Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5509/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının QƏTNAMƏSİ İş № 2(103)-5509/2023 Bakı şəhəri 31 oktyabr 2023-cü il İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X8 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 may 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun vəkili Vəkil2, Cavabdeh nümayəndəsi (qardaşı) X11 və vəkili (nümayəndəsi) Vəkil1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1ci girişinin 12-ci mərtəbəsində yerləşən və cavabdeh tərəfindən zəbt edilmiş mənzilin boşaldılaraq ona təhvil verilməsi və həmin mənzilə dair çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx.xx.2013-cü il tarixli, 47 saylı müqaviləyə əsasən, ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı mübahisəli mənzil həmin MMC-dən satın almış və bu barədə MMC tərəfindən iddiaçıya xx.xx.2013-cü il tarixli, 195 saylı “Maliyyə arayışı” və həmin tarixli 258 saylı “Çıxarış” adlı sənəd verilmişdir. 2016-cı ildə (hazırki iş üzrə tərəf olmayan) X15 iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək MMC ilə hazırki iş üzrə iddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 47 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə onun sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddiaya dair mülki işə baxmış Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Hazırki iş üzrə iddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnamə ilə apellyasiya şikayətinin təmin edilməsini, Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin ləğv edilməsini və Natiq Məhərrəmovun iddiasının təmin edilməməsini qət etmişdir. Natiq Məhərrəmovun verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qərar ilə kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Bundan sonra hazırki iş üzrə İddiaçı "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, ona satılmış mənzilin boşaldılaraq istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddiaya dair mülki işə baxmış Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Göstərilən qətnamədən guya hüquqları pozulan (hazırki iş üzrə tərəf olmayan) "xxxx" MMC və (hazırki iş üzrə tərəf olmayan) X12 apellyasiya şikayətləri vermişlər. Onların apellyasiya şikayətlərinə əsasən işə həmin mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsini və Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda göstərilmişdir ki, Sabir Fərəcova məxsus mənzil Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1ci girişinin 13-cü mərtəbəsində, İddiaçı məxsus mənzil isə həmin binanın 12-ci mərtəbəsində yerləşir. Mübahisə məhkəmə instansiyalarında baxıldığı dövrdə mənzili 13cü mərtəbədə yerləşən Sabir Fərəcov İddiaçı məxsus olan və binanın 12-ci mərtəbədəki mənzili qanunsuz olaraq zəbt etmiş və sonradan zəbt etdiyi mənzili Cavabdeh satmışdır. Nəticədə iş üzrə icra sənədi icra olunarkən binada sonradan inşa edilmiş mərtəbənin, həmçinin nəqliyyat vasitələrinin dayanacağı kimi nəzərdə tutulan, lakin sonradan qeyriyaşayış sahəsi hesab edilən zirzəmi hesabına mərtəbələrdə dəyişiklik olduğu səbəbindən onun mənzilinin həmin binanın 11-ci mərtəbəsində yerləşdiyi bildirilərək və analoji mənzil boşaldılaraq iddiaçıya təhvil verilmişdir. Lakin sonradan məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-1436/2021 saylı qərarından görünür ki, həmin binanın 1-ci girişinin 11-ci mərtəbəsində yerləşən, iddiaçıya təhvil verilən mənzil (hazırki iş üzrə tərəf olmayan) X4 məxsusdur və sonuncu həmin mənzilə köçürülərək 2013-cü ildən orada yaşayır. Bu səbəbdən iddiaçı, 11-ci mərtəbədə yerləşən və ona təhvil verilən, əslində isə Zəminə Hüseynovaya məxsus mənzili boşaltmalı olmuşdur. İddiaçı icra məmurunun hərəkətləri barədə şikayət ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayəti təmin edilmiş, Xətai Rayon İcra Şöbəsinin icra məmurunun hərəkətləri qanunsuz hesab edilərək, qətnamənin icrası ilə bağlı qanunvericilikdə müəyyən edilmiş tələblərə riayət etmək vəzifəsi həmin İcra Şöbəsinə həvalə edilmişdir. Göstərilən qərardaddan icra məmurunun verdiyi şikayətə baxmış Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi yeni qərardadla özünün xx.xx.2022-ci il tarixdə qəbul etdiyi qərardadını ləğv etmişdir. Hazırda binanın 11-ci mərtəbədə yerləşən mənzildə Zəminə Hüseynova, 12-ci mərtəbədə yerləşən mənzildə isə cavabdeh yaşayır. İddiaçı isə mənzili ola-ola kirayədə yaşamağa məcbur olmuşdur. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) Cavabdehin iddia tələbinə dair münasibəti barədə məlumat
3. Rayon Məhkəməsində işə baxılan zaman məhkəmə iclasında iştirak edən cavabdehin vəkili (nümayəndəsi) Vəkil1 Telman oğlu iddia tələbini qəbul etməyərək, iddia tələbinə qarşı etirazında və çıxışında qeyd etmişdir ki, binanın 13-cü mərtəbəsində olan 2 otaqdan ibarət, 79 saylı mənzil "xxxx" MMC ilə Sabir Fərəcov arasında bağlanmış xx.xx.2011-ci il tarixli 336 saylı “Payçı müqaviləsinə” əsasən sonuncuya satılmış, mənzilin pay dəyəri tam ödənildikdən sonra xx.xx.2012-ci il tarixli 1/01 saylı “Maliyyə arayışı” verilmişdir. Həmin mənzil Sabir Fərəcovun mülkiyyətində olmuş və Sabir Fərəcov ilə Mehman Həsənov arasında Bakı şəhəri 40 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli “İlkin müqaviləyə” əsasən sonuncuya satılmış, daha sonra həmin mənzilə dair Sabir Fərəcovun adına DƏDRX-dən Hüquqların dövlət qeydiyyatı haqqında “Çıxarış” verilmiş, “Texniki pasport” tərtib edilmiş, bundan sonra həmin mənzil Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən Mehman Həsənovun adına rəsmiləşdirilmiş və sonuncunun adına DƏDRX-dən “Çıxarış” verilmişdir. Bundan sonra həmin mənzil müvafiq müqaviləyə əsasən Cavabdeh mülkiyyətinə keçmiş və mənzilə dair Azərbaycan Respublikası ƏMDK yanında Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında (xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli) “Çıxarış” verilmişdir. Beləliklə, cavabdeh həmin mənzilin qanuni mülkiyyətçisidir. Həmin mənzil Mehman Həsənov tərəfindən tam təmir edilmiş və hazırda həmin mənzildə mülkiyyətçi kimi cavabdeh və ailə üzvləri yaşayır. Bina “Texnik Proqress" MMC-yə məxsus olmuş, həmin MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə” əsasən inşa edilmiş, hazırda çoxmənzilli bina sakinləri tərəfindən yaradılmış "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) tərəfindən idarə olunur. Cavabdeh ailəlikcə Xocalı rayonu, Kərkicahan qəsəbəsindən məcburi köçkündür, bir qardaşı birinci qrup əlildir, atası isə Birinci Qarabağ müharibəsində şəhid olmuşdur. xx.xx.2022-ci il tarixdə Xətai rayon İcra şöbəsinin əməkdaşları çoxsaylı polis əməkdaşlarının və Təcili tibbi yardım avtomobilin tibb personalı ilə birlikdə qəflətən cavabdehin mülkiyyətində olan həmin mənzilə gələrək, onları ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarmağa cəhd etmiş, onlara hədə-qorxu gəlmişlər. Həmin vaxt icra məmuruna həmin mənzilin cavabdehin mülkiyyətində olması barədə “Çıxarış” təqdim edildikdən sonra, icra məmuru tərəfləri Xətai rayon İcra şöbəsinə dəvət etmişdir. Məlum olmuşdur ki, Xətai Rayon Məhkəməsinin (sədrlik edən: hakim İlahə Abbasova) 2(011)-6609/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən tələbkar İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 47 saylı “Müqaviləyə” əsasən binanın 1-ci girişinin 12-ci mərtəbəsindəki ümumi sahəsi 75.46 kv.m olan 2 otaqlı 79 saylı mənzil boşaldılaraq, İddiaçı verilməsi vəzifəsi borclu "xxxx" MMC-yə həvalə edilməlidir. Xətai rayon İcra Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixdə icraata başlanılması haqqında qərar və müvafiq bildiriş borcluya, qərar və məlumatın surətləri isə digər tərəflərə göndərilmişdir (icra məmuru Toğrul Baxşəliyev, xx.xx.2020-ci il tarixdən icra məmuru Vüsal Umarov). Bununla bağlı Xətai Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən "xxxx" MMMC-yə sorğu verilmişdir. xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 X2 Ekspertiza Baş İdarəsinin Dövlət baş ekspertizasında Layihə xx.xx.2007-ci il tarixdə, 7383 №-li Rəy təsdiqlənmişdir. Rəydən görünür ki, bina zirzəmi, kürsülü, 12 mərtəbə+ texniki mərtəbədən ibarət olmalıdır. "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., 2935A ünvanında inşa olunan yüksəkmərtəbəli, çoxmənzilli ofis və yaşayış binasında olan əmlaklarını "xxxx" MMC ilə aralarında xx.xx.2005-ci il tarixli, “Birgə təsərrüfat fəaliyyəti haqqında təsdiqlənmiş müqaviləyə” əsasən 1-ci blok, 13-cü mərtəbə, 75,46 kv.m. sahəsi olan mənzil kimi Sabir Fərəcov ilə xx.xx.2011-ci il tarixdə, 336 №-li “Payçı müqaviləsi” bağlamış və xx.xx.2012-ci il tarixli, 1/01№-li “Maliyyə arayışı” təsdiqləyib təqdim etmişdir. "xxxx" MMC-nin rəhbərləri 12+texniki mərtəbəni 13-cü mərtəbə kimi satmışdır. Hal-hazırda Sabir Fərəcova 1-ci blok, 12+ texniki mərtəbədə ayrılan 75,46 kv.m-lik sahəni təmir edib yaşayırlar, mənzil kimi 79 №-ilə qeyd olunmuşdur. Tərəflər arasında çoxsaylı məhkəmə qərarları mövcuddur. Belə ki, işin mübahisəsiz halıdır ki, qanuni qüvvədə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91 saylı, xx.xx.2014-cü il tarixli hökmü ilə Sabir Fərəcovun mülki iddiası təmin olunmuş və həmin hökmlə Sabir Fərəcovun mülkiyyətinə Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanda yerləşən binanın 1-ci blok, 13-cü mərtəbə, ümumi sahəsi 75,46 kv.m olan mənzil verilmişdir. Bu hal hazırkı şikayətə əlavə edilən və qanuni qüvvədə olan Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının (sədrlik edən: məruzəçi hakim Qail Məmmədov) 1(103)-285/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarındakı anlaşılmazlığın həll edilməsi barədə xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir (qərarın nəticə hissəsində qeyd edilib). Bundan başqa, qanuni qüvvədə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91 saylı, xx.xx.2014-cü il tarixli hökmü və Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)- 4702/2016 saylı qətnaməsi məhz Xətai rayon İcra şöbəsi tərəfindən icra olunaraq Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanda 14 mərtəbəli yaşayış evinin 1-ci blok, 13cü mərtəbə, ümumi sahəsi 75,46 kv.m olan 2 otaqdan ibarət mənzil Sabir Fərəcova verilmişdir. Bundan başqa, tərəflər arasında qanuni qüvvədə olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin (sədrlik edən hakim Şəhriyar Əliyev) 2(011)- 5260/2019 saylı, xx.xx.2019-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanda 14 mərtəbəli yaşayış evinin 1-ci blok, 13-cü mərtəbə, ümumi sahəsi 75,46 kv.m olan 2 otaqdan ibarət mənzil xx.xx.2011-ci il tarixli, 336 saylı müqavilə əsasında X1, həmin mənzilin X5 verilməsi vəzifəsinin "xxxx" MMC-nin işini davam etdirən “AENT-E MMC-yə həvalə olunması Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmü ilə qərara alınmış, həmin binanın 1-ci girişinin 12-ci mərtəbəsindəki ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı, 79 saylı mənzil isə İddiaçı satılmış, Xətai rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qeyd edilən mənzilin boşaldılaraq İddiaçı verilməsi vəzifəsinin "xxxx" MMC-yə həvalə edilməsi qət edilmişdir, iddiaçıya məxsus mənzil binanın 13-cü mərtəbəsində, üçüncü şəxs İddiaçı məxsus mübahisələndirilən mənzil isə binanın 12-ci mərtəbəsində olmaqla fərqlənirlər və eyni deyil. Bundan başqa, tərəflər arasında qanuni qüvvədə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4639/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “tərəflər üçün preyudisial əhəmiyyətə malik olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5260/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanda yerləşən binanın 1-ci blokunda X5 məxsus mənzil binanın 13-cü mərtəbəsində, İddiaçı məxsus mənzil isə binanın 12-ci mərtəbəsində yerləşir və eyni deyil”. Bundan başqa, tərəflər arasında qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3340/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində isə göstərilmişdir ki, “bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, yuxarıda qeyd olunan qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, X5 (hazırda X13) məxsus və İddiaçı məxsus mənzillər fərqli mənzillərdir və fərqli mərtəbələrdə yerləşir. Xüsusilə nəzərə alınmalıdır ki, MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir”. Bundan başqa, həmin icra sənədi üzrə Xətai rayon İcra şöbəsinin müvafiq sorğusuna "xxxx" MMMC-nin 15/2020 saylı, xx.xx.2020-ci il tarixli məktubunun (arayışının) surətindən görünür ki: "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanda inşaolunan yüksəkmərtəbəli, çoxmənzilli ofis və yaşayış binasında olan əmlaklarını "xxxx" MMC ilə aralarında xx.xx.2005-ci il tarixli Birgə təsərrüfat fəaliyyəti haqqında təsdiqlənmiş müqaviləyə əsasən 1- ci blok, 13-cü mərtəbə, 75,46 kv.m sahəsi olan mənzil kimi X12 ilə xx.xx.2011- ci il tarixdə 336 saylı payçı müqaviləsi bağlanmış və xx.xx.2012-ci il tarixli 1/01 saylı Maliyyə arayışı təsdiqlənib təqdim edilmişdir. "xxxx" MMC 12 + texniki mərtəbəni 13-cü mərtəbə kimi satmışdır. Hal-hazırda X5 1-ci blok, 12 + texniki mərtəbə 13- cü mərtəbə kimi ayrılan 75,46 kv.m sahəni təmir edib yaşayırlar, mənzil kimi 79 nömrə ilə qeyd edilmişdir”. Bundan başqa, Xətai rayon İcra və Probasiya şöbəsinin xx.xx.2016-cı il tarixli xx/xx- 2838/16 saylı məktubu (sorğusu) əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Ağentliyinin “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu qarşısında rəy verilməsi üçün suallar qoyulmuş və həmin orqan tərəfindən xx.xx.2016-cı il tarixli rəy verilmişdir. Həmin rəydə ekspertlər qarşısında rəy verilməsi üçün qoyulmuş suallar və cavablar belədir: “1-ci sual - Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanda inşa olunmuş binanın 1-ci mərtəbəsihansı mərtəbədədir? Cavab - binanın 1-ci mərtəbəsi kürsü mərtəbənin üzərində yerləşir. Belə ki, binanın mərtəbələriniaşağıdan yuxarıya doğru sayanda zirzəmi+kürsü+1-ci mərtəbə kimi inşa edilmişdir. 2-ci sual - Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanda inşa olunmuş binanın zirzəmisi 1-cimərtəbə sayıla bilərmi? Cavab - binanın zirzəmi mərtəbəsi 1-ci mərtəbə sayıla bilməz”. Həmin rəylə müəyyən olunmuş (dəqiqləşdirilmiş) 1-ci mərtəbədən hesablandıqda da (aşağıdan yuxarıya doğru sayanda da), hazırda cavabdeh - Cavabdeh mülkiyyətində olan mənzilin 13-cü mərtəbədə yerləşdiyi müəyyən edilir. Həmçinin Xətai Rayon Məhkəməsinin 8(011)-320/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Xətai rayon İcra Şöbəsinin icra məmuru X33 Rayon Məhkəməsinin 2(011)- 6609/2018 saylı xx.xx.2018-ciil tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə aşağıdakı məzmunda izah verilmişdir: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı verilməsi qət edilmiş mənzil Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75.46 kv.m olan 2 otaqlı mənzildir. X12 tərəfindən Cavabdeh satılmış və sonuncunun qanuni mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci girişinin 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 75.46 kv.m olan 2 otaqlı mənzillə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6609/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı verilməsi qət edilmiş Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75.46 kv.m olan 2 otaqlı mənzil eynilik təşkil etmir.”. Həmin qərardaddan şikayət verilməmiş və qanuni qüvvəyə minmişdir. Həmin qərardada göstərilmişdir ki: “Məhkəmə hesab edir ki, Bakı şəhəri, Gəncə prospekti, 2935A ünvanda yerləşən binanın 1-ci blokunda 13-cü mərtəbədə yerləşən 79 saylı mənzil əvvəllər X5 məxsus olduğundan və hazırda Cavabdeh qanuni mülkiyyətində olduğundan, həmin mənzilin 13-cü mərtəbədə, İddiaçı məxsus mənzilin isə binanın 12-ci mərtəbəsində yerləşdiyi iş materiallarında olan sübutlarla və qüvvədə olan məhkəmə qərarları ilə təsdiq edildiyindən, həmin mənzillər eyni mənzil olmadığı müəyyən edilir”. Beləliklə, göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanda yerləşən yaşayış evinin 1-ci blok, 13-cü mərtəbədə olan 2 otaqdan ibarət 79 saylı mənzil Sabir Fərəcova məxsus olmuş, həmçinin binanın 1-ci blokunda Sabir Fərəcova məxsus mənzil binanın 13-cü mərtəbəsində, İddiaçı məxsus mənzil isə binanın 12-ci mərtəbəsində yerləşir və eyni deyil, eyni zamanda həmin mənzil "xxxx" MMC tərəfindən xx.xx.2011-ci il tarixdə Sabir Fərəcova, həmin şəxs tərəfindən 2018-ci ildə Mehman Həsənova satılmış, hazırda isə cavabdeh - Cavabdeh mülkiyyətindədir. Qeyd olunan icra sənədinin təmin olunması məqsədilə Xətai Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tələbkarın mənzilə köçürülməsi təyin edilmiş, həmin tarixdə sözügedən ünvanı müəyyən etmək üçün Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935 A ünvanına baxış keçirilmiş, baxış keçirilərkən binanın layihəsinə əsasən zirzəmi, kürsülü mərtəbədən sonra yaşayışın 12-ci mərtəbəsinə baxış keçirilərkən həmin mərtəbədə mənzillərin nömrələri 71-dən başlayaraq 77-də bitdiyi, sözügedən 79 saylı mənzil Bakı Şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin layihəsinə əsasən yaşayışın 13-cü mərtəbəsində yerləşdiyi müəyyən olunmuş, həmçinin sözügedən yaşayış binasına baxış keçirilərkən müxtəlif mərtəbələrdə sakinlərin mənzillərə dair müqavilələrinə baxış keçirilmiş, sözügedən 79 saylı mənzilin yerləşdiyi mərtəbədə liftlə üzbəüz olan 82 saylı X9 məxsus mənzil barədə Məhkəmə Ekspertiza Mərkəzinin rəyində və Ali Məhkəmənin qərarından həmin mənzilin 13–cü mərtəbədə yerləşməsi qeyd edilmişdir. Növbəti mənzildən çıxarılma təyinatı xx.xx.2022-ci il tarixə təyin olunmuş və həmin tarixdə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsindəki ümumi sahəsi 75.46 kv.m olan iki otaqlı mənzil İddiaçı təhvil verilmiş və bu barədə akt tərtib olunaraq icra işi materiallarına əlavə olunmuşdur. xx.xx.2022-ci il tarixdə İddiaçı etibarnamə üzrə nümayəndəsi X26 ərizə ilə Xətai rayon icra şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə ərizə ilə müraciət edərək icra sənədinin tam şəkildə icra edildiyini və bununla bağlı əməyi keşənlərə təşəkkür etdiyini bildirmiş, hər hansı bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Xətai rayon icra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixində “İcra haqqında” AR qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən Bakı Şəhər Xətai rayon Məhkəməsinin 2(011)-6609/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə xitam verilmiş və qərar məlumat üçün xx.xx.2022-ci il tarixli məktubla tərəflərə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə əvvəlki akta qeyd edilmiş Zəminə Hüseynovaya məxsus əmlaklar sözügedən mənzildən çıxarılaraq onun yaxın qohumu, yəni bacısı X6 tam təhvil verilmişdir. Sonradan Xətai Rayon Məhkəməsinin 8(011)-681/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Xətai Rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası ilə bağlı Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1-ci blokunda 11-ci mərtəbəsində Zəminə Hüseynovaya məxsus 72 saylı mənzilin tələbkar İddiaçı təhvil verilməsi ilə bağlı Xətai rayon İcra Şöbəsinin icra məmurlarının hərəkətləri qanunsuz hesab edilmiş, Xətai Rayon Məhkəməsinin 2(011)- 6609/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası ilə bağlı qanunvericilikdə müəyyən edilmiş tələblərə riayət etmək vəzifəsi Xətai rayon İcra Şöbəsinin icra məmurlarına həvalə edilmişdir. Həmin qərardaddan Xətai rayon İcra Şöbəsinin icra məmuru tərəfindən şikayət verilmiş, Xətai Rayon Məhkəməsinin 8(011)-681/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə icra məmuru tərəfindən verilmiş şikayət təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 8(011)-681/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmişdir. Həmin qərardaddan şikayət verilməmiş, qərardad qanuni qüvvəyə minmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərlə yanaşı o da nəzərə almalıdır ki: - mübahisəli mənzilin yerləşdiyi Bakı şəhəri, Gəncə prospekti, 2935 A məhəllədə "xxxx" MMC-yə məxsus olan yüksəkmərtəbəli çoxmənzilli ofis və yaşayış binası "xxxx" MMC-yə məxsus olmuş və "xxxx" MMC-yə məxsus olan həmin binadakı əmlakların "xxxx" MMC-nin alqısatqı etməsi üçün səlahiyyətlərini təsdiq edən sənəd yoxdur; mübahisəli mənzilə dair Sabir Fərəcova ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 336 saylı müqavilə, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 47 saylı müqavilədən 2 il əvvəl bağlanmışdır; - İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2013-cü il tarixli 47 saylı “Müqavilə” bağlandığı, yəni xx.xx.2013-cü il tarixdə "xxxx" MMC-nin buna səlahiyyəti olmamışdır, Belə ki, həmin tarixdə bina "xxxx" MMC tərəfindən inşa və idarə olunurdu; həmin bina "xxxx" MMC tərəfindən 26 may 2013-cü il tarixdən idarə olunmağa başlanmışdır. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 47 saylı “Müqaviləni” "xxxx" MMC tərəfindən imzalamış X14 buna səlahiyyəti olmamışdır, yəni o, heç vaxt "xxxx" MMC-nin qanuni təmsilçisi olmamışdır, həmin vaxt "xxxx" MMC-nin qanuni təmsilçisi X17 olmuşdur. Odur ki, iddia tamamilə qanunsuz və əsassız olduğundan rədd edilməlidir. c) Üçüncü şəxslərin işin baxılmasına cəlb edilməsi və iddia tələbinə dair münasibəti barədə məlumat
4. Rayon Məhkəməsi tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli məhkəmə iclasında "xxxx" MMMC və Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsi mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
5. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs "xxxx" MMMC-nin nümayəndəsi X29 mübahisənin məhkəmənin mülahizəsi əsasında həll edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov izahatında bildirmişdir ki, məhkəmə qərarına əsasən İddiaçı Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanda yerləşən binanın 1-ci blokun 12-ci mərtəbəsinə köçürülmüşdür. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
8. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, binanın 1ci blokunda 13-cü mərtəbədə yerləşən 79 saylı mənzil əvvəllər Sabir Fərəcova məxsus olduğundan və hazırda Cavabdeh mülkiyyətində olduğundan, həmin mənzilin 13-cü mərtəbədə, İddiaçı məxsus mənzilin isə binanın 12-ci mərtəbəsində yerləşdiyi iş materiallarında olan sübutlarla və qüvvədə olan məhkəmə qərarları ilə təsdiq edildiyindən, həmin mənzillər eyni mənzil deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, Xətai Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata xitam verilməsi” haqqında qərarından görünür ki, tələbkar İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2013-cü il tarixli, 47 saylı müqaviləyə əsasən binanın 1-ci girişinin, 12-ci mərtəbəsindəki ümumi sahəsi 75.46 kv.m. olan 2 otaqlı 79 saylı mənzil İddiaçı təhvil verilmişdir. Bununla bağlı onun nümayəndəsi tərəfindən Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və Xətai Rayon İcra Şöbəsinə xx.xx.2022-ci il tarixdə təşəkkür ərizəsi ünvanlanmışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddia əsassızıdır. e) apellyasiya şikayəti barədə məlumat
9. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, "xxxx" MMC ilə Zəminə Hüseynova arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, binanın 1-ci girişinin, 11-ci mərtəbəsindəki ümumi sahəsi 75.46 kv.m. olan 2 otaqlı 72 saylı mənzil, yəni İcra Şöbəsi tərəfindən İddiaçı verilmiş mənzil Zəminə Hüseynovaya satılmışdır və sonradan bu mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-1436/2021 saylı qərarı qəbul edilmişdir. Lakin Rayon Məhkəməsi bu halı araşdırmamış, həmin məhkəmə qərarını nəzərə almamışdır. İddiaçı Zəminə Hüseynovanın mənzilinə köçürüldüyü halda sonuncunun haraya köçürüləcəyi bəlli deyil. Rayon Məhkəməsinə vəsatət verilməsinə baxmayaraq, cavabdehə satılmış mənzil 13-cü mərtəbədə yerləşdiyi halda onun 12-ci mərtəbədə yerləşən mənzili öz adına rəsmiləşdirməsinə dair sənədlər tələb edilib araşdırılmamışdır. Beləliklə, Rayon Məhkəməsi işin faktiki hallarını və qanunvericilyin tələblərini nəzərə almadan, işin hallarını tam araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat
11. İddiaçının vəkili Vəkil2 və əvvəlki iclasda iştirak etmiş nümayəndəsi (qardaşı) X26 apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.
12. Apellyasiya baxışında iştirak etmiş cavabdehin nümayəndəsi (qardaşı) X18 və vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdilər.
13. İş üzrə üçüncü şəxslər "xxxx" MMMC və Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu halın işin baxılmasına mane olmadığını nəzərə almış Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxslərinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli 258 saylı “Daxili mülkiyyət haqqında çıxarışından” görünür ki, Gəncə prospekti, 2935 A ünvanında hündürmərtəbəli yaşayış evinin 1-ci blok 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75,46 kv.m olan 2otaqlı mənzilin mülkiyyətçisi Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada İddiaçıdır.
16. "xxxx" MMC-nin direktoru “İcraçı” X21 ilə “Payçı” İddiaçı arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 47 saylı “Alqı-satqı müqaviləsindən” görünür ki, “İcraçı” Bakı şəhəri, Gəncə prospekti, 29/35 “A” ünvanında 12 mərtəbəli yaşayış evinin 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75,46 kv.m olan izolə olunmuş 2-otaqdan ibarət mənzili pay kimi “Payçıya” verməyi, “Payçı” müqavilədə göstərilmiş müqavilə üzrə ümumi sahənin dəyəri hər kvadrat metrni 550 manat olmaqla 41.503 (qırx bir min beş yüz üç) manat məbləği tamamilə “İcraçıya” ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər.
17. xx.xx.2013-cü il tarixli “Qəbzdən” görünür ki, İddiaçı 47 saylı müqavilənin, 195 saylı maliyyə arayışının və 258 saylı daxili çıxarışın əslini almışdır.
18. "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli 195 saylı “Maliyyə arayışından” görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Gəncə prospekti, 2935 “A” ünvanında 12 mərtəbəli yaşayış evinin 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75,46 kv.m olan 2otaqlı mənzilin müqavilə üzrə dəyəri tam ödənilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-6781/2017 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2021ci il tarixli 2(102)-1436/2021 saylı qərarının surətindən görünür ki, iddiaçı X16 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2020-ci il tarixli 2(103)-5718/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 8(011)- 320/2022 saylı qərardadının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı xx.xx.2018-ciil tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6609/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə aşağıdakı məzmunda izah verilmişdir: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6609/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı verilməsi qət edilmiş mənzil Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75.46 kv.m olan 2 otaqlı mənzildir. X12 tərəfindən Cavabdeh satılmış və sonuncunun qanuni mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci girişinin 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 75.46 kv.m olan 2 otaqlı mənzillə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6609/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı verilməsi qət edilmiş Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75.46 kv.m olan 2 otaqlı mənzil eynilik təşkil etmir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2017-ci il tarixli 2(102)-9095/17 saylı qərarının surətindən görünür ki, iddiaçı X15 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2017-ci il tarixli 2(103)-6781/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli 2(011)- 6609/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası təmin edilərək, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 14 yanvar 2013- cü il tarixli 47 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75,46 kv.m olan 2-otaqlı 79 saylı mənzilin boşaldılaraq İddiaçı verilməsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir.
24. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 8(011)- 681/2022 saylı qərardadının surətindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli icra sənədi üzrə Xətai rayon icra şöbəsinin icra məmurlarının hərəkətindən İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Xətai rayon icra şöbəsinin icra məmurunun hərəkətləri qanunsuz hesab edilərək, qətnamənin icrası ilə bağlı qanunvericilikdə müəyyən edilmiş tələblərə riayət etmək vəzifəsi Xətai rayon icra şöbəsinin icra məmuruna həvalə edilmişdir.
25. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 8(011)- 681/2022 saylı qərardadının surətindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli qərardadından Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən verilmiş şikayət təmin edilmiş, qərardad ləğv edilərək, Bakı şəhəri Xətai rayon məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli icra sənədi üzrə Xətai rayon icra şöbəsinin icra məmurlarının hərəkətindən İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli 2(103)-4486/2019 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" MMC-nin və X3 apellyasiya şikayətləri təmin edilərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli 2(011)-6609/2018 nömrəli qətnaməsi "xxxx" MMC-yə və X5 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2020ci il tarixli 2(102)-2245/2020 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli 2(103)-4486/2019 saylı iş üzrə qətnaməsindən X3 nümayəndəsi və vəkili X19 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 20 fevral 2020-ci il tarixli qərardadı ləğv edilərək, 2(102)-2245/2020 saylı mülki iş kassasiya baxışından çıxarılmışdır.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli 2(103)- 3340/2021 saylı qətnaməsinin surətindən görünür ki, maraqlarına toxunan şəxs X11 apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai rayon məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli 2(011)-6609/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2020-ci il tarixli 2(102)-4639/2020 saylı qərarının surətindən görünür ki, üçüncü şəxslər X12 və "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmişdir.
30. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli 8(011)- 680/2022 saylı qərardadının surətindən görünür ki, İddiaçı Bakı şəhəri Xətai rayon məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli 2(011)-6609/2018 saylı qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməmişdir.
31. Bakı şəhəri Xətai rayon məhkəməsinin 04 iyul 2022-ci il tarixli 8(011)-598/2022 saylı qərardadının surətindən görünür ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli 2(011)-6609/2018 saylı icra sənədi üzrə Xətai rayon İcra şöbəsinin icra məmurunun hərəkətlərindən (hərəkətsizlik) Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmişdir.
32. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A məhəllə, mənzil 79 üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
33. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 08 dekabr 2021-ci il tarixli texniki pasportunun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A məhəllə ünvanında yerləşən 79 saylı mənzilin sahibi X7r. Mənzil haqqında məlumatda otaqların sayı 2, yerləşdiyi mərtəbə 13, ümumi sahəsi 67.9 kv.m., yaşayış sahəsinin isə 35.8 kv.m. olduğu qeyd olunmuşdur.
34. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli 2(011)- 5260/2019 saylı qətnaməsinin surətindən görünür ki, X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 14 yanvar 2013-cü il tarixli 47 saylı müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilmişdir.
35. "xxxx" MMC-nin sədri A.Qocayev tərəfindən Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Ələsgəroğlu "xxxx" MMC-nin rəhbərləri 12+ texniki mərtəbəni 13-cü mərtəbə kimi satmışdır. Hal-hazırda X5 1ci blok, 12+ texniki mərtəbədə ayrılan 75,46 kv.m-lik sahəni təmir edib yaşayırlar, mənzil kimi 79 nömrə ilə qeyd olunmuşdur. "xxxx" MMC-nin əmlakına "xxxx" MMC tərəfindən bağlanmış payçı müqavilələri qanunsuzdur ona görə ki, heç bir səlahiyyətini təsdiq edən rəsmi sənəd bu günə qədər mövcud deyildir.
36. Qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanda yerləşən yaşayış evinin 1-ci blok, 13-cü mərtəbədə olan 2 otaqdan ibarət 79 saylı mənzil Sabir Fərəcova məxsus olmuş, həmçinin binanın 1-ci blokunda Sabir Fərəcova məxsus mənzil binanın 13-cü mərtəbəsində, İddiaçı məxsus mənzil isə binanın 12-ci mərtəbəsində yerləşir və eyni mənzillər deyil, eyni zamanda həmin mənzil "xxxx" MMC tərəfindən xx.xx.2011-ci il tarixdə Sabir Fərəcova, həmin şəxs tərəfindən 2018-ci ildə Mehman Həsənova satılmış, hazırda Cavabdeh qanuni mülkiyyətindədir. Bunu təsdiq edən xx.xx.2021-ci il tarixli “Çıxarış” da mövcuddur.
37. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki 2(102)-4639/2020 saylı, xx.xx.2020- ci il tarixli qərarında göstərilmişdir ki, tərəflər üçün preyudisial əhəmiyyətə malik olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5260/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanda yerləşən binanın 1-ci blokunda X5 məxsus mənzil binanın 13-cü mərtəbəsində, İddiaçı məxsus mənzil isə binanın 12-ci mərtəbəsində yerləşir və eyni deyil.
38. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 82-ci maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
39. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2003-cü il tarixli qərarında qeyd etmişdir ki, hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz.
40. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.
41. Eyni zamanda nəzərə alınmalıdır ki, Xətai Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata xitam verilməsi” haqqında qərarından görünür ki, tələbkar İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 47 saylı müqaviləyə əsasən yuxarıda qeyd edilən binanın 1-ci girişinin, 12-ci mərtəbəsindəki ümumi sahəsi 75.46 kv.m. olan 2 otaqlı 79 saylı mənzil İddiaçı təhvil verilmişdir. Bununla bağlı İddiaçı nümayəndəsi tərəfindən Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və Xətai Rayon İcra şöbəsinə xx.xx.2022-ci il tarixdə təşəkkür ərizəsi ünvanlanmışdır.
42. Məhkəmə, işin müəyyən olunmuş halları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz (maddə 13.). Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (maddə 29.).
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (maddə 140.). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir (maddə 153.4.). Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir (maddə 178.1.).
44. Qeyd edilən hüquq normalarının tələbindən çıxış edən Məhkəmə hesab edir ki, işin hallarını nəzərə almış Rayon Məhkəməsi həmin hüquq normaların tələblərini rəhbər tutaraq iddianın təmin edilməməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. h) apelyasiya baxışının nəticəsi
45. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə faktlar nöqtəyi-nəzərindən qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
46. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
47. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 may 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Hakimlər (imza) Məmməd Məmmədov (imza) Fuad Talışinski (imza) Azad İmanov “Əsli ilə düzdür”
Hakim Məmməd Məmmədov