, iddiaçı həmin müqaviləyə və müqavilə əsasında verilmiş əmrə əsasən MMC-də “əmlak məsələləri üzrə kargüzar” vəzifəsinə işə qəbul edilmişdir. İşə başlama tarixi xx.xx.2018-ci il müəyyən edilmişdir. Müqavilədə əmək münasibətlərinin müddəti 6 ay göstərilmişdir.
16. “Əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, “Əmək müqaviləsinin” qüvvədə olma müddəti xx.xx.2020-ci il tarix kimi müəyyən edilmişdir.
17. “Əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, “Əmək müqaviləsinin” qüvvədə olma müddəti xx.xx.2023-cü il tarix kimi müəyyən edilmişdir. İşçinin (iddiaçının) vəzifəsinin (peşəsinin) adı “əmlak məsələləri üzrə assistent” qeyd edilmişdir.
18. “Əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, işçinin (iddiaçının) vəzifəsinin (peşəsinin) adı “əmlak məsələləri üzrə kiçik mütəxəssis” qeyd edilmişdir.
19. ASL708 nömrəli əmək müqaviləsinə əlavədən görünür ki, əmlak məsələləri üzrə kiçik mütəxəssisin vəzifə öhdəlikləri aşağıdakılardır: - potensial olan yeni yerlərin axtarışı; ROCİ ilə seçilmiş yerlərin inkişafı; yeni mağaza üçün yeni yerin təqdimatının hazırlanması; yeni icarə və təkliflər haqqında məktubların hazırlanması; yeni prosesə aid olan bütün icarə və kommersiya müqavilələrinin təsdiqi; icarə müqavilələri üzrə bütün kommersiya və qeyri-kommersiya şərtlərin təmin edilməsi; rəqibləri haqqında məlumatın toplanması və əməliyyat haqqında onların qiymətləri, satışı və metodun təhlil edilməsi; statistik məlumatların təhlili və gələcək şərait proqnozlaşmanın hazırlanması; məlumatların toplanması təhlili xaricində agentliklərin və məsləhətçiləri məsləhət görür; bazarın yenilənməsi; təyin olunan başqa tapşırıqların həyata keçirilməsi. Əmək müqaviləsinə əlavə xx.xx.2023-cü il tarixdən qüvvəyə minmişdir.
20. MMC üzrə əmək normalarının təkmilləşdirilməsi, işçilər arasında iş bölgüsünün optimallaşdırılması, əmək hasilatının artırılması və istehsalın daha səmərəli üsullarla idarə edilməsi ilə əlaqədar işçilərin xəbərdarlıq edilməsi barədə 057-23/K nömrəli, xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, pərakəndə satışın genişləndirilməsi şöbəsi: “pərakəndə satışın genişləndirilməsi üzrə menecer” – 1 ştat vahidi, “əmlak məsələləri üzrə böyük mütəxəssis” – 1 ştat vahidi, “əmlak məsələləri üzrə kiçik mütəxəssis” – 1 ştat vahidi ixtisar olunmuşdur.
21. İşçi sayının ixtisarı ilə bağlı iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqda qeyd olunmuşdur: “MMC-yə münasibətdə əmək stajınız beş ildən on ilədək olduğu üçün xəbərdarlıq məktubunu aldığınız vaxtdan etibarən altı təqvim həftəsi qabaqcadan çalışdığınız “Əmlak məsələləri üzrə kiçik mütəxəssis” vəzifəsinin xx.xx.2023cü il tarixli, 057-23/K №-li əmrə əsasən ixtisar ediləcəyi barədə rəsmi xəbərdar edilirsiniz. Əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial və digər münasibətləri əhatə edən əmək şəraiti yaratmaq məqsədilə işəgötürən sizə xəbərdarlıq müddətində orta əmək haqqı saxlanılmaqla həftənin hər iş günü iş axtarmağa imkan yaradılır. Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq müddəti başa çatdıqda orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdən çıxarma müavinəti ödənilməklə sizinlə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam veriləcəkdir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən sizin razılığınızla müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,4 misli ödənilməklə müvafiq əsasla əmək müqavilənizə xəbərdarlıq müddəti gözlənilmədən xitam verilə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilərsə, xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır”.
22. İşçinin ixtisarı ilə bağlı xəbərdarlıq məktubuna imza çəkməkdən imtina etməsi barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “əmlak məsələləri üzrə kiçik mütəxəssis” vəzifəsində çalışan iddiaçı xx.xx.2023-cü il tarixində ona təqdim edilmiş "xxxx" imzalamaqdan imtina etmişdir.
23. MMC-nin xx.xx.2024-cü il tarixli, T0075-24 saylı əmrdən görünür ki, xx.xx.2024cü il tarixindən etibarən xəbərdarlıq müddəti bitdiyinə görə “əmlak məsələləri üzrə kiçik mütəxəssis” vəzifəsində çalışan iddiaçı ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməklə bu Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdən çıxma müavinəti ödənilməsi, istifadə edilməyən məzuniyyət 32.4 t/g. qeyd edilmişdir. Əmrdə qeyd edilmişdir ki, əmrin verilməsinə əsas xx.xx.2023-cü il tarixli, 057-23K nömrəli əmr və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu olmuşdur.
24. İddiaçının adına olan 687284 nömrəli "xxxx" görünür ki, iddiaçı, xx.xx.2018-ci il tarixdə MMC-yə “əmlak məsələləri üzrə kargüzar” vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə “əmlak məsələləri üzrə assistent” vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixdə “əmlak məsələləri üzrə kiçik mütəxəssis” vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (ixtisarla bağlı) əmək müqaviləsinə xitam verilmişdir.
25. MMC-nin əməkdaşı Sevinc Ağayeva tərəfindən digər əməkdaş Cəlalə Hüseynovaya ünvanlanmış və xx.xx.2024-cü il tarixdə iddiaçıya göndərilmiş e-mail məktubun mətnində qeyd edilmişdir: “Cəlalə xanım, Əsra xanımdan aldığım məlumata görə pərakəndə satışın genişləndirilməsi şöbəsində bir neçə komandalar: məs (1) mağaza açılışları ilə məşğul olan komanda və (2) hazırki aktiv mağazaların işləri ilə məşğul olan komanda. Mağaza açılışlarının sayı demək olar ki, saxlanılıb – o səbəbdən keçən ilin noyabr/dekabr aylarında həmin şöbədə vəzifələr ixtisar edilib”.
26. MMC-nin əməkdaşı Orxan Alxazov tərəfindən digər əməkdaş Cəlalə Hüseynovaya ünvanlanmış və xx.xx.2024-cü il tarixdə iddiaçıya göndərilmiş e-mail məktubun mətnində qeyd edilmişdir: “Salam Cəlalə xanım. Əməkdaşların eyni dövrdə ərazidə olduqları tarixlər üzrə nəticələri bölüşürəm: avqust 2022 - dekabr 2023 Mirəhməd – 83, Faiq 85”.
27. MMC-nin əməkdaşı Orxan Alxazov tərəfindən digər əməkdaş Cəlalə Hüseynovaya ünvanlanmış və iddiaçıya göndərilmiş e-mail məktubun mətnində qeyd edilmişdir: “Salam Cəlalə xanım. Hər iki mağazanın özünəməxsus özəllikləri vardır: “City park mall” – mağazanın yerləşdiyi ərazinin arxa tərəfində ağ şəhərdir, hər iki tərəfdən keçid mövcuddur ağ şəhərə, yüksək gəlirli əhalinin yaşadığı bölgədir. Mall-un özündə kifayət qədər məşhur brendlər var ki, bu da, müştəriləri özünə çəkməklə böyük üstünlükdür. Mağazanın açılışı yaxın 3-5 gündə həyata keçiriləcəkdir. Abbasqulu Abbaszadə - yaşayış binaları daxilində yerləşir və çox yüksək gəlirli əhalinin yaşadığı kompleksdir. Müştəri kütləsi sadəcə yaşayışda olan əhalidir, binanın yaxınlığında özəl Oxford məktəbi yerləşir. Mağaza fəaliyyətə başladığı dövrdən hədəfinə çata bilmir, halhazırda kiçik zərərlə işləyir”.
28. MMC tərəfindən Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, iddiaçı işlədiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 5 il ərzində cəmi bir dəfə vəzifə artımı almışdır. xx.xx.2023-cü il tarixində isə "xxxx" vəzifə adının ləğvi ilə bağlı Şirkətin qərarına görə vəzifə adı “əmlak məsələləri üzrə mütəxəssis” vəzifə adına dəyişdirilmişdir. Yəni vəzifə deyil, yalnız ad dəyişikliyi olmuşdur. Həmin dövrdə əmək haqqının olduğu kimi saxlanması da, bunun təsdiqidir. Sözügedən dövrdə Şirkətdə gedən islahatlarla bağlı şirkət rəhbərinin xx.xx.2023-cü il tarixli əmrdə iddiaçının işlədiyi Şöbədə onun vəzifəsi ilə bağlı 2 ştat vahidinin ixtisarı (hansı ki, onun da, ixtisarı o dövrkü rəhbəri tərəfindən təklif edilmişdir) nəzərdə tutulsa da, iddiaçıya daha əlverişli şərtlər yaratmaq üçün əmək münasibətlərinə son qoyulmamışdır. Şirkətin maliyyə islahatları aparılan dövrdə belə bir əlverişli şəraitin yaradıldığı yeganə işçidir ki, ixtisarı nəzərdə tutulsa da, güzəşt edilərək əmək münasibətlərinin davam etməsi bir müddət uzadılmışdır. Daha əvvəl də, onunla bağlı belə bir təşəbbüsün olması bir daha göstərir ki, peşəkarlıq göstəriciləri digər işçi ilə müqayisədə işəgötürəni qane etməmişdir.
29. “İşçilər barədə məlumatdan” görünür ki, X5 xx.xx.2022-ci il tarixdə “müştəri trafiki üzrə hesablayıcı” vəzifəsinə işə qəbul edilmişdir, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “əmlak məsələləri üzrə kiçik mütəxəssis” vəzifəsində işləyir. İddiaçı xx.xx.2018-ci il tarixdə “əmlak məsələləri üzrə kargüzar” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci ildə “əmlak məsələləri üzrə assistent” vəzifəsinə, xx.xx.2023-cü ildə “əmlak məsələləri üzrə kiçik mütəxəssis” vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixdə işdən çıxır (ixtisar) qeyd olunmuşdur.
30. “Səriştə və bacarıqların qiymətləndirilməsi barədə məlumatdan” görünür ki, Faiq İsmayılovun xx.xx.2024-cü il tarixdə müxtəlif kateqoriyalar üzrə qiymətləndirilməsi aparılmış və qiymətləndirmə balı 27 müəyyən olunmuşdur.
31. "xxxx" MMC tərəfindən verilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdeh MMC-yə poçt vasitəsi ilə göndərilmiş məktub xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır.
32. “Mediasiya prosesinin tətbiqi barədə təklifdən” görünür ki, mediasiya təşkilatı, iddiaçının ona etdiyi müraciət ilə bağlı cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixdə təklif göndərmişdir.
33. Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
34. İddiaçının adına olan AA seriyalı, 440569 nömrəli “Məcburi köçkün vəsiqəsinin” surətindən görünür ki, iddiaçı, Qubadlı rayonundan məcburi köçkündür.
35. İddiaçı tərəfindən MMC-yə yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı, adına olan telefonun qırılmasına görə son haqq-hesabdan 116,52 manat tutulmasına etiraz etmədiyini bildirir.
36. Göstərilənlərə əsasən müəyyən olunur ki, MMC üzrə verilmiş xx.xx.2024-cü il tarixli əmrə əsasən xəbərdarlıq müddəti bitdiyinə görə əmlak məsələləri üzrə kiçik mütəxəssis vəzifəsində çalışan iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməklə bu Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdən çıxma müavinəti ödənilmişdir. Hazırda iddiaçı əmək müqaviləsinin xitamına dair MMC-nin həmin əmrinin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının və ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
37. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: “a” tərəflərdən birinin təşəbbüsü; "xxxx" əmək müqaviləsinin müddətinin qurtarması; “c” əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; “ç” müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); “d” tərəflərin iradəsindən asılı olmayan hallar; “e” tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
38. Əmək Məcəllənin tələblərinə görə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər (maddə 70.; bənd "xxxx"). Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71- ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər (maddə 74.; hissə 2.). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır (maddə 78.; hissə 1.). İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara, məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərin işdə saxlanmasına üstünlük verir (maddə 78.; hissə 2.) Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü daxil edilir (maddə 132.). Əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur (maddə 154.). Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir (maddə 156.). Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır (maddə 294.; hissə 4.). “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur (maddə 294.; hissə 5.). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər (maddə 296.; hissə 2.). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (maddə 296.; hissə 3.).
39. Məhkəmə cavabdeh MMC tərəfindən təqdim olunmuş “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizəyə qiymət verərək qeyd edir ki, iddiaçı xx.xx.2024-cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh MMC iddiaçının əmək kitabçasını və işdən azad olunması barədə əmrin surətini nə vaxt alması barədə sübut təqdim etməmişdir. Yalnız iddiaçının xx.xx.2024-cü il tarixdə yazdığı ərizəni əsas gətirmişdir, lakin ərizənin məzmunundan görünür ki, iddiaçının adına olan telefon qırıldığına görə son haqq hesabdan 116,52 manat tutulmasına etiraz etmir. İddiaçı isə “Əmək kitabçasını” və əmrin surətini təxminən 10 gün sonra əldə etdiyini bildirmiş və bu hal cavabdehin nümayəndələri tərəfindən təkzib olunmamışdır. İddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2024-cü il tarixdə MMC-yə təklif göndərilmişdir. Nəticədə xx.xx.2024-cü il tarixli MMC-nin ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Belə olan halda, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əməl etməklə hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir.
40. Bundan başqa iddiaçı “Əmək kitabçasını” və əmrin surətini xx.xx.2024-cü il tarixdə götürmüş olsaydı belə xx.xx.2024-cü il tarixi bazar günü, yəni qeyri-iş günü olduğundan iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərməklə müddəti ötürmüş hesab olunmur. Belə olan qəbul edilməlidir ki, iddia müddətinin tətbiq edilməsi üçün əsas yoxdur və Rayon Məhkəməsi bu nəticəyə gələrək, cavabdeh MMC-nin verdiyi “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizəni əsassız hesab etməkdə haqlı olmuşdur.
41. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu mövqeyinə aid dəlili əsassızdır.
42. Məhkəmə daha sonra qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İddiaçı ilə cavabdeh MMC arasındakı əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ”b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilmişdir.
43. İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsinə əsas kimi cavabdeh MMC tərəfin təqdim etdiyi sübutlar işin faktiki halları ilə uyğun gəlmir. İddiaçı ilə bağlanmış "xxxx" əlavədən göründüyü kimi iddiaçının əmək funskiyalarının konkret dairəsi müəyyənləşdirilmişdir.
44. Həmin əmək funksiyalarının dairəsinə görə iddiaçı “əmlak məsələləri üzrə kiçik mütəxəssis” olaraq - potensial olan yeni yerlərin axtarışı, ROCİ ilə seçilmiş yerlərin inkişafı, yeni mağaza üçün yeni yerin təqdimatının hazırlanması, yeni icarə və təkliflər haqqında məktubların hazırlanması, yeni prosesə aid olan bütün icarə və kommersiya müqavilələrinin təsdiqi, icarə müqavilələri üzrə bütün kommersiya və qeyri-kommersiya şərtlərin təmin edilməsi, rəqibləri haqqında məlumatın toplanması və əməliyyat haqqında onların qiymətləri, satışı və metodun təhlil edilməsi, statistik məlumatların təhlili və gələcək şərait proqnozlaşmanın hazırlanması, məlumatların toplanması təhlili xaricində agentliklərin və məsləhətçiləri məsləhət görür, bazarin yenilənməsi, təyin olunan başqa tapşırıqların həyata keçirilməsi vəzifə öhdəlikləri daşımışdır. Cavabdehin nümayəndələri ştatların ixtisarı zamanı eyni vəzifədə işləyən işçi X3 iddiaçıdan üstünlükləri olduğu üçün işdə saxlandığını bildirmişlər və bu əsaslardan biri ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən Bakı şəhəri, Abbasqulu Abbaszadə küçəsində yerləşən mağaza üçün tapılmış yer potensial yer olmamış, mağaza fəaliyyətə başladığı dövrdən hədəfinə çata bilməmiş və kiçik zərərlə işləmişdir.
45. Məhkəmə hesab edir ki, cavabdeh MMC-nin bu dəlili tamamilə əsassızdır.
46. Belə ki, vəzifə öhdəliklərindən də, göründüyü kimi potensial olan yeni yerlərin axtarışı iddiaçının vəzifələrindən biri kimi müəyyən olunsa da, həmin yerin həqiqətən mağaza üçün potensial yer olub-olmamasının qiymətləndirilməsi onun vəzifəsinə daxil deyildir. Hər bir halda həmin yer üst qurumlar tərəfindən potensial yer kimi qəbul olunduğu üçün orada mağazanın açılması məqsədə müvafiq hesab edilmişdir. Bundan başqa həmin mağazanın fəaliyyəti, fəaliyyətinə nəzarət, zərərlə işləməsinin qarşısının alınması üçün tədbirlər görülməsi, bu zərərin yarana biləcəyinin əvvəldən risk dairəsinin müəyyənləşdirilməsi də, iddiaçının vəzifəsi olaraq müəyyən edilməmişdir.
47. Eyni zamanda qeyd edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X2 Rayon Məhkəməsinə verdiyi ifadəsində bildirdi ki, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək cavabdeh MMC-də şöbə meneceri vəzifəsində işləmişdir. İş üzrə iddiaçı onun tabeliyində işləmişdir. İddiaçının işi MMC üçün mağazalar tapmaq olmuşdur. Sonuncu dəfə iddiaçı, Abbasqulu Abbaszadə küçəsində yerləşən mağazanı tapmışdır. Onlar həmin mağazanın sahibini tapa bilməsələr də, iddiaçı mağazanın sahibini tapmışdır. Eyni zamanda iddiaçı, digər mağazaları, yəni S.Rüstəmov küçəsində və “Sabah Residence” ünvanlarında da mağaza açılması üçün yerlər tapmışdır. İddiaçının işi ancaq MMC üçün mağazalar tapmaq olduğundan mağazaların zərərlə işləməsinin məsuliyyəti iddiaçının üzərində olmamışdır. Şöbəyə rəhbərlik etdiyi müddət ərzində iddiaçı heç bir qayda pozuntususuna yol verməmiş, iddiaçıya xəbərdarlıq, irad və töhmət verilməmişdir. Tapılan obyekt “Jot Form” sisteminə daxil edildikdən sonra üst qurumlar baxıb dəyərləndirirlər. İddiaçı mağazanı tapırdı sonra isə o, həmin mağazanın yerinə baxırdı, ondan sonra departament direktoru daha sonra isə əmlak məsələləri üzrə baş direktor baxırdı. Sonra həmin məsələ təsdiq olunmaq üçün Komitəyə göndərilir və rəyi Komitə verirdi. Vəzifə öhdəliklərinə aid olan yeni yerin təqdimatının hazırlanması isə sistem üzərindən olurdu. Mağazanın gəlirinin proqnozlaşdırılması iddiaçının vəzifəsi deyildi.
48. Göründüyü kimi iddiaçının vəzifəsi mağazalar üçün potensial yerlər təklif etməklə bitmiş, həmin yerlərin gələcəkdə gəlir gətirən, itkisiz işləyən mağaza olubolmamasını qiymətləndirmək onun vəzifəsi olmamışdır.
49. Bundan başqa cavabdeh MMC-nin başqa dəlili ondan ibarət olmuşdur ki, xx.xx.2023-cü il tarixli əmrdə iddiaçının işlədiyi şöbədə onun tutduğu vəzifənin 2 ştat vahidinin ixtisarı (hansı ki, onun da, ixtisarı o dövrkü rəhbər tərəfindən təklif edilmişdir) nəzərdə tutulsa da, ona daha əlverişli şərtlər yaratmaq üçün əmək münasibətlərinə son qoyulmamışdır. Şirkətin maliyyə islahatları aparılan dövrdə belə bir əlverişli şəraitin yaradıldığı yeganə işçidir ki, ixtisarı nəzərdə tutulsa da, güzəşt edilərək əmək münasibətlərinin davam etməsi bir müddət uzadılmışdır. Daha əvvəl də, onunla bağlı belə bir təşəbbüsün olması bir daha göstərir ki, peşəkarlıq göstəriciləri digər işçi ilə müqayisədə işəgötürəni qane etməmişdir.
50. Məhkəmə cavabdeh MMC-nin bu dəlilini əsassız hesab edir. Belə ki, iddiaçının işlədiyi şöbədə onun tutduğu vəzifənin 2 ştat vahidinin ixtisarı nəzərdə tutulduğu halda əmək münasibətləri davam etdirilmiş yeganə işçi olması onu göstərir ki, həmin işçinin işdə saxlanması üçün peşəkarlıq göstəriciləri baxımından kifayət qədər əsaslar olmuşdur. İddiaçıya belə bir üstünlük hüququnun tanınması onun peşəkarlıq göstəricilərinin digər işçi ilə müqayisədə işəgötürəni qane etməməsi kimi qiymətləndirilə bilməz. Hər bir halda elə bir hal olsaydı işəgötürən iddiaçı əmək münasibətləri davam etdirilmiş işçi olmazdı.
51. Bundan başqa cavabdeh MMC-nin daha bir dəlili onunla bağlı olmuşdur ki, digər işçi X3 peşəkarlıq göstəriciləri iddiaçıdan üstün olmuşdur.
52. Bununla bağlı Məhkəmə bildirir ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı, xx.xx.2018-ci il tarixdən MMC-də əmək fəaliyyətinə başlasa da, Faiq İsmayılov xx.xx.2022-ci il tarixdən işə başlamışdır.
53. Bundan başqa “səriştə və bacarıqların qiymətləndirilməsi” barədə məlumatdan görünür ki, Faiq İsmayılovun xx.xx.2024-cü il tarixdə müxtəlif kateqoriyalar üzrə qiymətləndirilməsi aparılmış və qiymətləndirmə balı 27 müəyyən olunmuşdur. İddiaçının işlədiyi ştat xx.xx.2023-cü il tarixli əmrlə ixtisar olunmuş, xəbərdarlıq məktubu isə xx.xx.2023-cü il tarixdə iddiaçıya göndərilmişdir. Ştatların ixtisarı zamanı qiymətləndirmə aparmaq hüququ işəgötürənə məxsus olsa da, göründüyü kimi Faiq İsmayılovun səriştəsi və bacarığı MMC tərəfindən qiymətləndirilmiş, iddiaçının səriştəsi və bacarığı isə MMC tərəfindən qiymətləndirilməmişdir. Faiq İsmayılovun qiymətləndirilməsi daha öncə ştat ixtisar olunduğu zaman deyil, iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi rəsmiləşdirmədən 3 gün öncə aparılmışdır. Bu isə onu göstərir ki, ştat ixtisarı zamanı eyni vəzifədə işləyən işçilərdən kimin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi işəgötürən – MMC tərəfindən obyektiv aparılmamış və hansı əsasla digər işçinin peşəkarlıq səviyyəsinin iddiaçıdan üstün olması heç bir mötəbər sənədlə sübut olunmamışdır. Bu isə onu göstərir ki, MMC heç bir qiymətləndirmə aparmadan yalnız öz qənaətinə əsasən, heç bir qanuni əsas olmadan digər işçinin işdə qalmasına üstünlük vermişdir.
54. Bundan əlavə xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirilmədə Faiq İsmayılovun qiymətləndirmə balı 27 qeyd olunsa da, həmin balın neçə ballıq qiymətləndirmə üzrə aparıldığı qeyd olunmamışdır.
55. Göründüyü kimi iddiaçının qiymətləndirməsinin aparılıb-aparılmadığı və aparıldığı halda qiymətləndirmə balının nə qədər təşkil etməsi ilə bağlı cavabdeh MMC tərəfindən heç bir sənəd təqdim edilməmişdir.
56. Bundan başqa xx.xx.2024-cü il tarixdə iddiaçıya göndərilmiş e-mail məktubun mətnindən (bax: hazırkı qətnamənin 26-cı bəndinə) görünür ki, həmin məktubda iddiaçının və Faiq İsmayılovun qiymətləndirilməsindən söhbət gedir. Lakin MMC həmin qiymətləndirməni təsdiq edə biləcək sübutları işə baxmış Rayon Məhkəməsinə təqdim etməmişdir. Bu kimi sübutlar təqdim edilmədiyindən həmin qiymətləndirmənin hansı meyar və kriteriyalar üzrə aparılmasını müəyyən etmək qeyri-mümkündür.
57. Göründüyü kimi aparılmamış sadəcə formal olaraq qeyd edilmiş qiymətləndirmə belə öz-özlüyündə ziddiyyətlidir. Bu baxımdan müəyyən edilir ki, MMC Əmək Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə riayət etmədən ştatların ixtisarını həyata keçirmişdir və iddiaçı ilə bağlanmış "xxxx" xitam vermişdir.
58. Bundan başqa işin hallarından müəyyən edilir ki, MMC iddiaçını ixtisar edərkən Əmək Məcəlləsinin 78.2-ci maddəsinə əsasən üstünlük hüququ olmasını yəni, öhdəsində iki 16 yaşınadək uşağı olmasını, məcburi köçkün olmasını bundan başqa əlil olmasını, 5 ildən artıq MMC-də işləməsini, bu müddət ərzində heç bir pozuntuya yol verməməsini, irad və ya töhmət almamasını nəzərə almamışdır.
59. Belə olan qəbul edilməlidir ki, Rayon Məhkəməsi iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsi ilə bağlı MMC-nin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsini, iddiaçının vəzifəsinə bərpa olunmasını qət etməkdə haqlı olmuşdur.
60. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu mövqeyinə aid dəlili əsassızdır.
61. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə həmçinin qət etmişdir ki, işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqı MMC tərəfindən iddiaçıya ödənilməlidir.
62. Məhkəmə qeyd edilən bu nəticəni əsaslı, bu nəticəyə adi apellyasiya şikayətinin dəlilini isə əsassız hesab edir.
63. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin mənasına görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. h) apellyasiyanın nəticəsi
64. Beləliklə göstərilənlərə əsasən apelyasiyanın nəticəsi ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır və əsassızıdır.
65. Şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin hazırkı apellyasiya baxışının predmeti olan hissəsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Məhkəmə həmçinin bildirir ki, iddiaçı tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
67. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilmədiyindən, MMC, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
68. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyun 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.