Məhkəmə qərarları › İş №2(103)-5443/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5443/2023

10.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5443/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 iyun 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı, iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh MMC arasında bağlanmış "xxxx" xitam verilməsi ilə bağlı MMC-nin xx.xx.2022-ci il tarixli, 443-K saylı əmrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, onun işə bərpa olunması, məcburi iş buraxdığı dövr üçün ştat cədvəlinə uyğun olaraq əmək haqqının ödənilməsi, "xxxx" xx.xx.2022-ci il tarixdə xitam verildiyi halda əmək haqqının xx.xx.2022-ci il tarixədək olan müddətə ödənildiyinə görə qalıq 2 günün əmək haqqının ona ödənilməsi, ilkin mediasiya sessiyasının xərcinə görə 50 manat, "xxxx" ASC-dən bank hesabından çıxarışı xx.xx.2023-cü il tarixdə əldə etdiyinə görə banka ödədiyi pulun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2020-ci il tarixdə cavabdeh MMC-yə təhlükəsizlik şöbəsinin təhlükəsizlik rəisi tam iş rejimli vəzifəsinə işə qəbul edilmiş, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin tələblərinə əsaslanaraq (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2022-ci il tarixli, 443-K №-li əmrlə "xxxx" xitam verilmişdir. Bu barədə “Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsinin xxxxxxx0001X0 №li bildirişi” elektron informasiya sisteminə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. İddiaçı hesab edir ki, MMC tərəfindən onun "xxxx" xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, onunla “Əmək müqaviləsi” ilkin olaraq 6 ay müddətinə bağlanmış və bununla bağlı xxxxxxx000100 №-li əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə xx.xx.2020-ci il tarixdə daxil edilmişdir. Həmin bildirişdə "xxxx" bağlandığı tarix xx.xx.2020-ci il, müqavilənin qurtardığı tarix xx.xx.2020-ci il göstərilmişdir. xx.xx.2020-ci tarixdə qarşılıqlı razılıq əsasında iddiaçı, təhlükəsizlik qrup rəhbəri vəzifəsinə keçirilmişdir. Bu barədə “Əmək müqaviləsinə əlavə” imzalanmış və bununla bağlı xxxxxxx000101 №-li əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə xx.xx.2020-ci il tarixdə daxil edilmiş, həmin bildirişdə "xxxx" bağlandığı tarix xx.xx.2020-ci il, müqavilənin qurtardığı tarix isə xx.xx.2021-ci il göstərilmişdir. Yəni "xxxx" müddəti 9 aya qədər müddətə uzadılmışdır. Bundan sonra, 2021-ci ildə "xxxx" müddəti 1 il müddətinə uzadılmış, bu barədə “Əmək müqaviləsinə əlavə” imzalanmış və bununla bağlı xxxxxxx000102 №-li əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilmişdir. Lakin işəgötürən tərəfindən iddiaçıya bu bildiriş verilməmişdir. Sonradan, yəni xx.xx.2022-ci il tarixdə işəgötürən tərəfindən əmək haqqı ştat cədvəlinə əsasən 1.300 manat məbləğinə dəyişdirilmişdir. Bu barədə “Əmək müqaviləsinə əlavə” imzalanmış və bununla bağlı xxxxxxx000103 №-li əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə xx.xx.2022-ci il tarixdə daxil edilmiş, həmin bildirişdə əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2020-ci il, müqavilənin qurtardığı tarix isə xx.xx.2021ci il göstərilmişdir. xx.xx.2022-ci il tarixdə razılıq ərizəsinə əsasən iddiaçı, təhlükəsizlik şöbəsinin mühafizə və nəzarət bölməsinə (1-ci qrup) tam iş rejimli mühafizə və nəzarət bölmə müdiri vəzifəsinə keçirilmişdir. Bu barədə “Əmək müqaviləsinə əlavə” imzalanmış və bununla bağlı xxxxxxx000104 №-li əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə xx.xx.2022-ci il tarixdə daxil edilmiş, həmin bildirişdə əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2020-ci il, müqavilənin qurtardığı tarix isə xx.xx.2021-ci il göstərilmişdir. Yuxarıda qeyd etdiyi kimi, ilkin əmək müqaviləsi 6 ay müddətinə bağlansa da, sonrakı dəyişikliklərə (elektron informasiya sisteminə yerləşdirilmiş xxxxxxx000101 №-li bildirişdə göstərilən məlumata əsasən) görə "xxxx" müddəti 9 ay müddətinə uzadılmışdır. Bundan sonra isə "xxxx" müddəti (xxxxxxx000102, xxxxxxx000103 və xxxxxxx000104 №-li bildirişlərdə göstərilən məlumata əsasən) 1 il müddətinə uzadılmışdır. Yəni işəgötürən tərəfindən elektron informasiya sisteminə yerləşdirilmiş məlumatlara (bildirişlərə) əsasən onun əmək müqaviləsinin müddəti müvafiq olaraq xx.xx.2022-ci il tarixdə bitməli idi. Buna baxmayaraq, MMC-nin müvafiq vəzifəli şəxsi tərəfindən "xxxx" müddəti ilkin müqavilədə göstərilən 6 ay kimi hesablanmış, həqiqətdə isə müqavilənin vaxtı 1 il olmaqla xx.xx.2023cü il tarixdə bitməli idi. Yəni, iddiaçının "xxxx" müddətinin qurtarmasına 6 ay qaldığı halda, işəgötürən tərəfindən onun razılığı olmadan xx.xx.2022-ci il tarixdə müqaviləyə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq bildirişlərdə göstərilən əmək müqaviləsinin qurtardığı tarixdən sonra, xx.xx.2021-ci il tarixdə bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməmiş, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə, yəni 1 ilə uzadılmışdır. Eyni hal xx.xx.2022-ci il tarixdə baş vermiş, yəni tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməmiş, buna görə müqavilə əvvəl müəyyən edilmiş müddətə – xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Buna baxmayaraq, işəgötürən tərəfindən Qanunun bu tələbinə əməl edilməyərək müqavilənin qurtarma tarixi xx.xx.2022-ci il tarixi kimi səhvən müəyyən edilmiş, nəticədə iddiaçının "xxxx" vaxtından 6 ay əvvəl əsassız və qanunsuz olaraq xitam verilmişdir. Bundan əlavə, iddiaçı ilə bağlanmış "xxxx" xx.xx.2022-ci il tarixdə xitam verildiyi halda, əmək haqqı xx.xx.2022-ci il tarixədək olan müddətə ödənilmişdir. Belə ki, MMC-nin iddiaçıya ünvanladığı İR-2511 №-li xəbərdarlıq məktubunda xx.xx.2022-ci il tarixdə "xxxx" xitam veriləcəyi bildirilərək işlərinin yekunlaşdırılması və sənədlərinin təhvil alınması üçün MMC-nin ofisinə yaxınlaşması xahiş edilmiş, iddiaçı, xx.xx.2022-ci il tarixdə MMC-nin ofisinə gəldikdə ona sənədləri və işlərini yekunlaşdırmağa 2 gün vaxt verilmiş, tam iş rejimli qaydada həmin 2 gün o, işdə olmuş, əmək funksiyasını yerinə yetirmiş, lakin işəgötürən tərəfindən həmin 2 gün əsassız olaraq nəzərə alınmamış, "xxxx" xx.xx.2022-ci il tarixdə xitam verildiyi halda əmək haqqı xx.xx.2022-ci il tarixədək olan müddətə ödənilməklə 2 günün əmək haqqı ona ödənilməmiş, əmrin surəti ona verilməmişdir. Bu da onu göstərir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 83-cü 2-ci hissəsində göstərilən “əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir” tələbi kobud şəkildə pozulmuşdur. Bundan başqa, tutduğu vəzifəyə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işi və göstərdiyi xidmət daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu və Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilən hallar olmadığı halda "xxxx" müddəti müəyyən edilmədən bağlanmalı idi, lakin cavabdeh MMC-nin rəhbərliyi tərəfindən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əməl edilməmiş, “Əmək müqaviləsi” müddətli bağlanılmışdır. Yuxarıda qeyd edilən faktlar onu göstərir ki, işəgötürən tərəfindən elektron informasiya sistemində əmək müqaviləsinin bildirişlərində göstərilən məlumata (əmək müqaviləsinin qurtardığı tarixə) zidd olaraq müqaviləyə 6 ay vaxtından əvvəl xitam verməklə Əmək Məcəlləsinin 45, 46, 49-cu maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. İddiaçının faktiki işdə olduğu 2 günün əmək haqqını ödəməməklə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri kobud şəkildə pozulmuşdur.

b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat

3. Cavabdeh MMC-nin nümayəndəsi Rayon Məhkəməsinə verdiyi izahatda iddiaya etiraz edərək bildirmişdir ki, əmək bildirişini elektron portaldan iddiaçı özü şəxsən daxil olaraq çıxarış edə bilər. MMC ilə iddiaçı arasında “Əmək müqaviləsi” 6 ay müddətində bağlanılmışdır. 6 ayın sonunda isə "xxxx" uzadılması müddəti bitmişdir və MMC tərəfindən müddət uzadılmamışdır. İddiaçı tərəfindən işdə iki gün əlavə işləməsi halı olmamışdır. Elektron bildirişin bir gün gecikmə ehtimalı ola bilər. İddiaçının məzuniyyətdən geri çağırılmasını qəbul etmirlər və bununla bağlı iddiaçının heç bir sübutu yoxdur. Odur ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, ödənilməmiş əmək haqqının əvəzi olaraq 118,18 manat, mediasiya xərci qismində ödənilmiş 50 manat və bank hesabından çıxarışın əldə edilməsi ilə əlaqədar ödənilmiş 30 manat pul vəsaitinin cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmasını, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsini, iddianın qalan hissədə rədd edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh MMC tərəfindən "xxxx" xx.xx.2022-ci il tarixdə xitam verildiyi halda əmək haqqı xx.xx.2022-ci il tarixədək olan müddətə ödənildiyinə görə qalıq 2 günün əmək haqqının iddiaçıya ödənilməməsi ilə onun hüquqları pozulduğundan iddia tələbi – 2 gün əlavə iş üçün ödənilməmiş əmək haqqının əvəzinin cavabdehdən tutulmasına dair və bank hesabından çıxarışın əldə edilməsi ilə əlaqədar ödənilmiş 30 manat pul vəsaitinin cavabdehdən tutulmalı olmasına dair hissələrdə əsaslıdır. Qalan hissədə isə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.

d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsinin qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə çıxarıldığından, qətnamədə gəlinmiş nəticə əsaslandırılmadığından, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qanunsuz və əsassız hesab edilərək iddianın təmin edilməməsi hissəsində ləğv edilməlidir.

e) apellyasiya baxışının hədləri barədə məlumat

8. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı isə qətnaməni iddianın təmin edilməməsi hissəsində mübahisələndirmişdir.

9. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

10. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin yalnız iddianın təmin edilməməsi hissəsinin əsaslılığını yoxlamışdır.

f) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və izahatları barədə məlumat

11. İddiaçı və onun apellyasiya baxışının əvvəlki iclaslarında iştirak etmiş vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətini müdafiə etmiş və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər.

12. Apellyasiya baxışında iştirak etmiş cavabdeh MMC-nin nümayəndəsi X5 və apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş MMC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat vermişlər. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, iddiaçı bildirir ki, cavabdeh MMC tərəfindən əmək qanunvericiliyinin tələblərinə zidd olaraq əmək müqaviləsinə 6 ay vaxtından əvvəl xitam verilməklə Əmək Məcəlləsinin 45, 46, 49-cu maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur.

15. Cavabdeh MMC isə iddiaya etiraz edərək iddiaçının tələblərinin əsassız olmasını bildirmişdir.

16. İş materiallarından görünür ki, iddiaçının cavabdeh MMC-nin icraçı direktoruna yazdığı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, MMC-nin təhlükəsizlik rəisi vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir.

17. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli "xxxx" 2.3-cü bəndinə əsasən, əmək müqaviləsi müddətli olmaqla, 6 ay müddətinə bağlanmışdır.

18. İş materiallarında olan və xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı "xxxx" görünür ki, iddiaçı ilə cavabdeh MMC arasında əmək müqaviləsi bağlanmış, iddiaçı təhlükəsizlik rəisi vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi müddətli, xx.xx.2020-ci il tarixədək bağlanmış, aylıq əmək haqqının məbləği 795 manat müəyyən edilmişdir.

19. İddiaçının MMC-nin icraçı direktoruna yazdığı ərizədən görünür ki, o, xx.xx.2020-ci il tarixdən təhlükəsizlik qrup rəhbəri vəzifəsinə keçirilməsinə etiraz etməmişdir.

20. İddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli "xxxx" görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən MMC-nin təhlükəsizlik şöbəsinə tam iş rejimli təhlükəsizlik qrup rəhbəri vəzifəsinə keçirilməsi, əmək haqqının ştat cədvəlinə uyğun olaraq 795 manat təşkil etməsi tərəflər arasında razılaşdırılmış və bu barədə xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əlavələr edilmişdir.

21. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Müqavilədən” görünür ki, tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.

22. İş materiallarında olan və xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı "xxxx" görünür ki, MMC-nin təhlükəsizlik qrup rəhbəri olan iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix kimi xx.xx.2021-ci il tarixli göstərilmişdir. İşçinin aylıq əmək haqqının məbləği 795 manat qeyd olunmuşdur.

23. İş materiallarında olan və xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı "xxxx" görünür ki, MMC-nin təhlükəsizlik qrup rəhbəri olan iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix kimi xx.xx.2021-ci il tarixli göstərilmişdir. İşçinin aylıq əmək haqqının məbləği 795 manat qeyd olunmuşdur.

24. İddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli "xxxx" görünür ki, xx.xx.2022-ci il tarixdən MMC-nin təhlükəsizlik şöbəsinin tam iş rejimli təhlükəsizlik qrup rəhbərinin əmək haqqısı dəyişdirilmiş, əmək haqqının xx.xx.2022-ci il tarixdən tətbiq edilməklə ştat cədvəlinə uyğun olaraq 1.300 manat təyin edilmiş və bu barədə xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əlavələr edilmişdir.

25. İş materiallarında olan və xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı "xxxx" görünür ki, MMC-nin təhlükəsizlik qrup rəhbəri olan iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix kimi xx.xx.2021-ci il tarixli göstərilmişdir. İşçinin aylıq əmək haqqının məbləği 1.300 manat qeyd olunmuşdur.

26. İddiaçının MMC-nin İdarə Heyətinin sədrinə yazdığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2022-ci il tarixdən təhlükəsizlik şöbəsinin mühafizə və nəzarət bölməsinə (İ qrup) tam iş rejimli mühafizə və nəzarət bölmə müdiri vəzifəsinə keçirilməsinə etiraz etməmişdir.

27. İddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli "xxxx" görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdən MMC-nin təhlükəsizlik şöbəsinin mühafizə və nəzarət bölməsinə (İ qrup) tam iş rejimli mühafizə və nəzarət bölmə müdiri vəzifəsinə keçirilmiş və bu barədə xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əlavələr edilmişdir.

28. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Müqavilədən” görünür ki, tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.

29. İş materiallarında olan və xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı "xxxx" görünür ki, MMC-nin mühafizə və nəzarət bölmə müdiri olan iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix kimi xx.xx.2021-ci il tarixi göstərilmişdir. İşçinin aylıq əmək haqqının məbləği 1.300 manat qeyd olunmuşdur.

30. İddiaçının MMC-nin icraçı direktoruna yazdığı ərizədən görünür ki, o, xx.xx.2022-ci il tarixdən mühafizə və nəzarət şöbəsinin mühafizə və nəzarət bölməsinə bölmə müdiri vəzifəsinə keçirilməsinə etiraz etməmişdir.

31. İddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli "xxxx" görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdən MMC-nin mühafizə və nəzarət şöbəsinin mühafizə və nəzarət bölməsinə tam iş rejimli bölmə müdiri vəzifəsinə keçirilmiş, əmək haqqı ştat cədvəlinə uyğun olaraq 1.300 manat təyin edilmiş və bu barədə xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir.

32. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. 33 İş materiallarında olan və xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı "xxxx" görünür ki, MMC-nin mühafizə və nəzarət bölmə müdiri olan iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix kimi xx.xx.2021-ci il tarixli göstərilmişdir. İşçinin aylıq əmək haqqının məbləği 1.300 manat qeyd olunmuşdur.

34. MMC-nin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli JR-2511 saylı xəbərdarlıq məktubundan görünür ki, işəgötürən olan MMC işçisi olan iddiaçı ilə bağlanmış "xxxx" xx.xx.2022-ci il tarixdə xitam veriləcəyini bildirmiş, "xxxx" xitam verilməsi ilə bağlı işlərin yekunlaşdırılması və sənədlərin təhvil alınması üçün mərkəzi ofisə yaxınlaşmasını xahiş etmişdir.

35. İş materiallarında olan və xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı “Əmək bildirişindən” görünür ki, iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli "xxxx" Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.

36. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanılmış, bundan sonra, müxtəlif vaxtlarda yəni, xx.xx.2020-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə həmin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsinə dair əlavə sazişlər bağlanılmışdır. Əmək müqaviləsinin müddəti başa çatdığı xx.xx.2022-ci il tarixdə isə işəgötürən tərəfındən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin tələblərinə əsaslanaraq (əmək müqaviləsinin müddətinin qurtarması) 443-K saylı əmr ilə əmək müqaviləsinə xitam verilmiş, bu barədə “Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsinin xxxxxxx0001X0 №-li bildirişi” elektron informasiya sisteminə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir.

37. Göstərilənləri nəzərə alan Məhkəmə hazırki iş üzrə tərəflər arasında yaranmış əmək mübahisəsinin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, əmək müqaviləsi bildirişi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir (maddə 3; hissə 5-1.). Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır (maddə 7; hissə 2.). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır (maddə 45; hissə 1.). Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir (maddə 45; hissə 4.). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər (maddə 47; bənd “f”.). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır (maddə 68; bənd “b”.). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur (maddə 73; hissə 1.). Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur (maddə 154; hissə 1.).

38. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır.

39. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Qeyd edilən maddi hüquq normalarının tələblərini hazırki işin müəyyən edilmiş hallarına tətbiq etməklə Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə vaxtından 6 ay əvvəl əsassız və qanunsuz olaraq xitam verilməsinə dair dəlili əsassızdır.

41. Belə ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

42. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur.

43. Həmçinin, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər.

44. İddiaçı işəgötürən tərəfindən işdən azad edilərkən, eləcə də, onunla müddətli əmək müqaviləsi bağlanarkən və həmin müqaviləyə əlavə və dəyişikliklər edilərkən, onun hər hansı hüququnun pozulmasına dair irəli sürdüyü dəlilləri təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

45. Ona görə də Məhkəmə hesab edir ki, iddianın xx.xx.2022-ci il tarixli 443-K saylı əmrin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, onun işə bərpa olunması, məcburi iş buraxdığı dövr üçün ştat cədvəlinə uyğun olaraq iddiaçıya əmək haqqının ödənilməsi barədə hissəsi əsassızdır. Rayon Məhkəməsini eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır.

h) apellyasiyanın nəticəsi

46. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

47. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

48. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 iyun 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar