Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5445/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs Maraqlı şəxs ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı Səbail rayon İcra və Probasiya şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və Maraqlı şəxs ASC 3-cü şəxs qismində cəlb edilməklə “qiymətləndirmə rəyinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1805/2021 saylı, 05.03.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMCyə qarşı Səbail rayon İcra və Probasiya şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi və Maraqlı şəxs ASC 3-cü şəxs qismində cəlb edilməklə “qiymətləndirmə rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1805/2021 saylı, 05.03.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (sədrlik edən: Adilə Paşayeva). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1805/2021 saylı, 05.03.2021-ci il tarixli qərardadından narazı qalan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin Cavabdeh MMC tərəfindən tərtib olunmuş 15.10.2020-ci il tarixli QR-2654 saylı Qiymətləndirmə rəyi onun məsuliyyəti dairəsindədir və cavabdeh bu rəydə daşınmaz əmlaka real bazar qiymətinindən xeyli aşağı qiymətlədirməsi İddiaçının mülkiyyət hüuquqlarına, o cümlədən, mülkiyyətində olan daşınmaz əmlaka görə real bazar qiyməti alınması hüququnu əhəmiyyətli dərəcədə pozmuşdur. İddiaçının subyektiv hüququ cavabdehin Cavabdeh MMC tərəfindən pozulmuşdur. Bu əsasəla İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsinə məhkəmədə baxılmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1805/2021 saylı, 09.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini və qərardadın ləğv edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs ASC-nin nümayəndəsi X2 şikayətin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə və digər üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmişlər. Kollegiya həmin şəxslərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi mülki iş üzrə icraata xitam verərək, qərardadı onunla əsaslandırmışdır ki, hazırkı mübahisə məhkəmənin icra vərəqəsinin icrası zamanı tələbkar və icra məmuru arasında yaranmış mübahisədir. Belə bir mübahisə meydana çıxdıqda qiymətləndirmənin nəticəsindən narazı qalan borclu və ya tələbkar qiymətləndiricinin hesabatının nəzərə alınmaması, yenidən qiymətləndirmə həyata keçirilməsi və s. bu kimi məsələlərlə bağlı icra məmurunun qarşısında vəsatət qaldırmaq hüququna malikdirlər. Vəsatətləri təmin edilmədikdə isə borclu və ya tələbkar icra məmurunun qərarı, hərəkəti və ya hərəkətsizliyi ilə bağlı mübahisə qaldıra bilər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Qeyd edilən hüquq normasının tələblərinə əsasən kollegiya qeyd edir ki, qiymətləndirmə rəyi icra məmurunun fəaliyyət predmetinə daxil deyildir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, fəaliyyətləri bu qanunla tənzimlənən hüquqi və fiziki şəxslər (qiymətləndiricilər) və onların xidmətlərinin istehlakçıları (sifarişçilər) qiymətləndirmə fəaliyyətinin subyektləridir. Göründüyü kimi, icra məmuru qiymətləndirmə fəaliyyətinin subyekti olmadığından, qiymətləndirmənin nəticəsi ilə bağlı icra məmuru hər hansı cavabdehlik daşımır. Hazırda iddiaçının mübahisələndirdiyi qiymətləndirmə rəyi qiymətləndiricinin fəaliyyətinin nəticəsidir və icra məmurunun qiymətləndiriciyə təsir imkanları qanunla nəzərdə tutulmamışdır. Qeyd edilən halları nəzərə alaraq, hazırki mübahisənin tələbkar və icra məmuru arasında yaranmış mübahisə olması ilə bağlı yanaşma qanunun qeyd edilən normalarına ziddir. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1805/2021 saylı, 05.03.2021-ci il tarixli qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1805/2021 saylı, 05.03.2021-ci il tarixli qərardadı ləğv edilsin və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5445/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5445/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver