Məhkəmə qərarları › İş №2(103)-5468/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5468/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5468/2023 28.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00653 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə xx.xx.2022-ci il tarixinə - 2019/00653 nömrəli kredit üzrə ümumi 33.412,38 manat məbləğində (21.586,26 manat əsas borc, 4.113,12 manat faiz borcu və 7.713 manat dəbbə pulu) borcun və dövlət rüsumu kimi ödənilmiş 190 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus olan ünvan 1 ünvanında olan, ümumi sahəsi 63,70 kv.m ibarət olan 9 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına - 2019/00653 nömrəli kredit üzrə ümumi 33.412,38 manat məbləğində (21 586.26 manat əsas borc, 4 113,12 manat faiz borcu və 7.713 manat dəbbə pulu) borcun və dövlət rüsumu kimi ödənilmiş 190 manat məbləğində pulun iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi, ipoteka predimetinin açıq hərracda satıldıqdan sonra cavabdehlərin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması və istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-223/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixli, 2019/00653 saylı kredit müqaviləsi üzrə 20.226,19 manat əsas, 3.290,13 manat faiz, 700 manat dəbbə pulu olmaqla, ümumilikdə 23.443,23 manat məbləğində pulun, habelə 190 manat ödənilmiş dövlət rüsumunun 133 manat hissəsinin alınaraq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında olan, ümumi sahəsi 63,70 kv.m olan 9 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 130.500 manat məbləğində müəyyən edilməklə, açıq hərracdan satılması, əldə olunacaq vəsaitin borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaitinin müvafiq olaraq Cavabdeh qaytarılması, ipoteka predmeti hərracda satıldıqdan sonra ünvan 3 ünvanında olan, ümumi sahəsi 63,70 kv.m olan 9 nömrəli mənzilin boşaldılması qət edilmişdir (hakim X3). Cavabdeh nümayəndəsi və vəkili Vəkil həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-223/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayətin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə və şikayətlə məhkəməyə müraciət edərək, qərardaddan şikayət verilməsi müddətinin bərpa edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-223/2023 saylı qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-223/2023 saylı qətnaməsindən narazı qalaraq, xx.xx.2023cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir. Lakin forma və məzmuna riayət edilməməsi səbəbindən apellyasiya şikayəti üzrə apellyasiya Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Məhkəmə qəbul etdiyi qərardadda öz mövqeyini bununla əsaslandırmışdır ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələbləri pozulmuş, yəni Mülki-Prosessual Məcəllə ilə nəzərədə tutulan“ Əlavə 2” formaya uyğun verilməmişdir. Məhkəmə uyğun verilməməsini cavabdeh tərəfindən məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırmamasını, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsini, birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni subutlar və onların təqdim edilməsinin əsaslandırmasına dair dəlillərə aid qrafaların doldurulmamasını əsas gətirmişdir. Halbuki, apellyasiya şikayəti AR Mülki- Prosessual Məcəlləsinin 361-ci maddəsinə tam riyayət edilməklə verilmiş, “Əlavə 2” formaya uyğun tərtib edilərək, mübahisələndirilən bütün maddi və prosessual normalar qeyd edilmişdir. Apellyasiya şikayətində hər hansı qrafanın boş buraxılması, apellyasiya şikayətinin geri qaytarılması üçün əsas deyil, belə bir əsas AR Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsində qeyd edilməmişdir. Cavabdeh əgər AR Mülki-Prosessual Məcəlləsi ilə nəzərədə tutulan “Əlavə 2” formada qeyd olunan və məhkəmənin qərardadında adlandırılan qrafanı boş buraxırsa, demək qeyd olunan qrafa üzrə birinci instansiya məhkəməsi tərəfindən cavabdeh hər hansı hüquq pozuntusunu aşkar etməmişdir. Cavabdeh yalnız boş buraxmamaq xətrinə, “Əlavə 2” formada qeyd olunan qrafaları işin hallarına uyğun olmayan məsələrlə doldurmaq məcburiyyətində deyil, bu cür öhdəlik Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsi ilə apellyasiya şikayəti verən şəxsin üzərinə qoyulmamışdır. Bundan əlavə olaraq qətnamədən narazı qalan tərəf yalnız elektron məhkəmə sistemi vasitəsilə apellyasiya şikayəti verməlidir. Elektron məhkəmə sistemi vasitəsilə apellyasiya şikayətini tərtib edən zaman, doldurmaq üçün məcburi olan qrafaların qırağında (*) qırmızı rəngdə ulduz işarəsi olur, əgər məcbur olan qrafaları doldurmursansa, elektron məhkəmə sistemi sadəcə apellyasiya şikayətini qəbul etmir və qeyd olunan apellyasiya şikayəti elektron və ya asan imza ilə imzalamaq mümkün deyil. Ədliyyə Nazirliyi tərəfindən hazırlanan elektron məhkəmə sistemi proqramı əlbətdəki MPM-nin normalarına uyğun hazırlanmış və sənədlərin gələcəkdə geri qaytarılmasını azaldılması niyyəti ilə hazırlanmışdır, doldurulması üçün məcbur olan qrafaların doldurmadığı təqdirdə sənədin qəbul edilməsində imtina ilə nəticələnməsi bunu sübut edir. Əgər təqdim edilən apellyasiya şikayəti formaya uyğun olmayan şəkildə tərtib olunsaydı, o zaman elektron məhkəmə sistemi qeyd olunan apellyasiya şikayətini qəbul etməzdi. Apellyasiya şikayəti “Əlavə 2” formaya uyğun verilərək, pozulmuş hesab edilən bütün maddi və prosessual normalar qeyd edilmiş və məhkəmə tərəfindən yalnız formal səbəblərə görə apellyasiya şikayətini Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinə əsaslandıraraq geri qaytarılması əsasızdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2 (006)- 223/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərək, bərpa edilmişdir. Eyni zamanda, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(006)-223/2023 saylı qərardaddan verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, habelə apellyasiya şikayətinin məzmununu nəzərdən keçirərək, hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilikdə apellyasiya şikayətinin formasına (məzmununa) və qaydasına dair tələblər əks olunmuş və bu tələblərə riayət edilməməsi verilmiş apellyasiya şikayətinin geri qaytarılması əsaslarından biri kimi müəyyən edilmişdir. Həmçinin, Mülki-Prosessual Məcəlləyə edilmiş dəyişikliklə apellyasiya şikayətinin forması (Azərbaycan Respublikasının Mülki Proessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) məzmun etibarı ilə dəqiqləşdirilmişdir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir. Lakin həmin şikayət qanunvericiliyin bu tələblərinə riayət edilməyərək tərtib edilmiş və nəticədə qeyd edilən 2 saylı Əlavədə göstərilən bir çox zəruri hissələr, o cümlədən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə dair dəlillərə aid bəndlərin məzmunu göstərilməmişdir. Başqa sözlə, hüquqi nəticə etibarı ilə apellyasiya şikayəti 2 saylı əlavədə göstərilən formada, yəni dəlillər hər bir hissəyə dair verilmiş açıqlamaya uyğun əsaslandırılmadan tərtib edilmişdir. Halbuki, apellyasiya şikayətində qeyd edilmiş maddi və prosessual hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair dəlillərin məzmunu bu bəndlər üzrə də dəlillərin göstərilməsini şərtləndirir. Digər tərəfdən apellyasiya şikayətinin məzmunu yalnız əsaslandırılması məcburi olan bəndlərdən asılı deyil, apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq digər, o cümlədən qırağında (*) qırmızı rəngdə ulduz işarəsi olmayan bəndlər də əsaslandırılmalıdır. Sadəcə olaraq digər bəndlərin məzmunu əsaslandırılması məcburi bilinən və bu baxımdan qırağında (*) qırmızı rəngdə ulduz işarəsi olan bəndlərin məzmunundan asılı olaraq, tərtib edilir. Həmçinin, apellyasiya şikayətinin məzmununa dair belə bir tələblərin müəyyən edilməsi, yəni bir sıra bəndlərin əsaslandırılmasının zəruri bilinməsi hazırki şikayət üzrə irəli sürülən “hər hansı qrafanın boş buraxılması, apellyasiya şikayətinin geri qaytarılması üçün əsas deyil” kimi dəlillərin qarşısının alınması məqsədi daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin (forma və məzmun) tələblərinə riayət edilmədən verilmiş və birinci instansiya məhkəməsi bu əsasla apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin bu barədə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar