Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5448/2025 01.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən çıxarılma və s. tələbinə dair ilk, İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s. qarşlıqlı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mənzildən çıxarılma; alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X15 (sədrlik edən və məruzəçi), X5 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X39 katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili X19 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MTK cəlb edilməklə) “mənzildən çıxarılma və mənzilin ona təhvil verilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşlıqlı iddiası barədə mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-1443/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva ev 12, mənzil 78 (yeni qaydalarla: AZ1010, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli binada yerləşən, ümumi sahəsi 268.2 kv.m olan 5 otaqlı mənzil DƏDRX-nin ********** nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışına əsasən tam mülkiyyət hüququ ilə vətəndaş X11 məxsusdur. Təqdim olunmuş eskizlərə (cizgilərə) uyğun olaraq mövcud mənzilin bölünməsinə, ümumi sahəsi 61.6 kv.m olan 1 ədəd 1 otaqlı, ümumi sahəsi 62.5 kv.m və 140.4 kv.m olan 2 ədəd 2 otaqlı müstəqil mənzillər kimi sənədləşdirilməsinə texniki imkan vardır. Nəsimi rayon İcra Hakimiyyəti nəzdində X22 X1 üzvləri tərəfindən ünvana baxış keçirilmiş və texniki imkan olduğunu nəzərə alaraq mənzilin bölünməsinə müsbət rəy verilmişdir.
2. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 5, mənzil 78 (yeni qaydalarla: AZ1010, ünvan 1 ümumi sahəsi 137 kv.metr olmaqla, X9 adına xüsusi mülkiyyət kimi xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
3. X2 (onun əvəzindən X16 imza etməklə) ilə alıcı İddiaçı arasında xx.xx.2023cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva ev 12, mənzil 78 (yeni qaydalarla: AZ1010, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 137 kv.metr olan mənzili 430.000 manata alıcıya satmışdır. Mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2023-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.
4. İpoteka saxlayan "xxxx" ASC ilə borcalan X28 və ipoteka qoyan İddiaçı (onun əvəzindən X16 imza etməklə) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış sonrakı ipoteka müqaviləsinə əsasən, sonrakı ipoteka qoyana mülkiyyət hüququ əsasında məxsus olan predmet, kredit limiti müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə sonrakı ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
5. "xxxx" MTK Kommunal Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 0002 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Sevinc Məhərrəmova tərəfindən ev alqı-satqısı üçün 50ş000 manat ödəniş edilmişdir.
6. Doğtaş Mebel mağazasının 07069, 07075 və 07177 nömrəli qaimələrinə görə Cavabdeh2 2021-ci ilin sentyabr ayında Çin səfirliyinin yanı/"xxxx" MTK ünvanına əşyalar sifariş vermişdir.
7. X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Xətai RPİ-nin İŞ-nin xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınması haqqında” qərarına əsasən Cavabdeh2 zərər çəkmiş şəxs qismində tanınmışdır. İttihama əsasən X3 Eldar Elxan oğlunun etibarından istifadə edərək sonuncuya ünvan 2 ünvanında yerləşən evi satacağı adı ilə aldadıb 290.000 manat pulu ələ keçirərək zərər çəkmiş şəxsə ümumilikdə 290.000 manat külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin onun mülkiyyətində olan ünvan 5 (yeni qaydalarla: AZ1010, ünvan 3 ünvanında yerləşən 78 saylı mənzildən çıxarılmaları, həmin mənzilin cavabdehlər tərəfindən iddiaçıya təhvil verilməsi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 43 saylı Notariat ofisində alqı-satqı müqaviləsi əsasında ünvan 5 (yeni qaydalarla: AZ1010, ünvan 3 ünvanında yerləşən 78 saylı mənzili tam təmirli vəziyyətdə pulunu ödəyərək keçmiş mülkiyyətçi X10 almışdır. Alqı-satqı müqaviləsi əsasında mənzil üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və iddiaçı xx.xx.2023-cü il tarixdən həmin mənzilin mülkiyyətçisidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********95-05301-093122 reyestr nömrəli çıxarış iddiaçının sözügedən mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəddir. İddiaçı mənzili almamışdan əvvəl mənzilin əvvəlki sahibi tərəfindən həmin mənzil cavabdehlərə kirayəyə verilmişdir. Həmin şəxslər mənzildə yaşamalarının müqabilində mənzilin keçmiş mülkiyyətçisinin müəyyən etdiyi məbləğdə aylıq kirayə haqqı ödəmişlər. İddiaçı sözügedən mənzili alarkən keçmiş mülkiyyətçi olan satıcı və cavabdehlər onlara mənzildən çıxmaq üçün bir neçə ay möhlət verməyi iddiaçıdan xahiş etmişlər. Bu səbəbdən iddiaçı həmin şəxslər, yəni cavabdehlərə mənzildən çıxrmalarına möhlət vermişdir. Lakin sonradan mənzildən çıxmaqdan imtina etmişlər. Mənzilin mülkiyyətçisi olan iddiaçı mənzili boşaltmalarını, mənzildən çıxmalarını cavabdehlərdən dəfələrlə tələb etsə də, cavabdehlər mənzildən çıxmamışlar, əksinə mənzildən çıxmayacaqlarını, həmin mənzili boşalmayacaqlarını bildirmişlər. Göründüyü kimi, iddiaçının razılığı və xəbəri olmadan qeyri-qanuni olaraq mənzili zəbt etmişlər, mənzildən qanunsuz olaraq mənzildə yaşamağa davam edirlər. Mənzillə bağlı iş üzrə tərəflər arasında heç bir müqavilə bağlanmamışdır, cavabdehlər iddiaçının razılığı olmadan ona məxsus mənzildə qanunsuz olaraq yaşayırlar. Sözügedən mənzil "xxxx" ASC ilə X28 arasında bağlanmış xx.xx.2023-cü il tarixli L007707 saylı kredit limiti təminatı olaraq "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli L007707 D nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Sözügedən kredit müqaviləsi üzrə borcgötürən xx.xx.2024-cü il tarixdə kredit borcunu Banka qaytarmışdır. "xxxx" ASC DƏDKR-nin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli 1440 nömrəli məktubu əsasında iddiaçının mülkiyyətində olan və Bankın xeyrinə əvvəllər ipoteka ilə yüklü edilən mənzil bütün müqavilələr üzrə ipoteka və sonrakı ipotekadan azad edilmişdir. Cavabdehlər iddiaçının ailə üzvü deyil, qohumu deyil, iddiaçı ilə onların arasında heç bir hüquq münasibəti yaranmamış, iddiaçı ilə heç bir müqavilə bağlamamışlar. Cavabdehlərin bu mənzildə yaşamaları və ya mənzildən istifadə etmələri iddiaçının iradəsinə və mənafeyinə ziddir. Cavabdehlərin heç bir hüququ olmadan iddiaçıya məxsus evdə yaşaması və ya istifadə etməsi, mənzilə sahiblik etməsi iddiaçının mülkiyyətçi kimi mənafelərini pozur, o, öz mənzilindən istifadə edə, ona sahiblik edə bilmir. İddiaçı dəfələrlə cavabdehlər ilə danışıb onların mənzildən çıxmağını tələb etsə də, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. Mülkiyyətçi olaraq İddiaçı oğunun hüquq və mənafeləri təmin edilməli və cavabdehlər iddiaçıya məxsus ünvan 5 (yeni qaydalarla: AZ1010, ünvan 3 ünvanında yerləşən 78 saylı mənzildən çıxarılmalıdır, mənzili iddiaçıya təhvil verməlidirlər.
10. Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, İddiaçı və Sirac Səmədovun şəriki X20 arasında bağlanan xx.xx.2023-cü il tarixli, 4ə-496 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ünvan 5 (yeni qaydalarla: AZ1010, ünvan 3 ünvanında yerləşən 78 saylı mənzilə dair İddiaçı verilən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandrılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 43 saylı Notariat ofisində alqı-satqı müqaviləsi əsasında ünvan 5 (yeni qaydalarla: AZ1010, ünvan 4 ünvanında yerləşən 78 saylı mənzili tam təmirli vəziyyətdə pulunu ödəyərək keçmiş mülkiyyətçi X7 almışdır. Alqı-satqı müqaviləsi əsasında mənzil üzərində cavabdeh İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və xx.xx.2023-cü tarixdən həmin mənzilin mülkiyyətçisidir. Həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********95-05301-093122 reyestr nömrəli çıxarışa əsasən, onun mülkiyyətindədir. Lakin qarşılıqlı iddia üzrə iddiaçı özünə şəxsi mənzil almaq üçün ev axtararkən Nərimanov Rayonun Kosmos Yaşayış kompleksində (Akkord) X12 (ş.v.AA5680643, doğum tarixi xx.xx.1979) mənzil almışdır. Sonradan o, Sirac vasitəsi ilə bir sıra qohum və tanışlarına mənzil almış və aralarında etibar yaranmışdır. Həmin mənzildə yarımçıq qalan işlər olduğu üçün Sirac Səmədov həmin işləri tamamlayacağını bildirmiş, tərəflər arasında daha yaxın dostluq yaranmış və Cavabdeh2 onun nömrəsini götürmüşdür. X29 Cavabdeh2 başqa yerlərdə də evləri olduğunu bildirmişdir. İddiaçının yaxın qohumlarına yaşamaq üçün ev lazım olarkən Sirac Səmədova müraciət etmiş və problemsiz ev almış və beləliklə aralarında yaxın münasibətlər yaranmışdır. 2021-ci ildə qarşılıqlı iddia üzrə iddiaçı ailə qurduqdan sonra daha böyük bir mənzilə ehtiyacı olduğu üçün Sirac Səmədova müraciət etmiş və o, şəriki Bilal Behbudova məxsus olan mənzili ona təklif etmişdir. Evə baxış keçirərkən mənzilin 310 kv.m-dən ibarət olub və mənzilin sonradan 3 yerə bölünəcəyi bildirilib. Mənzilin bölgüsü aparılarkən iddiaçı tərəfindən mənzilin hansı formada olmasına dair proqram vasitəsilə layihəsi verilib və Sirac Səmədovla razılaşdıqdan sonra mənzil onun tərəfindən təmir edilib. Ondan əvvəl X34 iddiaçının yaşadığı mənzili 200.000 manat dəyərləndirilib və mənzil iddiaçı Cavabdeh2 anası Sevinc Məhərrəmovaya məxsus olduğu üçün Siracın qaynı X16 (ş.v.AA1905406, FİN:65U5E30, xx.xx.1996) onu Akkordun Nərimanovda yerləşən satış ofisinə aparıb və satış həyata keçirilib. Bundan sonra, köhnə yaşadıqları mənzilə gələrək ünvan 5 ünvanında yerləşən mənzilini dəyərini - 200.000 manat pulu Sirac Səmədova vermişdir. Əlavə olaraq 70.000 manat hazırda yaşadığı mənzilin təmiri üçün S.Səmədova verilmişdir. Eləcə də sonradan pul və hal-hazırda iddiaçının yaşadığı evin təmir ərəfəsində sonradan cəmi 20.000 pul verilmişdir. Mənzildə aparılmış bütün işlər iddiaçı Cavabdeh2 nəzarətində Sirac Səmədovun ustaları tərəfindən görülmüşdür. Sonradan mənzilin təmiri prosesində Sirac Səmədovla olan danışıqlar və şəkillərdə mövcuddur. Təmirdən sonra Sirac Səmədovla həmin mənzilə “Hilal Group”la müqavilə bağlanaraq arakəsmələr, cam balkon və pəncərə qoyulmuş (şahid qismində çıxış edə bilər) və “Doğtaş”dan mebel (şahid qismində nümayəndəsi çıxış edə bilər), “Texno” mağazadan elektronika məhsulları alınmışdır. Ev təmir olarkən divar kağızı, parket, hamam dəstləri çil-çıraq, pərdə və evdə olan bütün əşyalar mağazalardan seçilmiş və Sirac Səmədova göndərlimişdir. Mənzil hazır olduqdan sonra Sirac Səmədov evin bölünmə ev olduğu üçün torpaq idarəsinə sənədlərin təqdim olunduğunu bildirmiş və evin sənədinin gec hazır olacağını demişdir. İddiaçı Sirac Səmədova sənədlə bağlı hər dəfə soruşarkən hələ sənədləşmə işlərinin getdiyini və tezliklə hazır olacağını bildirmişdir. Bir müddət sonra Sirac Səmədov iddiaçıya zəng vuraraq sənədlərin həll olduğun bildirmiş və DƏDRX-dən əməkdaş gəlib ölçü götürəcəyi məlumatını vermişdir. Əslində isə həmin mənzil (yəni artıq Sirac Səmədovun şəriki olan İddiaçı adına rəsmiləşdirilmiş mənzil) girov qoyularaq Sirac Səmədov tərəfindən "xxxx"dan 150.000 manat kredit götürülmüşdür. Mənzilə DƏDXR əməkdaşı kimi təqdim edilən şəxs isə əslində Turanbankın əməkdaşı olmuşdur. Bundan sonra isə Sirac Səmədov mənzilin çıxarışının tezliklə hazır olacağını bildirmişdir. İddiaçının yaşadığı və ona məxsus olan mənzil İddiaçı (etibarnamə əsasında Siracın qaynı Nehmətov Sahil) və Sirac Səmədov tərəfindən girov qoyularaq "xxxx"dan 150.000 manat kredit götürülmüşdür. Kredit götürülərkən tərtib edilmiş əmlakın qiymətləndirilməsi haqqında aktdan görsənir ki, girovu təklif edən fiziki şəxs bölməsində X17 adı qeyd edilib. Aktın əmlaka qarşı iddiaların olmaması ehtimalı bölməsində isə “ehtimal olunur” qeyd olunub. Göründüyü kimi hazırkı mənzil faktiki olaraq Sirac Səmədov tərəfindən idarə edilib və həmin əmlaka qarşı iddiaların ehtimal olunması riski də təsbit edilib. 2024-cü ilin noyabr ayında Sirac Səmədov həbs edildikdən sonra İddiaçı qardaşı Bəhruz binanın komendant otağına yaxınlaşaraq burda bir evlərinin olduğunu bildirmişdir. Bina nəzarətçisi iddiaçı Cavabdeh2 aşağı çağıraraq bir nəfərin gəldiyini və ona məxsus olan mənzilin başqa şəxsə aid olduğunu bildirmiş və sənədin şəklini də göstərmişdir. Həmin şəxs heç mənzilin hansı blok və hansı mərtəbədə yerləşdiyindən belə xəbəri olmamışdır. Bu hadisədən sonra iddiaçıya məlum olmuşdur ki, Sirac Səmədov və şəriki İddiaçı tərəfindən dələduzluğa məruz qalmışdır. Dörd ilə yaxın müddət ərzində yaşadığı mənzilin sahibi kimi təqdim edilən İddiaçı ilə ilk dəfə Sirac həbs edildikdən sonra əlaqəyə keçmiş və onun mənzilin geri alınmasında marağının olmadığını demiş, Siracın ona borclu olduğunu və əsas ona pulunun qaytarılmasının maraqlı olduğunu bildirmidir. Lakin, İddiaçı atasına verdiyi etibarnamə əsasında atası Nəsimi Rayonu Polis İdarəsinə yazılı ərizə yazmış və həmin mənzildə Sirac Səmədovun kirayə qalmaq üçün şəxs tapdığını və 1.500 manata razılaşdığını bildirmişdir. Eyni zamanda isə Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində isə mənzili alarkən iddiaçı Cavabdeh2 guya kirayə qalan kimi tanıdığını bildirmiş və əvvəllər evi boşaltmaq üçün xəbərdarlıq etdiyini bildirmişdir. Əslində isə məhkəmə və polis orqanlarına verilmiş ərizələrində göstərilənlər tamamilə həqiqəti əks etdirmir və heç bir sübuta əsaslanmır. Ona görə ki, İddiaçılə yalnız Sirac tutulduqdan sonra telefon vasitəsi ilə danışdıqdan sonra mənzilinin onun adına olduğunu bilmişdir. X35 AR CM-nin 178.4-cü maddəsi ilə ittiham edilərək onun barəsində Xətai rayon Pİ-nin İŞ-də cinayət işi (iş №-si 2********) açılmışdır. İstintaqı həyata keçirən müstəntiq Elgiz Məmmədovun 02 dekabr 2024-cü il tarixli qərarı ilə iddiaçıya maddi ziyanın vurulması barədə kifayət qədər əsaslar olduğu üçün o, bu işdə zərərçəkən şəxs qismində tanınmışdır. Əlavə olaraq qeyd etmək lazımdır ki, mübahisə predmeti olan ev Cavabdeh2 məxsus olmuşdur. Hətta Cavabdeh2 anası Məhərrəmova Sevinc tərəfindən 2021-ci ilin may ayında 50 000 manat "xxxx" MTKya ödənilmişdir.
12. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsinə qarşı etiraz vermiş və belə əsaslandırmışdır ki, işdə olan sənədlərdən görünür ki, mənzil tam mülkiyyət hüququ ilə Bilal Behbudova məxsus olmuşdur. Mənzilin Sirac Səmədovun hüquqları ilə yüklü olması iş materialları ilə təsdiq olunmur. Cavabdeh2 bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda hesab edilməlidir ki, mənzil üzərində Sirac Səmədov tərəfindən sərəcam vermək səlahiyyəti də olmamışdır. Bilal Behbudovun və ya İddiaçı Sirac Səmədovun şəriki, tanışı olması faktı qəbul olunsa belə, bu hal sonuncuya mənzillə bağlı hər hansı şəxslə, o cümlədən Cavabdeh2 ilə müqavilə bağlamaq hüququ qazandırmamışdır. Bundan başqa, Cavabdeh2 qarşılıqlı iddia ərizəsində, habelə məhkəmə hazırlıq iclasında verdiyi izahatda qeyd edir ki, o, əvvəllər də Sirac Səmədov vasitəsilə mənzil alıb-satmış və bu zaman mütləq qaydada yazılı formada əqdlər bağlamışdır. Lakin, nədənsə hazırki iddianın predmeti olan mənzillə bağlı 2021-ci ildə Sirac Səmədovla razılıq əldə etdiyini iddia edən Cavabdeh2, Siracdan mənzilə aid hər hansı sənəd (müqavilə, çıxarış və sair) tələb etməmiş, keçən 3 ildən artıq müddət ərzində mənzilin onun adına rəsmiləşdirilməməsi onda şübhə yaratmamışdır. Mənzilə görə 200.000 manat, təmirə görə 70.000 manat, təmir ərəfəsində 20.000 manat ödədiyini bildirən Cavabdeh2, bu barədə Sirac Səmədovdan hər hansı sənəd (məsələn qəbz) almamışdır, məhkəməyə də bu barədə heç bir sənəd təqdim etməmişdir. Cavabdeh2 bildirir ki, Sirac Səmədov ondan 200.000 manatı aldıqdan sonra ona 50.000 manat ödəniş barədə kassa mədaxil orderinin qəbzini vermişdir. Cavabdeh2 istinad etdiyi həmin kassa mədaxil orderinin qəbzini məhkəməyə təqdim etmişdir. Sözügedən qəbzdən görünür ki, qəbzin “Kimdən” qrafasında - Sevinc Məhərrəmovanın adı, “Ünvan” qrafasında-K.Səfərəliyeva küç 12, “Nə üçün” qrafasında - ev alqı satqı, “Ödəniş” qrafasında – 50.000 manat qeyd olunmuşdur. Qəbzə “Qağayı MTK” Kommunal xidməti ödənilib. 17 may 2021 sözləri əks olunan möhür vurulmuşdur. Göründüyü kimi, Cavabdeh2 istinad etdiyi bu qəbz (həqiqiliyi qəbul olunsa belə) də onun İddiaçı məxsus mənzil üzərində hər hansı hüququnun əmələ gəlməsi üçün əsas yaratmır. Cavabdeh2 mənzilin əldə olunması üçün mülkiyyətçi ilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada yazılı formada mülki əqd bağlamamış, mülkiyyətçiyə mənzilin dəyərini ödəməmişdir. Bunun əksinə, İddiaçı xx.xx.2023-cü il tarixdə mənzili keçmiş mülkiyyətçi Bilal Behbudovdan almış, bu barədə alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl, Bilal Behbudovun sənədlərin həqiqiliyi Bakı şəhəri 43 saylı notarius ofisində yoxlanılmış, mənzilin 3-cü şəxslərin hüququ ilə yüklü olmaması və ya üzərində məhdudiyyət olmaması təsdiq olunmuşdur. Mənzilə dair yazılı formada alqı-satqı müqaviləsi bağlanmış, İddiaçı mənzilin dəyərini təşkil edən 430.000 manatı notariusun bank depozit hesabı vasitəsilə Bilal Behbudova ödəmiş, müqavilə notarius tərəfindən təsdiq edilmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsində həmçinin bildirir ki, “Sirac Səmədov ona zəng edərək, mənzilin sənədləşməsi ilə bağlı Əmlak Komitəsindən mütəxəssisin gəlib mənzilin ölçülərini götürəcəyini bildirmişdir. Əslində isə Sirac Səmədov "xxxx" ASC-dən kredit götürmüş, Sirac Səmədovun şəriki olan İddiaçı adına rəsmilləşdirilmiş həmin mənzil isə girov qoyulmuşdur. Mənzilə gəlib baxış keçirən şəxs isə Bankın əməkdaşı olmuşdur”. Cavabdeh2 qeyd etdiyi bu fakt da onun mənzillə bağlı bildirdiklərinin həqiqət olmasını şübhə alıtna alır. Çünki, ölçü işlərini aparmaq üçün Əmlak Komitəsindən mütəxəsis gözləyən Cavabdeh2 həmin vaxt mənzilə gələn şəxsin mənzildə hər hansı ölçü işlərini aparmadığının şahidi olmuşdur. Lakin bu zaman 2021-ci ildən mənzillin sənədləşməsini gözləyən Cavabdeh2 mənzilə gələn şəxslə hər hansı dialoqa girməməsi, onun hansı məqsədlə mənzilə baxış keçirməsini öyrənməməsi ağlabatan deyildir. İpoteka müqaviləsi ilə bağlı “əmlakın qiymətləndirilməsi haqqında aktda “əmlaka qarşı iddiaların olmaması ehtimalı” qrafasında “ehtimal olunur” sözləri ilə bağlı isə onu qeyd etmişdir ki, həmin ifadə Cavabdeh2 tərəfindən düzgün şərh olunmamışdır. Qeyd olunan ifadə mənzilə qarşı iddiaların olmamasının ehtimal olunduğunu nəzərdə tutur. Yəni, 2023-cü ildə mənzilin ipotekası zamanı mənzillə bağlı hər hansı iddianın olması qeyd olunmamışdır. Bu barədə Cavabdeh2 göstərdikləri əsassız və “əmlakın qiymətləndirilməsi haqqında aktın özündə göstərilənlərlə təkzib olunur. İddiaçı vicdanlı alıcıdır, mənzilin yeganə mülkiyyətçisidir. Mülkiyyət isə həm İnsan hüquqları və vəzifələri üzrə Avropa Konvensiyası, həm də Azərbaycan Respublikası Konstitusiyası və Mülki Məcəlləsinin normalarına görə toxunulmazdır və dövlət tərəfindən qorunur. Qeyd olunanlara əsasən hesab etmişdir ki, mənzilə dair Bilal Behbudov və İddiaçı arasında bağlanmış xx.xx.2023cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Cavabdeh2 sözügedən mənzilə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Onu da qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı Sirac Səmədovla birlikdə ona qarşı dələduzluq etdiyini iddia edən Cavabdeh2 bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Pərviz X23rşı har hansı qanunsuz əməl törətməmiş, onu aldatmamışdır. Xətai Rayon Polis İdarəsinin “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərarından isə görünür ki, Cavabdeh2 Sirac Səmədovun barəsində CM-nin 178.2-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu baxımdan hesab etmişdir ki, Cavabdeh2, zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə özünun prosessual statusuna uyğun qanunun ona verdiyi bütün hüquqlardan, o cümlədən təqsirləndirilən şəxsin ona vurduğu zərərin əvəzini ödəməyi Sirac Səmədovdan tələb etmək hüququndan istifadə etməli, qanunsuz yaşadığı İddiaçı məxsus mənzili isə ailə üzvləri ilə birlikdə tərk etməlidir.
13. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 1443/2025 nömrəli qətnaməsi ilə (hakim N.İ.Abbasov) ilk iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus ünvan 5 mənzil 78-dən (yeni qaydalarla: AZ1010, ünvan 3 çıxarılmaları və həmin mənzilin İddiaçı təhvil verilməsi, Cavabdeh2 İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair qarşlıqlı iddiasının isə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva, ev 12, mənzil 78 tikilisinin mülkiyyətçisi olmaqla, həmin əmlak barəsində istifadə, sahiblik və sərəncam vermək hüququna malikdir və eyni zamanda həmin əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək barədə mülkiyyətinin müdafiəsi barədə hüquqa malikdir. İş üzrə cavabdehlərin həmin daşınmaz əmlaka dair hər-hansı hüquqmüəyyənedici sənədləri olmadığından məhkəmə hesab etmişdir ki, iddiaçı, mülkiyyətçi olmaqla həmin daşınmaz əmlakdan cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır və cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar.
15. Məhkəmə qarşıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh2 ilk iddia üzrə iddiaçı ilə X20 arasında bağlanan xx.xx.2023-cü il tarixli, 4ə-496 saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinin əsasında Sirac Səmədovla sözügedən daşınmaz əmlakın ona satılması ilə bağlı şifahi razılaşmaları dəlilləri durmuşdur.
16. Məhkəmə hesab etmişdir ki, iş üzrə qarşılıqlı iddianın əsaslılığına dair heç bir mötəbər sübutlar təqdim edilməmişdir. Sirac Səmədovun barəsində açılmış cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması isə qarşılıqlı iddianın təmin edilməsi üçün mütləq əsas ola bilməz.
17. Məhkəmə hesab etmişdir ki, sözügedən iddianın heç bir hüquqi əsası mövcud olmamaqla yanaşı, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçının bu iddianın qaldırmasına subyektiv hüququ da mövcud deyildir. O, yalnız həmin əmlaka dair hər hansı hüquqlarının mövcudluğunu sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin 2-ci bəndinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 337-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işi üzrə qərarına, Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia iddiaçı Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, hazırkı iş üzrə tərəflər arasında Cavabdeh2 məxsus evin qanunsuz olaraq alğı-satqısına dair uydurma əqdin bağlanılmasına baxmayaraq məhkəmə həmin əqdi etibarlı əqd hesab edərək Cavabdeh2 əleyhinə qətnamə çıxarmışdır. Məhkəmədə konkret olaraq iş üzrə əsas olmuş sənədlər araşdırılmamış, məhkəmə heç bir sübuta əsaslanmadan qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Hazırkı mübahisə üzrə qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən Cavabdeh2 qarşı həyata keçirilmiş dələduzluq cinayəti üzrə proseslərin axarı aşağıdakı kimi olmuşdur: 1. S.Səmədov Cavabdeh2 məxsus olan mənzilin satılması nəticəsində onun 200.000 manat, sonradan isə 90.000 manat – ümumilikdə 290.000 manat pulunu ələ keçirir. 2. S.Səmədov Cavabdeh2 yeni mənzil ünvan 5 (yeni qaydalarla: AZ1010, ünvan 4 ünvanında yerləşən mənzili satır və bu heç bir rəsmiləşdirmə olmadan həyata keçirilir. 3. S.Səmədov əslində X24 ilə şərik olduğundan yuxarıda qeyd edilən mübahisə predmeti olan mənzili B.Behbudovun adına rəsmiləşdirir;
4. X13 etibarnamə üzrə nümayəndəsi və Siracın qaynı Nehmətov Sahil xx.xx.2023-cü il tarixdə alğı-satqı müqaviləsi bağlayaraq mənzili Sirac Səmədovun digər ortağı İddiaçı satır. 5. Beləliklə, X13 adından Siracın qaynı Sahil Nehmətovun çıxış etməsi X30 Səmədovun əlbir olduğunu aşkar şəkildə göz önünə qoyur. 6. X25 ilə Sırac Səmədov şərik olduqlarından S.Səmədov "xxxx"dan 150.000 manat məbləğindən kredit götürür və İddiaçı həmin mənzili öhdəliyin icrasının təmini üsulu mübahisə predmeti olan mənzili yüklü edir və ipotekaya qoyur. 7. S.Səmədov 150.000 borc götürərkən də İddiaçı müqavilənin bağlanılmasında şəxsən iştirak etmir və onu bu müqavilədə yenə də Siracın qaynı X18 təmsil edir. 8. Göründüyü kimi, Siracın qaynı X8 İddiaçı nümayəndəsi qismində çıxış etməsi İddiaçılə S.Səmədovun əlbir olduğunu aşkar şəkildə sübuta yetirir. 2024-cü ilin noyabr ayında Sirac Səmədov həbs edildikdən sonra Aliyev Pərvizin qardaşı Bəhruz binanın komendant otağına yaxınlaşaraq həmin binada bir evlərinin olduğunu bildirmişdir. Bina nəzarətçisi həmin mənzilin Cavabdeh2 aid olduğunu İddiaçı qardaşına bildirmişdir. Həmin şəxs heç mənzilin hansı blok və hansı mərtəbədə yerləşdiyindən belə xəbəri olmamışdır. Bu hadisədən sonra Cavabdeh2 məlum olmuşdur ki, Sirac Səmədov və şəriki Aliyev Pərviz tərəfindən dələduzluğa məruz qalmışdır. Dörd ilə yaxın müddət ərzində yaşadığı mənzilin sahibi kimi təqdim edilən Aliyev Pərviz Cavabdeh2 ilə ilk dəfə Sirac həbs edildikdən sonra əlaqəyə keçmiş və mənzilin geri alınmasında marağının olmadığını demiş, Siracın ona borclu olduğunu və əsas ona pulunun qaytarılmasının maraqlı olduğunu bildirmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz verərək qarşılıqlı iddiaya verilmiş etirazın mətninə uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva ev 12, mənzil 78 (yeni qaydalarla: AZ1010, ünvan 1 əvvəllər X11 məxsus olmuşdur. O, həmin mənzili Aliyev Pərvizə satmış, sonuncu isə mənzilin dəyərini təşkil edən 430.000 manatı keçmiş mülkiyyətçiyə ödəmişdir. Mənzilin keçmiş mülkiyyətçisi Bilal Behbudov və Pərviz Aliyev arasında bağlanmış həmin müqavilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 43 saylı Notariat ofisində təsdiq olunmuşdur. Sözügedən alqı-satqı alqıs-atqı müqaviləsinin bağlanmasında lazımi subyektlər (səlahiyyətli şəxslər) iştirak etmiş, onlar arasında iradə və onun bildirilməsi vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Hazırda müqavilənin etibarsızlığını mübahisələndirən Cavabdeh2 bildirir ki, mənzili o 2021-ci ildə Sirac Səmədova 200.000 manat verməklə almış və təmir etdirmişdir. Sirac Səmədov mənzilin onun adına rəsmiləşdirəcəyinə söz versə də, buna əməl etməmişdir. Mənzilin keçmiş mülkiyyətçisi Bilal Behbudov və iddiaçı X42 Səmədovun şərikləridir. Sirac Səmədov və Pərviz Aliyev ona qarşı dələduzluq etmişlər. Cavabdeh2 qeyd etdiyi həmin dəlillər mənzilə dair Bilal Behbudov və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin etibarsız hesab üçün əsas deyil. Çünki işdə olan sənədlərdən görünür ki, mənzil tam mülkiyyət hüququ ilə Bilal Behbudova məxsus olmuşdur. İşə baxan Nəsimi Rayon Məhkəməsi ilk iddianı təmin etməklə, qarşılıqlı iddianı isə rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli protokol-qərardadı ilə "xxxx" MTK iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməməsini xahiş etdilər.
24. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər proses iştirakçılarına rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır.
26. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Hazırkı işdə ilk iddia təmin olunduğundan, qarşılıqlı iddia təmin olunmadığından, qətnamə yalnız ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslığı ilkin iddianın ona aid hissədə təmin olunan, qarşılıqlı iddianın isə təmin olunmayan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. İşdən müəyyən olunur ki, ünvan 5, mənzil 78 (yeni qaydalarla: AZ1010, ünvan 1 ilkin olaraq daşınmaz əmlakın dövlət reyestrində X9 adına xüsusi mülkiyyət kimi xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən ilk iddia üzrə İddiaçı satılmış, mənzilə dair onun mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.
33. İlk iddia üzrə Cavabdeh2 mənzili X12 aldığını, dəyərini ona ödədiyini, mənzildə uzun müddət yaşamaqla mənzilin ona məxsus olduğunu bildirir.
34. İşdən görünür ki, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Cavabdeh2 zərər çəkmiş şəxs qismində tanınmışdır.
35. Həmin cinayət işi üzrə irəli sürülmüş ittihama əsasən X3 Eldar Elxan oğlunun etibarından istifadə edərək sonuncuya ünvan 2 ünvanında yerləşən evi satacağı adı ilə aldadıb 290.000 manat pulu ələ keçirərək sonuncuya ümumilikdə 290.000 manat külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir.
36. İşdən həmçinin müəyyən edilir ki, artıq Cavabdeh2 və X4 həmin məbləğin X28, İddiaçı və "xxxx" MTK-dan tələb olunması ilə bağlı Bakı Şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmışlar.
37. Beləliklə müəyyən edilir ki, ilk iddia üzrə Cavabdeh2 hazırda İddiaçı məxsus ünvan 5, mənzil 78-də yaşaması üçün qanuni və ya müqavilə əsası mövcud deyil.
38. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianın Cavabdeh2 aid təmin edilən hissəsi ilə bağlı mövqeyi ilə razılaşır.
39. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırki iş üzrə qarşılıqlı iddianın təmin edilməsi üçün də qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyil.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 1443/2025 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: