Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5460/2025 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzildən çıxarılma, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: mənzildən çıxarılma, zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 katibliyi ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzildən çıxarılma, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2025-ci tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh cavabdeh5 tərəfindən ayrı – ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh3 və cavabdeh1 qarşı “mənzildən çıxarılma və həmin mənzilin boşaldılması” barədə ilkin iddia tələbi təmin olunaraq cavabdeh3 və cavabdeh1 İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki * nömrəli evin *** nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, cavabdeh3 İddiaçı və Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi Idarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi qət olunmuşdur.
2. Həmin qətnamədən cavabdeh3 və cavabdeh1 verdikləri apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2021-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin ## #### 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı iş üzrə ## ##### 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı cavabdeh5 cavabdehlər cavabdeh3, İddiaçı və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, dövlət reyestr qeydiyyatının ləğv edilməsi, mülkiyyət hüquqlarının tanınması və mənzilin mülkiyyətçiyə geri qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir.
5. Bakı Apellyasiya Məhəməsinin *(***)-****/**** saylı, ## #### 2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2023-cü il tarixli, *(***)- ***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli 2(102)- ****/**** saylı qərarından görünür ki, iddiaçı cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. “xxxx” MMC tərəfindən verilmiş ## ### 2023-cü il tarixli, ** №-li arayışdan görünür ki, cavabdeh5 ünvan 4 ünvanında yerləşən yaşayış binasının *** saylı mənzilində yaşayır.
8. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2023-cü il tarixli qərarından görünür ki, iddia təmin edilərək, iddiaçılar cavabdeh5, cavabdeh2 və cavabdeh4 yaşadıqları ünvan 6 ünvanından cavabdeh Nərimanov rayon Icra Şöbəsi tərəfindən çıxarılmasına dair hərəkətlər qanunsuz hesab edilmiş, iddiaçılar cavabdeh5, cavabdeh2 və cavabdeh4 icra sənədi olmadan yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7, *** nömrəli mənzildən çıxarılmasına dair hərəkətlərdən çəkinmək öhdəliyi cavabdeh Nərimanov rayon Icra Şöbəsinə həvalə edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarından görünür ki, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2023- cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. “xxxx” MMC tərəfindən verilmiş ****/SQ nömrəli rəydən görünür ki, ünvan 5 ünvanda yerləşən 4 otaqlı mənzilin may 2019-cu il ######## ##24-cü illər tarixlərdə potensial icarə dəyəri 2200 manat təşkil edirdi.
11. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən Vəkil Bürosuna ünvanlanmış ## ###### 2024-cü il tarixli məktubdan görünür ki, ünvan 9 ünvanı “xxxx” MTK-nın *** nömrəli ## ##### 2018-ci il tarixli protokoldan çıxarışına, ## ##### 2018-ci il tarixli maliyyə arayışına və ## ##### 2018-ci il tarixli forma 2 arayışına əsasən ## ######## 2018-ci il tarixdə cavabdeh5 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. cavabdeh5 adına Bakı şəhəri üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
12. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1-də qanunsuz yaşayan cavabdehlər cavabdeh5, cavabdeh2 və cavabdeh4, eləcə də həmin mənzilə dair hüququ olmayan istənilən şəxslərin mənzildən məcburi çıxardılmaları və mənzilin əşyaları ilə birlikdə tam boşaldılaraq mülkiyyətçi-iddiaçı İddiaçı təhvil verilməsinə; mənzilin ##.##.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ##.##.2019-cu ildə təhvil verilməli olması, eləcə də cavabdehlərin hazırda da mənzildə yaşaması və oranı istifadə etməsini nəzərə alınaraq ötən müddət ərzində (##.##.2019-##.##.2024) həmin mənzilin qanunsuz zəbt edilməsinə görə vurulmuş maddi ziyan və əldən çıxmış fayda kimi 129800 manatın (59 ay*2200) cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh5, cavabdeh2 və cavabdeh4 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsinə; cavabdehlərin hazırda ünvan 1 ünvanında yerləşən mənzildə yaşamaları nəzərə alınaraq, mənzil tam boşaldılaraq mülkiyyətçi- Iddiaçı İddiaçı təhvil verilənədək aylıq 2200 manat olmaqla kirayə haqqının cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh5, cavabdeh2 və cavabdeh4 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsinə; ödənilmiş 420 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.2019-cu il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili Bakı şəhəri * saylı notariat kontorunda 153000 manata almış, həmin əmlaka dair mülkiyyət hüququ DƏDRX-da 1119040815 qeydiyyat nömrəsi ilə ##.##.2019 cu il tarixdə qeydə alınmış, hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən verilən çıxarışına əsasən onun tam mülkiyyətinə keçmişdir. Qeyd olunan alqısatqı müqaviləsinin 11-ci bəndinə əsasən, Satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə ##.##.2019-cu il tarixinədək Iddiaçının faktiki sahibliyinə verməyi öhdəsinə götürsə də, müxtəlif bəhanələr gətirərək mənzili təhvil verməmiş və bu hal da Iddiaçının mülkiyyətçi olaraq bir sıra hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bundan sonra, Iddiaçı məcbur qalıb, həmin evdə yaşayan satıcı cavabdeh3 və onun qızı cavabdeh1 qarşı“mənzildən çıxarılma və həmin mənzilin boşaldılması” tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, qarşı tərəf isə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsiniməhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər cavabdeh3 və cavabdeh1 Iddiaçıya məxsus olan Bakı şəhəri, N.Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki * nömrəli evin, *** nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq Iddiaçıya təhvil verilməsi, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 cavabdehlər İddiaçı və DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə, cavabdehin tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı alqı-satqı müqaviləsinin, mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməsi qət edilmişdir). Qətnamədən narazı qalan qarşı tərəf apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2021-ci il tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsi ilə cavabdeh cavabdeh3 və cavabdeh1 tərəfindən verilən apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (qətnamə əlavə olunur). Sonuncu qətnamədən də narazı qalan cavabdehlər kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti də təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (qərar əlavə olunur). Daha sonra qarşı tərəf Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2022-ci il tarixli qərardadı ilə cavabdeh3 şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilmişdir (qərardad əlavə olunur). Qeyd olunan sonuncu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərardadından sonra hazırkı iş üzrə cavabdehlər birləşərək məhkəmə qərarının icrasının qarşısını almaq və icra işini uzatmaq məqsədilə məhkəmələrdə müxtəlif uydurma iddia qaldırmaqla məhkəmə qərarının icrasına mane olmaq istəyirlər. Belə ki, yuxarıda qeyd olunan bütün məhkəmə prosesləri müddətində bir dəfə də olsun adlarıçəkilməyən, bütün proseslərdə iştirak etməyən cavabdeh5 birdən birə ortaya çıxır və iddia edir ki, mübahisəli mənzil “ona məxsusdur” və ailə üzvləri övladı cavabdeh2 və cavabdeh4 ilə birlikdə həmin mənzildə “yaşayırlar”. Ilk əvvəl cavabdeh5 cavabdehlər cavabdeh3, İddiaçı və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, dövlət reyestr qeydiyyatının ləğv edilməsi, mülkiyyət hüquqlarının tanınması və mənzilin mülkiyyətçiyə geri qaytarılması” iddia tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin ##.##.2023-cü il, e-2(005) ***/**** nömrəli tarixli qətnaməsi ilə onun iddiası rədd edilməmişdir (qətnamə əlavə olunur). Daha sonra, həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2023-cü il tarixli, e-*(***)-***/**** nömrəli iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (qətnamə əlavə olunur). Məlumat üçün bildiririk ki, məhkəmə araşdırması zamanı cavabdeh5 məhkəməyə icra işinin dayandırılması ilə bağlı müvəqqəti təminat tədbiri barədə ərizələrlə müraciət etmiş, lakin ərizələri də müvafiq olaraq Nərimanov Rayon Məhkəməsi və BakıApellyasiya Məhkəməsi tərəfindən qəbuledilmiş qərardadlarla təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərarından da narazı qalan cavabdeh cavabdeh5 kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)- ****/**** nömrəli qərarı ilə kassasiya şikayəti də təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bütün bunlarla yanaşı, cavabdeh cavabdeh5 qanuni qüvvəyə minmiş məhkəmə qərarının icranın dayandırılmasına məqsədilə Bakı Inzibati Məhkəməsinə “mənzildən çıxarılmanın qanunsuz hesab edilməsi” iddia tələbi ilə müraciət etmişdir. Qeyd edilməlidir ki, cavabdeh cavabdeh5 məhkəməyə müraciət edən zaman “xxxx” MMC tərəfindən ona verilmiş ##.##.2023-cü il tarixli, ** nömrəli arayışı təqdim etmişdir ki, həmin arayışda da cavabdeh5 ünvan 10 ünvanında yerləşən yaşayış binasının *** saylımənzilində yaşadığı göstərilmişdir. Daha sonra şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı cavabdeh cavabdeh2 daha bir “xxxx” MMC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, *** nömrəli arayışı vermişdir ki, həmin arayışda artıq mübahisəli mənzilin yerləşdiyi binanın istismara verildiyi gündən cavabdeh2 və ailə üzvlərinin orada birgə yaşadığı qeyd edilmişdir(arayışlar əlavə olunur). Sonuncu arayışın da təqdim edilməsindən sonra prosesə hazırkı cavabdehlər cavabdeh2 və cavabdeh4 da işə qoşulmuş və məhkəmənin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçıların, yəni hazırkı cavabdehlər cavabdeh5, cavabdeh2 və cavabdeh4 iddiası təmin edilmişdir.Məhkəmə qərarına əsasən, “Iddiaçılar cavabdeh5, cavabdeh2 və cavabdeh4 yaşadıqları ünvan 2 ünvanından cavabdeh Bakı şəhəri Nərimanov rayon Icra Şöbəsi tərəfindən çıxarılmasına dair hərəkətlər qanunsuz hesab edilmiş, habelə iddiaçılar cavabdeh5, cavabdeh2 və cavabdeh4 icra sənədi olmadan yaşadıqları Bakı şəhəri, N.Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7, *** nömrəli mənzildən çıxarılmasına dair hərəkətlərdən çəkinmək öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov rayon Icra Şöbəsinə həvalə edilmişdir”(qərar əlavə olunur). Qərardan apellyasiya şikayəti verilmiş olsa da, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024cü il tarixli 2-1(103)- ****/**** nömrəli qərarı ilə şikayət təmin edilməmiş, habelə Ali Məhkəmənin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı verilmiş kassasiya şikayəti üzrə təmin edilmədən apellyasiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmışdır (apellyasiya məhkəməsinin qərarı əlavə olunur). Göründüyü kimi, inzibati məhkəmənin qərarında göstərdiyi hüquqi mövqeyə əsasən icra vərəqəsi olmadan cavabdehlər cavabdeh5, cavabdeh2 və cavabdeh4 mənə məxsus Bakı şəhəri, N.Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7, *** nömrəli mənzildən çıxarılmaları qanunsuz hesab edilmişdir. Məhkəmə cavabdehlərin mübahisəli mənzildə yaşamalarını “xxxx” MMC-nin verdiyi 57 və *** nömrəli arayışlarda göstərilənləri əsas olaraq götürmüşdür. Bu səbəbdən də hazırkı mərhələdə məhkəmə tərəfindən həmin şəxslərin Iddiaçının mülkiyyətindən çıxarılmalarına dair qətnamənin, habelə buna dair icra vərəqəsinin qəbul edilməsi zəruri hesab olunur. O hal da xüsusilə qeyd olunmalıdır ki, cavabdehlərdən cavabdeh3 və onun qızı cavabdeh1 qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mübahisəli mənzilə dair istifadə hüquqlarına xitam verilmiş, mənzildən çıxarılmaları və mənzilin boşaldırlaraq təhvil verilməsi qət edilmişdir. Digər cavabdehlər cavabdeh5, cavabdeh2 və cavabdeh4 isə nəinki mənzil istifadə ümumiyyətlə hə hansı hüquqları yoxdur. Qeydiyyat ünvanları da faktiki olaraq ünvan 8r. Ümumiyyətlə sonda adıçəkilən Cavabdehlərin mübahisəli mənzillə heç bir hüquqi bağlılıqları yoxdur, sadəcə oranı qanunsuz zəbt etmişlər. Eyni zamanda o hal qeyd edilməlidir ki, mübahisəli mənzil ##.##.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, ##.##.2019-cu il tarixinədək Iddiaçının faktiki sahibliyinə verilməli olduğu halda bugünədək təhvil verilməmiş və hazırda cavabdehlərin faktiki istifadəsindədir. Əgər vaxtında mənzil təhvil verilsə idi Iddiaçı mülkiyyətindən sərbəst şəkildə istifadə edə onu icarəyə verə bilərdi. Hazırkı vəziyyətdə isə Iddiaçıcavabdehlərin qanunsuzəməlləri nəticəsində bu hüququndan da məhrum olunmuşdur. Hesab edir ki, bu halda cavabdehlər mənzili vaxtında təhvil vermədikləri, həmçinin faktiki istifadə etdikləri üçün müvafiq kirayə haqqı ödəməlidirlər. Nəzərə alınmalıdır ki, satıcı– cavabdeh cavabdeh3 Hümət qızının##.##.2019-cu il tarixinədək mənzili təhvil vermək öhdəliyinin olması ilə bərabər, digər cavabdeh cavabdeh1 da mənzil qeydiyyatda olmuş və yaşamış, habelə digər cavabdehlər cavabdeh5, cavabdeh2 və cavabdeh4 həmin mənzildə yaşamaları“xxxx” MMC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli və ##.##.2023-cü il tarixli arayışlarla da təsdiq olunmuşdur. Iddia ərizəsinə əlavə etdiyimiz “xxxx” MMC tərəfindən verilən Akt №****/SQ rəydən də göründüyü kimi, may 2019-cu il tarixdən sentyabr 2024-cü il tarixinədək mübahisəli mənzilin aylıq ortalama kirayə haqqı dəyəri 2200 manat olmuşdur. Bundan əlavə, “xxxx” MMc tərəfindən verilən LP/İ-*** nömrəli ilkin rəydə də ötən müddət ərzində (may 2019-sentyabr 2024) qeyd olunan mənzilin orta aylıq 2100-2200 manat təşkiletdiyi göstərilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, mənzilin ##.##.2019-cu il tarixinədək təhvil verilməli olmasını, həmçinin cavabdehlərin hazırda da Iddiaçıya məxsus mənzildə da qeyr-qanuni olaraq yaşamalarını nəzərə alaraq ötən müddət ərzində (##.##.2019-##.##.2024– 59 ay) həmin mənzildən istifadə etdikləri üçün kirayə haqqı olaraq ümumilikdə 129.800 (yüz iyirmi doqquz min səkkiz yüz) manat (59 ay*2200) vəsait cavabdehlərdən müştərək qaydada tutularaq Iddiaçıya ödənilməlidir. Bununla yanaşı hazırkı məhkəmə çəkişməsinin davam edəcəyini və bu prosesin də xeyli müddət davam etməsi halında mənzilin istifadədə qalacağı ehtimalını nəzərə alaraq mənzilin boşaldılaraq Iddiaçıya təhvil veriləcəyi günədək aylıq ortalama kirayə dəyəri nəzəri alınmaqla aylıq 2200 manat pulun Cavabdehlərdən müştərək qaydada tutularaq Iddiaçıya ödənilməsi də labüddür və ədalətli hesab olunmalıdır. Hesab edir ki, iddia tam əsaslıdır və təmin edilməlidir.
14. Iddiaçı İddiaçı nümayəndəsi ## ###### 2025-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsinə dair yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1-də qanunsuz yaşayan cavabdehlər cavabdeh5, cavabdeh2 və cavabdeh4, eləcə də həmin mənzilə dair hüququ olmayan istənilən şəxslərin mənzildən məcburi çıxardılmaları və mənzilin əşyaları ilə birlikdə tam boşaldılaraq mülkiyyətçi- iddiaçı İddiaçı təhvil verilməsinə; Mənzilin ##.##.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ##.##.2019-cu ildə təhvil verilməli olması, eləcə də cavabdehlərin hazırda da mənzildə yaşaması və oranı istifadə etməsini nəzərə alınaraq ötən müddət ərzində (##.##.2019- ##.##.2024) həmin mənzilin qanunsuz zəbt edilməsinə görə vurulmuş maddi ziyan və əldən çıxmış fayda kimi 129800 manatın (59 ay*2200) cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh5, cavabdeh2 və cavabdeh4 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsinə; Cavabdehlərin hazırda ünvan 1 ünvanında yerləşən mənzildə yaşamaları nəzərə alınaraq, mənzil tam boşaldılaraq mülkiyyətçi- Iddiaçı İddiaçı təhvil verilənədək aylıq 2200 manat olmaqla kirayə haqqının cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh5, cavabdeh2 və cavabdeh4 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsinə; Ödənilmiş 420 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh cavabdeh5 nümayəndəsi vəkil3 ## ###### 2024-cü il tarixində məhkəməyə elektron kabinet vasitəsilə iddia tələbinə etiraz təqdim edərək, bildirmişdir ki, “iddiaçı bildirir ki, ünvan 5 ünvanında yerləşən mənzilə mülkiyyət hüququ onunla cavabdeh3 arasında bağlanmış və Bakı şəhəri, * nömrəli notariat kontorunda təsdiqlənmiş bu mənzilin 153 min manata satın alınması barədə müqavilə əsasında yaranıb və DƏDRX-da 1119040815 qeydiyyat nömrəsi ilə ##.##.2019- cu il tarixdə qeydə alınıb. Bu alqı-satqı müqaviləsi üzrə Intizar Bayramova ilə Iddiaçı arasında məhkəmə mübahisələri yaranmış və bütün məhkəmə instansiyalarında Iddiaçının tələbi təmin edilmişdir (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2021-ci il tarixli, 2(103)- ****/**** saylı qətnaməsi; Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, 2 (102)- ***/**** saylı qərarı). Bu məhkəmə çəkişmələrindən mənim xəbərim olmayıb. Baxmayaraq ki, mənzil inşa edilən andan ailə üzvlərimlə orada yaşayıram. Intizar Xanməmədova (mərhum həyat yoldaşım Xanlar Bayramovun doğma bacısı) sadəcə olaraq Mənzilin titul mülkiyyətçisidir. Bunun səbəbi Mənzilin alınması və təmiri zamanı bütün sənədləşmə işlərinin aparılmasının rahatlığı olub. Həmin vaxt mən ailə üzvlərimlə Bakıda deyil, Şəmkir rayonunun Seyfəli kəndində qayınatamın evində yaşayırdım. Mənim üçün Mənzilə mülkiyyət hüququnun mənə və ya Intizar Xanməmədovaya mənsub olması heç bir əhəmiyyət kəsb etmirdi. Bu dövrdə, yəni Mənzilin istismara verildiyi vaxtdan alqı-satqı müqaviləsinin bağlanmasına qədər olan vaxt ərzində onu çox asanlıqla özümün və ya uşaqlarımdan birinin adına keçirə bilərdim. Bunu etməmişəm. Etiraf edirəm ki, səhlənkarlıq etmişəm. Lakin mülki hüququmdan istifadə etmədiyimə görə mən zərər görməli deyiləm ki?! cavabdeh3 İddiaçı ilə müqavilə bağlaması barədə xəbəri mən Nərimanov Rayon Icra Şöbəsinin əməkdaşları bizi Mənzildən çıxarmağa gəldikləri zaman icra məmurlarından almışam. cavabdeh3 bu barədə soruşduqda, o mənə izah etdi ki, o, İddiaçı və onun şəriki olan Tural Nəzərli tərəfindən notariat kontorunda aldadılıb, Mənzilin girov qoyulub borc götürüməsinə dair müqavilə (məişətdə "sələm" müqaviləsi kimi tanınan) əvəzinə ona Mənzilin alqı-satqısına dair müqavilə imza atdırıblar. Məhkəmədə ona qarşı iddia qaldırılandan sonra məsələnin mahiyyətindən xəbərdar olub, lakin bu barədə məlum səbəblərə görə nə mənə, nə də başqa yaxınlarına məlumat verməyib. Məsələnin məhkəmədə ədalətli həlinə nail olacağına inanıb. Ammaməhkəmələr onun ziyanına qərarlar çıxarıblar. Qərarlarla tanış olmuşam. Onların hamısında Intizar Xanmməmmədova ardıcıl olaraq alqı-satqı müqaviləsinin yalan əqd kimi etibarsız olduğunu bildirmiş, bunun araşdırılmasını tələb etmiş (vəsatət verməklə və qarşılıqlı iddia qaldırmaqla), lakin məhkəmələr onun tələblərini təmin etməmişlər. Bunları bildirməkdə mənim məqsədim diqqətinizi Mənzillə bağlı məhkəmə mübahisələrinin həlində mənim iştirakımın təmin olunmaması, mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarımın (müstəqil tələb irəli sürə biləcək üçüncü şəxs olaraq) gizli surətdə pozulmasına cəlb etməkdir. Indiyə qədərki məhkəmə proseslərində mən məlum formalhüquqi səbəblərə görə İddiaçı ilə Intizar Xanməmdədova arasında bağlanmış ##.##.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsini mübahisələndirə (yalan əqd olmaqla etibarsız əqd olması məsələsini qaldıra və həll edə) bilməmişəm. Göründüyü kimi, mənim Mənzilə mülkiyyət hüququnun mübahisələndirilməsi ilə bağlı cavabdeh3 ilə İddiaçı arasında məhkəmə mübahisələrində iştirak etməməyim, bununla yaşadığım, faktiki sahibi və mülkiyyətçisi olduğum Mənzilin kənar şəxslər arasında alqı-satqı predmeti olması, bu əqdin yalan və etibarsız olmasını sübut etmək imkanından məhrum edilməyim mənim ədalətli məhkəmə araşdırması hüququmu və bundan dolayı mülkiyyət hüququmu pozmuşdur. Bu bir faktdır ki, İddiaçı tanımamış və indi də tanımıram. Mənzil alan şəxsin öncədən gəlib Mənzilə baxması normaldır, faktiki prezumpsiyadır. Lakin o, Mənzildə heç zaman olmayıb. Mənzilin bazar qiyməti 600-700 min anat olduğu halda, onun 153 min manat satılması İddiaçı ziyanına prezumpsiya yaradır. O, sübut etməlidir ki, necə olub ki, ağlı başında olan bir adam, heç bir zərurət olmadan 700 min manat dəyərində Mənzili ona 153 min manata satıb? Mübahisəyə baxan məhkəmə, o cümlədən bu məhkəmə izah etməlidir ki, hansı səbəbdən alqı-satqı müqaviləsinin etibarsızılığı barədə vəsatətlər və qarşılıqlı iddialar baxılmamış saxlanılıb. Baxmayaraq ki, həm qanun norması, həm məhkəmə təcrübəsi tələb edir ki, bunu məhkəmələr vəsatətsiz və iddiasız etməlidirlər. Bunlar nisbi detallığı ilə göstərməkdə məqsəd odur ki, hazırki iddia ərizəsinin baxılması çərçivəsində Mənzilə mülkiyyət məsələsinin araşdırılması mümkün olmayacaq. Iddia ərizəsində bu qaldırılmayıb. Mənim kənar şəxslər arasında bağlanmış əqdin etibarsızlığı barədə qarşılıqlı iddia qaldırmaq hüququm yoxdur. Belə hüquq olsa da, onu reallaşdırmaq qeyrimümkündür. Çünki, əqdin etibarsızlığı ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarları var. Bu qərarlar mənim (müstəqil tələb irəli sürən üçüncü şəxs kimi) iştirakım olmadan keçirilmiş məhkəmə proseslərinin nəticəsi olub. Bunlarınəzərə alaraq, mən həmin məhkəmə qərarlarının yeni açılmış hallara görə ləğv edilməsi, mənim iştirakımla birinci instansiya məhkəməsindən başlayaraq yenidən baxılması məsələsini qaldırmışam. Mənim pozulmuş, bərpası imkanları ötürülmüş olan ədalətli məhkəmə araşdırma hüququmun təmin edilməsi yalnız bu yolla mümkündür. Hazırki məhkəmənin mənim qeyd edilən hüququmu təmin etmək imkanı obyektiv səbəblərə görə yoxdur. O da nəzərə alınmalıdır ki, iddiada istinad edilən Bakı Inzibati Məhkəməsinin (Iş № *-1(112)- 7850/2023) ##.##.2023-cü il tarixli qətnaməsində “qanunsuz hesab edilsin” göstərişi qətnamənin nəticə hissəsinin 2-ci cümləsinə aiddir: “Iddiaçılar cavabdeh5, cavabdeh2 və cavabdeh4 yaşadıqları ünvan 6 ünvanından cavabdeh Nərimanov rayon Icra Şöbəsi tərəfindən çıxarılmasına dair hərəkətlər qanunsuz hesab edilsin”. Burada “qanunsuzluq” çıxarılmanın qeyd-şərtsiz olması ilə səciyyələnir. “Icra sənədi olmadan” ifadəsi 3-cü cümlədə işlədilir və bu gələcəkdə Nərimanov rayon Icra Şöbəsinin edə biləcəyi hərəkətlərə aiddir. Yəni, prosessual göstərişdir. Maddi hüquqi mahiyyət isə 2-ci cümlədə ifadə edilir.”
16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-2(005)- ***/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, ünvan 1-də yaşayan cavabdehlər cavabdeh5, cavabdeh2, cavabdeh4 və mənzilə dair hüququ olmayan digər şəxslərin mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin tam boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməsi, cavabdehlər cavabdeh5, cavabdeh2, cavabdeh4 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manatın tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
17. Qətnamə onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddiaçı İddiaçı iddia tələbi 4 hissədən ibarətdir: - cavabdehlərin və həmin mənzilə dair hüququ olmayan istənilən şəxslərin mənzildən məcburi çıxardılmaları və mənzilin əşyaları ilə birlikdə tam boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi - vurulmuş maddi ziyan və əldən çıxmış fayda kimi 129800 manatın (59 ay*2200) - mənzil tam boşaldılaraq iddiaçıya təhvil verilənədək aylıq 2200 manat olmaqla kirayə haqqının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi dövlət rüsumu. Məhkəmə iddia tələbinin 1-ci hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbinin bu hissəsinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Birinci dispozitiv şərtin yəni, mübahisəli mənzilin iddiaçıya məxsus olması iş materialları ilə müəyyən olunur. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh3 ilə İddiaçı arasında bağlanmış ## ### 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzil sonuncuya satılmış, bununla bağlı daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməklə əmlak ## ### 2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Bundan sonra mənzil ona təhvil verilmədiyindən İddiaçı cavabdeh3 və cavabdeh1 qarşı “mənzildən çıxarılma və həmin mənzilin boşaldılması” barədə iddia tələbi ilə, cavabdeh3 isə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunaraq cavabdeh3 və cavabdeh1 İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki * nömrəli evin *** nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinin isə rədd edilməsi qət olunmuşdur. Qeyd olunan qətnamə həmin hissədə apellyasiya və kassasiya instansiyası məhkəmələrində dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra hazırki iş üzrə cavabdeh cavabdeh5 cavabdehlər cavabdeh3, İddiaçı və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ## ###### 2007-ci il tarixli və ## ### 2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, reyestrdə qeydiyyatların ləğv edilməsi, əmlaka öz mülkiyyət hüququnun tanınması və s. xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı iş üzrə ## ##### 2023-cü il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Göründüyü kimi mübahisəli mənzil ## ### 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətinə keçmiş, qeyd olunan alqı-satqı müqaviləsinin etibarlılığı cavabdeh3 və cavabdeh5 (hazırki iş üzrə cavabdehlər) tərəfindən mübahisələndirilmiş, bununla belə alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə tələblər təmin edilməməklə, müqavilənin etibarlı olması məhkəmələr tərəfindən təsdiq olunmuşdur. cavabdeh5 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)- ***/**** saylı ## ##### 2021-ci il tarixli qətnaməsinə dair iş üzrə tərəf olmasa da, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ##### 2023-cü il tarixli qətnaməsinin çıxarıldığı mülki iş üzrə iddiaçı, İddiaçı isə cavabdeh qismində iştirak etmişdir. Ikinci dispozitiv şərtin olması, yəni mənzilin başqa şəxsin cavabdehlərin - sahibliyində olması da iş materialları ilə müəyyən edilir. Belə ki, həmin qətnamə əsasında verilmiş icra sənədi icra olunması üçün Bakı şəhəri Nərimanov Rayon Icra şöbəsinə göndərilmiş və icraata başlanılmışdır. Icra sənədinin icrası zamanı cavabdeh5 cavabdeh Bakı şəhəri Nərimanov rayon Icra və Probasiya şöbəsinə qarşı cavabdeh5, onun oğlu cavabdeh2 və qızı cavabdeh4 yaşadıqları ünvan 7 ünvanından Nərimnaov rayon Icra Şöbəsinin əməkdaşları tərəfindən çıxarılmasının qanunsuz hesab edilməsi tələbi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı cavabdeh5 və ailə üzvləri faktiki olaraq Bakı şəhəri, Nərimanov rayou, Kazım Kazımzadə küçəsi, ev 7 ünvanında yerləşən *** saylı mənzildə hazırda yaşayırlar. Cavabdehin nümayəndəsi və vəkili də məhkəməyə ünvanladığı ərizələrdə (etiraz, qarşılıqlı iddia ərizəsi) bu halı təkzib etməmişdir. Işin bu halı həm də üçüncü dizpozitiv şərtin mövcudluğuna əsas verir. Çünki iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktları mənzilin qanuni əsaslarla iddiaçıya məxsus olmasını təsdiq etdiyi halda, cavabdehlər heç bir hüquqi əsas olmadan mənzildə yaşamaqda və onu iddiaçının sahibliyinə və istifadəsinə qaytarmamaqda davam edirlər. Cavabdehlərin həmin mənzildə yaşamasının qanuni əsası müəyyən edilməmişdir. Bu isə əmlakın (mənzilin) cavabdehlərin qanunsuz sahibliyində olması ilə bağlı üçüncü dispozitiv şərtin olması barədə qənaətə gəlməyə tam əsas vermiş olur. Məhkəmə hesab etmişdir ki, mülkiyyətçi kimi iddiaçının özünə məxsus olan mənzilə tam sahib olmaq, öz tələbatının təmin olunması üçün həmin mənzildən istədiyi kimi istifadə etmək, habelə hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək hüquqları vardır. Iddia tələbinin müvafiq hissəsinin qanuni əsası olan Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi – iddiaçı özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə tərəfindən, mübahisəli mənzilin hər hansı bir qanuni əsas (alqı-satqı müqaviləsi və s.) olmadan cavabdehlərin faktiki sahibliyində olduğu müəyyən edilmişdir. Cavabdeh cavabdeh5 mübahisəli mənzilə mülkiyyət hüquqlarının tanınması barədə tələb ilə məhkəməyə müraciət etsə də, onun tələbi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı iş üzrə ## ##### 2023-cü il tarixli qətnaməsi ilə ilə təmin edilməmişdir. Cavabdehlər iddiaçının iradəsinə zidd olaraq sonuncuya qanuni əsaslarla məxsus olan mənzili zəbt etməklə mənzildən çıxmamaları iddiaçının həmin mənzilə dair istifadə hüquqlarının həyata keçirilməsinə və həmin əmlakdan istifadə etməsinə imkan vermir və maneə yaradır. Mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə yaşayış evindən istifadə edilməsi isə mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Bu səbəbdən cavabdehlər cavabdeh5, cavabdeh2, cavabdeh4 və mənzilə dair hüququ olmayan digər şəxslərin mənzildə qalması iddiaçının mənzil hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və müvafiq qətnamə onların həmin mənzildən çıxarılması və mənzilin onlar tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi üçün əsas olmalıdır. Digər tərəfdən qeyd olunan mənzilin iddiaçı İddiaçı təhvil verilməsi məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki * nömrəli evin *** nömrəli mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Cavabdehlərin qeyd olunan mənzildə hər hansı bir əsas olmadan qalması iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını da mümkünsüz edir. Belə olan halda məhkəmə cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair iddia tələblərini əsaslı hesab etmişdir. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya dair 2-ci və 3-cü hissəsi ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Hazırda iddiaçı “qeyd olunan mənzil vaxtında mənzil təhvil verilsə idi iddiaçı mülkiyyətindən sərbəst şəkildə istifadə edə onu icarəyə verə bilərdi” əsası ilə vurulmuş maddi ziyan və əldən çıxmış fayda kimi cavabdeh3, cavabdeh1, cavabdeh5, cavabdeh2 və cavabdeh4 pul tələb edir. Məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin 443.4-cü maddəsinə görə hazırki iş üzrə cavabdehdən iddiaçının xeyrinə əldən çıxmış faydanın tutulması istisna olunur. Həmin maddəyə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə hesab edir ki, tələb ehtimal əsasında müəyyən edilmiş, əldən çıxmış fayda şəklində zərərin müəyyənləşdirilməsi üçün yuxarıda qeyd edilən maddədə müəyyən edilən dispozisiya şərtlərinin olmasına, iddiaçının müvafiq gəliri əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərinə dair mötəbər sübutlar təqdim olunmamışdır. Belə ki, həmin maddəyə əsasən kreditorun (hazırki işdə iddiaçının) həmin faydanı əldə etmək üçün müəyyən tədbirlər görməsi, hazırlıq işləri aparması tələb olunur. Iddiaçı isə tələbini yalnız mübahisə predmeti olmuş mənzillə eyni ərazidə yerləşən oxşar mənzillərin aylıq kirayə dəyərinin 2200 manat olması ilə əsaslandırmış, bu zaman ötən müddət ərzində həmin mənzili kirayə vermək imkanında olmasını təsdiq edən mötəbər sübutları (mənzilə dair digər şəxslərlə real olaraq kirayə müqaviləsini bağlamasına, məhz cavabdehin təqsiri üzündən bunun baş tutmamasına, bununla bağlı üçüncü şəxslə danışıqlara dair sübutlar və s.) təqdim etməmiş, tələbini yalnız ümumi sözlərlə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehlərdən qeyd olunan mənzilə yaşadıqlarından kirayə haqqı kimi məbləğin tutulmasını da əsaslı hesab etmir. Belə ki, mənzilin kirayəyə verilməsi barədə tərəflər arasında hər hansı bir razılıq – müqavilə olmamışdır. Tərəflər arasında məhkəmə mübahisələri olmuş, Bakı Inzibati Məhkəməsinin *- *(***)-****/**** saylı, ## ###### 2023-cü il tarixli qərarı ilə onların mübahisəli ünvan 6 ünvanından cavabdeh Nərimanov rayon Icra Şöbəsi tərəfindən çıxarılması qanunsuz hesab edilmiş, cavabdeh5, cavabdeh2 və cavabdeh4 icra sənədi olmadan yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7, *** nömrəli mənzildən çıxarılmasına dair hərəkətlərdən çəkinmək öhdəliyi cavabdeh Nərimanov rayon Icra Şöbəsinə həvalə edilmişdir. Qeyd olunan qərar Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ##### 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlərin qeyd olunan mənzildən çıxarılması nəzərdə tutulmadığından, onların icra sənədi olmadan Nərimanov rayon Icra Şöbəsi tərəfindən mənzildən çıxarılması qanunsuz hesab edilmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı tərəfindən göstərilən tələbin əsasını təşkil edən hal əldən çıxmış faydanın olmasıdır. Lakin iddiaçının tələbinin əsasını təşkil edən hallar – cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçıya ziyan dəyməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bu halda iddiaçıya iddia etdiyi formada ziyanın dəyməsini müəyyən etmək mümkünsüzdür. Belə olan halda iddia üzrə iddiaçı tərəfindən cavabdehlərə qarşı yönəlmiş iddia tələbinin qeyd olunan hissədə əsassız olması təsdiq olunur.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 164.1, 165.1, 560.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın * saylı Protokolunun 1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. Həmin qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən - iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Cavabdeh cavabdeh5 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə əsasən, məhkəmə tərəfindən iddiaçıya məxsus olan əmlakın faktiki olaraq heç bir qanuni əsas olmadan cavabdehlərin istifadəsində olduğu təsbit edilmişdir. Məhkəmə cavabdehlərin iddiaçının iradəsinə zidd olaraq qanuni əsaslarla ona məxsus olan mənzili zəbt etməklə mənzildən çıxmamalarını qeyd edir, ancaq bu halın iddiaçıya faktiki olaraq zərər vurmasını qəbul etmir. Bu açıq aşkar ziddiyyətdir. Bir halda ki, iddiaçı sərbəst şəkildə əmlakından istifadə edə bilmir, onun üzərində sərəncam verə bilmir, ona maddi və mənəvi zərərin dəyməsi labüd və qaçılmazdır. Hesab edir ki, məhkəmənin bu yanaşması düzgün deyildir. Iş materiallarına əlavə sübut olaraq təqdim etdiyi analoji halla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(102)-2762/2023-cü il nömrəli Qərarında da Ali Məhkəmənin nümayiş etdirdiyi mövqeyə görə cavabdehlər iddiaçıya məxsus mənzili təhvil verməməklə ona maddi ziyan vururlar. Çünki iddiaçı özünəməxsus evdən istifadə edə bilmir. Burada əsas nəzərə alınmalı məqam əmlakın iddiaçıya məxsus olması və cavabdehlərin mənzildən çıxarılması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri ilə təsdiq olunmuşdur. Belə ki, iddiaçı ##.##.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzili almış, həmin əmlaka dair mülkiyyət hüququ DƏDRX-da 1119040815 qeydiyyat nömrəsi ilə ##.##.2019-cu il tarixdə qeydə alınmış, hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən verilən çıxarışına əsasən onun tam mülkiyyətinə keçmişdir. Əmlakın dəyərini tam ödəsə də, mənzil ona təhvil verilmədiyindən məcbur qalıb satıcı və hazırkı cavabdehlərdən cavabdeh3 və onun qızı cavabdeh1 qarşı “mənzildən çıxarılma və həmin mənzilin boşaldılması” tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, qarşı tərəf isə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan qarşı tərəf apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, sonuncu qərardan verilən kassasiya şikayəti də Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, 2(102)- ***/**** nömrəli qərarı ilə təmin edilmədən və apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Bundan sonra, qarşı tərəf hətta Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmiş, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2022-ci il tarixli qərardadı ilə cavabdeh3 şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilmişdir. Qeyd olunan sonuncu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərardadından sonra hazırkı iş üzrə bütün cavabdehlər birləşərək məhkəmə qərarının icrasının qarşısını almaq və icra işini uzatmaq məqsədilə məhkəmələrdə müxtəlif uydurma iddia qaldırmaqla məhkəmə qərarının icrasına mane olmaq istəmişlər. Cavabdeh cavabdeh5 cavabdehlər cavabdeh3, İddiaçı və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, dövlət reyestr qeydiyyatının ləğv edilməsi, mülkiyyət hüquqlarının tanınması və mənzilin mülkiyyətçiyə geri qaytarılması” iddia tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin e-*(***)- ***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə onun iddiası rədd edilməmişdir. Qətnamədən verdiyi apellyasiya şikayəti verilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə rədd edilmiş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, sonuncu qətnamədən verilmiş kassasiya şikayəti də Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)- ****/**** nömrəli qərarı ilə təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırkı iş üzrə bütün cavabdehlər birləşərək, Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, 2(102)- ***/**** nömrəli qərarı ilə qanuni qüvvəsinin almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin icrasına mane olmaqla faktiki olaraq iddiaçının mülkiyyət hüququnu realizə etməsinə mane olurlar. Bununla da təbii olaraq iddiaçıya həm maddi, həm də mənəvi zərər vurmaqla bərabər onun öz əmlakından faydalanmasına da imkan vermirlər. Birinci instansiya məhkəməsi isə cavabdehlərin bu hərəkətləri ilə həmin tarixdən bəri iddiaçıya zərər vurması faktını görsə də bu hala heç bir hüquqi qiymət verməmişdir. Belə ki, iddia tələbinin 2-ci və 3-cü hissəsindəki tələblər məhz dəymiş maddi ziyanla bağlı olmuşdur ki, bu tələblər də qanunsuz olaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır. Halbuki analoji halla bağlı Ali Məhkəmənin yuxarıda qeyd olunan ##.##.2023-cü il tarixli, 2(102) ****/**** nömrəli qərarında dəymiş maddi ziyan qismən də olsa da, təmin olunmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi və eyni məzmunlu mübahisələrlə bağlı vahid məhkəmə aktlarının qəbul edilməsi ilə bağlı müvafiq göstərişləri icra etməkdən boyun qaçırmış və tam qanuni olan iddia tələbimizi təmin etməmişdir. Hesab edir ki, məhkəmə iddia tələbinin bütün hissələrini təmin etməli idi, bununla əlaqədar birinci instansiya məhkəməsinin qətnaməsi qismən təmin olunmamış hissədə ləğv edilməli və iddiamızın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir.
22. Cavabdeh cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Onları təsdiq edən sübutlar iddianın əsasını təşkil edən, iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh3 arasında bağlanmış ##.##.2019-cu il tarixli, ünvan 1-də yerləşən mənzilin alqı-satqısına dair müqavilənin “yalan əqd” olmasını təsdiq etməsinə baxmayaraq, bunu etməmiş, bu məsələyə ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmə öz mövqeyini əvvəlki məhkəmə qərarlarında qeyd edilmiş “nəticə”lərlə əsaslandırmışdır. Baxmayaraq ki, həmin qərarlarda göstərilən əqdin etibarlılığı məhkəmələr tərəfindən yoxlanmamış, qiymətləndirilməmişdir. Nəzərə alınmamışdır ki, həmin məhkəmə qərarları əqdin etibarlılığına dair hüquqi nəticəyə şamil edilə bilməzdi, çünki, preyudisiya yalnız işin faktiki hallarına tətbiq edilə bilər. Hüquqi nəticələr məhkəmədə araşdırılmış faktlara və hüquqa əsaslana bilər. Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin II hissəsində göstərildiyi kimi: “Hakimlər işlərə (...) faktlara əsasən və qanuna müvafiq baxırlar”. Məhkəmə nəzərə almamışdır ki, iddianın əsasını təşkil edən əqdin etibarlılığını yoxlamaq vəzifəsi məhkəmənin üzərinə Konstitusiya Məhkəməsi Plenumunun qərarı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinin mənbəyi hesab olunan “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının "Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə" ## #### 2022-ci il tarixli, **/**** nömrəli qətnaməsi” ilə təsbit olunmuşdur. Iddiaçı mülkiyyət hüququndan caavbdehin, mənzilin faktiki mülkiyyətçisinin mülkiyyət hüququnu pozmuşdur, yəni hüququndan sui-istifadə etmişdir. Iddiaçının əsl niyyəti, iradəsi mənzil almaq olmamışdır. Olsaydı, o mənzilə öncədən baxış keçirər, onun istismar keyfiyyətləri ilə maraqlanardı. Belə hərəkət etsəydi o, mənzildə cavabdehin ailəsi ilı brigə yaşadığını görərdi, cavabdeh isə onun gəlişinin məqsədi ilə maraqlanardı. Məlum olardı ki, mənzil cavabdehindir, cavabdeh3 isə mənzilin üzərində sərəncam vermək hüququ faktiki olaraq yoxdur. Çünki, mənzil onun adına formal olaraq sənədləşdirilmişdi. O, heç bir zaman bu mənzildə yaşamamış, ona mülkiyyət hüququ olmasını iddia etməmişdir. Əgər o, mənzilin əsl mülkiyyətçisi olsaydı, mənzilin istismara verildiyi andan orada onun yox, cavabdehin və ailə üzvlərinin yaşamasına hər hansı bir formada münasibət bildirərdi. Bildirməmişdir. Iddiaçı mülki hüquqi müqavilələr bağlamaq hüququndan sui-istifadə etmiş, cavabdeh3 aldadaraq, onunla aralarında əldə edilmiş razılığa uyğun olaraq iradələrinin həqiqi məzmunu faiz gəliri ilə “borc müqaviləsi” bağlamaq olduğu halda, iradə forması kimi tamamilə fərqli – “alqı-satqı” müqaviləsi bağlamış, iradəsinin həqiqi məzmununa zidd olaraq sonradan mənzili qaytarmaqdan imtina etmiş, onu qanunsuz ələ keçirməyə cəhdlər göstərmişdir. Bunu mənzilin boşaldılması barədə tələbin müqavilə tarixindən (13.05.19-cu il) xeyli müddət sonra (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, 2(005)- ***/**** nömrəli qətnaməsi) cavabdehi, mənzilin faktiki sahibi və orada istismar günündən başlayaraq davamlı olaraq ailəsi ilə birlikdə yaşayan şəxsi xəbərdar etmədən irəli sürülməsi faktı da təsdiqləyir. Məhkəmə qanun normalarının tələblərini yerinə yetirsəydi, müəyyən edərdi ki, mənzilin alqı-satqısı nə Icavabdeh3, nə də İddiaçı iradəsinin ifadəsi olmamışdır. Onların iradəsi (niyyəti) gəlir faizi ilə bir il müddətə borc vermək/almaq olmuşdur. Mənzil isə "girov" funksiyasını daşımışdır. Müqavilənin həqiqi məzmunu isə bunlara uyğun olmuşdur. Məhkəmə qanunun tələbinə görə, nəzərə alınmalı halları ümumiyyətlə araşdırmamış, qanunun bu tələblərini diqqətdən kənara qoymuşdur. Iddiaçı, sərəncamında olan və borc kimi verilən 90 min ABŞ dollarının mülkiyyətçisi kimi, bu əmlakdan cavabdehə ziyan vurmaq məqsədi ilə istifadə etmişdir. Yəni mənzilin titul mülkiyyətçisi olan cavabdeh3 aldadaraq orta bazar qiyməti təxminən 615 min manat olan mənzili bu qiymətdən 4 dəfə ucuz qiymətə, 153 min manata satmaqla istifadə etmiş, yəni müqavilə ilə daşınmaz əmlak almaq hüququndan sui-istifadə etmişdir. Nəticədə, cavabdehə, mənzilin faktiki mülkiyyətçisinə təxminən 500 min manatdan artıq maddi zərər vurulmuşdur. Iddiaçının mənafe üstünlüyü o zaman dəqiq ifadə edilmiş hesab olunardı ki, o, müqavilə bağlanan andan dərhal sonra mənzilin boşaldılıb ona təhvil verilməsini istəyərdi. Müqavilə ##.##.2019-cu il tarixdə bağlanmış, mənzilin boşaldılmasına dair birinci məhkəmə qətnaməsi isə təxminən 2 ildən sonra, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə çıxarılmışdır. Iddiaçının mənzilin dərhal boşaldılmasını tələb etməməsi, bunu bir il keçəndən xeyli sonra etməsi, göstərir ki, müqavilənin həqiqi məzmunu gəlir faizi ilə borc vermək/almaq olmuşdur. Lakin yaranmış situasiyadan varlanmaq, üçüncü şəxsə isə ziyan vurmaq üçün müqavilənin həqiqi məzmunundan yalan məzmununun (alqı-satqı) xeyrinə imtina etmişdir. Alqı-satqının tənasübsüz qiymətlərlə (615 min manata qarşı 153 min manat) sənədləşdirilməsi mübahisəsiz faktdır. Qiymətləndirmə ekspertlərinin rəyləri və alqı-satqı müqaviləsinin məzmunundakı məlumatla təsdiq edilir. müqaviləsinin məzmunundakı məlumatla təsdiq edilir. Müqavilə şərtlərinə məcbur etmə ilə bağlı qeyd edilməlidir ki, "sələm" şərti ilə borc pul alınması cavabdeh3 həyat yoldaşı, sahibkarlıqla məşğul olan Hafiz Xanməmmədliyə təcili pul lazım olması, başqa yerlərdən pul tapa bilməməsi, yalnız bank işçiləri olan İddiaçı ilə Tural Nəzərlinin buna ağır şərtlərlə, sələm şərtləri ilə razılıq vermələri ilə təsdiq olunur. Nəzərə alınmalıdır ki, Hafiz Xanməmmədli ilə Tural Nəzərli və İddiaçı tanışlığı onların “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Sənaye” filialının kredit şöbəsində çalışmaları ilə bağlıdır. Hafiz Xanməmmədli bu bankın kredit şöbəsinə məhz bank krediti almaq üçün müraciət etmişdi. Qulluq mövqeyindən istifadə edən Tural Nəzərli və İddiaçı belə kreditin alınmasına mane olmaqla yanaşı, özlərinin xidmətlərini təklif etmişlər. Bunlar cavabdeh3 məhkəmələrdə dəfələrlə verdiyi ifadələrlə təsdiq edilir. Faktlar iddiaçı İddiaçı və Tural Nəzərli tərəfindən də bəzi istisnaları (interpretasiya xarakterli) çıxmaqla inkar edilmir. Borc məbləği ödənilməsinə baxmayaraq, mənzilin iddiaçı tərəfindən geri qaytarılmaması faktı sübut edir ki, onun və Tural Nəzərlinin niyyəti cavabdehə zərər vurmaq, onun mənzilini qanunsuz ələ keçirmək olmuşdur.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
23. Iddiaçı İddiaçı ## ###### 2025-ci il tarixində məhkəməyə iddiaçı cavabdeh cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz təqdim edərək, cavabdeh cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişidirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı iş üzrə qətnaməsi ilə iddia qismən təmin edilərək ünvan 5-də yaşayan cavabdehlər cavabdeh5, cavabdeh2, cavabdeh4 və mənzilə dair hüququ olmayan digər şəxslərin mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin tam boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməsi, eyni zamanda cavabdehlər cavabdeh5, cavabdeh2 və cavabdeh4 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən təmin edilməmiş hissədə mən, bütövlükdə isə qarşı tərəf narazı qalaraq apellyasiya şikayəti vermişdir. Bildirirəm ki, qarşı tərəfin verdiyi apellyasiya şikayəti tamamilə əsassızdır və tipik suiistifadə halı olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını yubatmağa yönəlmişdir. Bu hal eyni zamanda mənim mülkiyyət hüququmun realizə olunmasına imkan vermir, öz əmlakım üzərində sərəncam vermək hüququmu məhdudlaşdırır və nəticədə mənim mülkiyyət hüququm kobud şəkildə pozulur. Qarşı tərəfin hüquqdan suiistifadə etməsini göstərən hallar aşağıdakılardır: Əvvəla qeyd etmək istəyirəm ki, birinci instansiya zamanı prosesin uzadılması ilə bağlı qarşı tərəfdən aidiyyəti olan və olmayan vəsatətlər verilmiş və bununla da prosesin müddəti uzadılmışdır. Iş materiallarına baxdıqda həmin vəsatətlərin heç bir birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamışdır. Dəfələrlə aidiyyəti olmada işin dayandırılması ilə bağlı vəsatətlər verilmişdir. Hətta üçüncü şəxs olan “xxxx” MMC-dən sənədlərin istənilməsi barədə qərardaddan şikayət nəzərdə tutulmasa da qarşı tərəf ondan şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, habelə qərardadda şikayətin işin qəsdən uzadılmasına yönəlmiş hərəkət kimi qiymətləndirilərək, şikayəti vermiş şəxsə MPM-in 174-cü maddəsinin tələbləri izah edilmişdir (əlavə olunur). Bundan əlavə cavabdeh cavabdeh5 prosessual müddətin keçməsinə baxmayaraq qarşılıqlı iddia ərizəsi də vermişdir. Ərizəsində mübahisəli evə dair alqı-satqı müqaviləsinin tərəfi olmasa da Mülki Məcəllənin 347.1-ci maddəsinə əsasən (Maddə 347. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı) "vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış müqavilə"nin, yəni Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7, mənzilin alqı-satqısına dair ##.##.2019-cu il tarixli AN-İ № ******* saylı müqavilənin etibarsız hesab edilməsi və MM-in 337-ci maddəsindən irəli gələn nəticələrin tətbiq edilməsi barədə qərar qəbul edilməsini istəmiş, habelə müddətin bərpası barədə ərizə də təqdim etmişdir. Təbii olaraq istər birinci, istərsə də müddətin bərpa edilməsindən imtina edilməsi barədə qərardaddan verilmiş şikayət üzrə ərizə təmin edilməmiş və sənədlər geri qaytarılmışdır. Bu barədə sənədlər iş materiallarında mövcuddur. Gələk indi qarşı tərəfin verdiyi apellyasiya şikayətinin dəlillərinə-bir qayda olaraq cavabdeh tərəf birinci instansiya məhkəməsinə verdiyi bütün vəsatətlərində, eləcə də qarşılıqlı iddia ərizəsində əsas tələb olaraq ##.##.2019-cu il tarixli AN-İ № ******* saylı müqavilənin etibarsız hesab edilməsini qoymaqdadır. Bu məsələ ilə bağlı qeyd etmək istəyirəm ki, həmin müqavilənin etibarlı olmasına dair iş materiallarına tərəfimdən əlavə edilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarları vardır. Özü də bir dəfə yox, məhz sui-istifadə nəticəsində bir neçə dəfə bununla bağlı işə baxılmış və yekun olaraq müqavilənin etibarlı olması məhkəmələr tərəfindən təsdiq edilmişdir: Ilk əvvəl mən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində cavabdeh cavabdeh3 və onun qızına qarşı “mənzildən çıxarılma və həmin mənzilin boşaldılması” tələbinə dair iddia tələbi ilə müraciət etmişdim, cavabdehlər qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ##.##.2019-cu il tarixli AN-İ № ******* saylı müqavilənin etibarsız hesab edilməsini istəmişdilər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə mənim iddia ərizəm təmin edilmiş, Cavabdehin qarşılıqlı iddiası isə rədd edilmişdir. Apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin adıçəkilən qətnamə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Daha sonra Cavabdehlər məsələyə dair AR Konstitusiya Məhkəməsinə müraciət etmiş, AR Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2022-ci il tarixli qərardadı ilə cavabdeh3 şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilmişdir (əlavə olunur). Bundan sonra cavabdeh cavabdeh3 qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmişdir. Ali Məhkəmənin Plenumun ##.##.2025-ci il tarixli **(***)-*/**** saylı qərardadı ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2022-ci il ## ###### tarixli, 2(102)- ***/**** nömrəli qərarına, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il ## #### 5 tarixli, 2(103)- ****/**** nömrəli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il ## ##### tarixli, *(***)-***/**** nömrəli qətnamələrinə yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi rədd edilmişdir (əlavə olunur). Eyni zamanda məhkəmənin diqqətinə daha bir məsələni çatdırmaq istəyirəm ki, hazırda cavabdeh cavabdeh5 apellyasiya şikayətində qeyd etdiyi etibarsız hesab olunmasını istədiyi ##.##.2019-cu il tarixli AN-İ № ******* saylı mənzilin alqı-satqısı müqaviləsinin etibarlı olmasına dair yuxarıda sadalanan məhkəmə qərarları ilə bərabər həmin mənzili qanunsuz olaraq zəbt etmiş elə Cavabdehin özünün iddiası üzrə baxılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur. Belə ki, qeyd olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il ## ##### tarixli, *(***)-***/**** nömrəli qanuni qüvvəsini almış qətnamənin məhkəmə qərarının icrasının qarşısını almaq və icra işini uzatmaq məqsədilə orada yaşadıqlarını iddia edən cavabdeh5 cavabdeh2 və cavabdeh4 peyda olmuşlar. Onların yuxarıda qeyd olunan bütün məhkəmə prosesləri müddətində bir dəfə də olsun adları çəkilməmiş şəxslər, bütün proseslərdə iştirak etməyən cavabdeh5 birdə-birə meydana çıxır və iddia edirlər ki, mübahisəli mənzil “ona məxsusdur” onlar orada “yaşayırlar”. Bir məsələni də məhkəmənin diqqətini çatdırıram ki, müqavilə üzrə öhdəliyin icra edilməsi, yəni mənzilin boşaldılması ilə bağlı mənim tərəfimdən Intizar Məmmədovaya göndərdiyim ilkin bildirişi imza etməklə elə cavabdeh5 özü şəxsən götürmüşdür (qəbz, bildiriş əlavə olunur). Belə ki, cavabdeh5 cavabdehlər cavabdeh3, İddiaçı və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi (hazırkı iş üzrə etibarsızlığı istənilən ##.##.2019-cu il tarixli AN-İ № ******* saylı müqavilə), dövlət reyestr qeydiyyatının ləğv edilməsi, mülkiyyət hüquqlarının tanınması və mənzilin mülkiyyətçiyə geri qaytarılması” iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)- ***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə onun iddiası rədd edilmişdir. Həmin qətnamədən cavabdeh2 apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra verdiyi kassasiya şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qərarı qəbul edilmişdir ki, həmin qərarla da şikayət təmin edilməmişdir. Bütün yuxarıda sadalanan məhkəmə qətnamələri iş materiallarında mövcuddur və tərəfimizdən təqdim edilmişdir. Bütün bu deyilənləri ümumiləşdirsək belə qənaətə gəlmək olur ki, cavabdeh cavabdeh5 bu gün mübahisələndirdiyi, yəni hüquqdan sui-istifadə edərək qaldırdığı tələb mənzilin alqı-satqısına dair ##.##.2019-cu il tarixli AN-İ № ******* saylı müqavilə nəinki cavabdeh cavabdeh3 iddiası üzrə məhkəmələrdə baxılmış və etibarlı olması həm birinci, həm apellyasiya, həm kassasiya məhkəməsi, habelə Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilmiş, eləcə də cavabdeh5 və onun ailə üzvləri tərəfindən də mübahisələndirilmişdir. Sonuncu tərəfindən qaldırılmış iddia tələbi üzrə də bütün instansiya məhkəmələrində müqavilənin etibarlılığına baxılmış və yekun olaraq müqavilənin etibarlı olması bir daha təsdiq edilmişdir. Eyni zamanda məhkəmənin daha bir məsələni çatdırmaq istəyirəm ki, bugünkü apellyasiya şikayətində cavabdeh cavabdeh5 əsas kimi qeyd etdiyi Mülki Məcəllənin 560-cı maddəsinə əsasən müqavilənin etibarsız hesab edilməsi tələbi ilə bağlı cavabdeh Intizar Məmmədovanın birinci instansiya məhkəməsinə təkrarən müraciəti olmuşdur. Belə ki, Intizar Məmmədova mənə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair təkrarən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Iddia ərizəsində MM-in 560-cı maddəsinə əsasən müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Qərardaddan şikayət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bütün bunlar hazırkı iş üzrə cavabdehlərin hər yolla hüquqdan sui-istifadə etməklə işin uzadılmasına yönələn addımlar atırlar. Bu səbəbdən məhkəmədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələbləri (MPMin 174-cü maddə) baxımından Iddiaçı barəsində cərimə tətbiq edilməsini xahiş edirəm. Hesab edirəm ki, cavabdeh cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayət tamamilə əsassızdır və rədd olunmalıdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
26. Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirak etdiyi əvvəlki məhkəmə iclaslarında iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin olunmasını, cavabdeh cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
27. Cavabdehin cavabdeh5 nümayəndəsi vəkil3 cavabdeh cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin olunmasını, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə mütəxəssis rəyinin alınması, mütəxəssis rəyinin verilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.2-ci maddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirmək hüququnu əldə edən və Qiymətləndiricilər Palatasının üzvü olan fiziki şəxs tərəfindən aparılması və qiymətləndiricinin müəyyən olunmasının Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasına həvalə edilməsi qərara alınmış, mütəxəssis rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır.
29. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, LPX/*** nömrəli rəy məhkəməyə təqdim olunmuşdur.
30. Rəyin nəticə hissəsinə əsasən ünvan 3 ünvanda, ümumi sahəsi 197,3 m2, yaşayış sahəsi 128,13 m2-dən ibarət, 12 mərtəbəli, yeni layihəli binanın 7-ci mərtəbəsində yerləşən, 4 (dörd) otaqlı, *** saylı mənzilin: ## ###### 2026-cı il tarixinə qədərki (80 aylıq) orta icarə bazar dəyəri: 2099,00 (iki min doxsan doqquz) manat; ## ###### 2026-cı il tarixinə olan icarə bazar dəyəri isə: 2466,25 (iki min dörd yüz altmış altı manat iyirmi beş qəpik) manat təşkil edir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
33. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayəti ilə iddianın rədd olunduğu, cavabdeh cavabdeh5 apellyasiya şikayəti ilə iddianın təmin olunduğu hissələrində mübahisələndirildiyindən məhkəmə aktı apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Cavabdehin apellyasiya şikayətinin dəlillərini o təşkil edir ki, tərəflər arasında bağlanmış əqd yalan, yəni, başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir, qarşı tərəf mənzilin titul mülkiyyətçisi olan cavabdeh3 aldadaraq orta bazar qiyməti təxminən 615 min manat olan mənzili bu qiymətdən 4 dəfə ucuz qiymətə, 153 min manata satmaqla istifadə etmiş, yəni müqavilə ilə daşınmaz əmlak almaq hüququndan suiistifadə etmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlillərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən qiymət verilmişdir. Belə ki, eyni dəlillər əsasında həm cavabdeh3, həm də cavabdeh5 tərəfindən müqavilənin etibarsızlığı mübahisələndirilmiş, lakin iddialar təmin olunmamışdır.
36. Buna görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri iddianın təmin olunduğu hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
37. Iddiaçının apellyasiya şikayətinin dəlilləri isə iddianın rədd edildiyi hissə ilə bağlıdır və onunla əsaslandırılır ki, apellyasiya şikayətinin dəlillərinə əsasən, məhkəmə tərəfindən iddiaçıya məxsus olan əmlakın faktiki olaraq heç bir qanuni əsas olmadan cavabdehlərin istifadəsində olduğu təsbit edilmişdir. Məhkəmə cavabdehlərin iddiaçının iradəsinə zidd olaraq qanuni əsaslarla ona məxsus olan mənzili zəbt etməklə mənzildən çıxmamalarını qeyd edir, ancaq bu halın iddiaçıya faktiki olaraq zərər vurmasını qəbul etmir ki, bu da açıq aşkar ziddiyyətdir.
38. Qeyd olunan hissədə tələbin hüquqi əsasını Mülki Məcəllənin 157.5-ci maddəsi təşkil edir. Həmin normanın məzmununa görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
39. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə qeyd olunan normanın dispozitiv şərtləri mövcud olduğundan zərərin tutulması üçün hüquqi əsaslar mövcuddur və iddianın bu hissəsinin rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsasızdır.
40. Zərərin məbləğinin müəyyənləşdirilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadına əsasən mütəxəssis rəyinin alınması, mütəxəssis rəyinin verilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.2-ci maddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirmək hüququnu əldə edən və Qiymətləndiricilər Palatasının üzvü olan fiziki şəxs tərəfindən aparılması və qiymətləndiricinin müəyyən olunmasının Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasına həvalə edilməsi qərara alınmışdır.
41. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, LPX/*** nömrəli rəydə qeyd olunmuşdur ki, ünvan 3 ünvanda, ümumi sahəsi 197,3 m2, yaşayış sahəsi 128,13 m2-dən ibarət, 12 mərtəbəli, yeni layihəli binanın 7-ci mərtəbəsində yerləşən, 4 (dörd) otaqlı, *** saylı mənzilin ## ###### 2026-cı il tarixinə qədərki (80 aylıq) orta icarə bazar dəyəri: 2099,00 manat təşkil edir.
42. Işin hallarından görünür ki, cavabdeh3 münasibətdə məhkəmə qətnaməsi ## ###### 2022-ci il tarixdə, cavabdeh5 iddiasının rədd olunması barədə məhkəmə qətnaməsi ## ###### 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Yəni, qeyd olunan tarixlərdə onlar tərəfindən qaldırılmış iddiaların əsassız olması həmin şəxslərə məlum olsa da, qanunsuz olaraq iddiaçının mülkiyyətində olan mənzildə yaşamağa davam etmiş və qətnamənin icrasına onlar tərəfindən maneələr yaradılmışdır.
43. Buna görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri qismən təsdiqini tapdığından birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının mübahisələndirdiyi hissədə ləğv olunaraq həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir. Mütəxəssis rəyinə uyğun olaraq hər ay 2099 manatdan hesablanmaqla ## ###### 2022-ci il tarixdən ## ###### 2023-cü il tarixə kimi (22 ay x 2099 manat) 46178 manat məbləğində pul vəsaiti cavabdeh3, ## ###### 2023-cü il tarixdən iddia ərizəsinin verildiyi ## ####### 2024-cü il tarixə kimi isə (11 ay x 2099) 23089 manat pul vəsaiti müştərək qaydada cavabdeh5 və cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir.
44. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2025-ci tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2025-ci tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi qismən - iddianın rədd olunduğu hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilsin. ## ###### 2022-ci il tarixdən ## ###### 2023-cü il tarixə kimi hər ay 2099 manat hesablanmaqla 46178 manat məbləğində pul vəsaiti cavabdeh3, ## ###### 2023-cü il tarixdən ## ####### 2024-cü il tarixə kimi hər ay 2099 manat hesablanmaqla 23089 manat pul vəsaiti müştərək qaydada cavabdeh5 və cavabdeh3 tutularaq İddiaçı ödənilsin, iddia mübahisələndirilən qalan hissədə rədd edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2025-ci tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.