Məhkəmə qərarları › İş №2(103)-5505/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5505/2022

18.08.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5505/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədova Şərafət Adif qızı (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bağırova Mərziyyə Tofiq qızının katibliyi, İddiaçı, Cavabdehin Cavabdeh MMC-nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2069/2022 saylı iş üzrə 27 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə və işlədiyi aylar üzrə ödənilməyən əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin direktorunun imzaladığı xx.xx.2021-ci il tarixli, 14/21 saylı Əmrin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, onun əmək hüquqları bərpa edilərək əvvəlki vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxmağa görə ödənilməyən əmək haqqının işə götürən tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Tərəflərin nümayəndələri məhkəmə iclasında Məhkəmə kollegiyasına barışıq sazişi təqdim edərək, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını, barışıq sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli, mülki işin icraatına xitam verilməlidir. Məhkəməyə təqdim olunmuş Barışıq sazişində qeyd olunur ki, tərəflər İddiaçı və Cavabdeh MMC aşağıdakı şərtlərlə barışıq sazişi imzalayırlar: 1. “iddiaçı təsdiq edir ki, bu razılaşmaya əsasən iddiadan bütünlüklə imtina edir, iddiada qeyd olunan tələblərlə bağlı bir daha heç bir vaxt cavabdehə qarşı iddia qaldırmayacaq. İddiaçı həmçinin bəyan edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş 2(006)-2069/2022 saylı, 27 may 2022-ci il tarixli qətnamənin ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmir. 2. Cavabdeh iddiaçının iddiadan imtina etməsini nəzərə alaraq, iddiaçının işdən öz xahişi ilə azad olunmasından ötrü yeni ərizə verməsi və əmək müqaviləsinin surətini təqdim etməsi şərtilə xx.xx.2021-ci il tarixli əmrin iddiaçının öz xahişi ilə işdən azad olunmasına dəyişdirilməsi ilə bağlı bütün lazımi tədbirləri görməyi öhdəsinə götürür”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən: 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.2-1. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. 261.0.5. əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə Hakim iş üzrə icraata xitam verir. 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının və cavabdehin müvafiq səlahiyyət verilmiş nümayəndəsi tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş barışıq sazişi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir.Tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini məhkəmə izah edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən: 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıdakılara əsasən və MPM-in 261, 262, 370, 384.0.5, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Tərəflər: İddiaçı və Cavabdeh MMC arasındakı aşağıdakı şərtlərlə imzalanmış barışıq sazişi təsdiq edilsin:

1. “iddiaçı təsdiq edir ki, bu razılaşmaya əsasən iddiadan bütünlüklə imtina edir, iddiada qeyd olunan tələblərlə bağlı bir daha heç bir vaxt cavabdehə qarşı iddia qaldırmayacaq. İddiaçı həmçinin bəyan edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş 2(006)-2069/2022 saylı, 27 may 2022-ci il tarixli qətnamənin ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmir. 2. Cavabdeh iddiaçının iddiadan imtina etməsini nəzərə alaraq, iddiaçının işdən öz xahişi ilə azad olunmasından ötrü yeni ərizə verməsi və əmək müqaviləsinin surətini təqdim etməsi şərtilə xx.xx.2021-ci il tarixli əmrin iddiaçının öz xahişi ilə işdən azad olunmasına dəyişdirilməsi ilə bağlı bütün lazımi tədbirləri görməyi öhdəsinə götürür”. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2069/2022 saylı iş üzrə 27 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar