Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5469/2024 21.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi-vəkilləri Vəkil1 və Vəkil2, Cavabdeh “X7 Azərbaycan” QSC-nin nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər “X7 Azərbaycan” QSC-yə və "xxxx" MMC-yə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2(005)-1320/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak “X7 Azərbaycan” QSCnin Səbail filialının adına xx.xx.2013-cü il tarixdən ipoteka ilə yüklü edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)-93/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı 368.253,73 (üç yüz altmış səkkiz min iki yüz əlli üç dollar yetmiş üç sent) ABŞ dolları əsas kredit borcu, 2.665,78 (iki min altı yüz altmış beş dollar yetmiş səkkiz sent) ABŞ dolları faiz borcu, 5000 (beş min) ABŞ dolları cərimə borcu, ümumilikdə 375.919,51 (üç yüz yetmiş beş min doqquz yüz on doquz dollar, əlli bir sent) ABŞ dollar (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 4180 (dörd min yüz səksən) manat sığorta haqqı, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu «X7 Azərbaycan» QSCnin xeyrinə tutulması, tutmanın İddiaçı mülkiyyətinə olan, ilkin satış qiyməti 2.480.000 (iki milyon dörd yüz səksən min) manat məbləğində müəyyən edilməklə ünvan 3 ünvanında, ümumi sahəsi 248.6 kv.m, yaşayış sahəsi 131.7 kv.m., yardımçı sahəsi 116.9 kv.m.-dən ibarət 5 otaqlı mənzilə yönəldilməsi, borc ipoteka predmetinin açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsi İddiaçı tutulması, hərracda mənzil «X7 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə 10 gün müddətində boşaldılaraq «X7 Azərbaycan» QSC-nə təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 avqust 2021-ci il tarixli, 2(103)-5763/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçının apellyasiya şikayəti rədd olunmuş, cavabdehin apellyasiya şikayəti rədd olunmuş, hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1302/2022 saylı 14 mart 2022-ci il tarixli qərarından görünür ki, iddiaçı “X7 Azərbaycan” QSC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 avqust 2021-ci il tarixli, 2(103)-5763/2021 nömrəli qətnaməsi qismən, yəni ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Qətnamə mübahisələndirilən qalan hissədə, yəni borcu tələbinin təmin edilməyən hissələrində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 dekabr 2022-ci il tarixli, 2(103)3878/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən- ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1549/2023 saylı 23 may 2023-cü il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hazırkı iş üzrə 09 mart 2023-cü il tarixli qərardadı ona münasibətdə ləğv edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 dekabr 2022-ci il tarixli, 2(103)-3878/2022 saylı qətnaməsindən cavabdeh İddiaçı verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılması və ona münasibətdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1549/2023 saylı 23 may 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı “X7 Azərbaycan” QSC-nin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 dekabr 2022-ci il tarixli, 2(103)-3878/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)- 3412/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, cavabdeh İddiaçı 368.253,73 ABŞ dollarının ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 42.604,91 (qırx iki min altı yüz dörd ABŞ dolları 91 sent) ABŞ dolları pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 307,30 (üç yüz yeddi) manat 30 qəpik dövlət rüsumu iddiaçı «X7 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7060/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-3412/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1003/2024 saylı 14 mart 2024-cü il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7060/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən İddiaçı və “X7 Azərbaycan” QSCyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 41.2-ci maddəsinə əsasən, ipoteka predmetinin ixtisaslaşdırılmış təşkilatda satılmasına dair 5 təqvim günü ərzində icra məmuruna müraciət etmək hüququ izah olunmuşdur. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən "xxxx" MMC-yə, (surəti: İddiaçı və «X7 Azərbaycan» QSC-yə, İcra Baş İdarəsinə) ünvanlanmış xx.xx.2023-cü il tarixli 12667-165446/23-15-23 saylı məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən əmlakın hərracının keçirilməsinin təşkil edilməsi sifariş olunmuşdur. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC” tərəfindən Nərimanov rayon İcra şöbəsinə, habelə İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli 01 №-li bildirişdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)-93/2021 saylı icra sənədi üzrə ünvan 1 ünvanında yerləşən əmlakın ilkin satış qiyməti ******* manat olmaqla hərracının keçirilməsi xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin edilmişdir. "xxxx"MMC tərəfindən Nərimanov rayon İcra şöbəsinə, habelə İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli 02 №-li bildirişdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)-93/2021 saylı icra sənədi üzrə ünvan 1 ünvanında yerləşən əmlakın ilkin satış qiyməti ******* – 15% = 21080000 manat olmaqla hərracının keçirilməsi xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin edilmişdir. "xxxx" MMC tərəfindən Nərimanov rayon İcra şöbəsinə, habelə İddiaçı və “X7 Azərbaycan” QSC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2023-cü il tarixli təklifdən görünür ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlak təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni ******* manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. “X7 Azərbaycan” QSC tərəfindən icra şöbəsinə -"xxxx" MMC-yə və İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, bank əmlakı əldə etməyə razılığını bildirmiş, bankın tələb məbləği çıxılmaqla qalan 864991,5 manat məbləğin (həmçinin hərrac xərclərinin) hansı qaydada hansı hesablara (bank rekvizitləri göstərilməklə) ödənilməsi barədə məlumat təqdim edilməsi xahiş edilmişdir. Nərimanov Rayon İcra şöbəsi tərəfindən “X7 Azərbaycan” QSC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, borclu İddiaçı qaytarılmalı olan qalıq 864991,5 manat məbləğin məktuba əlavə edilmiş Nərimanov Rayon İcra şöbəsinin depozit hesabına köçürülməsini xahiş olunmuş, rekvizitlər təqdim edilmişdir. “X7 Azərbaycan” QSC tərəfindən icra şöbəsinə, "xxxx" MMC-yə və İddiaçı ünvanlanmış ərizədən görünür ki, bankın tələb məbləği (795058,8 manat) çıxılmaqla qalan 785941,2 manat məbləğin Nərimanov rayon İcra şöbəsinin depozit hesabına ödənildiyi bildirilmiş, Bankın mülkiyyətinə keçmiş mənzilin 10 gün müddətində boşaldılaraq banka təhvil verilməsi xahiş olunmuşdur. 8 yanvar 2024-cü il tarixli 9 №-li ödəniş tapşırığından görünür ki, “X7 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-nin hesabına hərrac xərci təyinatı ilə 12058,48 manat köçürülmüşdür. 8 yanvar 2024-cü il tarixli 9 №-li ödəniş tapşırığından görünür ki, “X7 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-nin hesabına hərrac xərci - ünvan 1 təyinatı ilə 66,991.53 (altmış altı min doqquz yüz doxsan bir manat 53 qəpik) manat köçürülmüşdür. 9 yanvar 2024-cü il tarixli 3 №-li ödəniş tapşırığından görünür ki, “X7 Azərbaycan” QSC tərəfindən Nərimanov rayon İcra şöbəsinin hesabına İddiaçı işi üzrə hərrac mərkəzindən əldə olunan əmlakla bağlı artıq qalan vəsait təyinatı ilə 785,941.20 (yeddi yüz səksən beş min doqquz yüz qırx bir manat 20 qəpik) manat köçürülmüşdür. İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 02/01 №-li 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)-93/2021 saylı icra sənədinə və Nərimanov rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli 12667-165446/23-15-23 saylı sifariş məktubunun və “X7 Azərbaycan” QSC-nin müvafiq məktubunun icrasına əsasən ünvan 1 ünvanında yerləşən əmlak dəyəri ******* (bir milyon beş yüz səksən bir min manat) manat olmaqla ipoteka saxlayan “X7 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir. Hərracın təşkilatçısı -"xxxx" MMC və “X7 Azərbaycan” QSC arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 09 yanvar 2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən əmlak ******* (bir milyon beş yüz səksən bir min manat) manat olmaqla ipoteka saxlayan “X7 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir. Nərimanov Rayon İcra şöbəsi tərəfindən “X7 Azərbaycan” QSC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı borclu qismində keçdiyi Bakı Apellyasiya Məhkəməsinin 16(103)-691/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə üzərinə həbs qoyulmalı olan “X7 Azərbaycan” QSC-nin hesabındakı 72428,34 manat pulun (42604,91 ABŞ dolları) və 307,30 manat pul vəsaitinin Nərimanov Rayon İcra şöbəsinin depozit hesabına köçürülməsi xahiş olunmuş, rekvizitlər təqdim edilmişdir. “X7 Azərbaycan” QSC tərəfindən icra şöbəsinə və İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ipoteka qoyana qaytarılmalı olan məbləğin ödənilməsini yalnız Bankın mülkiyyətinə keçmiş mənzilin boşaldılaraq “X7 Azərbaycan” QSC-yə təhvil verilməsindən sonra həyata keçirilməsi xahiş edilmişdir. 19 yanvar 2024-cü il tarixli 13 №-li ödəniş tapşırığından görünür ki, “X7 Azərbaycan” QSC tərəfindən Nərimanov rayon İcra şöbəsinin hesabına Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(103)-691/2023 saylı icra sənədinin icrası təyinatı ilə 72428.34 (yetmiş iki min dörd yüz iyirmi səkkiz manat 34 qəpik) manat köçürülmüşdür. 19 yanvar 2024-cü il tarixli 14 №-li ödəniş tapşırığından görünür ki, “X7 Azərbaycan” QSC tərəfindən Nərimanov rayon İcra şöbəsinin hesabına Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(103)-691/2023 saylı icra sənədinin icrası – dövlət rüsumu təyinatı ilə 307 manat köçürülmüşdür. Hazırda iddiaçı keçirilmiş hərracı mübahisələndirir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər “X7 Azərbaycan” QSC yə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında, ümumi sahəsi 248.6 kv.m, yaşayş sahəsi 131.7 kv.m, yardımçı sahəsi 116.9 kv.m.-dən ibarət 5 otaqlı mənzilə dair cavabdeh "xxxx" MMC tərəfindən keçirilmiş hərracın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh «X7 Azərbaycan» QSC ilə İddiaçı arasında 31 iyul 2013-cü ildə 42720 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə görə iddiaçı tərəfindən banka illik 11% dərəcəsi olmaqla hesablanmış faizlər, 950.000 USD məbləğində əsas borc 60 ay müddətində ödənilməli idi. Tərəflər arasında bağlanmış 06 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavə Razılaşmaya əsasən kredit müqaviləsinin 1.3 maddəsinin 1-ci cümləsi redaksiya olunaraq kreditə hesablanmış illik faiz dərəcəsi 10% olmaqla müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış 18 mart 2016-cı il tarixli 2 saylı əlavə Razılaşmaya əsasən kredit müqaviləsinin ödəmə cədvəlinə dəyişik edilmişdir. 31 iyul 2013-cü il tarixli İpoteka müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında, ümumi sahəsi 248.6 kv.m, yaşayş sahəsi 131.7 kv.m, yardımçı sahəsi 116.9 kv.m-dən ibarət 5 otaqlı mənzil cavabdeh bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, İddiaçı 368.253,73 ABŞ dolları əsas kredit borcu, 2.665,78 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları cərimə borcu, ümumilikdə 375.919,51 (üç yüz yetmiş beş min doqquz yüz on doquz dollar, əlli bir sent) ABŞ dollar (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 4180 manat sığorta haqqı, ödənilmiş 30 manat dövlət rüsumu «X7 Azərbaycan» QSC-nin xeyrinə tutulmuşdur. Tutmanın İddiaçı mülkiyyətinə olan, ilkin satış qiyməti 2.480.000 (iki milyon dörd yüz səksən min) manat məbləğində müəyyən edilməklə ünvan 3 ünvanında, ümumi sahəsi 248.6 kv.m, yaşayış sahəsi 131.7 kv.m., yardımçı sahəsi 116.9 kv.m.-dən ibarət 5 otaqlı mənzilə yönəldilməsi, borcun ipoteka predmetinin açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsinin İddiaçı tutulması, hərracda mənzil «X7 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə 10 gün müddətində boşaldılaraq «X7 Azərbaycan» QSC-nə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 avqust 2021-ci il tarixli, 2(103)-5763/2021 nömrəli qətnaməsi ilə hər iki apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, e- 2(006)-93/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1302/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-5763/2021 saylı qətnaməsi qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yeni apellasiya baxışına qaytarılmış, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılaraq bankın kassasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3878/2022 saylı qətnaməsi ilə bankın apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Nəsimi Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, e-2(006)- 93/2021 saylı qətnaməsi mübahisələndirilən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC-nin 31 oktyabr 2023-cü il tarixli açıq hərracın keçirilməsinə dair 01 №-li bildirişindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-93/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə ünvan 3-in ilkin satış qiyməti ******* manat olmaqla, xx.xx.2023-cü il tarixdə 11:00da açıq hərrac keçiriləcəyi bildirilmişdir. "xxxx" MMC-nin 28 noyabr 2023-cü il tarixli açıq hərracın keçirilməsinə dair 02 №-li bildirişindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-93/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə ünvan 3-in ilkin satış qiyməti ******* manat olmaqla, xx.xx.2023-cü il tarixdə 11:00-da açıq hərrac keçiriləcəyi bildirilmişdir. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli,e16(005)-18/2024 saylı qərardadına əsasən ünvan 3 ünvanında, ümumi sahəsi 248.6 kv.m olan 5 otaqlı mənzilin özgəninkiləşdirilməsi maraqlı şəxslər “X7” QSC-yə, "xxxx" MMC-yə və digər şəxslərə qadağan edilmişdir. «X7 Azərbaycan» QSC-nin Bakı şəhəri, Nərimanov rayon icra şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 00101 saylı məktubundan aydın olur ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi Nərimanov rayon icra şöbəsi tərəfindən icraya yönləndirilib, ev hərraca çıxarılmış, hərrac baş tutmamış, əmlak cavabdeh hərrac təşkilatı tərəfindən hərrac qanunvericiliyinin tələbləri pozulmaqla banka satılmış və cavabdeh bank tərəfindən hərrac qanunvericiliyinin tələbləri pozulmaqla əldə edilmişdir. Artıq hamı tərəfindən birmənalı şəkildə qəbul edilir ki, ölkədə mövcud olan açıq hərrac ənənəsi onun real mahiyyətini əks etdirmir. Elə hazırkı iş bunun bariz nümunəsidir. Real dəyəri ******* (iki milyon yeddi yüz min) manat olan mənzilin əvvəlcə likvid dəyəri olan ******* (iki milyon dörd yüz səksən min) manata, daha sonra ******* (iki milyon yüz səkkiz min) manata hərraca çıxarılması və açıq hərracda müştərisinin olmaması qətiyyən inandırıcı deyil və mövcud sözdə açıq hərracın mahiyyətini (hərrac təşkilatı ilə bankın əlbir hərəkət etmələrini və s.) ifadə edir. Daşınmaz əmlak bazarında əmlakın real bazar dəyərindən cüzi ucuz satışa çıxarılması həmin əmlakın dərhal satışını təmin edir. Bu mövcud bazarın sadə və hamı tərəfindən qəbul edilən qaydasıdır. Necə oldu ki, ******* (iki milyon yeddi yüz min) manat dəyəri olan mənzil ******* (iki milyon yüz səkkiz min) manata açıq hərraca çıxarıldı, lakin heç bir alıcısı olmadı? Yekunda da ******* (bir milyon beş yüz səksən bir min) manata, yəni təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə cavabdeh bank tərəfindən əldə edilib. Buradan aydın olur ki, cavabdehlər qanunvericiliyin tələblərinə zidd olmaqla əlbir hərəkət edərək, iddiaçının mülkiyyətində olan mənzili bankın adına rəsmiləşdirməyə, daha sonra baha qiymətlə satmağa və sonuncunun varlanmasına çalışırlar. Daha sonra iddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 02/01 nömrəli “hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə” protokolunun və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin etibarsız hesab edilməsi, cavabdeh «X7 Azərbaycan» QSC ilə İddiaçı arasında bağlanmış 31 iyul 2013cü il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2(005)- 1320/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında cavabdehdən hazırki iş üzrə İddiaçı kredit borcunun tutulması və tutumanın ipoteka predmetinə yönəldilməsi qət edilmiş, bundan sonra qətnamə icra edilməsi üçün icra orqanına göndərilmişdir. Daha sonra məhkəmə qətnaməsinin icrasını təmin etmək məqəsədi ilə icra orqanı qanunvericiliklə üzərinə qoyulmuş vəzifələr üzrə ipoteka predmetinin hərracını təşkil etmək üçün sifarişlə hazırki iş üzrə cavabdeh "xxxx" MMCyə müraciət edərək, hərracın təşkil edilməsini sifariş etmişdir. Bundan sonra cavabdeh "xxxx" MMC tərəfindən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka dair hərrac təşkil olunmuş, keçirilən hərraclar barədə iddiaçı məlumatlandırılmış, müvafiq elanların verilməsi təmin olunmuşdur. Qanunvericiliklə iki hərracın keçirilməsini nəzərdə tutmuşdur. Hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq hüququna malikdir. Hazırki mülki iş üzrə ünvan 1 ünvanında yerləşən əmlakın keçirilmiş ilkin və təkrar açıq hərracda satılmaması– hərracın baş tutmaması səbəbindən 12 dekabr 2023-cü il tarixli məktubla mənzil sonuncu hərrac üzrə müəyyən edilmiş dəyəri (2108000) qanunvericiliyə uyğun olaraq 25 % azaldılaraq ******* (bir milyon beş yüz səksən bir min) manata tələbkara təklif olunmuşdur. “X7 Azərbaycan” QSC 26 dekabr 2023-cü il tarixli məktubu ilə qeyd olunan əmlakı əldə etməyə razılığını bildirmiş, təkrar hərrac baş tutmamış elan edildikdən sonra qanunla müəyyən olunmuş müddət ərzində (30 təqvim günü) cavabdeh "xxxx" MMC tərəfindən 09 yanvar 2024-cü il tarixdə müvafiq protokol tərtib edilərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzilə dair hərracı udmuş şəxs kimi tələbkar-digər cavabdeh «X7 Azərbaycan» QSC ilə mülki qanunvericilikdə nəzərdə tutulmuş müqavilə bağlanmışdır. İşdə olan sübutlardan hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə (ilk və təkrar hərracın keçirilməsi, qəzetlərdə elanların verilməsi, bildirişlərin göndərilməsi, alqı satqı müqaviləsinin bağlanması və s.) tam riayət olunması görünür. Odur ki, məhkəmə ipoteka predmeti üzrə hərrac təşkilatının hərəkətlərini qanunvericiliyə uyğun və əsaslı hesab edir. Məhkəmə iddiaçının mənzilin aşağı qiymətə satılması barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliyə əsasən, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hazırki iş üzrə tərəflər arasında mübahisə yarandığından Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)-93/2021 saylı qətnaməsinə əsasən ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 2.480.000 manat məbləğində müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 avqust 2021-ci il tarixli, 2(103)-5763/2021 nömrəli qətnaməsi ilə hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1302/2022 saylı 14 mart 2022-ci il tarixli qərarı ilə həmin qətnamə qismən, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 dekabr 2022-ci il tarixli, 2(103)- 3878/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2021ci il tarixli qətnaməsi mübahisələndirilən- ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1549/2023 saylı 23 may 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı “X7 Azərbaycan” QSC-nin kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, mənzilin ilkin satış qiyməti Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)-93/2021 saylı qətnaməsi ilə müəyyən olunmuşdur. Qətnamə həmin hissədə-ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində-mübahisələndirilmiş və nəticə etibarilə yuxarı instasiya məhkəmələri tərəfindən həmin hissədə dəyişdirilmədən saxlanmışdır. İcra şöbəsi tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmuş "xxxx" MMC-yə ünvanlanmış sifariş məktubunda hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti 2.480.000 manat olaraq göstərilmiş və əmlak "xxxx" MMC tərəfindən ilkin satış qiyməti 2.480.000 manat olmaqla ilkin hərrac keçirilmişdir. Yəni mənzilin satış qiymətinin 2.480.000 manat olaraq göstərilməsində hər hansı bir pozuntu olmamış, əmlakın satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir. Mənzilin satış qiyməti məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edildiyindən, mənzilin dəyərinin mübahisələndirilməsi, onun qiymətinin yenidən müəyyən edilməsi hüquqi müəyyənlik prinsipi və preyudisiya institutu ilə ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 və 233.3-cü maddələrinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının bu barədə dəlilləri əmlaka dair keçirilmiş hərracın etibarsız hesab olunması barədə nəticəyə gəlmək üçün əsas hesab oluna bilməz. Bununla yanaşı, iddiaçının cavabdeh “X7 Azərbaycan” QSCnin qeyd olunan əmlakı əldə etdikdən sonra aldığı məbləğdən daha yuxarı məbləğə satmaqla varlanacağı barədə dəlili mülahizə xarakteri daşımaqla məhkəmə tərəfindən qəbul edilə bilməz. Belə ki, əmlak tələbkar bankın xüsusi mülkiyyətinə keçdikdən sonra sonuncu onu özgəninkiləşdirməkdə və satış qiymətini müəyyən etməkdə mülkiyyətçi hüquqlarından irəli gələn sərbəstliyə malikdir. Bu hal isə hərracın qanunsuzluğuna dəlalət edə bilməz. İddiaçı tərəfindən məhkəmə araşdırması zamanı müəyyən olunmuş halların təkzib edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olmasına dair sübutlar aşkar edilməmişdir. Məhkəmə hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracdan satılması "xxxx" MMC tərəfindən hərraca dair qanunvericiliyin tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh "xxxx" MMC tərəfindən mübahisə predmeti olan hərracın etibarsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmış protokolun ləğv edilməsini şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilmədiyindən, hərracın özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmadığından Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)- 93/2021 saylı icra sənədinin icrası ilə əlaqədar "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Bu isə iddia tələbinin təmin edilməsini istisna edir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ipoteka predmeti olan mənzilin əldə edilməsi ilə bağlı bank kassa məxaric və kassa mədaxil qəbzlərinin təqdim edilməsi barədə vəsatəti təmin etsə də, həmin vəsatətin tam icra olunmasını gözləməmiş, işi tələsik məhkəmə baxışına təyin etmiş, natamam araşdırma aparmaqla iş üzrə yekun qərar qəbul etmişdir. Bir halda ki, məhkəmə tərəfindən işin konkret halını müəyyən etmək üçün sübutların təqdim edilməsinə dair vəsatət təmin edilərək icra olunması zəruri bilinib və icraya yönəldilib, eləcə də mənzilin alış qiymətini təşkil edən vəsaitin həqiqətən bank sənədləri (kassa mədaxil və məxaric qəbzləri, depozit hesablarından çıxarış) ilə təsdiqini tapmayıb, məhkəmə də qətnaməsində yalnız ödəniş tapşırıqlarına istinad edib belə olan halda, işin həmin halı üzrə bütün zəruri sənədlər alınmadan, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması barədə qətnamə çıxarılması əsaslı sayıla bilməz. Məhkəmə alış qiymətinin ödənilməsi qənaətinə mötəbər sübutlar olmadan gəlmiş, bu halı müəyyən edərkən bank kassa mədaxil, kassa məxaric qəbzləri və icra məmurunun depozit hesablarından çıxarışlara əsaslanmamışdır. Xüsusilə nəzərə almaq lazımdır ki, alış qiymətinin ödənilməsi üçün qanunverici konkret 7 günlük müddət təyin etmişdir ki, bu səbəbdən ödənişin həmin müddətdə ödənilməməsi müqavilənin və protokolun qüvvədən düşməsinə səbəb olur. Həmçinin qanunverici hərrac təşkilatları tərəfindən hərracın keçirilməsinə və yekunlarına dair elanların həm hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində), həm də özünün rəsmi internet saytında dərc edilməsini, eləcə də bu barədə ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsini tələb edir. Cavabdeh hərrac təşkilatı isə hərracın keçirilməsinə və yekunlarına dair elanları kütləvi informasiya vasitəsində dərc etdirsə də, özünün rəsmi internet saytında dərc etdirməmiş, eləcə də İddiaçı sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş təqdim etməmişdir. Beləliklə, «X7 Azərbaycan» QSC mübahisələndirilən protokol və müqavilə imzalandıqdan sonra ən geci 7 gün ərzində icra məmurunun depozit hesabına ödəməli olduğu satınalma məbləğini ödəməmiş, ipoteka predmetinin 15 yanvar 2024-cü il tarixinədək əldə edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş, bununla da protokol və müqavilə qüvvədən düşmüşdür. Məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan həmin hallar sübut edilməmişdir. İddia tələbinin əsasında dayanan dəlillər bank tərəfindən hərracın təşkili qaydalarının pozulduğu, satınalma qiymətinin vaxtında ödənilmədiyi, protokol və müqavilənin qüvvədən düşdüyü, həmçinin cavabdehlərin hüquqdan sui-istifadə etdiyi, nəticədə hərracın nəticələrinin etibarsız hesab edildiyi, bu səbəbdən ipotekaya xitam verilməli olduğundan ibarət olsa da, məhkəmə alış qiymətinin ödənilməsi və ipoteka predmetinin bank tərəfindən əldə edilməsi qənaətinə mötəbər sübutlar olmadan gəlmiş, bu halı müəyyən edərkən bank kassa mədaxil, kassa məxaric qəbzləri və icra məmurunun depozit hesablarından çıxarışa əsaslanmamışdır. Məhkəmə nəticəsini mötəbər sübutlar olmadan müəyyən etmiş, bu halı müəyyən edərkən əsas təsdiqedici maliyyə sənədlərinə əsaslanmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndə-vəkilləri ayrıayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “X7 Azərbaycan” QSCnin nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra- hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
“İcra haqqında” Qanunu:
53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakının hərrac yolu ilə satılması vergi orqanının sifarişi əsasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə həyata keçirilir. Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin (vergi borcuna görə siyahıya alınmış daşınar əmlaka münasibətdə vergi orqanının) müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 61.1-ci və 61.2-ci maddəsinə əsasən vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarı; “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Republikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarı.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında cavabdehdən hazırki iş üzrə İddiaçı kredit borcunun tutulması və tutumanın ipoteka predmetinə yönəldilməsi qət edilmiş, bundan sonra qətnamə icra vərəqəsi icra olunması üçün icra şöbəsinə yönəldilmişdir. İcra şöbəsi tərəfindən tərəflərə xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq, 5 təqvim günü ərzində qarşılıqlı razılıq əsasında ipoteka predmetinin ixtisaslaşdırılmış təşkilatda satılmasına dair icra məmuruna müraciət etmək hüququ izah olunmuş əks halda sifarişin icra məmuru tərəfindən həyata keçiriləcəyi bildirilmişdir. Belə bir qarşılıqlı razılıq müəyyən olunmadığından Nərimanov rayon icra şöbəsi xx.xx.2023-cü il tarixli 12667-165446/23- 15 23 saylı sifariş məktubu ilə "xxxx" MMC-yə ipoteka predmeti olan əmlakın hərracının keçirilməsinin təşkil edilməsi sifariş olunmuşdur. Qeyd olunan məktuba əsasən "xxxx" MMC tərəfindən əmlakın ilkin satış qiyməti ******* manat olmaqla xx.xx.2023-cü il tarixdə ilkin hərrac, satış qiyməti ******* (15% daha az) manat olmaqla xx.xx.2023-cü il tarixdə təkrar hərrac keçirilmişdir. Qeyd olunan hərraclar baş tutmadığından əmlak "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə yəni ******* manat olmaqla ipoteka saxlayana- «X7 Azərbaycan» QSC-yə təklif olunmuşdur. “X7 Azərbaycan” QSC xx.xx.2023-cü il tarixli ərizə ilə əmlakı əldə etməyə razılığını bildirmişdir. Bundan sonra ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 02/01 №-li 09 yanvar 2024-cü il tarixli protokola əsasən, ünvan 1 ünvanında yerləşən əmlak dəyəri ******* (bir milyon beş yüz səksən bir min manat) manat olmaqla ipoteka saxlayan “X7 Azərbaycan” QSC tərəfindən əldə edilmiş, "xxxx" MMC və «X7 Azərbaycan» QSC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 09 yanvar 2024-cü il tarixli müqavilə bağlanmışdır. Həmçinin işdən görünür ki, bank tələb məbləği çıxılmaqla qalan 864991,5 manat məbləğin (həmçinin hərrac xərclərinin) hansı qaydada hansı hesablara (bank rekvizitləri göstərilməklə) ödənilməsi barədə məlumat təqdim edilməsini xahiş etmişdir. Bundan sonra Nərimanov Rayon İcra şöbəsi tərəfindən borclu İddiaçı qaytarılmalı olan qalıq 864.991,5 manat məbləğin Nərimanov Rayon İcra şöbəsinin depozit hesabına köçürülməsini xahiş olunmuş və rekvizitlər təqdim edilmişdir. İcra şöbəsinin qeyd olunan məktubuna əsasən, 9 yanvar 2024-cü il tarixdə (3 №-li ödəniş tapşırığı) “X7 Azərbaycan” QSC tərəfindən Nərimanov rayon İcra şöbəsinin hesabına İddiaçı işi üzrə hərrac mərkəzindən əldə olunan əmlakla bağlı artıq qalan vəsait təyinatı ilə 785,941.20 manat köçürülmüşdür. Bundan sonra Nərimanov Rayon İcra şöbəsi tərəfindən “X7 Azərbaycan” QSC-yə xx.xx.2024-cü il tarixli məktub ünvanlanaraq Bakı Apellyasiya Məhkəməsinin 16(103)-691/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə üzərinə həbs qoyulmalı olan “X7 Azərbaycan” QSC nin hesabındakı 72428,34 manat pulun (42604,91 ABŞ dolları) və 307,30 manat pul vəsaitinin Nərimanov Rayon İcra şöbəsinin depozit hesabına köçürülməsi xahiş olunmuş, rekvizitlər təqdim edilmişdir. İcra şöbəsinin qeyd olunan məktubuna əsasən 19 yanvar 2024-cü il tarixində (13 №-li və 14 №-li ödəniş tapşırığı) Bank tərəfindən Nərimanov rayon İcra şöbəsinin hesabına Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli 16(103) 691/2023 saylı icra sənədinin icrası təyinatı ilə 72428.34 manat və dövlət rüsumu kimi 307 manat köçürülmüşdür. Qeyd olunan məbləğlər cavabdeh “X7 Azərbaycan” QSC tərəfindən icra şöbəsinin müvafiq məktublarına əsasən Nərimanov Rayon İcra şöbəsinin depozit hesabına köçürülmüşdür. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən əmlakın keçirilmiş ilkin və təkrar açıq hərracda satılmaması– hərracın baş tutmaması səbəbindən 12 dekabr 2023-cü il tarixli məktubla mənzil sonuncu hərrac üzrə müəyyən edilmiş dəyəri (2108000) qanunvericiliyə uyğun olaraq 25% azaldılaraq ******* (bir milyon beş yüz səksən bir min) manata tələbkara təklif olunmuşdur. “X7 Azərbaycan” QSC 26 dekabr 2023-cü il tarixli məktubu ilə qeyd olunan əmlakı əldə etməyə razılığını bildirmiş, təkrar hərrac baş tutmamış elan edildikdən sonra qanunla müəyyən olunmuş müddət ərzində (30 təqvim günü) cavabdeh "xxxx" MMC tərəfindən 09 yanvar 2024-cü il tarixdə müvafiq protokol tərtib edilərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzilə dair hərracı udmuş şəxs kimi tələbkar–digər cavabdeh «X7 Azərbaycan» QSC ilə mülki qanunvericilikdə nəzərdə tutulmuş müqavilə bağlanmışdır. Bunlarla razılaşmayan İddiaçı hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, cavabdeh «X7 Azərbaycan» QSC ilə İddiaçı arasında bağlanmış 31 iyul 2013-cü il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Hazırda da iddiaçı tələbində olduğu kimi apellyasiya şikayətində hərracın keçirilməsi barədə ona məlumat verilməməsini, həmçinin bildirişin ona təqdim edilməməsini qeyd etsə də, işin qeyd edilən hallarından görünür ki, həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilmiş və bu barədə icra işi üzrə tərəflərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə münasibətdə daha sonra qeyd edir ki, iddiaçının bildirişi şəxsən almaması da keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Göründüyü kimi iddia tələbi məhkəmədə araşdırılmış sübutlarla və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Odur ki, keçirilmiş hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Bununla yanaşı məhkəmə kollegiyaası qeyd edir ki, ilkin satış qiyməti Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(006)-93/2021 saylı qətnaməsi ilə müəyyən olunmuşdur. Qətnamə həmin hissədə-ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində übahisələndirilmiş və nəticə etibarilə yuxarı instasiya məhkəmələri tərəfindən həmin hissədə dəyişdirilmədən saxlanmışdır. İcra şöbəsi tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmuş "xxxx" MMC-yə ünvanlanmış sifariş məktubunda hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti ******* manat olaraq göstərilmiş və əmlak "xxxx" MMC tərəfindən ilkin satış qiyməti ******* manat olmaqla ilkin hərrac keçirilmişdir. İddiaçı ipoteka predmetinin dəyərini mübahisələndirsə də, mənzilin satış qiymətinin ******* manat olaraq göstərilməsində hər hansı bir pozuntu olmamış, əmlakın satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir. Bundan başqa, iddiaçı apellyasiya şikayətində alış qiymətinin qanunvericilikdə müəyyən edilmiş müddət ərzində ödənilmədiyini bildirsə də, iş materiallarından görünür ki, 09 yanvar 2024-cü il tarixli 3 №-li ödəniş tapşırığına əsasən “X7 Azərbaycan” QSC tərəfindən Nərimanov rayon İcra şöbəsinin hesabına İddiaçı işi üzrə hərrac mərkəzindən əldə olunan əmlakla bağlı artıq qalan vəsait təyinatı ilə 785,941.20 (yeddi yüz səksən beş min doqquz yüz qırx bir manat 20 qəpik) manat köçürülmüşdür. Kollegiyanın sorğusu ilə əldə edilmiş icra işinin materialları tədqiq edilərək müəyyən edilmişdir ki, 785,941.20 manat məbləği xx.xx.2024-cü il tarixdən icra şöbəsinin hesabına mədaxil edilmişdir. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, cavabdehlərin hüquqdan sui-istifadə etmələri və və ipotekaya xitam verilməli olmasına əsas verən hallar müəyyən edilməmiş, birinci instansiya məhkəməsi alış qiymətinin ödənilməsi və ipoteka predmetinin bank tərəfindən əldə edilməsi qənaətinə yuxarıda sadalanan mötəbər sübutlar əsasında gəlmiş və bu halı müəyyən edərkən bank kassa mədaxil, kassa məxaric qəbzləri və icra məmurunun depozit hesablarından çıxarışlara düzgün olaraq əsaslanmışdır. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin hərracın nəticələri əsasında əldə edilən məbləğin bölüşdürülməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.4-cü və 47.2.2-ci maddələrinə uyğun aparılmamasına dair dəlili ilə bağlı hesab edir ki, bununla bağlı apellyator icra məmurunun hərəkətlərini müvafiq qaydada mübahisələndirmək hüququna malikdir. Lakin bu dəlillər əsaslı olub-olmamasından asılı olmayaraq hazırki iddianın əsaslı olmasını təsdiq etmir. Göründüyü kimi apellyasiya şikayətinin müzakirə edilən dəlilləri öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2(005)- 1320/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə