Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5481/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Qasımlı (Qasımova) Sevda Qasım qızına, Bakı şəhəri 05 saylı Notariat Ofisinə və Bakı şəhəri 11 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5481/2024 (Açar sözlər: qanun üzrə vərəsəlik hüququnun tanınması və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X10 və X5 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil3, İddiaçı2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Qasımlı (Qasımova) Sevda Qasım qızına, Bakı şəhəri 05 saylı Notariat Ofisinə və Bakı şəhəri 11 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, naturada yaşayış sahəsinin ayrılması və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2854/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 04 dekabr 2024-cü il tarixində Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Muxtadır qəsəbəsi 23 ünvanda yerləşən ilkin olaraq X11 adına qeydə alınmış, həmin mənzildə adıçəkilən şəxs həyat yoldaşı, 2 oğlu Əlihüseyn Qasımov, Qasım Qasımov ilə birlikdə yaşamışdır. Daha sonra X11 vərəsəsi X22 həmin əmlakı vərəsəlik qaydasında əldə etmiş, qardaşı Şamil Qasımov isə onun xeyrinə mirasdan imtina etmişdir. X22 vəfat etdikdən sonra miras əmlak arvadı Zemfira Qasımovaya keçmiş, sonuncunun vəfatından sonra isə qızları Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 keçmiş və Cavabdeh6 da əmlakdakı payını X12 bağışlamışdır. Hazırda iddiaçılar xx.xx.1999-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsinin və bunun hüquqi nəticəsi olaraq digər tələblərinin təmin edilməsini xahiş edirlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Qasımlı (Qasımova) Sevda Qasım qızına, Bakı şəhəri 05 saylı Notariat Ofisinə və Bakı şəhəri 11 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, naturada yaşayış sahəsinin ayrılması və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 3 xx.xx.1999-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsi; AR, Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Seriya FM №000076-li, 167 saylı reyestr kitabında 6942 səhifə, qeydə alma №50/14348, 05.08. 1999-cu il tarixdə və Reyestr kitabında 741 səhifə, 111169 qeydəalma № 30/111169, xx.xx.1996-cı il tarixdə X13 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş Qeydiyyat Vəsiqələrinin etibarsız hesab edilməsi və müvafiq qeydiyyat yazılarının pozulması; Bakı şəhəri 5 saylı DNK-nın 2V-1-33 reyestr nömrəli xx.xx.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi; Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnın xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli **********26-10301 reyestr nömrəli Çıxarışın etibarsız hesab edilməsi və ünvan 4 ünvanında yerləşmiş fərdi yayaşış evinə dair mərhum X4 adına aparılmış mülkiyyət hüququna dair qeydiyyat yazısının pozulması; Bakı şəhəri 11 saylı DNK-nın 2V-32 reyestr nömrəli xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin ləğv edilməsi və həmin şəhadətnamə əsasında verilmiş Çıxarışın etibarsız hesab edilməsi, bununla bağlı mülkiyyət hüquqlarına dair Reyestrdə aparılmış qeydiyyat yazılarının pozulması; Bakı şəhəri İİ saylı DNK-nın 4Ə-8 reyestr nömrəli xx.xx.2023-cü il tarixli “bağışlama” müqaviləsinin etibasız hesab edilməsi; ünvan 5 ünvan: Muxtadır küçəsi 23 ) ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh5 1/3 hissəsinin, Cavabdeh3 1/3 hissənin və Cavabdeh4 1/3 hissəsinin mülkiyyət hüququ ilə qeydə alınmasına dair Çıxarışın etibarsız hesab edilməsi və qeydiyyat yazılarının pozulması; ünvan 7 ünvan: Muxtadır küçəsi 23) ünvanında yerləşən fərdi yaşayış evinin mərhum mülkiyyətçisi X11 vərəsələrinin dairəsinin müəyyən olunması və həmin yaşayış sahəsinə Bayramova (Qasımova) Fərəh Fikrət qızının vərəsəlik payının müəyyən edilməsi və ayrılması; ünvan 5 ünvan: Muxtadır küçəsi 23) ünvanında yerləşən fərdi yaşayış evindən 2024-cü ilin 19 yanvar tarixindən məcburi olaraq çıxarılmış Bayramova (Qasımova) Fərəh Fikrət qızı və onun əri İddiaçı2 həmin yaşayış sahəsinə köçürülməsinin təmin edilməsi, onların fərdi yaşayış evində sərbəst istifadələri üçün Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Qasımlı (Qasımova) Sevda Qasım qızı və digər şəxslər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, naturada yaşayış sahəsinin ayrılması; xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, ünvan 10 ünvanından məcburi şəkildə çıxarılmış Bayramova (Qasımova) Fərəh Fikrət qızı və İddiaçı2 məxsus ev-məişət əşyalarının geri qaytarılaraq əvvəlki yerində yerləşdirilməsi, həmçinin ödənilmiş məhkəmə rüsumunu cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarasın qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 11 ünvan: Səid Rüstəmov küç., ev 23) ilkin olaraq X11 adına qeydə alınmışdır. Adıçəkilən şəxs ailəsi o cümlədən arvadı, oğlanları: Əlihüseyn Qasımov, Qasım Qasımov və digər şəxslərlə həmin evdə yaşamışdır. Fərdi yaşayış evinin ilkin mülkiyyətçisi Kazım Qasımov hələ sağ ikən oğlu Əlihüseyn Qasımov ailə həyatı qurmuş və sonuncunun arvadı da Əhmədova (Qasımova) Səriyyə onunla birlikdə yaşamaq üçün həmin evə köçərək əri ilə birlikdə yaşamışlar və onların evliliyindən 06 sentyabr 1949-cu il təvəllüdlü Fikrət adlı oğulları doğulmuşdur. Həmin evdə daimi qeydiyyatda olan və yaşayan X1 Yeganə Azər qızı ailə həyatı qurduqdan sonra sonuncu yaşamaq üçün ərinin yaşadığı evə köçmüş və tərəflərin birgə nikahından 3 uşağı, o cümlədən hazırkı iddia tələbi üzrə iddiaçılardan biri- 1974-cü il təvəllüdlü İddiaçı1 Fikrət qızı da həmin evdə dünyaya gəlmiş, həmin evə yaxın məkanda fəaliyyət göstərən- Yasamal rayonu, F. Rzayev adına 150 nömrəli orta məktəbdə 1982- 1992-ci illər ərzində təhsil almış, ailə həyatı qurduqdan sonra oranı tərk edərək ərinin- hazırkı iddia tələbi üzrə digər iddiaçı-İddiaçı2 yaşadığı məkana köçərək onunla birlikdə yaşamağa başlamışdır. İlkin mülkiyyətçi 1933-cü ildə öldükdən sonra onun oğlu Əlihüseyn Qasımov miras əmlakı faktiki qəbul etməsinə və onu idarə etməsinə, arvadı, oğlu, nəvələri və gəlini ilə miras əmlakın yerləşdiyi ünvanda yaşamasına baxmayaraq vərəsəlik şəhadətnaməsi əldə etmək üçün notariat orqanına müraciət etməmişdir. Mirasqoyanın-Kazım Qasımovun digər oğlu Qasım Qasımov qardaşı-Əlihüseyn Qasımovun (1999-cu ilin martında vəfat etmişdir) və onun oğlu Fikrət Qasımovun ölümündən (1998-ci ildə vəfat etmişdir) sonra miras əmlakı qəbul etməsinə dair notariat kontoruna müraciət edərək atasından qalma miras əmlakı qəbul etdiyini bildirmiş və miras əmlak haqqında 07.07. 1999-cu il tarixli, 1B-156 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Notariat kontoru X17 miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verərkən Kazım Qasımovun digər vərəsələrinin, o cümlədən Əlihüseyn Qasımovun ünvan 12 ünvan: Səid Rüstəmov küç., ev 23) ünvanında yaşamasını və həmin şəxsin atasından qalmış miras əmlakı faktiki qəbul edərək ona sahiblik etməsini, onun arvadı və nəvələrinin də halhazırda sözügedən ünvanda yaşamasını nəzərə almamışdır. X6 (iddiaçı-İddiaçı1 atası) xx.xx.1998-ci il tarixdə ünvan 11 ünvan: Səid Rüstəmov küç., ev 23 ) ünvanında vəfat etmiş və onun ölüm faktı xx.xx.1998- ci tarixdə 252 nömrəli Akt qeydi ilə ƏN-nin Yasamal rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Fikrət Qasımov xx.xx.1998-ci il tarixdə vəfat etdikdən sonra onun qızı İddiaçı1 əri İddiaçı2 ilə birlikdə anası-X8 yanına-ünvan 12 ünvan: Səid Rüstəmov küç., ev 23) ünvanına uşaqları və əşyaları ilə birlikdə köçərək həmin evin birinci mərtbəsində özlərinə məxsus iki yaşayış otağında yaşamış, eyni zamanda ev təsərrüfatının idarə edilməsində iştirak edərək, istifadə etdikləri kommunal xidmətlərin haqqını vaxtlı-vaxtında ödəmişlər. İddiaçı-İddiaçı1 anası X19 2021-ci ildə vəfat etdikdən sonra, həmin fərdi yaşayış evində yaşayan cavabdehlər və onların ailə üzvləri iddiaçıları tez-tez narahat etməyə, onlara məxsus avadanlıqları zədələməyə, qərəzli şəkildə səs-küy yaratmaqla hətta onlara fiziki zorakılıq göstərməkdən çəkinmədən həmin evdə onların yaşamasına mane olmağa başlamışlar. Tərəflər arasında ailə-məişət mübahisənin həll edilməsi üçün dəfələrlə Yasamal RPŞ-ə və müxtəlif hüquq-mühavizə orqanlarına müraciət edilmişdir. Cavabdehlər və onların övladlarının iddiaçılara qarşı təzyiqləri 2023-cü ilin axırlarında və 2024-cü ilin əvvələrində daha da kəskinləşmiş, cari ilin yanvar ayının axırlarında həmin ünvanda yaşayan iddiaçı-Fərəh Bayramovun atasının əmisi nəvəsi, hazırkı iş üzrə cavabdehlərdən biri- Cavabdeh4 evin ona məxsus olmasını və ailə həyatı qurmaq istədiyini əsas gətirərək iddiaçıların evdən çıxmasını tələb etmişdir. İddiaçılar öz etirazlarını Hüseynə və digər cavabdehlərə bildirsə də, onlar buna məhəl qoymamış birlikdə qanunazidd hərəkətlərlə onu evdən çıxaramağa məcbur etməyə başlamışlar. İddiaçılar da əvvəllər olduğu kimi bu dəfə də Yasamal RPİ-nin 26-cı PB-nə müraciət etməklə yanaşı, gələcəkdə xoşagəlməz hadisənin baş verməməsi üçün yaşadıqları evi 2024-cü ilin yanvar ayının 19-da tərk etmişlər və həmin tarixdən indiyədək ayda 400 manat ödəməklə kirayədə yaşayırlar. İddiaçılar məcburən evi tərk etdikdən sonra cavabdehlər onların istifadəsində olmuş və əşyalarının yerləşdiyi otağın kilidli qapısını texniki vasitələrdən istifadə edərək icazəsiz açaraq oaradakı əşyaları zədələmiş və daha sonra 28.01.24-cü il tarixdə “175” telefon nömrəsi vasitəsilə yük daşıma və saxlama şirkətinə zəng edərək "xxxx" MMC vasitəsilə fərdi yaşayış evində olan əşyalarının həmin şirkətin anbarına daşınmasına nail olmuşdur. Əşyaların daşınan zaman zədəli olması adıçəkilən şirkət tərəfindən verilmiş arayışda da öz əksini tapmışdır. Əşyaları halhazırda həmin şirkətin anbarındadır (Bax: “"xxxx" MMC-in arayışı və Təhvil-təslim aktı). ünvan 11 ünvan: Səid Rüstəmov küç., ev 23 ) hüquqi statusuna dair əldə edilmiş sənədlər: Bakı şəhəri, 5 saylı Notariat ofisindən əldə etdiyimiz X18 dair xx.xx.1999-cu il tarixli, 1-V-156 reyestr nömrəli Vərəsəlik işindən də görünür ki, adıçəkilən şəxs- miras əmlakın ilkin mülkiyyətçisi olmuş və 1933-cü il 24 martda vəfat etmişdir. Həmin şəxsə məxsus miras əmlakın ümumi sahəsi 215,8 kv. metrdir. Həmin vərəsəlik işində yeganə vərəsə olaraq X13 adı qeyd edilmiş və miras əmlakı həmin şəxsin əldə etməsi göstərilmiş, adıçəkilən şəxsə şəhadətnamə verilərək miras əmlak onun adına qeydə alınmışdır. Miras qoyanın digər oğlu-X14 mirasdan imtinası barədə ərizəsi həmin vərəsəlik işində öz əksini tapsa da, mirasqoyanın digər oğluƏlihüseyn Qasımov barədə orada heç nə göstərilmir. AR, Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Seriya FM №000076-li, 167 saylı reyestr kitabında 6942 səhifə, qeydə alma №50/14348, 05.08. 1999-cu il tarixdə və Reyestr kitabında 741 səhifə, 111169 qeydəalma № 30/111169, xx.xx.1999-cu il tarixdə X13 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş Qeydiyyat Vəsiqəsi verilmişdir. Bakı şəhəri, 5 saylı Notariat ofisindən əldə etdikləri vərəslik işindən də görünür ki, həmin notariat kontorunun tərtib etdiyi 2V-1-33 reyestr nömrəli xx.xx.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən fərdi yaşayış evi X4 adına qeydə alınmış və ona müvafiq olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nın xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli **********26¬10301 reyestr nömrəli Çıxarış verilmişdir. Bakı şəhəri 11 saylı DNK-nın 2V-32 reyestr nömrəli xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin əsasən sözügedən fərdi yaşayış evinin 1/3 hissəsi Cavabdeh5, 1/3 hissəsi Cavabdeh6, 1/3 hissəsi Cavabdeh3 adlarına qeydiyyatdan keçmiş və onlara müvafiq Çıxarış verilmişdir. Bakı şəhəri 11 saylı DNK-nın 4Ə-8 reyestr nömrəli xx.xx.2023-cü il tarixli “bağışlama” müqaviləsinə əsasən Cavabdeh6 özünə məxsus 1/3 hissəsini Cavabdeh4 bağışlamışdır. Hazırda sözügedən fərdi yaşayış evinin 1/3 hissəsi-Cavabdeh5, 1/3 hissəsi-Cavabdeh3 və 1/3 hissəsi Cavabdeh4 mülkiyyətindədir.Yuxarıda qeyd edilənlərdən göründüyü kimi ünvan 15 ünvan: Səid Rüstəmov küç., ev 23 )ilkin mülkiyyətçisi 1933-cı ildə vəfat edənədək onunla birlikdə yaşayan oğlu Əlihüseyn Qasımov atasının ölümündən sonra miras əmlakı qəbul edərək ona faktiki sahiblik etmiş, ailə həyatı quraraq həmin ünvanda yaşamağa davam etmiş və nikahından dünyaya gələn uşaqları, o cümlədən oğlu1949-cu il təvəllüdlü -Fikrət Qasımov da həmin ünvanda yaşamış X20 ilə ailə həyatı qurmuş və həmin nikahdan hazırkı iddiaçılardan-İddiaçı1 da daxil 3 uşağı miras evdə dünyaya gəlmişlər. Bütün bunlar onu göstərir ki, iddiaçı-İddiaçı1 babasıƏlihüseyn Qasımov atasından qalma mirası qəbul etmişdir. Adıçəkilən iddiaçının atası və anası miras əmlakın yerləşdiyi ünvanda yaşamaqla ona faktiki sahib olmuşlar. İddiaçı-İddiaçı1 atası Fikrət Qasımov-1998-ci ildə, babası- Əlihüseyn Qasımov isə 1999-cu ildə vəfat etdikdən sonra sözügedən iddiaçı və onun anası X24 rayonu Muxtadır küçəsi, ev 23 ünvanında yaşamalarına baxmayaraq, miras qoyan X16 Qasımov onlardan xəbərsiz Bakı şəhəri 5 saylı DNK-na ərizə ilə müraciət edərək miras əmlaka vərəslik hüququ haqqında şəhadətnamə, daha sonra xx.xx.1999-cu il tarixli, Seriya-FM №000076, 167h/e, səhifə 6942-qeydiyyat vəsiqəsi əldə edərək miras əmlakı tam şəkildə öz mülkiyyətinə keçirmişdir. Həmin DNK-rı miras əmlaka dair Qasım Qsımovun adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verərkən İddiaçı1 onun digər bacıları və anası-Yeganə Qasımovanın qanun üzrə vərəsələr kimi nəzərə almamışdır ki, bu da həmin vaxt qüvvədə olan vərəsliyə dair normaların tələblərinə tamamilə ziddir. Bakı şəhəri 5 saylı Notariat ofisindən əldə etdiyimiz 2V-1-33 reyestr nömrəli-X17 aid xx.xx.2010-cu il tarixli vərəsəlik işindən görünür ki, adıçəkilən mülkiyyətçi xx.xx.2009-cu il tarixində vəfat etdikdən sonra onun arvadı X15 Bakı şəhəri, ünvan 17 ünvanında yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və müvafiq olaraq ƏMDK yanında DƏDRX-nin xx.xx.2010-cu il tarixli, **********9 qeydiyyat nömrəli **********226-10301 reyestr nömrəli Çıxarış əldə etmişdir. Bakı şəhəri, 11 saylı Notariat ofisindən əldə etdiyimiz xx.xx.2011-ci il tarixli, 2V-32 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə miras əmlakın növbəti- mülkiyyətçisiX15 xx.xx.2010-cu ildə vəfat etdikdən sonra miras əmlakı onun Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 hər birinə 1/3 pay olmaqla bərabər paylarla qəbul edərək, miras əmlaka mülkiyyət hüququnu təsdiq edən Seriya MA №0243368-li, xx.xx.2011-ci il tarixli Çıxarış əldə etmişlər. Bakı şəhəri, 11 saylı Notariat ofisindən əldə etdiyimiz xx.xx.2022-ci il tarixli, 4Ə-8 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə dair notariat işindən görünür ki, Cavabdeh6 xx.xx.2022-ci il tarixli, Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 18 ünvanında yerləşən fərdi yaşayış evinə olan 1/3 payını Cavabdeh4 bağışlamışdır. e-emlak.gov.az saytından əldə etdiyimiz reyestr nömrəsi **********26-10301 olan Çıxarışa əsasən ünvan 19 ünvanında yerləşən fərdi yaşayış evi hər birinə bərabər, yəni 1/3 pay olmaqla Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindədir. Göründüyü kimi miras əmlakın ilkin mülkiyyətçidən sonra qəbul edilməsi həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmədiyindən, X9 miras qalmış əmlak bölüşdürülən zaman bütün birinci növbəli vərəsələr nəzərə alınmadığından, həmin əmlakla bağlı həyata keçirilən sonrakı hüquq münasibətləri də qanuni hesab edilə bilməz. Miras əmlakın ilkin mülkiyyətçinin ölümündən sonra fərdi yaşayış evinin X13 mülkiyyətinə keçməsi həmin vaxt qüüvvədə olan Mülki Məcəllənin vərəsəlik normalarına uyğun baş verdiyindən, adıçəkilən şəxsin 2009-cu ildə ölümündən sonra miras əmlakın onun qanun üzrə vərəsələrinə keçməsi prosesi hazırda qüvvədə olan mülki hüquq normaları ilə tənzimlənməlidir. Ona görə də ilkin vərəsəlik münasibətləri qanunsuz olduğundan Qasım Qasımovun ölməsi ilə əlaqədar miras əmlakın onun vərəsələri tərəfindən qəbulu və onunla bağlı mülkiyyət əldə etmə və s. özgəninkiləşdirmə prosesləri də etibarsız hesab edilməlidir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2854/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 1133.1, 1134.1, 1151.1, 1159.1, 1159.1.1, 1243, 1246, 1252, 1255-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9, 14.2, 77.1, 80, 119.1217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Hazırki məhkəmə qətnaməsinin təsviri əsaslandırıcı hissəsinə nəzər salsaq görəcəyik ki, məhkəmənin istinad etmiş olduğu mülki qanunvericlik 2000-ci ilin ən son qüvvədə olan mülki məcəlləsidir. Halbuki, işin hallarından görünən odur ki, hüquq münasibətlərinin başlaması və davam etməsi zamanı qüvvədə olan 1923-cü ilin mülki məcəlləsidir. Ona görə də hazırki iş üzrə tətbiq edilməli müddəalar 1923-cü ilin mülki məcəlləsinin vərəsəlik hüquq münasibətini tənzimləyən müddəalar olmalı idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndə-vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, müvafiq dövrdə qüvvədə olan Mülki Məcəllənin 499-cu maddəsinə əsasən Qasımov Əlihüseynin hərəkətsizliyi mirasın faktiki qəbul edilməsi hesab edilir. Əgər 3 ay ərzində Qasımla Əlihüseyn notariat kontoruna müraciət edərək mirasdan imtina etməmişdirsə, mirası faktiki qəbul etmiş hesab edilir. Digər tərəfdən Əlihüseynin başqa evinin olubolmaması mirasdan imtina kimi qiymətləndirilə bilməz. İddianın mübahisə predmeti olan əmlakda yaşaması barədə kifayət qədər mötəbər sübutlar vardır, məsələn, qonşuların aktları, icra nümayəndəsinin arayışı, Əlihüseynin həmin ünvada ölüm faktının müəyyən edilməsi və s. Birinci instansiya məhkəməsinin qətnaməsində zirzəmidə yerləşən əşyaların Fərəhə yox, guya kirayəçiyə məxsus olduğu bildirilmişdir. Əgər kirayəçiyə məxsusdursa, o zaman 175 xidmətinə müraciət olunan zaman niyə iddiaçının nömrəsi qeydə alınmışdır. Əşyaların hamısı iddiaçıya məxsusdur. Qanunvericiliyə əsasən iddia müddəti şəxsin özü hüuquqlarının pozulduğunu bildiyi vaxtdan başlayır. İddiaçının da hüququları 2023-cü ildə pozulmuşdur. Bununla əlaqədar video-görüntülər vardır.
10. Apellyasiya baxışı zamanı İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
11. Apellyasiya baxışı zamanı İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya baxışı zamanı Cavabdeh3 nümayəndə-vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan SSR-in 1923-cü il tarixli Mülki Məcəlləsi
13. Maddə 488. Qanun üzrə vərəsələr – uşaqlar (o cümlədən, övladlığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata-anası, onlar olmadıqda isə qardaş-bacıları hesab olunurlar.
14. Maddə 499. Vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində notariat orqanına ərizə verməzsə, o, vərəsəliyi qəbul etmiş hesab olunur.
15. Maddə 500. Vərəsəlik açılan yerdə olmayan vərəsələr, vərəsəlik açıldığı gündən etibarən 6 ay ərzində şəxsən və ya nümayəndələri vasitəsilə vərəsəlik əmlakını qəbul edə bilərlər. Vərəsəlik hüququ 488-ci maddənin üçüncü hissəsinə əsasən əmələ gələn şəxslərə, yalnız digər vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, onların vərəsəliyə dəvət edilib-edilməmələrindən asılı olmayaraq, eyni müddətlərdə, irs qalmış əmlakı qəbul etməyə razılıq verdiklərini bildirə bilərlər.
Azərbaycan SSR-in 1964-cü il tarixli Mülki Məcəlləsi
16. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
17. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
18. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
19. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir;
21. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
22. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər);
23. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar;
24. Maddə 1160. Qanun üzrə vərəsəlik zamanı növbəlik Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 217.2. Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
28. Maddə 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.
29. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
30. Maddə Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
31. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
32. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. İddiaçı1 tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, digər bir əsasla iddia tələbi təmin edilməməlidir.
37. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.
38. Belə ki, hazırki işin hallarına əsasən mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Muxtadır qəsəbəsi 23 ünvanda yerləşən ilkin olaraq X11 adına qeydə alınmış, həmin mənzildə adıçəkilən şəxs həyat yoldaşı, 2 oğlu Əlihüseyn Qasımov, Qasım Qasımov ilə birlikdə yaşamışdır. X23 24 mart 1933-cü il tarixində vəfat etmiş, daha sonra onun vərəsəsi X22 həmin əmlakı vərəsəlik qaydasında əldə etmiş, qardaşı Şamil Qasımov isə onun xeyrinə mirasdan imtina etmişdir. X22 vəfat etdikdən sonra miras əmlak arvadı Zemfira Qasımovaya keçmiş, sonuncunun vəfatından sonra isə qızları Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 keçmiş və Cavabdeh6 da əmlakdakı payını X12 bağışlamışdır. Hazırda İddiaçı1 mübahisəli əmlakın onun ulu babasından miras qaldığını, babasının həmin evi öz atası öləndən sonra faktiki qəbul edərək yaşadığını bildirmiş, babasından sonra isə atası, atası öldükdən sonra isə anası mirası faktiki qəbul etmişdir. O, özü ərə getdikdən sonra atası anası ilə birlikdə yaşamışdır. Atası öldükdən sonra isə anası xəsdə olduğu üçün o anasının yanında onunla birlikdə yaşamışdır.
39. Yuxarıda qeyd olunduğu kimi mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-nin 217.2-ci maddəsi). Ona görə də kollegiya hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi mübahisəyə yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsini tətbiq etməklə yanlış nəticəyə gəlmişdir.
40. Belə ki, işin mahiyyətindən də göründüyü kimi iddiaçı mübahisəli əmlakın onun ulu babasından miras qaldığını bildirmişdir və sonuncu xx.xx.1933-cü ildə vəfat etmişdir. Belə olan halda kollegiya hesab edir ki, hazırki mübahisə həll edilərkən ilk növbədə mirasın açıldığı vaxt qüvvədə olan maddi hüquq normaları, yəni 1923-1965-ci illər aralığında qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin, sonrakı münasibətlərə isə 1965-ci il tarixli Azərbaycan SSR Mülki Məcəlləsi və xx.xx.2000-ci ildən qüvvəyə minən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir.
41. Kollegiya qeyd edir ki, hazırki iş üzrə irsi transmissiyanın baş verib-verməməsini müəyyənləşdirmək üçün ilk növbədə miras qoyan xx.xx.1933-cü ildə vəfat etmiş X9 qalmış mirası iddiaçının babası Əlihüseyn Qasımovun da qəbul edib-etməməsi aydınlaşdırılmalı, yalnız bu qəbulun baş tutması təsdiqləndiyi halda vərəsəlik ağacına müvafiq olaraq iddiaçının atası və nəticə etibarilə sonuncunun vərəsələrinin həmin miras üzrə hüququnun olub-olmaması müəyyənləşdirilməlidir. Bu da o deməkdir ki, əgər miras əmlakın ilkin olaraq açılması zamanı iddiaçının babası Əlihüseyn Qasımovun vərəsəliyi qəbul etməsi öz təsdiqini tapmazsa, artıq iddianın geri qalan hissəsinin də araşdırılmasına hər hansı zərurət qalmır.
42. Belə ki, hazırda iddiaçı 1923-cü ildə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinə istinad edərək onun babası Əlihüseyn Qasımovun vərəsəlik açıldığı gündən etibarən vərəsəlikdən imtina etmək barəsində notariat orqanına ərizə vermədiyini və bu əsasla da vərəsəliyi qəbul etmiş hesab olunduğunu bildirmişdir. Göstərilənlərə münasibətdə kollegiya aşağıdakıları qeyd edir.
43. 1923-cü ildə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 499-cu maddəsinə əsasən vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində notariat orqanına ərizə verməzsə, o, vərəsəliyi qəbul etmiş hesab olunur.
44. Adı çəkilən normanın məzmunundan göründüyü kimi şəxsin vərəsəliyi qəbul etmiş hesab olunması üçün 3 ay ərzində imtinanın verilməməsi kifayət olsa da, bu hal o zaman tətbiq olunur ki, həmin vərəsə miras əmlak açılan zaman orada olmuş olsun, yəni mirası faktiki qəbul edərək ona yiyələnmiş olsun.
45. Hazırki işin hallarından da göründüyü kimin iddiaçı onun babası Əlihüseyn Qasımovun miras açılan zaman həmin əmakda faktiki yaşadığını iddia etsə də, bunu təsdiq edəcək hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, qanunvericiliyin dili ilə desək, vərəsəlik açılan yerdə olan vərəsə olduğunu sübut edə bilməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, istər iddiaçının, istərsə də cavabdehlərin nümayəndə və vəkilləri apellyasiya baxışında bu halları müvafiq olaraq təsdiq və təkzib etmək üçün məhkəməyə müəyyən sənədlər təqdim etsələr də, mülki prosessual qanunvericiliyə görə həmin sənədlərin məhz hazırki mərhələdə verilməsi yolverilməz hesab olunmalıdır.
46. Belə ki, Mülki Prosessual Məcəllənin 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin hazırki iş üzrə nə iddiaçı, nə də cavabdeh sözügedən sənədləri birinci instansiya məhkəməsinə təqdim etməmiş, mübahisənin hər mərhələsində vəkillə təmsil olunmalarına baxmayaraq bu cür təqdimetmənin onlardan asılı olmayan səbəblərdən qeyri-mümkün olduğunu əsaslandırmamışlar. Bu halda kollegiya həmin sənədləri iş üzrə sübutlar siyahısından çıxarmaqla onlara istinad edilməsini yolverilməz hesab edir.
47. Qeyd olunduğu kimi qanunvericiliyin müvafiq normasına görə yalnız vərəsəlik açılan zaman həmin mirasın faktiki qəbulu sübuta yetirildiyi təqdirdə həmin şəxsin 3 ay ərzində mirasdan imtina etməməsi onun bu qəbulunu təsdiq edə bilər. Lakin hazırda iddiaçı bu halı sübut edəcək dəlilləri məhkəməyə təqdim edə bilməmişdir.
48. Kollegiya sözügedən halı nəzərə alaraq və işin hərtərəfli araşdırmasını təmin etmək məqsədilə vərəsəlik açılan yerdə olmayan vərəsələrin də miras əmlakı qəbul edə bilmələri üçün nəzərdə tutulan şərtlərə diqqət yetirməyi də zəruri hesab edir. Belə ki, 1923-cü ildə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 500-cü maddəsinə əsasən, vərəsəlik açılan yerdə olmayan vərəsələr vərəsəlik açıldığı gündən etibarən 6 ay ərzində şəxsən və ya nümayəndələri vasitəsilə vərəsəlik əmlakını qəbul edə bilərlər. Vərəsəlik hüququ 488-ci maddənin üçüncü hissəsinə əsasən əmələ gələn şəxslərə, yalnız digər vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, onların vərəsəliyə dəvət edilib-edilməmələrindən asılı olmayaraq, eyni müddətlərdə, irs qalmış əmlakı qəbul etməyə razılıq verdiklərini bildirə bilərlər.
49. Adı çəkilən maddənin məzmunundan da göründüyü kimi vərəsəlik açılan yerdə olmayan (həmçinin hazırki işin halları da nəzərə alınaraq vərəsəlik açılan yerdə olmanın sübuta yetirilmədiyi hallarda) vərəsələr üçün isə artıq konkret olaraq müəyyən müddət ərzində əmlakın qəbul edilməsi şərti qoyulmuş, həmin müddətin ötürülməsi ilə bu hüququn da aradan qalxması təsbit olunmuşdur.
50. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə mirasın qəbulu ilə bağlı vərəsəlik açılan yerdə olan və olmayan vərəsələr üçün müvafiq olaraq həm passiv hərəkət (3 ay ərzində imtina edilməməsi), həm də aktiv hərəkət (6 ay ərzində qəbul edilməsi) kimi tələblər qoyulsa da, hazırki iş üzrə iddiaçı onun babası Əlihüseyn Qasımov tərəfindən bu halların hər hansı biri üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri addımların atılmasını sübut edə bilməmiş, bu hal isə sonuncunun miras əmlakı qəbul etdiyini istisna etmişdir. Bu isə onu deməyə əsas verir ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçı miras əmlakın onun ulu babasından müvafiq olaraq babasına, sonuncudan isə onun vərəsələrinə, yəni ona keçdiyini iddia etdiyindən və irsi transmissiya artıq vərəsəlik ağacının ilk fərdi olaraq Əlihüseyn Qasımovla baş tutmadığından, qeyd edilən hallar iddia tələbinin əsassızlığına dəlalət etməklə artıq iddianın digər hissələrinə də münasibət bildirilməsinə zərurət qalmır.
51. Bundan əlavə kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı babasının həmin evi öz atası öləndən sonra faktiki qəbul edərək yaşadığını, babasından sonra isə atası, atası öldükdən sonra isə anasının mirası faktiki qəbul etdiyini, özü ərə getdikdən sonra atasının anası ilə birlikdə yaşadığını və atası öldükdən sonra anası xəsdə olduğu üçün anasının yanında onunla birlikdə yaşadığını bildirsə də, işin hallarından məlum olduğu kimi X22 tərəfindən xx.xx.1999-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında vərəsəlik rəsmiləşdirilmişdir və bu da iddiaçının anası ilə birlikdə orada yaşadığını iddia etdiyi dövrə təsadüf edir. Bu zaman iddiaçının həmin evdə yaşayarkən Q.Qasımov tərəfindən mirasın rəsmi qaydada qəbul edilməsindən xəbərsiz olduqlarını bildirməsi də inandırıcı görünmür.
52. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı miras əmlakın onun ulu babasından müvafiq olaraq babasına, sonuncudan isə onun vərəsələrinə, yəni ona keçdiyini iddia etsə və babası Əlihüseyn Qasımovun həmin vaxt mirası faktiki qəbul etdiyini bildirsə də, bu halları sübut edə bilməmiş, irəli sürülmüş iddia tələbi üzrə faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Buna görə də məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi düzgün maddi hüquq normaları tətbiq olunmadığından ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia yenidən rədd edilməlidir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
54. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
55. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
56. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
57. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi payların bölgüsü nisbəti hissəsində dəyişdirilməli, miras əmlakın ¼ hissəsi üzərində X7 və ¾ hissəsi üzərində X2 miras payları müəyyənləşdirilməlidir.
58. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
59. Kollegiya hesab edir ki, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2854/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev