Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5459/2025 26.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsinə və Cavabdeh2nə qarşı mülki iş üzrə (açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsinə və Cavabdeh2nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-3458/2025 nömrəli qətnaməsindən cavabdeh “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məcburi köçkün vəsiqəsindən müəyyən olunur ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsinin X13 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış ştat vahidinin ixtisara düşməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Dövlət X6 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında» 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC-in çevrilmə formasında yenidən təşkil yolu ilə “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsin yaradılması, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 09 nömrəli əmri ilə “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsin strukturuna daxil olan tabeli qrumların təsdiq edilmiş strukturu və ştat cəvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixdən ixtisara düşməsi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün bir iş günü işdən azad edilməsi, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə ona əlavə məlumat veriləcəyi bildirilmişdir. Azərbaycan Dövlət X6 xx.xx.2024-cü il tarixli 130 saylı əmrinə əsasən “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsinin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini T.M.Xəlilova həvalə edilmişdir. 119 saylı X17 xx.xx.2024-cü il tarixli, 121 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı 119 saylı X17 38 saylı məntəqə seçki komissiyasının üzvüdür. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 38.1-ci maddəsinə uyğun olaraq Bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı 28 noyabr 2024-cü il - 31 yanvar 2025-ci il tarixlərdə 65 gün olmaqla əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılmaqla müvəqqəti olaraq vəzifəsinin icrasından azad edilməlidir. İddiaçı Azərbaycan Respublikası Azərsu ASC-in X13 İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2024-cü il tarixdən başqa işə götürənlə əmək müqaviləsi bağladığı üçün tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Azərsu ASC-in X13 İdarəsinin xx.xx.2024-cü il tarixli, 666 K nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrinə əsasən İddiaçı – İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Əmrin verilməsinə əsas İddiaçı ərizəsi olmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “İri Şəhərlərin X18 Xidmət” publik hüquqi şəxsinə və Cavabdeh2nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsinin 12 dekabr 2024-cü il tarixli qanunsuz əmrinin ləğv edilərək, onun işə bərpa edilməsi və 12 dekabr 2024-cü il tarixindən bu günədək ona ödənilməli olan əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir çalışdığı "xxxx" ASC-nin X23 İdarəsinin Ağdam sahəsində qanunsuz olaraq 12 dekabr 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, 03 sentyabr 2024-cü il tarixdə rəsmi məktubla ona müraciət edilərək, ştat vahidinin ixtisara düşəcəyini və 9 həftə sonra əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Bu hesabla 2024-cü ilin noyabr ayında əmək müqaviləsinə xitam verilməli idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2024-cü il tarixli, 232 nömrəli Qərarı ilə "xxxx" ASC ləğv edilmiş və “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsi yaradılmışdır. Qeyd edilənlə bağlı daha obyektiv və düzgün araşdırma aparılacağını düşündüyü üçün Azərbaycan Respublikasının Əmək Müfəttişliyinə şikayətlər etmişdir. Sonuncu müraciəti üzrə ona bildirilmişdir ki, işəgötürən tərəfindən sənədlər tam təqdim edilmədiyindən araşdırılma aparıla bilməmiş, eləcə də işəgötürənin əmək müqaviləsinə xitam vermə hüquqları ona izah edilmişdir. Əmək Müfəttişliyinin məsələni daha operativ, hərtərəfli araşdıracağına ümid edərək gözləmişdir. Bu səbəbdən də məhkəməyə indi müraciət edə bilir. Əgər işəgötürən tərəfindən tam obyektiv olaraq bütün sənədləşmə qaydasında aparılmış olsaydı, heç onun ixtisar edilməsinə də zərurət qalmazdı. Belə ki, himayəsində 2 azyaşlı övladı var, ailədə tək işləyən şəxs odur və məcburi köçkün statusu vardır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə gəlməyən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-3458/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 666/k nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət X6 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Cavabdeh2, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsi yaradılmışdır. X14 Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxs kimi, İri Şəhərlərin X18 Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxs kimi müəyyən olunmuşdur. Azərbaycan Dövlət Su X2 Şəhərlərin X18 Xidməti publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri ilə “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsin strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən iddiaçının tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşmüşdür. xx.xx.2024-cü il tarixli “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanmış ştat vahidinin ixtisara düşməsi ilə bağlı xəbərdarlığa əsasən xx.xx.2024-cü il tarixdən ixtisara düşməsi və İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi ilə bağlı xəbərdar olunmuşdur. İddiaçı 119 saylı X17 38 saylı məntəqə seçki komissiyasının üzvü olmaqla xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılmaqla müvəqqəti olaraq bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı vəzifəsinin icrasından azad edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası "xxxx" ASC X13 İdarəsinə ərizə yazaraq xx.xx.2024-cü il tarixdən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün tutduğu vəzifədən azad edilməsi ilə bağlı ərizə ünvanlamış və işəgötürənin xx.xx.2024-cü il tarixli 666/k nömrəli əmrinə əsasən İddiaçı - istismarın təşkili və idarə edilməsinə nəzrət qrupunun elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Məhkəmə iş materiallarına əsasən belə qənaətə gəlmişdir ki, iddiaçının öz istəyi ilə tutduğu vəzifədən azad edilməsi haqqında ərizəsi könüllü şəkildə deyil, işəgötürənin göstərişi və təsiri ilə yazılmış, iddiaçının həqiqi və azad iradəsini ifadə etməmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh iddiaçıya xx.xx.2024-cü il tarixdə ixtisara düşməsi və 9 təqvim həftəsi sonra onunla bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi barədə xəbərdarlıq etişdir. Lakin həmin müddətin başa çatdığı tarixdə iddiaçı bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı müvəqqəti olaraq vəzifəsinin icrasından azad edildiyindən onun tərəfindən başqa işəgötürənlə əmək müqaviləsi bağladığından onunla bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsi barədə formal ərizə yazılmış və həmin ərizə işçinin həqiqi iradə ifadəsini əks etdirməmişdir. Buna baxmayaraq, işəgötürən tərəfindən həmin ərizə əsasında işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verilmişdir. Belə ərizə könüllü verilmiş iradə ifadəsi kimi qiymətləndirilə bilməz və bu əsasla əmək münasibətlərinə xitam verilməsi qanuni hesab edilə bilməz. Bundan başqa məhkəmə iddiaçının tutuduğu vəzifə üzrə ştat vahidinin ixtisara düşməsi ilə bağlı etdiyi xəbərdarlıqla bağlı qeyd edir ki, işçilərinin sayının və ştatının ixtisarı zamanı aşağıdakı şərtlər mövcud olduqda işçilərlə əmək müqaviləsinin ləğvi üçün hüquqauyğun əsas qismində çıxış edir: müəssisədə həqiqətən işçilərin sayı və ya ştatı ixtisar olunmalıdır; işçinin işgüzar keyfiyyətləri (peşəkarlığı, ixtisası) nəzərə alınmalıdır; işdə saxlanmaq üçün üstünlük hüququna riayət olunmalıdır (ƏM-in 78-ci maddəsi); işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyyən olunan əmək stajından asılı olaraq müəyyənləşdirilən müddətlərdə rəsmi xəbərdar edilməlidir (ƏM-in 77-ci maddəsi); xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilməlidir (ƏM-in 77-ci maddəsi); işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı hökmən araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı məcburi köçkün olmaqla, himayəsində xx.xx.2019-cu il təvəllüdlü və xx.xx.2016-cı il təvəllüdlü iki yetkinlik yaşına çatmayan övladı var. Baxmayaraq ki, iddiaçı öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur, lakin məhkəmə qeyd edir ki, cavabdehin əsas məqsədi onunla bağlanmış əmək müqaviləsinə ştat vahidinin ixtisara düşməsi ilə bağlı xitam verilməsi olmuşdur. Yuxarıda qeyd olunan hallar da bu zaman nəzərə alınmamışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə, 69-cu maddəsinin 1-ci və 7-ci hissələrinə, 78-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, 83, 179-cu maddəsinin 1-ci hissəsinə, 179-cu maddəsinin 2-ci hissəsinin ç bəndinə, 292-ci maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il Qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli Plenum Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3458/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya ṣikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi ṣəxsi və Cavabdeh2 publik hüquqi ṣəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi ṣəxsinin 12 dekabr 2024-cü il tarixli qanunsuz əmrinin ləğv edilərək, onun işə bərpa edilməsi və 12 dekabr 2024-cü il tarixindən bu günədək ona ödənilməli olan əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilən qətnamə qəbul edilmişdir. “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi ṣəxsinin xx.xx.2024-cü il tarixli 666/k nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilsin. xx.xx.2024cü il tarixdən işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. İş üzrə məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Dövlət X6 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2356 nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsi yaradılmışdır. Həmin Fərmanın 6.3-cü bəndinə əsasən “İri Şəhərlərin X18 Xidməti” Bakı, Sumqayıt Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Azərbaycan Dövlət X6 tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il 232 nömrəli qərarı ilə “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilmiş, müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə olaraq bildir ki, həmin Fərmanın 5.1-ci bəndinə əsasən bu Fərmanın 3-cü hissəsi və 5.3-5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Cavabdeh2 yaradılmışdır. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən Cavabdeh2 meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Azərbaycan Dövlət X6 tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il 232 nömrəli qərarı ilə Cavabdeh2n Nizamnaməsi təsdiq edilmiş, müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Fərmanın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən 29 may 2024-cü il tarixli 002/1 nömrəli əmr verilmişdir. Həmin əmrə əsasən “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi ṣəxsinin strukturu təsdiq edilmiş, publik hüquqi şəxsin ştat vahidlərinin sayı 14.000-dən 7.700-dək azaldılmış, publik hüquqi ṣəxsin aparatının ştat vahidi isə 180 olmuşdur. (Əmr iş materiallarına əlavə edilmişdir.) Həmin strukturda Ağdam rayon Sukanal Sahəsi cavabdehin struktur təşkilatı kimi nəzərdə tutulmamışdır. Qeyd olunan normativ hüquqi aktlardan göründüyü kimi “İri Şəhərlərin X18 Xidməti” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri üzrə xidmət göstərəcəkdir. Həmin 5 şəhərdən başqa Azərbaycan Respublikasının digər ərazilərinə xidmət göstərilməsi Cavabdeh2 publik hüquqi şəxsə həvalə edilmişdir. İddiaçının çalışmış olduğu Ağdam rayon Sukanal Sahəsi Cavabdeh2n tərkibinə verilərək Ağdam rayon Sukanal Sahəsi meliorasiya sistemlərinin İstismarı İdarəsi yaradılmışdır. Cavabdeh2 “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsin alt qurumu olmadığı üçün cavabdehin ona göstəriş vermək səlahiyyəti yoxdur. İddiaçının işlə təmin edilib-edilməməsi Cavabdeh2n daxili işidir. Hal-hazırda cavabdehin Ağdam rayon Sukanal Sahəsi adında struktur təşkilatı mövcud deyil, həmçinin iddiaçının ştat vahidi də mövcud deyildir. Bu kimi hallar olmasına və cavabdehin Ağdam rayonuna xidmət göstərməməsinə baxmayaraq məhkəmə tərəfindən əsassız olaraq iddia tələbi təmin edilmişdir. İddianın təmin edilməsi qətnamənin icrasını mümkünsüz edir. Əlavə olaraq bildirir ki, cavabdeh öz istəyi ilə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası "xxxx" ASC X13 İdarəsinə ərizə yazaraq xx.xx.2024-cü il tarixdən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün tutduğu vəzifədən azad edilməsi ilə bağlı ərizə ünvanlamış və işəgötürənin xx.xx.2024-cü il tarixli 666/k nömrəli əmrinə əsasən İddiaçı istismarın təşkili və idarə edilməsinə nəzrət qrupunun elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Beləliklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3458/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında cavabdeh “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Dövlət X6 fəaliyyətini təmin etməsi ilə bağlı, bir sıra tədbirlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin 17 noyabr 2023-cü il tarixli fərmanına əsasən "xxxx" ASC çevirmə yolu ilə İri Şəhərlərin X18 Xidməti kimi fəaliyət göstərmişdir. Onların xidmət dairəsinə Gəncə, Mingəçevir, Şirvan, Sumqayıt, Bakı, bir də Naxçıvan şəhərləri aiddir, digər rayonlar isə Regional Meliorasiya Xidmətinə keçirilmişdir. X11rın strukturuna daxil deyil, Meliorasiya Xidməti isə onların tabeliyində olan bir qurum deyildir. Ağdam X14 Xidmətinə aid olmaqla artıq onların strukturuna aid deyildir. Meliroasiya Xidməti onların tabeliyində olmadığından əməkdaşı işə götürmə barədə göstəriş verə bilmirlər. İddiaçının öz təşəbbüsü ilə işdən çıxması barədə ərizə yazmasının səbəbi ona məlum deyildir. İddiaçı öz istəyi ilə 12 dekabr 2024-cü ildə Azərsu ASC-nin X13 İdarəsinə ərizə yazıb və başqa işəgötürənlə əmək müqaviləsi bağlandığına görə onun işdən azad edilməsini xahiş etmişdir, həmin tarixdən də 666K nömrəli əmrə əsasən iddiaçı işdən azad edilmişdir. Yeni işəgötürən barəsində iddiaçı onlara məlumat verməmişdir. Başqa işəgötürən dedikdə iddiaçı X15 İdarəsini nəzərdə tutur, ona söz veriblər ki, işə götürəcəklər, sonra götürməyiblər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayıb, izahatında göstərmişdir ki, “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsi indi onların qurumu sayılmır. O, X16 17 il 6 ay işləmişdir. İdarələr ixtisar olunanda region ad olaraq dəyişmiş, onlar Xankəndiyə tabe olmuşlar. İri Şəhərlərin X18 Xidmətində olmuşlar. Oradan çıxanda 60 nəfərin hamısından başqa işə keçməklə bağlı ərizələr alınmışdır. Ağdam Meliorasiya İdarəsinə gələndə başqa işə keçməklə bağlı o da, ərizə yazmışdır. O, elektrik avadanlıqlarının təmiri üzrə montyor işləmiş, ona başqa iş təklif olunmuşdur. Onun himayəsində 6 və 9 yaşlı iki azyaşlı övladı var, işəgötürən onu seçkildə iştirakı ilə bağlı işdən azad edildiyi vaxt işdən çıxarmışdır. Hamı kimi ondan da bir qrumdan digər qruma işə keçmək üçün ərizə alınmışdır. Belə ki, Ağdam Sukanal İdarəsi ləğv olunmuş, 65 nəfər işçidən İri Şəhərlərin X18 Xidməti ərizə alıb işdən çıxarmış, başqa işə, Meliorasiya Xidmətinə gələrkən hamıya uyğun iş versələr də, ona ixtisasına uyğun vakant yer olmadığını demişlər. İşdən azad olunarkən əmək kitabçası ona verilməmişdir. Ona ərizə yazması təklif olunarkən o, 2024-cü ilin noyabrın 28-dən, 2025-ci il yanvarın 30-na kimi bələdiyyə seçkilərində olmasını desə də, bu hal nəzərə alınmamışdır. Dekabr ayının 14dən sonra onun tutduğu ştata işçi götürülmüşdür. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi X12 izahatında göstərmişdir ki, "xxxx" ləğv olunmuş, onların yaranması Azərbaycan Meliorasiya Su Təsərrüfatı ASC-dən qaynaqlanır, amma "xxxx" ASC-in ləğv olunmasından İri Şəhərlərin X18 Xidməti yaranmışdır. Fərmana görə 5 iri şəhər qeyd olunur, amma o zaman Azərsu ləğv olunanda bütün Respublika üzrə, sukanal idarələri də daxil olmaqla işdən çıxma, işə qəbul əmrləri, hamısı İri Şəhərlərin X18 Xidməti tərəfindən həyata keçirilmişdir. İddiaçının əvvəlki iş yeri olan idarə, ümumiyyətlə, ləğv olunub, yəni bugünkü gündə həmin idarə yoxdur, X13 İdarəsi yoxdur. "xxxx"dan keçid İri Şəhərlərin X18 Xidmətinə olmuşdur, artıq İri Şəhərlərin X18 Xidməti hansı qərarları qəbul edib, hansı işçini saxlayıb, hansı işçini ixtisara salıb, bu barədə onlarda məlumat yoxdur. İddiaçını ixtisara düşməsi barədə xəbərdar ediblər. İddiaçıdan ərizəni kimin, hansı təşkilatın almasını onlar bilmirlər. Struktur vahidi olaraq Qarabağ Sukanal İdarəsi "xxxx"ya aid olmuş, "xxxx" ASC əsasında yaranan təşkilat İri Şəhərlərin X18 Xidmətidir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2. 1.Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3.Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Maddə 11.
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;
2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Maddə 12.
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Maddə 68.
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 69.
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; Maddə 71.
1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 76.
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 77.
1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Maddə 78.
1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Maddə 80.
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 300.
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Seçki Məcəlləsi Maddə 38.1. Məntəqə seçki komissiyasının sədri, katibləri və üzvləri seçkilərin (referendumun) təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının (sərəncamının) dərc edildiyi gündən seçkilərin (referendumun) nəticələrinin dərc edildiyi günədək olan müddətdə, habelə hər il seçici siyahılarının hazırlandığı dövrdə dövlət büdcəsi hesabına pul təminatı alırlar. Məntəqə seçki komissiyasının tərkibinə seçilən, dövlət və ya yerli büdcələrdən maliyyələşdirilən orqanlarda, müəssisələrdə, təşkilatlarda və ya təsisatlarda qulluq edən şəxsin əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılır. Azərbaycan Dövlət X6 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli № 2356 Fərmanı Bənd 5. Agentliyin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın: 5.1. bu Fərmanın 3-cü hissəsi və 5.3 – 5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X14 Xidməti; 5.2. bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin X18 Xidməti; 5.3. tabeliyindəki Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyətinin Meliorasiya X9 çevrilmə formasında yenidən təşkili yolu ilə Su və X10 İnstitutu; 5.4. tabeliyindəki Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X7 Müdiriyyəti; 5.5. tabeliyindəki Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyətinin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin və tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu.
6. Müəyyən edilsin ki: 6.1. Agentlik yanında Suların İstifadəsinə və X3 Xidməti, Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, su obyektlərindən istifadə və onların mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, su obyektlərindən istifadə və onların mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji tələbləri nəzərdə tutan normativ hüquqi aktlara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərinə riayət edilməsinə dövlət nəzarətini, su və su təsərrüfatı obyektlərinin monitorinqini həyata keçirən Agentliyin strukturuna daxil olan qurumdur; 6.2. X14 Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir; 6.3. İri Şəhərlərin X18 Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir; 6.7. bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətini davam etdirir və onların strukturu, işçilərinin say həddi, əməkhaqları (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) və əməyin ödənilməsi sistemi saxlanılır; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsi tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirən cavabdeh “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya qeyd edir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Bu səbəbdən Konstitusiyanın 35ci maddəsi ilə hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ tanınmışdır. Həmin normaya əsasən, əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən əsas normativ hüquqi akt Əmək Məcəlləsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2024-cü il 15 aprel tarixli Qərarında qeyd edilmişdir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq, əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Hazırkı mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsinin X13 İdarəsində (əvvəlki "xxxx" ASC-in X13 İdarəsində) istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində işləyən, Ağdam rayonundan məcburi köçkün olan iddiaçıya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsinin X13 İdarəsi xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə aşağıdakıları bildirmişdir: «Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Dövlət X6 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında» 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC-in çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsi yaradılmışdır; Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 09 nömrəli əmri ilə “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsin strukturuna daxil olan tabeli qrumların təsdiq edilmiş strukturu və ştat cəvəlinə əsasən, İddiaçı tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixdən ixtisara düşdür; Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəkdir; və s.» Tədqiq olunan sübutlardan daha sonra müəyyən olunur ki, 119 saylı X17 38 saylı məntəqə seçki komissiyasının üzvü olan İddiaçı Azərbaycan Respublikası Seçki Məcəlləsinin 38.1-ci maddəsinə uyğun olaraq Bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı 28 noyabr 2024-cü il - 31 yanvar 2025-ci il tarixlərdə 65 gün olmaqla əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılmaqla müvəqqəti olaraq vəzifəsinin icrasından azad edilməlidir. İddiaçı Azərbaycan Respublikası Azərsu ASC-in X13 İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdən başqa işə götürənlə əmək müqaviləsi bağladığı üçün tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Azərsu ASC-in X13 İdarəsinin (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsinin X13 İdarəsi) xx.xx.2024-cü il tarixli, 666 K nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrinə əsasən, istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Əmrin verilməsinə əsas İddiaçı ərizəsi olmuşdur. Göründüyü kimi iddiaçı ilə əmək müqaviləsindən irəli gələn hüquq münasibətlərində olan cavabdeh “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsi əvvəl iddiaçıya Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 09 nömrəli əmri ilə “İri Şəhərlərin X18 Xidməti” publik hüquqi şəxsin strukturuna daxil olan tabeli qrumların təsdiq edilmiş strukturuna və ştat cəvəlinə daxil olan tutduğu vəzifə üzrə ştat vahidinin ixtisara düşməsini bildirmiş, bundan sonra hüquqi savadı olmayan, hüquqi vəziyyətinə görə işəgötürəndən asılı vəziyyətdə, yəni əmək müqaviləsinin zəif tərəfi olan iddiaçıdan sonuncunun öz təşəbbüsü ilə işdən azad olunması görüntüsü yaratmaq məqsədi ilə ondan başqa işə götürənlə əmək müqaviləsi bağlaması əsası ilə işdən azad olunmasına dair ərizə alaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməklə əslində iddiaçının etibarından sui-istifadə etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 65 gün ərzində əsas iş yeri üzrə aylıq əmək haqqının saxlanmaqla müvvəqqəti olaraq vəzifəsinin icrasından azad olunmasını bilən, ailəsinin yeganə qazanc gətirəni olan iddiaçının öz təşəbbüsü ilə tutduğu vəzifəsindən azad olunmasına dair xx.xx.2024-cü il tarixdə ərizə yazması məntiqə uyğun deyildir. Cavabdehin isə işçidən bu məzmunda ərizə almaqda məqsədi apardığı ixtisar zamanı məcburi köçkün olaraq işdə saxlanılmasına görə üstünlük hüququ olan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə özünün, yəni işəgötürənin təşəbbüsü ilə xitam verə bilməməsi olmuşdur. İstinad olunanlara əsasən, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh İri Şəhərlərin X18 Xidməti publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3458/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.