Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5497/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı “İddiaçı Cavabdehnə qarşı – əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqı tələbinə dair mülki iş üzrə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin e- 2(003)-1932/2024 saylı, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin işdən azad etmə əmrinin ləğv olunaraq, İddiaçı Bəhman oğlunun öz işinə bərpa olunması və məcburi işburaxmaya görə əməkhaqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1932/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək, Vətən-N Mühafizə Xidməti” MMC-nin İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 21 fevral 2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin “2a” bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı) xitam verilməsinə dair Cavabdeh MMC-nin X/173 saylı, 21 fevral 2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-yə “Mühafizəçi” vəzifəsinə bərpa edilməsi, 21 fevral 2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı əlavə qətnamə çıxarılması barədə ərizə ilə müraciət edərək, məcburi işburaxmaya görə əmək haqqının ödənilməmiş hissəsinin tam ödənilməsi barədə əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmədə Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul edərək, izahatında göstərmişdir ki, İddiaçı və digərlərinə əməkhaqqı MMC-nin məsul şəxsi X4 tərəfindən ödənilməsi üçün ona verilmişdir. Lakin onlara məlum olmuşdur ki, Orxan İslamov əməkdaşların əməkhaqqlarını mənimsəmişdir. Buna görə də onunla bağlı zəruri hüquqi addımlar atılacaqdır. İddiaçı ümumiyyətlə əmək haqqının ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, məhkəmənin məcburi işburaxmaya görə təyin etdiyi əməkhaqqı məbləği işin faktiki hallarına uyğun deyildir. İddiaçı Bəhman oğlunun məcburi işburaxmaya görə əməkhaqqısı xx.xx.2023-cü ildən hesablanmalıdır. İddiaçı ərizəsinə əlavə olaraq izahat ünvanlayaraq göstərmişdir ki, Əmək Müqavilələrinə dəyişiklik mənim razılığım alınmadan, qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməmişdir. Ona 2023-cü ilin fevral ayından əmək haqqı ödənilməmişdir. İlk əvvəl əmək haqqının ümumi hesablanaraq ödəniləcəyi haqda bildirilsə də, daha sonra "xxxx" MMC-nin məsul şəxsi X4 ona xx.xx.2023-cü il tarixində postda olduğu vaxt telefonla zəng edib demişdir ki, əmək haqqını bank kartına köçürülməsini tələb etdiyi üçün o, artıq Cavabdeh əməkdaşı deyil, xx.xx.2023-cü il tarixindən işdən azad olunmağı barədə əmr verilmişdir. Məhkəmə baxışı zamanı iclas zalında iştirak edən X4 özü bunu təsdiq etmişdir. Eyni zamanda, məhkəməyə bu qanunsuzluq barəsində X3 və Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciətlər etməyi barədə sənədlər təqdim etmişdir. Lakin məhkəmə iddia tələblərinin 2023-cü ilin fevral ayından başlayaraq ödənilməmiş əməkhaqqı məbləğinin verilməsi ilə bağlı, eləcə də məcburi işburaxmanın 2023-cü ilin sentyabr ayından etibarən əmək haqqının hesablanması hissəsinə dair e-2(003)- 1932/2024 saylı qətnamədə cavabdehin üzərinə hər hansı öhdəlik qoymamışdır. e-2(003)- 1932/2024 saylı mülki iş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixində qəbul etdiyi qətnamədə məcburi işburaxmaya görə təyin edilən əməkhaqqı məbləği işin faktiki hallarına uyğun deyil, onun işdən azad olunması barədə Cavabdeh X/173 saylı, 21 fevral 2024-cü il tarixli əmrdən sonrakı dövrü əhatə etmişdir. Qətnamədə məhkəmə təhqiqatında sübut olunan ödənilməmiş əməkhaqqı 2023-cü ilin fevral ayından 2024-cü ilin fevral ayına qədər olan müddət və məcburi işburaxma müddəti olaraq 2023-cü ilin sentyabr ayı deyil, 2024-cü ilin 21 fevral tarixi götürülmüşdür. 2023-cü ilin fevral ayından başlayaraq 2023-cü ilin sentyabr ayına qədər ödənilməmiş əmək haqqının, 2023-cü ilin sentyabr ayından başlayaraq 2024-cü ilin fevral ayına qədər, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqı hissəsinin tam ödənilməsi barədə əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixdə “əlavə qətnamə” qəbul edərək İddiaçı Vətən-N Mühafizə Xidməti” MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə əlavə qətnamənin çıxarılmasından imtina etmişdir. Həmin aktdan iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini, ərizəsinin təmin edilməsi barədə əlavə qətnamənin qəbul edilməsini xahiş etmiş, şikayətini ərizəsinə uyğun olaraq əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı hər hansı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi və şikayətin dəlillərinə uyğun izahat verdi Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq Xəzər Rayon Məhkəməsinin e-2(003)-1932/2024 saylı, xx.xx.2024-cü il tarixli “əlavə qətnamə”si ləğv edilməklə iş əlavə qətnamə barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şikayətin dəlillərindən asılı olmayaraq kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, hazırki iş üzrə İddiaçı əlavə qətnamə çıxarılması barədə ərizə ilə müraciət edərək, məcburi işburaxmaya görə əmək haqqının ödənilməmiş hissəsinin tam ödənilməsi barədə əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi göstərilən ərizəyə münasibətdə qanunvericiliyə əsasən qəbul edilməli məhkəmə aktını düzgün müəyyənləşdirməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 229.1-ci maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə həmin maddənin yarımbəndlərində göstərilən hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Həmin Məcəllənin 229.3-cü maddəsinə əsasən isə əlavə qətnamə və ya əlavə qərardad çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən və ya əlavə qərardaddan şikayət verilə bilər. Göstərilən normaların məzmunundan göründüyü kimi iş üzrə əlavə qətnamənin qəbul edilməsi ilə bağlı ərizəyə münasibətdə məhkəmənin qəbul edə biləcəyi iki qərar növü mövcuddur: ya ərizə təmin edilərək əlavə qətnamənin çıxarılması qət edilə bilər, ya da ərizə təmin edilməyərək əlavə qətnamənin çıxarılmasından imtina barədə qərardad qəbul edilə bilər. Lakin hazırki iş üzrə birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi qənaətinə gəlsə də, bu barədə qərardad deyil, birbaşa olaraq əlavə qətnamənin özünü qəbul etmiş və ərizənin nəticəsini mülki prosessual qanunvericiliyin qətnamələrlə bağlı tələblərini tənzimləyən normalara əsasən yekunlaşdırmışdır. Bu da məhkəmə tərəfindən prosessual normaların pozulmasına gətirib çıxarmışdır. Bundan əlavə işin hallarından görünür ki, iddiaçı birinci instansiya məhkəməsində işə bərpa tələbi ilə yanaşı məcburi işburaxmaya görə əmək haqqı tələbini də müdafiə etmiş, həmin müddətin xx.xx.2024-cü il tarixdən deyil, xx.xx.2023-cü il tarixdən hesablanmalı olduğunu qeyd etmişdir (iddia tələbində konkret bu cür ifadə edilməmiş və bu hal özünü məhkəmə iclas protokolunda əksini tapmışdır). Cavabdeh isə iddia tələbini qəbul edərkən məhz xx.xx.2024-cü il tarixdən məcburi işburaxmaya görə əməkhaqqının hesablanmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Bu halda birinci instansiya məhkəməsi tələbi dəqiqləşdirərək iddiaçının konkret olaraq nə vaxtdan etibarən məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsini və ya son haqq-hesabın düzgün verilib-verilməməsini tələb etdiyini öyrənməli, məhkəmə qətnaməsi də həmin tələbə münasibətdə qəbul edilməli idi. Lakin hazırda birinci instansiya məhkəməsi “iddianın tam təmin edilməsi” qənaətinə gəlsə də, iddiaçı onun tələbinin tam olaraq təmin olunduğu kimi məcburi işburaxma dövrünün xx.xx.2024-cü ildən hesablanması deyil, xx.xx.2023-cü ildən hesablanması olduğunu bildirmiş və məhz buna görə də əlavə qətnamənin qəbulu ilə bağlı məhkəməyə müraciət etmək zərurətində qalmışdır. Birinci instansiya məhkəməsi isə bu hallara aydınlıq gətirmədən yanlış nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin “əlavə qətnamə”si (əslində, qərardad kimi qəbul olunmalı) ləğv edilməli, iş əlavə qətnamənin qəbul edilməsi barədə ərizəyə yenidən baxılması və əsaslandırılmış məhkəmə aktının qəbulu üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin e-2(003)-1932/2024 saylı, xx.xx.2024-cü il tarixli “əlavə qətnamə”si (əslində, qərardad kimi qəbul olunmalı) ləğv olunsun və İddiaçı əlavə qətnamə çıxarılması barədə ərizəsinə yenidən baxılması üçün mülki iş materialları həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-5497/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5497/2024
25.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver