Məhkəmə qərarları › İş №2(103)-5467/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5467/2024

13.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5467/2024 13.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(001)-3362/2024 saylı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 avqust 2024-cü il tarixli qərardaddan Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və sair tələbi barədə” iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 “Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə Rayon Məhkəməsinə vəsatət verərək, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin vəsatət rədd edilmişdir. MMC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından şikayət vermiş, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024cü il tarixli qərardadla şikayətin geri qaytarılmasını qərara almışdır. MMC-nin nümayəndəsi iddiaçıya qarşı “artıq köçürülmüş istifadə edilməmiş məzuniyyət günləri əvəzinin ödənilməsi, ödənilmiş əmək haqqının tutulması və sair tələbi barədə” qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddianın icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla qarşılıqlı iddia ərizəsinin və qarşılılıqlı iddia ərizəsinə əlavə olunmuş sənədlərin və ödənilmiş 50 manat dövlət rüsumunun MMCyə geri qaytarılmasını qərara almışdır. Həmin qərardaddan MMC-nin verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı (iş № 2(103)-3976/2024) ilə şikayətin təmin edilməməsi, Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə təkrarən Rayon Məhkəməsinə müraciət etmişdir. Yeni verilmiş qarşılıqlı iddianın icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla həmin qarşılıqlı iddia ərizəsinin də geri qaytarılmasını qərara almışdır. MMC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından şikayət vermiş, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024cü il tarixli qərardad ilə şikayətin geri qaytarılmasını qərara almışdır. MMC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından təkrar şikayət vermiş, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayət geri qaytarılmasını qərara almışdır. MMC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixli qərardadından şikayət vermişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, xx.xx.2024-cü il tarixli qərardad ləğv edilməli və xx.xx.2022-ci il tarixli qərardaddan verilmiş şikayətin qəbulu məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Rayon Məhkəməsi həmin qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. MPM-in 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1.) Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2.) Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3.). Bundan əlavə, MPM-ə “Əlavə 2”-də apellyasiya şikayətinin forması müəyyən edilmişdir. Hazırkı şikayətdən isə görünür ki, şikayətin məzmununda şikayət verən şəxsin, yəni cavabdehin məlumatları qeyd edilməmiş, yalnız nümayəndənin məlumatları qeyd edilmişdir. Bundan əlavə, Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, qarşılıqlı iddia ərizəsi geri qaytarılmış və cavabdeh MMC-yə izah edilmişdir ki, qarşılıqlı iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra MPM-in 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər çərçivəsində yenidən məhkəməyə müraciət edə bilər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh MMC tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi yenidən geri qaytarılmışdır. Belə ki, ərizə verilərkən ərizənin müddətin ötürülməsi ilə verilməsi əsaslandırılmamış, eyni nöqsanlara eyni forma və məzmunlu ərizə məhkəməyə təqdim edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən görünür ki, cavabdeh MMC qərardadlarda izah olunan nöqsanlar götürülmədən, yenidən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Belə olan halda isə şikayəti geri qaytarılmalıdır. Rayon Məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayan Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, qarşılıqlı iddia ərizəsi qanunla onun verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılması ilə verildiyi üçün geri qaytarılmışdır. Halbuki qarşılıqlı iddia ərizəsində də cavabdeh MMC-nin deyil, onun nümayəndəsinin məlumatları qeyd edilmişdi. Buna baxmayaraq Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadında bu nöqsanlara münasibət bildirməmiş, həmin əsasla qarşılıqlı iddia ərizəsini qaytarmamış, habelə belə nöqsanların mövcudluğu və onun hüquqi nəticələrini cavabdeh MMC-yə izah etməmişdir. Belə olan halda, Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardaddan verilmiş şikayətə münasibətdə fərqli yanaşması, qarşılıqlı iddia ərizəsində nöqsan görmədiyi halları, şikayətdə nöqsan kimi qəbul etməsi düzgün hesab edilə bilməz. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, şikayət əsaslı hesab edilməli, Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və xx.xx.2024-cü il tarixli qərardaddan cavabdeh MMC tərəfindən verilmiş şikayətin qəbulu məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Odur ki, göstərilənlərə və MPM-in 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 avqust 2024-cü il tarixli qərardad ləğv edilsin və Cavabdeh 02 avqust 2024-cü il tarixli qərardadından verdiyi şikayətin qəbulu məsələsinə yenidən baxılması üçün iş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar