Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5466/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Sarıyev Xəyal Əjdər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və onların nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5318/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən ərizəçilər və maraqlı şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla, “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, keçmiş Vişnyovka, indiki Albalı yaşayış massivində yerləşən 1453 saylı bağ sahəsinin tərəflərindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5318/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən ərizəçilər və maraqlı şəxs N.Nəzirova tərəfindən apellyasiya şikayətləri verilmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 və maraqlı şəxs N.Nəzirova məhkəməyə elektron kabinet vasitəsi ilə ünvanladığı ərizələrində ayrılıqda apellyasiya şikayətlərindən imtina etdiklərini bildirmiş, iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2 nümayəndəsi və vəkili Vəkil qətnamədən verilmiş apellyasiya şikayətindən imtina etdiklərini bildirdi, apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxsin nümayəndəsi və vəkili H.Məmmədova qətnamədən verilmiş apellyasiya şikayətindən imtina etdiklərini bildirdi, apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdi. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəçilər və maraqlı şəxs N.Nəzirovanın apellyasiya şikayətlərindən imtinaya dair ərizələrini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, onların Sabunçu Rayon Məhkəməsinin 2(008)-5318/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətlərindən imtina qəbul edilməli və onlara münasibətdə həmin iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində yazılı formada ondan imtina edə bilər. Qeyd olunan Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin şikayətdən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ərizəçilər və maraqlı şəxs N.Nəzirovanın apellyasiya şikayətlərindən imtinaya dair ərizələrini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, onların Sabunçu Rayon Məhkəməsinin 2(008)-5318/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətlərindən imtina qəbul edilməli və onlara münasibətdə həmin iş üzrə apellyasiya icraatına xitam verilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Sabunçu Rayon Məhkəməsinin 2(008)-5318/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən ərizəçilər Ərizəçi1 və Ərizəçi2, və maraqlı şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətlərindən imtina qəbul edilsin və onlara münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Xəyal Sarıyev Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5466/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5466/2022
29.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver