Məhkəmə qərarları › İş №2(103)-5475/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5475/2025

28.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5475/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X9rşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X8 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsləq olmaqla) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5475/2025 (Açar sözlər: əmrin ləğvi, işə bərpa və əmək haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndələri Nümayəndə və eyni zamanda vəkili Vəkil2, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində X2 nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X9rşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X8 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3192/2025 nömrəli 30 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin işəgötürəni X4 ilə işçi İddiaçı arasında bağlanmış Əmək müqaviləsinin surətindən görünür ki, işçi “Kadr və xüsusi işlər üzrə baş mütəxəssis” vəzifəsinə təyin edilmişdir. Bu Əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır. İşçi xx.xx.2001-ci il tarixindən işə başlamışdır.

2. 10.05.2017-ci il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Əmək və Sosial Problemlər üzrə X3 arasında xx.xx.2001-ci il tarixdə müddətsiz Əmək müqaviləsi bağlanmışdır.

3. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işəgötürəni X10 ilə işçi İddiaçı arasında bağlanmış Əmək müqaviləsinin surətindən görünür ki, işçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” PHŞ-də “İnsan resurslarının idarəedilməsi” şöbəsinə böyük mütəxəssis vəzifəsinə təyin edilmişdir. Bu Əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır. İşçi 30 mart 2020-ci il tarixindən işə başlamışdır.

4. xx.xx.2021-ci il tarixli xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə dəyişikliyin surətindən görünür ki, İddiaçı bağlanmış Əmək müqaviləsinin 1.2-ci bəndində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada “İnsan resurslarının idarəedilməsi” şöbəsinin böyük mütəxəssisi “Ümumi” şöbəyə böyük mütəxəssis vəzifəsinə təyin edilməsi qeyd olunmuşdur.

5. 16.05.2022-ci il tarixli xx.xx.2020-ci il tarixli əmək müqaviləsi və ona edilmiş xx.xx.2021-ci il tarixli dəyişklik nəzərə alınmaqla yenidən tərtib edilmiş Əmək müqaviləsinin surətindən görünür ki, işçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində böyük mütəxəssis vəzifəsinə əsas iş yeri olmaqla işə qəbul edilmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” PHŞ tərəfindən İddiaçı ünvanlanan xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, müraciətinə baxılmış və bildirilmişdir ki, əmək müqaviləsinə 11 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmiş və onunla yeni əmək müqaviləsi bağlanması nəzərdə tutulmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” PHŞ-nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X8 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində X5 cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri E.Səfərlinin 11 fevral 2025-ci il tarixli 3-17-6/3-4- 25/2025 saylı “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” Əmrinin ləğv edilməsi, onun əvvəlki işinə cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Hüquq, kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində böyük mütəxəssis vəzifəsinə işə bərpa olunması, ona qanunsuz olaraq işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxma müddəti üzrə əmək haqlarının və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 19 ilə yaxın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışmış, 2020-ci ilin martın 30-da Nazirliyin sistemində və struktrurunda aparılmış optimallaşdırma ilə əlaqədar işlədiyi müəssisə - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi ləğv edilərək onun bazasında həmin Nazirliyin tabeliyində olan cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya yaradılmış, Mərkəzin 29 işçisi ilə yanaşı iddiaçı da Mərkəzdən Milli Observatoriyaya transfer edilmiş, bu zaman eyni gündə onun Mərkəzlə əmək müqaviləsinə xitam verilmiş və Milli Observatoriya ilə əmək müqaviləsi bağlanmışdır. Mərkəzdə uzun müddət və müddətsiz əsaslarla işləməsinə, 19 il əmək stajının olmasına və eyni əmək funksiyaları daşımasına baxmayaraq Milli Observatoriya ilə onun arasında müddətli əmək müqaviləsi bağlanmış və daha sonra müddətin başa çatması əsası ilə onun əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, hər iki müəssisənin təsisçisi, fəaliyyət istiqamətləri, vəzifələri, sosial müdafiə sistemində yeri və rolu eyni olmuş, iddiaçı da yeni qurumda eyni əmək funksiyalarını icra etmişdir. Bu zaman işçinin əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı ona qabaqcadan hər hansı xəbərdarlıq edilməmiş, 29 işçinin əmək şəraiti şərtləri müvafiq qurumlarla razılaşdırılmadan kütləvi surətdə aparılmış, həmin işçilərdən 12 nəfərinin əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmiş, onlar məhkəmələrdə iddia qaldırması, müxtəlif dövlət qurumlarına şikayətləri nəticəsində bu proses qismən dayanmış, onlardan 6 nəfərin qaldırıdığı iddia təmin edilmiş, daha sonra isə işəgötürən keçmiş Mərkəzin işçilərini yenidən müddətin bitməsi əsası ilə müxtəlif vaxtlarda işdən çıxarmağa başlamışdır. Qeyd olunan faktlar və hallar eyni cavabdeh barəsində eyni əsasla digər iddiaçıların iddia tələblərinin təmin edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş və cavabdeh üçün preyudisial xarakter daşımaqdadır. Həmçinin, bununla belə qurumda bütün işçilərin əmək müqaviləsinin qanunsuz olaraq və işəgötürənin təzyiqi ilə müddətli əsaslarla bağlanmasına baxmayaraq ayrı-seçkiliyə yol verilərək məhz iddiaçının əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdir. Başqa sözlə, İddiaçı ümumilikdə 25 ilə yaxın demək olar ki, eyni əmək funksiyaları ilə çalışdığı Nazirliyin sistemindən, yaşa görə əmək pensiyası yaşına çatmasına 2 il qalmış, əmək müqaviləsi müddətinin başa çatması əsası ilə qanuna, insani dəyərlərə, humanizm prinsiplərinə, sosial ədalətə və hüquq normaları ilə yanaşı, mənəvi-əxlaqi normalara da zidd olaraq işdən çıxarılmışdır. İddiaçı hal-hazırda işləmir, maddi cəhətdən çıxılmaz vəziyyətdədir, həyat yoldaşı görkəmli alim, Fizika Riyaziyyat elmləri namizədi, Planetlər atmosferi və komet fizikası sahəsində mütəxəssis, AMEA ŞAR Planetlər və kiçik səma cisimləri şöbəsinin sabiq müdiri Ədalət Ətayini ötən il itirmiş, özü isə yaşa görə əmək pensiyası hüququna 2 il qalmaqdadır. Belə ki, İddiaçı ilə cavabdehin sələfi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi (bundan sonra - Mərkəz) arasında bağlanmış xx.xx.2001-ci il tarixli əmək müqaviləsi (kontraktı) ilə Ali təhsilli, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu, iqtisadçi ixtisaslı M.X15 və xüsusi işlər üzrə baş mütəxəssis vəzifəsinə 1 il müddətinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xxxxxxx000200 saylı xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, qeyd olunan tarixdən etibarən İddiaçı əmək müqaviləsi şərtləri dəyişdirilərək onun əmək müqaviləsi müddətli müqavilədən müddətsiz əmək müqaviləsinə keçirilmişdir. Doğrudur, həmin dövrdə İddiaçı artıq 13 ilə yaxın həmin Mərkəzdə əmək fəaliyyəti ilə məşğul olduğundan Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə müvafiq olaraq onun əmək müqaviləsi artıq müddətsiz müqavilə statusu daşımış, xx.xx.2024-cü il tarixdə isə bu fakt ƏMBAS sistemində rəsmiləşdirilmişdir. İddiaçı Mərkəzdə işlədiyi dövrdə sosial sahədə bir çox əhəmiyyətli dövlət proqramlarının işlənib hazırlanmasında iştirak etmiş, habelə tərəflər arasında bağlanmış əmək müqaviləsindən göründüyü kimi əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən idarədə işçilərin işə qəbulu, işdən azad edilməsi, başqa vəzifəyə keçirilməsi, mükafatlandırılması, məzuniyyətlərin verilməsi və s. işlər üzrə sənədlərin rəsmiləşdirilməsi ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli, 479 saylı Fərmanı ilə bir sıra dövlət orqanlarının, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədilə həmin Fərmanın 2.2-ci bəndinə müvafiq olaraq Nazirliyə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görülməsi tapşırılmışdır. Nazirliyin strukturunun təkmilləşdirilməsi istiqamətində “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 4 iyul tarixli 775 nömrəli Fərmanın 1.1-ci bəndinə əsasən əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması məqsədilə əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın iki ay müddətində yaradılması və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi qərara alınmışdır. Fərmanın 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu Fərmanın 2.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarına əsasən istinad olunan Fərmanın 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılması, onun Nizamnaməsinin, strukturunun, işçilərinin say həddinin (70 ştat vahidi), nizamnamə fondunun təsdiq edilməsi qərara alınmışdır. Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır ki, “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin dövlət qeydiyyatına alınmasını “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təmin etsin. Azərbaycan Respublikası Prezidentinin ETTM, Observatoriya və digər müvafiq təşkilatlar ilə əlaqədar Fərmanlarından və Nazirlər Kabinetinin müvafiq qərarlarından da göründüyü kimi, məsələnin əsas mahiyyəti əvvəlki təşkilatlarda elmitədqiqat sahəsində uzun müddətə formalaşmış və təcrübə toplamış mütəxəssisləri ixtisar etmək yox, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun “Məşğulluq sahəsində dövlətin vəzifələri” barədə 8-ci maddəsinin 8.03-cü bəndinə uyğun olaraq “işəgötürənlərə yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin saxlanılmasına və inkişaf etdirilməsinə köməklik göstərən tədbirlərin hazırlanmasından” ibarətdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinə 22 fevral 2019-cu il tarixdə məktub hazırlanmış və həmin məktubda ləğv ediləcək mərkəzin ixtisar olunan işçilərinin məşğulluğunun diqqət mərkəzində saxlanılması və sərbəstləşən işçilərin yeni yaradılacaq Milli Observatoriyada işlə təmin olunmasının həyata keçiriləcəyi bildirilmişdir. Beləliklə, Nazirlikdə aparılmış struktur islahatları nəticəsində həmin Mərkəz ləğv edilərək onun bazası əsasında eyni funksiyaları icra edən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya yaradılmış, Mərkəzin işçiləri ləğv edilmiş Mərkəzdən cavabdeh quruma transfer olunmuşdur. Qeyd olunan fakt eyni cavabdeh barəsində eyni əsasla digər iddiaçının iddia tələbinin təmin edildiyi Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3085/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarında da müəyyən edildiyindən cavabdeh üçün preyudisial xarakter daşımaqdadır: “Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin 18 yanvar 2019-cu il tarixli, 480 nömrəli Fərmanı ilə həmin Mərkəz ləğv edilmiş və ölkə başçısının 04 iyul 2019-cu il tarixli, 775 nömrəli Fərmanından irəli gələn tapşırığa uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli Qərarı ilə ləğv edilmiş və eyni funksiyaları yerinə yetirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsi yaradılmışdır (Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3085/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı); AR Prezidentinin ETTM-in ləğvi ilə bağlı yuxarıda istinad olunan Fərmanın icrasının ƏƏSMN tərəfindən guya “gerçəkləşdirildiyi” vaxt iddiaçını və Mərkəzin bütün işçilərini 29 mart 2020-ci il tarixdə iş yerinə dəvət edərək (pandemiya şəraiti ilə əlaqədar onlara evdə oturmağa icazə vermişdilər) kütləvi surətdə ərizə yazmağa məcbur etdilər ki, öz xahişi ilə həmin tarixdən işdən azad olunsun. Elə həmin tarixdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində ”Əmək Bazan və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”da işlə təmin olunmağına dair ərizə yazdırdılar (Eyni gündə ləğv edilməkdə olan mərkəzdən işdən çıxma ərizəsi və onun bazasında əsasında yaradılan Observatoriyada işlə təmin olunmaq barədə işçilərə, o cümlədən iddiaçıya ərizə yazdırılmışdır). Lakin buna baxmayaraq iddiaçıdan işdən çıxmaq barədə ərizə alınsa da, Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, iddiaçının Mərkəzlə bağlanılmış xx.xx.2001ci il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən (tərəflərin iradəsindən asılı olmayan hallar) xitam verilmiş, Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair xx.xx.2020-ci il tarixli məlumatdan görünür ki, həmin bildiriş xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Eyni tarixdə isə, yəni 30 mart 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı Mərkəzin bazası əsasında yaradılmış cavabdeh Milli Observatoriyada “İnsan resurslarının idarəedilməsi” şöbəsində qanunsuz olaraq müddətli əsaslarla, yəni 3 ay müddətinə böyük mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Məsələ burasındadır ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin d) bəndi ilə xitam verilsə də, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 74-cü maddəsində (Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları) istinad olunan halların heç biri baş verməmişdir. İşçinin Nazirliyin strukturunun opitallaşdırılması ilə bağlı Mərkəzin bazası əsasında yaradılmış Milli Observatoriyadakı əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: “3.2. Qanunvericiliyə, əsasnamə və təlimatlara əsasən müəssisə, idarə və təşkilatlarda işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqasına keçirilməsi, vəzifəsinin böyüdülməsi, mükafatlandırılması, kadrların ixtisasının artırılması, məzuniyyətin verilməsi və s. işləri yerinə yetirir. İşçilərin şəxsi işlərini aparır, formalaşdırır. Kadrlar üzrə cari perspektiv planları işləyib hazırlayır. Kadrların seçilməsi və düzgün yerləşdirilməsi, fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılması, tələbə və şagirdlərə istehsalat təcrübəsinin öyrədilməsi, işinin təklifinə dair təkilflər hazırlayır. Müəssisə, idarə və təşkilatların kadrlara olan tələbatı haqqında lazımi yerlərə məlumat verir. Kadr axınının səbəblərini öyrənir, onun aradan qaldırılması üçün tədbirlər hazırlayır və rəhbərliyə təqdim edir. İşçilərə məzuniyyətlərin uçotunu aparır, məzuniyyətdən vaxtında tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət edir. Şəxsi işlərin arxivini aparır, vaxtı keçmiş işlərin dövlət arxivinə verilməsini təşkil edir. Struktur rəhbərinin verdiyi digər tapşırıqları yerinə yetirir.” Göründüyü kimi iddiaçı yeni yaradılmış qurumda ləğv edilmiş Mərkəzdə yerinə yetirdiyi əmək funksiyaları ilə eyni əmək funksiyalarını yerinə yetirmişdir. Ləğv edilmiş Mərkəzin və Milli Observatoriyanın fəaliyyət istiqamətləri, vəzifələri və funksiyaları demək olar ki, eyni olmuş, Milli Observatoriya məhz Mərkəzin bazası əsasında yaradılmış, ləğv edilmiş Mərkəzin işçiləri yuxarıda göstərilmiş üsulla Milli Observatoriyaya transfer edilmiş, hətta hüquqi ünvanı belə (ünvan 1servatoriya məhz ETTM-in avadanlıq və inventarı ilə fəaliyyətini həyata keçirmişdir. Eyni cavabdehə qarşı, eyni predmet və əsas üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının qüvvədə olan qərarları ilə preyudisial xarakterli fakt kimi müəyyən olunmuşdur ki, mərkəzin işçisi olmuş 29 nəfər şəxslə sonradan cavabdeh tərəfindən müddətli əmək müqaviləsinin bağlanmasına baxmayaraq, həmin müddət qurtardıqdan sonra onların yalnız 17 nəfəri ilə yeni müddətli əmək müqaviləsinin bağlanması məqsədmüvafiq hesab edilmiş, digər 12 əməkdaşla əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmiş, onlardan 6 nəfəri qeyd olunan pozuntunu məhkəmə qaydasında mübahisələndirmiş və Ali Məhkəmənin Mülki Kollegiyasının müvafiq qərarları ilə işə bərpa olunmuşdur. Qalan 17 nəfər, o cümlədən iddiaçı növbəti mərhələlərdə müddətin bitməsi və ya qeyri əsaslarla işdən çıxarılmışdır. Bu baxımdan aşağıdakılara əsasən iddiaçı ilə cavabdeh qurum arasında 30 mart 2020-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinin müddətlə bağlı şərtləri qanunsuz, əsassız və uydurma əqd olmuşdur: Belə ki, eyni cavabdeh barəsində digər iddiaçıların eyni əsasla qaldırdıqları iddia tələbləri üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Mərkəzin bazası əsasında yaradılan Milli Observatoriya (cavabdeh) iddiaçının əvvəl işlədiyi mərkəzin hüquqi varisi olmasa da, eyni istiqamətlər üzrə fəaliyyət göstərmişdir. Hüquqi nəticə etibarı ilə mərkəz ləğv edildikdən sonra eyni fəaliyyətlə məşğul olan cavabdeh yaradılmış və uzun illər həmin mərkəzdə işləmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə əsasən iddiaçı 3 ay müddətinə işə qəbul edilməklə yeni iş yeri üzrə də əvvəlki (eyni) əmək funksiyalarını həyata keçirmişdir. Eyni zamanda, iddiaçı uzun illər davam edən əmək fəaliyyətində eyni Nazirliyin sistemində eyni xarakterli vəzifələrdə işləmişdir. Bu cür vəziyyətdə, yəni iddiaçının gördüyü işin daimi xarakterə malik olduğu onunla əmək müqaviləsini müddətli bağlamağı istisna etmişdir. Ona görə də xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsi bağlanmamalı idi. Yeni yaradılan publik hüquqi şəxs iddiaçının əvvəl işlədiyi Mərkəzin hüquqi varisi olmasa da, fəaliyyət sferası və işçinin əmək funksiyası baxımından faktiki olaraq onların fəaliyyəti eynilik təşkil edir. Mərkəzin ləğv edilməsi və yeni Publik hüquqi şəxsin yaradılması isə Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən Fərmanları əsasında həyata keçirilmiş və iki halın bir-birinin davamı olması isə açıq aşkardır. İddiaçı isə Mərkəzdə 5 ildən artıq işləmiş və onunla yeni bağlanılan əmək müqaviləsi isə bu baxımdan da müddətsiz olmalı idi. Müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. Başqa sözlə, iddiaçının əmək funksiyası çərçivəsində yerinə yetirdiyi iş, göstərdiyi xidmət daimi xarakterə malik olmaqla, bu hal qabaqcadan işəgötürənə məlum olub; nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib, lakin həmin hallar hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsi bağlamağa məcbur etmir, əksinə, onlara belə bir imkan verir ki, sözügedən maddədə göstərilən hallar olduqda əmək müqaviləsi müəyyən müddətə də bağlanıla bilər. Tərəflər arasında bağlanmış 30 mart 2020-ci il tarixli əmək müqaviləsinə, həmin müqavilənin bağlanma şəraitinə, işçinin işlədiyi təsisçiyə, yəni eyni Nazirliyə məxsus əvvəlki müəssisənin ləğvi, ondan ləğv edilən müəssisənin bütün digər işçiləri ilə birlikdə işdən çıxma ərizəsinin alınması, daha sonra yenə eyni təsisçiyə, yəni Nazirliyə məxsus, əvvəlki müəssisənin bazası əsasında yaradılmış yeni quruma transfer olunması, onun əvvəlki uzun illər stajının nəzərə alınmadan onunla müddətli əmək müqaviləsi bağlanması əmək qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Məsələ burasındadır ki, tərəflər arasında bağlanmış 30 mart 2020-ci il tarixli əmək müqaviləsində onun hansı səbəbə görə müddətli bağlanması ümumiyyətlə formal olaraq da olsa göstərilməmişdir. Cavabdeh qurum barədə eyni predmetli və eyni əsaslar üzrə 7 sayda qanuni qüvvəyə minmiş “işə bərpa və s.” tələblər üzrə iddia tələbinin təmin olunduğu məhkəmə qərarları mövcuddur. Həmin qərarların fabulasını da hazırki dəlillərlə analoji dəlillər təşkil edir. Belə ki, cavahdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın rəhbərliyi bütün işçilərlə onların əmək funksiyaları daimi xarakter daşımasına baxmayaraq inzibati və iqtisadi təsir imkanlarından və işçilərin təşkilati-iqtisadi asılılıq vəziyyətindən istifadə etməklə müddətli əmək müqavilələri bağlayır, daha sonra “arzuolunmaz” hesab etdiyi işçiləri həmin müqavilələrə müddətin bitməsi əsası ilə xitam verməklə işdən kənarlaşdırır. Qeyd olunan hal artıq xroniki xarakter daşımaqdadır. Həmçinin qeyd etməyi zəruri hesab edirlər ki, 20 ilə yaxın eyni təsisçiyə (Nazirliyə) aid müəssisədə müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə uzlaşmır. Həmçinin, 2020-ci ilin martın 30-da uzun illər müddətsiz əmək müqaviləsi ilə işləmiş, daimi əmək funksiyaları daşıyan və müddətsiz əmək müqaviləsi bağlamaq hüququ olan işçinin “hüquq bərabərliyinə əsaslanan” “qarşılıqlı” razılıq əsasında, könüllü surətdə bu hüquqdan imtina edərək müddətli əmək müqaviləsi bağlamağa “razılaşması” ağlabatan görünmür və heç bir məntiqə sığmır. İddiaçının müddətsiz işlə təmin olunmaq hüququndan imtina etmək niyyəti, motivi və məqsədi olmamış, işlədiyi iş yerindən aldığı məvacib onun yeganə qazanc, gəlir və dolanışıq mənbəyi olmuşdur. İşçinin nə marağı və motivi var idi ki, işəgötürənə onu 3 ay sonra işdən çıxarmaq hüququ verən müqaviləni imzalasın. Eyni zamanda, kütləvi surətdə 29 nəfər işçidən işdən çıxma ərizəsinin alınması, onlardan 17 nəfərin eyni anda müddətli əmək müqaviləsinə “razılaşması” ağlabatan mülahizə ilə izah olunmur. Aydın məsələdir ki, işəgötürən təşkilati-inzibati, sərəncamverici və s. resurslarından istifadə edərək iddiaçının və onun həmkarlarının həqiqi iradəsi əleyhinə buna nail olmuşdur. Daha sonra isə 30 mart 2020-ci il tarixli əmək müqaviləsinə 08 fevral 2021-ci il tarixdə dəyişiklik aparılaraq iddiaçı İnsan resurslarının idarə edilməsi şöbəsinin böyük mütəxəssisi vəzifəsindən Ümumi şöbənin böyük mütəxəssisi vəzifəsinə keçirilmiş, demək olar ki bu şöbədə əvvəlki əmək funksiyaları ilə oxşar əmək funksiyalarını icra etmişdir. Lakin bununla belə qeyd olunan dəyişiklik də Əmək Məcəlləsinin 56-cı maddəsində müəyyən edilmiş tələblərə zidd olaraq aparılmış, belə ki, cavabdeh qurum - işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməmişdir. Cavabdeh qurumla iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi və ona edilmiş xx.xx.2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla yenidən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinə əsasən struktur dəyişikliyi ilə əlaqədar iddiaçı Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin böyük mütəxəssisi vəzifəsinə keçirilmişdir. Cavabdeh qurumun İdarə Heyətinin sədri Elnur Səfərlinin 11 fevral 2025-ci il tarixli 3-17-6/3-4-25/2025 saylı əmri ilə İddiaçı ilə bağlanmış 30 mart 2020-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xitam verilmiş və işdən azad olunmuşdur. Bununla da, qurumun bütün işçilərinin əmək müqaviləsi müddətli şərtlərlə bağlandığı halda digər işçilərdən fərqli olaraq İddiaçı qarşı işəgötürən tərəfindən ayrı-seçkiliyə yol verilərək məhz onun əmək müqaviləsinin müddəti uzadılmamışdır. Təbii ki, əmək funksiyalarının daimi xarakterə malik olduğu qabaqcadan açıq-aşkar məlum olan işçi ilə müddətli əmək müqaviləsinin bağlanması əmək qanunvericiliyinin tələblərinə zidd olmuş, lakin bununla belə həmin əmək müqaviləsinin qanunazidd və etibarsız olan həmin şərtini şərti olaraq fakt kimi qəbul etdikdə belə, bütün digər işçilərin belə əmək müqavilələrinin müddəti uzadıldığı halda, məhz İddiaçı əmək müqaviləsinin müddətinin uzadılmaması ayrı-seçkilik və qərəzə əsaslanmışdır. Bakı 18 saylı Mediasiya Təşkilatının MSB18/2025-00184 saylı xx.xx.2025-ci il tarixli İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə Arayışdan görünür ki, 19 fevral 2025-ci il tarixdə tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, xx.xx.2025-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında tərəflər arasında razılıq, barışıq sazişi əldə olunmamışdır. Həmin Arayışdan görünür ki, iddiaçı işsiz statusunda olduğundan və bu barədə arayış təqdim etdiyindən mediasiya rüsumu ödənişindən azad edilmişdir. Hazırki iddia ərizəsi üzrə hesab edirlər ki, aşağıdakı iddia tələbləri təmin olunmalıdır: cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri E.Səfərlinin 11 fevral 2025-ci il tarixli 3-17-6/3-4-25/2025 saylı “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” Əmri hüquqi mövqelərə zidd olduğundan ləğv edilməlidir. İddiaçı əvvəlki işinə - cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Hüquq, kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində böyük mütəxəssis vəzifəsinə işə bərpa olunmalıdır. İddiaçı qızna məcburi iş buraxma müddəti üzrə əmək haqları, yəni işçi qanunsuz olaraq işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixə kimi əmək haqqı və onun tərkib hissəsi olan bütün ödənişlər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçıya məcburi işburaxma dövrü üzrə əmək haqqı ilə yanaşı, onun tərkib hissəsi olan bütün ödənişlər - vəzifə maaşı, qanunvericiliklə müəyyən edilmiş milli bayram günləri ilə əlaqədar kollektiv mükafatlar, habelə məzuniyyət haqqı ilə yanaşı müvafiq məzuniyyət dövrləri üzrə bir aylıq vəzifə maaşı həcmində müavinətlər, həmçinin hər rüb üzrə əmək haqqının 1 misli məbləğində fərdi mükafatlar da cavabdehdən tutularaq ödənilməlidir.

9. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri E.Səfərlinin 11 fevral 2025-ci il tarixli 3-17-6/3-4- 25/2025 saylı “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” Əmrinin ləğv edilməsi, onun əvvəlki işinə - cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Hüquq, kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində böyük mütəxəssis vəzifəsinə işə bərpa olunması, ona qanunsuz olaraq işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxma müddəti üzrə əmək haqlarının və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutularaq ödənilməsi, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi yardımın göstərilməsi ilə bağlı onun tərəfindən çəkilmiş xərclər qismində 400 manat vəkilə ödənilmiç xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdehin nümayəndəsi-vəkili iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X9rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqlarının və onun tərkib hissəsi olan ödənişlərin tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri E.Səfərlinin 11 fevral 2025-ci il tarixli 3-17-6/3-4- 25/2025 saylı “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” Əmrinin ləğv edilməsi, onun əvvəlki işinə - cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Hüquq, kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində böyük mütəxəssis vəzifəsinə işə bərpa olunması, ona qanunsuz olaraq işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxma müddəti üzrə əmək haqlarının və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı səbəblərə görə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. İddiaçı iddia ərizəsində onunla bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanmalı olduğunu, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik Hüquqi şəxsin ETTM-lə eyni funkisiyaları yerinə yetirdiyini qeyd edir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədilə həmin Fərmanın 2.2-ci bəndinə müvafiq olaraq Nazirliyə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görülməsi tapşırılmışdır. Nazirliyin strukturunun təkmilləşdirilməsi istiqamətində “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 4 iyul tarixli 775 nömrəli Fərmanın 1.1-ci bəndinə əsasən əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması məqsədilə əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın iki ay müddətində yaradılması və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarına əsasən istinad olunan Fərmanın 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılması, onun Nizamnaməsinin, strukturunun, işçilərinin say həddinin nizamnamə fondunun təsdiq edilməsi qərara alınmışdır. Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır ki, “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin dövlət qeydiyyatına alınmasını “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təmin etsin. İddiaçı ilə Observatoriya arasında ilk dəfə xx.xx.2020-ci il tarixində müddətli əmək müqaviləsi bağlanaraq, iddiaçı İnsan Resurslarının idarə edilməsi şöbəsinə böyük mütəxəssis vəzifəsinə qəbul edilmişdir. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən bağlanmaqla iddiaçı 5 ildən az müddətdə əmək fünksiyasını yerinə yetirmişdir. Hesab edir ki, işçi ilə işəgötürən arasında digər işçilərlə oxşar müqavilələr bağlanmış, tərəflər arasında bağlanan müqavilədə müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədi daşımamış, tərəflər müqavilələrə dair əvvəlcədən razılaşdırma bağlamaqla və sonuncu müqavilələr iddiaçı tərəfindən elektron imzadan istifadə etməklə imzalanmaqla həqiqi iradə ifadəsini nümayiş etmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının işdən çıxma barədə əmrin ləğv edilməsi barədə tələbi əsassız olduğundan rədd edilməlidir. Hesab edir ki, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələblərinə ayrıca hüquqi qiymət verilməsinə ehtiyac duyulmur.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 sentyabr 2025-ci il tarixli 2(001)-3192/2025 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli, № 3-17-6/3-4-25/2025 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” Publik hüquqi şəxsin Hüquq, kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində böyük mütəxəssis vəzifəsinə işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı və onun tərkib hissəsi olan bütün ödənişlər cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi tərəfindən ödənilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” PHŞdən vəkilə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

12. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı 19 ilə yaxın müddətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində baş mütəxəssis vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin 18 yanvar 2019-cu il tarixli, 480 nömrəli Fərmanı ilə həmin Mərkəz ləğv edilmiş və ölkə başçısının 04 iyul 2019-cu il tarixli, 775 nömrəli Fərmanından irəli gələn tapşırığa uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılmış və onun nizamnaməsi təsdiq edilmişdir. Cavabdeh hazırda Mərkəzin yerinə yetirdiyi səlahiyyətləri yerinə yetirir. Mərkəz ləğv edildikdən sonra iddiaçı öz ərizəsi ilə orada tutduğu vəzifəsindən azad edilmiş və daha sonra cavabdehlə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən iddiaçı 3 ay müddətinə ümumi şöbədə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli əmri ilə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə iddiaçı vəzifəsindən azad edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, Mərkəzin işçisi olmuş 29 nəfər şəxslə sonradan cavabdeh tərəfindən müddətli əmək müqaviləsinin bağlanmasına baxmayaraq, həmin müddət qurtardıqdan sonra onların yalnız 17 nəfəri ilə yeni müddətli əmək müqaviləsinin bağlanması məqsədmüvafiq hesab edilmiş, digər 12 əməkdaşla, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Nəticə etibarı ilə hansı meyarlara əsasən və hansı tələblərə uyğun gəlmədiyi üçün iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda cavabdeh əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam verməsi hüququnu reallaşdırmaqla yanaşı qismən olsa da iddiaçıya münasibətdə ayrı-seçkiliyə yol vermiş olmuşdur.

14. Məhkəmə hesab etmişdir ki, xx.xx.2025-ci il tarixli, № 3-17-6/3-4-25/2025 nömrəli əmr Əmək Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Bu səbəbdən iddia tələbi “əmrin ləğv edilməsi” hissəsində əsaslıdır və təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli, № 3-17-6/3-4-25/2025 nömrəli əmri ləğv edilməlidir.

15. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 16.1, 16.4, 45.1, 45.4, 68.2 “b”, 300.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətində göstərilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədilə həmin Fərmanın 2.2-ci bəndinə müvafiq olaraq Nazirliyə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görülməsi tapşırılmışdır. Nazirliyin strukturunun təkmilləşdirilməsi istiqamətində “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 4 iyul tarixli 775 nömrəli Fərmanın 1.1-ci bəndinə əsasən əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması məqsədilə əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın iki ay müddətində yaradılması və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarına əsasən istinad olunan Fərmanın 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılması, onun Nizamnaməsinin, strukturunun, işçilərinin say həddinin nizamnamə fondunun təsdiq edilməsi qərara alınmışdır. Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır ki, “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin dövlət qeydiyyatına alınmasını “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təmin etsin. İddiaçı ilə Observatoriya arasında ilk dəfə xx.xx.2020-ci il tarixində müddətli əmək müqaviləsi bağlanaraq, iddiaçı İnsan Resurslarının idarə edilməsi şöbəsinə böyük mütəxəssis vəzifəsinə qəbul edilmişdir. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən bağlanmaqla iddiaçı 5 ildən az müddətdə əmək funksiyasını yerinə yetirmişdir. İşçi ilə işəgötürən arasında digər işçilərlə oxşar müqavilələr bağlanmış, tərəflər arasında bağlanan müqavilədə müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədi daşımamış, tərəflər müqavilələrə dair əvvəlcədən razılaşdırma bağlamaqla və sonuncu müqavilələr iddiaçı tərəfindən imzalanmaqla həqiqi iradə ifadəsini nümayiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair qərarında nümayiş etdirilmiş hüquqi mövqedən görünür ki, işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. X6 Məhkəməsi qərara almışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilsin. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında sərbəst şəkildə, 30 mart 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqaviləyə bir neçə dəfə uzadılmış, müqavilə iddiaçı, eləcə də cavabdehin nümayəndəsi tərəfindən imzalanmış, lakin müqavilə faziləsiz olaraq 5 ildən artıq müddətə davam etməmiş və 11 fevral 2025-ci il tarixdə müqavilə müddətinin qurtarması əsası ilə iddiaçı ilə cavabdehin əmək münasibətlərinə xitam verilmişdir. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsi qarşılıqlı razılıq əsasında sərbəst şəkildə müddətli bağlanmış, iddiaçının müqavilənin müddətli bağlanması ilə bağlı tələbi olmamışdır. Məhkəmə cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin hüquqi varisi olmamasını qeyd etməklə yanaşı son nəticədə eyni istiqamətlər üzrə fəaliyyət göstərməsi, hüquqi nəticə etibarı ilə Mərkəz ləğv edildikdən sonra eyni fəaliyyətlə məşğul olan cavabdehin yaradılması və 19 ilə yaxın müddətdə həmin Mərkəzdə işləmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə əsasən iddiaçının 3 ay müddətinə mütəxəssis vəzifəsinə işə qəbul edilməklə yeni iş yeri üzrə də əvvəlki (eyni) əmək funksiyalarının həyata keçirməsi barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə iddiaçının kadrlarla iş üzrə üzrə mütəxəssis olmasını, ləğv edilmiş qurumda həmin vəzifədə çalışdığını, yeni yaradılmış Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Hüquq, kadr və sənədlərlə iş departamentinin Sənədlərlə vəvətəndaşların müraciətləri ilə iş şöbəsində böyük mütəxəssis vəzifəsinə təyin edilməsini əsas götürərək, onun gördüyü işin daimi xarakterə malik olmasını əsas gətirərək, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin qanuniliyinə səhv və əsassız qiymət vermişdir. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın 11 fevral 2025-ci il tarixli 3-17-6/3- 4- 25/2025 saylı “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” Əmrinin ləğv edilməsi üçün əsas mövcud olmadığından məhkəmə iddiaçının tutduğu vəzifəyə bərpa olunması barədə səhv və əsassız nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən mülki iş üzrə təqdim edilmiş sübutlara düzgün qiymət verilməmişdir, bu da səhv qətnamənin çıxarılması ilə nəticələnmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddiaçının işdən çıxma barədə əmrin ləğv edilməsi barədə tələbi əsassız olduğundan rədd edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsini xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndələri apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qıtnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdilər.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə hər hansı münasibət bildirməmişdir.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə digər üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsu məhkəmə iclasına gəlmədiyindən kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

23. Maddə 16.1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

24. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

25. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

26. Maddə 47, «f» bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

27. Maddə 51. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.

28. Maddə 68.2, “b” bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır.

29. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 33.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Göründüyü kimi, İddiaçı 2001-ci ildən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində baş mütəxəssis vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin 18 yanvar 2019-cu il tarixli, 480 nömrəli Fərmanı ilə həmin Mərkəz ləğv edilmiş və ölkə başçısının 04 iyul 2019-cu il tarixli, 775 nömrəli Fərmanından irəli gələn tapşırığa uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılmış və onun nizamnaməsi təsdiq edilmişdir.

39. Cavabdeh hazırda Mərkəzin yerinə yetirdiyi səlahiyyətləri yerinə yetirir. Mərkəz ləğv edildikdən sonra iddiaçı öz ərizəsi ilə orada tutduğu vəzifəsindən azad edilmiş və daha sonra cavabdehlə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən iddiaçı 3 ay müddətinə ümumi şöbədə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli əmri ilə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə iddiaçı vəzifəsindən azad edilmişdir.

40. Göründüyü kimi iddiaçı 2001-ci ildən cavabdeh təşkilatda çalışmışdır. Sonradan cavabdehin təşikatı strukturu dəyişdirilmiş, lakin cavabdeh faktiki olaraq eyni işləri davam etdirmişdir.

41. Qanunvericiliyin tələbindən göründüyü kimi, əmək qanunvericiliyi əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olduğunu müəyyən etmişdir. Yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

42. Kollegiya qeyd edir ki, iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, özü də cəmi 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır.

43. Göründüyü kimi iddiaçı uzun illər ərzində cavabdeh müəssisədə işləmişdir.

44. Kollegiyanın qənaətinə görə, 20 ildən artıq iş stajına malik kifayət qədər ixtisaslı işçi ilə cəmi 3 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. İddiaçının heç bir irad bildirilmədən əmək funksiyalarını yerinə yetirməsi də onunla bağlanmış əmək müqaviləsinin əslində müddətsiz xarakter daşıdığını göstərir. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt cavabdehin rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir.

45. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya onları əsassız hesab edir.

46. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

47. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi).

48. Qeyd olunanları rəhbər tutaraq Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi işəgötürənin mənafeyinə xidmət etmiş, yuxarıda istinad olunan əmək qanunvericiliyinin prinsiplərinə əsaslanmamışdır.

49. Qətnamənin iddianın təmin edilən digər hissələrinə münasibətdə kollegiya qeyd edir ki, əmrin ləğv edilməsi hissəsində iddia təmin edildiyindən, digər hissələrdə məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3192/2025 nömrəli iş üzrə 30 iyul 2025-ci il tarixli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar