Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5453/2022 01.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədirlik edən və məruzəçi), Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızıBağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdehlərin vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 6052/2019 saylı qərardadından cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 (onların nümayəndəsi və vəkili Vəkil2) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X5 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-6052/2019 saylı icra sənədinə izah verilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 6052/2019 saylı qərardadı ilə Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2 ərizəsi rədd edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, “ ... məhkəmə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-6052/2019 saylı icra sənədinin aydın və dəqiq olmasını, habelə qətnamədə izahın verilməsini zəruri edən hər hansı ziddiyyətli məqamın müəyyən edilmədiyini nəzərə alıb hesab edir ki, Binəqədi rayon icra şöbəsinin icra məmurunun ərizəsində qaldırılan məsələ ilə bağlı izah verilə bilməz və buna görə də ərizə rədd edilməlidir. Belə ki, hal-hazırda mübahisəli mənzildə yaşamaları iddia edilən X3 və X7 hazırkı iş üzrə cavabdeh olmamış, onlara qarşı hər hansı tələb irəli sürülməmiş və onlar icra sənədində borclu kimi göstərilməmişlər”. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-6052/2019 saylı qərardadından cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 (onların nümayəndəsi və vəkili Vəkil2) tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2(001)-6052/2019 saylı qəradadı ilə şikayət təmin olunmamış və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə icra sənədinin çətinlik törədilməsinə şərait yaradan belə bir halı nəzərə almamışdır ki, üç nəfər çıxarıldıqdan sonra adları icra sənədində olmayan şəxslər həmin mənzildə yaşamaqda davam edəcəklər. Bu da nəticə etibarı ilə qətnamənin tam icrası olunmaması kimi qiymtələndiriləcəkdir. Ona görə də belə bi izah verilməlidir ki, tələbkar İddiaçı digər şəxslərin də mənzildən çıxarılması barədə yeni iddia qaldırmalı və həmin iş üzrə qəbul ediləcək qərar qanuni qüvvəyə minənə kimi icra sənədi üzrə icraat dayandırılmalıdır Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili şikayətin təmin olunmasını xahiş etmişdir. İş üzrə digər tərəflər qətnamənin izah edilməsi məsələsinə baxılması ilə bağlı məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası ərizəni araşdıraraq hesab edir ki, qətnamənin izah edilməsi barədə ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 230.3-ci maddəsinə müvafiq olaraq, qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Mülki Prosessual Məcəllənin 230.5-ci maddəsinə görə, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndində göstərilir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işə baxmış hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə görə, məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Beləliklə, məhkəmə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-6052/2019 saylı icra sənədinin aydın və dəqiq olmasını, habelə qətnamədə izahın verilməsini zəruri edən hər hansı ziddiyyətli məqamın müəyyən edilmədiyini nəzərə alıb hesab edir ki, Binəqədi rayon icra şöbəsinin icra məmurunun ərizəsində qaldırılan məsələ ilə bağlı izah verilə bilməz və buna görə də ərizə rədd edilməlidir. Kollegiya yuxarıda qeyd edilənlərə və MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 6052/2019 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Kollegiya, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263, 402-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 6052/2019 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5453/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5453/2022
01.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver