Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5459/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(004)-63/2021 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı “yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında olan fərdi yaşayış evinin ona məxsus 2/4 hissəsindən istifadə hüquqları olmayan şəxslər hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(004)-63/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 Abus qızına, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X5 və X6 Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 13 saylı fərdi yaşayış evinə (İddiaçı mülkiyyətində olan 2/4 hissəsindən) istifadə hüquqları olmayan şəxslər hesab edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh4 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məsələyə baxılması üçün məhkəmə iclası təyin edilmişdir. Mülki iş apellyasiya məhkəməsinin icraatında olarkən, Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsindən sorğu daxil olaraq, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, X2 və X3 qarşı "yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-63/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayət verildiyi üçün mülki işin Yasamal Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını və məhkəmə kollegiyasına daxil olan sorğunu nəzərdən keçirərək, hesab edir ki, hazırki mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı “yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi tələbinə dair” mülki iş apellyasiya baxışından çıxarılaraq, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-63/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-5459/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5459/2022
27.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver