Məhkəmə qərarları › İş №2(103)-5504/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5504/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5504/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ilk iddia, İddiaçı X11 cavabdehlər "xxxx" MMC-yə və İddiaçı qarşı qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə (Açar sözlər: ilk iddia: müqavilə öhdəliklərinin məcburi qaydada icra edilməsi, mülkiyyət hüququnun tanınması, qanunsuz hərəkətlərə son qoyulması və mənzilin sahibliyə verilməsi; Qarşılıqlı iddia: daşınmaz əmlaka sahiblik və istifadə hüquqlarının tanınması, maneələrin qadağan edilməsi, əmlakın təhvil verilməsi və əmlakın dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin təqdim edilməsi) X20 İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və X1 ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı Viktoronanın nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-475/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qətnaməsindən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan "xxxx" MMC-nin direktoru X15 ilə İddiaçı arasında bağlanmış 28 yanvar 2009-cu il tarixli, 28/A saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin tarixdə tərəflər arasında müqavilə bağlanmışdır və həmin müqaviləyə əsasən Satıcı ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı yaşayış sahəsimənzili Alıcının mülkiyyətinə verməyi, Alıcı isə 2 otaqlı mənzilin hər kvadrat metri üçün 800 ABŞ dolları, Azərbaycan Respublikasının Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öhdəsinə götürmüş, ümumi məbləğ isə 81200 ABŞ dolları kimi göstərilmişdir.

2. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 28 yanvar 2009- cu il tarixli maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 2 saylı yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu yaşayış binasının 13-cü mərtəbəsində ümumi tikinti sahəsi 101.5 kv.m olan 2 otaqlı 51 saylı mənzilin pay dəyəri Payçı İddiaçı tərəfindən tam ödənilmişdir və onun "xxxx" MMC-yə borcu yoxdur.

3. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 876/2022 saylı, 11 aprel 2022-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzil tələbinə dair iddiası təmin edilmiş, 28 yanvar 2009cu il tarixli, 28/A saylı müqavilə üzrə öz öhdəliklərini icra etməsi və ünvan 1 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m olan 2 otaqlı mənzilin iddiaçı yaşayış sahəsi İddiaçı təhvil verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə vəzifə kimi qoyulması qət edilmişdir.

4. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6704/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-876/2022 saylı, 11 aprel 2022-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və mülki işin ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 3177/2022 saylı, 12 dekabr 2022-ci il tarixli qərardadından görünür ki, e-2(011)-3177/2022 nömrəli mülki işin 2(011)-7140/2022 nömrəli mülki işlə birləşdirilməsi qərara alınmışdır.

6. İş materiallarında olan "xxxx" MMC-si tərəfindən “Pro Bono” vəkil bürosunun vəkili Ələsgər Hüseynliyə ünvanlanmış 08 may 2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, ümumi sahəsi 101.5 kv.m olan 2 otaqlı 51 saylı mənzil X14 məxsusdur. Həmin mənzilin alqı-satqısı barədə X9 345 saylı, 08 yanvar 2014-cü il tarixli müqavilə imzalanmış və həmin tarixdə ona maliyyə arayışı verilmişdir. Sonra onunla qarşılıqlı münasibətləri tənzimləyən 196 saylı, 15 aprel 2016-cı il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən mənzil X14 təhvil verilmişdir. "xxxx" MMC-nin İddiaçı adlı sakininin olması və 51 saylı mənzilin ona satılması barədə hər hansı bir sənəd mövcud deyildir. İddiaçı adına "xxxx" MMC tərəfindən verilən müqavilə ilə guya 51 saylı mənzil ona satılmışdır. Halbuki, "xxxx" MMC-nin "xxxx" MMCnin inşa etdiyibinalara heç bir aidiyyəti yoxdur. Onu da əlavə etmişdir ki, İddiaçı "xxxx" MMC-nin təsisçilərindən biri olmuş X3 yaxın qohumudur və 28 yanvar 2009-cu il tarixli saxta müqavilə də onun tərəfindən tərtib olunmuşdur. Bir daha bildirmişdir ki, "xxxx" MMCnin İddiaçı adlı sakini yoxdur.

7. İş materiallarında olan "xxxx" MMC-nin direktoru X15 ilə X17 arasında bağlanmış 08 yanvar 2014-cü il tarixli, 345 saylı müqavilənin surətindən görünür ki, həmin tarixdə tərəflər arasında müqavilə bağlanmışdır və həmin müqaviləyə əsasən Satıcı ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı 51 nömrəli mənzili Alıcıya təhvil verməyi, Alıcı isə hər kvadrat metr üçün 631 manat ödəməyi öhdəsinə götürmüş, ümumi məbləğ isə 64000 manat kimi göstərilmişdir.

8. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 08 yanvar 2014- cü il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 2 saylı yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu yaşayış binasının 13-cü mərtəbəsində ümumi tikinti sahəsi 101.5 kv.m olan 2 otaqlı 51 saylı mənzilin pay dəyəri Payçı X17 tərəfindən tam ödənilmişdir və onun "xxxx" MMC-yə borcu yoxdur.

9. İş materiallarında olan "xxxx" MMC-nin icraçı direktoru X16 ilə X17 arasında bağlanmış 15 aprel 2016-cı il tarixli, 196 nömrəli Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə müqavilənin surətindən görünür ki, həmin tarixdə tərəflər arasında müqavilə bağlanmışdır və həmin müqaviləyə əsasən Müəssisə Sakinə 08 yanvar 2014-cü il tarixli, 345 saylı alqı-satqı müqaviləsinə əsasən satdığı və ümumi sahəsi 101.5 kv.m olan 51 saylı mənzili tikinti normalarına uyğun şəkildə təhvil verməyi öhdəsinə götürmüşdür.

10. İş materiallarında olan 25 iyul 2019-cu il tarixli “Götürmənin keçirilməsi haqqında” protokolun surətindən görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi X2 icraatında olan ********* nömrəli cinayət işi üzrə X11 könüllü olaraq təqdim etdiyi "xxxx" MMC-nin inşa etdiyi 2 saylı binanın 13-cü mərtəbə, 101.4 kv.metr sahəsi olan 2 otaqlı mənzilin satılması ilə bağlı rəsmiləşdirilmiş 08 yanvar 2014-cü il tarixli müqavilənin, həmin tarixli maliyyə arayışının əsllərini götürmüşdür.

11. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış İAMAS bazasındakı məlumatlardan görünür ki, xx xxxxxx 1970-ci il təvəllüdlü İddiaçı 2009-cu il tarixdən 14 dekabr 2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: Tarix-20 avqust 2008 ci il, istiqamətçıxış, tarix-10 may 2009-cu il, istiqamət-giriş;

12. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlanmış iddiaçı X12 iddia ərizəsinin surətindən görünür ki, Fuad Tağıyev cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə öhdəliklərinin icra edilməsi tələbinə dair iddia ərizəsində cavabdeh "xxxx" MMC ilə 28 yanvar 2009-cu il tarixdə bağlanmış 28/B saylı müqavilə əsasında ödənilmiş 126.080 ABŞ dollarının, müqavilə öhdəliklərinin icra edilmədiyi andan (xx.xx.2011-ci il tarixdən) etibarən hər il üçün əldən çıxmış fayda qismində illik 14% olmaqla 3 ilin əvəzi olaraq 52953 ABŞ dollarının və mənəvi ziyana görə 50000 manat pulun, ümumilikdə 179033 ABŞ dollarının və 50000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1168/2015 saylı, 22 aprel 2015-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı X12 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.

14. İş materiallarında olan "xxxx" MMC-nin direktoru X15 ilə X21 arasında bağlanmış 28 yanvar 2009-cu il tarixli, 28/B saylı müqavilənin surətindən görünür ki, həmin tarixdə tərəflər arasında müqavilə bağlanmışdır və həmin müqaviləyə əsasən Satıcı ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 157.6 kv.m-dən ibarət olan 3 otaqlı yaşayış sahəsi-mənzili Alıcının mülkiyyətinə verməyi, Alıcı isə hər kvadrat metr üçün 800 ABŞ dolları, Azərbaycan Respublikasının Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öhdəsinə götürmüş, ümumi məbləğ isə 126.080 ABŞ dolları kimi göstərilmişdir.

15. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 28 yanvar 2009- cu il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 2 saylı yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu yaşayış binasının 11-ci mərtəbəsində ümumi tikinti sahəsi 157.6 kv.m olan 3 otaqlı 43 saylı mənzilin pay dəyəri X4 tərəfindən tam ödənilmişdir və onun "xxxx" MMC-yə borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli, 4/1362-5/1123 nömrəli ekspert rəyindən görünür ki, əksi ekspertizaya təqdim edilmiş, mülki işin 44-45-ci vərəqələrində olan 08 yanvar 2014-cü il tarixli 345 nömrəli “Müqavilə”nin kserosurətinin 1- ci vərəqinin aşağı sol hissəsində olan imza və 2-ci vərəqinin aşağı sol hissəsində “Satıcı” qrafasında olan imza; mülki işin 46-cı vərəqində olan 08 yanvar 2014-cü il tarixli “Maliyyə arayışı”nın kserosurətinin aşağı hissəsində “Sahil-D Kompani MMC-nin direktoru:” qrafasında olan imza ilə mülki işin 47- 48-ci vərəqələrində olan 28 yanvar 2009-cu il tarixli 28/A nömrəli “Müqavilə”nin kserosurətinin 2-ci vərəqinin aşağı sol hissəsində “7. Tərəflərin imzaları. Direktor:Cəfərov M.İ.” qrafasında olan imza; mülki işin 49-cu vərəqində olan 28 yanvar 2009-cu il tarixli “Maliyyə arayışı”nın kserosurətinin aşağı hissəsində “Sahil-D Kompani MMC-nin direktoru:” qrafasında olan imza – öz aralarında EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Digər sual üzrə tədqiqat aparılmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

16. İlkin iddia tələbi üzrə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin məcburi qaydada icra edilməsi, mülkiyyət hüququnun tanınması, qanunsuz hərəkətlərə son qoyulması və mənzilin sahibliyə verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, o, İddiaçı, 28 yanvar 2009-cu il tarixdə X5 şəxsində "xxxx" MMC ilə 28/A saylı müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə uyğun olaraq o, "xxxx" MMC- yə məxsus yeni inşa edilməkdə olan ünvan 1 ünvanında yerləşən 2 saylı binanın 13-cü mərtəbəsindən ümumi sahəsi 101.5 kv.m olan 2 otaqlı mənzili 81.200 (səksən bir min iki yüz) ABŞ dollarına almışdır. Həmin müqavilənin 2.1.2. və 2.1.3-cü bəndlərinə və xx.xx.2009-cu il tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri tərəfindən tam olaraq ödənilmiş və onun heç bir borcu qalmamışdır. Elə həmin müqavilənin 3.2-ci bəndinə əsasən, bina 24 ay ərzində təhvil verilməli idi. Faktiki olaraq almış olduğu mənzil ona müqavilə ilə təqdim edilmiş və bildirilmişdir ki, tikinti işləri tamamlandıqdan sonra mənzilə qapı qoyulacaq və təmin işlərinin aparılmasına icazə veriləcəkdir. Amma bu yaxınlarda mənzilinə qapı qoydurmaq istədikdə məlum olmuşdur ki, mənzilə artıq başqa bir şəxs tərəfindən qapı qoyulmuşdur. Məsələnin araşdırılması ilə bağlı komendanta və MMC-nin hazırki rəhbərliyinə müraciət etsə də, oba bildirilmişdir ki, ola bilər ki, mənzil üçüncü şəxsə də satılmışdır. O, bu cavabdan özünü itirdi. Necə ola bilər ki, 11 ildir aldığı mənzil onun xəbəri olmadan başqa bir şəxsə satılmışdır. Sonradan ona məlum olmuşdur ki, bu MMC-nin fəaliyyətində bir sıra belə halların olması ilə bağlı aidiyyatı qurumlarda araşdırmalar aparılır. Göründüyü kimi "xxxx" MMC-nin rəhbərliyi onun mənzilini başqa şəxsə satmaqla cinayət əməli törətmişdir. Dəfələrlə MMCnin rəhbərliyi ilə danışıqlar və görüşlər aparsa da, bu heç bir nəticə verməmişdir və o, məhkəməyə müraciət etməli olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən o, mənzilin dəyərini tam olaraq ödəmişdir. Satıcı isə müqavilənin 3.2-ci bəndinə əsasən tamamlama işləri yekunlaşdırdıqdan sonra 24 ay ərzində mənzili təhvil verməli olduğu halda öz öhdəliklərinin icrasından yayınmaqdadır.

17. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, iddia ərizəsinin təmin edilərək, cavabdeh "xxxx" MMC-nin üzərinə 28 yanvar 2009-cu il tarixli 28/A saylı müqavilə üzrə cavabdeh "xxxx" MMC-nin üzərinə 28 yanvar 2009-cu il tarixli 28/A saylı müqavilə üzrə cavabdehin öz öhdəliklərini məcburi qaydada icra etməsi, qanunsuz hərəkətlərə son qoyulması və ünvan 4 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m olan 2 otaqlı mənzilin onun sahibliyinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

18. Sonradan iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin təmin edilərək, cavabdeh "xxxx" MMC-nin üzərinə 28 yanvar 2009- cu il tarixli 28/A saylı müqavilə üzrə öz öhdəliklərini məcburi qaydada icra etməsi, qanunsuz hərəkətlərə son qoyulması, mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınması, mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tələb edilən sənədlərin (arayışın, istismara qəbul aktının və zəruri sənədlərin) iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və ünvan 4 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m olan 2 otaqlı mənzilin iddiaçının sahibliyinə (mülkiyyətinə) təhvil verilməsi və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-876/2022 saylı, 11 aprel 2022-ci il tarixli qiyabi qətnaməsinə əsasən İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzil tələbinə dair iddiası təmin edilmiş, 28 yanvar 2009-cu il tarixli, 28/A saylı müqavilə üzrə öz öhdəliklərini icra etməsi və ünvan 1 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m olan 2 otaqlı mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə vəzifə kimi qoyulması qət edilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6704/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 876/2022 saylı, 11 aprel 2022-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və mülki işin ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

21. İddiaçı X17 cavabdehlər "xxxx" MMC-yə və İddiaçı qarşı “daşınmaz əmlaka sahiblik və istifadə hüquqlarının tanınması, maneələrin qadağan edilməsi, əmlakın təhvil verilməsi və əmlakın dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, göstərmişdir ki, X17 ilə cavabdeh "xxxx" MMC arasında 08 yanvar 2014-cü il tarixdə 345 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdeh ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasında, 13-cü mərtəbəsində ümumi tikinti sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı 51 saylı mənzili ona təhvil verməli idi. Müqavilənin 2.1.1-ci maddəsinə əsasən, cavabdeh müqavilədə göstərilən tikintiquraşdırma işlərini layihə sənədlərinə müvafiq olaraq, qüsursuz və dövlət tikinti komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma va qaydalarına, qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə ona təqdim etməli idi. Bunun müqabilində onun, yəni iddiaçı tərəfindən cavabdehə 64000 (altmış dörd min) manat təqdim edilməli idi. Müqavilənin 3.2ci bəndində də cavabdeh tərəfindən bütün işlər tamamlanaraq, Alıcıya təhvil verilməsi göstərilmişdir. Sonradan tərəflər arasında 15 aprel 2016-cı il tarixdə 196 saylı Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə müqavilə imzalanmışdır. Həmin müqavilənin də 1.1-ci maddəsinə əsasən, cavabdeh tərəfindən artıq “sakin” kimi qeyd edilmiş ona 08 yanvar 2014-cü il tarixli 345 saylı alqı- satqı müqaviləsinə əsasən satdığı və ümumi sahəsi 101.5 kv.m olan 51 saylı mənzili tikinti normalarına uyğun olaraq təhvil verməli idi. Bu müqavilə üzrə artıq sakin kimi qəbul edilmiş onunla mənzildən istismar qaydalarına riayət edilməsi ilə bağlı qarşılıqlı öhdəliklər təsdiq edilmişdir. Onun tərəfindən mənzilə görə tam ödəniş həyata keçirilmişdir. Bunu təsdiq edən 08 yanvar 2014-cü il tarixli maliyyə arayışı mövcuddur. Maliyyə arayışında göstərilmişdir ki, mənzilin tam pay haqqı ödənilmiş və müqavilə üzrə hər hansı borc yoxdur. Əlavə olaraq 15 yanvar 2016-cı il tarixli 196 saylı kassa mədaxil orderinin qəbzinə əsasən onun tərəfindən sayğaclara görə 1200 manat ödəniş həyata keçirilmişdir. Bildirmişdir ki, bina tam təhvil verilmiş və artıq sakinlər həmin binada yaşayırlar. Hal-hazırda bağlanmış müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirsə də, cavabdeh tərəfindən mülkiyyətinə təqdim edilməli olan əmlakdan tam sahiblik və istifadə etməsinə maneələr yaradılır və faktiki olaraq, mənzil bu günədək ona təhvil verilməmişdir. Əlavə olaraq, həmin bina tam təhvil verildiyindən, əmlakın qeydiyyatı üçün tələb olunan sənədlər də cavabdeh tərəfindən bu günədək ona təqdim edilməmişdir. Əlavə olaraq, mənzilin onun istifadəsində olmasına baxmayaraq, sonradan məlum olmuşdur ki, (məhkəmə prosesi zamanı), "xxxx" Kompani MMC ilə İddiaçı arasında müqavilə imzalanmışdır. Həmin müqavilə sonradan imzalanmış və etibarsız hesab edilməlidir, çünki elə müqavilə imzalandığı gündən həmin mənzilə sahiblik edərək, istifadə edirlər. Bütün kommunal xərcləri və kommunal sayğacların hamısını onlar əldə etmiş və bu günə kimi də həmin mənzilə də yalnız onlar daxil olmuşlar.

22. İddiaçı X17 göstərilənləri nəzərə alaraq, iddia ərizəsinin təmin edilməsi, ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasında, 13-cü mərtəbəsində ümumi tikinti sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı 51 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasında, 13-cü mərtəbəsində ümumi tikinti sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı 51 saylı mənzilin ona təhvil verilməsi, ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasında, 13-cü mərtəbəsində ümumi tikinti sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı 51 saylı mənzilin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin ona təqdim edilməsi, ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasında, 13-cü mərtəbəsində ümumi tikinti sahəsi 101.5 kv.mdən ibarət olan 2 otaqlı 51 saylı mənzilinə dair yaradılmış maneələrin cavabdehə qadağa edilməsi, İddiaçı ilə "xxxx" Kompani MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

23. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, iddiaçının əri Tağıyev Fuadın qohumu olmaqla yanaşı Fuadın nümayəndəsi kimi onun işlərini aparırdı. İxtisasca hüquqşunasdır, əvvəllər Daxili İşlər Nazirliyində şöbə rəisi işləmişdir. Mənzillərin alınmasında o, da iştirak etmiş, təxminən deyə bilər ki, 2009-cu ilin yanvar ayında mənzillər alınmışdır. O, Fuad, Fuadın dostu Zaur və bir də qardaşı X18 firması olan Sahil-D-yə getmişlər. Onlar ikinci mərtəbəyə qalxmışlar. Fuad demişdir ki, oradan 2 mənzil almaq istəyir. O, həmin yerə bəlkə də 50 dəfə evlərin vəziyyətini öyrənmək üçün getmişdir. Fuad özü ilə kulokda pul da gətirmişdi, dollar idi səhv etmirsə. Fuad iki mənzil almaq üçün pul gətirmişdi. X34 ödəmişdir. X29-D-nin direktoru idi. İlham o, bildiyinə görə şirkətin təsisçisi idi. X7 gətirdi. Fuad evin birini öz adına aldı, birini də yoldaşı Vikanın adına aldı, lakin Vika orada yox idi. Dedilər ki, Vika sonradan gəldi imzaladı müqaviləni, yaz ayı idi təxminən. Evləri aldılar, hər şey normal idi. Sonradan onlar 2014-2015-ci illərdə tikinti artıq bitəndən sonra Hüseynov Adilağanın yanına gəlmişlər. 1250 manat ödədikdən sonra Fuadın evinin A.Hüseynov təmirinə icazə verilmiş, Vikanın mənzilinə ona görə icazə vermədilər ki, Vika müqavilənin və maliyyə arayışının əsillərini gətirməmişdir. Onlar müqavilənin surətini təqdim etsələr də, lakin Adil demişdir ki, surət keçmir. Adil surəti görəndən sonra onlara ironiya ilə demişdir ki, “onda siz çaldınız”. Pulu ödədikdən sonra Fuadın mənzilinə icazə almışlar, qapısını da aparıb o, qoymuşdur. Vikanınkı isə qalmışdır.

24. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 bildirmişdir ki, iddiaçının əri Fuad Tağıyevin dostu olmaqla yanaşı, mənzillərin alınmasında o, da iştirak etmiş, təxminən deyə bilər ki, 2009-cu ilin yanvar ayında qış aylarında mənzillər alınmışdır. O, Fuad, Elşad və bir də X26 yanına, Sahil-D firmasına getmişlər. Onlar ikinci mərtəbəyə İlhamın kabinetinə qalxmışlar. Fuad özü ilə kulokda pul da gətirmişdi, hardasa 15-20 paçka dollar idi. X22 çağırdı, o, müqavilələri gətirdi, Fuad iki müqavilə bağladı, birini öz adına, birini də yoldaşının adına. Sonradan bir neçə dəfə həmin şirkətə getmişlər, həmin vaxt orada Adil var idi. İkinci müqavilənin Viktoriya tərəfindən hansı tarixdə imzalanmasını xatırlamır.

25. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-475/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) ilkin iddianın qismən təmin edilməsi, 28 yanvar 2009-cu il tarixli 28/A saylı müqavilə üzrə öz öhdəliklərini məcburi qaydada icra etməsi, mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tələb edilən sənədlərin (arayışın, istismara qəbul aktının və zəruri sənədlərin) iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ünvan 4 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m olan 2 otaqlı mənzilin İddiaçı sahibliyinə (mülkiyyətinə) təhvil verilməsi və iddiaçının həmin mənzilə köçürülməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.

26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.4, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1, 339.2, 339.3, 354.1, 375.1, 375.2, 385.1, 389.1, 390, 404.1, 405, 452-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 - ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarına, Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarına, Avropa Məhkəməsinin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

27. Qətnamədən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və X11 iddia ərizəsinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayəti qarşılıqlı iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X6 "xxxx" MMC-yə qarşı irəli sürülmüş hər iki iddia tələbinə münasibətdə bildirmişdir ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, ümumi sahəsi 101.5 kv.m olan 2 otaqlı 51 saylımənzil X14 məxsusdur. Eyni zamanda sorğuya cavab verərək cavabdeh xüsusilə vurğulamışdır ki, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, ümumi sahəsi 101.5 kv.m olan 2 otaqlı 51 saylımənzil X14 məxsusdur. Həmin mənzilin alqı-satqısı barədə X9 345 saylı, 08 yanvar 2014-cü il tarixli müqavilə imzalanmış və həmin tarixdə ona maliyyə arayışı verilmişdir. Sonra onunla qarşılıqlı münasibətləri tənzimləyən 196 saylı, 15 aprel 2016-cı il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən mənzil X14 təhvil verilmişdir. "xxxx" MMC-nin İddiaçı adlı sakininin olması və 51 saylı mənzilin ona satılması barədə hər hansı bir sənəd mövcud deyildir İş üzrə şahidlər də təsdiq etmişdirlər ki, İddiaçı müqavilədə qeyd olunan tarixdə Bakı şəhərində olmamışdır, həmin müqavilənin İddiaçı tərəfindən sonradan imzalanması hansısa ücünçü şəxslərdən məlumatı var idi, «dedilər ki, Vika sonradan gəldi imzaladı müqaviləni». Şahidlərdən E.Tağıyev təqdiq edir ki, Kooperativ rəhbərliyi Fuad Tağıyeva aid mənzilin təmirinə icazə verdilər, lakin İddiaçı ilə bağlı sənədlər istədilər. İkinci şahid Zaur Muradov isə hər iki müqavilənin Fuad bağladığını, ikinci müqavilənin Viktoriya tərəfindən hansı tarixdə imzalandığını xatırlamır. Bu bir daha təsdiq edir ki, Kooperativdə İddiaçı ilə bağlı hər hansı bir müqavilə olmamışdır, Eyni zamanda, artıq mübahisələndirilməyən haldır ki, İddiaçı müqavilədə qeyd olunan zaman Bakı şəhərində olmamışdır. X37 Xidmətindən əldə olunmuş rəsmi məlumatlar təsdiq edir. Lakin İddiaçı bu faktı gizlətmək niyyətində idi, çunki bütün sənədlərdə, o cümlədən iddia ərizəsində və s. o bir mənalı olaraq yazır ki, İddiaçı məhz 28 yanvar 2009-cü il tarixdə "xxxx" MMC ilə 28/A saylımüqaviləni bağlamışdır. Eyni zamanda iddia ərizəsində qeyd edir ki, mənzilin dəyəri məhz onun tərəfindən 28 yanvar 2009-cu il tarixdə ödənilmişdir. Təqdim edilmiş müqavilənin başlığında qeyd olunur ki, müqavilə Bakı şəhərində bağlanmışdır. Bununla belə, məhkəmə müqavilənin bağlanması yeri və vaxtı ilə bağlı qanunvericiliyin tələblərini, habelə əqdin varlılığı baxımından ən əsas qurucu şərtin şübhəsiz olaraq iradə ifadəsi olmasını nəzərə almalıdır və həmin şəxsin müqavilə bağlandığı zaman ölkədə olmaması hər hansı müqavilə bağlanmamışının sübutudur. Həmçinin "xxxx" MMC tərəfindən mənzili Elxan Peysaxova ayrıca müqavilə ilə illər sonra təhvil verməsi və əlavə olaraq sayğaclar üzrə ödəniş qəbul etməsi İddiaçı ilə bağlanmış müqavilənin qəbul etməməsini dəlalət edir. Məhkəmə müqavilənin bağlanması yeri və vaxtı ilə bağlı qanunvericiliyin tələblərini, habelə əqdin varlılığı baxımından ən əsas qurucu şərtin şübhəsiz olaraq iradə ifadəsi olmasını nəzərə almalıdır və həmin şəxsin müqavilə bağlandığı zaman ölkədə olmaması hər hansımüqavilə bağlanmamasının sübutudur. Həmçinin "xxxx" MMC tərəfindən mənzili Elxan Peysaxova ayrıca müqavilə ilə illər sonra təhvil verməsi və əlavə olaraq sayğaclar üzrə ödəniş qəbul etməsi İddiaçı ilə bağlanmış müqavilənin qəbul etməməsini dəlalət edir. Həmçinin məhkəmə öz qətnaməsində qeyd edir ki, müqavilə bağlanan tarixdə, yəni 28 yanvar 2009-cu il tarixdə İddiaçı ölkə hüdudlarından kənarda olsa da belə, tədqiq olunmuş sübutlarla təsdiq edilmişdir ki, iddiaçının əri Tağıyev Fuad tərəfindən eyni tarixdə cavabdeh "xxxx" MMC tərəfindən inşa edilmiş binada 2 mənzil alınmış, hər iki mənzilin pay dəyəri ödənilmiş, müqavilələrdən biri İddiaçı əri X21 tərəfindən imzalanmış, İddiaçı adına olan müqavilə isə onun tərəfindən sonradan imzalanmışdır. Bununla da məhkəmə hesab etmişdir ki, İddiaçı müqaviləni sonradan imza etməsi onun əqddə olan iradə ifadəsini zədələmir və bu hal heç bir halda əqdin etibarlılıq şərtlərinə zidd təfsir oluna bilməz. Halbuki, ən əsas məqam elə burdadır. Niyə İddiaçı ilkin sənədlərdə mənzilin alınmasında şəxsən iştirak etdiyini, mənzilin dəyərinin özü tərəfindən ödənildiyini bildirirdi, niyə bunu gizlədirdi. Çünki əmin idi ki, bu əqdin etibarsızlığına qətirib çıxarda bilər. X31 Tağıyev tərəfindən alınmış mənzildə təmirə icazə verir, digər mənzilə, hansının müqaviləsi Kooperativdə yoxdur, təmirə icazə vermir. Çünki mübahisəli mənzilə bir sahibi tanıyır, o da Elxan Peysaxovdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

30. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

31. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı Viktoronanın nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

32. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş hər iki iddia tələbi üzrə cavabdeh "xxxx" MMC məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə hər iki iddia tələbi üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasın

33. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

34. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

35. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən taninan və qorunan hüququdur.

36. Maddə 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyalar götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

37. Maddə 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

38. Maddə 337.2. əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

39. Maddə 337.3. əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

40. Maddə 337.4 etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

41. Maddə 337.5. əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

42. Maddə 339.1. hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

43. Maddə 339.2. şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

44. Maddə 339.3. aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

45. Maddə 389.1. mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

46. Maddə 390. fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

47. Maddə 390.5. müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

48. Maddə 405. tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

49. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir.

50. Maddə 404.1. müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

51. Maddə 452. fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

52. Maddə 752.1. Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

53. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 - ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

57. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

58. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

59. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

60. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

61. Qətnamə ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən mübahisələndirilərək ləğv edilməsi xahiş edilsə də, ilkin iddia tələbi təmin edilməyən hissədə ilkin iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, hazırki halda qətnamə yalnız ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-475/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

63. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

64. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda mülki iş üzrə ilkin və qarşılıqlı iddia tələbi mövcud olduğundan və qarşılıqlı iddia tələbi ilkin iddia tələbinin nəticəsindən aslı olduğundan ilk olaraq ilkin tələb üzrə dəyərləndirmə aparılmaqla hüquqi qiymət verilməlidir.

65. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 8.1-ci bəndinə görə, işdən qarşılıqlı iddia verildikdə qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Bir icraata bir neçə tələb birləşdirildikdə və yaxın işdə müstəqil tələb irəli sürən 3-cü şəxslər iştirak etdikdə qətnamənin nəticə hissəsində bütün tələblər üzrə qərar qəbul edilməlidir. Həmçinin həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

66. Kollegiya tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilələr hüquqi təbiətinə görə podrat və alqı-satqı müqaviləsinin əlamətlərini ehtiva edən qarışıq müqavilə olduğu üçün məhkəmə haqlı olaraq hesab etmişdir ki, hazırki iddianın həlli üçün mülki qanunvericiliyin podrat və alqı-satqı ilə bağlı normaları tətbiq edilməlidir.

67. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun Qərarında göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

68. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

69. O da nəzərə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

70. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Eyni zamanda həmin qərarda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.

71. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

72. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

73. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

74. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).

75. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri).

76. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları).

77. Mülki işin faktiki hallarından və tədqiq olunmuş sübutlardan müəyyən edilir ki, "xxxx" MMC-nin direktoru X15 ilə İddiaçı arasında 28 yanvar 2009-cu il tarixli, 28/A saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Satıcı ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı yaşayış sahəsi-mənzili Alıcının mülkiyyətinə verməyi, Alıcı isə 2 otaqlı mənzilin hər kvadrat metri üçün 800 ABŞ dolları, Azərbaycan Respublikasının Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öhdəsinə götürmüş, ümumi məbləğ isə 81200 ABŞ dolları kimi göstərilmiş, "xxxx" MMC tərəfindən verilmiş 28 yanvar 2009-cu il tarixli maliyyə arayışına əsasən isə müəyyən edilmişdir ki, həmin yaşayış binasının 13-cü mərtəbəsində ümumi tikinti sahəsi 101.5 kv.m olan 2 otaqlı 51 saylı mənzilin pay dəyəri Payçı İddiaçı tərəfindən tam ödənilmişdir və onun "xxxx" MMC-yə borcu yoxdur.

78. Eyni mənzillə bağlı "xxxx" MMC-nin direktoru X15 ilə X17 arasında 08 yanvar 2014-cü il tarixli, 345 saylı müqavilə bağlanmış, həmin müqavilədə Satıcı ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı 51 nömrəli mənzili Alıcıya təhvil verməyi, Alıcı isə hər kvadrat metr üçün 631 manat ödəməyi öhdəsinə götürmüş, ümumi məbləğ isə 64000 manat kimi göstərilmiş, "xxxx" MMC tərəfindən verilmiş 08 yanvar 2014-cü il tarixli maliyyə arayışına əsasən isə həmin mənzilin pay dəyəri Payçı X17 tərəfindən tam ödənilmişdir və onun "xxxx" MMC-yə borcu yoxdur.

79. Hər iki müqavilədə olan "xxxx" MMC-nin direktoru olmuş X8 məxsus imzaların eynilik təşkil etməsi məhkəmə tərəfindən yoxlanılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli, 4/1362-5/1123 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, əksi ekspertizaya təqdim edilmiş, mülki işin 44-45-ci vərəqələrində olan 08 yanvar 2014-cü il tarixli 345 nömrəli “Müqavilə”nin kserosurətinin 1-ci vərəqinin aşağı sol hissəsində olan imza və 2-ci vərəqinin aşağı sol hissəsində “Satıcı” qrafasında olan imza; mülki işin 46-cı vərəqində olan 08 yanvar 2014-cü il tarixli “Maliyyə arayışı”nın kserosurətinin aşağı hissəsində “Sahil-D Kompani MMC-nin direktoru:” qrafasında olan imza ilə mülki işin 47-48-ci vərəqələrində olan 28 yanvar 2009-cu il tarixli 28/A nömrəli “Müqavilə”nin kserosurətinin 2ci vərəqinin aşağı sol hissəsində “7. Tərəflərin imzaları. Direktor:Cəfərov M.İ.” qrafasında olan imza; mülki işin 49-cu vərəqində olan 28 yanvar 2009-cu il tarixli “Maliyyə arayışı”nın kserosurətinin aşağı hissəsində “Sahil-D Kompani MMC-nin direktoru:” qrafasında olan imza – öz aralarında EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur.

80. Həmçinin məhkəmə araşdırması zamanı təsdiq edilmişdir ki, 28 yanvar 2009cu il tarixdə hazırki iş üzrə ilkin iddia tələbi üzrə İddiaçı əri X21 arasında cavabdeh "xxxx" MMC-nin sabiq direktoru X15 ilə 2 mənzilin alqı-satqısına dair razılıq əldə etmiş, eyni gün iki müqavilə tərtib edilmişdir - 28 yanvar 2009-cu il tarixli 28/B saylı müqavilə (həmin müqaviləyə əsasən "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 157.6 kv.m-dən ibarət olan 3 otaqlı yaşayış sahəsimənzili X12 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İkinci müqavilə - 28 yanvar 2009-cu il tarixli, 28/A saylı müqavilə (həmin müqaviləyə əsasən "xxxx" MMC ünvan 5 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı yaşayış sahəsi-mənzili 81200 ABŞ dolları müqabilində İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Hər iki mənzilin dəyəri tam şəkildə ödənilmişdir. Lakin cavabdeh mənzilin təhvil verilməsini öhdəlik olaraq üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən Fuad Tağıyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 24 dekabr 2014-cü il tarixdə müraciət etdikdən sonra həmin mənzil ona təhvil verilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hüseynov Adilağanın təqdim etdiyi müvafiq sənədlər əsasında Fuad Tağıyevin adına tərtib olunmuş müqavilənin predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı müqaviləsinin əsli təqdim edilmədiyinə görə onun adına tərtib olunmuş müqavilənin predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

81. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı müqavilə bağlanan zaman, yəni 28 yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış İAMAS bazasındakı məlumatlarına əsasən ölkə hüdudlarından kənarda olmuşdur. İşin bu halı iddiaçı tərəfindən təkzib edilməmiş və əlavə sübutlarla təsdiq edilmişdir ki, iddiaçının əri Tağıyev Fuad Azərbaycanın Almaniyadakı diasporanın sədr müavini olduğu üçün həmin dövrdə onlar Almaniyada yaşamış, müqavilə tərtib edilmiş tarixdə onun dəyəri əri tərəfindən ödənilsə də, İddiaçı müqaviləni Azərbaycan Respublikasına qayıtdıqdan sonra imzalamışdır.

82. Həmçinin mübahisənin predmeti olan mənzillə bağlı iş materiallarında olan müqaviləni eyni tarixdə tərtib edilmiş və imzalanmış 28 yanvar 2009-cu il tarixli 28/B saylı müqavilə ilə müqayisə etdikdə görünür ki, müqavilələr eyni forma və məzmunda tərtib edilmişdir. İş materiallarında olan X17 ilə cavabdeh "xxxx" MMC arasında 08 yanvar 2014cü il tarixdə 345 saylı müqavilə forma və məzmununa görə fəqrli tərtib edilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Fuad Tağıyev tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 24 dekabr 2014-cü il tarixdə müraciət etməsi də mübahisəli mənzillə bağlı müqavilənin daha əvvəl tərtib edilməsinə dəlalət edir.

83. Belə olan halda cavabdeh "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı yaşayış sahəsi-mənzillə bağlı 28 yanvar 2009-cu il tarixdə İddiaçı ilə müqavilə bağlandıqdan sonra həmin mənzillə bağlı sahiblik və istifadə hüquqları İddiaçı məxsus olduğu halda eyni mənzillə bağlı X17 ilə 08 yanvar 2014-cü il tarixdə 345 saylı müqavilənin bağlanması qanunsuz olmaqla həmin müqaviləni əhəmiyyətsizliyinə əsas olmuşdur.

84. Göründüyü kimi, tədqiq edilmiş subutlarla müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı yaşayış sahəsi-mənzillə bağlı 28 yanvar 2009-cu il tarixdə İddiaçı ilə, 08 yanvar 2014-cü il tarixdə isə X17 arasında müqavilə bağlansa da, mübahisəli mənzil tərəflərin heç birinə təhvil verilməmişdir. Belə olan halda məhkəmə haqlı olarraq hesab etmişdir ki, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, yəni İddiaçıdır.

85. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə, yəni cavabdeh "xxxx" MMC ilə mübahisəli mənzillə bağlı 28 yanvar 2009-cu il tarixdə İddiaçı arasında bağlanmış müqavilənin İddiaçı müqavilə bağlandığı zaman ölkə hüdudlarından kənarda olması səbəbilə etibarsız hesab edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müqavilə bağlanan tarixdə, yəni 28 yanvar 2009-cu il tarixdə İddiaçı ölkə hüdudlarından kənarda olsa da belə, tədqiq olunmuş sübutlarla təsdiq edilmişdir ki, iddiaçının əri Tağıyev Fuad tərəfindən eyni tarixdə cavabdeh "xxxx" MMC tərəfindən inşa edilmiş binada 2 mənzil alınmış, hər iki mənzilin pay dəyəri ödənilmiş, müqavilələrdən biri İddiaçı əri X21 tərəfindən imzalanmış, İddiaçı adına olan müqavilə isə onun tərəfindən sonradan imzalanmışdır.

86. Kollegiya hesab edir ki, İddiaçı müqaviləni sonradan imza etməsi onun əqddə olan iradə ifadəsini zədələmir və bu hal heç bir halda əqdin etibarlılıq şərtlərinə zidd təfsir oluna bilməz. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh "xxxx" MMC ilə mübahisəli mənzillə bağlı 28 yanvar 2009-cu il tarixdə İddiaçı arasında bağlanmış müqavilə qüvvədə olduğu halda, X9 eyni mənzilə dair bağlanmış əqd özüözlüyündə əhəmiyyətsizdir.

87. İddiaçının nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsinə münasibətdə məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun Qərarına istinad edərək, bildirir ki, özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Belə olan halda, "xxxx" MMC-nin direktoru X15 ilə X17 arasında 08 yanvar 2014-cü il tarixli, 345 saylı müqavilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbinə münasibətdə həmin əqd əhəmiyyətsiz əqd olduğundan iddia müddətinin tətbiq edilməsinə zərurətin olmadığı qənaətinə gəlir.

88. Kollegiya həmçinin ilkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsinə münasibətdə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun Qərarının mövqeyinə uyğun nəzərə alınmalıdır ki, özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Belə olan halda, "xxxx" MMC-nin direktoru X15 ilə X17 arasında 08 yanvar 2014-cü il tarixli, 345 saylı müqavilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbinə münasibətdə həmin əqd əhəmiyyətsiz əqd olduğundan iddia müddətinin tətbiq edilməsinə zərurətin olmadığı qənaətinə gəlir.

89. Qarşılıqlı iddia tələbinə münasibətdə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, ilkin iddia tələbi təmin edildiyindən, qarşılıqlı iddia üzrə iddiaçı X11 cavabdehlər "xxxx" MMC-yə və İddiaçı qarşı “daşınmaz əmlaka sahiblik və istifadə hüquqlarının tanınması, maneələrin qadağan edilməsi, əmlakın təhvil verilməsi və əmlakın dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin təqdim edilməsi” tələbinə dair tələbi təmin edilməməlidir.

90. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini yoxlanılan hissədə təmin, qarışılqlı iddia tələbini isə rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

91. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

92. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

93. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.

94. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-475/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı X14 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar