Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5489/2023 13.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına, Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, iddiaçı Cavabdeh1 və Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi, mənzilə istifadə hüququnun tanınması tələbi) X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Cavabdeh2, Cavabdeh X7, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X4 və onun vəkili X11 iştirakı ilə, İddiaçı cavabdehlər Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına, Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair ilk, iddiaçılar Cavabdeh1 və Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 606/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasan işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı reyestrdən çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, 13 saylı evin 2 otaqdan ibarət ümumi sahəsi 49,54 kv.m olan 61 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
2. xx.xx.2011-ci il tarixli Kooperativ binada mənzil tikintisi üçün müqaviləyə və həmin tarixli maliyyə arayışına əsasən X12 "xxxx" MMC-dən ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində ümumi sahəsi 50 kv.m olan 1 otaqlı 19 saylı mənzili almış və həmin mənzilin müqavilədə göstərilən dəyərini təşkil edən 20.000 manat məbləğində pulu ödəmişdir.
3. xx.xx.2020-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən X12, Cavabdeh1 Faiq qızı, Cavabdeh2, xx.xx.2005-ci il təvəllüdlü X19, xx.xx.2009-cu il təvəllüdlü X22 və xx.xx.2007-ci il təvəllüdlü X23 ünvan 2 ünvanında qeydiyyatdadırlar.
4. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, QXM 381/M saylı rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, ev 13, 61 saylı mənzilinin bazar dəyəri 75.000 manat, ilkin satış (likvid) qiyməti 70.000 (yetmiş min) manat, orta aylıq kirayə haqqı 300–350 manat təşkil edir.
5. Abşeron Rayon Məhkəməsinin 2(012)-2659/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Əsədov Arif Oruc oğlunun iddiası qismən təmin edilərək, ünvan 3 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 4-cü mərtəbəsində sahəsi 50 kv.m olan 1 otaqlı 19 nömrəli mənzildən cavabdeh Qasımov Anar Vəli oğlunun, ünvan 3 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 11-ci mərtəbəsində sahəsi 85 kv.m olan 2 otaqlı 194 nömrəli mənzildən cavabdeh X13 və ünvan 3 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində sahəsi 85 kv.m olan 2 otaqlı 192 nömrəli mənzildən isə cavabdeh X24 çıxarılması, həmin yaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1113/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Qasımov Anar Vəli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 6104/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı Əsədov Arif Oruc oğlunun kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-524/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh Qasımov Anar Vəli oğlunun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh Qasımov Anar Vəli oğlunun kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1374/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-524/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehlər Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına, Cavabdeh1 Faiq qızına və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, yalnız cavabdeh Məmmədova (Qasəmova) Hüsniyyə Faiq qızına 2.000 manat məbləğində kompensasiya ödənilməklə, onun və digər cavabdehlər Cavabdeh1 Faiq qızının və Cavabdeh2, habelə azyaşlılar xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2007-ci il təvəllüdlü X15 Bakı şəhəri, Binəqədi rayonu, 8 mikrorayon, H.Hüseynov küçəsində yerləşən 13 saylı evin, 61 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mübahisəli mənzil onun mülkiyyətindədir. Cavabdehlər Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı, Cavabdeh1 Faiq qızı və Cavabdeh2 uzun illər öncə daimi yaşamaq üçün başqa ünvana getmiş, mənzildə onlara aid heç bir əşya və əmlak qalmamışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdehlər qeydiyyatdan çıxmamış, formal pasport qeydiyyatı hələ də qalmaqdadır. Cavabdehlər Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının, Cavabdeh1 Faiq qızının və Cavabdeh2 həmin ünvanla heç bir əlaqələri yoxdur və hər üçünün evləri, yaşayış yerləri vardır. Cavabdehlərin pasport qeydiyyatında qalması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır.
8. Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı iddiaçı qismində cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun, yetkinlik yaşına çatmayan qızı X19 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, 8 mikrorayon, Heydər Hüseynov küçəsində yerləşən 13 saylı evin, 61 saylı mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, atası Məmmədov Faiq Əbdülxalıq oğlu ilə anası X16 1972-ci ildə ailə qurmuşlar, mübahisəli mənzildə həmin ildə alınmışdır. Onlar 4 uşaq olmaqla hamısı eyni ünvanda doğulub boya başa çatmışdılar və həmin ünvanda pasport qeydiyyatındadırlar. Hələ ataları sağ olanda 2010-2011-ci illərdə onların razılığı ilə evi qardaşları İddiaçı bağışlamışdır. Atası onlara bildirmişdir ki, həmin evdə onların da payı var. Sadəcə o vəfat etdikdən sonra vərəsəlik qaydasında evin gələcəkdə sənədləşmə işində problem olmasın deyə belə etmişlər. Qardaşı onların da payını verəcək. Bu səbəbdən də onlar bu məsələyə əhəmiyyət verməmişlər. 2003-cü ildə Cavabdeh1 Faiq qızı, 2004-cü ildə o, 2007-ci ildə Cavabdeh2, 2011-ci ildə İddiaçı ailə qurmuşlar. O, 2004cü ildə nikaha daxil olsa da, qısa zamanda ayrılmış və ayrıldıqdan sonra faktiki olaraq, anası ilə birlikdə mübahisəli mənzildə yaşamış, övladı da həmin mənzildə anadan olmuşdur. Ataları 2013-cü ildə, anaları isə 2020-ci ilin avqust ayında vəfat etmişdir. Anaları vəfat etdikdən sonra İddiaçı evə gələrək, mənzilin ona məxsus olduğunu bildirmiş və ondan yetkinlik yaşına çatmayan gözdən əlil olan qızı ilə birlikdə evi tərk etməsini tələb etmişdir. O, həmin vaxt qızı ilə birlikdə mənzildə daimi əsaslarla yaşayırdı. O, həmin mənzildə anadan olmuş, fasiləsiz olaraq ailə üzvləri ilə, sonda isə anası ilə birlikdə mənzildə yaşamışdır. Onun başqa yaşayış yeri yoxdur. Yetkinlik yaşına çatmayan qızı da həmin ünvanda anadan olandan onunla birlikdə yaşayır. Bununla da onun və qızının həmin mənzildə doğulan gündən istifadə hüququ yaranmışdır.
10. Cavabdeh1 Faiq qızı da iddiaçı qismində cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun, yetkinlik yaşına çatmayan uşaqları X23 və X22 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 8 mikrorayon, Heydər Hüseynov küçəsində yerləşən 13 saylı evin 61 saylı mənzilinə istifadə hüququnun tanınması barədər qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, atası Məmmədov Faiq Əbdülxalıq oğlu ilə anası X16 1972-ci ildə ailə qurmuşlar və mübahisəli mənzildə həmin ildə alınmışdır. Onlar 4 uşaq olmaqla hamısı eyni ünvanda doğulub boya başa çatmış, həmin ünvanda qeydiyyatdadırlar. Hələ ataları sağ olanda 2010- 2011-ci illərdə onların razılığı ilə evi qardaşları İddiaçı bağışlamışdır. Atası onlara bildirmişdir ki, həmin evdə onlarında payı var. Sadəcə o vəfat etdikdən sonra vərəsəlik qaydasında evin gələcəkdə sənədləşmə işində problem olmasın deyə belə etmişlər. Qardaşı onlarında payını verəcək. Bu səbəbdən də onlar bu məsələyə əhəmiyyət verməmişlər. 2003-cü ildə o, ailə qurduqdan sonra bu evdə də yaşamış, övladları bu evdə doğulmuş, həmin evdə də qeydiyyatdadırlar. 2020-ci ilin avqust ayında anaları vəfat etdikdən sonra İddiaçı evə gələrək ona və bacısı Hüsniyyəyə maneələr törətməyə başlamışdır. Bacısı həmin mənzildə daimi yaşasa da o, həmin mənzilə hərdən gəlib gedir. Müvəqqəti olaraq baldızının evində yaşayır.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-606/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək, İddiaçı tərəfindən X8 2.000 manat məbləğində kompensasiya ödənilməklə, mübahisəli mənzilindən X4 istifadə hüququna xitam verilməsi, İddiaçı tərəfindən X8 2.000 manat məbləğində kompensasiya verilməsi və X4 mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra edilməsi, Cavabdeh1 Faiq qızının Cavabdeh2 X7, X14 və X15 mübahisəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. (hakim X17)
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünə məxsusluğunu şərtləndirən müxtəlif meyarlar, yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxslərin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, kompensasiya təklif edənin və təklif olunan şəxslərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri məsələn, mülkiyyətçinin hüquqlarının müdafiə olunması nəzərə alınmalıdır. X8 2.000 manat məbləğində kompensasiya verilməklə, cavabdeh X4 istifadə hüquqlarına xitam verilməsi əsaslı və ədalətlidir. Cavabdeh1 Faiq qızının uzun müddət ərzində mübahisəli mənzildə yaşamaması isə hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cu, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 157.2-ci, 228-ci, 255-ci, 262ci, Mülki Prosessual Məcəlləsinin 191.1-ci, 191.3-cü, 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, ilk iddianın ona münasibətdə rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun mübahisəli mənzildə anadan olmasını, 2004-cü ildə ailə qurmasını, 4-5 aydan sonra isə mübahisəli mənzilə qayıdaraq orada yaşamağa başlamasını, qızı Gülşənin də xx.xx.2005-ci il tarixdə mübahisəli mənzildə anadan olmasını nəzərə almamışdır. Belə ki, o, anadan olandan hazıradək mübahisəli mənzildə yaşamış, onun qızı 2005-ci ildə həmin mənzildə anadan olmuş və hazırda da anası ilə birlikdə həmin mənzildə yaşayır və onların əmlakları da həmin mənzildədir. Əgər onlar mənzildən çıxarılarlarsa, faktiki olaraq evsiz-eşiksiz, xəstə uşağı ilə birlikdə küçədə qalmış olacaqdır. Məhkəmə bütün bunları nəzərə almadan onun qarşılıqlı iddiasını qanunsuz və əsassız olaraq təmin etməmiş, onun anadan olandan hazıradək yaşadığı mənzilindən istifadə hüququna xitam verilməsi və 2.000 manat məbləğində kompensasiya verməklə faktiki olaraq onu tamamilə pis vəziyyətdə qoymuşdur. Məhkəmənin bu qərarı qanunsuz, əsassız və ədalətsizdir. Məhkəmə qətnaməsində “Kooperativ binada mənzil tikintisi üçün Müqaviləyə və maliyyə arayışına istinadən onun xx.xx.2011-ci il tarixdə "xxxx" MMC-dən ümumi sahəsi 50 kv.m. olan 1 otaqlı mənzil aldığını və 20.000 manat məbləğində pul ödədiyini qeyd etmişdir. Lakin məhkəmə "xxxx" MMC-nin rəhbəri barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işinin getdiyini və orada onun zərəçəkmiş şəxs kimi tanınması üçün ərizə ilə müraciət etsə də, hələ bu günə kimi zərərçəkən kimi tanınmamasını nəzərə almamışdır. Məhkəmənin qətnaməsində istinad etdiyi həmin mənzili alarkən də o, faktiki olaraq aldadılmış və ona qarşı dələduzluq edilmişdir. Yəni məhkəmənin yazdığı mənzil faktiki olaraq ona verilməmişdir. Hazırki vəziyyətdə 2.000 manat məbləğində kompensasiya vermək gülüncdür. Məhkəmə mübahisəli mənzilin Bakı şəhərinin çox əlverişli yerində yerləşməsini və mənzillərin həmin yerdə qiymətinin baha olması hallarını nəzərə almamışdır. Əslində onun istifadə hüququna xitam verildiyi təqdirdə belə ən azından ona hazırki bazar qiyməti nəzərə alınmaqla 25.000 – 30.000 manat məbləğində kompensasiya verilməli idi. Məhkəmə ilk iddianı rədd etmək və qarşılıqlı iddianı təmin etmək əvəzinə əsassız və qanunsuz olaraq ilk iddianı təmin etmişdir, lakin buna baxmayaraq məhkəmə qətnaməsini əsaslandıra bilməmiş, qətnamədə absurd fikirlər qeyd etmiş, onun qanunla qorunan hüquq və mənafeyinə ziyan vuran, ona mənəvi zərbə vuran qətnamə qəbul etmişdir. Halbuki ilk iddiaçının həmin mənzilə heç bir ehtiyacı yoxdur. O, bir qardaş kimi onun qarşısında mənəvi borcunu yerinə yetirmək əvəzinə məhkəməyə yalan deyərək guya onun həmin mənzildə yaşamadığını bildirmişdir. Məhkəmə təcrübəsində bu qəbildən olan iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Beləliklə, müəyyən olunur ki, iddiaçının cavabdehə təklif etdiyi kompensasiyanın məbləği ona məxsus olan mənzilin dəyərinin heç 3%-i etmir. Göründüyü kimi, hazırki vəziyyətdə 2.000 manat məbləğində kompensasiya verilməsi yetərli deyildir.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9402/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-606/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni Cavabdeh3 və onun övladı Gülşən Qasımzadəyə aid hissədə ləğv edilməsi, ilk iddianın 2.000 manat kompensasiya verilməklə Cavabdeh3 övladı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi 13 saylı evin 61 saylı mənzilindən istifadə hüququna xitam verilməsinə aid hissədə rədd edilməsi, Cavabdeh3 qarşılıqlı iddiasının təmin edilməsi, onun və övladı Gülşən Qasımzadənin sözügedən mənzilə yaranmış istifadə hüququnun tanınması qət edilmişdir (hakimlər N.Ş.Cəfərov - sədrlik edən və məruzəçi, E.Ə.Mehdiyev və X.Ə.Sarıyev).
18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh3 iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququna malikdir. Onun bu hüququ mənzil hələ atasının icarəsində, daha sonra mülkiyyətində olan zaman əvvəlki Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinə əsasən əmələ gəlib. Cavabdeh3 doğulduğu vaxtdan (1973-cü ildən) bu günədək həmin mənzildə yaşayır və daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməyib. Cavabdeh3 qarşı “istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə” iddiaçının tələb irəli sürməsi faktı da onu təsdiq edir ki, iddiaçı da onun mənzildən istifadə hüququnun olduğunu qəbul edir. Həmçinin, Cavabdeh3 övladı Gülşən Qasımzadənin də mənzildən istifadə hüququ vardır. Belə ki, qanuna görə uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. İddiaçı mənzildən istifadə hüququna xitam verilməsi üçün Cavabdeh3 2.000 manat kompensasiya təklif etmişdir. Lakin, Cavabdeh3 bununla razılaşmamış və qeyd etmişdir ki, 2.000 manat kompensasiya həddindən artıq azdır və ona ən azından 25.000 manat kompensasiya verilməlidir. İddiaçı isə bildirmişdir ki, artıq kompensasiya təklif etməyə maddi imkanı yoxdur və Cavabdeh3 özünün Xırdalan şəhərində yerləşən, yeni tikilmiş çox mənzilli binada ayrıca mənzili vardır. İddiaçı bunu təsdiq etmək üçün məhkəməyə müqavilənin surətini təqdim etmişdir. Lakin, Cavabdeh3 bunu təkzib edib bildirmişdir ki, onun sahibliyində belə bir mənzil yoxdur, həmin mənzilin müqaviləsi başqa şəxsin, yəni Anar Qasımovun adınadır. Onu aldadıblar, eyni mənzilə dair iki şəxsin adına müqavilə bağlanıb, bununla bağlı cinayət işi başlanıb. Cavabdeh3 istinad etdiyi müqaviləni apellyasiya icraatı zamanı məhkəməyə təqdim etmişdir. Cavabdeh3 mülkiyyətində, icarəsində və ya istifadəsində başqa mənzil yoxdur və o, ayrıca mənzil almağa imkan verən qazanca və ya gəlirə malik deyil. Qanuna görə ilk iddia o, halda təmin oluna bilər ki, iddiaçının təklif etdiyi kompensasiya Cavabdeh3 davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı versin. Belə ki, mənzilin satış qiyməti 70.000 manat, oxşar şəraitli mənzilin aylıq kirayə haqqı isə 300-350 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat zamanı təklif edilən 2.000 manat (yəni ayda 300 manat kirayə haqqı ödəməklə oxşar şəraitli mənzildə yaşamaq üçün 6 aylıq kirayə haqqı) kompensasiya yetərli deyil. Cavabdeh3 ödənilməli olan kompensasiya ən az 5 il oxşar şəraitli mənzildə yaşamaq imkanı verməlidir. Belə ki, ağlabatan mühakimə əsasında 5 il kifayətdir ki, Cavabdeh3 yaşayış sahəsinə olan ehtiyacını müstəqil surətdə ödəmək üçün zəruri olan tədbirləri həyata keçirsin. 5 il (60 ay) üçün kirayə haqqının məbləği 18.000 manat təşkil edir (60 ay x 300 manat = 18.000 manat), ona görə də Cavabdeh3 istifadə hüququna xitam verilməsi üçün ona 18.000 manat kompensasiya ödənilməlidir. Lakin, iddiaçı bu məbləğdə kompensasiya ödəmək istəmir. Belə ki, o, birinci instansiya məhkəməsində 2.000 manat kompensasiya təklif etmişdir, apellyasiya instansiyası məhkəməsində isə bildirmişdir ki, bundan artıq kompensasiya təklif etməyə imkanı yoxdur. Qanuna görə məhkəmə, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Odur ki, ilk iddia rədd olunsa da qətnamə ilə kompensasiyanın məbləğinin 18.000 manat müəyyən edilməsi qanuna uyğundur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının təklif etdiyi 2.000 manatın az olduğunun müəyyən edilməsi üçün kompensasiyanın məbləği təyin olunmalıdır, çünki “az” nisbi anlayışdır və kompensasiyanın məbləğinə nisbətdə azdır. Kompensasiyanın məbləği isə 18.000 manatdır.
19. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 228.2-ci maddəsinə, Mülki Məcəllənin 228.2-ci maddəsinin Mülki Prosessual Məcəllənin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli Konstitusiya Məhkəməsinin qərarına istinad etmişdir.
c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
20. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2049/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-9402/2021 saylı qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (hakimlər: Əhməd Əhmədov (sədrlik edən və məruzəçi), Vüqar Həsənov və İspəndiyar Şəfiyev).
22. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 mübahisəli yaşayış sahəsinə ehtiyacının aradan qalxıb-qalxmadığı barədə iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı lazımi qaydada araşdırma aparmamış, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsi 1 saylı binanın 1 otaqlı, ümumi sahəsi 50 kv.metr olan 19 saylı mənzilinin hüquqi vəziyyətinə aydınlıq gətirməmış və həmin mənzilin qanuni sahibini müəyyən etmədən, yalnız Cavabdeh3 izahatına və onun məhkəməyə təqdim etdiyi sənədlərin kserosurətlərinə istinad edərək onun istifadəsində başqa mənzilin olmaması qənaətinə gəlmişdir. Kassasiya instansiyası məhkəməsində baxılmış bu kateqoriyadan olan işlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsi göstərmişdir ki, Binəqədi rayonunda yerləşən iki otaqlı mənzilə olan istifadə hüququna xitam verilməsi üçün mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən təklif edilən kompensasiyaların məbləğləri təxminən 10.000-12.000 manat civarında olub, habelə keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ isə bir qayda olaraq məhkəmənin qərarı əsasında 1-2 il müddətinədək saxlanılıb. Belə ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir (məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair.) Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun. Mülki qanunverciliyə görə mülkiyyətçinin ödəməli olduğu kompensasiya məbləği mənzilin istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 ödənilməli olan kompensasiyanın ən azı 5 il oxşar şəraitli mənzildə yaşamaq imkanı verməsi, 5 il (60 ay) üçün kirayə haqqının məbləğinin 18.000 manat təşkil etməsi və bu səbəbdən də onun istifadə hüququna xitam verilməsi üçün 18.000 manat kompensasiya ödənilməli olması qənaətinə gələrkən, kompensasiyanın məbləğini, müddəti hansı meyarlara əsasən müəyyən etməsini qətnamədə göstərməmiş və ödənilən kompensasiya məbləğinin əslində ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməli olmasını nəzərə almamışdır.
ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
23. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, kompensasiya məbləğinin 5.000 manat olaraq artırılmasına razı olduğunu qeyd etmişdir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5384/22 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiya məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, İddiaçı tərəfindən cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına ödəniləcək kompensasiya məbləği 5.000 manat müəyyən edilmişdir. (hakimlər: Fuad Talışınski (sədrlik edən və məruzəçi), Azad İmanov və Qürbət Əsgərov)
25. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə kompensasiya məbləği hissəsində səhv nəticəyə gəldiyindən, təklif edilən 2.000 manat məbləğində kompensasiyanı ağlabatan, reallığa uyğun, həmçinin ədalətli hesab etməməsi ilə bərabər, hansı məbləğin ağlabatan hesab ediləcəyi istiqamətində araşdırma aparmamış, ədalətli məhkəmə çəkişməsinə müvafiq mübahisənin həllinə şərait yaratmamış, təklif edilən məbləğin artırılması yönəmində detallı müzakirələr aparmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına (övladı ilə birgə) iki il müddətinə oxşar şəraitli (bir otaqlı) mənzildə aylıq kirayə haqqı 200 manat götürməklə 5.000 manat məbləğində kompensasiyanın verilməsi qənaətbəxşdir. Nə qədər ki, mübahisəli mənzil iki otaqlı olsa da, cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı mübahisəli mənzildə anaları ilə yaşamış, bu da iddiaçının dediklərinə uyğun, şəxslərin bir otaqlı mənzilə müvafiq yaşayış sahəsindən yararlanmaq mümkünlüyünü şərtləndirir.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının Konstitusiyasının 62-67-ci, 2009-ci ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 6-cı, 8-ci, 53-cü, 123-cü, qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı, 11.1-ci, 146-cı, 152-164-cı, 228-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci, 2-ci, 7-ci, Mülki Prosessual Məcəlləsinin 13-cü, 14.2-ci, 14.3-cü, 15-ci, 50-ci, 52-ci, 76.1-ci, 77.1-ci, 80-82-ci, 106.2-ci, 119-cu, 217.4-cü, 372-ci, 385-ci, 386-cı, 388-ci və 390-cı maddələrinə istinad edərək əsaslandırmışdır.
e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-958/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (103)- 5384/22 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (hakimlər: Zaur Əliyev (sədrlik edən və məruzəçi), Vidadi Məmmədov və Aqil Abbasov).
29. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalıdır. Belə ki, İddiaçı tələbinin əsaslarından biri kimi Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının başqa əmlakının olması və hazırki mübahisəli mənzilə ehtiyacının aradan qalxması halına istinad edir. Bununla bağlı Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı bildirir ki, "xxxx" MMC-dən əldə etmək istədiyi həmin mənzil bir neçə şəxsə satılmışdır. Bununla bağlı Korrupsiya qarşı Mübarizə Baş İdarəinə müraciət etmiş, mənzillə bağlı hökm mövcuddur, nəticə etibarilə onun adına heç bir əmlak yoxdur. Göstərilən xüsusatın araşdırılması üçün ikinci apellyasiya məhkəməsində işə baxılarkən Bakı Ağır Cinayəylər Məhkəməsinə və "xxxx" MMC-yə ünvanlanan sorğular Cavabdeh3 (Məmmədovanın) 2011-ci ildə aldığı iddia olunan Xırdalan şəhərindəki 50 m2 bir otaqlı mənzil barədə deyil, hazırkı işdə mübahisə predmeti olan Bakı şəhəri, 8 mikrorayon, H.Hüseynov küçəsi, ev 13, mənzil 61 barədə olmuşdur. Nəticə etibarilə iş üzrə əhəmiyyət kəsb edən hal aydınlaşdırılmamış və apellyasiya məhkəməsi də bu xüsusata diqqət yetirmədən İddiaçı yeni təklifinə uyğun olaraq Cavabdeh3 (Məmmədovanın) istifadə hüququna xitam verilməsinə dair kompensasiya məbləğini dəyişdirməklə 5.000 manat müəyyən etmişdir. Halbuki, Cavabdeh3 (Məmmədovanın) 2011-ci ildə bağladığı müqavilə əsasında Xırdalan şəhərində mənzil əldə edib-etmədiyinə dair hal müəyyən olunmadan hazırkı mübahisə üzrə, o cümlədən kompensasiya məbləğinə dair yuxarıda göstərilən nəticəyə gəlinməsi qanuni və əsaslı yanaşma hesab edilə bilməz. Ona görə ki, Cavabdeh3 (Məmmədovanın) ayrı bir yaşayış sahəsi əldə etmədiyi təqdirdə onun mübahisəli mənzilə olan ehtiyacı aradan qalxmış sayılmır. Belə olan halda, onun istifadə hüququna ədalətli kompensasiya ödənilməklə xitam verilə bilər. Bundan əlavə, ikinci apellyasiya məhkəməsində icraat zamanı kompensasiya məbləği müəyyənləşdirərkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, sübutların qiymətləndirilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl edilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, 48 ildir mübahisəli mənzildə yaşayır, həmin mənzil 2 otaqdan ibarət olsa da, qarşı tərəf mənzilin bir otağını bağladığı üçün bir otaq istifadəsindədir, təklif edilən 10.500 manat kompensasiya məbləği ilə razı deyil.
32. İştirak etdiyi məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının vəkili X21 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
33. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini qəbul etməmiş və əlavə olaraq bildirmişdir ki, o, kompensasiya məbləği kimi 10.500 manat məbləğ ilə razıdır, həmin məbləği bankdan kredit götürərək ödəməyə hazırdır. İddia tələbi irəli sürülən zaman Gülşən Qasımzadə yetkinlik yaşına çatmamışdı, bu səbəbdən kompensasiya məbləğini ancaq bacısı Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına münasibətdə ödəyəcək.
34. Məhkəmə iclasında cavabdeh X19 iddiaçı Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir.
35. Məhkəmə iclasında Cavabdeh2 mübahisəli mənzilin qardaşı İddiaçı məxsus olduğunu bildirmişdir.
36. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır; 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
39. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 və 228.5-ci maddələrinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “Mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmasını nəzərdə tutduğunu, Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə uyğun hesab edildiyini, yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun həll edildiyi göstərilmişdir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü, 149.2.3-cü və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
43. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarına əsasən Mülki Məcəllənin 228.5-ci maddəsinə görə əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi halında ona xitam verilməsinin şərtləri qanunvericilikdə müəyyən olunmamışdır. Mülki Məcəllənin 228.2-ci maddəsinin ikinci cümləsinin mənasına görə isə bu hüquqa xitam verilməsi kompensasiya verilməklə mümkündür. Ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu, yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Nəticədə belə qərara gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Habelə keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.
Apellyasiya baxışının hədləri
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
45. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
46. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
47. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşır və onları, habelə Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının apellyasiya şikayətində qətnamənin ləğv edilib, ilk iddianın ona münasibətdə rədd edilməsi, onun qarşılıqlı iddiasının isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasının xahiş edildiyini nəzərə alıb, qətnaməni mübahisələndirilən hissədə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol verərək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə kompensasiya məbləğini, habelə qarşılıqlı iddianın rədd edilməsi əsasını düzgün müəyyən etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına və X9 münasibətdə təmin edilməsi, habelə qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, ilk və qarşılıqlı iddia rədd edilməlidir.
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, Məmmədova (Qasımova) X18 Fuad Faiq oğlunun böyük bacısıdır. Mübahisəli mənzil ilk olaraq onların atasının icarəsində, sonra isə mülkiyyətində olmuşdur. xx.xx.2010-cu il tarixdən isə İddiaçı mülkiyyətindədir.
50. Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı ailə qurması ilə bağlı başqa mənzildə qısa müddət yaşaması istisna olmaqla doğulduğu vaxtdan bügünədək həmin mənzildə xx.xx.2005-ci il təvəllüdlü X19 ilə (doğulduğu vaxtdan) birlikdə yaşayır. İddiaçı həmin mənzildə yaşamır.
51. Bununla belə, qüvvədə olan və bu sahəni tənzimləyən qanunvericiliyin tələbləri baxımından həm (Qasımova) Hüsniyyə Faiq qızı, həm də onun qızı X19 mənzildən istifadə hüququ əldə etmişlər və hazırda da bu hüquqa malikdirlər.
52. İddiaçı onların istifadə hüququna xitam verilməsini tələb edir. Bunun müqabilində ilk olaraq 2.000 manat, sonra 5.000 manat, hazırki icraatda isə məhkəməyə yazılı qaydada müraciət etməsə də, şifahi qaydada 10.500 manat məbləğində kompensasiya təklif edir və bu məbləğdən artıq ödəniş etməyə imkanının olmadığını, bu məbləğin də kredit olaraq bank təşkilatlarından alaraq, verəcəyini bildirir.
53. İddiaçı kompensasiya məbləğini təklif etməklə yanaşı bu barədə xx.xx.2011-ci il tarixli müqaviləni və müqavildə göstərilən mənzilin dəyərinin ödənilməsini təsdiq edən arayışı təqdim etməklə, Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının Xırdalan şəhərində yerləşən yeni tikilmiş çoxmənzilli binada ayrıca mənzilinin olduğunu və reallıqda onun və qızının mübahisəli mənzilə yaşayış sahəsi olaraq ehtiyacının olmadığını bildirir.
54. Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı ilə "xxxx" MMC arasında bağlamış həmin müqaviləyə və sonuncu tərəfindən verilmiş eyni tarixli maliyyə arayışına əsasən "xxxx" MMC ünvan 1 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1 blokunun, 4-cü mərtəbəsində yerləşən 19 saylı mənzilini inşa edib Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına təhvil verilməsi öhdəliyini üzərinə götürmüş, sonuncu da mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərini təşkil edən 20.000 manat pulu (1kv.m = 400 manat x 50 kv.m.) ödəmişdir. Lakin həmin mənzil qeyd edilən müqavilənin şərtlərinə uyğun olaraq Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına təhvil verilməmiş, onun istifadə və sahibliyində deyil, bundan sonra mənzilin ona təhvil verilməsi isə ümumiyyətlə mümkün deyil.
55. Belə ki, Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızından əvvəl, yəni xx.xx.2009-cu il tarixdə həmin mənzillə bağlı Qasımov Anar Vəli oğlu və xx.xx.2009-cu il tarixdə Əsədov Arif Oruc oğlu adlı şəxslərlə də eyni müqavilələr bağlanmışdır. Bununla bağlı Əsədov Arif Oruc oğlu ilə Qasımov Anar Vəli oğlu arasında məhkəmə mübahisəsi yaranmış və Abşeron Rayon Məhkəməsinin 2(012)-2659/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Əsədov Arif Oruc oğlunun iddiası qismən təmin edilərək, ünvan 3 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 4-cü mərtəbəsində sahəsi 50 kv.m olan 1 otaqlı 19 nömrəli mənzildən cavabdeh Qasımov Anar Vəli oğlunun çıxarılması, həmin yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bu qətnamədən Qasımov Anar Vəli oğlu tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-524/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1374/2023 saylı, xx.xx.2023cü il tarixli Qərarı ilə təmin edilməmişdir.
56. Həmin icraat çərçivəsində məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli qətnaməsinə əsasən Əsədov Arif Oruc oğlunun iddiası təmin edilmiş, cavabdeh "xxxx" MMC-nin üzərinə 14 dekabr 2009-cu il tarixli müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmək və ünvan 5 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbəsində yerləşən 1 otaqlı 19 nömrəli mənzili ağlabatan müddət ərzində tikib iddiaçı Əsədov Arif Oruc oğlunun istifadəsinə vermək vəzifəsi qoyulmuş, qətnamə qanuni qüvvəsini almışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə "xxxx" MMC-nin direktoru X25 Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2, 308.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə zərərçəkmiş şəxs Qasımov Anar Vəli oğlunun xeyrinə 7.800 manat pu təqsirləndirilən şəxsdən tutulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-63/2016 saylı, 08 noyabr 2016cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü ləğv edilmiş, X20 Azərbaycan Resublikası CM-nin 178.3.2, 213.2.2, 308.2-ci maddələri ilə olan cinayət təqibinə təqsirlənirilən şəxsin ölümü ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci madəsinə əsasən xitam verilmişdir.
57. Bununla belə, mövcud məhkəmə qərarları ilə bir tərəfdən iddiaçı Əsədov Arif Oruc oğlunun mübahisəli mənzilə olan hüququ təsdiq edilmiş, digər tərəfdən Qasımov Anar Vəli oğlunun mübahisəli mənzilə dair müqavilə bağlanarkən aldadıldığı müəyyən edilmişdir. Anar Qasımov qeyd edilən cinayət işi üzrə ifadəsində aldadıldığını, ev satmaq adı ilə ondan pul alındığı və müqavilə verildiyini göstərmiş, zərərçəkmiş və mülki iddiaçı kimi tanınmışdır. Abşeron Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli qətnaməsi ilə mübahisəli mənzilin iddiaçı Əsədov Arif Oruc oğluna təhvil verilməsi qət edilmiş və artıq icra edilmişdir. Qətnamə hazırda da qüvvədədir.
58. Bu səbəbdən məhkəmələr belə qənaətə gəlmişdirlər ki, hazırki halda Qasımov Anar Vəli oğlu tərəfindən həmin mənzildən istifadə üçün heç bir hüquqi əsas olmamışdır. Əksinə, onun həmin mənzili boşaltmaması qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına maneçilik, mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilə bilər. Mənzilə dair Əsədov Arif Oruc oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin mənzilə dair onun sahiblik və istifadə hüququ məlum müqavilə bağlandığı andan yaranmış, bu hal istinad olunan məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Əsədov Arif Oruc oğlunun sahibliyinə və istifadəsinə verilmiş, hazırda mübahisə predmetinə çevrilmiş yaşayış sahəsinə dair hüquqları qanunla qorunmuşdur. Həmin mənzil cavabdeh Qasımov Anar Vəli oğlu tərəfindən aidiyyəti üzrə geri qaytarılmalıdır.
59. Bununla belə, "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə əsasında Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının Abşeron rayonunun Xırdalan qəsəbəsində yeni tikilmiş çoxmənzilli binada yerləşən mənzil almasına dair sənədlərin surəti mövcud olsa da, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həmin mənzil Əsədov Arif Oruc oğluna təhvil verildiyindən onun bu mənzili mübahisələndirmək və əldə etmək üçün hər hansı hüququ qalmamışdır. Onun mülkiyyətində hər hansı başqa əmlakın olması və ya ayrıca mənzil almağa imkan verən qazanca və ya gəlirə malik olması da müəyyən edilmir. Mövcud vəziyyətdə onun istifadə hüququ olduğu mübahisəli mənzilə yaşayış sahəsi olaraq ehtiyacı aradan qalxmamışdır. Bu da öz növbəsində onun bu mənzildən istifadə hüququna ədalətli kompensasiya ödənilmədən xitam verilməsini qeyri-mümkün edir.
60. Məhkəmə kollegiyası kompensasiya məbləği ilə bağlı qeyd edir ki, mübahisəli mənzil 2 otaqdan ibarət olmaqla 49,54 kv.m sahəyə malikdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyinə əsasən mənzilin bazar dəyəri 75.000 manat, ilkin satış (likvid) qiyməti 70.000 manat, orta aylıq kirayə haqqı 300–350 manat təşkil edir. İddiaçı kompensasiya qismində təklif etdiyi sonuncu məbləğ 10.500 manat təşkil edir. Nəzərə alınmalıdır ki, tərəflər arasında hazırki iş üzrə məhkəmə mübahisəsi başlayan zaman Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının qızı olan və doğulduğu vaxtdan onunla birlikdə mənzildə yaşamaqla bu əmlakdan istifadə hüququ əldə etmiş xx.xx.2005-ci il təvəllüdlü X19 yetkinlik yaşına çatmamışdır. Lakin hazırda artıq yetkinlik yaşına çatmışdır. Mövcud vəziyyətdə bu hal da nəzərə alınmalı və istifadə hüquqlarına xitam verilən şəxslərin sayına uyğun olaraq onlara davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə, əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verən sahəyə və otaq sayına malik mənzilin kirayə haqqı əsas götürülməklə kompensasiya ödənilməlidir.
61. Məhkəmə kollegiyası 60-cı bənddə göstərilənləri, habelə Mülki Məcəllənin 228.2ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilmiş qərarlarında nümayiş etdirilmiş hüquqi mövqeyi nəzərə alıb, qeyd etməyi zəruri hesab edir ki, kirayə haqqının aylıq 350 manat üzrə hesablandığı təqdirdə, təklif edilən kompensasiya məbləği (10.500/350 = 30) hesabına yalnız 30 ay ərzində mübahisəli mənzilə xas olmuş şəraitə oxşar şəraitdə yaşamaq mümkündür.
62. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri, o cümlədən istifadə hüququna xitam verilən şəxslərin sayını nəzərə alıb, belə qənaətə gəlir ki, İddiaçı tərəfindən hazırda təklif edilən kompensasiya məbləğ etibarı ilə Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının və X7 davamlı surətdə və müddət daxilində başqa yerdə bu mənzilə xas olmuş şəraitə oxşar şəraitdə yaşamaq imkanı yaratmış olmur. İddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği bu şəxslərə ən azı 3 il ərzində oxşar şəraitli mənzildə yaşamaq imkanı verməlidir. Bu da öz növbəsində onun tərəfindən kompensasiya qismində ən azı (350 x 36 = 12.600) 12.600 manat pulun ödənilməsini şərtləndirir.
63. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsaslanıb kompensasiya məbləğinin müəyyən edilməsini zəruri hesab etmişdir. Kompensasiya məbləği də Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki işlə bağlı qəbul etdiyi hər iki qərarı üzrə göstərişləri nəzərə alınaraq Binəqədi rayonunda yerləşən iki otaqlı mənzilə olan istifadə hüququna xitam verilməsi üçün mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən təklif edilən kompensasiyaların məbləğləri ilə bağlı məhkəmə təcrübəsi əsas götürülərək, müəyyən edilmişdir. Eyni zamanda, təklif olunan kompensasiyanın məbləğinin artırılması İddiaçı iradəsinə bağlı olduğundan məhkəmə kollegiyası kompensasiyanın aşağı məbləğini müəyyən etmişdir.
64. Məhkəmə kollegiyası Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının və X7 mübahisəli mənzildən istifadə hüququnun olmasını, onların belə bir hüququnun olmasının kompensasiyanın ödənilməsi təklifini irəli sürməklə İddiaçı tərəfindən də təsdiq edilməsini nəzərə alıb, belə qənaətə gəlir ki, qarşılıqlı iddianın təmin edilməsinə hər hansı hüquqi zərurət qalmır və qarşılıqlı iddia məhz bu əsasla rədd edilməlidir.
65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-606/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən, yəni ilk iddianın cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına və cavabdeh X9 münasibətdə təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddiası “cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının və cavabdeh X5 istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” hissəsində rədd edilməli, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının qarşılıqlı iddiası rədd edilməlidir.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 606/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən, yəni ilk iddianın cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına və cavabdeh X9 münasibətdə təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddiası “cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının və cavabdeh X5 istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” hissəsində rədd edilsin. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.