Məhkəmə qərarları › İş №2(103)-5504/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5504/2020

05.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5504/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-742/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə mirasın qəbul edilməsi və müddətin buraxılmaması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsindəki 10 nömrəli binanın atası X1 mülkiyyətində olmuş iki otaqlı 11 nömrəli mənzilinin ata və anası X2 ölümlərindən sonra onun vərəsə kimi faktiki olaraq qəbul etmək faktının müəyyən edilməsi, bununla da onun mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətin tərəfindən buraxılmaması və ona həmin əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin Gədəbəy notariat ofisinin müdirinə həvalə edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-742/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Qətnamədən Ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosesual hüquq qormalarının pozulması ilə çıxarıldığı üçün əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında maraqlı şəxsə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizəni baxılmamış saxlayır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. Hazırki iş üzrə, Maraqlı şəxs xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, o, vərəsəliyin qəbul müddətini keçirdiyinə görə və qardaşı X4 ilə aralarında mübahisə olduğuna görə ona Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyildir. Vərəsəliyin qəbul müddətini bərpa etdikdən və qardaşı X4 ilə aralarında olan mübahisəni həll etdikdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək olar. Ona görə də həmin miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməlidir. Ərizəçi xüsusi icraat qaydasında vərəsə kimi mirasın faktiki olaraq qəbul etmək faktının müəyyən edilməsini, bununla da onun mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətin tərəfindən buraxılmaması və ona həmin əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin Gədəbəy notariat ofisinin müdirinə həvalə edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi, ərizədəki tələblərin bir hissəsi xüsusi icraat qaydasında baxılmalı olsa da, digər hissəsinə-əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin Gədəbəy notariat ofisinin müdirinə həvalə edilməsi hissəsi isə iddia icratı qaydasında baxılmalıdır. Yəni, sonuncu tələb üzrə iddiaya cavab verməli olan şəxs göstərilməlidir ki, xüsusi icraat qaydasında bunun göstərilməsi mümkün deyil. Çünki, xüsusi və iddia icraatları üzrə baxılan işlərin fərqi həm də ondadır ki, birincidə hər hansı bir mübahisə olmur, ikincidə isə gərək mübahisə olsun ki, işə bu icraat qaydasında baxılsın. Gədəbəy notariat ofisinin ərizəçinin müraciətinə cavab məktubunda da, yəni həm notariat ofisi ilə, həm də miras əmlakı qəbul etməyə iddialı olan ərizəçinin qardaşı ilə mübahisənin olması açıq-aşkardır. Buna görə də xüsusi icraat qaydasında ərizədə göstərilən məsələlərin həlli mümkünsüz vəziyyətə gəlir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.1, 391, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi qəraraaldı: Ərizəçi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-742/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi Maraqlı şəxs cəlb edilməklə mirasın faktiki olaraq qəbul etmək faktının müəyyən edilməsini, bununla da onun mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətin tərəfindən buraxılmaması və ona həmin əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin Gədəbəy notariat ofisinin müdirinə həvaləedilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan, şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar