Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5481/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: (əsassız tutulmuş pulun qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2023-ci il tarixli, 2(006)-1955/2023 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh ASC ilə X8 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 102RGTK180960001 saylı kredit müqaviləsi üzrə İddiaçı məxsus kartlardan 3444,87 manat məbləğində vəsait tutularaq həmin kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilmişdir. 2.İddiaçı onunla Cavabdeh ASC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış zaminlik müqaviləsinin onun razılığı olmadan bağlandığını, buna görə də həmin müqavilənin məhkəmə qaydasında etibarsız hesab olunduğunu bildirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq tutulmuş 6664,6 manatın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini etmişdir. 4.İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh ASC arasında 11 avqust 2017-ci il tarixdə "xxxx" ASC-nin Mərkəz filialında X3 11.800 manat məbləğində 36 ay müddətinə illik 29,84% olmaqla bağlanmış kredit müqaviləsinə zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra, X9 17.441,51 manat 60 ay müddətinə illik 22 faiz olmaqla 06 aprel 2018-ci № tarixli 102GTKR172230504 saylı zaminlik müqaviləsi bağlanmışdır. X9 öhdəliyini icra etməmiş, bununla bağlı hazırki iş üzrə İddiaçı əmək haqqından tutulmalar başlamışdır. Qeyd etmişdir ki, Cavabdeh ASC-nin Mərkəz filialında bağlanmış 06 aprel 2018-ci il tarixli Z-102 RGTK180960001 saylı zaminlik müqaviləsindən iddiaçının xəbəri olmamış və bununla bağlı onun razılığı alınmamışdır. Nəticədə 06 aprel 2018-ci il tarixli Z-102GTK180960001 saylı zaminlik müqaviləsi ilə onun razılığı olmadan öhdəlik dəyişdirilərək iddiaçının məsuliyyətinin artmasına səbəb olmuşdur. Bu əsaslarla hazırki iş üzrə İddiaçı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-193/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 102RGTK180960001 saylı zaminlik müqaviləsi etibarsız hesab edilməsi qət edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Həmçinin qeyd etmişdir ki, hazırki iş üzrə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti X6 və İddiaçı qarşı «kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 16033,99 manat əsas, 630,61 faiz borcu olmaqla, cəmi 16.664,60 manat borc və 30 manat ödənilmiş dövət rüsmunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İlyas Yusif oğlundan və İddiaçı müştərək qaydada 16033,99 manat əsas, 630.61 faiz borcu olmaqla, cəmi 16664,60 manat borcun Cavabdeh Asıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdeh İddiaçı 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı “KapitalBank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.Qətnamədən İddiaçı apellyasiya şikayəti versə də Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Zəngilan Rayon Məhkəməsinin bu iş üzrə 08 oktyabr 2020-ci il tarixli 2(034)-74/2020 saylı qətnaməsi cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı üzərinə düşən vəzifəsini icra etmiş, lakin cavabdehlər öhdələrinə düşən vəzifəsini icra etməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apelhasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilərək Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 980/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılınası barədə qəıar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-3254/2021 saylı mülki iş üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsi ilə kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-980/2021 saylı iş üzrə 22 fevral 2021- ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qət edilmişdir. Qeyd etmişdir ki, bu müddət ərzində əsassız olaraq İddiaçı aylıq əmək haqından cavabdeh tərəfindən ümumilikdə 6664.60 manat pul tutulmuşdur. Bu səbəbdən də iddiaçı mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə müraciət etmişdir. Cavabdehin 6 yanvar 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının istifadəsində olan plastik kartdan 30 noyabr 2019-cu il tarixdən etibarən X5 aid kredit müqaviləsi üzrə tutulma aşkar edilməmişdir. Qeyd etmişdir cavabdehin məktubunda səhvən X7 qeyd edilmişdir. Lakin cavabdehin imtinası əsassızdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab etmişdir ki, cavabdeh “Kapital Bank" ASC-dən 6664.60 manat pul tutularaq İddiaçı ödənilməlidir. 5.Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASCdən 3444,87 manat tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Cavabdeh iddiaya etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmiş, etirazı onunla əsaslandırmışdır ki, iddianın verilməsi üçün 1 illik kəsici müddət ötürülmüşdür. İddiaçı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixində iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmənin yekun qərarı xx.xx.2021-ci il tarixində qəbul edilmişdir. Bu zaman iddiaçı tək əqdin etibarsız hesab edilməsi tələbini yox, həmçının əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin geri tələb edilməsi tələbi ilə müraciət etməli idi. Yəni o, həmin vaxt onun vəsaitinin İlyas Quliyevin kredit borcuna görə tutulmasını bildirdi. Lakin bunların edilməməsi iddia müddətinin ötürülməsinə səbəb olmuşdur. İddiaçının təqdim etdiyi əmək haqqı kart hesabından çıxarış iddia ərizəsində qeyd edilən 6664,60 manatlıq tələbi təmin etmək üçün əsas hesab edilə bilməz. Həmin çıxarışdan görünür ki, İddiaçı əmək haqqından tutularaq İlyas Quliyevin kredit müqaviləsi üzrə ödənilmiş məbləğ cəmi 2856,78 manat təşkil edir. Tələbin digər hissəsini nə ilə əsaslandırıldığı barədə iddiaçı heç bir sübut təqdim etməmişdir. Mülki Prosessual Məcələnin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 7.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 04 iyul 2023-ci il tarixli, 2(006)-1955/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Nail Abbasov) iddia tələbi təmin edilərək, Cavabdeh ASC-dən 3444,87 manatın alınaraq İddiaçı xeyrinə ödənilməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. 8.İş materiallarında olan pretenziyadan görünür ki, iddiaçı tərəfindən Cavabdeh ASC-yə pulun qaytarılmasına dair xəbərdarlıq məktubu göndərilmişdir. 9.İş materiallarından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2021-ci il tarixli qərarından görünür ki, Zəngilan Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər X2 və İddiaçı müştərək qaydada 16033,99 manat əsas, 630,61 manat faiz borcu olmaqla, cəmi 16664,6 manatın "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Zəngilan Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2021-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 10.Sumqayət Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi borcun İddiaçı tutulması hissəsində ləğv edilmiş, borcun X2 tutulması qət edilmişdir. 11.İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Z-102RGTK180960001 saylı zaminlik müqaviləsi etibarsız hesab edilmişdir. 12.İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 13.İş materiallarında olan Cavabdeh ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ASC ilə X8 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 102RGTK180960001 saylı kredit müqaviləsi üzrə İddiaçı məxsus kartlardan 3444,87 manat məbləğində vəsait tutularaq həmin kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilmişdir. 14.Məhkəmə qeyd etmişdir ki, Cavabdeh ASC tərəfindən İddiaçı hesabından zaminlik müqaviləsi üzrə aparılan tutulmaların əsası artıq ləğv edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, Z-102RGTK180960001 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Odur ki, həmin müqaviləyə əsasən cavbadeh tərəfindən aparılmış tutulmalar iddiaçıya qaytarılmalıdır. 15.Məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ASC-dən 3444,87 manat alınaraq İddiaçı xeyrinə ödənilməlidir. 16.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3, 21, 1096, 1097.1, 1091.1, 1091.2, 1092.1, 1093.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 17.Cavabdeh ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Bank tərəfindən qeyd edilən kəsici müddətin tədbiqi, iddiaçının qanunvericilik normalarına yanlış istinad etməsi və əsaslandıra bilməməsi barədə dəlillərinə heç bir hüquqi qiymət vermədən və ümumiyyətlə qətnamədə həmin məsələlərə toxunmadan, qanunvericiliyə zidd şəkildə iddia tələbinin təmin edilməsi, Cavabdeh ASC-dən 3444.87 manat alınaraq İddiaçıƏləsgər oğlunun xeyrinə ödənilməsi barədə qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi qanunvericilik tələblərini gözləmədən qəbul etdiyi qətnamədə Bankın mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə qətnaməsini əsaslandırarkən MM-in əsassız varlanma fəsli ilə bağlı normalara istinad etmişdir. Nəzərə alınmalıdır ki, MM-in 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Göründüyü kimi qanunvericilikdə əsassız varlanma halı üçün iddia müddəti müəyyən edilmişdir. Əgər məhkəmə həmin fəslin normalarına istinad edirsə, bu halda həmin fəsildə müəyyən edilmiş iddia müddətinin keçməsinə də münasibət bildirməlidir (etirazda bu barədə qeyd olunmuşdu). Belə ki, iddia ərizəsindən və hazırki müqavilə üzrə əvvəlki məhkəmə mübahisələrindən məlum olur ki, iddiaçı onun əmək haqqından kreditə görə tutulmalardan məlumatlı olmuş və bu səbəblə zaminlik müqaviləsini mübahisələndirmişdir. Belə olduğu halda iddiaçı öz hüququnun pozulmasını onun əmək haqqından kredit müqaviləsi üzrə tutulmanın aparılması vaxtından məlumatlı olmuşdur. Məhkəmə iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə istinad etmişdir. Həmin qətnamədə iddiaçının iddia ərizəsinə istinad olunaraq onun kartından xx.xx.2018-ci i l tarixdən tutulmaların aparıldığı qeyd olunmuşdur. Yəni iddiaçı həmin tarixdən tutulmalardan məlumatlı olduğunu özü iddia ərizəsində qeyd etmiş və bu, məhkəmə qətnaməsində əks olunmuşdur. Hazırki iddia ərizəsindən onun xx.xx.2023-cü il tarixdə imzalandığı görünür. Beləliklə, hazırki iddia tələbinə əsassız varlanma kimi yanaşılsa belə, əsassız varlanma üçün müəyyən edilmiş 2 illik iddia müddətinin keçdiyi aşkar şəkildə görünür. Cavabdeh birinci instansiya məhkəməsində dəfələrlə vurğuladığı kimi, qanunvericiliyin tələblərinə əsasən etirabsız əqd əsasında yaranmış əsassız varlanmanın nəticələri həmin müqavilənin icrasının başlanmasından 1 il ərzində aradan qaldırıla bilər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı xx.xx.2018ci il tarixdən əmək haqqından tutulmaların edildiyini, yəni İddiaçı münasibətdə müqavilənin xx.xx.2018-ci il tarixdə icra edilməyə başladığını bilmişdir. İmperativ xarakter daşıyan və cari apellyasiya şikayətinin bu bəndində istinad edilən qanunvericilik normalarına əsasən N. Rüstəmov yalnız xx.xx.2019-cu il tarixə qədər № 102GTKR180960001 saylı zaminlik müqaviləsi üzrə ondan tutulmuş pul məbləğinin geri qaytarılmasını tələb edə bilərdi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 19.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 20.İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 22.Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 23.Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 24.Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 25.Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 26.Maddə 1095.Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 27.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 28.Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.. 29.Maddə 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 31.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 32.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2023-ci il tarixli, 2(006)-1955/2023 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. 33.Belə ki, mülki iş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, məhkəmə tərəfindən iddia tələbi təmin edilərkən əsaslandırma aparılmamış, iddia tələbinin qanuni əsası kimi zərər və əsassız varlanmaya istinad olunmaqla, maddi hüquq normasının tələbləri pozulmuşdur. 34.Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış zaminlik müqaviləsi etibarsız hesab edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən iddiaçının kartından 3444,87 manat tutulma aparılmışdır. 35.Məhkəmə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 36.Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçıdan pulun tutulması ilə bağlı işin faktiki halları əsassız varlanma ilə bağlı qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün iddia təmin edilməlidir. 37.Göründüyü kimi, cavabdeh tərəf heç bir qanuni və müqavilə əsası olmadan iddiaçının kartından 3444,87 manat pulu tutmaqla əsassız varlanmışdır. 38.Kollegiya cavabdeh tərəfin əsassız varlanmada iki illik iddia müddəti ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, zaminlik müqaviləsinin etibarsızlığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarı xx.xx.2021-ci il tarixdə qəbul olunmuşdur. İddiaçının hüquqlarının həmin tarixdən məlum olduğu nəzərə alınmaqla, iddia ərizəsinin 28 mart 2023-cü ildə verilməsi halında iki illik iddia müddəti keçməmişdir. 39.Beləliklə qeyd olunan xüsusatları ümumləşdirərək məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2023-ci il tarixli, 2(006)-1955/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməli, Cavabdeh ASC-dən 3444,87 manat alınaraq İddiaçı xeyrinə ödənilməlidir. 40.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2023-ci il tarixli, 2(006)-1955/2023 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh ASC-dən 3444.87 (üç min dörd yüz qırx dörd manat səksən yeddi) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdiyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5481/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5481/2023
13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver