Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-551/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X8 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “zəbt olunmuş fərdi yaşayış evindən məcburi çıxarılma” hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X8 qarşı zəbt olunmuş fərdi yaşayış evindən məcburi çıxarılma tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1895/2022 saylı işi üzrə 16 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və X15 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X31 küçəsi 13-cü keçid ev 143A ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehlər X4 və Cavabdeh1 geri alınaraq İddiaçı mülkiyyətinə qaytarılması, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər X4 və Cavabdeh1 onun xeyrinə tutulması barədə iddası Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1895/2022 saylı işi üzrə 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 33; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 158.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın zəbt olunmasına baxmayaraq, keçən uzun illər ərzində cavabdehlər digər mənzillə təmin edilməmişlər və iddiaçının hüquqları davamlı şəkildə pozulur.
3. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: - 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 05 avqust 2019-cu il tarixli 2-1(82)- 2586/2019 saylı qərarı ilə, İddiaçı Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri X31 küçəsi ev 0002 mənzil 143A ünvanda yerləşən fərdi yaşayış evləri üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir; - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə, Bakı şəhəri Nəsimi rayonu X31 küçəsi 13-cü keçid 143A ünvanda yerləşən fərdi yaşayış evi üzərində İddiaçı tam pay üzrə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 498 saylı reyestr kitabının 46786 nömrəli vərəqində qeydiyyata alınmışdır; - Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* saylı arayışı ilə, İddiaçı Bakı şəhəri Nəsimi rayonu X31 küçəsi keçid 13 ev 143 A ünvanda qeydiyyatdadır; - Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Nəsimi rayon sektorunun 02 mart 2022-ci il tarixli 266 saylı arayışı ilə, X2 rayonundan məcburi köçkündür. Özü, həyat yoldaşı X9, oğlu Araz Hilalzadə, qızı Arzu Hüseynova, oğlu X28 rayonu H.Əliyev küçəsi 2 mənzil 143 a ünvanda müvəqqəti qeydiyyatdadır; - Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Nəsimi rayon sektorunun 02 fevral 2022-ci il tarixli 12 saylı məktubuna əsasən, Qubadlı rayonundan məcburi köçkün olmuş mərhum X23 həyat yoldaşı mərhum X10 və oğlu mərhum X24 ilə birgə ünvan 7 ünvanda məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olmuşlar; - Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Nəsimi rayon sektorunun 16 may 2022-ci il tarixli 41 saylı məktubu ilə, Qubadlı rayonundan məcburi köçkün X5 adı sektorun kommunal xərclər siyahısında ünvan 8 ünvanda keçir (səh.13, 18, 19, 36, 41, 75). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdehlər apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1895/2022-018 saylı qətnaməsini tamamilə ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 43; Mülki Məcəlləsinin 228; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, 1993-cü ilin 31 avqust tarixində Qubadlı rayonu işğal edildikdən sonra 1993-cü ilin oktyabr ayında əvvəlcə 3 nəfər – X17 (ailə başçısı; vəfat edib), X10 (həyat yoldaşı; vəfat edib), X24 (oğlu; vəfat edib) Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanında məcburi köçkün kimi məskunlaşmışdır. xx.xx.1996-cı il tarixdə həmin 3 nəfər məcburi köçkün kimi həmin ünvanda müvəqqəti qeydiyyata alınmışdır. Daha sonra X16 (ailə başçısının digər oğlu) adı çəkilən ünvanda məskunlaşmış, ailəvi narazılıq səbəbindən mənzildə 2-ci (ikinci) giriş qapısı açılmış və o, ailəsi ilə birgə həmin ünvanda məskunlaşmışdır. xx.xx.1997-ci il tarixdən ünvan 9 ünvanında 5 nəfər – X16 (ailə başçısının oğlu), X9 (Hüseynov Xasayın həyat yoldaşı; ailə başçısının gəlini), X18 (ailə başçısının nəvəsi), X19 (ailə başçısının nəvəsi), X25 (ailə başçısının nəvəsi) müvəqqəti qeydiyyata alınmışdır. Hal-hazırda ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evində adı çəkilən şəxslər – X15 (ailə başçısının oğlu), X20 (ailə başçısının nəvəsi), 2011-2012-ci illərdən etibarən X6 (ailə başçısının nəvəsi; ailə başçısının qızı – X7 oğlu), X11 (ailə başçısının nəvəsi, Hüseynova Ətirin oğlu), 2005-ci ildən etibarən Cavabdeh1 (ailə başçısının qızı) və X21 (ailə başçısının nəvəsi, Cavabdeh1 oğlu) qeydiyyatsız yaşayırlar. Mənzil 143A kimi (ikinci giriş qapısı) qeyd olunan ünvanda isə, X16 yuxarıda adı çəkilən 4 nəfər ailə üzvü ilə birgə yaşayır. Bir müddət öncə İddiaçı qeyd olunan ünvana gələrək evi aldığını və mənzilə dair çıxarış əldə etdiyini bildirərək Həsənov Füzuli, Həsənov Natiq və Cavabdeh1 və onların ailə üzvlərinin mənzildən çıxmalarını tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə baxaraq Bakı şəhəri, X31 küçəsi, ev 0002, mənzil 143A ünvanında yerləşən fərdi yaşayış evləri üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə həvalə edilməsi barədə xx.xx.2019-cu il tarixli 2-1(82)-2586/2019 nömrəli qərar qəbul etmişdir. Yuxarıda adıçəkilən iş üzrə İddiaçı iddia ərizəsini Bakı şəhəri, X31 küçəsi, ev 0002, mənzil 143A ünvanında yerləşən fərdi yaşayış evinə dair eskiz layihəsi ilə əsaslandırmış, məhkəmə orqanına hər hansı bir digər hüquq müəyyənedici sənəd təqdim etməmişdir. Belə ki, iddiaçı müraciətinə fərdi yaşayış evini tikməyi planlaşdırdığı torpaq sahəsinə və ya orada olan hər hansı tikilinin onun qanuni sahiblik, istifadə və ya mülkiyyətində olmasına dair heç bir sənəd əlavə etməmişdir. Eləcə də, müraciətində və eskiz layihədə istinad etdiyi ünvan mövcudluğu və həmin ünvanın onunla bağlılığına dair də heç bir sənəd əlavə etməmişdir. Öz iddiasını öz sifarişi ilə hazırlatdığı eskiz layihə ilə əsaslandırmışdır. Hətta eskiz layihə də qeyri- müəyyəndir. Həmin eskiz layihəsi ilə əlaqədar, eskiz layihəsində sənədin hansı tarixdə tərtib edildiyi öz təsbitini tapmayıb. Eyni zamanda eskiz layihəsində perspektiv görünüşün əks etdirilməsi iddiaçının iddiasına görə həmin ərazidə fərdi yaşayış evinin mövcud olmamağı və iddiaçının həmin eskiz layihəsi əsasında fərdi yaşayış evinin tikintisini planlaşdırdığı anlamına gəlir. Bu xüsusatı İddiaçı Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə yazdığı ərizələrdə də təsdiq etmiş və özünə məxsus olduğunu iddia etdiyi torpaq sahəsində yaşayış evi inşa etmək istədiyini bildirmişdir. İddiaçı tərəfindən Nəsimi Rayon İcra Hakimiyyətinə ünvanlanmış ərizələrdə və poçt göndərişləri ilə bağlı qəbzlərdə tarix göstərilmədiyindən onu güya tikmək istədiyi fərdi yaşayış evinin dəqiq olaraq hansı tarixdə inşa edildiyini müəyyən etmək olmur. Buna baxmayaraq, iddiaçı tərəfindən fərdi yaşayış evinin eskiz layihəsini hazırlayan qurum kimi göstərilən "Bakı Torpaq” MMC-nin "Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi” ilə əlaqədar əldə etdiyi 20 iyun 2016-cı il tarixli 089566 nömrəli lisenziyasından da məlum olduğu kimi belə qənaətə gəlmək olar ki, həmin fərdi yaşayış evi 2016-cı ilin iyun ayından sonra inşa olunub. Halbuki, hüquqlarını müdafiə etdiyi şəxslər 1993-cü ildən qeyd edilən mənzili əldə edərək o vaxtdan bəri həmin ünvanda və hazırda iddiaçının onlardan çıxmasını tələb etdiyi mənzildə məskunlaşmışdır. Bundan əlavə, iddiaçı tərəfindən Nəsimi Rayon İcra Hakimiyyətinə göndərilmiş ərizələrdə və poçt göndərişləri ilə bağlı qəbzlərdə tarix göstərilməyib. Eyni zamanda qəbzlərdə poçt göndərişinin kimin tərəfindən göndərilməsi, qəbul edilməsi, göndərişin hansı tarixdə qəbul edilməsi ilə bağlı məlumatlar da qeyd olunmayıb. Son olaraq, iddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar ərizə ilə DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyini bildirsə də, həmin ərizə də məhkəməyə təqdim edilməmişdir. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********62 nömrəli cavab məktubunda İddiaçı xx.xx.2019-cu il tarixli, ********** nömrəli ərizə ilə müraciət etdiyi təsbit edilsə də, həmin ərizə məhkəməyə təqdim edilməmiş və məzmunu naməlum qalmışdır. Eyni zamanda DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********62 nömrəli cavab məktubunda İddiaçı tərəfindən sözügedən mənzilə dair heç bir hüquq müəyyənedici sənəd təqdim edilmədiyi əsas gətirilərək haqlı olaraq iddiaçının müraciəti geri qaytarılmışdır. İddiaçı Qasmov Zaməddin cavabdehlərin yaşadığı mənzilə mülkiyyət hüquqlarına dair çıxarışı cavabdehlərin iştirakı olmadan keçirilmiş və onların maraqlarına toxunan məhkəmə prosesi nəticəsində əldə etmişdir. Mübahisə obyekti olan əmlaka cavabdehlər və ailə üzvləri 1993-cü ildə dövlət qurumlarının müvafiq razılığı ilə köçürülmüşdür. Həmin dövrdə cavabdehlərin məskunlaşdığı yaşayış sahəsi dövlətin balansında olduğu üçün köçürülmə əsaslı və qanuni şəkildə həyata keçirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Plenum Qərarına əsasən müəyyən edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Buna müvafiq olaraq qeyd etmək olar ki, cavabdehlər yaşayış sahəsinin mülkiyyətçisi olan dövlətin razılığı ilə orada məskunlaşdıqlarından həmin əmlakdan istifadə hüququ 2000-ci ildən əvvəl yaranmış və bu hüquq hazırkı vaxtadək mövcuddur. Mübahisəli məhkəmə qərarı ilə hazırda mübahisə obyekti sayılan əmlaka mülkiyyət hüququ əldə etmiş İddiaçı cavabdehlərin adıçəkilən əmlakdan istifadə hüququndan məhrum etməyə dair hərəkətləri əsassız və qanunun tələblərinə ziddir. Digər tərəfdən məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamının 2-ci bəndinə əsasən aidiyyəti dövlət orqanlarına tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana və yaxud müvəqqəti yaşamaq məqsədilə tikilmiş yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyət formasından asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi cavabdehlərin yaşadıqları mənzildən istifadə hüquqlarından əsassız olaraq məhrum edilmələrinə səbəb olduğu üçün ləğv edilməlidir. Hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi ilə cavabdehlərin yaşadıqları mənzildən istifadə hüquqlarından məhrum edilmələri Konstitusiyada əksini tapmış norma və prinsiplərə ziddir. Hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə əsas kimi Azərbaycan Republikası Əmlak Komitəsi yanında DƏDRX tərəfindən verilmiş 11 oktyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış olmuşdur. Adıçəkilən çıxarış isə X15 və Cavabdeh1 iştirakı olmadan 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində keçirilmiş məhkəmə prosesi nəticəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli 2- 1(82)-2586/2019 nömrəli qərar əsasında verilmişdir. Məhkəmənin cavabdehlərin iştirakı təmin olunmadan çıxarılmış və onların hüquqlarına toxunan qərar əsasında verilmiş çıxarışa əsaslanaraq qətnamə qəbul etməsi və həmin qətnamə əsasında cavabdehlərin yaşadıqları fərdi yaşayış evindən istifadə hüququndan məhrum edilmələri birbaşa qanunun tələblərinə ziddir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı cavabdeh X15 və Cavabdeh1 vəkili Vəkil2 vəsatətlə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsində olan 1(103)-3390/2022 nömrəli iş üzrə yekun qərar qanuni qüvvəsini alanadək hazırkı iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmiş və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2586/2019 nömrəli işi üzrə yekun qərar (qərardad) qanuni qüvvəsini alanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır.
6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2586/2019 nömrəli qərarına əsasən iddia təmin edilmiş, Bakı şəhəri, X31 küçəsi, ev 0002, mənzil 143A ünvanında yerləşən fərdi yaşayış evləri üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə həvalə edilməsi qərara alınmışdır. X1, X20 və Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə birgə vəsatətlə müraciət edərək, inzibati iş üzrə X15, X20 və Cavabdeh1 üçüncü şəxs qismində tanınması, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2586/2019 nömrəli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin (hakim A.Ə.Əhədova) 6 iyul 2022-ci il tarixli, 2- 1(82)-2586/2019 saylı qərardadı ilə X1, X20 və Cavabdeh1 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2586/2019 nömrəli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə vəsatəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və Ş.A.Məmmədova) xx.xx.2022-ci il tarixli, 2- 1(103)- 3390/2022 nömrəli qərardadı ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 6 iyul 2022-ci il tarixli, 2-1(82)-2586/2019 saylı qərardadı ləğv edilmiş, inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-731/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-3390/2022 nömrəli qərardadı ləğv edilməsi, X1, X20 və Cavabdeh1 “məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2586/2019 nömrəli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə” ərizələrinin təmin edilməməsi qərara alınmışdır. Qərarın qanuni qüvvəsini alması ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
8. Məlumatlandırılmaları üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiasının 13 və 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-158, 178; Mülki Prosessual Məcəllənin 76, 77, 80, 82.1, 106.2, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin faktiki münasibətlərə müvafiq hüquqi əsası olmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, apellyasiyanın dəlilləri başqa (inzibati) işə aid olduğundan və həmin iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəsini aldığından, prosessual səlahiyyətlər həddində bu dəlillərin müzakirəsi yolverilməzdir.
11. Cavabdehlərin istinad etdikləri hallar ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi olan dövlətin razılığı ilə orada məskunlaşdıqlarından həmin əmlakdan istifadə hüququ 2000-ci ildən əvvəl yaranmış və bu hüquq hazırkı vaxtadək mövcud olduğundan istifadə hüquqları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən tənzimlənməlidir, yəni 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Bu mənada diqqətə çatdırılmalıdır ki, dövlətlə fərd arasında münasibətlər inzibitai icraat qaydasında tənzimlənir və istinad edilən mülki qanunvericilik müddəalarının tətbiqini istisna edir.
12. Diqqətə çatdırılmalıdır ki, hazırki mülki münasibətlər üzrə cavabdehin əldə etdiyi hüquqlar müəyyən edilməmiş və fərdi yaşayış evinin mülkiyyətdə olması, cavabdehin mülkiyyətçiyə münasibətdə hüquqlarının yaranmadığı, apellyasiya dəlilləri üzrə (sənədsiz evə belə) hər hansı hüquqi nəticələrin doğurmadığı müəyyən edilir.
13. Kollegiya qeyd edir ki, mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
14. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 392, 393 və 402–406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 və X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1895/2022 saylı işi üzrə 16 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.