Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5479/2023 16.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Xəyal Sarıyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna qarşı “üçüncü şəxsin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və iddiaçının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin notariusun üzərinə qoyulması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində üçüncü şəxs X1 apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Həmin apellyasiya şikayətini üçüncü şəxs X1 nümayəndəsi və vəkili kimi X2 imzalayıb. Lakin onun onun əsaslandığı etibarnamənin (iş v. 33) müddəti bitib. Belə ki, etibarnamə xx.xx.2021-ci il tarixdə 2 il müddətinə, yəni xx.xx.2023-cü il tarixədək verilib, apellyasiya şikayəti isə bu müddət bitdikdən 1 ay 14 sonra – xx.xx.2023-cü il tarixdə imzalanıb. Göründüyü kimi, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanıb. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.2 və 363.1.1-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı: Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən üçüncü şəxs X1 nümayəndəsi və vəkili kimi X2 tərəfindən verilmiş apellyasiya şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və həmin apellyasiya şikayəti geri qaytarılsın. Mülki iş Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5479/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5479/2023
16.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver