Məhkəmə qərarları › İş №2(103)-5502/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5502/2025

17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5502/2025 17.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı iş üzrə (Açar sözlər: əsassız borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, İmanov Azad Nizami oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. **********00001 nömrəli abonent X2 məxsus saldodan görünür ki, abonentə qalıq və aktlar üzrə 2021-ci ilin sonu üçün 1530 manat, 2022-ci ilin sonu üçün 5572.80 manat, 2023-cü ilin sonu üçün 3758.4 manat, 2024-cü ilin sonu üçün 1771.20 manat, cəmi 12632.40 manat borc hesablanmışdır.

2. Abonent hesabı iddiaçının mərhum əri X1 adına qeydiyyatda olmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli,0373433 saylı, xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı; xx.xx.2024cü il tarixli, ******* saylı aktlara əsasən dəymiş zərər kimi müəyyən olunan 12632,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən həyət evi iddiaçıya məxsusdur. Həmin evə **********00001 abonent kodu üzrə qaz sayğacı quraşdırılmışdır. Abonen hesabı mərhum əri X1 adına qeydiyyatda qalmışdır. Bir müddət əvvəl müəyyən etmişdir ki, mərhum ərinin adına olan **********00001 saylı abonent hesabında borc məbləği yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edəndə orada mənə sənədlər təqdim edildi. Təqdim edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2023- cü il tarixli, ******* saylı; xx.xx.2023- cü il tarixli,0373433 saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı aktlardan və ziyanın bərpasına dair tələbnamələrdən mənə aydın oldu ki, güya evimdə sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazdan istifadə halı aşkar edildiyinə görə akt tərtib edilmiş, qaz itkisi müəyyən edilərək abonent hesabıma ümumilikdə 12632,40 manat dəymiş zərər məbləği yazılmışdır. İddiaçı tərtib edilmiş aktlarla razı deyil. Çünki onun evində heç vaxt sayğacdan kənar qazdan istifadə edilməyib. Hesab edir ki, Cavabdeh əməkdaşları yalnışlığa yol vərərək, onun evində sayğacdan kənar qazdan istifadə edildiyini zənn edərək, aktlar tərtib etmişlər. Bundan əlavə hətta sayğacdan kənar qazdan istifadə halı həqiqətən də müəyyən edilmiş olsaydı belə, bu halda da dəymiş ziyan məbləği düzgün hesablanmamışdır. Belə ki, iddiaçının evində qazla işləyən yeganə cihaz 4 gözlü qaz plitəsidir. Həmin plitənin də qaz sərfiyyatı aktlarda qeyd edilən həçmdə deyil. Lakin tələbnamələrdə dəymiz ziyanın məbləği mənzildə olan qaz qurğusunun sərfıyyatına, eləcə də mənzilin yaşayış olan otaqlarının sahəsinə uyğun hesablanmamışdır. Tələbnamələrdən görünür ki, evində olan günlük qaz sərfiyyatı həddən artıq yüksək və həqiqətə uyğun olmayan həcmdə müəyyən edilmişdir. Onun evində heç vaxt bu həcmdə qaz sərfiyyatı olmayıb və olması da mümkün deyildir. Borc məbləğləri qanunsuz yazıldığına və əsassız hesablandığına görə silinməlidir. Göründüyü kimi, Cavabdeh əməkdaşları sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halını dəqiq müəyyənləşdirmədən əsassız və şişirdilmiş dəymiş ziyan məbləği hesablayaraq, onun hesabına borc məbləği yazmışlar və bununla da qanunvericiliyin tələblərini pozmuşlar.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli, 2(008)-296/2025 nömrəli iş üzrə) iddia tələbi təmin edilmişdir.

6. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddia tələbinin xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli,0373433 saylı, xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı aktlara əsasən abonentə hesablanmış cərimələrin silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən aktlar xx.xx.2022-ci il tarixdən sonraki dövürdə tərtib edildiyindən və istehlakçının məsuliyyətə cəlb edilmədiyindən sözügedən akt əsasında iddiaçıya hesablanmış cərimə borcları silinməlidir. Bundan sonra məhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı aktlara əsasən hesablanmış cərimənin silinməsi hissəsinə münasibət bildirərək, məhkəmə sözügedən aktlarda istehlakçının imzasının olmaması, həmin aktlara əlavə edilmiş fotoşəkillərin çəkilmə tarixi ilə aktların tərtib edilmə tarixləri arasında hər birinə münasibətdə 10 gün fərq edilməsini, fotoşəkillərin məhz iddiaçıya məxsus olan evə aid olmasını təsdiq edən sübutların olmamasını, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-3/361/2025 nömrəli rəyi nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı aktlara əsasən abonentə hesablanmış cərimə borcları silinməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçıya aid olan **********00001 abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanuna zidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, habelə bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 25 .02.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa 13.8-1-ci maddəsi əlavə edilmiş və sözügedən maddə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir.

16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13, bənd 8-1. (2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

21. Məhkəmə kollegiyası iddia tələbinə düzgün qiymət verilməsi üçün ilk növbədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərini qeyd etməyi zəruri hesab edir. 22.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 23.Məhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı aktlara əsasən hesablanmış cərimənin silinməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, sözügedən aktlarda istehlakçının imzasının olmaması, həmin aktlara əlavə edilmiş fotoşəkillərin çəkilmə tarixi ilə aktların tərtib edilmə tarixləri arasında hər birinə münasibətdə 10 gün fərq edilməsini, fotoşəkillərin məhz iddiaçıya məxsus olan evə aid olmasını təsdiq edən sübutların olmamasını, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2- 3/361/2025 nömrəli rəyi nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı aktlara əsasən abonentə hesablanmış cərimə borcları silinməlidir. 24.Kollegiya birinci instasnsiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşır. 25.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 25 .02.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa 13.8-1-ci maddəsi əlavə edilmiş və sözügedən maddə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir.

26. Həmin qaydaların tələblərinə əsasən, sayğaca müdaxilə halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 27.Məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli,0373433 saylı, xx.xx.2023-cü il tarixli ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı; xx.xx.2024-cü il tarixli, ******* saylı aktlara əsasən abonentə hesablanmış cərimələrin silinməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, sözügedən aktlar xx.xx.2022-ci il tarixdən sonraki dövürdə tərtib edildiyindən və istehlakçının məsuliyyətə cəlb edilmədiyindən sözügedən akt əsasında iddiaçıya hesablanmış cərimə borcları silinməlidir. 28.Kollegiya birinci instasnsiya məhkəməsinin qeyd edilən hissədəki mövqeyi ilə də razılaşır. 29.Eyni zamanda birinci instansiya məhkəməsində keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2- 3/361/2025 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.

30. “Qaz paylayıcısı” dedikdə alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti nəzərdə tutulur.

31. Göründüyü kimi, qanunvericiliklə qaz paylayıcısının, yəni Cavabdeh üzərinə sayğaca müdaxilə halları aşkar edildikdə tərtib etdiyi aktı adı keçən orqanlara təqdim etməsi vəzifəsi qoyulmuş və konkret olaraq müəyyən edilmişdir ki, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. 32.Lakin iş materiallarını araşdıran məhkəmə kollegiyası müəyyən etmişdir ki, həmin aktlar tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir.

33. Qeyd olunan hal isə (müvafiq orqanların və ya məhkəmənin qərarı olmadan vurulmuş zərərin tələb edilməsi) qanunvericiliyin tələblərinin bilavasitə pozulmasıdır, qanunvericiliyin tələbləri pozulmaqla tələb olunan borc məbləği isə silinməlidir. 34.Baxılan iş üzrə iddiaçı fiziki şəxsdir. Cavabdeh məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktlarla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır.

35. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı).

36. Belə olan halda, həmin sənədlərin mötəbərliyi şübhə altında olduğundan istehlakçının, yəni iddiaçının adına hesablanmış borcun əsaslı olmasını təsdiq etmir. 37.Şərh olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyə əsaslanaraq yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onların mötəbərliyini nəzərə almaqla istifadə etmiş, cavabdeh isə iddia tələbinə etirazının dəlillərini sübut edə bilməmiş və formal mülahizələrə əsaslanmışdır. Nəticədə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlarla əsaslandırmış və iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur.

38. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 40.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 23 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar