Məhkəmə qərarları › İş №2(103)-5449/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5449/2023

25.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5449/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Emin Mehdiyevdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əbdüləli qızı və Valehli (Babayeva) Günay Ədalət qızına qarşı “mənzildən çıxarılma və pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh1 şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə Cavabdeh1 ərizəsi təmin edilməsin və müddətin bərpasından imtina edilsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qətnamə Cavabdeh1 rəsmi qaydada xx.xx.2023-cü ildə verilib, apellyasiya şikayəti isə bu tarixdən 1 ay 3 gün keçdikdən sonra – xx.xx.2023-cü ildə verilib. Cavabdeh müddətin bərpası barədə ərizədə qeyd edib ki, onun şikayəti əsasında polis orqanında cinayət işi ilə bağlı istintaq davam edib, bununla əlaqədar mənəvi iztirab keçirib, əsəbləşib, baş ağrıları keçirib, bu səbəbdən vaxtında apellyasiya şikayəti verə bilməyib. Lakin cavabdehin sağlamlıq probemlərinin olması və problemlərin apellyasiya şikayətinin verməsinə mane olduğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmayıb. Ona görə də qeyd edilən hal müddətin ötürülməsinin üzrlü səbəbi kimi qəbul oluna bilməz. Beləliklə, Mülki-Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə buraxılmış müddəti o halda bərpa edir ki, müddətin buraxılmasının səbəbini üzrlü hesab etsin. Apellyasiya şikayəti verilməsi müddətinin buraxılmasının üzrlü səbəbi müəyyən edilmədiyinə görə birinci instansiya məhkəməsi müddətin bərpası barədə ərizəni düzgün olaraq təmin etməyib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar