Məhkəmə qərarları › İş №2(103)-5445/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5445/2023

23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5445/2023 23.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(006)-241/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 241/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli təhsil müqavilələri üzrə ümumilikdə 27.268 manat ödənilməmiş təhsil haqqı, penya (dəbbə pulu) qismində 1.000 manat və ödənilmiş dövlət rüsumunun 107,94 manatının Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulması, ekspertiza xərci olan 145 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilmişdir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxılması üçün 2(006)-241/2023 saylı mülki iş Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3310/2023 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(006)- 241/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın qeyri-mümkün hesab edilməsi və mülki işin apelyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Yuxarı instansiya məhkəməsinin mövqeyinə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-241/2023 saylı qərardadı ilə Cavabdeh tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-241/2023 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətinin prosessual normalara uyğun verilmədiyindən, geri qaytarılması qərara alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə növbəti apelyasiya şikayəti və “buraxılmış müddətin bərpasına” dair vəsatət ilə müraciət edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-241/2023 saylı qətnaməsindən apelyasiya şikayəti verilmə müddətinin bərpa olunması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-241/2023 saylı qərardadı ilə vəsatətin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-241/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina edilməsi qərara alınmışdır. Cavabdeh məhkəmənin 20 iyul 2023-cü il tarixli qərardadından verdiyi şikayət həmin məhkəmənin 28 iyul 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunmuşdur ki, məhkəmə ötürülmüş müddəti üzürlü olaraq mübahisə olunan qətnamədən vermiş olduğu apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardadı xx.xx.2023-cü il tarixdə onun “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməsinə istinad edərək müddəti guya üzürsüz ötürdüyü qənaətinə gəlmişdir. Halbuki o, həmin qərardadın ona rus dilində tərcümə olunmuş şəkildə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmədiyini vəsatətində göstərmişdir. Həmçinin bildirir ki, həmin qərardadda göstərilən çatışmamazlıqları aradan qaldırmaqla onun təkrar apellyasiya şikayəti vermək hüququmun olması göstərilmədiyinə görə o, üzürlü olaraq hüquqlarını başa düşməmiş və vaxtında apellyasiya şikayəti verə bilməmişdir.Göründüyü kimi nəinki məhkəmə onu tərcüməçi ilə təmin etmiş, hətta məhkəmənin qətnamə və qərardadlarını da onun elektron kabinetinə tərcümə edilmədən yerləşdirmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən ilk dəfə apelyasiya şikayəti ilə məhkəməyə müraciət edilmiş və daxil olmuş apelyasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.Lakin cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində mülki prosessual qanunvericiliyin tələblərinin pozulmasına yol verildiyindən, apelyasiya şikayəti öncə yuxarı instansiya məhkəməsi, daha sonra isə həmin məhkəmənin mövqeyinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdehə geri qaytarılmışdır. Kollegiya qeyd edir ki, cavabdehin vermiş olduğu apelyasiya şikayətinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixində qaytarılmasına, habelə şikayətin qaytarılması barədə qərardadın xx.xx.2023-cü il tarixində cavabdehin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq, cavabdeh tərəf xeyli müddət sonra yalnız xx.xx.2023-cü il tarixində növbəti apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qətnamənin tərcümə edilməməməsi ilə bağlı şikayin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin qaytarılmasına dair məhkəmənin qərardadı 27 may 2023-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilsə də, cavabdeh tərəf məhkəmə aktının tərcümə edilməsi ilə bağlı məhkəməyə hər hansı bir müraciət ünvanlamamış, məhkəmə aktından vaxtında şikayət verilməsi üçün hər hansı bir təşəbbüs göstərməmişdir. Həmçinin, Kollegiya hesab edir ki, qətnamədən verilmiş birinici apellyasiya şikayəti vaxtında verilməsinə baxmayaraq, apellyasiya şikayətinin qaytarılması barədə qərardadın tərcümə edilməməsi ilə bağlı dəlili müddətin ötürülməsinin üzrlü hesab edilə bilməz. AR MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Həmin Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. “K.N.Qəribovanın şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunlanəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesabedilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsiniradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın,müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın.Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitəməhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarlarınsərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, beləməsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktıqanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(006)-241/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpası barədə ərizə təmin olunmamaqla, məhkəmə düzgün nəticəyə gəlmiş, mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur. Ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(006)- 241/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar