Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5496/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “mənzilin əvvəlki vəziyyətə qaytarılması” barədə ilkin, Cavabdeh2 İddiaçı (Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “texniki pasportun və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi” haqqında qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 137A, mənzil 22 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia verərək, Bakı şəhəri Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 137A, mənzil 22 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş **********45-05301-093047 nömrəli texniki pasportun və 26.01.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə ilkin iddia təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 137A, mənzil 22 (yeni qaydalarla: ünvan 1 yerləşən mənzilin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin Cavabdeh2 və Cavabdeh1 MMC-nin üzərinə qoyulması, qarşılıqlı iddianın rədd olunması, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumlarının tərəflərin özünə aid edilməsi və məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manatın Cavabdeh2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarədir ki, mübahisəli mənzilin mövcud vəziyyəti 23.01.2018-ci il tarixli texniki pasportda düzgün təsvir olunmamışdır. Belə ki, texniki pasportdan görünür ki, bu sənəd 23.01.2018-ci il tarixdə tərtib olunmuşdur. Mənzilə dair texniki pasport verilərkən xidmətin müvafiq mütəxəssisi mənzilə baxış keçirməli, mənzilin mövcud vəziyyəti üzrə texniki pasport verməli idi. Əgər mənzildə aparılan yenidənqurma işləri mənzilin layihə sənədlərinə uyğun gəlmirdisə, texniki pasportun verilməsi və mənzilə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunmalı idi. Mənzildə aparılan yenidənqurma və təmir işləri texniki pasport verilənə qədər, yəni 23.01.2018-ci il tarixədək çoxdan yekunlaşmışdır. Odur ki, sözügedən texniki pasport mənzilin bu sənəd tərtib olunarkən mövcud olan vəziyyətini düzgün əks etdirmir. İş üzrə keçirilmiş ekspertiza rəyindən görünür ki, bu rəy texniki pasport əsasında verilmiş, yəni mənzilin mövcud vəziyyəti texniki pasportla müqayisə edilmiş, həmçinin, bu sənəd tərtib olunarkən Daşınmaz Ənlakın Dövlət Reyestri Xidmətinin heç bir əməkdaşı gəlib mənzilə baxış keçirməmişdir. İddiaçı sözügedən mənzilin tərəfindən təmir olunduğunu bilmiş və təmir işləri zamanı mənzilə dəfələrlə gəlib-getmişdir. Bundan əlavə, iddiaçı mənzildə sahəsi 22,2 kv.m olan otağın 2 yerə bölünərək 2 otaq halına gətirilməsindən də məlumatlı olmuş və buna heç bir etirazını bildirməmişdir. Mənzildə aparılan təzələnmə və yenidənqurma işləri iddiaçının mənzildən istiadəsini nə çətinləşdirmir, nə də sərfəsiz etmir. Əksinə, 1 otağın 2 otağa çevrilməsi iddiaçının mənzildən istifadəsini daha da sərfəli edir, mənzilin təmir olunaraq yaxşılaşdırılması isə mənzildən istifadəni yaxşılaşdırır. Nəzərə alınsa ki, iddiaçı ilə nikahları pozulub, eyni otaqdan yox, ayrı-ayrı otaqlardan istifadə etmələri hər ikisi üçün daha sərfəlidir. Bakı Apellyasiya Məhkəməsinin 08 iyul 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 08 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 20 iyul 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 20 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı, apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, ilkin iddia üzrə cavabdehlər və üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli qətnaməsi “qarşılıqlı iddianın rədd olunması” hissəsində ləğv olunmuş və qarşılıqlı iddia üzrə icraata xitam verilmişdir. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə apellyasiya şikayətinin ilkin iddiaya aid hissədə dəlilləri ilə bağlıdır. Kollegiya proses iştirakçısını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin olunması hissəsində ləğv edilərək, ilkin iddia rədd olunmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına görə, mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 137A, mənzil 22 (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 131, M6, m2 (ümumi sahəsi 88.3 kv.m) tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.01.2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasında Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 05.04.2008-ci il tarixli 242 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20.12.2016-cı il tarixli qətnaməsi ilə mübahisəli mənzil üzərində tərəflərin ½ hissədə payları müəyyən edilmişdir. Həmin məhkəmənin 19.03.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı həmin mənzilə köçürülməsi qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin Daşınmaz Əmlakın Texniki İnventarlaşdırılması şöbəsi tərəfindən 23.01.2018-ci il tarixdə tərtib olunaraq təsdiq edilmiş texniki pasportun surətindən görünür ki, sözügedən mənzil haqqında məlumat aşağıdakı qaydada qeyd edilmişdir: yerləşdiyi mərtəbə 6; otaqların sayı 2; ümumi sahəsi 88,3 kv.metr; yaşayış sahəsi 50,0 kv.metr; dəhliz 13,6 kv.metr; sanitar qovşağı 4,3 kv.metr; mətbəx 15,5 kv.metr; yaşayış otağı 22,2 kv.metr; yaşayış otağı 27,8 kv.metr; sanitar qovşağı 1,9 kv.metr; balkon 1,4 kv.metr (4,7x0,3=1,4); balkon 1,6 kv.metr (5,4x0,3=1,6) (bütün sahələrin daxili hündürlüyü 3.0 metr olmaqla). Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışa əsasən, mənzil 26.01.2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə 1/2 hissədə Cavabdeh1 MMC-nin, 1/2 hissədə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh1 MMC-nin 28.04.2018-ci il tarixli, 10 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, E. Süleymanov küçəsi, 137A nömrəli evdə yerləşən 22 nömrəli mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 131, M6, mən 2) MMC-nin komendantı X1 tərəfindən baxış keçirilərək, mənzilin layihə sənədi ilə hazırkı vəziyyəti müqayisə edilmişdir. Komendantın verdiyi məlumata əsasən, baxış zamanı mənzilin daxilində bir çox əsaslı konstruktiv dəyişikliklər aparılaraq, mənzilin iki otaqlıdan üç otaqlıya dəyişdirildiyi, sahəsi 22,2 kv.metr olan yaşayış otağının sahəsi 4,7 kv.metr eyvanla birləşdirilərək, sonradan arakəsmə ilə bir hissəsinin yaşayış otağı, digər hissəsinin isə mətbəx otağı kimi inşa olunduğu, 1,9 kv.metr olan sanitar qovşağının sökülərək həmin sahənin dəhlizə əlavə olunduğu müəyyən edilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.11.2018-ci il tarixli, 18376 saylı rəyinə əsasən, tədqiq olunan mənzil üzrə 23.01.2018-ci il tarixli texniki pasportda göstərilən, sahəsi 4,7 kv.metr olan balkonla sahəsi 22,2 kv.metr olan yaşayış otağının arasındakı divarın söküldüyü, sahəsi 22,2 kv.metr olan otağın daxilində arakəsmə divar inşa olunaraq həmin otaqdan iki ədəd - sahələri 10,5 kv.metr (4,2x2,5) və 17,0 kv.metr (2,8x4,1+2,5x2,2) otaqlar yaradıldığı müəyyən edilmişdir. Hazırda İddiaçı Cavabdeh2lə ümumi paylı mülkiyyətlərində olan mübahisəli mənzildə cavabdeh tərəfindən onun razılığı olmadan və mənzildən istifadəni onun üçün səmərəsiz və əlverişsiz edən yenidənqurma işləri aparılmaqla mənzilin texniki pasportda əks olunmuş sxeminin əsaslı şəkildə dəyişdirildiyini bildirərək, mənzilin əvvəlki vəziyyətə qaytarılmasını tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək, yenidənqurma işlərinin mənzilə dair texniki pasport verildiyi vaxt artıq başa çatdığını, iddiaçının onlardan xəbərdar olduğunu və aparılan işlərin onun üçün səmərəsiz olmadığını, hətta əlverişli olduğunu bildirir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən, mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə əşyanın dəyərini və işlənməyə yararlığını qorumaq üçün saxlama, təmir (bərpa) və təzələmə işləri aparıla bilər. Əşyanın dəyərini artırmaq və ya sərfəliyini və işlənməyə yararlığını yüksəltmək məqsədi ilə aparılan təzələmə və yenidənqurma işləri üçün, eyni zamanda əşyadakı payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı zəruridir. Əşyanın əvvəlki təyinatı üzrə işlədilməsini və ya istifadəsini iştirakçılardan biri üçün əhəmiyyətli dərəcədə və həmişəlik çətinləşdirən və ya sərfəsiz edən dəyişikliklər onun razılığı olmadan aparıla bilməz. Əgər dəyişiklik iştirakçıların birindən onun imkanları xaricində olan, o cümlədən payının əmlak dəyəri ilə tənasübsüzlüyünə görə imkanları xaricində olan xərclər tələb edirsə, dəyişiklik onun razılığı olmadan yalnız o halda həyata keçirilə bilər ki, qalan iştirakçıların hamısı onun payına düşən məsrəfləri, bunlar onun üçün mümkün olan məbləğdən çoxdursa, öz öhdələrinə götürsünlər. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, əşyanın yalnız xarici görünüşünün yaxşılaşdırılması və ya ondan istifadənin əlverişliyinin artırılması üçün nəzərdə tutulan tikinti işlərini və ya başqa işləri ancaq bütün mülkiyyətçilərin razılığı ilə görməyə icazə verilir. Əgər eyni zamanda əşyadakı payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə bu cür işlərin görülməsi haqqında sərəncam verilirsə, həmin işlər bununla razılaşmamış iştirakçının istəyindən asılı olmayaraq da görülə bilər, bu şərtlə ki, həmin işlərlə əlaqədar onun istifadə və sərəncam hüququ həmişəlik məhdudlaşdırılmasın və qalan iştirakçılar yalnız müvəqqəti məhdudiyyət üçün ona əvəz ödəsinlər və xərclərin onun payına düşən hissəsini öz üzərlərinə götürsünlər. Qeyd olunan normaların mənasından aydın olur ki, iddiaçının hazırkı tələblə çıxış edə bilməsi üçün aşağıdakı gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın paylı mülkiyyətçisi olması, əşyada digər mülkiyyətçi tərəfindən dəyişikliklər edilməsi, bu dəyişilliklərin iddiaçının razılığı olmadan edilməsi və iddiaçı üçün əhəmiyyətli dərəcədə əlverişsiz və sərfəsiz olması. Qeyd edilən şərtlərdən hər hansı birinin mövcud olmaması bu normalara söykənən tələbin rədd edilməsi üçün əsasdır. Həmin halları sübuta yetirmək isə iddiaçının vəzifəsidir. Birinci instansiya məhkəməsi, iddianı təmin edərkən, gəldiyi qənaəti belə əsaslandırmışdır ki, Cavabdeh2 tərəfindən mübahisəli mənzilin texniki pasportda göstərilən bir balkonu ilə yaşayış otağının arasındakı divar sökülmüş, bir otağın daxilində arakəsmə divar inşa olunaraq həmin otaqdan iki ədəd otaq yaradılmış, nəticə etibarilə 2 otaqdan ibarət olan mənzil 3 otaqlıya çevrilmişdir. Mənzilin 1/2 hissədə mülkiyyəçisi olan İddiaçı isə buna dair razılığı olmamışdır. Hansı ki, mənzil üzərində tərəflərin payları 1/2 hissədə müəyyən edilmişdir, dəyişiklik və yenidənqurma nəticəsində mənzilin əvvəlki təyinatı üzrə işlədilməsində və istifadəsində paylı mülkiyyətçilərdən İddiaçı üçün əhəmiyyətli dərəcədə sərfəsiz vəziyyət yaranmış, onun vəziyyətini çətinləşmişdir. Cavabdehin irəli sürdüyü dəlillərin əsası yoxdur, ilkin iddiaçının mübahisə üzrə razılığının olması barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir, mənzildə cavabdeh tərəfindən aparılan təmir işlərinin iddiaçının mənzildən istifadəsini çətinləşdirməsini və ya sərfəsiz etməsini müəyyən etmək isə ekspertin səlahiyyətinə aid olan məsələ deyil, hüquqi məsələdir. Məhkəmə tərəfindən həmin məsələyə yuxarıda qeyd edilən qaydada hüquqi qiymət verilmişdir. Kassasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan əvvəlki apellyasiya icraatında qəbul olunmuş məhkəmə qətnaməsini ləğv edərkən, 01.04.2021-ci il tarixli qərarında göstərmişdir ki, işə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi qətnamə qəbul edərkən Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini nəzərə almayaraq kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl etməmiş, həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə və ehtimala əsaslanmış, bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Ali Məhkəmənin birinci kassasiya icraatında qəbul edilmiş 15.11.2019-cu il tarixli qərarında isə qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 İddiaçı hüquqları ilə bir araya sığan dərəcədə sözügedən mənzilə sahiblik, ondan istifadə edibetməməsini, sonuncunun razılığını almasa da, onun təmir (bərpa), təzələnmə işlərini mənzilin dəyərini və işlənməyə yararlılığını qorumağa xidmət edib-etməməsini, eləcə də mənzildə aparılan dəyişikliklərin paylı mülkiyyətçilərdən biri olan İddiaçı üçün sərfəli olubolmamasını, yəni mənzildən əvvəlki təyinatı üzrə istifadə etməsinin onun üçün hər hansı çətinliklər yaradıb-yaratmadığını aydınlaşdırmadan və mülki qanunvericilikdə yalnız sadalanan hallar baş verdiyi təqdirdə digər payçıların razılıq verməsinin nəzərdə tutulmasına əhəmiyyət vermədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Digər tərəfdən, mülki iş materiallarından, ekspertin rəyindən görünür ki, Cavabdeh2 mənzilin sahəsi 22,2 kv.metr olan otağını iki hissəyə bölərək iki otaq halına gətirib və o, mənzildə təmir-tikinti işlərini mənzilin dəyərini, səmərəliliyini, habelə ondan əlverişli istifadə etmək üçün aparıb. Ümumiyyətlə, mülki iş materiallarında mənzildə aparılan dəyişikliklərin paylı mülkiyyətçilərdən biri kimi İddiaçı üçün sərfəli olmamasına və mənzildən əvvəlki təyinatı üzrə istifadə etməsinin onun üçün hər hansı çətinliklər yaradacağına dair heç bir mötəbər yazılı sübut yoxdur və İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. ...Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, Cavabdeh2 tərəfindən mənzildə sözügedən təmir-tikinti işləri aparıldıqdan sonra məhkəmənin qətnaməsinə əsasən İddiaçı mənzilin ½ hissəsinə mülkiyyət hüququnun tanınmasına əhəmiyyət vermədən, mənzildə aparılmış təmir-tikinti işləri barədə İddiaçı məlumatlı olubolmamasını aydınlaşdırmadan, Cavabdeh2 mənzildə apardığı təmir-tikinti xərclərinin ½ hissəsini İddiaçı tələb etdikdən sonra sonuncunun hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsini nəzərə almadan və hansı dəlillərə əsasən Cavabdeh2 apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən, yalnız işdə iştirak edən şəxslərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini, həmçinin birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmiş halları və sair qətnaməyə köçürməklə öz vəzifəsini bitmiş hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi mənzilə dair texniki pasport verilərkən Reyestr Xidmətinin mütəxəssisləri tərəfindən mənzilə baxış keçirilib-keçirilmədiyini, texniki pasportun mənzilin mövcud vəziyyəti üzrə verilib-verilmədiyini, mənzildə aparılmış təmirtikinti işlərinin mənzilin layihə sənədlərinə uyğun gəlib-gəlmədiyini, Cavabdeh2 mənzilin daxilində apardığı təmir-tikinti işlərini aidiyyəti orqanlarla razılaşdırıb-razılaşdırmadığını aydınlaşdırmadan və bu barədə işə əlavə edilmiş sübutlara, o cümlədən ekspert rəyinə obyektiv baxıb hüquqi qiymət vermədən, yalnız İddiaçı istinad etdiyi arqumentlərə əsaslanaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, hesab edir ki, Samirə Samlanova iddiasının hüquqi əsasını təşkil edən yuxarıda sadalanan normaların dispozisiya şərtlərini sübuta yetirə bilməmişdir. Belə ki, sözügedən mənzilin hər birinin ½ hissədə payı müəyyən edilməklə tərəflərin ümumi paylı mülkiyyətində olması və Cavabdeh2 tərəfindən həmin mənzildə təmir və yenidənqurma işlərinin aparılması işin mübahisəsiz halları olsa da, İddiaçı mənzildə dəyişiklik edilməsi barədə xəbərdar olmaması və bu dəyişikliklərin onun üçün əhəmiyyətli dərəcədə əlverişsiz və sərfəsiz olması iş materialları ilə təsdiqlənmir, eyni zamanda iddiaçı da məhkəməyə bunlarla bağlı kifayət qədər mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Əksinə, işin aşağıda sadalanan faktiki halları və onların xronologiyası qeyd olunan mübahisəli halların mövcudluğunu şübhə altına alır. Birincisi, iddiaçı mənzilin texniki pasportu ilə mövcud vəziyyəti arasında uyğunsuzluq olduğunu bildirsə də, işdən mübahisəsiz qaydada müəyyən olunur ki, iddiaçının mənzilin ½ hissəsinə mülkiyyət hüququ mənzildə yenidənqurma və təmir işləri aparıldıqdan sonra məhkəmənin qətnaməsinə (29.12.2016-cı il tarixli) əsasən tanınmış, mənzilə dair texniki pasport verilmiş (23.01.2018-ci il tarixdə) və daşınmaz əmlakın dövlət reyestrindən onun adına qeydiyyatdan keçmişdir (26.01.2018-ci il tarixdə). Bu isə o deməkdir ki, texniki pasport mənzilin mövcud vəziyyətinə uyğun deyil, iddiaçının bildirdiyinə görə mənzilin layihə sənədlərinə uyğun tərtib olunmuşdur. Lakin sözügedən layihə sənədləri iş materillarına əlavə olunmadığından mənzilin layihə üzrə ilkin vəziyyətinin necə olması, həmçinin mənzilin texniki pasportunun onun ilkin layihə sənədlərinə uyğun olub-olmadığı iş materialları ilə müəyyən edilmir. Belə olan halda, Kollegiya iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.11.2018-ci il tarixli ekspert rəyini mübahisəli halların müəyyən edilməsi baxımından mötəbər sübut kimi qəbul etmir. Belə ki, rəyin məzmunundan da göründüyü kimi ekspert mənzildə konstruktiv dəyişiklərin aparıldığını müəyyən edərkən, həmin mənzilin ilkin layihə sənədlərinə deyil, mənzilə dair 23.01.2018-ci il tarixdə - yəni dəyişikliklər aparıldıqdan sonra tərtib edilmiş texniki pasporta istinad etmişdir. Eyni zamanda, işdən görünür ki, iddiaçı mənzilin əvvəlki vəziyyətə qaytarılması barədə hazırkı iddia tələbini cavabdeh tərəfindən 2017-ci ildə mənzilin təmirinə dair çəkdiyi xərclərin bölünməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət olunduqdan sonra qaldırmışdır. Bu hal isə məhkəmədə iddiaçının hazırkı iddianı qaldırmaqda əsl məqsədinin əslində mənzilin təmir xərclərinin bölünməsindən yayınmaq olduğu ilə bağlı şübhə yaratmaqla, iddiaçının mənzildə edilmiş dəyişikliklər barədə xəbərdar olmaması qənaətinə gəlməyə imkan vermir. Qeyd edilən halı iddiaçı məhkəmə iclasında vermiş olduğu izahatında da bildirmişdir. Digər tərəfdən, mənzildə edilmiş dəyişikliklərin həmin mənzilin paylı mülkiyyətçisi kimi iddiaçının razılığı alınmadan edildiyi qəbul olunsa belə, mənzilin əvvəlki vəziyyətinə qaytarılması üçün sözügedən dəyişikliklərin iddiaçı üçün əhəmiyyətli dərəcədə sərfəsiz və əlverişsiz olması, mənzildən istifadədə ona ciddi çətinliklər yaratması təsdiq olunmalıdır. Hazırda iddiaçı, mənzilin əvvəlki vəziyyətinə qaytarılmasını tələb edərkən, mövqeyini belə əsaslandırır ki, baş vermiş dəyişiklik nəticəsində mənzilin mətbəxi balkona çıxarıldığı üçün mətbəxə yalnız otaqdan daxil olmaq mümkündür. Belə olan təqdirdə, tərəflərin mətbəxdən sərbəst, yəni bir-birinə mane olmadan istifadə etməsi mümkün deyildir, belə ki, mətbəxə onun qarşısındakı (dəyişikliyə məruz qalmış) otaqdan giriş-çıxış həmin otaq sahibinin narazılığına səbəb ola bilər. Məhkəmə kollegiyası, iddiaçının mövqeyi ilə razılaşmayaraq bildirir ki, digər Cavabdeh1 MMC-nin işdə olan 28.04.2018-ci il tarixli məktubundan görünür ki, MMC-nin komendantı X1 tərəfindən baxış keçirilərək, mənzilin layihə sənədi ilə hazırkı vəziyyəti müqayisə edilmişdir. Baxış zamanı mənzilin daxilində bir çox əsaslı konstruktiv dəyişikliklər aparılaraq, mənzilin iki otaqlıdan üç otaqlıya dəyişdirilərək, sahəsi 22,2 kv.metr olan yaşayış otağı sahəsi 4,7 kv.metr olan eyvanla birləşdirilərək, sonradan arakəsmə ilə bir hissəsi yaşayış otağı, digər hissəsi isə mətbəx otağı kimi inşa olunmuş, sahəsi 1,9 kv.metr olan sanitar qovşağı sökülərək həmin sahə dəhlizə əlavə olunmuşdur. Eyni zamanda, iddiaçı tərəfindən təqdim olunmuş mənzilin mövcud vəziyyətini özündə əks etdirən fotoşəkillərə əsasən müəyyən olunur ki, mənzil 3 yaşayış otağı, 1 mətbəx və 1 sanitar qovşağından ibarət olmaqla, otaqlardan ikisi yataq, bir qonaq otağı kimi istifadə olunur, mətbəx isə qonaq otağına bitişik eyvana köçürülmüşdür. Göründüyü kimi, mənzilin dəyişikliklərdən sonrakı mövcud vəziyyəti iddiaçının bildirdiyi kimi, onun üçün əlverişsiz olmamaqla, paylı mülkiyyətçilərin mənzildən rahat istifadə etmələri baxımından ilkin vəziyyətindən daha sərfəlidir. Belə ki, mənzilin ilkin sxemində biri qonaq, biri yataq otağı olmaqla, iki yaşayış otağı nəzərdə tutulmuş, sonradan edilmiş dəyişikliklər nəticəsində isə otaqların sayı artırılaraq iki yataq, bir qonaq otağından ibarət olmuşdur. Bu bölgü tərəflərin hər birinin istifadəsində ayrıca bir yaşayış otağının olmasına, qonaq otağının, mətbəxin və sanitar qovşağının isə ümumi istifadədə olmasına imkan verməklə, mətbəxə giriş-çıxışın qonaq otağından olmasının tərəflərin heç birinin mənzildən rahat istifadəsində çətinlik yaratmadığını göstərir. Beləliklə, Kollegiya qeyd olunanları nəzərə alaraq, bu qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-105/2019 saylı iş üzrə 22 fevral 2019-cu il tarixli qətnaməsi “ilkin iddianın təmin olunması” hissəsində ləğv olunsun və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı “Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 137A, mənzil 22 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Rəşad Həsənov Hakimlər Şeyda Məhərrəmova Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-5496/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5496/2021
15.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver