Məhkəmə qərarları › İş №2(103)-5447/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5447/2020

02.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5447/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim N.Nəbizadə, iş № 2(001)-8305/19) Cavabdeh mülki işin aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə sözügedən qərardaddan şikayət və buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə verilmiş şikayət qeyrimümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. İşin 54-56-cı vərəqlərində olan sənədlərdən məlum olur ki, Binəqədi Rayon Məhkəməsinin mübahisələndirilən qərardadının surəti xx xxxxxx 2019-cu il tarixdə poçt vasitəsilə məlumat üçün Cavabdeh yaşadığı ünvan 1 ünvanına göndərilmiş və xx.xx.2019cu il tarixdə saat 11:08-də ona çatdırılmışdır. Cavabdeh şikayətdə qərardadın surətini xx xxxxxx 2020-ci il tarixdə aldığını bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Cavabdeh qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş 10 günlük müddəti ötürdüyünü etiraf edərək rəsmi ərizə ilə buraxılmış müddətin müddətin bərpa olunmasını xahiş etmişdir. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi prosessual müddətin bərpasına dair ərizəni müzakirə etmədən birbaşa şikayətə baxmış və müvafiq qərar qəbul etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin bərpasına dair ərizəni müzakirə etmədən mövcud şikayətə baxmaqda haqlı olmamış və bununla mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Ona görə də prosessual müddətin bərpası ilə bağlı ərizəyə qanunla müəyyən edilmiş qaydada baxılması və qiymət verilməsi üçün qərardaddan verilmiş şikayət qeyri-mümkün hesab edilməli və iş qeyd olunan pozuntunun aradan qaldırılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinin tələbinə görə buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)- 8305/2019 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər imzalar Əsli ilə düzdür. Hakim Akif İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar